Sən kimsən ki, bizimlə şərtlə danışırsan?! - İlham ƏliyevErmənistanın baş naziri bizə 7 şərt qoyur. Birincisi, sən kimsən ki, bizimlə şərt dilində danışırsan. Əgər biz onunla şərt dili ilə danışmaq istəsək, onun siyasi ömrü çox çəkməyəcək. Amma mən demişəm ki, biz bu cəfəng şərtləri rədd edirik. Amma bizim bir şərtimiz var, onlar torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar. Necə ki, bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapır. Orada hansısa komediya tipli təlimlər keçirirlər. Yəni, hər bir addım bizə qarşı açıq təxribatdır.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı deyib: “İyul təxribatı - o da artıq silahlı təxribatdır və heç kimə sirr deyil ki, bunu Ermənistan başlayıb. Artıq Minsk qrupunun həmsədr ölkələrinin birinin yüksək vəzifəli rəsmisi bunu açıq bildirib. Mən demişəm o vaxt, bu gün də, bizim Ermənistan ərazisində heç bir hərbi hədəfimiz yoxdur və biz əgər istəsəydik, Ermənistan ərazisinə keçə bilərdik, bizim tam hərbi imkanlarımız var idi. Amma biz etmədik bunu. Çünki bizim hərbi siyasət konsepsiyamızda bu, yoxdur - əgər bizə qarşı ciddi təxribat törədilməsə. Əgər törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq, bunu hər kəs bilsin, heç bir məhdudiyyət. Əgər onlar beynəlxalq hüququ yerə vururlarsa, biz niyə beynəlxalq hüququ gözləməliyik?! Biz də yerə vuracağıq, amma axırı onlar üçün pis olacaq.

İyul təxribatından sonra avqust təxribatı. Mülki vətəndaşlara qarşı terror aktları, hərbçilərimizə qarşı hərbi təxribat törətmək üçün diversiya qrupu göndərildi və o diversiya qrupunun başçısı tutuldu. İfadələr verir, etiraf edir, adlar çəkir, kim göndərib, necə göndərib. Yəni, bu, çoban deyil, bu, nə bilim, yolunu azmış hansısa uşaq deyil... Bu təxribatı kim edir? Bizmi diversiya qrupu göndərmişik? Yox, onlar göndəriblər. Bizmi iyul hadisələrini törətmişik? Onlar. Bizmi onların vətəndaşlarını öldürmüşük? Yox, onlar. Ermənistan tərəfində mülki şəxslər arasında bir dənə də qurban yox idi. Amma bizim 76 yaşlı ağsaqqal həlak oldu, nə qədər ev dağıldı. Ona görə bu təxribatlar faktiki olaraq o siyasətin məntiqi nəticəsidir. Məqsəd danışıqları pozmaq, ondan sonra bizi ittiham etmək və status-kvonu dəyişməz etməkdir. Budur, onların məqsədi. Ona görə hesab edirlər ki, bunu edə biləcəklər. Hesab edirəm ki, səhv edirlər. Bunu nə qədər tez anlasalar, onlar üçün bir o qədər yaxşı olacaqdır”.
Tofiq Yaqublu ilə bağlı qərar müxalifət üçün testdir - Azay Quliyev“Tofiq Yaqublu ilə qərar siyasi müdriklikdir, həm də müxalifət üçün testdir”.

Avrasiya.net-in məlumatına görə, bu fikirləri Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bildirib.

A.Quliyev bu olayla bağlı fikirlərini təqdim edirik:

- Bakı Apelyasiya Məhkəməsinin Tofiq Yaqublunun sağlıq durumunda ciddi problemin yaranmasına yol verməmək üçün barəsindəki həbs qətimkan tədbirini dəyişdirərək ev dustaqlığı ilə əvəz etməsi ətrafında müzakirələr səngimir. Əlbəttə, bu qərar indiki vəziyyətdə ən doğru və vaxtında verilmiş qərardır və mən bunu alqışlayıram. Bu qərar həm də bir çox baxımdan maraq və əhəmiyyət kəsb edir.

Birincisi, Azərbaycan dövləti bu addımı atmaqla bir daha sübut etdi ki, vətəndaşın həyatı və sağlamlığı onun üçün hər şeydən üstündür. Bu qərarla ölkə Prezidenti cənab İlham Əliyev bütün dünyaya mesaj verdi ki, əgər onun vətəndaşının həyatı təhlükədədirsə, kimin nə deməsindən və ona necə qiymət verməsindən, yaxud həmin vətəndaşın hansı siyasi baxışlara sahib olmasından asılı olmayaraq o, öz vətəndaşının xilası üçün hər cür addım atmağa hazırdır və buna qadirdir.

