"Azərbaycanda yüksək intellektə malik, vətənpərvər gənclər ordusu formalaşıb" Yusif Babanlı
Azərbaycan Dövlət Bədən Tərbiyəsi
və İdman Akademiyasının prorektoru,
professor


Hər bir demokratik dövlətinin qarşısında duran əsas məsələlərdən biri də gələcəyini etibar edəcəyi sağlam düşüncəli yeni nəslin yetişdirilməsidir!

Məlum məsələdir ki, sağlam əqidəyə malik olmaq, sağlam düşncə ilə bağlıdır. Bütün bunların da kökündə fiziki və mənəvi cəhətdən sağlam tərbiyə olunan gənclərimiz durur. Vətənpərvərlik hisslərinin tərbiyə edilməsinin əsas mahiyyəti vətənə məhəbbət və öz şəxsi maraqlarını vətən yolunda fəda etmək, həmçinin milli-mədəni dəyərlərin qorunması, təbliği və s. əsaslanan emosional bağlılıqdır. Bu bağlılıq həm də özünün aid olduğun millətin etnik, mədəni, siyasi və tarixi xüsusiyyətlərinə arxalanan milli hissiyyat və ya milli qürür kimi də hallanır.

Vətəninin milli-mədəni incilərini qorumaq və özünü bu keyfiyyətlərlə millətin başqa üzvləri ilə tanımaq, vətənin və öz xalqının marağını qorumaq da vətənpərvərlik keyfiyyətlərinə aiddir. Vətənpərvərliyin kökündə min illər boyu yaşamış, möhkəmlənmiş, öz ana torpağına, dilinə və adət ənənələrinə bağlanmış dövlətçilik durur. Millətin və dövlətçiliyin formalaşması şəraitində vətənpərvərlik onun inkişafının ümummilli anlarını əks etdirən ictimai düşüncənin tərkib hissəsinə çevrilir.

Dövlətimizin gənclər siyasətinin əsas məqsədi də məhz gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakını artırmaq, ölkənin gələcək inkişafında məsuliyyətini yüksəltməkdən ibarətdir. Cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasəti bu gün gənclərin ölkə həyatının bütün sahələrindəki fəallığını daha da artırıb. Aparılan uğurlu siyasətin nəticəsidir ki, artıq Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib. Ölkədə aparılan islahatlarda gənclərin önə çəkilməsi, idarəçilikdə onlara göstərilən etimad bir daha bunu sübut etdi ki, artıq Azərbaycanda yüksək intellektə malik, vətənpərvər, işini mükəmməl bilən gənclər ordusu formalaşıb.

Bundan sonra da gənclərdə milli mənlik şüurunun daha da inkişaf etdirilməsi və onlarda vətənpərvərlik hisslərinin artırılması əsas prioritet məsələlərdən olmalıdır. Milli-mənəvi dəyərlərin qorunması üçün ən yaxşı vasitə təbliğat və təhsildir. Gənclər arasında milli-mənəvi dəyərlərin qorunması istiqamətndə işlər görülməli, onlarda vətənpərvərlik və vətəndaşlıq hissləri gücləndirilməlidir. Xüsusən bu istiqamətdə təhsil prosesinin keyfiyyətini artırmalı, elmi-nəzəri və metodiki tövsiyələr işləyib hazırlanmalı, normativ-hüquqi bazanın yaradılmasına nail olunmalıdır.

Gənclərin yad təsirlərdən qorunması üçün həm ailə daxilində, həm də təhsil ocaqlarında tərbiyəvi işlər aparılmalıdır. Bütün bunlar aidiyyatı strukturların bilavasitə nəzarəti altında məqsədyönlü şəkildə aparılmalıdır.
Tələblərin vətənpərvərlik tərbiyəsindən danışarkən Ulu Öndərimiz Heydər Əliyev deyərdi: “Hər bir gənc vətənprvər olmalıdır. Vətənpərvərlik gərək insanın qəlbində olsun. Borc o demək deyildir ki, vətənpərvərlik tələb edirsən, o da vətənpərvər olur.

Vətənpərvərlik hissinin hər bir gəncin qəlbində olması üçün lazımi tədbirlər görülməlidir”. Bizdə öz növbəmizdə Ulu Öndərin sözlərini rəhbər tutaraq gənclərimizin milli mənəvi ruhunun yüksək olması və vətənpərvəlik hissinin inkişafı üçün bütün imkanlarımızdan istifadə edərək təbliğat və təhsil məsələrinə daha ciddi yanaşmalıyıq.

