Ermənistan bir general, iki polkovnik itirdi - FOTOErmənistan Silahlı Qüvvələri Baş Qərargah Kəşfiyyat Müdirliyinin başçısı, general-mayor Arakel Martikyan təmas xəttində partlayış nəticəsində ölüb.

Modern.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumatlara görə, genralla bərabır Ermənistan ordusu daha iki yüksəkrütbəli zabitini itirib. Bunlar Xüsusi Təyinatlı Briqadanın komandiri, polkovnik-leytenant Vardanyan Lernik Aregi və polkovnik Nikolay Mikaeloviç Aykyandır.

Qeyd edək ki, Ermənistan rəsmiləri itkiləri gizlətməyə çalışır. Rəsmi olaraq Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsun Ovanisyan ölü sayının 59-a çatdığını bildirib.
Ermənilər Tərtərdə yaşayış binasını vurdu: 2 qardaş həlak olduMəlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Baş Prokurorluqdan Avrasiya.net-ə verilən məlumata görə, riyakar və qeyri-konstruktiv siyasət aparan Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmənin silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini - xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

Dərin kədər hissi ilə qeyd edirik ki, 28.09.2020-ci il tarixdə saat 19 radələrində Tərtər rayonu Şıx arx qəsəbəsində yerləşən əlillər və məcburi köçkünlər üçün inşa edilmiş çoxmənzilli yaşayış binasının həyətinə top mərmisinin atılması nəticəsində Tərtər rayon sakinləri 1981-ci il təvəllüdlü Abbasov Xaliq Asif oğlu və onun qardaşı 1987-ci il təvəllüdlü Abbasov Elşən Asif oğlu həlak olublar. 1984-ci il təvəllüdlü Məmmədov Seymur Füzuli oğlu, 1989-cu il təvəllüdlü Mahmudov Faiq Malik oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmişlər.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 29, 120.2.7 (qəsdən iki və ya daha çox şəxsi öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerində döyüş şəraiti nəzərə alınmaqla mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri sənədləşdirilmə aparılır və müvafiq qaydada sübütlar toplanılır.
Azərbaycan Prezidenti Ərdoğana  TƏŞƏKKÜR ETDİ"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyə Respublikasının Prezidenti, əziz qardaşı cənab Rəcəb Tayyib Ərdoğana "Tarix, Siyasət ve Ölkələrarası Münasibətlər baxımından Beynəlxalq Dəniz Hüququ və Şərqi Aralıq Dənizi Simpoziumu"nda Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı söylədiyi fikirlərə görə öz təşəkkürünü bildirir. Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatının ilk saatlarından etibarən hörmətli cənab Prezident başda olmaqla qardaş Türkiyə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü qətiyyətlə pisləmiş və özünün birmənalı dəstəyini göstərmişdir. Azərbaycan xalqı bu dəstəyi yüksək qiymətləndirir".

Avrasiya.net-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Tovuz hadisələri zamanı da Ermənistanın Azərbaycana qarşı hərbi təxribatını ilk dəqiqələrdən ən qəti şəkildə pisləyən ölkə Türkiyə Respublikası olub: "Prezident İlham Əliyev Azərbaycanın da hər zaman Türkiyənin yanında olduğunu qeyd edib. Azərbaycan və Türkiyə “Bir millət iki dövlət” prinsipinə uyğun olaraq bütün məsələlərdə həmrəylik nümayiş etdirir və daim bir-birini tərəddüdsüz dəstəkləyir".
"Regionun xilası Azərbaycanın əlindədir""Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında etdiyi çıxış bir sıra mühüm məqamları ilə yadda qaldı. Prezident haqlı olaraq qeyd etdi ki, Ermənistanın hərbi təxribatı planlaşdırılmış təxribatdır. Onlar bu təxribata uzun müddətdir ki, hazırlaşırdılar. Lakin Azərbaycan Ordusu bu hərbi təxribata cavab olaraq, hazırda əks-hücum əməliyyatları keçirir. Əməliyyatlar uğurla keçirilir. Uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük ziyan vurulmuşdur. Əks-hücum nəticəsində Azərbaycanın işğal altında olan bir sıra yaşayış məntəqələri və hərbi əhəmiyyət kəsb edən yüksəkliklər işğalçılardan azad edilib".

