"Azərbaycan ürəyimizdir, vətənimizdir, onu qorumaq, uğrunda canımızdan keçməyə hazırıq""Biz - Gürcüstanda yaşayan azərbaycanlılar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı haqq işini dəstəkləyir, bütün gücümüzlə, canımız-qanımızla onun və şanlı Azərbaycan Ordusunun yanında olduğumuzu bəyan edirik".

Bunu Avrasiya.net-ə Gürcüstan parlamentinin azərbaycanlı deputatı, tanınmış ictimai, siyasi xadim Azər Süleymanov son günlər cəbhə xəttində baş verən hadisələrə və Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr endirməsinə münasibətində bildirib.

A.Süleymanov bildirib ki, 30 ilə yaxın bir zamanda Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasına göz yuman və hətta bəzi dövlətlərin Ermənistanın işğalçılıq siyasətini dəstəkləməsi rəsmi Bakının səbrini daşdlrıb: "Azərbaycan beynəlxalq qanunlara hörmətlə yanaşan, Cenevrə Konvensiyasının tələblərinə riayət edən, demokratik və humanist bir ölkədir. Lakin rəsmi Bakı heç vaxt bir qarış torpağının belə düşmən tapdağında qalmasına razı ola bilməz. Bunu Ali Baş Komandan, cənab İlham Əliyev dəfələrlə yüksək tribunalardan bəyan edib. Lakin Ermənistan öz işğalçılıq əməllərindən əl çəkmədi, təxribatlarını davam etdirdi. Hətta mülki əhalini hədəfə görürdü. Azərbaycan bu zamana kimi humanizmlik nümayiş etdirərək münaqişənin danışıqlar yolu ilə həll olunması tərəfdarı kimi çıxış edib. İşğalçı bunu dərk və qəbul etmək istəmədi. Artıq zaman yetişdi, şanlı Azərbaycan Ordusu öz sözünü dedi".

A.Süleymanov Azərbaycan Ordusunun düşmən üzərində qələbələrindən narahatlıq keçirən BMT başda olmaqla digər beynəlxalq təşkilatlatı da qınadı: "30 ilə yaxındır, rəsmi Bakı münaqişənin sülh yolu ilə həllini təklif edib. Minsk qrupu münaqişənin həllində maraqlı olmayıb, Ermənistan BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini, ATƏT, Avropa Şurasının Dağlıq Qarabağın azad olunmasıyla bağlı qəbul etdiyi qərarları ayaq altına atdı. İşğalçı ölkənin bu sayqısızlığına göz yumuldu, əksinə işğalçıya dəstək verildi. İndi nədən narahatdırlar, nədən müharibənin dayandırılmasını istəyirlər? Bəs bu vaxta qədər hardaydılar? Azərbaycanın artıq səbri tükənib, işğalçıya yerini göstərməklə gücünü sübut etdi, eyni zamanda Ermənistanı himayə edən ölkələrə mesaj vermiş oldu. Ermənistan ordusu əsgərlərimiz qarşısında diz çökmək məcburiyyətində qalıb".

A.Süleymanov onu da qeyd edib ki, Gürcüstanda yaşayan soydaşlarımız haqq işini müdafiə edən Azərbaycanın, onun prezidenti, cənab İlham Əliyevin yanındadır. Gürcüstanda yaşamağımıza baxmayaraq, Azərbaycan ürəyimizdir, vətənimizdir, onu qorumaq, uğrunda canımızdan keçməyə hazırıq: "Şanlı ordumuzun düşmən üzərində yeni-yeni qələbələr çalacağına inanırıq, Azərbaycan bayrağının Şuşada dalğalanacağı gün uzaqda deyil. Bu gün Azərbaycanda dövlət-xalq-ordu birliyi, həmrəyliyi var. Bu həmrəylik bizi yalnız qələbələrə aparacaq. Yaşasın Azərbaycan və onun məğlubedilməz ordusu!"
Erməni qadın snayper məhv edildiErmənistan ordusunun işğal olunmuş Dağlıq Qarabağdakı hissələrinin birində Azərbaycan əsgərləri erməni qadın snayperi zərərsizləşdirib.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, öldürülən qadın snayper 1985-ci il təvəllüdlü Hasmik Arzumanyandır.