İkincisi, bu qərar həm də onu göstərdi ki, Azərbaycan Prezidenti ictimai rəyə, ziyalı sözünə, Qarabağ qazilərinin, QHT və siyasi partiyaların müraciətinə hörmətlə yanaşır və onlara dəyər verir.

Üçüncüsü, bu qərar humanizm prinsiplərinin dövlət üçün nə qədər önəm daşıdığını və bu ali dəyərin zəruri hallarda siyasi kimliyindən asılı olmayaraq hamıya eyni dərəcədə və tərəddüdsüz tətbiq olunduğunu bir daha təsdiq etdi. Bununla bağlı çoxlu digər misallar da göstərmək olar. Yəqin çoxları səhhətində ciddi problemləri olan bəzi siyasi rəqiblərin və ya onların ailə üzvlərinin müalicəsi, müayinəsi üçün heç bir qarşılıq gözləmədən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın etdiklərini yaxşı xatırlayır.

Dördüncüsü, bu qərar həm də Azərbaycan Prezidentinin cəmiyyətə və beynəlxalq ictimaiyyətə açıq bir siyasi mesajıdır: Ölkədə həyata keçirilən islahatlar, siyasi partiyalar və QHT-lərlə aparılan dialoq deklarativ xarakter daşımır, bu islahatların və dialoqun arxasında ciddi siyasi iradə və qətiyyət durur. Ölkədə ictimai barışı və anlaşmanı daha da gücləndirmək, ümummilli maraqlar naminə bütün siyasi və ictimai institutlarla əməkdaşlıq etmək niyyəti səmimidir və davamlıdır.

Beşincisi, bu qərar uzun müddət cəmiyyətin siyasiləşmiş kəsimini düşündürən və narahat edən bir vacib suala da cavab tapdı: İstənilən narazılığın və siyasi məsələnin həlli ölkədən kənarda, beynəlxalq qurumlarda deyil, yalnız və yalnız ölkə daxilində mümkündür. Ölkədaxili hər hansı bir məsələnin həlli Azərbaycan dövlətinə xaricdən edilən təzyiqlərdən və geosiyasi maraqlar naminə qəbul edilən qətnamələrdən keçmir, tam əksinə istənilən həssas və çətin görünən məsələnin həlli ölkəiçi müzakirələrdən və dövlətimizə güvənməkdən keçir. Bu reallığı tarix dəfələrlə sübut edib.

Sonda isə ümid edirəm ki, Tofiq Yaqublu ilə bağlı dövlətimizin sərgilədiyi bu mövqe və siyasi iradə bundan sonrakı siyasi proseslərə, hakimiyyət-müxalifət münasibətlərinə müsbət təsir edəcək, bir sıra digər məsələlərdə yeni dialoq, qarşılıqlı anlaşma və əməkdaşlıq imkanları yaradacaq. Ancaq onu da qeyd etməliyəm ki, bu müxalifət düşərgəsinin məsləyə yanaşmasından və iqtidarın ortaya qoyduğu siyasi iradəni necə qiymətləndirməsindən daha çox asılı olacaq. Bu mənada hesab edirəm ki, Azərbaycan iqtidarı Tofiq Yaqublu ilə bağlı yaranmış məsələni müsbət həll etməklə siyasi müdrikliyini və böyüklüyünü bir daha nümayiş etdirdi. Lakin, bütövlükdə ölkə müxalifətinin belə bir siyasi müdriklik nümayiş etdirə bilməsi sualı hələ də açıq qalır.

Hazırda müxalifətin qarşısında iki seçim var: ya hakimiyyətin bu jestini düzgün qiymətləndirib bundan sonrakı siyasi islahatların daha da dərinləşməsində yaxından iştirak etmək, ya da 5-ci kalonun, marginallaşmış siyasi qrupların, xaricdən idarə olunan sosial şəbəkə hesablarının və internet TV kanallarının rişxəndlərinə, atmacalarına, özündənrazı ritorikalarına və qazanılan “böyük qələbə” isterikasına qoşularaq, bu qaragüruha boyun əyərək iqtidarı qıcıqlandırmaq yolunu tutmaq və siyasi mühitdə yaranmış tarixi fürsəti qaçırmaq.

