İlham Əliyev dövlət başçılarının toplantısında çıxış etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev “COVID-19 dövrü və sonrakı dönəmdə Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il Gündəliyinin maliyyələşdirilməsi” mövzusunda dövlət və hökumət başçılarının toplantısında videoformatda çıxış edib.

Avrasiya.net xəbər verir ki, dövlət başçısının çıxışı 2020-cil 25 sentyabr tarixində çəkilib.

Prezident İlham Əliyevin çıxışı:

“Cənab Baş katib.

Hörmətli dövlət və hökumət başçıları.

Azərbaycan “Dayanıqlı İnkişaf Məqsədləri”nin icrasına mühüm əhəmiyyət verir.

Biz 2016-cı ildə əsas vəzifəsi milli prioritetlərin müəyyən edilməsindən, müxtəlif dövlət proqram və strategiyalarının “Dayanıqlı İnkişaf Məqsədləri” ilə uzlaşdırılmasından ibarət olan Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası təsis etmişik.

Azərbaycan “Minilliyin İnkişaf Məqsədləri”nə nail olmuş, “Dayanıqlı İnkişaf Məqsədləri”nin icrasında isə ciddi irəliləyiş əldə etmişdir.

Bizim nailiyyətimiz “2020-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatı”nda əks olunmuşdur. Belə ki, oradakı “Dayanıqlı İnkişaf Hədəfləri İndeksi”nə görə Azərbaycan 166 ölkə arasında 54-cü pillədə qərarlaşmışdır.

Azərbaycan BMT-yə iki dəfə könüllü milli hesabat təqdim edən azsaylı ölkələrdən biridir.

Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etmişdir. Son 17 il ərzində ümumi daxili məhsul 3 dəfə artmışdır. Azərbaycanda yoxsulluq son 17 il ərzində 49 faizdən 5 faizə enmişdir.

Azərbaycanın xarici dövlət borcu dünyada ən aşağı səviyyələrdədir, ümumi daxili məhsulun təqribən 20 faizini təşkil edir. Bu göstəriciyə görə Azərbaycan dünyada 9-cu yerdədir. Neft ixrac edən dövlətlər arasında ən az xarici dövlət borcu olan Azərbaycandır.

Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcundan 6 dəfə çoxdur.

Son 17 ildə Azərbaycanın iqtisadiyyatına 260 milyard dollardan çox sərmayə yatırılmışdır. Beynəlxalq Valyuta Fondunun statistikasına görə, hazırda Azərbaycan iqtisadiyyatı alıcılıq qabiliyyəti paritetinə görə Cənubi Qafqaz regionunun ümumi iqtisadiyyatının 70 faizini təşkil edir.

Azərbaycan enerji sahəsindən əldə olunan gəlirlərin indiki və gələcək nəsillər arasında ədalətli bölgüsünə xüsusi əhəmiyyət verir. Bu məqsədlə 1999-cu ildə Dövlət Neft Fondu yaradılmışdır. Yaranma vaxtı aktivlərinin 270 milyon dollar təşkil etdiyi Fondun bu günə olan aktivlərinin həcmi ölkənin ümumi daxili məhsulunu üstələyir. Azərbaycan gəlirlərin ədalətli bölgüsünün səviyyəsinə görə dünya üzrə ən yüksək pillələrdədir.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ölkə ərazisinin 20 faizinin işğalı ilə nəticələnmişdir. İşğal nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Azərbaycan qaçqın və məcburi köçkünlərin həyat və yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində çox böyük işlər görmüşdür. Bu həssas qrupdan olan şəxslərin ehtiyaclarının təmin edilməsi üçün bu günədək 8 milyard manata yaxın və ya təqribən 5 milyard dollar həcmində vəsait sərf edilmişdir. 300 mindən artıq məcburi köçkün pulsuz ev və mənzillərlə təmin olunmuşdur.

Torpaqlarımızın Ermənistan tərəfindən işğalı nəticəsində meydana gəlmiş çətinliklər səbəbindən Azərbaycan müstəqilliyinin ilk illərində beynəlxalq ictimaiyyətdən humanitar yardım qəbul edirdi. Daha sonra isə Azərbaycan özü donor ölkəyə çevrildi. Son 15 ildə Azərbaycan 120-yə yaxın ölkəyə maliyyə və humanitar yardımı göstərmişdir.

