"Qarabağ"-"Molde"yə penaltilərdə məğlub oldu - YeniləndiUEFA Çempionlar Liqasının III təsnifat mərhələsinda keçiriləcək "Qarabağ" - "Molde" (Norveç) oyunu üçün start heyətləri bəlli olub.

Avrasiya.net xəbər verir ki, Azərbaycan komandası meydana Xayme Romerosuz çıxacaq. İspaniyalı yarımmüdafiəçi zədə üzündən oynamayacaq. Əvəzində Azərbaycan Premyer Liqasının II turunda "Keşlə" ilə qolsuz bərabərliklə yekunlaşmış görüş zamanı ayağı burxulan Mahir Emreli sıraya dönüb və o, ilk "11-lik"də yer alacaq.

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Ovusu Kvabena, 8. Uroş Matiç, 10. Abdullah Zubir, 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 77. Donald Gerye, 19. Filip Ozobiç, 11. Mahir Emreli

Ehtiyat oyunçular: 12. Emil Balayev, 6. Patrik Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev

"Molde": 1. Andeas Linde, 6. Stien Qreqersen, 11. Martin Ellingsen, 20. Henri Vinqo, 28. Kristoffer Haugen, 16. Etzaz Hussain, 17. Fredrik Aursnes, 14. Erlinq Knudtzon, 7. Maqnus Eykrem, 19. Erik Hestad, 10. Leke Ceyms

Ehtiyat oyunçular: 12. Alexandro Kraninks, 5. Şeriff Sinyan, 15. Tobias Kristensen, 22. Ola Brünhildsen, 27. Markus Pedersen, 30. Mathis Bolli, 99. Ohi Omoyjuanfo

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində “Dinamo” (Zaqreb, Xorvatiya) – “Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Pley-off oyunları sentyabrın 22-23-də və 29-30-da keçiriləcək.

***

"Qarabağ"la "Molde"nin matçı başladı.

***

Əlavə vaxtın 109-cu dəqiqəsində "Qarabağ"ın qapısına penalti təyin edildi. Şahruddin Məhəmmədəliyev "Molde"nin hücumçusunun zərbəsini dəf etməyi bacardı.

***

120 dəqiqəlik matçda hesab açılmadı. Qalibi müəyyən etmək üçün penalti zərbələri vurulur.

***

Penaltilər seriyasında "Molde" 6-5 "Qarabağ"a qalib gələrək ÇL-nin pley-offuna yüksəldi.
“Qarabağda vəziyyət qarışa, müharibə alovlana bilər” – Əfşar Süleymaniİranın Azərbaycandakı keçmiş səfiri, politoloq Əfşar Süleymaninin Yenisabah.az-a müsahibəsi:

- Əfşar bəy, Livanda yaşayan erməni ailərinin Dağlıq Qarabağa köçürülməsi haqqında danışarkən “bu işin görünən tərəfidir” demisiz. Bəs məsələnin görünməyən tərəfi nədir?

-Ümumiyyətlə, siyasətdə və diplomatiyada atılan publik addımlar adətən məsələnin görünən tərəfi olur. Böhranlı vəziyyətlərdə isə daha qapalı siyasət yürüdülür.

Konkret olaraq Ermənistanın Livanda yaşayan erməni ailələrinin Dağlıq Qarabağa və onun ətrafındakı rayonlara yerləşdirməsinə gəlincə, fikrimcə, İrəvanın bölgədə möhkəmlənməsinə xidmət edir. Digər tərəfdən, Ermənistan daima münaqişənin sülh yolu ilə həll olunmasına tərəfdar olduğunu bəyan edir. Lakin atdiğı addımlar göstərir ki, bu belə deyil. Artıq 30 ildir ki, Ermənistan “sülh” deyə-deyə Azərbaycanın ərazilərini işğalda saxlayır. Diqqət edin, bu ölkənin Baş naziri qondarma Dağlıq Respublikasına səfərlər edir, onun “prezidentinə” təbrik ünvanlayır, ərazilərin adlarını dəyişir və s. İndisə Azərbaycanın ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti aparır. Bütün bunlar göstərir ki, Ermənistan sülh məsələsində səmimi deyil.