Seçim çox deyil, ancaq tarixi və ümummilli maraqlar naminə stratejidir. Ona görə də, bütün ağıllı və rasional düşünən adamlar Tofiq Yaqublu haqqında verilən qərarı qaragürühun “qələbə”si yox, siyasi hakimiyyətin müdrikliyi hesab edir, həm də bu qərarın müxalifət üçün bir sınaq və test olduğunu düşünür.

P.S. Bəzi dairələrin və beynəlxalq qurumların sevimlisinə çevrilən işğalçı Ermənistanın baş naziri Paşinyanın 2018-ci ilin dekabrında həbsxanada aclıq elan etmiş siyasi partiya rəhbəri, jurnalist Mger Yeqizaryana olan münasibətini xatırlatmaq istəyirəm. Erməni ictimaiyyətinin, siyasi partiyaların və ailə üzvlərinin davamlı müraciətinə məhəl qoymayan Paşinyanın laqeydliyi nəticəsində 54 gün aclıqdan sonra Mger Yeqizaryan həyatını itirdi.
BDU-nun professorunu iş yerinə buraxmadılar - SƏBƏB“2 gün əvvəl kafedradakı kömpüterimdən onlayn dərs keçmək üçün BDU-ya getdim. Adətim üzrə salam verib keçmək istəyəndə mühafizəçi şəxsiyyət vəsiqəmi göstərməyi xahiş etdi. Göstərdim”.

Avrasiya.net-in məlumatına görə, bu fikirləri Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, qocaman jurnalist Nəsir Əhmədli çalışdığı təhsil ocağına gedərkən orada qarşılaşdığı sürpriz hadisəylə bağlı sosial şəbəkədə yazdığı qeydində bildirib.

Professorun sözlərinə görə, mühafizəçi onun vəsiqəsinə baxandan sonra təəssüflə başını yelləyərək deyib:

“- Professor, bağışlayın, Sizi universitetin ərazisinə buraxa bilmərəm.
- Niyə ki?
- Yaşınız 65-dən çoxdur.
Çox təsirləndim. 55 ildən bəri tələbə kimi, laborant kimi, müəllim kimi, baş müəllim kimi, dosent kimi, professor kimi, demək olar, hər gün fəxrlə gedib-gəldiyim müqəddəs bir ünvana məni buraxmadılar. Hələ də özümə gələ bilmirəm.
Horas Makkoyun "Yorulmuş atları güllələyirlər..." romanı yadıma düşdü...”
""Əsrin müqaviləsi" Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində mühüm rol oynayıb"1994-cü il sentyabrın 20-də Bakıda, Gülüstan sarayında imzalanan və siyasi ritorikada "Əsrin müqaviləsi" kimi adlandırılan məşhur neft müqaviləsinin təntənəli imzalanma mərasimindən 26 il keçir. Bəs, "Əsrin müqaviləsi"ndən qazanclarımız nədir və bu müqavilə Azərbaycanı hansı təhlükələrdən qorudu, ölkəmizin inkişafı üçün nə kimi imkanlar yaratdı, perspektivlərə yol açdı, bütün bunları gözdən keçirmək, təhlil etmək çox önəmlidir.

Bunu Avrasiya.net-ə Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov bildirib:

"Əvvəla ondan başlayaq ki, "Əsrin müqaviləsi" nədir? Bu, ölkəmizin nəhəng transmilli şirkətlərlə birgə neft hasilatı və mənfəətin bölüşdürülməsi barədə sənəddir. Müqavilənin şamil olunduğu “Azəri”, “Çıraq”, “Günəşli” yataqları Xəzərin dərin su qatlarında hissəsində yerləşdiyinə görə, o zaman Azərbaycanın bu neftı çıxaracaq texnologiyası, resursları yox idi. Odur ki, Ulu Öndər Heydər Əliyevin siyasi iradəsinin nəticəsində uzun sürən gərgin danışıqlardan sonra Azərbaycanla 6 xarici ölkənin 10 məşhur şirkəti bu müqaviləni imzalayıb. Saziş təxminən 400 səhifədən ibarətdir və 4 dildə hazırlanıb. Bu müqavilə həmin dövr üçün böyük tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adını alıb".

