İlham Əliyev neftçiləri təbrik etdiXəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib.

Avrasiya.net xəbər verir ki, dövlət başçısı mərasimdən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibə verib.

Prezident İlham Əliyevin müsahibəsindən bəzi məqamları təqdim edir:

“Mən neftçiləri qarşıdan gələn peşə bayramları münasibəti ilə təbrik etmək və onlara yeni uğurlar arzulamaq istəyirəm. Neftçilər hər zaman Azərbaycanda böyük hörmətə layiq insanlar olub. Bu gün də belədir və neftçilərin əməyi əsl qəhrəmanlıqdır. Neftçi peşəsi həm hörmətli, eyni zamanda, riskli, təhlükəli peşədir və bir daha demək istəyirəm ki, onların əməyi əsl qəhrəmanlıqdır. Eyni zamanda, neftçilərin ölkəmizin uğurlu inkişafında çox böyük rolu vardır.

Bu gün ölkə iqtisadiyyatının əsas hissəsi neft-qaz sektoru ilə bağlıdır və bu, bundan sonra uzun illər belə olacaq. Söhbət ondan getmir ki, digər sektorlar inkişaf etmir, edir, ancaq nə qədər inkişaf etsə də, yaxın gələcəkdə neft-qazdan əldə edilən gəlirlərin yerini tuta bilməyəcək və eyni zamanda, bizim yeni layihələrimiz - bu gün “Abşeron”, bir ay bundan əvvəl “Qarabağ”, digər layihələrin icrası bundan sonra da neft-qaz amilinin önəmli rolunu təsdiqləyəcək.

Mən hər zaman fəxr etmişəm ki, həyatımın 9 ili Dövlət Neft Şirkətində keçib və neftçilərin həmkarı kimi onları ürəkdən təbrik edirəm, yeni uğurlar arzulayıram”.
İranda virusdan ölənlərin sayı 24 mini keçdiİranda ötən sutka ərzində 166 nəfər koronavirusdan (COVID-19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Bu barədə nazirliyə istinadən məlumat veririk.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 24 118 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 2 845 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 419 043 nəfərə çatıb. Virus daşıyıcılarından 3 893 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari əlavə edib ki, İranda indiyədək 357 632 nəfər koronavirusdan sağalıb.

İranın Tehran, Mazandaran, Gilan, Qum, İsfahan, Rəzəvi Xorasanı, Şərqi Azərbaycan, Kirman, Şimali Xorasan, Simnan, Yəzd, Zəncan və Qəzvin vilayətləri qırmızı zonalar hesab olunur.

İranda indiyədək 3,71 milyondan çox diaqnoz testi həyata keçirilib.
Adil Əliyevdən AMEA-nın ünvanına istehzalı sözlərVaxtilə qədim yunan filosofu Platon Akademos bağında gəzə-gəzə tələbələrinə dərs deyirdi. Və bir gün bu gəzintili dərslər akademiya adını aldı. Təmtəraqdan, görsənişdən tamamilə uzaq, olduqca təvazökar bir şəraitdə yaranan və fəaliyyət göstərən akademiyalar daha sonra Avropanın İntibah dövründə yenidən gündəmə gəldi. Qitənin ən yenilikçi aydınları bir araya toplanaraq elmi müzakirələrlə ölkələrini daha aydın sabahlara apardılar.

Avrasiya.net xəbər verir ki, bu sözləri Milli Məclisin sədr müavini Adil Əliyev qeyd edib.

“İstər antik dövrün ən böyük ziyalısı, alimi olan Platon, istərsə də Avropa İntibahının əsasını qoyan böyük aydınlar bilsəydilər ki, XXI əsrdə Azərbaycan Milli Elmlər Akademiyası adlı bir qurum dövlət yetkililəri ilə görüşdə yalnız maşınlarının köhnəliyindən danışıb yeni avtomobillər almaq istəyəcəklər, ərsəyə gətirdikləri akademiyalarının adından bu cür istifadə edilməsindən xeyli xəcalət çəkərdilər. Çünki insanlıq tarixinə böyük töhfələr verən bu dühalar heç bir zaman şəxsi nəqliyyat vasitələrinin olması barədə düşünməyiblər. Onlar beyinlərini yalnız və yalnız elmin inkişafına sərf edib, böyük çətinliklə əldə etdikləri vəsaitləri elmi-texniki avadanlıqların alınmasına xərcləyiblər. Və həqiqətən də böyük elmi tərəqqilərə imza atıblar.

