Ağ saqqalından utanmayan Əfqan Muxtarlı...Niyaməddin Orduxanlı: "Səndən soruşuram, Qüdrət bəy harada Ananın oğurlanmasını təklif edib?"

Əfqan Muxtarlı adlı "düzlük və dürüstlük" uğrunda mübarizə apardığını elan edib Avropada sığınacaq almaq üçün hər cür şər-böhtan söyləyən və arzusuna çatan birisinin "Youtube" kanalındakı çıxışı ilə tanış oldum. Bildirir ki, guya deputatlardan biri Paşinyanın arvadını oğurlamaq lazım olduğunu deyib. Hətta adının çəkilməsinə belə layiq olmayan, həyat yoldaşlarına görə azərbaycanlı qadınlar haqqında efirdən hər cür ləyaqətsiz sözlər danışan başqa birisi Paşinyanın arvadı Anna Akopyanın müdafiəsinə qalxır və deyir ki, onu əsir götürmək azərbaycan kişisinə yaraşmaz.

Bu sözləri BayMedia-ya açıqlamasında Niyameddin Orduxanlı bildirib.

Niyaməddin Orduxanlı daha sonra deyib: "Qüdrət bəyin dediklərini vasitəsiz nitq kimi təqdim edirəm: "Biz bilirik ki, Paşinyan əhalinin ölkə daxilində mövcud olan problemlərdən diqqətini yayındırmaq üçün iyul ayında Tovuz istiqamətində erməni silahlı qüvvələrinin təxribat xarakterli hücumunu təşkil etdi. Həmin təxribatı xalqına qələbə kimi təqdim edib, Azərbaycan qarşısında danışıqları mənasız edən şərtlər irəli sürdü. Bundan sonra səfərbərlik elan edib, arvadının da əlinə silah verib Qarabağa yolladı. Əminəm ki, əsgərlərimiz müharibənin başlamasını və onu əsir götürəcəkləri anı səbrsizliklə gözləyirlər." Qüdrət bəyin Anna Akopyanla bağlı dedikləri bundan ibarətdir. Bunu həm də ona görə deyib ki, müqayisəli şəkildə ermənilər və bizim ermənipərəstlər onu az qala öz xalqının qəhrəmanı kimi təqdim edirdilər. Qüdrət bəy də deyib ki, müharibə başlasın arxasına baxaq.

İndi mən ləyaqət hissini itirmiş, ağ saqqalından utanmayan Əfqan Muxtarlıdan soruşuram, Qüdrət bəy harda Annanın oğurlanmasını təklif edib? Əgər Anna əli silahlı, hərbi formada Qarabağa gəlib, orda atış təlimi keçə, qadınları Azərbaycan əsgərləri ilə vuruşacaq könüllü orduya cəlb edə bilərsə niyə bloqqer Lapşini bizim icazəmiz olmadan Qarabağa gəldiyi üçün həbsə atmışdıq.Yoxsa artıq barışmısınız ki, onlar icazəsiz Qarabağa gəlib gedə bilər.
Dünən Azərbaycan Respublikasının Prezidenti Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Tolvo Klaari ilə görüşündə ermənilərin könüllü qoşunu ilə bağlı bəyan etdi ki, "on minlərlə insandan ibarət könüllü qoşunun bir məqsədi var-Azərbaycana hücum etmək.Onlar bu könüllü qoşunun tərkibinə yaşlı insanları və hətta qadınları cəlb edirlər".

Belə olduğu halda bizim əsgərlər nə etməlidir? Deməlidirlər ki, bizi güllələyin, torpaqlarımızı işğal edin ikinci, üçüncü Xocalı qətliamı törədin, Azərbaycan qadınlarını Xocalıdakı kimi alçaldın, daha bir milyon insanı ev-eşiyindən didərgin salın, amma biz kişiyik və qadınla vuruşmayacağıq. Budur sizlərin məntiqi? Qüdrət bəy deyib ki, müharibə başlayacağı halda biz onu əsir götürməliyik. Deməyib ki, biz onu oğurlamalıyıq, təhqir etməliyik, şəxsi ləyaqətini alçaltmalıyıq.

Bu boyda həyasızlıq olmaz axı!

Əgər ordumuz Annanı əsir götürə bilsəydi, onunla necə davranılmasını hökumət müəyyən edəcəkdi... Bizim mövqeyimiz ondan ibarətdir ki, o hərbi cinayətlərə görə məsuliyyətə cəlb olunmalı, ən azı 6 ildir girovluqdan azad edə bilmədiyimiz Dilqəm Əsgərova və Şahbaz Quliyevə dəyişdirilməlidir. Sizlərin mövqeyi nədir?!*
İranda bütün dini tədbirlər ləğv edildi - Ruhaniİranda koronavirusla əlaqədar bütün dini tədbirlər ləğv edilib.