Rusiyanın dəstəyinə arxalanan Ermənistan düşünür ki, bu yolla Azərbaycana təzyiq etməklə öz maraqlarını gerçəkləşdirə bilər. Ətraf rayonlar da onun əlində sadəcə təzyiq vasitəsidir. Bütün səylər Dağlıq Qarabağı əldən verməməyə yönəlib. PKK qüvvələrinin də Dağlıq Qarabağda yerləşdirilməsi Türkiyənin bu məsələdə mövqeyinə təsir etmək məqsədi daşıyır.

- Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasəti Dağlıq Qarabağda müharibənin alovlanmasına səbəb ola bilərmi?

- Təbii ki, ermənilər bütün imkanlarından istifadə edərək işğalçılıq siyasətini davam etdirirlər. Bu isə Azərbaycanı lazımi reaksiya vermək məcburiyyətində qoya bilər. Bu halda əlbəttə ki, orada vəziyyət qarışa, müharibə alovlana bilər. Hesab edirəm ki, bu halda böyük güclər də məsələyə müdaxilə edə bilərlər. Xüsusilə, Rusiya. Böyük güclər, o cümlədən Rusiya münaqişənin həllində maraqlı görünmür. Bu münaqişə onlar üçün sadəcə təzyiq vasitəsidir. ATƏT-in Minsk qrupu da bundan ötrü yaradılıb. Yəni, problemi dondurulmuş vəziyyətdə saxlmaq. Çünki Rusiyanın da, digər güclərin də öz maraqları var. Onlar bu münaqişədən öz maraqları üçün yararlanırlar.

- Bu məsələyə beynəlxalq aləmin laqeyd yanaşmasını nə ilə izah edərdiniz?

- Baxın, BMT-nin 4 qətnaməsi var, amma icra olunmur. Heç bir dövlət də səsini çıxarmır. Çünki beynəlxalq qurumlar da böyük güclərin təsir dairəsindədir və beynəlxalq rəyi böyük güclər müəyyən edir. Əgər onların mənafeləri təmin olunursa, o zaman hansısa addımlar atılır, əks halda susmağa üstünlük verilir.

ABŞ, Rusiya, Fransa kimi böyük dövlətlər lazım olanda beynəlxalq qurumları nəzərə almadan addımlar atırlar. Çünki gücdürlər. Yəni, Azərbaycan da reallıqları nəzərə almalı siyasətini buna uyğun qurmalı və ərazi bütövlüyünün təmin olunması istiqamətində addımlarını davam etdirməlidir.

- İraq və Suriyadan PKK qüvvələrinin Dağlıq Qarabağa yerləşdirildiyi barədə xəbərlər gəlir. Türkiyə bunu əsas gətirərək bölgədə antiterror əməliyyatlarına başlaya bilərmi?

- Əlbəttə ki, terror varsa ona qarşı mübarizə aparılmalıdır. Bu dövlətlərin borcudur. Digər tərəfdən, terrorçu qruplar konkret olaraq hansısa ölkənin maraqlarını təhdid edirsə, həmin dövlətin haqqıdır ki, buna qarşı mübarizə aparsın. Türkiyənin də buna haqqı çatır. Çünki PKK terrorçu təşkilat kimi tanınır.

- Sizcə, Azərbaycan indiki situasiyada hansı addımları atmalıdır?

- Azərbaycanın balans siyasəti yürütməsi yaxşı haldır. Tərəf, yaxud heç kimdən asılı olmamaq bir dövlət üçün əlbəttə yaxşıdır. Hesab edirəm ki, Azərbaycan bu siyasəti davam etdirməli, dövlətlərlə münasibətlərinə milli maraqlar kontekstində yanaşmalı, əsas hədəf ölkənin maraqlarının, ərazi bütövlüyünün, sevrenliyinin qorunması olmalıdır. Hansı dövlət bu məsələdə Azərbaycanla həmrəydirsə, yəni, onun ərazi bütövülüyünü, suverenliyinin təhdid etmirsə, əksinə, bu məsələlərdə ona dəstək nümayiş etdirirsə həmin ölkələrlə də sıx münasibətlə qurulmalıdır.

