Dilqəm Əsgərovun oğluna 149 min manat ödəniləcəkXəbər verdiyimiz kimi, erməni girovluğunda qalan Dilqəm Əsgərovun su altında qalan torpaq sahəsinə görə Melorasiya və Su Təsərrüfatı ASC tərəfindən maddi ziyan ödəniləcək.

Avrasiya.net Moderator.az-a istinadən xəbər verir ki, bu haqda D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib.

"Bizim bu məsələyə görə ötən dəfə qurumun sədri hörmətli Əhməd müəllimlə (Əhməd Əhmədzadə) telefon danışığımız olmuşdu. O, söhbət zamanı problemin həll ediləcəyini bildirmişdi. Bu gün isə mən idarənin işçiləri ilə bir daha görüşdüm və onlar atamın su altında qalan ferma və torpaq sahəsinə görə qiymətləndirmə apardılar. Onlar 149 min 300 manat maddi ziyan təyin etdilər və biz də bununla razılaşdıq. Mən də buna görə bank hesabı açdım və yaxın vaxtlarda həmin pul hesabıma köçürüləcək”, - o bildirib.
"Əsgərlərimiz müharibənin başlamasını və onu əsir götürəcəkləri anı səbrsizliklə gözləyirlər" Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsini təqdim edirik:

- Qüdrət bəy, Azərbaycan Respublikası Prezidentinin yerli televiziyalara verdiyi müsahibəsində diqqətinizi çəkən əsas məqamlar barədə fikirlərinizi almaq istərdik.

- Prezident həm yerli, həm də beynəlxalq ictimaiyyətə yönələn çoxlu sayda ciddi mesajlar verdi. Öz sözlərimlə ifadə etsəm, çıxışın əsas məğzi ondan ibarət idi ki, müstəqilliyimizi göz bəbəyi kimi qorumalıyıq və keçmişin nostalgiyası ilə yaşayıb müstəqilliyə qarşı çıxanlar vətən xainləridir. Prezident misallarla əsaslandırdı ki, Azərbaycan xalqı faşizm üzərində qələbəyə böyük töhfə versə də, Kreml ölkəmizin təbii sərvətlərini uzun illər vəhşicəsinə, böyük ekoloji fəlakət yaratmaqla talasa da etnik seperatizmi dəstəkləməklə Azərbaycana xəyanət etdi və nəticədə torpaqlarımızın 20 % -i Ermənistan tərəfindən işğal olundu. Müstəqillik illərində biz xarici investorları cəlb edib neft sənayesini yenidən qurmaqla, böyük maddi vəsaitlər hesabına həmin ağır ekoloji fəlakətin nəticələrini aradan qaldırmaqla şəhər və kəndlərimizi abadlaşdırmaqla, ölkəmizi faktiki olaraq yenidən qurmaqla məşğuluq.

Növbəti açıqlama ondan ibarət oldu ki, Paşinyan siyasi riyakarlığına görə əvvəlki sələflərindən heç nə ilə fərqlənmir və onunla Qarabağ probleminin həlli istiqamətində danışıq aparmağın mənası yoxdur. Biz bilirik ki, Paşinyan əhalinin ölkə daxilində mövcud olan problemlərdən diqqətini yayındırmaq üçün iyul ayında Tovuz istiqamətində erməni silahlı qüvvələrinin təxribat xarakterli hücumunu təşkil etdi. Həmin təxribatı xalqına qələbə kimi təqdim edib, Azərbaycan qarşısında danışıqları mənasız edən şərtlər irəli sürdü. Bundan sonra səfərbərlik elan edib, arvadının da əlinə silah verib Qarabağa yolladı. Əminəm ki, əsgərlərimiz müharibənin başlamasını və onu əsir götürəcəkləri anı səbrsizliklə gözləyirlər.

Prezident bəyan etdi ki, Ermənistan torpaqlarımızı işğal edib, ərazilərimizi məskunlaşdırırsa və beynəlxalq birliyin sərt təpkisi və sanksiyaları ilə üzləşmirsə, beynəlxalq hüquqa hörmət yalnız bizə qalmayıb ki. Əgər növbəti təxribat olarsa hərbi əməliyyatlar təkcə bizim ərazidə aparılmayacaq. Müsahibənin ümumi ab-havasından belə qənatə gəlmək olar ki, torpaqlarımızın azadlığı istiqamətində yaxın gələcəkdə ciddi addımlar atılacaqdır. Bu qənaətdəyəm ki, son açıqlamalar 26 ildir davam edən söz savaşına oxşamır. Müdafiə naziri Zakir Həsənovun ehtiyatda olan xüsusi ixtisaslı hərbçilərin Orduya çağırılması barədə əmri də bu qənaəti möhkəmləndirir. Kaş ki, qənaətimdə yanılmayaydım, qoy Allah qətiyyətimizi və cəsarətimizi əlimizdən almasın.

