Riyaz Sarıkahya: “Bizim üçün Kərkük nədirsə, Qarabağ da odur”İraq Türkməneli Partiyasının başqanı, İraq Türkmənlərinin lideri Riyaz Sarıkahya son günlər ermənilərin hücumlarının artması, işğal olunan Qarabağda Suriya, Livandan gətirilən, eləcə də PKK terrorçularınıb təlimləri ilə bağlı bəyanat yayıb.

Avrasiya.net versus.az-a istinadən xəbər verir ki, Bəyanatda deyilir:

“Tarixi Azərbaycan torpaqlarını işğal edən ermənilər yenidən qardaşlarımıza qarşı müharibə çağırışları edirlər. Bunun sübutu Suriyadan, livandan olan terrorçular, eləcə də PKK terrorçularının Qarabağda keçirdikləri təlimlərdir. Biz İraq türkləri, İraq Türkməneli Partiyası olaraq, dünyanın gözü qarşısında Qarabağı terror yuvasına, terror qruplaşmasına çevirən Ermənistanın Azərbaycana qarşı soyqırım siyasətini, Azərbaycan torpaqlarını işğal faktıni qətiyyətlə qınayırıq. Terror qruplaşmalarını bir an öncə Azərbayca ərazilərindən geri çəkməyi tələb edirik.

İraq Türkməneli Partiyası olaraq bəyan edirik ki, bu gün bütün İraq Türkmənləri Azərbaycanın yanındadır. Azərbaycan Ordusunun Qarabağı düşməndən azad etmək gücündə olduğunu bilirik. Türkmən insanları, Türkmən oğulları Azərbaycandan çavab gözləyir. Biz hamımız bir nəfər kimi Azərbaycan torpaqlarının, Qarabağın işğalı üçün döyüşməyə və şəhid olmağa hazırıq. Ora bizim atalarımızın, babalarımızın vətənidir. Azərbaycan adlı vətən, torpaq uğruna çan vermək şərəfdir. Təki vətən sağ olsun”.

Riyaz Sarıkahya onu da xüsusi olaraq vurğulayıb ki, bu gün Xocalı soyqırımına görə beynəlxalq tribunal qarşısında cavab verməli olan olan Ermənistan və onun terrorçu rəhbərləri öz sahiblərinə arxalanaraq yenidən müharibəyə hazırlaşırlar:

“Şox təəssüf ki, bu gün dünyanı bir qrup güc və ikili standartlar idarə edir. Əgər belə olmasaydı, ermənistan və onun terrorçu rəhbərləri Xocalı soyqırımına görə beynəlxalq tribunal qarşısına çıxarılardılar. Düzdür, Xocalıda vəhşicəsinə qətl edilən, diri diri torpağa basdırılan, başı kəsilən, dərisi soyulan, gözləri çıxarılan insanlarımızın, süngüyə keçirilən körpələrimizin qatillərinin cəzası hələ bu dünyada yoxdur. Ölüm hökmü belə, o cəlladlar üçün bir mükafat olardı”.

Riyaz Sarıkahya bir daha bildirib ki, İraq türkmənləri Qarabağın işğaldan azad olunması üçün hazırdır:

“Kərkük bizim üçün nədirsə, Qarabağ da odur. Günü bu gün Qarabağın azadlığı, torpaqlarımızın geri qaytarılması üçün Azərbaycana yola çıxmağa hazırıq. Təəssüf ki, 30 ilə yaxın bir müddətdə yuxarıda da qeyd etdiyim kimi İnsan hüquqlarından, ərazi bütövlüyündən danışan beynəlxalq təşkilatlar bu vəziyyətə sadəcə seyriçi qaldılar, Azərbaycan torpaqlarının işğalı faktına göz yumdular”.