Axar.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.

“Qərara alınıb ki, bu il yürüş, hətta İraqa səfər olmayacaq. Belə ki, İraq hökuməti də bu il zəvvarları qəbul edə bilməyəcəyini açıqlayıb. İran Ali dini liderinin nümayəndələri də dini təbirlərin evdə keçirilməsiylə bağlı dəqiq tapşırıq veriblər”, - deyə o bildirib.
Kanada da Lukaşenkonu prezident kimi tanımadıKanada avqustun 9-da Belarusda keçirilən prezident seçkilərindən sonra Aleksandr Lukaşnenkonun legitimliyini tanımaqdan imtina edən ölkələrin sırasına qoşulub.

Bu barədə Kanadanın Xarici İşlər naziri Fransua Flipp Şampanın rəsmi açıqlamasında deyilir.

Bundan başqa, “Reuters” agentliyi yazır ki, Kanada, ABŞ və İngiltərə Belarusa qarşı sanksiyalar hazırlayır.

Qeyd edək ki, daha əvvəl ABŞ, Almaniya, Slovakiya, Çexiya, Danimarka, Niderland, Polşa, Ukrayna və s. dövlətlər A.Lukaşenkonun qanuni olaraq prezident seçilmədiyini elan etmişdilər.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə yeni mətbuat katibi təyin olunduAzərbaycan Ordusu ilə kütləvi informasiya vasitələri (KİV) arasında işin çevik və daha səmərəli təşkil edilməsi məqsədilə Müdafiə Nazirliyinin Mətbuat Xidmətində struktur dəyişikliyi və kadr islahatları aparılıb.

Müdafiə Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, Müdafiə nazirinin əmri ilə Mətbuat Xidmətində mətbuat katibi vəzifəsi təsis olunub və bu vəzifəyə polkovnik-leytenant Eyvazov Anar Məhəmmədəli oğlu təyin edilib.

Qeyd edək ki, Müdafiə Nazirliyində Mətbuat Xidmətinin fəaliyyətinə, o cümlədən KİV nümayəndələri ilə işin aparılmasına polkovnik Vaqif Dərgahlı rəhbərlik edir.
DTX-nın həbs etdiyi şöbə müdiri ev dustaqlığına BURAXILDIBu gün Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılan Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətə baxılıb.

Avrasiya.net-in məlumatına görə, prosesdə vəsatətlərə baxılıb və qərar qəbul edilib. Məhkəmənin qərarı ilə Nurupaşa Abdullayev ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı əməllərə yol vermələri ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Cinayət işi üzrə davam edən araşdırmalar zamanı XİN-in Konsulluq idarəsinin rəisi Faiq Bağırov tərəfindən Konsulluq məsələləri və sənədlərin təsdiqi şöbəsinin üçüncü katibi İlqar Əliyev, Konsulluq hüquq şöbəsinin müdiri Nurupaşa Abdullayev və tabeçiliyində işləmiş digər şəxslər vasitəsilə viza proseduru üzrə çoxsaylı xarici ölkə vətəndaşlarının adlarına Azərbaycan Respublikasına dəvət edən tərəfin vəsatətlərinin qısa müddətdə təsdiqi, habelə Azərbaycan Respublikası və xarici ölkə vətəndaşlarının təqdim etdikləri rəsmi sənədlərə şəhadətnamənin (apostilin) verilməsi, sənədlərin konsul leqallaşdırılmasının, eləcə də onun prosedurlarının tezləşdirilməsinin təmin edilməsi müqabilində əvvəlcədən müəyyən etdiyi konkret məbləğlərdə pul vəsaitlərinin müntəzəm surətdə rüşvət olaraq alınmasına əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxslər barədə məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Nazirlik qanunsuz mühafizə fəaliyyəti ilə məşğul olan dəstəni yaxaladıDaxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən qanunsuz özəl mühafizə fəaliyyətinin qarşısını alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

DİN-dən Avrasiya.net-ə verilən məlumata görə, bu istiqamətdə keçirilən tədbir zamanı Binəqədi rayonu ərazisində yerləşən bir Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) qanunsuz özəl mühafizə fəaliyyəti ilə məşğul olması faktı aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 534-cü (əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşıma) maddəsinin tələblərini pozduqlarına görə MMC-nin təsisçisi, Bakı şəhər sakini E.Abıyev və 3 işçisi barəsində inzibati protokollar tərtib olunub.

