Rusiya və İranın Qarabağ mövqeyi Bakını qane edir?Avrasiya.net Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:

- Qüdrət bəy, dünya birliyinin, xüsusilə yaxın qonşularımızın Azərbaycan Ordusunun işğalçı erməni qoşunlarına endirdiyi əks-zərbəyə reaksiyalarını necə qiymətləndirirsiniz?

- İlk növbədə xalqımızı, Ali Baş Komandanı, zabit və əsgərlərimizi torpaqlarımızın işğaldan azad olunması istiqamətində əldə etdiyimiz ilk qələbələr münasibətilə təbrik edirəm. Sualınıza gəldikdə onu deyə bilərəm ki, son aylar Azərbaycan diplomatiyası uğurla beynəlxalq ictimaiyyəti regionda baş verənlər, həmcinin Ermənistanın hücuma hazırlaşdığı və təxribatçı fəaliyyəti barədə məlumatlandırırdı. Azərbaycan Respublikası Prezidentinin BMT Baş Məclisinin 75-ci sesiyasındakı çıxışı son dərəcə təsirli və əhəmiyyətli idi. Birinci vitse-prezident Mehriban xanımın, çoxlarının zamanında başa düşmədiyi, Qərb ölkələrində, Pakistanda apardığı uzunmüddətli humanitar iş bu gün öz müsbət nəticəsini göstərməkdədir. Bu istiqamətdə MM-in sədri Sahibə Qafarovanın Moskvaya səfərini, xüsusilə Rusiya Federasiya Şurasındakı çıxışını da çox yüksək qiymətləndirirəm. Onun Qarabağın tarixi və mövcud vəziyyət barədə rus senatorlarına ünvanlanan çıxışı erməni lobbisinin təsiri altında olan rus ictimaiyyəti üçün bir yenilik idi. Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin yeni rəhbərliyinin səylərini də qeyd etmək lazımdır. Məhz ayr-ayrı ölkələrlə və beynəlxalq təşkilatlarla görülmüş işlərin nəticəsidir ki, dünya birliyinin Azərbaycanın öz torpaqlarını azad etmək istiqamətindəki fəaliyyətinə ilkin yanaşmasını pozitiv qiymətləndirmək olar.

Bizim üçün müstəsna əhəmiyyət kəsb edən böyük qonşularımızın münasibətinə gəldikdə isə qardaş Türkiyənin reaksiyasının necə olacağı bəlli idi. Biz qardaş ölkənin cəsur və müdrik lideri Ərdoğana, Çavuşoğluna, Hulusi Akara, Mustafa Şəntopa və bütövlükdə türk hökumətinə, qardaşlarımıza son dərəcə minnətdarıq. Biz qardaş Pakistan Respublikasına da tutduğu ədalətli və prinsipial mövqeyinə görə təşəkker etməliyik. Yaxın qonşularımız və tarixi əlaqələrimiz olan çoxmillətli ölkələr olan Rusiya və İranın ilk bəyənatlarını müsbət qiymətləndirmək olar. Onlar işğalçı ölkəyə dəstək verməyəcəlkləri təqdirdə öz dövlətlərini möhkəmləndirəcək, qonşu Azərbaycan xalqının sevgi və ehtiramını qazanacaq, regionda öz mövqelərini gücləndirəcəklər. Qədirbilən xalqımız nə pislikləri, nə də ədalətin yanında olanları heç zaman yaddan çıxarmayacaq. Onların beynəlxalq hüququ müdafiə etməklə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə mane olmaması hər iki ölkənin beynəlxalq nüfuzunu da artırmış olardı. Hazırda Ordumuzun qarşısında duran əsas vəzifə ondan ibarət olmalıdır ki, qarşıya qoyulmuş vəzifəni qısa müddətdə yerinə yetirsin. Müharibə uzanarsa, ona müdaxilə edənlərin sayı da artacaq.
Ermənistan Zod-Kəlbəcər yolunu bağlamağa məcbur olduErmənistan Zod-Kəlbəcər magistral yolunu bağlamağa məcbur olub.

Avrasiya.net xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, yaranmış vəziyyətlə əlaqədar olaraq strateji yolun bağlanması qaçılmaz olub.

Bu arada Gürcüstan da Stepantsminda-Lars magistral yolunu Ermənistandakı hərbi vəziyyətə görə bağladığını bəyan edib.
Makron İlham Əliyevə zəng etdiSentyabrın 27-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Axar.az xəbər verir ki, Emmanuel Makron Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın baş verməsindən ölkəsinin narahatlıq hissi keçirdiyini qeyd edib və münaqişənin danışıqlar yolu ilə həll olunmasının vacibliyini vurğulayıb.