“5-ci kolon” üzvləri öz xəbis niyyətlərinə çata bilmədilər - MHP sədriƏlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri


Biz Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun haqqında qərarın dəyişdirilməsini və onun ev dustaqlığına buraxılmasını dövlətimizin humanizm prinsiplərinə əsaslanan siyasəti və addımı kimi dəyərləndiririk. Bu addım eyni zamanda T.Yaqublunun aclıq aksiyası üzərindən siyasi spekulyasiyalar etmək istəyənlərə də tutarlı cavab oldu.

AXCP sədri Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı kimi şəxslər T.Yaqublunun adı ətrafında baş verən proseslərdən istifadə edərək növbəti dəfə çox çirkin qarayaxma kampaniyasına start vermişdilər. Onların apardıqları bu kampaniya ən tükürpərdici hədəfə - T.Yaqublunun ölümünə hesablanmışdı. Onlar bu məqsədlərinə çatmaq üçün hətta T. Yaqublunu muayinə və müalicə edən doktor Adil Qeybullanı da az qala düşmənə çevirdilər.

Belə ki, Adil Qeybullanın T.Yaqublunun mülki xəstəxanaya köçürülməsi ilə bağlı hakimiyyətin qəbul etdiyi qərarı humanist addım kimi qiymətləndirməsi onların xoşuna gəlməmişdi. Adil Qeybulla isə onların bu antiinsani davranışını əsl həkim müdrikliyi ilə qınadı: “Bəzi internet televiziyalar, xüsusilə də Amerikada oturanlar, görünür, bu prosesin uzanmağında maraqlıdırlar. Maraqlıdılar ki, bu proses uzansın, T.Yaqublu aclığı davam etdirsin, komaya düşsün, ağır vəziyyətə düşsün, onlar da bundan istifadə etsinlər. Bu, açıq-aydın hiss olunur”.

Lakin məhkəmə T.Yaqublunun sağlıq durumunda ciddi problem yaranmasına yol verməmək üçün onun ev dustaqlığına buraxılması haqda qərar qəbul etdi və beləliklə də T.Yaqublunun səhhəti üzərindən çirkli kampaniya aparanların mənhus planları pozulmuş oldu. Beləliklə, bir insanın, bir qazinin həyatı üzərindən çirkin kampaniya aparan radikallar və xaricdəki “5-ci kolon” üzvləri öz xəbis niyyətlərinə çata bilmədilər. Biz bu prosesdə məhkəmə hakimi ilə bərabər ən vicdanlı, təqdirəlayiq davranışı Adil Qeybullanın timsalında gördük.

Adil həkim özü müxalif əhval-ruhiyyəli bir şəxs olsa da, lakin o bu epizodda kimsənin T.Yaqublunun sağlıq durumundan öz siyasi məqsədləri üçün istifadə etməsinə yol vermədi. Bax bu əsl vətəndaş mövqeyi, dövlətçi insan davranışı və Hippokrat prinsiplərinə söykənən peşəkarlıq nümunəsi idi. Biz fürsətdən istifadə edib Adil Qeybullaya təşəkkür edir, Tofiq Yaqubluya isə Allahdan sağlamlıq, gümrahlıq diləyirik. İnşAllah ev dustaqlığı da tezliklə azadlığına qovuşması ilə nəticələnər.

Korrupsiyaya qarşı mübarizə ümumxalq işi olmalıdırEmin Əliyev
QHT sədri, ictimai fəal


Ötən əsrin 80-ci illərinin sonu 90-cı illərdə, xüsusilə Sovet idarəçiliyindən müstəqilliyə keçid dövründə cəmiyyətdə baş verənlər orta nəsil nümayəndələrinin xatirindədir.

Qaçaqmalçılıq, quldurluq, korrupsiya ən yüksək səviyyədə idi və təəssüf ki, həmin dövrdə bu insanların “xidmətləri” nəticəsində Azərbaycanın sərvətləri xarici ölkələrə daşındı.
Müstəqillik illərimizdə hakimiyyətin ən çox mübarizə apardığı cinayət məhz korrupsiya cinayətləri oldu.

Bununla bağlı ölkənin hüquq mühafizə, xüsusi xidmət və prokurorluq orqanları əməliyyat-istintaq tədbirləri nəticəsində cinayətkarları həbs edərək cəzalandırdı.
Təəssüf hissi ilə demək istəyirik ki, bütün görülən bu tədbirlər nəticəsində korrupsiya cinayətlərinin sayında azalma müşahidə edilmiş olsa da bu nə ölkə rəhbərliyini, nə də cəmiyyəti qane etmirdi.