İcra başçısına general Polad Həşimovun adına küçə verilməsi ilə bağlı müraciət olundu"Abşeron rayonun icra başçısı hörmətli İradə xanım Gülməmmədova rəsmi şəkildə müraciət etdim ki, Abşeron rayonun Mehdiabad qəsəbəsinin küçələrindən biri general Polad Həşimovun adına verilsin".

Bu fikirləri Avrasiya.net-ə BAXCP sədrinin müavini, tanınmış QHT sədri, politoloq Niyaməddin Orduxanlı bildirib.

Onun sözlərinə görə, icra başçısı İradə Gülməmmədova Abşeron rayonunda hər zaman vətənpərvərliyin ,milli və mənəvi dəyərlərin təblığınə geniş yer verir:" Məlumat üçün deyim ki, mən abşeronluyam. Abşeronun Mehdiabad qəsəbəsində anadan olmuşam. Bu gün qədər rayonumuza 8 icra başcısı təyin edilib. İrad xanımın rayonunumuzda icra başçısı kimi fəaliyyətini çox yüksək qiymətləndirirəm və onun fəaliyyətinin canlı şahidlərindən biriyəm.

Xatırlayırsınızsa, Tovuz hadisələri olanda İradə xanım öz oğlu ilə birlikdə könüllü olaraq səfərbərərlik xidmətinə müraciət edib, vətənimizin keşiyində durmağa hazır olduğunu bildirmişdi. Həmçinin də rayonumuzda köklü islahatların, abadlıq quruculuq işlərinin aparılması və Abşeronda mövcud problemlərin həlli olunması ilə bağlı dövlət qurumlarına rəsmi müraciətlər edir və problemlərin həlli isitiqamətində səylər göstərir. Bunu görməmək mümkün deyil.

Mənim İradə xanıma bu günə qədər bir necə rəsmi müraciətim olub. Mehdiabad qəsəbəsinin 1 nömrəli orta məktəbinə əlavə korrpusun tikilməsi və və 1920-ci ildə Azərbaycanı işğal edən 11 qızıl orduya nökərlik etmiş şəxslərin adının dəyişdirilməsi və digər məsələrlə bağlı. Çox sağ olsun İradə xanımın qəsəbəmizlə bağlı müraciətlərimi qısa müddətdə həll edib.

İnanıram ki, hamımızın ürəyincə olan, Azərbaycanın ərazi bütövlüyü uğrunda səngərdə şəhid olan, xalqımızın fəxri Polad Həşimovun adına Mehdiabad qəsəbəsinin küçələrinin birinin adının dəyişdirilməsinə öz köməyini əsirgəmiyəcək. Genralımız Polad Həşimovu hər yerdə YAŞATMALIYIQ!

Mənə elə gəlir ki, bu baş versə, Mehdibad qəsəbəsində yaşayan 50 min vətəndaşın hər birinin ürəyincə olar!"
"Ermənistan bu "kart"ı işə salmaqla məkrli oyunlara rəvac verir"Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri

Bir yandan Livan və Suriya ermənilərinin, digər yandan PKK terrorçularının işğal olunmuş ərazilərimizdə yerləşdirilməsi zaman-zaman gündəmə gəlib və bu məsələ hal-hazırda da öz aktuallığını saxlamaqdadır. Ermənistan hakimiyyəti bu "kart"ı işə salmaqla məkrli oyunlara rəvac verir. Amma Ermənistanın hərbi-siyasi rəhbərliyi başa düşməlidir ki, onların məkrli oyunları, avantürist planları "bumeranq effekti" ilə nəticələnə bilər.

Düşmən ölkə öz qurduğu "tələ"yə düşəcək. Rəsmi İrəvanın Dağlıq Qarabağdakı xunta rejimi ilə əlbir olub PKK yaraqlılarını və erməni muzdlu döyüşçülərini işğal olunmuş ərazilərimizdə cəmləşdirməyə çalışması Türkiyə və Azərbaycana bölgədə birgə antiteror əməliyyatlarına başlamaq üçün tam hüquqi-siyasi əsas verir.