Avrasiya.net xəbər verir ki, bunu şərhində Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov bildirib.

Partiya sədri vurğulayıb ki, ölkə başçısı çıxışında həm xalqımızda, həm bütün hərbi hissələrimizdə, hərbi birləşmələrimizdə böyük ruh yüksəkliyinin hökm sürdüyünü vurğuladı. Əlisahib Hüseynov qeyd etdi ki, Prezident orduya könüllü yazılanların sayının on minlərlə insanı əhatə etməsini də xüsusilə vurğuladı və bildirdi ki, bu, xalqımızın öz dövlətinə sadiqliyini göstərir:

"Ali Baş Komandanımız Təhlükəsizlik Şurasındakı nitqində son vaxtlar Ermənistan hakimiyyətinə dəfələrlə etdiyi xəbərdarlıqların və düşmənə verdiyimiz dərslərin üzərində xüsusi olaraq dayandı: “Mən Ermənistana xəbərdarlıq etmişdim. Tovuz hadisələrindən sonra bir neçə dəfə xəbərdarlıq etmişdim ki, əgər onlar öz çirkin əməllərindən əl çəkməsələr peşman olacaqlar. Biz onlara 2016-cı ildə, 2018-ci ildə, bu ilin iyul ayında dərs verdik. Amma görünür ki, bu, onlar üçün dərs olmadı. Bu dəfə də dərs veririk və verəcəyik. Bu gün şanlı Azərbaycan Ordusu böyük uğurla əks-hücum əməliyyatı keçirir və bu əməliyyat davam edir. Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır! Otuz ilə yaxın davam edən işğala son qoyacaqdır! Çünki Azərbaycan xalqı öz torpağında yaşamaq istəyir. Azərbaycan vətəndaşı Vətən həsrəti ilə yaşayır. Ermənilər tərəfindən, Ermənistan rəhbərliyi tərəfindən öz dədə-baba torpaqlarından zorla didərgin salınmış insanlar öz doğma ocaqlarına qayıtmaq istəyirlər”.

Prezidentin bu çıxışı eyni zamanda dünya ictimaiyyətinə ünvanlanmış çıxış idi. İlham Əliyev dünya ictimaiyyətinin diqqətini azərbaycanlıların ocaqlarının, məzarlarının erməni vəhşiləri tərəfindən dağıdılmasına yönəltdi: “Baxın Ağdam şəhərinin qalıqlarına. Baxın Füzuli şəhərinin qalıqlarına. Baxın işğal edilmiş ərazilərdə bizim məscidlərimizin, qəbiristanlıqlarımızın dağılmış vəziyyətinə. Bütün bunları erməni cəlladları törədib və biz tam haqlıyıq. Bizim mübarizəmiz haqq mübarizəsidir”."

MHP sədrinin fikrincə, Prezident bu faktları qabartmaqla yəqin ki, diqqəti dünyanin istənilən nöqtəsində tarixi abidələrin, dini ibadətgahların, məzarlıqların dağıdılmasına dərhal reaksiya verən dünya birliyinin Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən törədilən vandallıqlara göz yummasına çəkmək istəyirdi. Şübhəsiz ki, dünya birliyi bu cür hallara biganə qalmamalı, susmamalıdır:

"Yaşadığımız Cənubi Qafqaz bölgəsi hazırda gün-gündən qızışmaqda olan beynəlxalq siyasətin qasırğası içində yer alır. Bu təlatümlü durumun əsas günahkarı bilavasitə işğalçı Ermənistanın avantürist Baş naziri Nikol Paşinyandır. Çünki məhz onun günahı və avantüristliyi ucbatından Cənubi Qafqaz terrorizm və daimi münaqişə məkanına çevrilir. Nəticədə isə region bütövlükdə xaosa sürüklənir. Ancaq regionun xilası Azərbaycanın əlindədir. Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları davam edərsə, Paşinyan nəinki “məxməri inqilab” nəticəsində qazandığı populyarlığı, reytinqi itirəcək, eləcə də bütövlükdə təsadüfən əldə etdiyi hakimiyyətini əldən verəcək və tarixin “arxa bağçası”na, arxiv zibilliyinə atılacaq. Hazırda Ordumuzun sürətli əks-hücumları nəticəsində Ermənistan silahlı qüvvələrinin bir-birinin dalınca döyüş mövqelərini itirməsi Paşinyanın fiaskosunu, rüsvayçı aqibətini yaxınlaşdırır.

