Leninin nəşi yandırılsın - JirinovskiRusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski keçmiş SSRİ-nin lideri Vladimir Leninin nəşini yandırmağı təklif edib.

Avrasiya.net xəbər verir ki, siyasətçi bu təkliflə “Vesti FM”-in efirində çıxış edib.

Jirinovski hesab edir ki, Leninin külü atasının və ya anasının məzarının yanında basdırılmalıdır.

Deputatın sözlərinə görə, o amerikalı rəssam Devid Datunun Leninin nəşini almaq təklifinə müsbət yanaşıb.

“Məqbərəni ora hissə-hissə daşıyardım. Və o bizə 1 milyarda qədər ABŞ dolları ödəməyə hazırdır. Əgər Allah xatirinə belə böyük bir məbləğ əldə etsək... Xahiş edirəm, satmayaq, krematoriyə gedək, cəsədi yandırıb kolbanı basdıraq”, - Jirinovski deyib.


Koronavirusdan ölənlərin sayı 944 minə çatdı - ÜSTDünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 315 mindən çox artıb.

Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

Sentyabrın 18-i saat 11:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 315 919 nəfər koronavirusa yoluxub, 6 037 nəfər isə dünyasını dəyişib.

Yoluxanların ümumi sayı 30 055 710, ölənlərin isə 943 433 nəfərə çatıb.

Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
HƏMAS-dan ərəb ölkələrinə - XəbərdarlıqHƏMAS İsrail ilə əlaqələri normallaşdırmaq istəyən ölkələrə xəbərdarlıq edib.

Avrasiya.net xəbər verir ki, HƏMAS-dan verilən bəyanatda Fələstin xalqının xəyanətlərlə yıxılmayacağı bildirilib:

"Fələstin xalqına qarşı edilən cinayətlərə baxın və özünüzə gəlin! Şəhidliyin mesajı barışıq arxasınca qaçanları özlərinə gəlməyə dəvət etməkdir".
Diplomat: NATO Türkiyədən qorxub, geri çəkildiTürkiyə-Fransa arasında yaşanan gərginlik zaman NATO hərbi-strateji mövqeyi səbəbindən Türkiyə ilə açıq qarşıdurmaya getmək istəməyib.

Axar.az xəbər verir ki, bu sözləri adı açıqlanmayan avropalı diplomat “Röyter”ə deyib.

O bildirib ki, Fransa-Türkiyə gərginliyi ilə bağlı NATO-nun hesabatı hazırdır, lakin “həssas” olması səbəbindən ictimaiyyətə açıqlanmayacaq:

“Türkiyənin strateji mövqeyi səbəbindən alyans Ankara ilə üz-üzə gəlmək istəməyib”.

Qeyd edək ki, rəsmi Paris Türkiyənin BMT-nin Liviya ilə bağlı tətbiq etdiyi embarqonu pozduğunu iddia etmiş və alyansa rəsmi şəkildə şikayət ünvanlamışdı. Rəsmi Ankara bu iddiaları rədd etmişdi.

Bu məsələdən sonra Fransa-Türkiyə arasında rəsmi səviyyələrdə qarşılıqlı ittihamlar səsləndirilməkdədir.
Bakıda 33 yaşlı kişi intihar cəhd etdiBakıda intihara cəhd olub.

Hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

Belə ki, 33 yaşlı Sahil Məmmədov yaşadığı evin həyətindəki köşkdə özünü asıb. Lakin hadisə yerinə yetişən şəxslər onu xilas edib. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. (Report)
ABŞ hərbçiləri Fars körfəzinə daxil olduABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarədaşıyan gəmilərdən ibarət hücum qrupu Hörmüz boğazından keçərək Fars körfəzinə daxil olub.

Avrasiya.net xəbər verir ki, bu barədə ABŞ HDQ-nin 5-cı operativ donanması məlumat yayıb.

Qrupun tərkibinə aparıcı atom təyyarədaşıyan gəmi – “Nimiç”, raketli kreyserləri müşahidə edən “Prinston”, “Filippin dənizləri” və həmçinin “Sterett” esminesi daxildir.

Belə ki, gəmilər Fars körfəzində regional və koalisiya partnyorları ilə birgə təlimlərdə iştirak edəcək.