Azərbaycan zatən ilk gündən də bu hüquqa malik idi. Lakin Suriya və Livan ermənilərinin Dağlıq Qarabağda yerləşdirilməsinin ardınca, indi də PKK militanlarının işğal olunmuş ərazilərimizə gətirilməsi Türkiyənin də məsələyə fəal şəkildə müdaxilə etməsinə zəmin yaradır. Paşinyan iqtidarının "məskunlaşdırma" adı altında həyata keçirdiyi bu mənhus planın Ermənistan üçün bədəli çox ağır olacaq.
“Baku Steel Company” şirkətinin bir qrup əməkdaşı Prezidentə müraciət edib “Baku Steel Company” şirkətinin bir qrup əməkdaşı şirkət rəhbərliyindən, Qazaxıstanda yaradılmış törəmə şirkətdə çalışarkən haqlarının tapdanmasından, aylardı maaş, istifadə olunmamış məzuniyyət pullarını və kampensassiya ala bilməmələrindən şikayətçidilər. Onlar şirkət rəhbərliyinin laqeyidliyindən, işçilərin haqqını tapdamasından və özbaşınalığından narazı qaldıqlarını bildirərək, son ümid yeri kimi Azərbaycan Respublikasının Prezidentinə müraciət ediblər. Həmin müraciəti təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə

“Baku Steel Company” şirkətinin bir qrup əməkdaşı tərəfindən

Müraciət

Hörmətli Cənab Prezident,

Biz, bu müraciətə imza atanlar, “Baku Steel Company” şirkətinin əməkdaşlarıyıq. Məlumat üçün bildirək ki, 2017-ci ildə şirkət rəhbərliyi bir qrup zavod əməkdaşına Qazaxıstan Respublikasının Aktau şəhərində “Aktau Steel” şirkəti ilə böyük bir layihəyə başlanıldığını bəyan etmiş və orada işləmək üçün əməkdaşlar yığıldığını demişlər.
Biz, bir qrup mütəxəssis, Qazaxıstana getməyə razılıq verdik.

O zaman bizə Aktauda yüksək iş şəraiti yaradılması, yüksək maaş, tibbi sığorta və digər vədlər verilmişdi. Bütün bunları nəzərə alaraq burada bizimlə müqavilə bağlandı və bir qrup mütəxəssis Qazaxıstana yola düşdük. Qeyd edək ki, eyni müqavilə (bu dəfə rus dilində) Qazaxıstanda təkrar bağlandı. Lakin nə Bakıda, nə də Qazaxıstanda bağlanan müqavilənin surətini bizə vermədilər. Bununla belə biz elə ilk gündən işə başladıq. Xatırladaq ki, sonradan bizim heyətə həm zavodda işləyən, həm də respublikanın digər zavodlarından da mütəxəssislər cəlb edilmişdilər.
Ancaq təəssüflə qeyd edək ki, verilmiş vədlərə tam əməl edilmədi. Belə ki, yaşayış şəraiti ürəkaçan deyildi, tibbi sığortamız əvvəlcədən olmadı, bundan əlavə ilk üç ayın əmək haqqını gec, özü də hissə-hissə aldıq. Bütün bunlar isə şikayət etdikdən, narazılıqlar artandan sonra ləng həll olunurdu. Ümumiyyətlə orada biz azərbaycanlılara qarşı yaxşı münasibət bəslənilmirdi.

2019-cu ilin yanvar ayında əmək haqlarımızı yenidən gecikdirməyə başladılar. Mart ayında əmək haqqının verilməsini ümumiyyətlə dayandırdılar. İyun ayının yarısına qədər işləsək də əmək haqlarımız verilmədi. Etirazlarımızı bildirdikdə isə əməkdaşları müxtəlif yollarla hədələməyə başladılar. Sonda məcbur etdilər ki, biz Bakıya qayıdaq və vəd verdilər ki, Azərbaycana qayıdan kimi borclu olduqları əmək haqqlarını, istifadə olunmamış məzuniyyət pullarını və kampensassiya olaraq bir aylıq əmək haqqını ödəyəcəklər. Bakıya qayıtdıqdan sonra da vəziyyət dəyişmədi, biz eyni çətinlikləri burada da yaşadıq. Bir müddətdən sonra bəzi əməkdaşlara ödənilməmiş əmək haqqlarının bir hissəsi ödənildi. Lakin böyük bir qrup əməkdaşlarımızın nəinki kampensasiyası (halbuki söz verilmişdi), istifadə olunmamış məzuniyyət pullarını, hətta halal aylıq məvaciblərini də verməyiblər.

