Makron son günlər nə üçün belə əl-ayağa düşüb, niyə narahatdır?Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri

Deyəsən, Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətin kəskinləşməsindən, sentyabrın 27-də Ermənistan Silahlı qüvvələrinin növbəti təxribatına qarşı Azərbaycan tərəfinin əks-hücuma keçməsindən sonra Fransa prezidenti Emmanuel Makronun yadına düşüb ki, onun ölkəsi məhz Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla nizama salınması məqsədi ilə yaradılan ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biridir. Xeyir ola, cənab Makron son günlər nə üçün belə əl-ayağa düşüb, niyə narahatdır?

Bəs indiyə qədər harda idi, niyə bu qədər narahat olmurdu? Məgər 27 sentyabrdan əvvəl, necə deyərlər, dünyanın dinc vaxtında Makron Rusiya prezidentinə zəng vurub Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edə və real çözüm yolları axtara bilməzdimi? Niyə məhz indi zəng vurur?

Çünki münaqişənin yenidən alovlanması və genişmiqyaslı hərbi əməliyyatlar müstəvisinə keçmə perspektivləri Makronun maraqlarına cavab vermir. Fransa prezidenti real vasitəçilik etmək və işğalçı ölkəni sakitləşdirmək, cilovlamaq və işğalçılığa son qoymağa çağırmaq əvəzinə, bütün vasitələrlə Ermənistanı "sudan quru çıxarmağa", Azərbaycanın isə öz qanuni torpaqlarını azad etmək, ərazi bütövlüyünü bərpa etmək təşəbüsünü əngəlləməyə çalışır. Bu, Fransa prezidenti tərəfindən nümayiş
etdirilən növbəti riyakarlıq və "ikili standartlar" nümunəsidir.

Axı tərəfləri (işğalçı ölkə ilə işğala məruz qalan ölkəni) eyniləşdirmək və hər iki ölkəni təcili sürətdə atəşkəsi bərpa etməyə, gərginliyi azaltmağa və maksimum təmkinli olmağa çağırmaq həmsədr ölkənin liderinə yaraşan hərəkət deyil. Necə yəni Dağlıq Qarabağ böhranının siyasi və diplomatik metodlarla
həllinin alternativi yoxdur? Bəs sizin bu "siyasi və diplomatik metodlar"la həll yolunuz nə üçün indiyə
qədər məsələnin həllinə və torpaqlarımızın işğaldan azad olunmasına gətirib çıxarmayıb? Nədən Azərbaycan xalqını 30 ildir boş və mənasız vasitəçilik siyasətinizlə gözlətmisiniz? Ali Baş Komandanı mizin qətiyyətli mövqeyi və Ordumuzun döyüş əzmi nəyə görə sizi bu qədər narahat edir? Və nəhayət,
görəsən, Fransa nə zaman Qarabağ məsələsində ədalətli mövqe tutacaq?

Biz Fransadan haqqın, ədalətin yanında yer almasını, 1 milyondan çox qaçqın və məcburi köçkün soydaşımızın səsini, harayını eşitməsini gözləyirik. Mən özüm də bir məcburi köçkün kimi şəxsən cənab Makrondan heç olmasa, bir dəfə vicdanının səsini dinləməsini istəyirəm. Siyasi manipulyasiyalara, hiylələrə əl atıb işğalçı Ermənistanı dəstəkləmək çox asandır, cənab Makron. Hünəriniz və insafınız varsa, biz azərbaycanlı məcburi köçkünlərin haqqını müdafiə edin və yurd yerlərimizi işğal altında saxlayan
Ermənistan hakimiyyətinə " işğala son!" sözünü deyin. Deyə bilmirsinizsə, o zaman siyasi və diplomatik
gedişlərinizlə, manevrlərinizlə suyu bulandırmayın və başımızı qatmayın!

Düşmənin xeyli itkisi var, bayrağı atıb qaçırlar - MNBir müddət öncə Azərbaycan Müdafiə Nazirliyi brifinq keçirib.

Avrasiya.net xəbər verir ki, brifinqdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Eyvazov cəbhə xəttində gün ərzində baş verənlərlə bağlı məlumat çatdırıb.

A.Eyvazov qeyd edib ki, Ordumuzun əks hücum əməliyyatı cəbhənin bütün istiqamətində davam edir.