COVID-19 pandemiyası dünyanın bütün ölkələrinə mənfi təsir göstərmişdir. Milyonlarla insanın kəskin yoxsulluq vəziyyətinə düşəcəyi gözləniləndir.

Pandemiya bizim iqtisadiyyata da təsir etmişdir. Pandemiya dövründə dövlət gəlirlərinin azalmasına baxmayaraq, hökumət iş yerlərinin və səhiyyənin qorunması, habelə iqtisadi inkişafı təmin etmək məqsədilə ümumi daxili məhsulun 3 faizi həcmində maliyyə vəsaiti ayırmışdır.

Pandemiyanın fəsadlarının aradan qaldırılması, iqtisadi sabitlik, makroiqtisadi və maliyyə dayanıqlığının təmin edilməsi, işsizlik probleminin həlli məqsədilə 2 milyard dollar həcmində iqtisadi-sosial yardım paketi təqdim edilmişdir. Sosial dəstək tədbirləri təqribən 5 milyon vətəndaşı, yəni, ölkə əhalisinin yarısını əhatə edir.

Pandemiya ilə mübarizənin maliyyələşdirilməsi xarici maliyyə yardımı olmadan, yalnız daxili mənbələr hesabına həyata keçirilir. Bundan əlavə, Azərbaycan COVID-19 ilə bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib.

Pandemiyadan sonrakı dövrdə bizim əsas prioritetlərimiz – iqtisadi inkişafı, iqtisadi və maliyyə sabitliyini təmin etmək, sağlam və rəqabətqabiliyyətli insan kapitalını daha da inkişaf etdirmək, dayanıqlı iş yerləri yaratmaq və iqtisadi fəaliyyətin yeni sahələrini inkişaf etdirməkdən ibarətdir.

Bəşəriyyət pandemiyaya qarşı mübarizə və onun fəsadlarının aradan qaldırılmasına yalnız həmrəylik və birgə səylər sayəsində nail ola bilər. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan BMT Baş Assambleyasının koronavirusa qarşı mübarizə üzrə Xüsusi Sessiyasının keçirilməsini təklif etmişdir. Bu təşəbbüs BMT-nin üzvü olan 130-dan çox ölkə tərəfindən dəstəkləndi.

İnanıram ki, Xüsusi Sessiya pandemiyanın təsir etdiyi bütün sahələrin kompleks şəkildə müzakirə olunmasında çərçivə rolunu oynayacaq və onun yaratdığı fəsadların aradan qaldırılması səylərinə töhfə verəcəkdir. Sağ olun!
1 milyon dollarlıq cinayət - "İnvest-AZ"-ın sahiblərinin məhkəməsi başladı


Azərbaycana məxsus “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin səhmlərinin müvafiq olaraq 74%-nə və 26%-nə nəzarət edən Elşən Quliyev və Ceyhun Abdullayevin Türkiyədə məhkəməsi başlayıb.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar türk iş adamı Yunus Akgünün 1 milyon ABŞ dolları məbləğində vəsaitini özündən xəbərsiz, “İnvest-AZ” vasitəsilə ölkədən qanunsuz çıxarmaqda, dolayısı ilə ələ keçirməkdə, yəni, dələduzluqda ittiham olunur.

İrəli sürülən ittiham üzrə təqsirləndirilən şəxslərin 17 il müddətinə həbsi tələb edilir.

Zərərçəkmiş qismində tanınan Y.Akgün ifadəsində bildirib ki, investisiya şirkətinin məqsədini əvvəlcədən anlamayıb:

“Davamlı olaraq zərərlə işlədiyini bəyan edən “İnvest-AZ”ın əslində istifadə etdiyi birja platforması üzərindən qanunsuz fəaliyyətlə məşğul olduğunu, investorlara reallıqdan uzaq qiymətlər təqdim etdiyini, mövcud olmayan qiymətlərlə əməliyyatlar apararaq təminat hədləri ilə oynadıqlarını başa düşdüm”.