Artıq 1 ilə yaxındır ki, (2019-cu ilin noyabr ayından) “Baku Steel Company” şirkətinə gedib-gəlməyimizə baxmayaraq nə bizi qəbul edən var, nə də dərdimizi dinləyən. Yalnız mühafizə və texniki işçilərlə gah “bizim sizə borcumuz yoxdur, gedin kimə istəyirsiniz şikayət edin”, gah “Gözləyin, dövlət bizə pul ayıracaq, biz sizin borcunuzu qaytaracağıq”, bəzən acıqlı olanda isə “gedin pulunuzu Aktaudan alın” sözlərini çatdırırlar. Zavodun rəhbəri Rasim Məmmədov bizi qəbul etmir, ümumiyyətlə belə bir öhdəliyinin olmadığını deyir. “Aktau Steel” zavodunun baş direktoru Rahib Məmmədovun (Rasim Məmmədovun əmisioğludur) da nə qəbuluna düşmək mümkündür, nə telefon əlaqəsi yaratmaq. Bir sözlə bir qrup mütəxəssis Allahın ümidinə qalıb.

Hörmətli Cənab Prezident,

Bizim haqqlarımız və əmək hüquqlarımız kobud şəkildə pozuldu və bu günə kimi hər hansı bir müsbət dəyişiklik yoxdur. Ailə vəziyyətimizlə əlaqədar olaraq, eyni zamanda uzun müddət işləməməyimiz və zavod rəhbərliyinin yalançı vədlərinə görə böyük məbləğdə borcumuz yaranıb, acınacaqlı vəziyyətdəyik. Hamımız ailə sahibiyik, heç bir yerdə işləmir, dövlətdən əlavə müavinət almırıq. Buna görə Sizdən xahiş edirik ki, “Baku Steel Company” şirkətinin rəhbərliyi tərəfindn pozulmuş hüquqlarımızın bərpası üçün bizə dəstək ola, problemin tezliklə həll olunmasına təsir edəsiniz.

Bizim istəyimiz çox deyil. Biz, yarımçıq qalmış işə görə kompensassiya, istifadə olunmamış məzuniyyət pullarını və əmək haqlarımızı istəyirik. Bu, bizim Sizə ikinci müraciətimizdir. İlk müraciətimiz Əmək Müfəttişliyinə yönəldilmiş, onlar isə problemi sona qədər həll etməmiş və ya etmək istəməmişlər.

Bizim ümidimiz yalnız Sizə qalıb, Cənab prezident, bizə kömək edin.

İmza:
“Baku Steel Company” şirkətinin bir qrup əməkdaşı,
Bu gün neçə nəfər koronaya yoluxub?Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 141 yeni yoluxma faktı qeydə alınıb, 151 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Avrasiya.net-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 38 658 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 36 149 nəfər müalicə olunaraq sağalıb, 569 nəfər vəfat edib, aktiv xəstə sayı 1 940 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 656, bu günə qədər isə ümumilikdə 1 027 685 test icra olunub.
Rusların dost və düşmən saydığı ölkələr – Siyahıda Azərbaycan da varRusiyanın Levada Mərkəzi ölkə vətəndaşları arasında sorğu keçirib.

Avrasiya.net xəbər verir ki, sorğuda yerli vətəndaşlar dost və düşmən hesab etdikləri ölkələrin adını çəkiblər.

Respondentlərin 58%-i Belarusu, 40%-i Çini, 35%-i Qazaxıstanı və 17%-i Ermənistanı dost ölkələr sırasına daxil edib.

Maraqlıdır ki, rəyi soruşulanlar arasında Azərbaycana dost deyən rusların sayı 13% olub. Dost ölkələr sırasına Hindistan (13%), Almaniya (10%), Ukrayna (4%) də daxil olub.

Rusların düşmən kimi baxdığı ölkələr sırasına ABŞ (60%), Ukrayna (35%), Böyük Britaniya (29%), Latviya (26%), Litva (26%), Polşa (25%), Gürcüstan (16%) və Almaniya (15%) daxil olub.
Qurban Məmmədov İstanbula niyə gedib?Xaricdən Azərbaycan hakimiyyətinin sərt tənqid edən Qurban Məmmədov Türkiyənin İstanbul şəhərinə gəlib.

