Bakı küçələri dezinfeksiya edildiÖlkə başçısı cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda bu epidemiyaya qarşı tədbirlərin daha da genişləndirilməsi məqsədi ilə kompleks tədbirlər davam etdirilir.

Avrasiya.net-in məlumatına görə, tədbirlər çərçivəsində sentyabr ayinin 26-da səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə növbəti artıq 13-cü dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib.

Gün ərzində mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılıb. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.

Daxili İşlər Nazirliyinin şəxsi heyəti hər dəfə olduğu kimi 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə gün ərzində keçirilən bu dezinfeksiya işlərində yaxından iştirak ediblər.

Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun Departamentin balansında olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.

Qış aylarında yağıntılar yağan zaman isə dezinfeksiya işləri lokal xarakterli olacaqdır.

Bildirilib ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır. Bu istiqamətdə bütün lazımı tədbirlər həyata keçirilir.
QORXULU CİNAYƏT: İblislər ona anasının başını kəsdirdiXimki şəhərində yaşayan gənc iblislərin “göstərişi” ilə anasının başını kəsib.

Publika.az xəbər verir ki, dəhşətli hadisə Rusiyanın Moskva vilayətində baş verib.

Bildirilir ki, 22 yaşlı gənc 46 yaşlı anası və 66 yaşlı atası ilə yaşayıb. Hadisə günü ata öz işləri səbəbindən çıxdığı üçün evdə olmayıb. O, nahar vaxtı evə qayıdarkən yolda oğlundan zəng gəlib. Oğlu həyəcanla və dili dolaşaraq anasını öldürdüyünü deyib.

Kişi inanmayıb və arvadının telefonunu yığmağa başlayıb. Çağırışa cavab verən olmayanda isə polislərlə əlaqə yaradıb və qəribə zəng barədə məlumat verib.

Faciə yerinə polislə gələn kişi evdə dəhşətli mənzərə ilə üzləşib. Qan gölməçisinin içində olan arvadı və yanında da hönkürən oğlu.

Gənc ağlayaraq heç kəsi öldürmək istəmədiyini, ancaq başında olan iblislərin onu buna məcbur etdiyini təkrar-təkrar deyib.

Qohumlarının sözlərinə görə, gəncdə bundan əvvəl aqressiya müşahidə olunmayıb. İki il əvvəl o, ruhi sarsıntı keçirib. Bununla müstəqil başa çıxa bilmədiyindən, mütəxəssislər ona antidepressant yazıblar. Həblərin qəbulundan sonra gənc valideynlərinə səslər eşitməyə başladığını deyib.

“O, anasından ötrü ölürdü. Onlar heç vaxt dava etmirdilər. Başındakı iblislər olmasaydı, heç vaxt belə bir şey etməzdi”, - deyə dərdli ata bildirib.

Polislərin sözlərinə görə, ölüm boğulmadan və bıçaq xəsarəti şəklində yaralanmalardan olub.

Hadisə ilə əlaqədar “Qətl” maddəsi ilə cinayət işi açılıb.

Yaxın günlərdə onun psixoloji durumunu müəyyənləşdirmək üçün ekspertiza təyin olunacaq.
Yunanıstandan Türkiyəyə növbəti HƏDƏ"Əgər Türkiyə ilə münaqişə dialoq yolu ilə həll olunmasa, Yunanıstan BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət edəcək".

Publika.az xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis BMT-nin Baş Assambleyasının 75-ci sessiyasındakı siyasi debatlarda çıxışında deyib.

"Gəlin danışaq. Gəlin məqbul qərarlar verək. Gəlin diplomatiyaya şans verək... Amma son nəticədə razılığa gəlməsək, o zaman Haaqa məhkəməsinin müdrikliyinə güvənməli olacağıq" - Mitsotakis deyib.

Xatırladaq ki, bu ilin iyununda Türkiyə hökuməti Aralıq dənizinin Kipr adası yaxınlığında olan ərazisində öz maraqlarını qorumaq barədə qərar verib. Rəsmi Ankara bir sıra ölkələrin etirazına baxmayaraq geoloji kəşfiyyat işlərini davam etdirmək niyyətindədir.