Bəyanatının sonunda İraq Türklərinin lideri Riyaz Sarıkahya, dünən Tovuzda ermənilərin hücumu nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, kiçik çavuş Məmmədov Elşənin dünyasını dəyişməsindən kədərləndiyini bildirib və ailəsinə başsağlığı verib.
"Yaxın zamanda zəfər sevinci duyacağımıza ümid edirik""Bütün bu sınaqlar bizim həmrəy cəmiyyət olaraq formalaşdığımızı və yumruq kimi sıx birləşməyə hər an hazır olduğumuzu bir daha göz önünə qoydu".

Bu sözləri Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin və Karapapak Fight Club & Promotionun prezidenti,gənc ictimai xadim Aqil Acalov Avrasiya.net-ə açıqlamasında bildirib.

Əhatəli şəkildə onun fikirlərini təqdim edirik:

Bildiyimiz kimi son dövrlər bir sıra çətin dönəmlərdən keçməkdəyik. İstər bütün dünyanı sarsmış pandemiya olsun, istərsə cəbhədə mənfur düşmənin atəşkəsi pozması halları olsun... Ancaq bütün bu sınaqlar bizim həmrəy cəmiyyət olaraq formalaşdığımızı və yumruq kimi sıx birləşməyə hər an hazır olduğumuzu bir daha göz önünə qoydu.

Pandemiyanın iqtisadi, sosial, psixoloji gərginliklər yaratdığı zamanda bizləri “Biz birlikdə güclüyük!” şüarı altında birləşdirən ölkə başçısı İlham Əliyev və onun ən yaxın silahdaşı olan birinci vitse prezident Mehriban Əliyevanın hər zaman olduğu kimi bu dəfə də zamanında ünvanlanan çağırışları və qəbul olunmuş qərarları öz səmərəsini göstərmiş, zaman-zaman müsbət dinamikanın müşahidə olunmasına gətirib çıxarmışdır. Beləki bu dövr ərzində iqtisadi stabilliyə və dolayısı ilə əhalinin sosial rifahına mənfi təsir edəcək halların qarşısının alınması üçün bütün təşəbbüslərin səfərbər olunması yolunda mümkün addımlar atılmış, həmçinin biznesə və əhaliyə dəstəyin təmin olunması üçün Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmışdır.

Eyni zamanda Azərbaycan Respublikası adına Ümumdünya Səhiyyə Təşkilatına könüllü yardımlar ayrılması dünyanı cənginə almış pandemiya dönəmində dövlətimiz tərəfindən beynəlxalq həmrəyliyə qatqı olmuşdur.

Bütün bəşəriyyətin gözə görünməz düşmən - Covid-19 və onun törətməkdə olduğu və ya törədə biləcəyi fəsadlarla mübarizə apardığı bu gərgin vəziyyətdə belə mənfur ermənilər Tovuz bölgəsində atəşkəsi pozmaqla öz məkrliliyini bir daha nümayiş etdirmiş oldu. Nəticə etibarilə illərdir daim inkişafda olan keyfiyyətli ordu quruculuğu işlərinin, islahatların aparılması nəticəsində öz gücünü ildən ilə daha da artıran və bugün qüvvətinə zərrə qədər şübhə duymadığımız güclü Azərbaycan ordusu tərəfindən düşmən itkilər verərək geri çəkilmişdir.

Biz isə bu halda xalq olaraq birliyimizi nümayiş etdirərək Ali Baş Komandanın bir əmri ilə onun “irəli” göstərişinə hazır olduğumuzu bildirdik.

Ümumilikdə son zamanlar düşmən tərəfin atəşkəsi pozması ilə cəbhədə dəfələrlə gərginliklər yaranmışdır. Lakin biz dövlət başçısının yüksək siyasi mövqeyinə və onun uğurlu islahatlarıının nəticəsi olaraq tam gücü ilə formalaşmış ordumuzun qüvvəsinə inanaraq bundan sonra da bütün gərginlikləri geridə qoya biləcəyimizə əminlik duyur, yaxın zamanda zəfər sevinci duyacağımıza ümid edirik.