İndi Ermənistanın Baş nazirini labüd məğlubiyyətdən nə dünya liderlərinə etdiyi müraciətlər, nədəki yalançı səmimiyyət donuna bürünmüş xalqa “etiraf”ları xilas edə bilməyəcək. O gah Putinə, gah da Makrona zəng vurur və yardım istəyir. Daha doğrusu, yalvarır".

Hazırda bütün dünyanın gözünün Qarabağda olduğunu qeyd edən Ə.Hüseynov vurğuladı ki, BMT-nin Baş katibi Antonio Quttereş açıqlama verir, narahatlığını dilə gətirir və tərəfləri dərhal hərbi əməliyyatları dayandırmağa çağırır:

"ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında Dağlıq Qarabağdakı vəziyyəti diqqətlə izlədiyini bildirir. Putin bəyan edir ki, hərbi əməliyyatların genişlənməsi ciddi narahatlıq doğurur. Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edir və Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın baş verməsindən ölkəsinin narahatlıq hissi keçirdiyini qeyd etmiş və münaqişənin danışıqlar yolu ilə həll olunmasının vacibliyini vurğulayır. Bir sözlə, dünyanın birinci rəsmisindən – Antonio Quttereşdən tutmuş qonşu Gürcüstanın prezidenti Salome Zurabişviliyə qədər hər kəs döyüş əməliyyatlarının bir an öncə bitməsi istəyini dilə gətirir. Azərbaycanın Ali Baş Komandanı isə həm döyüş əməliyyatlarının gedişatını, həm də dünya liderlərinin açıqlamalarını, telefon zənglərini diqqətlə və təmkinlə dinləyir. Lakin bununla belə Ali Baş Komandanımız döyüşlərin sona qədər davam etdirilməsini, işğalçı ermənilərin torpaqlarımızdan tamamən qovulub çıxarılmasını hədəfləyir. Çünki düşmən yalnız bu halda öz təcavüzkar mövqeyindən əl çəkib danışıqlar masası arxasına keçməyə vadar edilə bilər. Etibarlı sülhün təminatı düşmənin iradəsinin qırılmasından keçir. Odur ki, Azərbaycanın Ali Baş Komandanı döyüşən Ordumuza “dur!” əmrini verməyə hələ tələsmir. Zənnimcə, hazırki situasiyada ən doğru mövqe də budur.

Təhlükəsizlik Şurasının iclasında Prezident bir daha qeyd etdi ki, “biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik”. Bəli, biz bu savaşda haqlı tərəfik, haqq yolundayıq və bizim haqlı olduğumuzu dünya liderləri də bilir. Məhz bu səbəbdən, Ermənistanın Baş naziri dünən zəng etdiyi dövlət başçılarının heç birindən real siyasi və hərbi dəstək ala bilmədi. Belə ki, Rusiya liderinin Paşinyanın KTMT-nin prosesə qoşulması barədə xahişinə rədd cavabı verməsi barədə KİV-lərdə yayılan məlumatlar da bu arqumentimizin doğruluğunu təsdiqləyir. Çünki hərbi əməliyyatlar Ermənistan-Azərbaycan sərhədində və ya Ermənistan ərazisində yox, Azərbaycanın işğal olunmuş ərazilərində - Qarabağ cəbhəsində aparılır. Beynəlxalq hüquq da Azərbaycana bu haqqı tanıyır.

Biz Ermənistan silahlı qüvvələrinin təxribatına sürətli əks-hücumla cavab vermək hüququmuzu özümüzdə saxlayırıq. Prezident İlham Əliyevin də Təhlükəsizlik Şurasının iclasında vurğuladığı kimi “bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir və vahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır”.