Aralıq dənizinin şərq hissəsi – bir tərəfdə Avropa İttifaqının üzvləri Kipr və Yunanıstanla digər tərəfdə isə Türkiyə olmaqla gərginlik mənbəyidir. Türkiyə dəfələrlə yataqların Kipr türkləri ilə Kipr yunanların birgə işlətmələrini təklif edib. Rəsmi Ankara Moskva ilə əməkdaşlığı da istisna etməyib. Enerji daşıyıcıları mübahisəsinə həmçinin, Misir və İsrail də daxildir.

Tərəflər arasında fikir ayrılığı 1974-cü ildə Kiprdə adanın Yunanıstan anneksiyası ilə bağlı çevriliş baş verəndən sonra başlayıb. Həmin vaxt Türkiyə Kiprin şimalına qoşun yeridib və həmin ərazidə Kipr – Türk Federativ dövləti yaradıb. Daha sonra onun adı Şimali Kipr Türk Respublikasına dəyişdirilib. Adanın digər hissəsi isə Kipr Respublikasının nəzarəti altındadır.
Abbasovdan unikal nəticə: Moskvada qələbə...Moskvada keçirilən "Fight Nights 98" yarışında Azərbaycan döyüşçüsü Nəriman Abbasov gürcü rəqibi Mixail Qoqitidze üzərində qələbə qazanaraq yüngül çəkidə çempionluq titulunu qoruyub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, Abbasov birinci raundda üstünlük qazanıb və döyüşün sonunda rəqibini nokdauna göndərməyə yaxın olub. Lakin döyüşün taleyi ikinci raundda bəlli olub. Abbasov boğma fəndindən istifadə edərək, rəqibi üzərində ikinci qələbəsini qazanıb.

Beləliklə, Nəriman Abbasov peşəkar karyerasında 25-ci döyüşü udub. Mixail Qoqitidze isə yeddinci dəfə məğlub olub.
Rus pilotlar Ukraynadakı qəzaya görə başsağlığı verdiAn-26 təyyarəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Avrasiya.net xəbər verir ki, bunu N.E.Jukovski və Y.A.Qaqarin adına Rusiya Hərbi Hava Akademiyasının rəisi general-polkovnik Gennadi Zibrov deyib.

“N.E.Jukovski və Y.A.Qaqarin adına Rusiya Hərbi Hava Akademiyasının pilot və kursantları adından An-26 təyyarəsində ölənlərin ailələrinə dərin hüznlə bağşsağlığı verirəm. Göylər heç kimi özününkü və özgəyə ayırmır”, - general bildirib.
Qulinin adamlarının gəncəli oğru ilə düşmənçiliyiLotu Quli ləqəbi ilə tanınan qanuni oğru Nadir Səlifovun avqustun 19-da öldürülməsindən sonra gözlənildiyi kimi, klana rəhbərlik onun qardaşına keçib. Namiq Səlifovun klana rəhbərlikdən sonra kriminal aləmdə öz sözünü deyəcəyi gözlənilən həmlə idi. Çünki illərdir ki, Namiq Bakinski kimi tanınan qanuni oğru Namiq Səlifov qardaşının öldürülməsindən sonra “boy göstərməli” idi.

Əvvala, ona görə ki, Qulinin yerdə qalmış qanı var və bu intiqamı almaq Namiq Səlifovun üzərindədir. İkincisi, Qulinin qəfil öldürülməsi onun biznes imperiyasını bölüşdürmək istəyənləri həvəsləndirib. Hətta onların sırasında Quliyə düşmən olanlar da var. Nəhayət, ölümündən əvvəl kriminal aləmdə çox sərt mövqe tutmuş Qulidən sonra klanın hansı mövqe sərgiləcəyi də maraq doğurur. Çünki kriminal aləmdəki dəngələri Qulidən də yaxşı mənimsəmiş Namiq Bakinskinin sərt xətt tərəfdarı olmadığı deyilirdi. Amma bu sırada əlbəttə ki, Qulinin düşmənləri yoxdur və klanın lideri də bu məsələdə barışıq olmayacağı mesajını artıq verib.