Başqa mühüm açıqlama Türkiyə, Gürcüstan və İrana yönəlmişdi. Prezident Türkiyənin qardaş ölkə olmasını, əməkdaşlığımızı genişləndirəcəyimizi bir daha vurğuladı. Gürcüstanın üzərindən Ermənistana silah daşınmasına icazə verilməməsini yüksək qiymətləndirdi və həmişə Gürcüstanın yanında olduğumuzu növbəti dəfə bəyan etdi. Gürcüstandakı bəzi gürcü familiyalı ermənilərin münasibətlərimizi pozmağa cəhd etdiyini də diqqətə çatdırdı. Prezidentin çıxışından Ermənistandan sonra ciddi nəticə çıxarmalı olan ikinci ölkə, həm də soydaşlarımızın vətəni olan İran olmalıdır. Prezident söylədi ki, əli müsəlman uşaqların, qadınların qanına batmış, bir milyondan çox müsəlmanı ev-eşiyindən didərgin salmış, islam məscidlərini, abidələrini dağıtmış, məscidlərdə donuz saxlayan ermənilərlə müsəlman olub necə münasibət qurmaq olar? Yeri gəlmişkən, ərəb ölkələrini İsraillə diplomatik əlaqələr qurmasına görə sərt tənqid edib hədələyən İran, Ermənistana İranın hava məkanından silah daşınmasına icazə verməsi bir yana, görəsən İsraildə səfirlik açan Ermənistana münasibətdə niyə "quzu" kimi susur? Ümumən müsahibəni yüksək qiymətləndirirəm. Xalqımız bunun ardınca real addımların atılmasını gözləyir.
Bayden Trampı qabaqlayırDemokratların namizədi Cozef Bayden hazırki ABŞ Prezidenti Donald Trampı populyarlığına görə 8% qabaqlayır. Son bir ayda isə bu fərq bir pillə azalıb.

Axar.az xəbər verir ki, bu barədə “Vaşinton Post” sorğunun nəticələrinə istinadən məlmat yayıb.

Məlumata görə, seçicilərin 43%-i Trampa, 51%-i iə Baydenə səs verməyə hazırdır.

İyul ayında namizədlər arasındakı fərq 11, avqust ayında isə 9 faiz idi.

Qeyd edək ki, Amerikada prezident seçkiləri bu il noyabrın 3-də keçiriləcək.
Nazirin cangüdəni silahını təyyarədə unutduBöyük Britaniyanın Xarici İşlər naziri Dominik Raabın cangüdəni silahını təyyarədə unutması səbəbindən işindən müvəqqəti kənarlaşdırılıb.

Axar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Belə ki, nazirlə birlikdə ABŞ-dan səfərdən qayıdan polis əməkdaşı təyyarənin Hitrou aeroportuna enişindən sonra tapançasının üzərində olmadığının fərqinə varıb.

Daha sonra o, silahını təyyarədə unutduğunu xatırlayıb.

London polisinin məlumatına görə, məsələ ilə bağlı araşdırma aparıldığı müddətcə sözügedən əməkdaşın işləməsinə icazə verilməyəcək.
İcra nümayəndəsinin oğlu öz bacısını öldürdü - Bakıda dəhşətli HADİSƏXəzər rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayevin ailəsində dəhşətli faciə yaşanıb. Nümyəndənin oğlu Məhəmməd Babayev odlu silahdan atəş açaraq bacısını öldürüb.

Olay Rahil Babayevin 2-ci ailəsində meydana gəlib.

Nümayəndənin oğlu Məhəmməd Babayev bacısı Aydan Babayevanı odlu silahdan atəş açaraq öldürüb. Qətlin motivi hələlik bəlli deyil.

İlkin məlumata görə, hadisə Rahil Babayevə məxsus Türkan-Hövsan yolunun kənarındakı istirahət mərkəzinin ərazisində baş verib.

Avrasiya.net xəbər verir ki, müsavat.com əməkdaşı məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidməti ilə əlaqə saxlayıb.

Xidmətdən bildiriblər ki, dəhşətli olayla bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanıb.

Xatırladaq ki, Rahil Babayevin adı ahıl yaşda olan 2 qəsəbə sakininin torpaq sahələrinin ələ keçirilməsi ilə bağlı mətbuatın gündəminə gəlmişdi

80 yaşlı Afət Əzizova və 91 yaşlı Xumarə Şabanova deyirdilər ki, Rahil Babayevin də olduğu dəstə onlara saxta ölüm şahədətnaməsi düzəldib. Onların ailə tərkibləri haqda saxta arayış yazaraq imzalayıb və sonradan boş torpaq sahələrinə aid sənədlər üzrə saxtakarlıqlar həyata keçirilib.

Məsələnin üstü Afət Əzizova torpaq sahəsini oğlunun adına keçirmək istəyərkən açılıb. İşə Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində baxılırdı. İlkin araşdırmalardan sonra cinayət işinin başlanması rədd edilib. Afət Əzizova və Xumara Şabanova Baş Prokurorluğa gedərək onlara qarşı baş vermiş cinayətin Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılmasını tələb ediblər.
Yeznə ov zamanı qaynını güllələyibSabirabadda yeznə qaynını güllələyərək qətlə yetirib.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Ulacalı kəndində baş verib.