Prezident sözügedən iclasda etdiyi çıxışında həmçinin istər yarımçıq hərbi əməliyyatların, istərsə də yarımçıq sülhün bizi əsla qane etmədiyini və üstəgəl, bizim ərazilərimizdə heç vaxt ikinci erməni dövlətinin yaradılmasına yol verilməyəcəyini qətiyyətlə vurğuladı: “Mən müxtəlif dövrlərdə dəfələrlə demişəm ki, bizə bu məsələnin, bu münaqişənin yarımçıq həlli lazım deyil. Biz öz torpağımızdayıq, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Amma öz torpağımızı heç kimə verən deyilik. Mən dəfələrlə demişəm, biz heç vaxt imkan verə bilmərik ki, Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövləti yaradılsın. Heç vaxt imkan verə bilmərik və bugünkü hadisələr onu bir daha göstərir”. Bu çox mühüm məqamdır və dövlət başçımızın bu cür prinsipial mövqeyi təqdirə layiqdir. Əgər İlham Əliyevin bu cür prinsipial mövqeyi ortada olmasaydı, ermənilər çoxdan bu məqsədlərinə müvəffəq olardılar. Dünya da ermənilərin bu işğalçılığına göz yumacaqdı. Çünki dünya Ermənistanı deyil, məhz bizi təcavüzkar tərəf kimi tanıyırdı. Prezidentin də qeyd etdiyi kimi münaqişənin ilk illərində dünya erməniliyi Azərbaycanı işğalçı kimi, təcavüzkar kimi təqdim edirdi. Əfsuslar ki, o vaxt Azərbaycan rəhbərliyində olmuş şəxslər bu təbliğata qarşı öz sözünü deyə bilmədilər. Azərbaycan elə bir ağır vəziyyətdə idi ki, torpaqlarımız əldən gedirdi, amma dünyada elə bilirdilər ki, Azərbaycan təcavüzkardır.

Lakin bu gün elə deyil. Bu gün situasiya kökündən dəyişib. Həm də bizim xeyrimizə dəyişib. Bu gün İlham Əliyevin məqsədyönlü və yorulmaz səyləri nəticəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünyada tam geniş təsəvvür formalaşmaqdadır".

Prezident İlham Əliyevin Dağlıq Qarabağın tarixi, keçmişi ilə bağlı beynəlxalq tədbirlərdə müxtəlif kürsülərdən dəfələrlə öz sözünü dediyini, tarixi həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırdığını xatırladan Əlisahib Hüseynov bildirib ki, məhz bunun nəticəsində bu gün dünya ictimaiyyəti Dağlıq Qarabağın bizim əzəli tarixi torpağımız olduğunu bilir və qəbul edir:

"Dövlət başçımızın da qeyd etdiyi kimi, bu gün biz öz torpaqlarımızı işğaldan azad edirik, öz ərazi bütövlüyümüzü bərpa edirik: ”Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Dağlıq Qarabağ məsələsinin həlli bizim tarixi vəzifəmizdir. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm, biz bu məsələni elə həll etməliyik ki, Azərbaycan xalqı bundan razı olsun. Biz bunu elə həll etməliyik ki, tarixi ədalət bərpa edilsin. Biz bunu elə etməliyik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun”.

Dövlət başçımızın Azərbaycan Ordusunun əks-hücum nəticəsində əldə etdiyi uğurlar münasibətilə xalqımızı və hərbçilərimizi təbrik etməsi xüsusilə sevindirici hal idi. Prezidentin məcburi köçkün soydaşlarımıza müraciəti bir Ali Baş Komandana yaraşacaq qədər qətiyyət və inamlılığı ilə diqqətimi çəkdi: ”Otuz ilə yaxın öz doğma torpaqlarına qayıda bilməyən soydaşlarımıza da üz tutub deyirəm, biz əlimizdən gələni edəcəyik ki, sizi öz doğma torpaqlarınıza qaytaraq”.

Milli Həmrəylik Partiyası (MHP) olaraq Ali Baş Komandanımız İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyi fikirləri yüksək qiymətləndiririk. Şanlı Ordumuza zəfər diləyir, xalqımıza Qələbə xəbəri arzulayırıq! Tarixi Qalamızda – Şuşada üçrəngli Bayrağımızın yenidən dalğalanacağı gün lap yaxındadır!"
"Düşmən üzərində zəfər dövlət-xalq-ordu həmrəyliyinin bəhrəsidir"Bunu Avrasiya.net-ə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə ölkədə “Hərbi vəziyyət elan edilməsi”nə münasibətində bildirib.