Partiya sədri bildirib ki, "Əsrin müqaviləsi" ilk növbədə Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində və daxili sabitliyin təmin edilməsində olduqca mühüm rol oynayıb. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycandakı daxili siyasi təlatümləri və eləcə də ölkəmizin müstəqilliyi üçün yaranmış xarici təhdidləri xatırlayanlar bu müqavilənin həmin dövrdə ölkəmiz üçün necə böyük əhəmiyyət daşıdığını yəqin ki, inkar etməzlər:

""Əsrin müqaviləsi" Azərbaycana xarici sərmayənin gəlməsinə imkan yaratdı, ölkədə yeni iş yerləri açıldı, müasir infrastruktur formalaşdı. Neft gəlirləri sayəsində ölkədə iribüdcəli layihələr həyata keçirildi. Eyni zamanda, məhz bu müqavilənin yaratdığı imkanların nəticəsində Azərbaycan özü də çox qısa müddətdən sonra xarici investor kimi hərəkət etmək, müxtəlif xarici layihələrə sərmayə yatırmaq imkanları əldə etdi. Bütün bunlar danılmaz həqiqətdir və bu fikirlərlə hətta bizim siyasi opponentlərimiz də, müstəqil ekspertlər də razılaşırlar. Belə ki, “Əsrin müqaviləsi” ilk növbədə ölkəmiz üçün iqtisadi mənafelərə yönələn, iqtisadi inkişafa yol açan sənəd kimi böyük əhəmiyyət daşıyır. Eyni zamanda, müqavilə imzalanandan sonra beynəlxalq səviyyədə Azərbaycanın nüfuzunun artması, Azərbaycanla bağlı müzakirələrdə onun mövqeyinin güclənməsi də faktdır".

Ə.Hüsrynovun fikrincə, odur ki, bu gün kimsə bu müqavilənin ölkəmiz üçün, müstəqilliyimiz üçün əhəmiyyətini kiçildə bilməz. "Əsrin müqaviləsi" haqqında danışarkən tənqidi fikirlər səsləndirən bəzi siyasi qüvvələr gərək o günləri də yaddan çıxarmasınlar. Həmin vaxt Azərbaycan hansı durumda idi? Biz hansı iqtisadi sıxıntılarla, ictimai-siyasi kataklizmlərlə üz-üzə idik? Bax, ilk növbədə bu suallara obyektiv cavab vermək lazımdır. O dövrdə əsl iqtisadi fəlakət yaşanırdı. Ölkə real müharibə vəziyyətində idi. Mağazalarda çörək tapılmırdı. Paytaxtda və bölgələrimizdə işıq, qaz yox idi. İnsanlar əmək haqlarını, pensiyalarını vaxtında ala bilmirdi. Lakin "Əsrin müqaviləsi"ndən sonra ölkənin social-iqtisadi durumunda böyük dəyişikliklər baş verdi. 1994-cü ildə həm Qarabağla bağlı atəşkəs müqaviləsinin, həm də yeni “neft bumu”nun başlanğıcını qoyan “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana “qaranlıq tunel”dən çıxmağa, nəfəsini dərməyə və iqtisadi inkişaf üçün fürsət qazanmağa imkan verdi. Və bu günləri “Əsrin müqaviləsi” nəticəsində əldə etdiyimiz həmin neft gəlirləri Ordumuzun hərbi potensialının gücləndirilməsindən tutmuş qaçqın və məcburi köçkünlər üçün yaşayış binalarının tikilməsinə, məktəb və xəstəxanaların açılmasına qədər, ən müxtəlif sahələrdə istifadə olunur:

"Neft gəlirlərinin Azərbaycan üçün oynadığı mühüm rolu ölkə başçısının səsləndirdiyi fikirlərdən də açıq-aydın görmək mümkündür: "Bu gün "Əsrin kontraktı"nın nəticələri, sadəcə olaraq, Neft Fonduna gələn gəlirlərlə ölçülmür. Bunun çox geniş və çox böyük təsiri olub və bu gün də var. Biz "qara qızıl"ı insan kapitalına çevirə bildik". Bu fikri çıxışlarının birində qeyd edən Prezident İlham Əliyev həmçinin, Azərbaycanda neft gəlirlərindən çox səmərəli istifadə edildiyini və aparılan iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının şaxələndiyini, qeyri-neft sektorunun inkişafına şərait yaradıldığını dəfələrlə vurğulayıb. Bəli, bu bir faktdır ki, bəzi ölkələrin zəngin nefti ehtiyatlarının mövcud olmasına baxmayaraq, lakin həmin ölkələr səfalət içində yaşayır, o ölkələrdə sabitlik pozulur və neft o ölkələrə fəlakət gətirir. Azərbaycanda isə neft sabitlik gətirir və təhlükəsizliyimizin qarantına çevrilir, dövlətimizin, ordumuzun gücünü artırır. Prezident tamamilə haqlı olaraq qeyd edir ki, “Azərbaycanın müstəqil ölkə kimi yaşamasında, iqtisadi potensialının formalaşmasında neft-qaz amili çox böyük rol oynayır”.

