Qarabağda müharibə niyə alovlandı? – 6 mühüm səbəbErmənistanla Azərbaycan arasında hərbi əməliyyatların genişlənməsi qaçılmaz idi və regiondakı vəziyyətlə maraqlanan hər kəs tərəfindən gözlənilirdi.

Bu sözləri Axar.az-a gürcü politoloq Qela Vasadze Qarabağdakı hazırkı vəziyyətlə bağlı danışarkən deyib.

Ekspertin sözlərinə görə, bu, ilk başda Ermənistandakı daxili siyasi vəziyyət, elitaların dəyişməsi, epidemiya, iqtisadi böhran və hakimiyyət uğrunda mübarizə fonunda ziddiyyətlərin kəskinləşməsi səbəbindən baş verdi:

“İkinci səbəb ölkə daxilində Paşinyana qarşı olan rusiyapərəst müxalifət faktorudur və Paşinyanla Putin arasında psixoloji uyğunsuzluqdur. Üçüncüsü, Azərbaycan diplomatiyasının ABŞ və Avropa İttifaqı ilə münasibətlərdə əldə etdiyi uğurlardır. Dördüncüsü, Ermənistanla Yunanıstan arasında münasibətlərin KTMT formatından kənar intensivləşməsidir. Beşincisi, Navalnı həngaməsi, Belarus hadisələri, yeni sanksiyaların perspektivi və Rusiyanın digər xarici siyasət problemləri ilə bağlıdır. Altıncısı, region üzərində nəzarəti itirmək qorxusudur”.

Politoloq deyib ki, bu 6 mühüm səbəblə yanaşı, digər, daha az əhəmiyyətli amillər də var.
Prezidentdən komendant saatının tətbiqi ilə bağlı SƏRƏNCAMAzərbaycan Prezidenti İlham Əliyev "Hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantının təyin edilməsi haqqında" sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, sərəncama əsasən, Daxili İşlər naziri Vilayət Süleyman oğlu Eyvazov hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantı təyin edilib.
“Bu, Vətən Müharibəsidir” - Hikmət Hacıyev“Bu, Vətən Müharibəsidir”.

Avrasiya.net-in məlumatına görə, bunu bu gün xarici ölkələrin səfirləri, diplomatları üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, hər bir xalqın taleyində belə hallar olur:

“Biz də belə məqamda dövlətlərin əsl mövqeyini görmək də istəyirik”.
Qarabağı Ermənistana birləşdirən yol DARMADAĞIN EDİLİBAzərbaycan Ordusunun Qarabağda keçirdiyi uğurlu əks-hücum əməliyyatları davam edir.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin, o cümlədən döyüş dronlarının zərbələri nəticəsində Ermənistanı Qarabağa birləşdirən Vardenis-Ağdərə yolu tamamilə darmadağın edilib. Yolda nəqliyyatın hərəkəti tamamilə dayanıb.

Hazırda Ermənistanla Qarabağa arasında yeganə əlaqə Gorus-Xankəndi yolu ilə həyata keçirilir.
General-mayor Mayis Bərxudarov: “Düşməni sona qədər məhv etmək uğrunda vuruşacağıq”“Düşmən hücumunun qarşısının alınması məqsədilə həyata keçirdiyimiz əks-hücum əməliyyatı uğurla davam edir. Gərgin döyüşlər gedir".

"Report" xəbər verir ki, bu fikirləri hərbi birliyin komandiri general-mayor Mayis Bərxudarov bildirib.

"Ordumuz torpaqlarımızın işğaldan azad edilməsi üzrə tapşırıqları yüksək döyüş əzmi və igidliklə icra edir. Komandirlik etdiyim birliyin şəxsi heyəti düşməni tam məhv etmək üçün son damla qanınadək vuruşacaq və qələbə qazanacaq”, - o qeyd edib.


Ermənilər Azərbaycanın 26 mülki vətəndaşını yaralayıb - Baş ProkurorluqTəcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri hədəfə almaqda davam edir. Hədəf kimi seçilən ərazilər əhalinin kompakt olduğu məntəqələr - rayon və kənd mərkəzləri, mülki infrastruktur obyektlər - xəstəxanalar, tibb məntəqələri, məktəb binaları, uşaq bağçaları seçilir.