2018-ci ildən etibarən elan edilmiş islahatlar kursunun əsas tərkib hissələrindən biri də məhz rüşvətxorluq xəstəliyinə bulaşmış, bunu öz xarakterinə çevirmiş dövlət məmurlarından, vəzifəli şəxslərdən birdəfəlik qurtulmaq üçün tədbirlər olmuşdur. Belə ki, ardıcıl olaraq ali vəzifəli şəxslərin cinayət başında həbsi və məhkəmə qarşısına çıxardılması bu sahədə ölkə rəhbərliyinin ali siyasi iradəsini açıq nümayiş etdirdi. Bu məqamda bir məsələyə toxunmaq lazımdır. Bu həbslərin arasında kifayət qədər zaman olmasına baxmayaraq vəzifə sahibləri həbs edilmiş həmkarlarının aqibətindən dərs çıxartmadılar. Bu hal onun göstəricisi olmuşdur ki, rüşvətxorluq bu şəxslərin xarakterlərinə hopmuşdur və onların bu xəstəlikdən öz istəkləri ilə qurtulması mümkünsüzdür.

Bütün cəmiyyət ölkə rəhbərliyinin bu ardıcıl tədbirlərini tam dəstəklədiyini ifadə edir.

Açıq etiraf etmək lazımdır ki, sovet hakimiyyətinin son dövrləri yuxarıda da qeyd etdiyimiz kimi daha çox korrupsiyalaşmış dövr kimi xarakterizə edildiyindən bu dövrdə çalışaraq iş təcrübəsi əldə etmiş şəxslərin də rüşvətxor təbiətli olması halları müşahidə edilmişdir. Bu şəxslərə yüksək etimad göstərilərək müxtəlif vəzifələrə təyin edildikdən sonra məhz aldıqları “sovet idarəçiliyi tərbiyəsi” onların da həmin ənənələrə “sədaqətini” və rüşvətxor məmur obrazının daşıyıcısı olmasını təmin etmişdir.

Hal-hazırki dövrdə həyata keçirilmiş yeni təyinatlar göstərir ki, korrupsiya ilə mübarizə sadəcə cinayət hüququ müstəvisində deyil, eyni zamanda yeni düşüncəli, innovativ, yüksək əxlaqi dəyərlərə sadiq və ən əsası korrupsiyadan uzaq şəxslərə üstünlük verilir. Bütün bunlarla yanaşı bütün cəmiyyətdə ictimai nəzarət mexanizmlərinin işə salınması və məmurların qəbul edilmiş etik davranış qaydalarına uyğun fəaliyyətinin təmin edilməsi istiqamətində səylər xüsusilə artırılmışdır.

Əminik ki, bütün bu ardıcıl tədbirlərin gedişatında ölkəmiz korrupsiyadan yaxasını birdəfəlik qurtaracaqdır.
Azərbaycanlı ziyalıların yeni təşəbbüsü – Milli Kimlik araşdırmaları hazırlanır Sentyabrın 16-da bir qrup azərbaycanlı alimin iştirakı ilə Milli Kimlik araşdırmaları mövzusunda onlayn konfrans keçirilib. Müasir İnkişaf İctimai Birliyinin idarə heyətinin sədri Mübariz Göyüşlü deyib ki, milli kimlik mövzusunda hələ bir neçə il əvvəl alimlərin iştirakı ilə kitab hazırlanıb, müxtəlif yönlü araşdırmalar, ictimai tədbirlər keçirilib. Təşkilat sədri bildirib ki, hazırda Azərbaycanda milli kimlik konsepsiyasının ortaya qoyulmasına ehtiyac var. Bunun üçünsə ilk növbədə sahə mütəxəssislərinin, tarixçi alimlərin bir araya gəlib ortaq çalışmasına ehtiyac var. İlk toplantının pandemiyanın mövcud şərtləri nəzərə alaraq onlayn formada keçirildiyini qeyd edən Göyüşlü növbəti toplantıların fərqli formatlarda keçiriləcəyini bildirib. O qeyd edib ki, konfrans və toplantılarda Milli Kimlik mövzusunda müzakirələr aparılacaq, mütəxəssislərin məruzələri dinləniləcək, daha sonra isə kitab hazırlanacaq.