Cənab prezident İlham Əliyevin dediyi kimi “Biz birlikdə güclüyük!”.
Misirdə azərbaycanlı alimin elmi məqaləsi dərc olunubQahirə Universitetinin təşkil etdiyi "Şərq dilləri arasında qarşılıqlı tədqiqatlar" adlı beynəlxalq elmi konfransa təqdim olunmuş elmi məqalələr kitab şəklində çap olundu.

Avrasiya.net xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən professorların təqdim etdiyi məqalələr arasında, Misirdə Azərbaycan diasporunun sədri tədqiqatçı-alim Seymur Nəsirovun "Ərəb dilinin yayılmasında Azərbaycan tövhələri" sərlövhəli elmi məqalə də yer almışdır.

Tədqiqatçı məqalədə ərəb dilinin inkişafında əvəzsiz xidmətləri olmuş azərbaycanlı alimlərdən geniş söhbət açmışdır.

Ərəblərin azərbaycanlılar haqqında söylədikləri təriflərdən yazan tədqiqatçı, böyük mötəbər alim Əbu Tahir əl- Siləfi və dahi şair əl- Buhturinin Azərbaycanı mədh edən şeirlərini də qeyd etmişdir.

Əsərlərini ərəb dilində yazmış yüzlərlə azərbaycanlı alim və ədəbiyyatşünasların olduğunu qeyd edən S. Nəsirov, orta əsrlərdə yaşamış Azərbaycanlı şair Saib bin Fərruxdan xüsusilə geniş bəhs etmişdir.

S. Nəsirov məqalədə, Azərbaycan ilə Misir arasında tarixi və mədəni əlaqələrdən söhbət açarkən, azərbaycanlıların Misirin inkişafında əvəzsiz xidmətləri olduğunu bildirmişdir. O, VII əsrdə ərəblərin Azərbaycana ilk gəlişində Misir və Şam qəbilələrinin ölkəmizə köçdüyünü qeyd etmişdir.
Tədqiqatçı Azərbaycan dili ilə Ərəb dili arasında bağlılıqlardan bəhs edərkən, dilimizdə çoxlu sayda ərəb mənşəli sözlərin olduğunu bildirərək nümünələr də göstərmişdir.
Misirdə azərbaycanlı alimin elmi məqaləsi dərc olunub
Misirdə azərbaycanlı alimin elmi məqaləsi dərc olunub
Misirdə azərbaycanlı alimin elmi məqaləsi dərc olunub
"Prezident düşmənə qarşı informasiya savaşını uğurla davam etdirir"Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri

Azərbaycan Prezidentinin BMT tribunasından dünyaya verdiyi mesajlar Ermənistanın işğalçı-faşist mahiyyyətini bir daha ifşa etmək üçün əla fürsət oldu.

Dövlət başçımız BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş videoformatda təşkil edilən Yüksək Səviyyəli İclasındakı çıxışında qeyd etdi ki, beynəlxalq qurumlar təcavüzkar Ermənistana qarşı daha ciddi addımlar atmalıdırlar, Ermənistana qarşı daha ciddi şərtlər qoyulmalıdır, sanksiyalar tətbiq edilməlidir.

Prezident bunu nəyə görə vurğuladı? Çünki münaqişənin həlli istiqamətində beynəlxalq təşkilatlar tərəfindən, xüsusən də ATƏT-in Minsk qrupu tərəfindən heç bir konkret addımlar atılmır, Ermənistan tərəfi işğalçılıq siyasətinə son qoymağa məcbur edilmir. Bunu BMT də edə bilər, ATƏT də edə bilər. Lakin etmirlər, yaxud da etmək istəmirlər. Çünki ortada “ikili standartlar” siyasətinin mövcud olduğunu görürük. Dağlıq Qarabağ münaqişəsi isə bədnam “ikili standartlar” siyasətinin ən çox tətbiq edildiyi konfliktlərin siyahısında bəlkə də lap başda gəlir. Bu acı həqiqəti cənab Prezident də qatıldığı bütün nüfuzlu platformaların tribunalarından dəfələrlə qeyd edib.