Bu barədə Baş Prokurorluqdan Avrasiya.net-ə verilən məlumatda bildirilib.

Hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 26 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdiriliblər.

Xüsusilə qeyd edilməlidir ki, səhər saat 07 radələrindən başlayaraq düşmən qüvvələri tərəfindən Tərtər rayonunun mərkəzi, o cümlədən əhalinin sıx yaşadığı kəndlərin ağır artilleriyadan intensiv atəşə tutulması nəticəsində, Azadqaraqoyunlu kənd sakinləri Əhmədov Mayıl Ələsgər oğlu, Salahov Nizami Məcid oğlu, Kərimov Elşən Şahmat oğluna məxsus evlərə külli miqdarda ziyan dəymiş, rayonun əsas strateji körpüsü və polis şöbəsinə zərbələr endirilib.

Bundan başqa, düşmənin mülki obyektləri atəşə tutması nəticəsində Tərtər şəhəri, E.Səfərov küçəsi 54 mənzildən ibarət 10 saylı binası, rayonun Şıx arx qəsəbəsində 16 saylı çoxmənzilli yaşayış binası yararsız vəziyəyətə düşmüş, bina sakinləri təxliyə edilib.

Həmçinin, işğalçı ölkənin qüvvələrinin intensiv atəşi nəticəsində Tərtər rayonu, Səhləbad kəndində Ağayev Bəxtiyar Rəhim oğluna, Yuxarı Qapanlı kənd sakini Rəsmiyyə Həsənovaya məxsus yardımçı tikililərə top mərmilərinin düşməsi nəticəsində çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olub.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir, o cümlədən yaralananların aldıqları xəsarətlərin ağırlıq dərəcəsini, eləcə də mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri olan tədbirlər həyata keçirilir.
Ermənilərin haqqında danışdığı generalımız danışdıHərbi birliyin komandiri general-mayor Mayis Bərxudarov:

“Düşmən hücumunun qarşısının alınması məqsədilə həyata keçirdiyimiz əks-hücum əməliyyatı uğurla davam edir. Gərgin döyüşlər gedir. Ordumuz torpaqlarımızın işğaldan azad edilməsi üzrə tapşırıqları yüksək döyüş əzmi və igidliklə icra edir.

Komandirlik etdiyim birliyin şəxsi heyəti düşməni tam məhv etmək üçün son damla qanınadək vuruşacaq və qələbə qazanacaq”.
Qismən səfərbərlik elan olundu - TəciliPrezident Ilham Əliyev Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net sərəncamın mətnini təqdim edir:

1. Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilsin.

2. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Tramp Qarabağdakı müharibə haqdaRəsmi Vaşinqton Dağlıq Qarabağdakı vəziyyət barədə məlumat toplayır və tərəflərin döyüş əməliyyatlarına son qoymalarına nail olub-olmayacaqlarını araşdırır.

“İnterfax”ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransında bəyan edib.

“Bu bölgədə çoxları ilə yaxşı əlaqələrimiz var. Baxaq, bunu (atəşi) dayandırmağa nail ola bilərikmi?”, - deyə o bildirib.

Tramp Dağlıq Qarabağdakı hadisələr barədə ona məlumat verildiyini vurğulayıb.

“Biz orada baş verənləri diqqətlə araşdırırıq”, - deyə ABŞ Prezidenti qeyd edib.
Yunanıstandan işğalçı Ermənistana dostluq MESAJIYunanıstan və Ermənistan xarici işlər nazirləri Nikos Dendias və Zoqrab Mnatsakanyan arasında telefon danışığı baş tutub.

Modern.az xəbər verir ki, yunan tərəfi telefon danışığının nəticəsi olaraq “Tvitter”də paylaşım edib.

“Telefon danışığı zamanı Ermənistan və Yunanıstan arasında möhkəm dostluq əlaqələrinin olduğu vurğulanıb. Nazir Dendias insan itkilərini pisləyib və Dağlıq Qarabağda gərginliyin azaldılması üçün səy göstərəcəklərini bildirib”- deyə açıqlamada deyilir.