Eyni zamanda, neft müqaviləsinin Azərbaycanın Qərbə inteqrasiyasına təkan verməsində və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində olduqca müstəsna rolu olub. Bu həqiqəti heç kim inkar edə bilməz. Odur ki, biz bu gün “Əsrin müqaviləsi”nə və bu müqavilənin nəticələrinə 26 illik zaman məsafəsinin pəncərəsindən nəzər salanda, bu müqaviləni birmənalı olaraq Ulu Öndərimiz Heydər Əliyevin siyasi uzaqgörənliyinin təsdiqi və Azərbaycanın gələcək inkişafına töhfəsi kimi qiymətləndirə bilərik".
QHT sədri: “Tofiq Yaqublu məsələsində Azərbaycan dövləti 5-ci kolonun planını pozdu”“Məhkəmənin qərarı ilə Tofiq Yaqublunun haqqında qərarın dəyişdirilməsi və onun ev həbsinə buraxılması hadisəsi radikal müxalifətin tənəzzülə uğradığını bir daha açıq şəkildə göstərdi”.

AKTUAL TV xəbər verir ki, “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” ictimai birliyinin sədri Büllur Məmmədova belə deyib. Onun sözlərinə görə, Azərbaycan dövləti bu addımı atmaqla, istisnasız olaraq, bütün vətəndaşlara münasibətdə yürütdüyü siyasətin humanjizm prinsiplərinə söykəndiyini nümayiş etdirdi. Bununla da dövlət, əslində, radikal müxalifətin ölkədə sabitliyi pozmaq, ictimai-siyasi münasibətləri öz çirkin maraqlarına uyğun şəkildə inkişaf etdirmək planlarını pozdu.

“Şübhəsiz ki, bu planların arxasında Azərbaycanın inkişafını gözü götürməyən xarici qüvvələr də, həmin qüvvələrin dəstəklədiyi 5-ci kolon da var idi. Bu baxımdan Azərbaycan məhkəməsinin Tofiq Yaqublu barəsində verdiyi qərar olduqca müdrik addım kimi dəyərləndirilməlidir”.

Büllur Məmmədova bildirdi ki, bu, radikal müxalifətin istər düşüncə tərzi, istərsə də milli maraqların təmin olunması nöqteyi-nəzərdən tamamilə yararsız olduğunu çılpaqlığı ilə ortaya qoydu.

“Bu hadisənin ikinci və daha ağır tərəfi var. Əli Kərimli, Gültəkin Hacıbəyli və bu kimi digər ünsürlərin siyasətçi olmadıqlarını, onların siyasi diletant olduqlarını hamı bilirdi. Tofiq Yaqublu ilə bağlı məsələ bunların iç üzünü sadəcə, bir daha göstərdi və buna heç kim təəccüblənmədi. Təəccüb doğuran və normal insanı dəhşətə gətirən o oldu ki, bu hadisə radikal müxalifətin təsiri altında olan gənclərin, konkret olaraq, Tofiq Yaqublunun qızı Nigar Həzinin milli-mənəvi dəyərləri siyasi məqsədlər naminə tapdalamasıdır”.

“Nigar Həzinin bu davranışının yalnız bir izahı ola bilər” deyən QHT sədri bunları bildirib: “Bəllidir ki, Əli Kərimli üçün “məqsəd vasitələri doğruldur” prinsipi birinci yerdədir və dəyişməzdir. O, öz siyasi karyerasını irəli aparmaq üçün hər şeydər imtina etməyə qadirdir və bu günə qədər cəmiyyətimiz dəfələrlə bunun şahidi olub. Sözsüz ki, Əli Kərimliyə Tofiq Yaqublunun sağ-salamat evinə qayıtması yox, onun aclığı davam etdiməsi və bu zəmində ölməsi sərf edirdi. Belə olan halda, Kərimli “siyasi ölü” statusunu çiyinlərindən atıb, öz aləmində, Azərbaycan dövlətinə qarşı “kart” əldə etmiş olardı. Bu, baş vermədi. Təbii ki, Kərimlinin rəhbərlik etdiyi bir qrup zombiləşmiş gənc öz “rəhbərlərinə” kor-koranə itaət edir və onun bütün davranışlarını, o cümlədən əqidəsizliyini, prinsipsizliyini mənimsəyir. Belə gənclərin sırasında, təəssüf ki, Nigar Həzi də var. Onun atası ilə bağlı sərgilədiyi mövqe Əli Kərimlinin mövqeyi ilə tamamilə üst-üstə düşür və nümayiş etdirir ki, bu psüvdo-insanlar üçün Tofiq Yaqublunun səhhəti yox, onun ölümünün qazandıra biləcəyi “siyasi dividendlər” daha vacibdir”.