XXI əsrin ilk çeyrəyində isə AMEA-na hər il on milyonlarla vəsait ayrılır, yüzlərlə akademik, minlərlə professor adını daşıyan insan bu elm ocağında fəaliyyət göstərir, ortaya isə ciddi heç bir ixtira qoyulmur. AMEA rəsmiləri dövlət yetkililəri ilə görüşlərində 165 nəqliyyat vasitəsinin olduğundan bəhs edir və onların mütləq əksəriyyətinin köhnəliyindən şikayətlənirlər. Dolayısıyla dövlətdən daha komfort həyatla təmin olunmaq imkanı tələb edirlər. Başqa sözlə desək, dərdləri-sərləri elmi tərəqqiyə imza atmaq yox, yeni maşınlarda gəzməkdir.

Bir daha xatırlatmaq istərdim ki, akademiyanın ilk qurucusu Platonun heç tələbələriylə bir araya gəlmək üçün sinif otağı da yox idi. Məcburən Akademos bağında gəzə-gəzə dünyanın qaranlıq üfüqünü işıqlandırırdılar. Bizim AMEA isə istifadə müddəti bitmiş köhnə nomenklatura məmurlarının ölkəni qaranlıq çağlara qaytarmaq üçün apardıqları müzakirələrin mərkəzinə çevrilib”, - A.Əliyev sosial şəbəkə hesabında yazıb.
Ermənilər “parlamenti” Şuşaya köçürür Ermənilərin Azərbaycanın işğal altındakı ərazilərində təxribatları davam edir.

Avrasiya.net xəbər verir ki, bu dəfə Qarabağa separatçılarının lideri Araik Arutunyan qondarma rejimin parlamentinin Xankəndindən Şuşaya köçürəcəyini elan edib.

Bu məqsədlə o, tikinti işlərinin başlanıldığını və Şuşanin işğalının 30 illiyi münasibətilə 2022-ci ilin mayında tam istifadəyə veriləcəyini anons edib.
Azərbaycan artıq dünyada söz sahibi olan ölkədir - Sadiq QurbanovMilli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinn sədri Sadiq Qurbanov

- Sadiq müəllim, sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasının 26-cı ili tamam olur. “Əsrin müqaviləsi”nin imzalanması dövrünü necə xarakterizə edərdiniz?

- Azərbaycan müstəqillik əldə etdikdən sonra 1990-cı illərin əvvəllərində bütün sahələr üzrə çətinliklərlə üz-üzə qalmışdı. Uzun illər keçmiş sovet respublikaları ilə mövcud olmuş, qurulmuş iqtisadi əlaqələrin qırılması, respublikda qeyri-sabitliyin mövcud olması, maliyyə və texniki təchizatın aşağı düşməsi, neft və qaz sənayesinin ağır böhran vəziyyətinə salmışdı. Elə bir iqtisadi-siyasi vəziyyət yaranmışdı ki, az qala müstəqilliyimizi itirirdik. Bütün bu çətinliklər, imkansızlıq Xəzər dənizində olan "Azəri", "Çıraq" və "Günəşli" kimi yataqların işlənməsinə də imkan vermirdi.

Həm siyasi, həm iqtisadi tənəzzülün qarşısını almaq, əldə edilmiş müstəqilliyini qoruyub saxlamaq üçün xalqımız üzünü Ümummilli Liderimiz Heydər Əliyevə tutdu və Onun təkidlə hakimiyyətə gəlməsini tələb etdi. Xalqın bu tələbi ilə ikinci dəfə Azərbaycana rəhbərliyə qayıdan Ulu Öndər Heydər Əliyev xalqı düşdüyü vəziyyətdən çıxarmaq üçün bütün var qüvvəsini səfərbər etdi. Dahi lider "Neft Azərbaycanın milli sərvətidir" devizi ilə çıxış edərək, respublikanın neft sənayesinin bərpası və inkişafı ilə yaxından məşğul olmağa başladı. Neft sənayesində yaranmış çətin vəziyyətdən çıxmaq və ölkəmizin karbohidrogen ehtiyatlarının mənimsənilməsi üçün iki variant var idi. Birinci variant, ölkəmizin maliyyə-iqtisadi vəziyyətinin əlverişli olmasını gözləmək, ikinci variant isə xarici neft şirkətlərini bu prosesə cəlb etmək. Dahi şəxsiyyət ikinci variantı seçdi və xarici iri neft şirkətlərini Azərbaycana dəvət etdi.