Onun sözlərinə görə, düşmənin canlı və hərbi texnika qüvvəsindən xeyli itkisi var:

"Dünən xəbər verildiyi kimi, döyüşlər zamanı Ermənistan ordusunun darmadağın edilən 6-cı dağatıcı alayına köməyə gələn 193-cü əlahiddə həmlə taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib. Əsgəri şərəf, şücaət və şöhrət rəmzi olan döyüş bayrağını döyüş meydanında atıb qaçan düşmən bir daha öz acizliyini nümayiş etdirdi. Döyüş bayrağını qoruya bilməyən ordunun iki yolu var: ya ərazimizi tərk etməli, ya da onlar yerində məhv olacaqlar".
Düşmənin 200-dək tank, 228 artilleriya, 110-dan artıq avtomobil məhv edilib - Müdafiə Nazirliyi“Azərbaycan Ordusunun əks-hücum əməliyyatı uğurla davam edir”.

Avrasiya.net-in məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin (MN) mətbuat katibi Anar Eyvazov bildirib.

A.Eyvazov deyib ki, əməliyyatın 5-ci gününün sonunda düşmənin xeyli itkisi var: “Düşmən müxtəlif istiqamətlərdə geri çəkilməyə məcbur olub”.

Müdafiə Nazirliyinin mətbuat katibi qeyd edib ki, Ermənistan mətbuatında guya Azərbaycana məxsus təyyarə və vertolyotun vurulması barədə yayılan xəbərlər yalandır: “Bu müddət ərzində 200-dək tank, 228 artilleriya, 110-dan artıq avtomobil texnikası, yaylım atəş qurğusu, 30 ədəd hava hücumundan müdafiə sistemi, 6 komanda idarəetmə məntəqəsi, 5 silah sursat anbarı, 1 ədəd zenit-raket kompleksi sıradan çıxarılıb”.
Bu sayt erməni yalanlarını tirajlayır – XəbərdarlıqMəlum olduğu ki, düşmən Ermənistan qüvvələri öz uğursuzluqlarını pərdələmək üçün saxta xəbərləri tirajlamaq üsuluna əl atıblar.

Axra.az xəbər verir ki, bu məqsədlə onlar sosial şəbəkələrdə müxtəlif saxta səhifələr, eləcə də saytlar yaradıb həmin platformalar vasitəsilə saxta xəbərlər ictimialəşdirib vətəndaşlarımızda çaşqınlıq yaratmağa cəhd edir.

İctimaiyyətin nəzərinə çatdırılır ki, “freeazerbaijan.info” adlı saytı da bu məqsədlə istifadə olunur. Sayt erməni yalanlarının ifşasını tirajlamaqla məşğuldur. Vətəndaşlarımızdan qeyd olunan saytda paylaşılmış informasiyalara etibar edilməməsi, ciddi qəbul edilməməsi xahiş olunur.
Məhv edilən erməni hərbçilərin - GörüntüləriXəbər verdiyimiz kimi, sentyabrın 27-də, saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək, cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.

Günlərdir davam edən döyüşlərdə Azərbaycan ordusu düşmənin xeyli sayda döyüş texnikası və canlı qüvvəsini məhv edib.

Avrasiya.net Oxu.az-a istinadın xəbər verir ki, Caliber Yutub kanalı məhv edilən erməni hərbçilərin görüntülərini yayımlayıb.

Qeyd edək ki, Caliber Yutub kanalı həm Cənubi Qafqaz regionuna vurğu etməklə hərbi-siyasi və hərbi-texniki mövzularla maraqlanan geniş izləyici kütləsi, həm də bu sahədəki ekspert və mütəxəssislər üçün nəzərdə tutulub.
Ordumuz Hadrut və Xocavənddəki hərbi obyektlərə zərbə endiribErmənistan tərəfi Hadrut və Xocavənd yaşayış məntəqələrində məskunlaşan mülki əhalinin Azərbaycan Ordusunun atəşinə məruz qalması barədə növbəti yalan məlumat yayıb.

"Bir daha bildiririk ki, Ermənistandan ordusundan fərqli olaraq Azərbaycan Ordusu mülki əhaliyə deyil, yalnız hərbi obyektlərə zərbələr endirir.

Bölmələrimiz tərəfindən düşmən işğalı altında olan Hadrut yaşayış məntəqəsindəki Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının qərargahına, onun tabeliyində olan 1-ci motoatıcı alayının infrastrukturuna və Xocavənddəki 3-cü motoatıcı alayın qərargahına atəş zərbələri endirilib",-deyə Müdafiə Nazirliyinin mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumatda bildirilir..


“Əgər erməni əsgəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpaqlarından!”Sentyabrın 27-sindən başlayaraq, Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutur. Ali baş komandan, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusu düşmənə əks hücumla cavab verərək, rəşadətlə irəliləməkdədir.

Ali baş komandan həm beynəlxalq arenada, həm də ölkə daxilində Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük səylə çalışır. Ölkə rəhbəri həmçinin sosial şəbəkədəki rəsmi səhifələrində öz haqq səsini çatdırmaqdadır.