Tədbirin moderatoru, İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzi İH sədri Elçin Əsgərov bildirib ki, bu gün milli kimlik mövzusunda fərqli baxışlar, yanaşmalar olsa da, hər kəs belə bir konsepsiyanın yaradılmasının zəruri olması fikrində ortaqdır. Azərbaycanın gələcək inkişafı, milli birlik və bütövlüyün təmin olunması ilk növbədə Milli Kimlik Konsepsiyasının ortaya qoyulmasından keçir.

E.Əsgərov deyib ki, layihənin məqsədi Azərbaycanda bu sahədə mütəxəssis olan şəxslərin bir araya gəlməsi və birgə müzakirə və debatların keçirilməsi, nəticə etibarı ilə Milli Kimlik fikri ilə bağlı mütəxəssis yazılarının ortaya qoyulmasıdır. O bu məqsədlə millikimlik.az adlı internet resursunun yaradıldığını və mövzu ilə əlaqəli yazıların bu saytda yayınlanacağını bildirib.

Daha sonra isə ilk konfransın məruzəçisi, tarixçi alim Əkbər Nəcəf müasir tarixçiliyin vəziyyəti, o cümlədən Azərbaycanda tarix elminin hazırkı vəziyyəti haqqında geniş çıxış edib. “Soyuq müharibə”dən sonra dünyada tarix elminə münasibətin dəyişdiyini qeyd edən alimin fikrincə, Azərbaycanda da tarixə yanaşma dəyişməlidir. Mütəxəssisin fikrincə, tarixin yenidən yazılması, tarixi hadisələrə yeni baxış, tarixə konseptual yanaşma qaçılmazdır, yeni dövrün tələbidir.

Tarixçi, tarix dərslikləri üzrə ekspert Aydın Allahverdiyev tarix elminin bu günkü vəziyyəti, tarixə yanaşma haqqında danışdı. Alimin fikrincə, tarix həm də təcrübə olaraq vacib elm sahəsi kimi əhəmiyyətini qoruyub saxlayır. Alimin fikrincə, gələcəyə yönəlmiş milli kimlik layihəsi həm də Azərbaycan tarixinin dərindən öyrənilməsi, araşdırılması sayəsində mümkün olacaq.

Çıxış edən digər mütəxəssislər, Hacı Həsənov, Pərviz Ağalarov, Rauf Məmmədov, Elşən Qurbanov və b. layihənin reallaşması üçün təklif və fikirlərini səsləndirdilər.

Yekunda qərara gəlindi ki, toplantıların davam etdirilməsi ilə yanaşı mütəxəssislər Milli Kimlik mövzusunda geniş araşdırmalar, akademik məqalələr hazırlasınlar. Nisbətən kiçik həcmli məqalələr Millikimlik saytında dərc olunsun, həmçinin mövzu ilə əlaqədar fikirlər və məlumatlar, konseptual tədqiqatlar isə ictimai müzakirələrə təqdim olunsun.
Tofiq Yaqublu ev dustaqlığına buraxıldıBakı Apellyasiya Məhkəməsində Müsavat Partiyasının üzvü, Qarabağ qazisi Tofiq Yaqublu barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə baxılıb.

Avrasiya.net-in məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyilə keçirilən iclasda T.Yaqublunun vəsatəti təmin edilib.

Qeyd edək ki, T.Yaqublu ilə bağlı 28 sentyabra təyin edilmiş apellyasiya şikayətinə ilkin baxış iclası bu gün əğv edilib.

Xatırladaq ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan həyat yoldaşını təhqir edib, sürücüyə vintaçanla xəsarət yetirib.

T.Yaqublu ittihamları qəbul etmədiyini bildirir. O, hökmə etiraz əlaməti olaraq 17 gündür aclıq aksiyası keçirir. Vəkili hökmdən apellyasiya şikayəti verib.

Aclıqla əlaqədar səhhəti ağırılaşan T.Yaqublu 3 saylı İstintaq Təcridxanasından “City Hospital”a köçürülüb. “City Hospital”da vəziyyəti pisləşən T.Yaqubluya qan köçürülüb. O, “City Hospital”da tanınmış həkim Adil Qeybullanın nəzarətinə alınıb.