Xatırladaq ki, fərmana görə, Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilib. Bu gündən saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq ediləcək.

S.Qurbanov qeyd edib ki, ölkədə “Hərbi vəziyyət elan edilməsi” vətəndaşların hüquqlarını qismən məhdudlaşdırsa da, tez bir zamanda Ali Baş Komandanımızın əmri və şanlı ordumuzun gücü ilə 30 ilin Qarabağ həsrətinə son qoyacağıq: "Son iki gündə ordumuzun işğalçı Ermənistanın hərbi birləşmələrini darmadağın etməsi dünyada yaşayan bütün azərbaycanlıları ruhlandırıb, ordumuza, onun Ali Baş Komandanına inamını, etibarını artırıb. Bu iman, etibar ölkədə tətbiq edilən hərbi vəziyyət rejimini arxa plana salıb. Bu günün aktual mövzusu ordumuzun işğalçılardan torpaqlarımızı azad etməsinə dəstəkdir. Bunun üçün hər bir çətinliyi, məhdudiyyəti qəbul etmişik. Azərbaycan 30 ildir beynəlxalq hüquq normalarını ayaqları altına salan, BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı məlum 4 qətnaməsinə, Avropa Şurası, ATƏT-in qəbul etdiyi qərarlara əhəmiyyət verməyən işğalçı Ermənistana güzəşt edib. İşğalçını münaqişənin beynəlxlaq hüquq normaları çərçivəsində həlli ilə bağlı sülh danışıqlarına dəvət edib. Lakin işğalçı Ermənistan bütün normaları ayaqlar altına ataraq tez-tez Azərbaycanla sərhəddə təxribatlar törətmiş və nəticədə əsgərlərimiz və hətta mülki vətəndaşlarımız hədəfə götürülüb. Bu dəfə isə Ordumuz silahla sözünü dedi və işğalçıya yerini göstərdi.Cənab Prezidentin qeyd etdiyi kimi, bu gün Azərbaycanın yalnız real addımlara ehtiyacı var".

S.Qurbanov onu da vurğuladı ki, ölkədə tətbiq edilən hərbi vəziyyət vətəndaşlarımızın birliyinə, həmrəyliyinə xidmət edir. Bu prinsiplər bizi Qarabağa aparır: "Ölkə əhalisində ruh yüksəkliyi var, hər bir gənc döyüşə inamla, qorxmadan atılır, vətən naminə canından keçməyə hazır olduğunu bəyanlayır. Azərbaycan dünyəvi, demokratik, humanist bir dövlətdir, insan haqlarına, hüquqlarına hörmətlə yanaşır. Eyni zamanda beynəlxaq hüquq və Cenevrə Konvensiyasının müddəalarına hörmətlə yanaşır və riayət edir. Azərbaycan sivilizasiyalar və mədəniyyətlərarası dialoq məkanıdır, sülhpərvər ölkədir. Amma bundan sui-istifadə edən işğalçı həddini aşarsa, o zaman Azərbaycan ona yerini göstərəcək. Artıq o zaman yetişib, Azərbaycan haqqını tələb edir və qoruyur. Bu gün xalq orduya inanır, ordu xalqa güvənir. Ordumuzun cəbhədə qazandığı zəfərlərin əsasında xalq-ordu birliyi dayanır. Bu gün hər bir əsgər dövlətin və xalqın dəstəyini hiss edir. Düşmən üzərində zəfərlərin qazanılması dövlət-xalq-ordu birliyi, milli həmrəyliyin bəhrəsidir. Yaxın zamanlarda yenilməz ordumuzun gücüylə Azərbaycan bayrağının Şuşada dalğalanacağına hər kəs inanır və fəaliyyətini bu istiqamətə yönəldib".
Rusiyanın “vaqnerçi” muzdluları  Qarabağa gəlməyə HAZIRLAŞIRRusiyada fəaliyyət göstərən və daha çox “vaqnerçilər” kimi tanınan “Vaqnerin özəl hərbi şirkəti”nin muzdlu döyüşçüləri Qarabağa gələ bilər.