Dövlətimizin başçısı qeyd edib ki, Ermənistan rəhbərliyi şüurlu şəkildə danışıqlar prosesini pozur. Ermənistan rəhbərliyinin “Dağlıq Qarabağ Ermənistandır” bəyanatı danışıqlara ciddi zərbə vurub. “Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır” bəyanatı isə danışıqlar formatının dəyişdirilməsi cəhdidir ki, bu da qəbuledilməzdir və bu, Minsk Qrupunun rəhbərliyi tərəfindən də bildirilib.

Telefon söhbəti zamanı dövlətimizin başçısı sentyabrın 27-də Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən və davam edən hərbi təxribatla bağlı hadisələrin gedişi barədə məlumat verərək qeyd edib ki, Ermənistanın Azərbaycan silahlı qüvvələrinin mövqelərini və cəbhə xətti boyu yerləşən yaşayış məntəqələrimizi ağır artilleriya silahlarından atəşə tutması nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olub, Azərbaycan Silahlı Qüvvələri buna cavab olaraq uğurlu əks-hücum əməliyyatları həyata keçirir.

Azərbaycan Prezidenti bildirib ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür.

Telefon söhbəti zamanı tərəflər diplomatik kanallar vasitəsilə təmasların həyata keçirilməsi barədə razılığa gəliblər.
Erməni ordusunda əsgər çatmır: Cəbhəyə polislər göndərilirQarabağda ermənilərin şəxsi heyət sayında kəskin çatışmazlıq yaranıb.

Axar.az xəbər verir ki, bu fakt “İnfoteka 24” saytının Teleqram kanalında yayımlanan görüntülərdən sonra ortaya çıxıb. Belə ki, görüntülərdə Ermənistanın Qarabağa polis dəstələrini göndərdiyi əks olunub.

Qeyd edək ki, Ermənistan artıq iki ildir Qarabağdakı təmas xəttində polis dəstələrindən istifadə edir. Paşinyan hökuməti bu addımı şəxsi heyət çatışmazlığının qarşısını almaq üçün atır.
Talış kəndi ətrafındakı yüksəkliklər düşməndən təmizləndi Xeyli düşmən qüvvəsi məhv edilib

Ermənistan silahlı qüvvələrindən azad edilən yüksəkliklərdən və əlverişli mövqelərdən hərəkətə keçən Azərbaycan Ordusunun bölmələri əldə olunmuş müvəffəqiyyəti artırmaq məqsədilə əks-hücum əməliyyatını davam etdirir.

Müdafiə Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilməklə, o sıxışdırılaraq əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilir.

Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənib, düşmən xeyli itki verib.
Ermənilər növbəti itkilərini açıqladılar - Daha 15 itkiErmənistan ordusu Qarabağda verdiyi itkilərin bir qismini də açıqlayıb.

Avrasiya.net xəbər verir ki, Azərbaycanın işğal altında saxlanılan Qarabağ bölgəsində yaradılan qondarma rejim ölən daha 15 hərbçinin adını açıqlayıb.

Qeyd edək ki, ötən gün ölən hərbçilərdən 16-nın adı açıqlanmışdı.

Avrasiya.net erməni KİV-lərinə istinadən məhv edilən hərbi qulluqçularının adını diqqətinizə çatdırır:

Nersisyan Sasun Qrenikoviç 2002-ci il təvəllüdlü,

Xaçatryan Xoren Yuraoviç, 1983-cü il təvəllüdlü,

Qriqoryan Armen Nikolayeviç, 1984-cü il təvəllüdlü,

Agasaryan Yuri Haykoviç, 2001-ci il təvəllüdlü,

Acemyan Qarik Aramoviç, 2002-ci il təvəllüdlü,

Qaloyan Qevork Marzpetoviç, 2001-ci il təvəllüdlü,

Abrahamyan Qurqen Vardanoviç, 2001 təvəllüdlü

Düşmənin daha 2 tankı məhv edilibDüşmənin aktiv döyüş fəaliyyətinin qarşısının alınması məqsədilə atılan addımlar nəticəsində Ermənistan silahlı qüvvələrinə məxsus daha 2 tank bölmələrimizin dəqiq atəşi ilə məhv edilib. Məlumatı bu gün səhər saatlarında Müdafiə Nazirliyi yayıb.