Ov zamanı kənd sakini, 1981-ci il təvəllüdlü Nəsirov Zəka qaynı 1986-cı il təvəllüdlü Nəsirov Aqil Atamoğlan oğlunu ehtiyatsızlıqdan ov tüfəngi ilə üz nahiyəsindən güllələyərək qətlə yetirib.


Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda cinayət işi açılb, araşdırma aparılır.



Aİ-dən ABŞ-a SƏRT CAVAB - İrana sanksiya tətbiq edə bilməzsinizAvropa İttifaqı (Aİ) ABŞ-ın 2015-ci il nüvə anlaşmasından çıxdığı üçün İrana qarşı BMT-nin sanksiyalarını yenidən tətbiq edə bilməyəcəyini açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi, Qərb ölkələri ilə Birgə Hərtərəfli Fəaliyyət Planının koordinatoru Cozef Borrell açıqlama verib.

ABŞ administrasiyasının BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi ilə qaldırılan sanksiyaları geri gətirən mexanizmi işə saldığını qeyd etdiklərini söyləyən Borrell ABŞ-ın Barak Obama dövründə İranla əldə etdiyi razılaşmadan Donald Tramp hakimiyyəti illərində birtərəfli şəkildə geri çəkildiyini xatırladıb.

C.Borrell ABŞ rəhbərliyinin razılaşmadan çıxdıqdan sonra Fəaliyyət Planının işinin heç birində iştirak etmədiyini və bu səbəblə sanksiya tətbiq edə bilməyəcyini deyib.

O, müqavilənin qorunması və tam şəkildə həyata keçirilməsi üçün çalışacaqlarını və hər kəsin buna uyğun davranmasının lazım olduğunu vurğulayıb.

Nazir müavini koronavirusdan öldüÖzbəkistanda Baş nazirinin müavini koronavirusdan vəfat edib.

Avrasiya.net “RİA Novosti”yə istinadən xəbər verir ki, 56 yaşlı Uktam Barnoyevin iyul ayında yeni növ koronavirusa yoluxub. Nazir müavini əvvəlcə Daşkənddə, daha sonra isə Almaniyada müalicə alsa da xəstəliyə qalib gələ bilməyib.
Prezident İrəvana mesaj verdi, Türkiyə mediası yazdıPrezident İlham Əliyevin Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsi Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmaqdadır.

Axar.az xəbər verir ki, “Anadolu” agentliyinin dərc etdiyi “Prezident Əliyev: Türkiyə ilə birgə təlimlərimiz İrəvanı qorxudur” sərlövhəsi ilə yayılan informasiya müxtəlif başlıqlarla sürətlə qardaş ölkə mediasında yayılıb.

Türkdilli oxuculara məlumat verilir ki, Prezidenti İlham Əliyev yerli televiziyalara müsahibəsində Azərbaycan və Türkiyənin liderliyi ilə həyata keçirilən beynəlxalq iqtisadi layihələrin əhəmiyyətini, iki qardaş ölkənin bir-birini tam şəkildə dəstəkləməsini yüksək dəyərləndirib və münasibətlərimizin daha da genişlənəcəyini ifadə edib. Regiondakı vəziyyətdən danışan Prezident İlham Əliyev, təcavüzkar Ermənistanın avantürist siyasətinə qarşı kəskin ifadələr səsləndirib. Diqqətə çatdırılır ki, Ermənistanın Sevr müqaviləsini canlandırmaq istəyini sərt şəkildə qınayan Azərbaycanın dövlət başçısı deyib ki, ağlı başında olan hər bir tarixçi, siyasətçi qətiyyən buna imkan verməz. Çünki onların sonu olacaq. İndi sən burada səfalət içində, özü də özünə aid olmayan yerlərdə dövlət qurmuş balaca bir ölkə Türkiyə boyda ölkəyə qarşı necə iddia qaldıra bilərsən, necə ittiham edə bilərsən. Sən heç olmasa öz potensialına və Türkiyənin potensialına bax. Amma onların Azərbaycana və Türkiyəyə, bizim xalqımıza olan nifrəti, o irrasional düşüncəni, necə deyərlər, təhlükəli məcraya istiqamətləndirir. Bizim Türkiyə ilə sıx əlaqələrimiz bundan sonra da inkişaf edəcək. Bütün məsələlərdə bir yerdəyik, hər bir məsələdə bir-birimizin yanındayıq.

Məlumatlarla "Anadolu" agentliyi, TRT HABER, TGRT, HABER TÜRK, A HABER, NTV televiziya kanalları, “Hürriyet”, “Milliyet”, “Sabah”, “Takvim” və digər çoxtirajlı qəzetlərin saytlarında tanış olmaq mümkündür.

İnformasiyalar Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Azərbaycan və Türkiyə hərbçilərinin, silahlı qüvvələrimizin ortaq təlimlərinə dair fotolarla təqdim olunub.
Ölkəmizdə koronaya yoluxanların sayı açıqlandıAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 39 188 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36 755 nəfər müalicə olunaraq sağalıb, 575 nəfər vəfat edib, aktiv xəstə sayı 1858 nəfərdir.

Ölkədə son sutka ərzində 6 886, hazırkı dövrədək isə 1 054 792 test aparılıb