"Röyters" Qarabağla bağlı ŞAD XƏBƏRİ dünyaya çatdırdı - Azərbaycan Ordusundan BÖYÜK ZƏFƏR İngiltərənin dünyaca məşhur “Röyters” informasiya portalı Ermənistanla Azərbaycanın sərhəd xəttində baş verən olaylarla bağlı son məlumat və görüntüləri dərc edib.

Publika.az xəbər verir ki, ötən gün başlayan əməliyyatlar çərçivəsində Azərbaycanın erməni cəbhəsinə böyük miqyasda ziyan vurduğu bildirilib.

Bölgədə Ermənistan ordusuna aid hərbi təchizatların nöqtə atışı ilə vurulduğu qeyd olunub. Azərbaycan Ordusunun kritik nöqtələri ələ keçirdiyi, strateji yüksəkliklərə nəzarəti bərpa etdiyi dünyaya çatdırılıb.

Nəşrin məlumatına görə, birgünlük döyüşlərdə ermənilərin itkisi ikiqat olub. Vurğulanıb ki, bu döyüşlər 2016-cı ildən bəri ən şiddətli qarşıdurmalardır. Ermənistanı işğal altındakı Dağlıq Qarabağa birləşdirən Vardəniz-Ağdərə magistral yolunun Azərbaycan Ordusunun nəzarətində olduğu da qeyd edilib.

Ermənistan ordusunun artıq Su-30 döyüş təyyarələrini havaya qaldırmaq məcburiyyətində qaldığı iddia edilib.
Ermənistan son itkilərini açıqladıErmənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyan döyüşdə yaralanan erməni hərbçilərlə bağlı məlumat yayıb.

Axar.az xəbər verir ki, o, Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdən məhz əks-hücuma keçdiyini təsdiqləyib.

“Biz yeni itkilərimizlə bağlı artıq məlumat vermişik. Yaralılar isə təxminən 200 nəfərdir. Onların bir hissəsi İrəvanda hərbi hospitala və şəxsi xəstəxanalara yerləşdiriliblər”, - o deyib.

Qeyd edək ki, Ermənistan ötən gün 16, bu gün isə 15 hərbçisinin öldüyünü təsdiqləmiş və onların adlarını açıqlamışdı.
ALDP əməkdaşlıq etdiyi xarici ölkələrin siyasi partiyalarına müraciət edibAzərbaycan Liberal Demokrat Partiyası (ALDP) Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı əməkdaşlıq etdiyi Türkiyə Liberal Demokrat Partiyası (TLDP), Pakistan Xalq Partiyası (PXP), Ukrayna Liberal Demokrat Partiyası (ULDP), Belorusiya Liberal Demokrat Partiyası (BLDP), Böyük Britaniya Liberal Demokrat Partiyası (BBLDP), Avstriya Liberal Demokrat Partiyası (ALDP) və Belçika Xalq Cəbhəsi Partiyasına (BXCP) müraciət edib.

Avrasiya.net-ə daxil olan müraciətdə deyilir:

2020-ci ilin sentyabrın 27-i Ermənistan silahlı qüvvələri atəşkəsi pozaraq Azərbaycan ərazisində geniş miqyaslı hərbi əməliyyatlara başlamışdı. Bunun nəticəsində hərbi qulluqçular və əhali arasında həlak olan və yaralananlar vardır.

Ermənistanın bu hərəkəti bütün beynəlxalq hüquq normaları və qəbul olunan konvensiyalara ziddir. Bu hərbi təcavüzə Ermənistanın hərbi-xunta rəhbərliyi bu ilin əvvəlindən hazırlaşırdı.

Baxmayaraq ki, beynəlxalq hüququ əsas tutaraq, biz işğalda olan torpaqlarımızı separatçılardan azad etmək üçün anti-terror əməliyatları keçirə bilərdik. Azərbaycan 30 ilə yaxındır ki, işğalda olan torpaqları azad etmək üçün sülh danışıqlarının tərəfdarı olub və bu danışıqlarda iştrak edib.

İndi bütün dünya Ermənistanın növbəti təcavüzə cəhd etməsibin şahidi olub!

Hörmətli həmkarlar, yazıb sizə bildiririk ki, Azərbaycan ordusu Ermənistanın yeni işğal niyyətinin qarşısını almaq üçün əks-hücuma keçib. Azərbaycan heç bir ölkəyə torpaq iddiası irəli sürməyib və Azərbaycan ordusu tarixi torpaqlarımızı işğaldan azad etmək üçün əks-hücuma keçərək hərbi əməliyyatları keçirir.