Qeyd edək ki, həmin MMC-nin qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktı üzrə də Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsində araşdırma aparılır.
 An-26-nın qəza səbəbi bilindiAn-26 təyyarəsinin Xarkov yaxınlığında qəzaya düşməsinin səbəbi mühərrikin dayanması olub.

Axar.az xəbər verir ki, bu məlumatı “Depo.ua” saytı Ukrayna Müdafiə Nazirliyindəki mənbələrinə istinadən yayıb.

Qeyd edək ki, An-26 təyyarəsi dünən qəzaya düşüb. Bu gün qəzada həlak olan daha bir nəfərin cəsədi tapılıb. Bununla da qəza nəticəsində ölənlərin sayı 26-ya çatıb.
Maskalı şəxslər evə basqın edib ər və arvadı BIÇAQLADILARGöygöl rayonunda evə girən oğrular qadın və kişini bıçaqlayıb.

Qızılqaya qəsəbəsindəki fərdi evlərin birində yaşayan 1961-ci il təvəllüdlü Fikrət Əliyev və həyat yoldaşı bir neçə bıçaq xəsarəti alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Çoxsaylı bıçaq xəsarəti alan F.Əliyevin vəziyyətinin ağır olduğu bildirilir.

Yaralıların sözlərinə görə, onların yaşadığı evə oğrular girib və həmin şəxslər tərəfindən bıçaqlanıblar.

Faktla bağlı araşdırma aparılır. / "Report"
Kreml əmr versə, qiyam Qarabağdan başlayacaqBu ölkədə Kremlin maraqlarına xidmət edən Robert Köçəryan kimi siyasi fiqurlar olub, bundan sonra da olacaq.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın Kremlin və daxildəki Qarabağ klanının dəstəyi ilə yenidən hakimiyyətə gəlməsi haqda səslənən fikirləri şərh edərkən deyib. O qeyd edib ki, Köçəryan Rusiya üçün vacib siyasi fiqur olsa da, əvəzolunmaz deyil:

“Köçəryan son zamanlar Qarabağ münaqişəsi ilə bağlı Ermənistan hakimiyyətinin mövqeyini tez-tez tənqid edir. Xüsusilə də Paşinyan administrasiyasının populist və yersiz aqressiv siyasət aparmasını birmənalı olaraq pisləyir. Diqqət yetisəniz, Köçəryan son zamanlar həm erməni, həm də Rusiya mediasında vaxtaşırı gündəmə gəlir. Sanki məqsədyönlü şəkildə bu şəxsi hansısa qüvvə yenidən vacib bir siyasi fiqur halına gətirmək istəyir.
Məsələ ondadır ki, rəsmi Moskvaya Ermənistan hakmiyyətinə hər zaman təsir edə bilmək üçün alternativ şəxs lazımdır. Köçəryan bu şəxslərdən biri və birincisidir.

Bu gün Köçəryanı həm Kreml, həm də Qarabağ klanı ciddi mənada dəstəkləyir. Hazırda Azərbaycanın işğal altında olan Qarabağ ərazisinə yerləşdirilən erməni hərbçilərin bir çoxu Köçəryanı dəstəkləyir. Bu o deməkdir ki, Kremlin əmri gəldiyi təqdirdə Paşinyan hərbi çevrilişlə hakimiyyətdən devrilə bilər”.

Q.Hüseynlinin sözlərinə görə, Nikol Paşinyan hər zaman Kremldən ehtiyat edir:

“Məsələ ondadır ki, Ermənistanda hakimiyyətə kim gəlirsə gəlsin, ideologiyası nə olursa olsun, birmənalı olaraq, rəsmi Moskvadan asılı vəziyyətdə qalır. Bunun bir neçə səbəbi var. Heç kəsə sirr deyil ki, Paşinyan Qərbə meyilli şəxsdir. Yəni bu gün Kremlin təzyiqi olmasa, o, asanlıqla Qərbə inteqrasiya kursu seçərdi. Lakin MDB məkanında Gürcüstan və Ukraynanın Rusiyaya üz çevirib, radikal formada Qərbə yaxınlaşması bu ölkələrdə separatizm hərəkatına səbəb oldu. Bu mənada nəinki Paşinyan, ondan sonrakı bir çox erməni lider də Rusiyanın təlimatlarını dinləməli olacaq.

Köçəryanın Ermənistanda nüfuzunun artması rəsmi Moskvanın Paşinyana gözdağından başqa bir şey deyil”.