Qısa bir vaxtda "Yeni neft strategiyası" işlənib hazırlandı. 1994-cü ilin sentyabrın 20-də Azəri-Çıraq- Günəşli yataqlarının işlənməsi üzrə dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə "Əsrin müqaviləsi" imzalandı. Bütövlükdə, "Əsrin müqaviləsi"ndən bugünkü günə qədər xarici neft şirkətləri ilə 26 neft sazişi imzalanmışdır. Bu sazişlərin nəticəsi olaraq Azərbaycanın neft-qaz sənayesinə təxminən 60 milyard ABŞ dolları həcmində sərmayə qoyulması nəzərdə tutulmuşdur ki, bu da respublikamızın gələcək inkişafının əsl qarantıdır.

- Ümummili Liderimiz Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının dövlətimiz və xalqımız üçün əhəmiyyəti barədə fikirlərinizi bilmək istərdik...

- Ulu Öndər Heydər Əliyevin "Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsində öz təbii sərvətlərinin sahibi olmaq arzusu əsas məsələlərdən biri idi. Bu gün iftixar hissi ilə deyə bilərik ki, Azərbaycan xalqı uzun illər boyu ürəyində gəzdirdiyi arzusuna çatmışdır və öz təbii sərvətlərinin, o cümlədən neftinin tam sahibidir və ondan necə istifadə olunmasını sərbəst surətdə müəyyən edir" fikirlərini yada salsaq, neft gəlirlərinin təyinatı üzrə xərclənməsinin ölkəmizə qazandırdığı uğurların, xalqımızın mənafeyinə xidmətinin aydın mənzərəsini yaradır. Eyni zamanda, bu saziş mahiyyət etibarı ilə təkcə Azərbaycan üçün deyil, bütün region, Avropa üçün böyük əhəmiyyət daşıyan bir sazişdir. Biz bu sazişin gözəl nəticələrini görürük. Artıq neçə ildir ki, Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin edibdir və digər ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında öz rolunu oynayır və bu rol getdikcə artmaqda davam edəcək. Belə ki, vaxtilə çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi, onun ardınca yeni-yeni layihələrin gündəmə gətirilməsi və icrası ölkəmizin dünyanın enerji təhlükəsizliyinin təminatında rolunu artırır.

- Hazırda uğurla reallaşdırılan Cənub Qaz Dəhlizi nə kimi önəmə malikdir?

- “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycan üçün çox əhəmiyyətli layihələrdən biridir. Bu layihə Azərbaycanın mavi qazını Avropa bazarına çıxarmaq mümkün olacaq ki, bu da dövlət gəlirlərinin artması deməkdir. "Cənub Qaz Dəhlizi” layihəsi ölkəmizə 100 milyard dollardan artıq vəsaitin cəlb edilməsinə imkan yaradacaq. Avropa bazarı dünyada ən böyük bazarlardan biridir və 450 milyondan artıq istehlakçısı var.

Eyni zamanda, bu layihə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından da çox vacibdir. Belə ki, Avropa birinci mərhələdə TAP layihəsi vasitəsilə illik olaraq 10 milyard kubmetr, ikinci mərhələdə isə 20 milyard kubmetr mavi qaz alacaq. Həmçinin, qardaş Türkiyə "Cənub Qaz Dəhlizi” layihəsindən faydalanacaqdır. Baxmayaraq ki, qardaş ölkə artiq karbohidrogen yataqları istismar edəcək, lakin istismara qədər bu layihə ilə mavi qazdan asılılığını aradan qaldıra biləcək. Bir cümlə ilə desək, bu, Avropa ölkələri üçün çox əhəmiyyətli bir layihədir.

- Bütövlükdə, həyata keçirilən enerji layihələri Azərbaycanın gələcək inkişafı baxımından nə kimi perspektivlər vəd edir?

- Bu gün Azərbaycan regionda siyasi və iqtisadi əməkdaşlığın yaradılmasında və inkişafında təşəbbüskar ölkədir. Azərbaycan artıq dünyada söz sahibi olan ölkədir, Avropanın enerji təhlükəsizliyində xüsusi rola malikdir.Cənab Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində müasir qlobal çağırışların tələbləri ölkəmizdə təmin edilir.