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, Quli və onun klanının əsas rəqiblərindən olan azərbaycanlı qanuni oğru Əli Heydərovun (Albert Rıjıy) titulundan məhrum edilməsi barədə bugünlərdə yayılmış “proqon” da məhz bu cür qiymətləndirilməlidir. Qeyd edək ki, Namiq Bakinski və rəhbərlik etdiyi qruplaşmaya daxil olan qanuni oğruların imzaladağı “proqon”da qeyd edilir ki, Albert Rıjıy özünü qanuni oğru kimi təqdim etsə də, əslində Federal Təhlükəsizlik Xidmətinin adamıdır.

Albert bu il iyunun 9-da Mari-Eldəki cəzaçəkmə müəssisəsindən heç kimin gözləmədiyi halda UDO (условно-досрочном освобождении - vaxtından əvvəl) ilə azadlığa buraxılıb. Albert 2017-ci ilin yanvarında 7 il müddətinə azadlıqdan məhrum edilib. 39 yaşlı azərbaycanlı kriminal avtoritetin məhkəməsi Sankt-Peterbuqda iki il davam edib. Ə.Heydərov qanunsuz olaraq dövlət sərhədini keçmədə, saxta sənəddən istifadədə və qarətlərdə günahkar bilinirdi.

Əli Müseyib oğlu Heydərov 1981-ci ilin fevral ayının 2-də Gəncədə anadan olub. "Albert Rıjıy" ləqəbi ilə məşhurlaşan Ə.Heydərov “qanuni oğru” adını 2012-ci ildə Sankt-Peterburqda menqrel kriminal avtoritetlər Merab Mzarelua və Kardava qardaşları tərəfindən alıb. Ded Xasan klanında yer alan Albert Rıjıy Rusiyanın Şimal-Qərb regionu üzrə “smotryayuşi” təyin edilib. Quli və Albert vaxtilə Ded Xasan klanı ilə yaxın əlaqələrə malik olublar.

2014-cü ildə isə Albert Rıjıya sui-qəsdlə bağlı Sankt-Peterburqda keçirilən məhkəmədə əsas sifarişçi kimi Lotu Qulinin adı hallanıb. Rəsmi ittihamda bildirilirdi ki, 2014-cü ilin mart ayının 18-də iki killer Qulinin qohumun sifarişi ilə guya Alberti öldürmək məqsədilə onun yaşadığı evin ətrafında pusqu qurub, amma bu sui-qəsd təsadüf nəticəsində baş tutmayıb. Sui-qəsdin sifarişçisi kimi Qulinin adının hallandırılması o zaman geniş müzakirəyə səbəb oldu. İddia edilir ki, sui-qəsd məsələsini Albert Rıjıy özü Rusiyadakı polisdəki adamlarının dəstəyi ilə quraşdırıb.

Məhkəmə də sui-qəsd cəhdinin kimlər tərəfindənsə təşkil olunduğuna və hazırlandığına dair ittihamın əsassız olduğu qənaətinə gəldi. Muzdlu qatillər hesab edilənlər isə bəraət aldı.

Quli həbsdən çıxdıqdan sonra “söhbətə” yenidən qayıtdı. 2018-ci ilin martında Quli Moskvada yerləşən “Medvedkovo” həbsxanasıında Əli Heydərova şəxsən zəng etdiyi barədə məlumat yayılmışdı. Bildirilirdi ki, Quli onun "qanuni oğru" adını əlindən aldığını bildirib. Quli Albert Rıjıya deyibmiş ki, o, həbsxanada "qanuni oğru" adı altında yatmayacaq.