Buna görə də, biz, bu bəyanata imza atan, siyasi mövqeyindən asılı olmayaraq Azərbaycanın bütün təşkilataları sizlərə müraciət edir və Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüzü qəti şəkildə pisləməyə, Ermənistanın yeni işğal niyyətini durdurmaq üçün təsirli addımlar atmağa və təcavüzkarı cəzalandırmağa çağırırıq.
Erməni ordusuna türk şilləsi: “Rus sistemləri darmadağın edildi”“Ermənistan ağır “Osmanlı şilləsi” (“Osmanlı tokadı”) aldı. İyuldakı təxribatdan sonra ikinci dəfə Tovuza hücum etmək istəyirdilər. Amma bu dəfə öz yüngül ağlı ilə ortaya çıxan Ermənistan ova gedərkən, özü ovlandı”.

Teleqraf.com xəbər verir ki, bunu türk siyasi ekspert, köçə yazarı Taha Dağlı deyib.

Ekspert Azərbaycan ordusunun Ermənistanın iyuldakı təxribatına tutarlı cavab verdiyini də xatırladıb.
Dağlının sözlərinə görə, iyul olaylarından sonra Rusiyanın təlimləri göstərdi ki, Moskva Cənubi Qafqazdakı hərbi gücünü genişləndirmək və gücləndirmək istəyir: “Türkiyə Azərbaycana siyasi və hərbi dəstəyini nümayiş etdirdi. Türk birliyi özünü göstərdi, ilk atəş açan tərəf Ermənistana Tovuza hücum etmək şansı verilmədən Qarabağda ağır zərbə endirildi”.

Taha Dağlı qeyd edib ki, əslində Azərbaycan Türkiyənin yardımı olmadan təkbətək meydanda Ermənistan ordusunu darmadağın edə bilər: “Amma Ermənistanın arxasındakı Rusiya bu tarazlığı pozur. Nəticədə Azərbaycan ordusunun sərəncamında olan türk dronları Azərbaycan Müdafiə Nazirliyinin deyimi ilə “kiçik cərrahiyyə əməliyyatı” ilə Ermənistanı pərişan etdi. “Bayraktar” PUA-ları Suriya və Liviyadan sonra Ermənistanda da Rusiyanın hava hücumundan müdafiə sistemlərini əski parçasına çevirdi. Türk dronları son bir ildə üç ayrı ölkədə rus “Pantsir”lərini xurd-xəşil etdi”.

Taha Dağlı Türkiyənin Azərbaycana dəstəyini gizlətmədiyini deyib:
“Bundan başqa, erməni tərəfi türk “F-16”-larının da havada görüldüyünü iddia edir. Elə bir “Osmanlı şilləsi” yedilər ki, nə görsələr Türkiyədən bilirlər”.
Gürcüstan Ermənistana silah daşıyan Rusiya təyyarəsini geri qaytardıGürcüstan Ermənistana silah daşıyan təyyarəni hava sərhədlərindən buraxmayıb.

Rusiya Müdafiə Nazirliyinin “An-124-100” nəqliyyat təyyarəsi Gürcüstan ərazisinə yaxınlşan zaman onun Ermənistana uçuş istəyinə “yox” cavabı verilib.

Nəticədə təyyarə istiqamətini dəyişərək, havaya qalxdığı hərbi aerodroma geri qayıdıb. (yenisabah.az)
"Azərbaycan təcavüzkar deyil, olmayacaq da"Ermənistanla Azərbaycan arasında silahlı münaqişənin qızışması mövzusundan danışarkən qeyd etmək lazımdır ki, Azərbaycan Ermənistana hücum etməyib, hətta işğal altında olan Dağlıq Qarabağa da hücum etməyib. Bakı ilk növbədə Azərbaycanın tərkibinə daxil olmuş və heç vaxt Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olmayan ərazilərinin işğaldan azad edilməsi uğrunda döyüş aparır. Yəni bunu hücum yox, öz torpaqlarını azad etmək üçün savaş adlandırmaq daha düz olar.

Bu barədə Axar.az-a açıqlamasında Müstəqil Hərbi Politoloqlar Assosiasiyasının eksperti, rusiyalı ekspert Aleksandr Perenciyev bildirib.