Məhz ikili yanaşmanın nəticəsidir ki, bugünləri ATƏT-in Minsk Qrupunun heç bir praktik fəaliyyətini görmürük. Minsk qrupu sanki özü özünü “offsayd” vəziyyətinə salıb. Həmsədrlər çox fəal şəkildə problemin real həlli ilə məşğul olmaq əvəzinə, nədənsə, passiv seyrçi mövqeyində qalmağa üstünlük verirlər. Hərçənd ki, Dağlıq Qarabağı və işğal olunmuş digər 7 rayonu ATƏT rəsmən Azərbaycan əraziləri kimi tanıyıb və onun borcudur ki, həmsədrlər institutunun vasitəsilə münaqişənin birbaşa həlli ilə məşğul olsun, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına real dəstək versin.

Lakin biz bunu görmürük. Ortada məyusluq doğuran çox ciddi bir nəticəsizlik var. Cənab Prezident də məhz bu nəticəsizliyi bir daha hər kəsin diqqətinə çatdırdı, eləcə də Ermənistanın yeni işğalçı müharibəyə hazırlaşdığını BMT qarşısında bəyan etdi. Azərbaycan Prezidenti ölkəmizin sülhsevərliyini vurğulayaraq açıq mətnlə bildirdi ki, biz məsələnin sülh yolu ilə həll edilməsini istəyirik və çalışacağıq ki, münaqişə sülh yolu ilə həll olunsun. Lakin Ermənistan tərəfi buna hazırdırmı? Deyil. Bu ölkənin təxribatçı siyasəti bütün gücüylə davam edir və bugünləri ilk növbədə məhz bu siyasətin qarşısı alınmalıdır, bizim torpaqlar qaytarılmalıdır. Əks halda, Ermənistanın faşist siyasəti nəinki bölgə üçün, həta bütövlükdə dünyanın özü üçün çox ciddi fəsadlara gətirib çıxara bilər.

Azərbaycan Prezidenti BMT kürsüsünün verdiyi imkanlardan maksimum rasionallıqla istifadə edərək faşizmin Ermənistanda çiçəklənməsini, bu ölkənin nasizmə sadiqliyini bütün dünyanın diqqətinə çatdırmağa çalışdı. İlham Əliyev nasizmin şöhrətləndirilməsinin Ermənistanın dövlət siyasəti olduğunu diqqətə çatdırdı və bildirdi ki, “Ermənistanın rəsmi ideologiyasında “Azərbaycanofobiya” siyasəti hökm sürür. Gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır. Ermənistanın bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrinası və milli təhlükəsizlik strategiyası qəbul edilib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və “Azərbaycanofob” fikirlər əks olunub”. Dövlət başçımızın səsləndirdiyi bu fikirlər son zamanlarda işğalçı ölkəyə vurulmuş növbəti sarsıdıcı zərbə oldu. Mən inanmıram ki, Paşinyan bu cür dəmir məntiqə söykənən ittihamların qarşısına hansısa bir tutarlı əks-arqument çıxara bilər. Beləliklə, əminliklə söyləmək olar ki, Azərbaycan Prezidenti düşmənə qarşı informasiya savaşını uğurla davam etdirir.

Tacir Şahmalıoğlunun oğlu qəzaya düşdüMüğənni Tacir Şahmalıoğlunun oğlu Şahmalı Taciroğlu avtomobil qəzasına düşüb.

Avrasiya.net Qaynarinfo-ya istinadən xəbər verir ki, ARB televiziyasında "Heç vaxt, heç yerdə" verilişində qonaq olan Tacir Şahmalıoğlu çəkiliş zamanı oğlunun avtomobil qəzası keçirdiyini eşidib və halı pisləşib.