E.Quliyev və C.Abdullayevlə birgə Türkiyə vətəndaşı Ümit Arcanlı da ittiham
Hərbi vəzifəlilər səfərbərlik üzrə yola salınır - RəsmiAzərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” 28 sentyabr 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı təsdiq edilmiş plana uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli struktur bölmələrində hərbi vəzifəlilərin səfərbərlik üzrə yola salınmasına başlanılıb.

Dövlət Xidmətindən Avrasiya.net-ə bildirilib ki, qismən səfərbərliyə cəlb edilmiş Azərbaycan vətəndaşları ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün böyük ruh yüksəkliyi və coşqu ilə Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və bölmələrinə gəlirlər.

Hərbi vəzifəlilərin, onları yola salan valideyn və yaxınlarının ruh yüksəkliyi bir daha onu göstərir ki, xalqımız işğal olunmuş ərazilərimizi düşməndən azad etmək üçün ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlarla qürur duyur və ümumi qələbəmiz naminə nəbzi Vətən ilə vuran Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin Sərəncamını təntənə ilə qarşılayır.

Çoxmillətli ölkəmizdə hər kəs Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə, özünə mənəvi borc bilir. Bu gün hər bir çağırışçının dilində əsas şüar bunlardır: “Biz birlikdə güclüyük!”, “Biz zəfər çalacağıq!”. Çünki bizim işimiz haqq işidir.

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan birinci dərəcəli hərbi vəzifəlilər əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar 35 yaş, zabitlər isə hərbi rütbəsindən asılı olaraq 50 və daha yuxarı yaş həddində Azərbaycan Ordusunun komplektləşdirilməsinə cəlb edilir, hərbi vəzifəlilərin hərbi hissələrə təhvil verilməsini təmin etmək üçün müvafiq tədbirlər uğurla davam etdirilir.
"Paşinyan beynəlxalq hərbi tribunala cəlb olunmalıdır"Məzahir Əfəndiyev
Milli Məclisinin deputatı

Bu gün BMT Təhlükəsizlik Şurası nəhayət ki, 30 illik susqunluqdan sonra Dağlıq Qarabağda gedən döyüşlərlə bağlı təcili toplanır. Toplantının əsas məsələsi BMT-nin 1993-cü ildə münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnamənin yerinə yetirilməsi və onun tələblərinə uyğun bütün işğal olunmuş torpaqlarımızdan Ermənistan Silahlı Qüvvələrinin qeyd-şərtsiz çıxarılması olmalıdır.

Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, BMT nizamnaməsinin 41-ci maddəsi sanksiyalar rejimini özündə ehtiva edir.

Hesab edirəm ki, BMT-nin müasir geosiyasi reallıqlara cavab verən daha demokratik, məhsuldar və səmərəli bir işlək orqana çevrilməsinin vaxtı çatıb. Çünki, Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına kölgə salmaqla BMT-nin nüfuzunu sarsıdır. Ona görə də BMT-nin qlobal səviyyədə rolunun və təsir imkanlarının gücləndirilməsinə, həmçinin müasir dövrün çağırışlarına daha adekvat cavab vermək imkanlarına xüsusi diqqət yetirilməlidir.

Azərbaycanın Şanlı Ordusu Qarabağda gedən qızğın döyüşlərdə torpaqlarımızı böyük hərbi üstünlüklə düşməndən təmizliyərək ərazi bütövlüyümüzü bərpa etməkdədir. Təəssüflər olsun ki, müharibənin qanunlarına uyğun insan itkiləri də baş verməkdədir. Xüsusilə də həlak olan bütün insanların məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin, şəxsən Paşinyanın üzərinə düşür. Ona görə də beynəlxalq hüquqa, habelə qəbul edilmiş qətnamələrə məhəl qoymayan, öz səriştəsiz və faşist prinsiplərinə əsaslanan Paşinyan beynəlxalq hərbi tribunala cəlb olunmalıdır.