Qeyd edək ki, onun snayper olması ilə bağlı məlumatlar sosial şəbəkələrin Ermənistan seqmentində qeyd edilib.
Tərtərdə təcili tibbi yardım maşını vuruldu - FotoTərtər rayonunda təcili tibbi yardım avtomobili vurulub.

Avrasiya.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, avtomobilin sürücüsü, 1968-ci il təvəllüdlü Əsədov Qənbər Əsgər oğlu ağır yaralanıb.

Təcili tibbi yardım maşını rayonun "Bazar" deyilən ərazisinə atılan atəş nəticəsində vurulub. Daha sonra sürücü maşını irəliyə sürmək istəyən zaman ağaca çırpılıb.
Düşmənin 550-dən artıq itkiləri var - Rəsmi
Talış kəndi ətrafında bir neçə əlverişli yüksəklik düşəndən təmzilənib.

Avrasiya.net xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov brifinqdə bildirib.

A.Eyvazov qeyd edib ki, Ermənistan ordusunun Azərbaycan ordusunun itkilərilə bağlı yaydığı məlumatlar həqiqəti əks etdirmir:

“Ermənilər ordularındakı xaousu yatırtmaq məqsədilə real itkilərinin sayını əhalidən gizlədir. Düşmənin müqavimət göstərdiyi mövqelərə raket, aritilleriya və aviasiya zərbələri endirilməklə sıxışdırılaraq geri çəkilməyə məcbur edilir.

Ermənistan ordusu döyüşlər nəticəsində 24 ədəd tank və digər zirehli texnikası, 15 ədəd ASA zenit-raket kompleksi, 18 ədəd pilotsuz uçuş aparatı, 8 ədəd artileriya qurğusu məhv edilib. Ölən və yaralı olmaqla canlıə qüvvə abxımından 550-dən artıq itkisi var. Düşmən itkiləri arasında aşkar edilmiş bəzi cəsədlərin Suriyadan və Yaxın Şərqdən gətirilmiş erməni əsilli muzdlular olduğunu olduğunu müəyyənləşdirmişik. Ermənistan rəhbərliyi informasiya qadağasındna sui-istifadə edərək, bu məlumatı beynəlxalq ictimaiyyətdən gizlədir.

Əlavə olaraq bildirim ki, Talış kəndi uğruda gedən döyüşlərdə düşmənin desant taborunun komandiri podpolkovnik Levninq Vordoryan məhv edilib. Onun komandiri olduğu hərbi hissəsinin şxəsi heyəti ağır itkilərə məruz qalıb. Düşmən ordusundakı yararlıların say çoxluğundan xəstəxanalarda yer qıtlğı və qan bankında ehtiyat qan çatışmazlığı mğövcuddur.

Səhər saatlarından başlayaraq, Tərtər şəhəri atəşə tutulub. Azərbaycan ordusu tərəfindən düşmənə sonuncu xəbərdarlıq edilib”.

O sözlərini general-mayor Mayis Bərxudarovdan gətirdiyi sitatla yekunlaşdırıb:

"Ordumuz torpaqlarımızın işğaldan azad edilməsi üzrə tapşırıqları yüksək döyüş əzmi və igidliklə icra edir. Komandirlik etdiyim birliyin şəxsi heyəti düşməni tam məhv etmək üçün son damla qanınadək vuruşacaq və qələbə qazanacaq”,
Prezidentin köməkçisi səfərbərlikdən DANIŞDIAzərbaycan Prezidenti tərəfindən qismən səfərbərlik elan olunub.

Avrasiya.net-in məlujmatına görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev birifinqdə bildirib.

H.Hacıyevq eyd edib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən plana uyğun olaraq tədbirlər həyata keçiriləcək:

“Bildiyiniz kimi, bir müddət əvvəl hərbi toplanışlar keçirilirdi. Toplanışlar davam etdiriləcək”.

Onun sözlərinə görə, ermənilər həmişə olduğu kimi bu dəfə də mülki əhalini hədəfə alıb:

“Naftalan rayonu ərazisində bir ailənin 5 üzvü həlak olub. Ailənin yaxınlarına baş sağlığı veririk. Ermənilər acizanə şəkildə mülki əhalini hədəf götürüblər. Bu gün səhərdən etibarən isə Tərtərə atəşə tutublar. Tərtərdəki xalça fabrikinə zərər yetirilib. Düşmən cavab atəşilə susdurulur”.
Kəlbəcər tam, Ağdərə qismən mühasirəyə alındı – EkspertBasarkeçər-Ağdərə avtomobil yolunun vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülməsi Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verir.