Çəkiliş meydançasına təcili yardım çağırılıb.

Qeyd edək ki, ifaçının oğlunun 22 yaşı var.
Baş Prokurorluq özəl klinikaları CƏRİMƏLƏDİBaş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi Nərimanov və Neftçala rayon prokurorluqları ilə birlikdə apardığı araşdırmalar nəticəsində paytaxtın Nərimanov rayonunda yerləşən “Renessans-S” MMC-nin tərkibində fəaliyyət göstərmiş “Medistyle” hospitalının və Neftçala rayonunda yerləşən “ES studio” özəl tibb mərkəzinin qanunsuz fəaliyyəti nəticəsində vətəndaşların hüquqlarına və sağlamlıqlarına xələl vurulması faktları aşkar edilib.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumatda bildirilib.

Qeyd edilib ki, aparılmış araşdırma nəticəsində həmin müəssisələr və onların vəzifəli şəxsləri barədə inzibati xəta haqqında icraatlar başlanılaraq baxılması üçün aidiyyəti üzrə məhkəmə və səlahiyyətli qurumlara göndərilmiş, onlar Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada “əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmə” və “lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olma” inzibati xətalarına görə məsuliyyətə cəlb olunaraq məhkəmənin müvafiq qərarları ilə inzibati qaydada cərimə ediliblər.
Azərbaycan - Gürcüstan münasibətləri bölgədə sabitlik və təhlükəsizliyin qarantıdırMəzahir Əfəndiyev
Milli Məclisin deputatı

Bu gün Azərbaycanın Cənubi Qafqazda möhkəm siyasi, iqtisadi, mədəni əlaqələr qurduğu ölkə Gürcüstandır. Ermənistanla müharibə şəraiti bölgədə Gürcüstanın geosiyasi əhəmiyyətini artırmışdır.

Müdrik gürcü və Azərbaycan xalqları arasında dostluq əlaqələrinin çox dərin tarixi kökləri var, indiyə qədər bu xalqları qarşı-qarşıya qoymaq, ədavətə sövq etmək kimsəyə müyəssər olmayıb. Münasibətlərimizin tarixi təcrübəsi göstərir ki, bizim talelərimiz də xeyli dərəcədə oxşar və bir-birinə bağlıdır. Bu tarixi təcrübə bizi qarşı duran tərəflər deyil, tərəfdaş olmağı, müstəqilliyimizi birlikdə qorumağı, sivil dünyaya birlikdə inteqrasiya etməyi öyrədir.

Biz iqtisadi sahədə uğurlu əməkdaşlıq nümunəsini ortaya qoymaqla, hər iki ölkəyə böyük dividentlər gətirən mühüm enerji və nəqliyyat layihələrini reallaşdırmaqla fəal tərəfdaşlığın ən bariz nümunəsini bütün dünyaya nümayiş etdirmişik. Azərbaycan Ermənistan sərhəddinin Tovuz rayonu ərazisində Ermənistan tərəfinin məlum təxribatlari zamanı Gürcüstan üzərindən Ermənistana silah daşınmasına icazə verilməməsi ölkələrimiz üçün taleyüklü məqamlarda dost dəstəyinin ən yüksək səviyyədə təzahürüdür. Azərbaycan hər zaman Gürcüstanda inkişafın, rifahın, sabitliyin tərəfdarı olmuşdur. Ölkələrimiz arasındakı qonşuluq, dostluq münasibətlərinin strateji əməkdaşlıq, hətta müttəfiqlik səviyyəsinə yüksəlməsi bölgədə sabitlik və təhlükəsizliyi təmin edir.