ATƏT-in həmsədr ölkələrinə çağırış edirəm və bundan sonra baş verəcək insan tələfatına son qoyulması üçün Rusiya, Fransa və ABŞ-ı Ermənistana qarşı sanksiyalar tətbiq edilməsi üçün səsləyirəm.
Ermənistandan hərəkət edən S-300 ZRK anda məhv ediləcək“Döyüşlərdə tətbiq edilməsi üçün Ermənistandan hərəkət edən S-300 ZRK işğal onunmuş ərazilərimizə daxil olduğu anda məhv ediləcək”

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

O qeyd edib ki, əldə etdiyimiz kəşfiyyat məlumatına əsasən, Yerevanın hava məkanını müdafiə edən S-300 zenit-raket kompleksləri (ZRK) döyüş növbətçiliyindən çıxarılaraq işğal onunmuş ərazilərimiz istiqamətində hərəkət edir.

Bildiririk ki, onları da Ordumuz tərəfindən Dağlıq Qarabağda Ermənistan ordusunun məhv edilən digər döyüş texnikalarının aqibəti gözləyir.

Son döyüşlər bir daha göstərir ki, Ermənistan ordusunun məğlubedilməzliyi barədə yaradılan mif əsassızdır.


 VI Kolumbiya İnvestisiya sammiti keçiriləcək - Səfirlikdən dəvət Kolumbiyanın Azərbaycandakı səfirliyi ölkədəki bütün iş adamlarını bu il oktyabrın 7-dən 9-dək onlayn formatda keçiriləcək.

Səfirlikdən Avrasiya.net-ə verilən məlumata görə, Kolumbiyadakı birbaşa xarici investisiyalar sahəsində ən əlamətdar hadisə olan "COLOMBIA INVESTMENT SUMMIT" adlı 6-cı investisiya sammitində iştirak etməyə dəvət edir.

"COLOMBIA INVESTMENT SUMMIT" Kolumbiya Ticarət, Sənaye və Turizm Nazirliyi və “PROCOLOMBIA” - milli təşviq agentliyi tərəfindən təşkil olunur.

6-cı Kolumbiya İnvestisiya Sammitində Kolumbiya Prezidenti İvan Duke Markes və Nazirlər Kabineti üzvlərini, ABŞ-ın keçmiş Prezidenti Bill Klinton da daxil olmaqla məşhur panelistlər iştirak edəcək (tam gündəliyə baxın: https://colombiainvestmentsummit.co/es/agenda).
Bu virtual sammitdə investorlar kolumbiyalı yerli şirkətlərlə strateji əməkdaşlıq qurmaq, investisiya axtarışında olan layihə başçıları ilə tanış olmaq və Kolumbiyaya gəliş üçün əsas təşkilatlarla əlaqə yaratmaq imkanı qazanacaqlar. Bu təşkilatlar arasında milli hökumət qurumları, sərbəst ticarət zonaları və regional təşviq agentlikləri də yer alır.

Həmçinin, xarici investorlar Kolumbiya iqtisadiyyatını canlandırmaq üçün görülən tədbirlər, birbaşa xarici investisiyaların bu tədbirlərdə ki rolu, yaxın bir neçə il ərzində ölkə üçün müsbət gələcək və rəqabət qabiliyyəti baxımından əldə olunan irəliləyişlər haqqında ilkin məlumatları əldə edə biləcəklər.

Bundan əlavə, sammit, yerli şirkətlər, layihə menecerləri və dövlət qurumları ilə təkbətək görüşlər keçirmək imkanı yaradacaq ki, bu da ölkənin investisiya mühiti haqqında daha ətraflı məlumat əldə etməyə kömək edəcəkdir. Əlavə olaraq, müxtəlif sektorlarda investisiya siyasətinin və imkanlarının izah ediləcəyi bəzi “sektor görüşləri”də baş tutacaqdır.

Tədbir və iştirak qeydiyyatı proseduru haqqında daha ətraflı məlumat üçün bu sammitin rəsmi səhifəsinə müraciət edə bilərsiniz: https://colombiainvestmentsummit.co/es.
Eyni zamanda, sammitlə marağlananlar, sual olduğu halda [email protected] ünvanı ilə əlaqə saxlaya bilərlər.
İranın Azərbaycandakı səfirliyindən cəbhədki vəziyyətlə bağlı AÇIQLAMAİranın Azərbaycandakı səfirliyi cəbhədəki vəziyyətlə bağlı açıqlama yayıb.