Rusiyanın Ura.ru saytı bildirir ki, “vaqnerçi”lərdən biri bu barədə açıqlama verib.

“Siqnal gələn kimi Qarabağa yola düşəcəyik. Biz Ermənistan tərəfdə vuruşacağıq”-deyə muzdlu döyüşçülərdən biri sayta danışıb.

Xatırladaq ki, “vaqnerçi”lər Suriya, Liviya, Venesuela və s. regionlarda pul qarşılığında döyüşlərə qatılıb. modern.az
Azərbaycanda elan edilmiş hərbi vəziyyətlə bağlı - QərarNazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” qərar verib.

Avrasiya.net xəbər verir ki, qərara əsasən, “Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində əməkdaşlarının xidməti vəsiqə ilə hərəkətinə icazə verilən dövlət orqanlarının (qurumlarının) Siyahısı”, “Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində elektron imzadan istifadə edilməklə əməkdaşlarının “icaze.e-gov.az” portalından qeydiyyatdan keçməklə hərəkətinə icazə verilən dövlət orqanlarının (qurumlarının) Siyahısı”, “Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində fəaliyyətinə icazə verilən sahələrin siyahısı təsdiq edilib.

Müəyyən edilib ki:

- Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində fəaliyyətinə icazə verilən sahələrdə fəaliyyət göstərən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir;

- bu Qərarda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti zamanı şəxsiyyəti təsdiq edən sənədlərin üzərlərində olması məcburidir;

- beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin yaşadıqları və ya olduqları yerdən hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında yol verilir;

- bu Qərarla müəyyən edilmiş tələblərin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar;

- bu Qərarla müəyyən edilmiş tələblərə riayət olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.
 Erməni ordusunun polkovniki məhv edildi – FotoXəbər verdiyimiz kimi, bu gün Ermənistan Müdafiə Nazirliyi cəbhədə Azərbaycanın əks-hücumu nəticəsində ölən daha 28 hərbçisinin adını paylaşıb.

Axar.az xəbər verir ki, öldürülən hərbçilərdən biri də Ermənistan ordusunun polkovniki, 1972-ci il təvəllüdlü Nikolay Mikaeloviç Aykyandır.

Onun fotosu sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi indiyə qədər 59 hərbçisinin öldüyünü və 200-dən çox yaralı olduğunu təsdiqləyib.
Xüsusi karantin rejimi yenidən UZADILDIÖlkə ərazisində xüsusi karantin rejimi 2 noyabr saat 06:00-dək uzadılıb.

Avrasiya.net-in məlumatına görə, qərarda deyilir:

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 2 noyabr saat 06:00-dək uzadılsın.

2. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin: 2.1. 1.1-ci bəndin mətnində “30 sentyabr saat 00:00-dək” sözləri “2 noyabr saat 06:00-dək” sözləri ilə əvəz edilsin; 2.2. 1.2.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin: “1.2.5. 2020-ci il 3 oktyabr saat 00:00-dan 5 oktyabr saat 06:00-dək, 10 oktyabr saat 00:00-dan 12 oktyabr saat 06:00-dək, 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək, 24 oktyabr 2 saat 00:00-dan 26 oktyabr saat 06:00-dək və 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin və Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması.”.
Ermənistan ordusu ərzaq qıtlığı və dərman ləvazimatları çatışmazlığı ilə üzləşib"Aparılan ikigünlük döyüşə tab gətirməyən Ermənistan ordusunda, dərman və tibbi ləvazimatlar, eləcə də ərzaq qıtlığının olması barədə məlumatlar əldə etmişik".

Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

"Dərman və tibbi ləvazimat çatışmazlığı düşmənin döyüşlərdə verdiyi çoxsaylı itkilərlə əlaqədardır.

Yaralılar və meyitlərin təxliyəsi üçün nəzərdə tutulmuş hərbi sanitar nəqliyyat vasitələrinin sayının kifayət etməməsi səbəbindən onların daşınması fərdi avtomobillər və yük maşınları vasitəsi ilə həyata keçirilir", - nazirlik sözçüsü vurğulayıb.