Məhz belə doğru yanaşmanın nəticəsidir ki, dünyanın əksər ölkələrində pandemiyanın vurduğu ziyan, bizdə minumun səviyyədədir. Onu da qeyd edim ki, bu gün dünyanı maraqlandıran bərpaolunan alternativ enerji istehsal etmək üçün də respublikamızda münbit şərait var. Biz gələcəkdə bu enerji layihələri ilə də çox ölkələri qabaqlayacağıq.

Azertac
DTX-dan “Rusiyaya xidmət edən azərbaycanlıların siyahı”sına REAKSİYA
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) açıqlama yayıb.

Avrasiya.net xəbər verir ki, bu barədə DTX-nin rəsmi saytında yer alan açıqlamada deyilir:

"Son günlərdə bəzi internet saytlarında və sosial şəbəkələrdə Rusiyaya xidmət etmələri iddia edilən Azərbaycan Respublikasının vətəndaşları olan bəzi ictimai-siyasi xadimlərin, ali məktəb müəllimləri və tələbələrinin, informasiya agentlikləri və portalları əməkdaşlarının və digər şəxslərin siyahısı yayılmışdır. Həmin siyahıya və qeyd olunan fikirlərə aydınlıq gətirilməsi üçün Dövlət Təhlükəsizliyi Xidmətinə ölkənin tanınmış siyasi xadimlərinin və ayrı-ayrı ziyalılarının çoxsaylı müraciətləri daxil olub.

Azərbaycan ərazilərinin işğalının davam etdiyi və düşmən tərəfindən cəbhədə təxribatların intensivləşdiyi indiki həssas məqamda vətəndaşlarımızın narahatlıqlarını nəzərə alaraq, Dövlət Təhlükəsizliyi Xidməti bəyan edir ki, ölkənin ayrı-ayrı tanınmış simalarının və digər şəxslərin xarici dövlətin maraqlarına xidmət etmələri kimi cəfəng və heç bir konkret fakta söykənməyən məlumatların yayılması respublikada sabitliyi pozmaq, dövlət hakimiyyəti orqanlarına inamsızlıq yaratmağa xidmət etməklə uzun illər ərzində formalaşmış Rusiya-Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərinə xələl gətirməyə hesablanıb. Belə məlumatların yayılmasını Azərbaycan dövlətinə qarşı növbəti təxribat kimi qiymətləndirir, onların düşmən qüvvələrdən qaynaqlandığını bildirərək vətəndaşlarımızı belə məsuliyyətsiz yazılara inanmamağa çağırırıq".

"Dövlət Təhlükəsizliyi Xidməti yuxarıda qeyd olunan məlumatların yayılma mənbələrinin və bu işdə əli olan qüvvələrin məqsəd və maraqlarının müəyyən edilməsi istiqamətində fəaliyyətini davam etdirir", - məlumatda bildirilib.
Eldar Mahmudov və London üzərindən “pul yuyan” digər Azərbaycan korrupsionerlərinə bəd xəbərBöyük Britaniya hökuməti ölkənin hüquqi şəxslərin vahid Reyestrində islahatların aparılmasını nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edib. Virtualaz.org BBC News-a istinadla xəbər verir ki, qanun layihəsi Böyük Britaniyada qeydiyyatdan keçirilən şirkətlərə “feyk” direktorların təyin edilməsini qeyri-mümkün edəcək. Bu qanun layihəsi Böyük Britaniyanın Qeydiyyat palatasının qanqsterlər və dələduzlar tərəfindən uzun illərdir sui-istifadə edilməsi ilə bağlıdır. Dəyişikliyə əsasən şirkətlər direktorlarının kimliyinə dair bütün informasiyaları açıqlamalı və onların “feyk” olmadığını sübuta yetirməlidir.

Korrrupsiyaya və cinayətkarlığa qarşı mübarizə ekspertləri deyirlər ki, hər il milyardlarla funt sterlinq ölkənin Qeydiyyat palatasının zəif sistemi üzərindən qanunsuz olaraq “yuyulur”. Hərçənd bu qanun layihəsinin parlamentdə nə zaman qəbul ediləcəyi məlum deyil.