Bu gün müəyyən qüvvələr çalışır ki, Azərbaycan-Gürcüstan münasibətləri korlansın. Xüsusilə də, Gürcüstanda müxtəlif vəzifələri tutmuş ermənilər bu prosesdə maraqlıdırlar. Onlar Ermənistan rəhbərliyinin təhriki ilə orada qızışdırıcı fəaliyyətlə məşğuldurlar. Lakin, Azərbaycan və Gürcüstan vətəndaşları bu cür qızışdırıcı çağırışlara uymamalıdırlar. İndi emosional çağırışlar, impulsiv davranış deyil, təmkin və müdriklik nümayiş etdirməyin zamanıdır. Əminəm ki, bundan sonra da dost Azərbaycan və Gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək və onların ekstremist təşəbbüsləri iflasa uğrayacaq.

Azərbaycan hər zaman Gürcüstanda inkişafın, rifahın, sabitliyin tərəfdarı olmuşdur. Qardaş və dost ölkənin ərazi bütövlüyünə, baş verən siyasi proseslərə dövlətimiz tərəfindən bu gün də hörmətlə yanaşılır.

Bu baxımdan oktyabrın 31-də keçiriləcək Parlament seçkiləri nəinki dünya, eyni zamanda Azərbaycan ictimaiyyətinin də diqqət mərkəzində olacaq. Hazırda Parlament seçkilərinə hazırlıq dövrü uğurla davam edir. Gürcüstanın seçki qanunvericiliyi demokratik seçkilərin keçirilməsinə tam imkan verir. Ölkə Konstitusiyasına edilən son dəyişikliklərə əsasən seçkilər yeni qarışıq sistemdə keçiriləcək. Belə ki, 120 millət vəkili proporsional sistem, 30 millət vəkili isə majoritar sistem üzrə seçiləcək. MSK-nın məlumatına əsasən seçkilərdə iştirak edəcək partiyaların qeydiyyat prosesi başa çatıb və müraciət edən 78 partiyadan 66-sı artıq qeydiyyata alınıb.

Gürcüstan parlamentli respublika olduğuna görə, seçkilərdə qalib gələn növbəti dörd il ərzində ölkəni idarə edəcək. Son 8 ildə ölkəni idarə edən “Gürcü arzusu” partiyası bu seçkilərdə inamlı qələbə qazansa, Gürcüstan tarixində üçünçü müddətə seçilmiş ilk hakim partiya olacaq.



Bu məlumatları yaymayın! - DTX müraciət etdiErmənistan-Azərbaycan qoşunlarının təmas xəttində hərbi təxribatların intensivləşməsi ilə eyni vaxtda düşmən tərəfi sosial şəbəkə resurslarında saxta azərbaycanlı adlarından və Azərbaycan dilindən istifadə etməklə cəbhə bölgələrində əhali arasında gərginlik və çaxnaşma yaratmaq, eləcə də Silahlı Qüvvələrimizin hərbi bölmələrinin fəaliyyəti, əməliyyat niyyətləri, yerdəyişmələri və s. barədə məlumatlar toplamaq məqsədilə davamlı fəaliyyət göstərirlər.

DTX-dən Avrasiya.net-ə verilən məlumata görə, qeyd edilən hallarla əlaqədar, Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan vətəndaşlarını ayıq-sayıq olmağa, düşmən təxribatlarına uymamağa, hərbi sirr təşkil edən və ordumuzun döyüş qabiliyyətinə, yerli əhalinin təhlükəsizliyinə zərər vura biləcək məlumatları yaymamağa çağırır.