T.Yaqublunun azadlığa buraxılması üçün bir sıra tanınmış ictimai, siyasi, mədəniyyət xadimi ölkə başçısı İlham Əliyevə müraciət edib. Dünən xalq artisti Zeynəb Xanlarova da belə bir müraciətlə çıxış edib.
3 Avropa ölkəsi Beyrut kimi partladılacaq - ŞOK İDDİA"Hizbullah" terror təşkilatı Avropanın bəzi bölgələrinə silah və ammonium-nitrat yerləşdirib.

Publika.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Terrorla Mübarizə Şöbəsinin koordinatoru Natan Seyls iddia edib.

Onun sözlərinə görə, silah və ammonium-nitrat partlayıcı maddələrin hazırlanmasında istifadə olunacaq.

Belçikadan Fransa, Yunanıstan, İtaliya, İspaniya və İsveçrəyə silah daşındığını bildirən Seyls eyni zamanda, Fransa Yunanıstan və İtaliyada ciddi miqdarda ammonium-nitrat yerləşdirildiyini, lakin onların tapılaraq məhv edildiyini vurğulayıb.

Qeyd edək ki, ötən ay Beyrut limanının ammonium-nitrat deposunda dəhşətli partlayış yaşanmışdı. Nəticədə 200-ə yaxın insan həlak olmuş, 6 minə yaxını yaralanmışdı. Şəhər infrastrukturunun yarısından çoxu zərər görmüşdü.

Avropa İttifaqı "Hizbullah"ın silahlı qanadını terror təşkilatı siyahısına salıb, lakin siyasi qanadı üçün belə dəyərləndirilmə edilməyib.

Ölkəmizdə koronaya yoluxanların sayı açıqlandıAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 117 yeni yoluxma faktı qeydə alınıb, 135 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 38 894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 36 424 nəfər müalicə olunaraq sağalıb, 572 nəfər vəfat edib, aktiv xəstə sayı 1 898-dir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 898, bu günə qədər isə ümumilikdə 1 041 184 test icra olunub.
Baş Prokurorluqdan intihar edən müəllimlə bağlı AÇIQLAMABəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində 121 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Naidə İsayevanın, qeyri-etik videosunun yayılması ilə bağlı hədələnməsi səbəbindən Nərimanov rayon ərazisində yerləşən hündürmərtəbəli binadan özünü ataraq intihar etməsinə dair məlumatlar yayılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, Naidə İsayevanın intihar etməsi faktına görə 17 sentyabr 2020-ci il tarixində Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmaqla hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Qeyd edilənlərlə bağlı, kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərindən, cinayət işi üzrə istintaqın tam, hərtərəfəli və obyektiv aparılmasının təmin edilməsi məqsədi ilə, istintaqın hazırkı mərhələsində dəqiqləşdirilməmiş məlumatların yayılmasından çəkinmələri xahiş olunur.
Tural Gəncəliyevdən ermənilərə MESAJ“Xankəndi Qarabağın göz bəbəyi kimi şəhərdir. Mən Xankəndi sakinləri adından buradan düşmənlərimizə mesaj göndərirəm ki, unutmamışıq, biz Xankəndində törədilmiş qırğın və talanları yaddan çıxarmamışıq”.

Bunu Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasında 1988-ci ilin sentyabrın 18-də Xankəndi şəhərində azərbaycanlılara qarşı ermənilərin kütləvi terror hərəkətlərinə həsr olunan mətbuat konfransında icma rəhbəri Tural Gəncəliyev deyib.

“Biz o torpaqları şanlı ordumuzun köməkliyi ilə lazımsız terrorçu ünsürlərdən təmizləyəcəyik. Düşmənlər bizim istəyimizin qarşısında dura bilməyəcəklər. Torpaqlarımızın işğal altında olması müvəqqətidir. Düşmənlərimiz bizim əzmimizi bilirlər və çox narahatlıq keçirirlər. Ona görə də, Ermənistanın təvavüz siyasətinin bitməsinə az qalıb. Biz həmin terroçulardan haqq-hesab soracağıq. Bu işğal müvəqqətidir, ermənilər işğal edilmiş torpaqlarda müvəqqətidir. Bizim istəyimiz qarşısında Ermənistanın və onun havadarlarının orduları güc gətirə bilməyəcəyik. öz torpaqlarımıza tezliklə geri qayıdacağımız barədə düşmənə açıq mesaj veririk. Biz Xankəndi və Qarabağ övladları olaraq artıq öz torpaqlarımıza geri dönmək əzmindəyik. Haqq-ədalət və beynəlxaq hüquq da bizim tərəfimizdədir”, T.Gəncəliyev bildirib. (report)