Böyük Britaniyanın Qeydiyyat palatası bu ölkədə qeydiyyatdan keçmiş hüquqi şəxslərin , onların direktorlarının və əsas səhmdarlarının vahid reyestridir. Reyestr qlobal biznesin mühüm tərkib hissəsidir, çünki hər gün milyonlarla adam Britaniya şirkətləri barədə məlumat almaq üçün bu sistemə baş vurur. Lakin mövcud sistem qeydiyyatdan keçən şirkətlərin direktorlarının kimliyinin açıqlanmasını və sübut edilməsini tələb etmir. Uzun illər tənqidçilər bildirirdilər ki, direktorların şəxsiyyətinin yoxlanılmasına dair elementar tələblərin olmaması qlobal kriminal şəbəkələrə Böyük Britaniyanı çirkli pulların yuyulması məntəqəsinə çevirməyə imkan vermişdi.

Belə ki, mütəşəkkil cinayətkar qruplaşmalar, korrupsioner məmurlar və oliqarxlar saxta direktorları olan şirkətlər təsis edirlər, onların gəlirləri həmin şirkətlər üzərindən “yuyulur”. Ancaq həmin pulların hara getdiyini təqib etmək mümkün olmur, çünki direktorların izinə düşmək baş tutmur. Yeni qanun layihəsinə görə isə, direktorların şəxsiyyəti Qeydiyyat palatası tərəfindən təsdiqlənməsə onların təyinatı mümkün olmayacaq.

Hökumət üzvləri deyirlər ki, bu sadə düzəliş cinayətkarlıqla mübarizə üzrə Milli Agentliyə şübhəlilərin izinə düşməkdə kömək edəcək. Korporativ məsuliyyət üzrə nazir Lord Kallanan bildirib: “Şəxsiyyətin mütləq qaydada yoxlanılması o demək olacaq ki, cinayətkarlar daha gizlənməyə yer tapmayacaqlar...və bu qayda insanların Böyük Britaniya bazarlarını özlərinin çirkli maliyyə mənfəətləri üçün manipulyasiya etməsinə imkan verməyəcək”.

Bildirilir ki, problemin qlobal miqyası üç il əvvəl aparılan irimiqyaslı araşdırma zamanı Azərbaycan və Rusiyadan olan korrupsioner məmurların Britaniya şirkətləri üzərindən nəhəng pullar “yumasını” üzə çıxarmasından sonra aydın olub. Həmin şirkətləri “feyk” direktorlar idarə edirdi.

“Transparency İnternational” bildirir ki, Böyük Britaniyada qeydiyyatdan keçən cə 137 milyard funt sterlinqdən çox vəsaitin yuyulmasında iştirak edən 1000-ə yaxın qurama şirkət aşkarlayıb.

Qeyd edək ki, son zamanlar bir çox keçmiş Azərbaycan məmurlarının, o cümlədən keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun, keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun və digərlərinin Böyük Britaniyada qeydiyyatdan keçmiş çoxsaylı şirkətlər üzərindən yüz milyonlarla dollar çirkli pulları “yuması” faktları üzə çıxıb. Həmin pullar Avropa ölkələrində kommersiya təyinatlı daşınmaz əmlaka və digər aktivlərə yönəldilib.

Virtualaz.org
Tramp: Çin daha böyük problemdirPekin ABŞ-a xarici siyasət və başqa problemlərlə bağlı Moskvadan daha çox problem yaradır.

Bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Mən düşünürəm ki, bizim Rusiyadan çox Çinlə problemlərimiz var. Çin bizim üçün daha böyük problemdir”, - deyə o bildirib.

Millət vəkili Ağdaş rayonuna səfər etdi89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyev 17 sentyabr 2020- ci il tarixində Ağdaş rayonuna səfər etdi.
İlk öncə Ağdaş rayonu Heydər Əliyev parkında Ulu Öndər Heydər Əliyevin abidəsi üzərinə tər qərənfillər düzərək, ruhunu ehtiramla yad edib.

Sonra deputat təmsil etdiyi ərazidə yerləşən rayonun Cardam kənd tam orta məktəbində məktəbə ilk qədəm qoyan birincilərlə görüşdü. Bilik günü münasibətilə 1-ci sinif şagirdlərini təbrik edən M.Əfəndiyev balaca fidanlara hədiyyələr təqdim edərək, arzu və diləklərini ifadə etdi. Millət vəkili çıxışında Ulu Öndərin və onun layiqli davamçısı Prezident İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əiliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın inkişaf edən Azərbaycanın dayanıqlı təhsil sisteminə verdiyi əməli töhfələrdən danışan M. Əfəndiyev keçmişdə olan təhsil ocaqlarının acınacaqlı vəziyyəti barədə xatırlatma verdi.