Anonim profillərlə onlara edilmiş bu qəbil müraciətlər, sosial şəbəkə yazışmaları və mesengerlərlə ötürülən məlumatlara reaksiya verməmək, həmin məlumatları tanış və qohumlar arasında paylaşmamaq tövsiyə edilir. Cəbhədəki vəziyyətlə bağlı yalnız ölkəmizin rəsmi dövlət qurumlarının məlumatlarına istinad edilməsi zəruridir. Saxta adlar və müxtəlif kommunikasiya kanalları ilə Azərbaycan vətəndaşlarına ünvanlanmış kəşfiyyat-təxribat xarakterli müraciətlərlə əlaqədar, Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi internet səhifəsi (www.dtx.gov.az), əlaqə telefon (+99412 405 99 99) və qaynar xətt (+99412 1656) nömrələri, habelə DTX-nin rəsmi sosial şəbəkə resursları (https://www.facebook.com/DTXAzerbaijan, https://www.instagram.com/azerbaijandtx və https://twitter.com/DTX_Azerbaijan), WhatsApp və Telegram (+994 77 405 99 99) vasitəsilə məlumat verilməsi xahiş olunur.

Unutmayaq ki, hər hansı məsuliyyətsiz davranışdan çoxlu sayda hərbi qulluqçumuzun və mülki şəxsin həyat və sağlamlığı təhlükə altına düşə bilər.
Saman Həsənzadənin baş redaktordan şikayəti rədd edildiBu gün Xətai Rayon Məhkəməsində özünü Sayman Aruz kimi təqdim edən Saman Həsənzadənin jurnalist Anar Niftəliyevə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayətə dair hazırlıq iclası keçirilib.

Bu barədə Axar.az-a Anar Niftəliyev özü açıqlama verib. A.Niftəliyev qeyd edib ki, Saman Həsənzadə 27 və 28 iyulda Feysbuk sosial şəbəkəsində yazdığı statuslara görə onun barəsində xüsusi ittiham qaydasında, 2,5 il həbs tələbi ilə məhkəməyə şikayət vermişdi:

“Şikayət Qaradağ Rayon Məhkəməsinə verilmiş, orda hazırlıq iclası keçiriləndən sonra yaşadığım yerə uyğun olaraq Xətai Rayon Məhkəməsinə göndərilmişdi. Bu gün hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən hazırlıq iclasında qarşı tərəfin sübut təqdim edə bilməməsi səbəbindən şikayət rədd edildi”.

A.Niftəliyev qeyd edib ki, şikayət ərizəsinin özü belə şantaj üstündə qurulmuşdu:

“Ancaq biz hüquqi dövlətdə yaşayırıq və özünü Güney Azərbaycandan olan dissident kimi göstərməyə çalışan, əsl adı Saman olan Saman Həsənzadənin cəfəng iddia və şantajları İranda keçə bilər, Azərbaycanda yox”.

Jurnalist həmçinin qeyd edib ki, Saman Həsənzadənin saxta diplom satışı, AYB adından sui-istifadəsi və s. əməlləri ilə bağlı artıq hüquq-mühafizə orqanlarına müraciət edilib:

“Baş Prokurorluq və Azərbaycan Yazıçılar Birliyi artıq araşdırma aparıldığını açıqlayıblar. Onun xüsusi ittiham qaydasında məhkəməyə şikayət verməsinin səbəbi Saman Həsənzadənin İran kəşfiyyatının agenti olması ilə bağlı sosial şəbəkə hesabımda yazdığım statusdur. Bu isə mənim jurnalist araşdırmamın nəticəsidir və yazılı surətdə məhkəməyə təqdim etdiyim çıxışımın surətini ictimailəşdirəcəyəm. Onda bir çox həqiqətlər Dövlət Təhlükəsizliyi Xidməti üçün də aydın olar”.
Həmsədrlər Qarabağda eyş-işrətdə - VideoReal TV ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə səfəri zamanı Azərbaycanın işğal altındakı ərazilərindəki eyş-işrət məclislərinin fotolarını əldə edib.

Avrasiya.net xəbər verir ki, fotosübutları baş nazirin keçmiş müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Həsənov təqdim edib. Onun sözlərinə görə, fotolar Kəlbəcər və Xankəndidə çəkilib.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə, danışıqlar vasitəsi ilə həlli üçün yaradılıb.