Məlumata görə, bundan sonra postsovet məkanının nüfuzlu qanuni oğruları Andrey Miroyedov (Mirıç), Qiya Meoporiya (Qiya) və Saçino Qeqeçkori (Saçino) Quliylə telefon söhbətlərində Albertin "qanuni oğru" adının geri qaytarlmasını xahiş ediblər. Quli isə cavabında bildirib ki, onun verdiyi qərar əsaslıdır və geri dönüşü yoxdur. Ancaq Albert həbsxanada qanuni oğru kimi tanındı və bu məsələdə piterli qanuni oğruların ona dəstək verdiyi deyilirdi.

Qulinin qətlindən sonra Sankt-Peterburqdakı "Sofiya" topdansatış bazasına Albert Rıjiyın nəzarət edəcəyi barədə də xəbərlər vardı. Mümkündür ki, məhz bu xəbərlərin fonunda onun qanuni oğru olmadığı barədə “proqon” yayılıb.

Namiq Səlifov da 2014-cü ildə Alber Rıjiyı və ona yaxın adamlarla silahlı münaqişəyə girmişdi. Albert Ədirnəyə Rövşən Lənkəranskinin qanuni oğru adı verdiyi Zaurla (Lotu Bayramın oğlu) gedib. Ədirnədə Namiq və yanındakılar Albertdən izahat tələb ediblər. O, suallara cavab verə bilmədiyinə görə artıq "qanuni oğru" olmadığı elan edilib və döyülüb. Bu zaman Albertin mühafizəçilərindən biri silaha əl atıb və cavab olaraq oradakı şəxslərdən biri tərəfindən öldürülüb. Öldürülən şəxsin, yəni Albertin mühafizəçisinin Türkiyə Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşı olduğu müəyyənləşib. Qanuni oğrunun mühafizəsinin polis əməkdaşı çıxması yenidən Albertin adı üzərinə kölgə gətirib. Məlum "proqon"u yada salsaq, göründüyü kimi, “o kölgə” hələ də Albertin üzərindədir...
Təyyarə qəzasında ölü sayı 22-yə çatdı - VİDEO, YENİLƏNİBUkraynanın Xarkov vilayətində göyərtəsində kursantların olduğu An-26" hərbi nəqliyyat təyyarəsinin qəzasında ölü sayı artıb.

Avrasiya.net xəbər verir ki, təyyarənin göyərtəsində 28 nəfər olub. Qəza nəticəsində 22 nəfər həlak olub, 2 nəfər xəsarət alıb, daha 4 nəfərin axtarışları davam etdirilir.

23:36

Ukraynanın Xarkov vilayəti yaxınlığında baş verən təyyarə qəzasında ölü sayı artıb.

Avrasiya.net xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri komandanlığı qəzaya uğrayan təyyarənin An-26 olduğunu təsdiq edib.

Təyyərədə 5 heyət üzvü və 28 kursant olub. Qəza nəticəsində 18 nəfər ölüb, 2 nəfər yaralanıb.

22:47

Ukraynanın Xarkov vilayətində hərbi təyyarə qəzaya uğrayıb.

Avrasiya.net xəbər verir ki, təyyarənin qəzaya uğraması nəticəsində ölənlər və yaralananlar var. Ukrayna Hərbi Hava Qüvvələrinin Komandanlığı hadisəni təsdiqləyib.

Bildirilir ki, An-26 hərbi nəqliyyat təyyarəsinin göyərtəsində kursantlar olub.

Digər təfərrüatlar barədə məlumat verilmir.
ÜST-dən XƏBƏRDARLIQ: koronavirusdan 2 milyon insan ölə bilərDünyada yeni növ koronavirusdan ölənlərin sayı 1 milyona yaxınlaşır. Lakin pandemiya qurbanlarının sayı 2 milyona çata bilər.

Avrasiya.net xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səhiyyə sahəsində fövqəladə vəziyyətlər proqramının direktoru Maykl Rayan bildirib.

Onun sözlərinə görə, COVID-19 peyvəndinin hazırlanmasına bundan sonra təxminən 9 ay vaxt gedə bilər. Bu müddət ərzində daha 1 milyon insanın vəfat etməsi mümkündür.