Çıxışında yeni tədris ilinin başlanması ilə əlaqədar Covid-19 koronavirusla mübarizədə karantin rejiminin qaydalarına əməl olunmaqla tədris prosesi, qarşıda duran vəzifələr, görüləcək işlərə dair müəllim kollektivi ilə fikir mübadiləsi apararaq onlara uğurlar dilədi. Müəllim və şagirdlər səmimi görüşə və təbrikə görə millət vəkilinə öz minnətdarlıqlarını bildirdilər.
Millət vəkili Ağdaş rayonuna səfər etdi
Daha sonra məktəbin həyətində oyun meydançasının olmaması barədə kənd sakinlərinin müraciətinə əsasən millət vəkili seçicilərlə birlikdə əraziyə baxış keçirdi. Bu gün təhsillə bərabər sağlamlığın, o cümlədən bədən tərbiyə, idman fənninin eyni tərzdə tətbiq olunmasının zəruriliyini vurğulayan M.Əfəndiyev ölkəmizdə təhsilə qayğı və diqqətin ən yüksək səviyyədə olduğunu, bu sahədə həyata keçirilən islahatların, baş verən hər bir hadisənin ilk növbədə Azərbaycanın xoşbəxt və davamlı gələcəyinə hesablandığını qeyd etdi. Respublikamızın hər yerində, o cümlədən ucqar kəndlərində Heydər Əliyev Fondu tərəfindən inşa olunan təhsil ocaqlarının istifadəyə verilməsi yüksək qiymətləndirildi.
Millət vəkili Ağdaş rayonuna səfər etdi
Bu gün aparılan uğurlu siyasət olduğumuz kəndin timsalında təhsil ocaqlarının müasir tələblərə cavab verməsini, savadlı kadrların yetişməsini, ölkəmiz üçün layiqli vətəndaşların hazırlanmasını təmin edir. Sevindirici haldır ki, 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə 600- dən yüksək bal toplayaraq ali məktəblərə qəbul olan 12 məzunumuz var. İnanırıq ki, bundan sonra da məktəblərimizin məzunları dövlətimizə və dövlətçiliyimizə xidmət edərək Azərbaycançılıq ideyalarının həyata keçməsinə çalışacaqlar.

Sonda millət vəkili təhsil müəssisələrinin ərazisində oyun meydançalarının yaradılmasının vacibliyini bir daha vurğulayaraq tədris olunan fənlərin sırasında bədən tərbiyəsinin keçirilməsini, hərbi hazırlıq fənninin aşılanmasının rolunu qeyd etdi. Edilən müraciətin əsasında görülməsi nəzərdə tutulan işlərin layihələndirilməsi ilə bağlı deputat tərəfindən bir sıra vacib məsələlərə toxunuldu və bu istiqamətdə bəzi tövsiyyələr də diqqətə çatdırıldı.
Klublararası dünya çempionatı bu il olmayacaqQətərdə futbol üzrə klublararası dünya çempionatı 2021-ci ilin əvvəlində keçirilə bilər.

"Report"un məlumatına görə, bu barədə FIFA prezidenti Canni İnfantino açıqlama verib.

"Bəzi konfederasiyalar Çempionlar Liqasını dekabradək başa vurmayacaqlar. Ona görə də klublararası dünya çempionatının planlaşdırıldığı kimi, dekabrda təşkili ehtimalı azdır. Lakin biz müzakirə edir, baxırıq. Ola bilsin, bu yarış gələn ilin əvvəlində gerçəkləşəcək" deyən İnfantino çempionatın yeni versiyasının dünyada klub futbolunun inkişafına ciddi təkan verəcəyini vurğulayıb.

2021-ci ildən klublararası dünya çempionatı yeni formatda keçiriləcək. İştirakçı sayı 7-dən 24-ə yüksələcək, mundial isə 4 ildə bir dəfə təşkil olunacaq. İlk belə çempionat bu yay Çində keçirilməli idi. Lakin Avropa çempionatının tarixi dəyişdiyindən, mundial təxirə salınıb.

Qeyd edək ki, klublararası dünya çempionatı 6 qitə konfederasiyasının ən güclü klublarının və təşkilatçı ölkənin ən yaxşı komandasının iştirakı ilə 2020-ci ildən keçirilir. Son qalib İngiltərə "Liverpul"udur.