“Mədəniyyətin və Milli Ənənələrin Təbliği” ictimai birliyinin sədri Büllur Məmmədova fikrini belə yekunlaşdırıb: “Tofiq Yaqublunun haqqında məhkəmə qərarının dəyişdirilməsi Azərbaycan dövlətinin humanizm siyasətinin zəfəridir. 5-ci kolonun bu hadisədən sui-istifadə edib ölkəmizin konstitusion quruluşunu zorla dəyişdirmək niyyəti növbəti dəfə iflasa uğradı. Çünki, radikal müxalifətin bu cür antimilli əməlləri sağlam düşüncəyə malik olan, milli maraqları üstün tutan, siyasətinin mərkəzində hansısa korporativ marağın yox, insan və vətəndaşın dayandığı Azərbaycan dövlətinin qarşısında cılız və acizdir”.
İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədirAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib.

Dövlətimizin başçısı mərasimdən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibə verib.

Avrasiya.net Prezident İlham Əliyevin müsahibəsindən növbəti fikirləri təqdim edir:

“İndi baxın, müstəqillik dövründə, hələ 30 ili tamam olmayıb, amma biz hansı işləri görürük. Bu gün Azərbaycan nefti Azərbaycan xalqının maraqlarına tam şəkildə xidmət edir və nəinki nəhəng neft-qaz layihələri, bütün başqa sahələr də. İndi Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir. Azərbaycanda aparılan infrastruktur siyasəti, infrastruktur layihələrinin icrası nümunə kimi göstərilir. Sovet vaxtında bizim dağ rayonlarımızda qaz xətləri yox idi, Daşkəsənə, Gədəbəyə, Lerikə ilk qazı biz çəkdirdik. O vaxt Azərbaycan qazı başqa respublikalara nəql edilirdi, ancaq respublikanın bəzi yerlərində qaz yox idi. İndi qazlaşdırma 96 faizdir”.

“Bu gün biz infrastruktur layihələrinin təhlilinə verilən qiymətə görə dünyada qabaqcıl yerlərdəyik. Davos Forumu avianəqliyyatda, dəmir yolu nəqliyyatında Azərbaycanı 11-12-ci yerlərə layiq görüb. Yol infrastrukturunun keyfiyyətinə görə dünyada 27-ci yerdəyik. Bizim digər infrastruktur, sosial infrastruktur layihələrimiz - müstəqillik dövründə 3700 məktəb tikilib və təmir edilib. 700-dən çox xəstəxana tikilib və ən müasir avadanlıqla təchiz edilib”.

“Biz kosmik dövlətə çevrildik, nəhəng neft-qaz layihələri icra edirik. Təkcə iqtisadi və sənaye sahəsində yox, idman sahəsində - Olimpiya Oyunlarında medalların sayına görə 14-cü yerdəyik. Sovet dövründə bunu təsəvvür etmək mümkün idimi? Əgər o vaxt kimsə desəydi ki, bunların biri mümkündür, bəlkə də ona gülərdilər. Budur, müstəqilliyin üstünlüyü”.

“Biz azad, müstəqil ölkədə yaşayırıq, öz taleyimizin sahibiyik. Bizim təbii resurslarımız xalqımızın maraqlarına xidmət edir. Biz neft gəlirlərini çox səmərəli yollarla yerləşdirmişik, onları qoruyuruq və ordumuzu gücləndiririk. Ona görə müstəqilliyin üstünlükləri göz qabağındadır. Əgər kimsə hansısa nostalgiyaya görə keçmiş dövrləri belə məhəbbətlə xatırlayırsa, biz o adamlara tutarlı cavablar verməliyik. Müstəqilliyə qarşı çıxan və onu aşağılamağa çalışan hər bir fərd dövlətimizə xəyanət edir. Müstəqillik bizim əsas dəyərimizdir və biz nə qədər güclü olsaq, nə qədər qüdrətli olsaq, bizim müstəqilliyimiz də o qədər möhkəm olacaqdır”.
Ölkəmizdə koronaya yoluxanların sayı yenə artdıAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 148 yeni yoluxma faktı qeydə alınıb, 177 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Avrasiya.net-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 39 042 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 36 601 nəfər müalicə olunaraq sağalıb, 574 nəfər vəfat edib, aktiv xəstə sayı 1 867 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 722, bu günə qədər isə ümumilikdə 1 047 906 test icra olunub.