Bu sözləri Axar.az-a hərbi ekspert Üzeyir Cəfərov cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murovdağ silsiləsindəki Murov zirvəsi və işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Basarkeçər-Ağdərə avtomobil yolunun nəzarətinə götürməsini şərh edərkən deyib.

O bildirib ki, işğaldan azad olunan Murovdağ zirvəsinin strateji əhəmiyyəti çox böyükdür:

“Ermənistan ərazisindən Dağlıq Qarabağa iki əsas yol var. Bunlardan birincisi Laçın dəhlizidir. Düşmən Şuşa və Xankəndi ərazisinə silahları və hərbi yardımları bu yolla daşıyır.

Amma ən əsas və ən qısa yol M-11 magistralıdır. M-11 yolu İrəvandan başlayaraq, Basarkeçər ərazisinə qədər davam edir, ordan da Kəlbəcərə bağlanır. Kəlbəcər rayonunun Ermənistan və Dağlıq Qarabağ ilə tək bağlantısı bu yoldan ibarətdir.

Ordumuz bu yola nəzarəti ələ keçirməklə həm Kəlbəcəri blokadaya salmış, həm Xankəndiyə gedən yardımların önünü kəsmiş, həm də Ağdərə rayonuna gedən hərbi yardımların qarşısını qismən almış olur.

M-11 yolunun və Murovdağ zirvəsinin işğaldan azad edilməsi faktiki olaraq ordumuzun Kəlbəcəri tamamilə, Ağdərənin isə qismən blokadaya alması deməkdir”.
Ağdamda daha bir mülki vətəndaşımız həlak OLDUBu gün səhər saatlarında Ağdamda mülki şəxs həlak olub.

Avrasiya.net xəbər verir ki, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məlumat verib. Məlumata görə, həlak olan şəxs 1979-cu il Paşayev Coşqun Ənvər oğludur.

Son 2 gündə Ağdamda yaralanan mülki şəxslərin sayı 8-dir.
Ermənilərin itkiləri arasında Suriya və Yaxın Şərqdən gələn muzdluları da var - Vaqif Dərgahlı"Əldə olunan kəşfiyyat məlumatına əsasən, düşmənin itkiləri arasında Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən olan çoxlu sayda erməni əsilli muzdlu döyüşçülər də var. Lakin onlar Ermənistanda rəsmi qeydiyyata alınmadığı üçün düşmən bu itkiləri asanlıqla gizlədir".

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

"Əvvəlki döyüşlərdə olduğu kimi bu dəfə də Ermənistanın hərbi-siyasi rəhbərliyi hərbi məlumatların yayılmasına tətbiq edilən qadağanı əsas gətirərək döyüş itkilərini ictimaiyyətindən gizlədir.

Qeyd edək ki, itkilərin sayının çox olması səbəbindən bir müddət sonra düşmən bu itkiləri müxtəlif şəraitdə baş vermiş hadisə kimi göstərərək etiraf etmək məcburiyyətində qalacaq", o bildirib.
Rusiyadan Qarabağla bağlı AÇIQLAMA Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Dağlıq Qarabağdakı vəziyyətə münasibət bildirib.

Publika.az xəbər verir ki, Azərbaycan-Ermənistan münaqişəsinin gərginləşməsindən danışan Narışkin jurnalistlərə verdiyi açıqlamasında tərəflər arasında gərginliyin artmasının təəssüf doğurduğunu bildirib.

O, problemin yalnız siyasi və diplomatik yolla həll oluna biləcəyini söyləyib: "Əlbəttə ki, Azərbaycanla Ermənistan arasındakı münaqişənin böyüməsi təəssüf doğurur. Təəssüf ki, itkilər var, tərəflər də ağır silahlardan istifadə edirlər. Görürük ki, bu məsələ yalnız siyasi və diplomatik metodlardan istifadə etməklə həll edilə bilər və Rusiya hər zaman hər yolla sülhə can atacaq".