Avrasiya.net Prezident İlham Əliyevin 27 sentyabrdan bugünədək rəsmi səhifəsində yayımlanan postları təqdim edir:

“Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir. Ermənistan isə təqribən 30 ildir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamaqda davam edir. İşğalçı dövlət olan Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır”.

“Ermənistan müxtəlif ölkələrdən muzdlular və terrorçular cəlb edir, onları Azərbaycana qarşı istifadə edir. Ermənistan terrorçuluğa spnsorluq edən ölkədir”.

“Ermənistan rəhbərliyinin düşməncəsinə verilən Azərbaycanofob bəyanatları və edilən təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edirik”.

“Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalamayacaq”.

“İlk atəşi, o cümlədən artilleriya atəşini Ermənistan açıb və ilk həlak olanlar da məhz Azərbaycan hərbçiləri olub. Azərbaycan düşmənə layiqli cavabını verdi və düşmən bir santimetr irəliyə gedə bilmədi”.

“Bu gün Azərbaycan ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır”.

“Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalaçağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

“Tarixi ədalət bizim tərəfimizdədir. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün beynəlxalq təşkilatlar və ölkələr Azərbaycanın ərazi bütövlüyün tanıyır”.

“Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribat törədib. Uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük ziyan vurulub. Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi işğalçılardan azad edilib. Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm!”.

“Bizim uğurlu əks-hücum əməliyyatımız otuz ilə yaxın davam edən işğala son qoyacaqdır!”.

“Güclü Azərbaycan Ordusu güclü siyasi iradəyə əsaslanır. Azərbaycan vətəndaşı Azərbaycan Ordusunun yanındadır”.

“Mən əldə edilmiş ilk uğurlar münasibətilə Azrbaycan xalqını, Azərbaycan Ordusunu təbrik edirəm.

Eşq olsun Azərbaycan Ordusuna!

Yaşasın Azərbaycan!”

“Otuz ilə yaxın öz doğma torpaqlarına qayıda bilməyən soydaşlarımıza da üz tutub deyirəm, biz əlimizdən gələni edəcəyik ki, sizi öz doğma torpaqlarınıza qaytaraq”.

“Əgər erməni əsgəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpaqlarından!”

“Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Əminəm ki, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək”.

“Mən yaralı hərbçilərimizin, şəhid olmuş hərbçilərimizin valideynləri qarşısında baş əyirəm. Onlara öz adımdan, Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm. Qəhrəman övladlar yetişdiriblər. Əminəm ki, onlar və bütün Azərbaycan xalqı sizinlə qürur duyur. Biz zəfər çalacağıq, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
300 terrorçu Qarabağa bu cür gəldi – TəfərrüatPKK terror təşkilatının Suriya qolu olan YPG-də erməni əslli yaraqlıların təşkil etdiyi “tabor” Qəndildəki terrorçularla bir araya gəlib.

Axar.az Türkiyənin “A Haber” media qurumuna istinadan xəbər verir ki, sivil geyimdə Göyçə gölü ətrafındakı Basarkeçər hərbi düşərgəsinə gələn 300 terrorçu burada erməni ordusuna məxsus hərbi formalar geyinərək ağır silah ilə təchiz edildikdən sonra Azərbaycan Ordusuna qarşı döyüşmək üçün cəbhəyə göndəriliblər.

Qəndil ilə Ermənistan arasında koordinasiyanı PKK/KJK cütlüyünün ən yüksək səlahiyyətli şəxsi olan “Sözlər Avesta” kod adlı Nuriyə Kesbir təmin edir.

Türk kəşfiyyat bölmələrinin əldə etdiyi ilkin məlumatlarına görə, YPG sıralarında 2017-ci ildə öldürülən TKP/ML, TİKKO terror təşkilatının Yaxın Şərq komandiri olaraq tanınan erməni əslli “Nübar Ozanyan” kod adlı Orxan Bakırçıyanın adının verildiyi taborda yer alan terrorçular Suriyanın Qamışlı bölgəsindən İraqın şimalına keçib.

Burada PKK-nın Qəndil kadr üzvləri ilə görüşən terrorçular Ermənistanın Basarkeçər hərbi düşərgəsinə gəlib.
Azərbaycan Ermənistana daha bir xəbərdarlıq etdiOktyabrın 1-də səhər saatlarında Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi atəşə tutulub.

Müdafiə Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, Ermənistandan atılan raketlər Cəbrayıl-Füzuli ərazisindəki cəbhə xəttinə düşüb.

Ermənistan tərəfindən tələb edirik ki, Azərbaycan ərazisinin atəşə tutulmasını dərhal dayandırsın və xəbərdar edirik ki, əks təqdirdə adekvat cavab tədbirləri görüləcək.