Tanınmış müğənniyə cinayət işi açıldı“Müğənni Elnar Xəlilov yerli televiziya kanallarının birində hava limanında özünün də iştirakçısı olduğu bir faktı təhrif edərək ictimailəşdirib. Həmin verlişin tamaşaçıları arasında çaşqınlıq yaranmaması üçün müğəninin qeyd etdiyi insident barədə məlumat verməyi zəruri hesab edirəm".

Avrasiya.net xəbər verir ki, bunu Report-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Natiq Cavadov deyib.

N.Cavadov bildirib ki, ötən il oktyabrın 22-də gecə saat 2.30-da Elnar Xəlilovla dostu Müşfiq Ələkbərov Heydər Əliyev adına Beynəlxalq Hava Limanının qarşısındakı dayanacaqda avtomobillərini park edərkən digər sürücü Anar Qurbanovla aralarında yaranan mübahisə nəticəsində əlbəyaxa dava ediblər:

"Bu zaman Elnar Xəlilov və Müşfiq Ələkbərov Anar Qurbanovun baş və sifət nahiyəsinə əl və ayaq zərbələri ilə xəsarətlər yetirərək şəxs üzərində zor tətbiq olunması ilə müşayət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq ediblər.

Faktla bağlı Hava Nəqliyyatında Polis İdarəsində araşdırma aparılmış və Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

E.Xəlilova və M.Ələkbərova qeyd olunan maddədə nəzərdə tutulan ittiham elan olunan və barələrində başqa yerə getməmək haqqında intizam qətimkan tədbiri seçilib.

Bu il avqustun 31-də istintaq yekunlaşıb, cinayət işi üzrə ittiham aktı tərtib edilərək prosessual rəhbərliyi həyata keçirən Bakı şəhər Prokurorluğuna göndərilib. Müğənni Elnar Xəlilovun az qala bir il bundan əvvəl törətdiyi qanun pozuntusunu indi təhrif olunan formada ictimailəşdirməsi ən azı təəsüf doğurur. Buna baxmayaraq, bir daha qeyd edirəm ki, qanunlar qarşısında hamı eyni məsuliyyəti daşıyır”.
""Əsrin müqaviləsi" respublikamızın gələcək inkişafının əsl qarantıdır”“20 Sentyabr çağdaş Azərbaycan tarixində müstəsna əhəmiyyəti olan tarixi bir gündür. 1994-cü ilin 20 sentyabrında imzalanan “Əsrin müqaviləsi” nəinki ölkə iqtisadiyyatını tənəzzüldən xilas edərək, sıçrayışlı inkişafında müstəsna rol oynadı, eyni zamanda bir dövlət kimi varlığını qoruyub saxlamasında, təhlükəsizliyinin təmin edilməsində, geosiyasi, geoiqtisadi proseslərdə aktiv iştirak etməsində Azərbaycanın yeri və rolunu müəyyən etdi.

20 sentyabr eyni zamanda Azərbaycanın müstəqilliyinə olan təhlükələrin və müstəqilliyimizin geridönməzliyini müəyyən edən gün kimi də xarakterizə edə bilərik. Bu müqavilənin imzalanmasından sonra dövlət müstəqilliyimizə təhdidlər aradan qalxdı. Bu tarix həm də Azərbaycanın özünün və dünyanın, xüsusən də Avropanın enerji təhlükəsizliyinin, həmçinin təmin olunmasında, enerji, kommunikasiya, logistika mərkəzinə çevrilməsinin bünövrəsi qoyulduğu gündür. Bu ancaq və ancaq uzaqgörən, müdrik siyasətçi, dahi lider Heydər Əliyevin iradəsi nəticəsində mümkün olub”.

Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

Komitə sədri bildirib ki, “Əsrin müqaviləsi” çox mürəkkəb geosiaysi bir zamanda imzalanıb. “Dahi liderin siaysi iradəsi nəticəsində imzalan bu sənəddən sonra Azərbaycan dövlətçiliyinə olan təhdidlər aradan qalxmağa, siyasi, iqtisadi sabitlik yaranmağa başladı və ölkəmiz geridönməz xarakter alan bir inkişaf mərhələsinə qədəm qoydu. Belə demək mümkünsə bu günkü inkişaf dövrünün bünövrəsi həmin gün qoyuldu”, - komitə sədri qeyd edib.