Onun sözlərinə görə, Ermənistanın işğal etdiyi 7 rayon beynəlxalq hüquq və siyasət baxımından rəsmi Bakı ilə İrəvan arasında mübahisə predmeti deyil:

“Danışıqlar yalnız keçmiş DQMV məsələsi ətrafında aparılır, lakin erməni tərəfinin Azərbaycana heç bir şərt olmadan qaytarmalı olduğu yeddi rayon barədə deyil. Burada bilmək lazımdır ki, Azərbaycan təcavüzkar deyil, olmayacaq da. O, Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad edilməsi uğrunda savaşır. Azərbaycan heç olmasa, Dağlıq Qarabağ ətrafındakı rayonlarını azad etmək istəyir”, - deyə rusiyalı ekspert bildirib.
Türklər Ermənistan sərhədində aksiyası keçirdiTürkiyənin Ərzurum - Qars bölgəsində yerləşən İğdır şəhərində Ermənistana qarşı etiraz aksiyası keçirilib.

Avrasiya.net xəbər verir ki, İğdır qeyri-hökumət təşkilatlarının nümayəndələri və Əsassız Erməni İddialarına qarşı Mübarizə Assosiasiyasının sədri Göksəl Gülbəy Ermənistan sərhədində yerləşən Əlican kəndində əllərində Azərbaycan və Türkiyə bayraqları ilə aksiya keçirib.

“İslam qeyri-hökumət təşkilatları olaraq Ermənistanın qanunsuz hücumunu pisləyirik. Ermənistan işğal etdiyi Qarabağ ərazisini 27 il müddətində tərk etməli olduğu halda, onu təqib edir. İşğalçılar ATƏT-in Minsk Qrupunun verdiyi qərarlara məhəl qoymur. Azərbaycanın tərəfindəyik”, - deyə Göksəl Gülbəy aksiya zamanı bildirib.

Avtobuslar bu saatadək işləyəcəkAzərbaycan ərazisində hərbi vəziyyət elan olunması ilə əlaqədar bu gündən şəhərlərarası ictimai nəqliyyat saat 06:00-dan 20:00-a qədər fəaliyyət göstərəcək.

Avrasiya.net xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidməti (DANX) məlumat yayıb.

“Məqsəd odur ki, ictimai nəqliyyat vasitələrinin sürücüləri idarə etdiyi nəqliyat vasitələrini qarajlara qoyduqdan sonra evlərinə çata bilsinlər”- deyə açıqlamada qeyd olunub.
Bir az əvvəl düşmənin daha iki tankı məhv edilib - RəsmiTorpaqlarımızın işğaldan azad edilməsi uğrunda Azərbaycan Ordusunun apardığı əks-hücum əməliyyatları davam edir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Ordumuzun şəxsi heyətinin döyüş əzmi və mənəvi-psixoloji durumu yüksəkdir, gərgin döyüşlərdə iştirak edən hərbi qulluqçularımız şücaətlə döyüşür.

Sentyabrın 27-si və bu gün Azərbaycan Ordusunun apardığı döyüşlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan qoşunlarının çoxlu sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikaları məhv edilib.

Təqdim edilən videoda bir az əvvəl iki ədəd düşmən tankının məhv edilməsi anı əks olunub.


Düşmən atəşi nəticəsində daha 1 mülki şəxs həlak oldu - 3 nəfər yaralandıMəlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

Baş Prokurorluqdan Avrasiya.net-ə verilən məlumata görə, düşmənin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində 28.09.2020-ci il tarixdə saat 11 radələrində Tərtər şəhəri Heydər Əliyev prospektində yerləşən rayon Məhkəməsinin inzibati binasının yanına düşmüş mərmi qəlpələrindən 1975-ci il təvəllüdlü Əliyev Mehman Sovet oğlu həlak olub, həmin vaxt ərazidən keçən təcili tibbi yardım maşının sürücüsü, 1968-ci il təvəllüdlü Əsədov Qənbər Əsgər oğlu və maşında olan hərbi polisin əməkdaşı 1994-cü il təvəllüdlü Hüseynov Fəxrəddin Fərman oğlu, həmçinin ərazidə olan digər Tərtər şəhər sakini 1991-ci il təvəllüdlü İbrahimov Tural Firdovsi oğlu yaralanıb.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 29, 120.2.7-ci (qəsdən iki və ya daha çox şəxsi öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerində döyüş şəraiti nəzərə alınmaqla mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri sənədləşdirilmə aparılır və müvafiq qaydada sübütlar toplanılır.

İctimaiyyətə mütəmadi olaraq məlumatların verilməsi təmin ediləcək.