Avrasiya.net xəbər verir ki, açıqlamada deyilir:

"Silahların və ya terror qruplaşmalarına bağlı qüvvələrin İran İslam Respublikası ərazisindən Ermənistana keçirilməsi ilə əlaqəli əsassız xəbərlərin dərc edilməsini və təkrarlanmasını qətiyyətlə rədd edir və Azərbaycan Respublikasındakı uzunmüddətli hədəfləri üçün zəmin yaratmaq məqsədilə İranın nüfuzuna xələl gətirməyə ehtiyacı olan bəzi üçüncü tərəflərin səylərindən təəssüflənir.

İran İslam Respublikasının müvafiq rəsmi qurumları tərəfindən aparılan araşdırma və sorğulara görə, virtual şəbəkələrdə təsvir olunan saxta və şübhəli filmlərdə təsvir olunan silah və şəxslərin heç biri doğru deyil. Bu təbliğat şantajlarının əsas məqsədi İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı qardaşlıq və dostluq münasibətlərini korlamaqdır".
Düşmən döyüşdən imtina edir və rayonu tərk edir - DərgahlıMadagizdəki erməni ordusunun alayı tamamilə demoralizə olunub.

Bunu Avrasiya.net-ə açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

"Azərbaycan Ordusunun genişmiqyaslı döyüş əməliyyatı nəticəsində Madagizdəki Ermənistan ordusunun alayı tamamilə demoralizə olunub, ölümqabağı əzabları başlayıb. Şəxsi heyət təşviş içindədir. Dəstək məqsədilə yeni gələn ehtiyat qüvvələri də daxil olmaqla bir çoxları döyüşə girməkdən imtina edir və döyüş əməliyyatı rayonunu tərk edirlər", - o vurğulayıb.

Merkel İlham Əliyevə zəng etdi: Qarabağ müzakirəsi...Sentyabrın 29-da Almaniya Kansleri Angela Merkel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Avrasiya.net xəbər verir ki, Angela Merkel Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın baş verməsi ilə bağlı ölkəsinin narahatlığını ifadə edib və hadisələrin gedişi ilə maraqlanıb.

Dövlətimizin başçısı qeyd edib ki, sentyabrın 27-də, səhər saatlarında Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədərək, ağır artilleriya qurğularından təmas xətti boyu yerləşən hərbi birləşmələrimizi, şəhər və kəndlərimizi atəşə tutması nəticəsində iki gün ərzində hərbçilərimiz, 10 mülki şəxs, o cümlədən iki uşaq həlak olub, 29 mülki şəxs yaralanıb, 150 yaşayış evi dağıdılıb. Azərbaycan tərəfi əks-hücum əməliyyatına başlayıb.

Dövlətimizin başçısı bildirib ki, bundan əvvəl də iyul-avqust aylarında Ermənistan tərəfindən ölkəmizə qarşı hərbi təxribatlar törədilib və bunların nəticəsində hərbçilərimiz və mülki şəxslərimiz həlak olub. Prezident İlham Əliyev bu təxribatları Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin davamı olduğunu vurğulayıb.

Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı danışıqlar prosesini mənasız edir və Ermənistan rəhbərliyinin Azərbaycandan dırnaqarası “Dalıq Qarabağ respublikası” ilə danışıqlar aparması tələbi danışıqlar formatının dəyişdirilməsi cəhdi kimi qiymətləndirilməlidir. Dövlətimizin başçısı, eyni zamanda, bildirib ki, Ermənistanın müdafiə naziri yeni torpaqlar uğrunda yeni müharibə ilə Azərbaycanı hədələyib və bu plan reallıqda həyata keçirilir.

Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür, Azərbaycan Ordusu öz torpaqlarında vuruşur və Ermənistan ordusu Azərbaycan torpaqlarında olmamalıdır.

Prezident İlham Əliyev əlavə edib ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə başqa ölkələrdən xarici vətəndaşların qanunsuz məskunlaşmasını həyata keçirir ki, bu da Cenevrə Konvensiyasına görə beynəlxalq hüququn ciddi pozulmasıdır və bu, hərbi cinayət sayılır.

Söhbət zamanı atəşkəsin və danışıqlar prosesinin bərpa edilməsi imkanları barədə müzakirələr aparılıb.