Komitə sədri əlavə edib ki, Ulu öndər 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra qısa bir vaxtda "Yeni neft strategiyası" işlənib hazırlandı: “1994-cü ilin sentyabrın 20-də Azəri-Çıraq- Günəşli yataqlarının işlənməsi üzrə dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə "Əsrin müqaviləsi" imzalandı. Bütövlükdə, "Əsrin müqaviləsi"ndən bugünkü günə qədər xarici neft şirkətləri ilə 26 neft sazişi imzalanmışdır. Bu sazişlərin nəticəsi olaraq Azərbaycanın neft-qaz sənayesinə milyardlarla dollar sərmayə qoyulub və qoyulmaqdadır ki, bu da respublikamızın gələcək inkişafının əsl qarantıdır”.

Millət vəkili bildirib ki, hazırda xalqımız bu sazişin bəhrəsini görməkdədir: “Bünövrəsi Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət çağdaş dövrün tələb və şərtlərinə uyğun şəkildə yeni formada icra olunur. Cənab Prezident İlham Əliyev neftdən gələn gəlirləri xalqın sosial rifah halında yaşamasını təmin edilməsi üçün qeyri neft sektoruna yönəldib, ölkənin davamalı iqtisadi inkişafını təmin edilməsi istiqamətinə yönəltməklə yanaşı, digər enerji növü olan qaz faktorundan çox məharətlə istifadə etdi: “ Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu enerji siaysəti nəticəsində Azərbaycan bölgədə müxtəlif transmilli enerji, iqtisadi, logistika, kommunikasiya layihələrinin təşəbbüsçüsü olmaqla, Azərbaycan həmin layihələrin icrasında aktiv iştirakçı oldu. “Əsrin müqaviləsi” imzalanması ilə işə düşən “Azəri-Çıraq-Günəşli” yatağından sonra davamalı olaraq digər transmilli layihələr icrasına başlanıldı. Bakı-Tiflis-Ceyhan, Baki-Tiflis-Ərzurum qaz kəməri, TAP, TANAP, Cənub Beynəlxalq Qaz Dəhlizi, Bakı-Tiflis-Qars dəmiryolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlisi, “Qərb-Şərq” tarixi İpək yolunun bərpası və sair kimi Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənərək, nüfuzunun artmasına, xalıqn rifah halında yaşamasına, gözlənilən təhlükələri aradan qaldırılmasına xidmət edən çoxsaylı layihələr icra olundu və olunmaqdadır. Prezident İlham Əliyevin enerji layihələrindən əldə olunan gəlirlərin imkanlarından istifadə etməklə dövlətimizin etibarlı formada inkişafını təmin edəcək qlobal çağrışlara çevik reakisya yürütdüyü siyasət nəticəsində Azərbaycan təkcə enerji qovşağına deyil, eyni zamanda nəqliyyat, transit yükdaşıma, kommunikasiya, logistika mərkəzinə çevrilib və bu istiqamətdə işlər uğurla davam etməkdədir. Bu layihələrin icrası Azərbaycanın gücünə və qüdrətinə əlavə güc qatmaqda, dünyadakı mövqeyinin möhkəmlənməsinə ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verməkdədir”.
Komitə sədri onu da qeyd edib ki, müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm rola oynayan bu günün tarixi əhəmiyyətini nəzərə alan Ulu öndər Heydər Əliyevin 20 sentyabrı neftçilər günü kimi qeyd olunması barədə fərman imzalayıb.

20 Sentyabr - “Neftçilər Günü” münasibətilə Azərbaycan neftçilərini təbrik edir, onlara uzun, sağlam və mənalı həyat arzu edirəm!
Süleymanının qisasını bu cür alacağıq - SEPAHİran generalı Qasım Süleymaninin qisası yalnız onun qətlində iştirak edənlərdən alınacaq.

Axar.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Hüseyn Salami deyib.

“Cənab Tramp, bizim böyük generalımıza görə qisasımız real və ciddidir. Siz düşünürsünüz ki, qardaş və şəhidimizin qanı üçün biz CAR-dakı qadın səfirə zərbə endirəcəyik? Biz bu böyük insanın qətlində birbaşa və ya dolayısı yolla iştirak edənləri vuracağıq”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə “Politiko” qəzeti İran hakimiyyətininin qisas üçün ABŞ-ın Cənubi Afrika Respublikasındakı səfiri Lana Marksı qətlə yetirmək planının olduğunu yazmışdı.