Avrasiya.net Yenisabah.az-a istinadən xəbər verir ki, Qurban Məmmədov bununla bağlı paylaşım edib. Onun Azərbaycan hakimiyyəti üçün əlçatan olan Türkiyəyə gəlişi müxtəlif mülahizələrə səbəb olub. Məsələ burasındadır ki, Qurban Məmmədovun Prezidentin keçmiş köməkçisi Əli Həsənovla əlaqələrinin olması barədə iddialar var. Prezidentin keçmiş köməkçisi isə bir müddət əvvəl Türkiyəyə gedib. Əli Həsənov bu gedişini səhhətindəki problemlərlə əlaqələndirib. O, bununla bağlı açıqlama yayaraq müalicə olunduğunu, 10-15 günə Azərbaycana qayıdacağını bəyan edib.

Lakin bu səfərin müalicə məqsədilə edilmədiyini düşünənlər də var. Prezidentin keçmiş köməkçisi vəzifəsindən çıxarılandan sonra hakimiyyətə yaxın media qurumlarında onun barəsində tənqidi materialların tirajlanması, daha sonra Korrupsiyaya qarşı Mübarizə İdarəsində KİVDF ilə bağlı başlanmış cinayət işinin istintaqına cəlb edilməsi barədə məlumatların yayılması illərlə ölkənin ictimai-siyasi seqmentini kurasiya edən bu şəxsin həbsinə hazırlıq getdiyi barədə ehtimallara səbəb olub.

Əli Həsənov Türkiyəyə getdikdən sonra onun Qurban Məmmədovla əlaqələrinin olması barədə xəbərlər yayılmağa başlayıb. İstər Prezidentin keçmiş köməkçisi, istərsə də, Qurban Məmmədovun özü bu məlumatları təkzib etsə də, adıçəkilən şəxslərin işbirliyində olması barədə məlumatlar səngimir.

Qurban Məmmədovun İstanbulda olması bu baxımdan maraqla qarşılanıb və səfərin Əli Həsənovla görüş məqsədilə edildiyi barədə mülahizələrə səbəb olub. Bu arada qeyd edək ki, Əli Həsənovun Qurban Məmmədov və hökuməti sərt formada tənqid edən, iqtidarın “söyüş müxalifəti” adlandırıdığı qurpun üzvləri ilə bir neçə dəfə Türkiyədə görüşdüyü barədə də məlumatlar yayılmışdı.
Cəbhədə gərginlik: erməni hərbçi öldü – TəciliErmənistan ordusunun kiçik serjantı Ovik Nelsanoviç Tamazyan aldığı güllə yarasından ölüb.

Avrasiya.net xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilir ki, Tamazyan döyüş mövqeyində olarkən güllə yarası alıb və ölüb.

Ermənistan MN bildirib ki, ölən əsgər sərhədin şimal-şərq hissəsinə dislokasiya edilən hərbi hissənin əsgəri olub.

Hadisənin başvermə səbəbi araşdırılır.
Zirəddinin daha bir şok proqnozu doğruldu, digəri isə...Tanınmış ekstrasens Zirəddin Rzayev 2017-ci ildə Rusiya mediasına müsahibəsində Avropanın 2018-ci ildə süni virus yaradacağını, 2019-cu ildən Şərqdə yayacağını demişdi. O, həmçinin qeyd etmişdi ki, bu virus bütün Yer üzünü bürüyəcək və insanlar kütləvi şəkildə maskada gəzmək məcburiyyətində qalacaqlar.

Axar.az xəbər verir ki, Zirəddin Rzayevin bu proqnozu yüzdəyüz düz çıxsa da, koronavirusla bağlı nikbin proqnozu doğrulmadı.

Belə ki, ekstrasens bu ilin mart ayında saytımıza müsahibəsində yayın axırlarında bu virusun tam zərərsizləşdiriləcəyini demişdi. Lakin göründüyü kimi, yayın son günlərini yaşamağımıza baxmayaraq, koronavirus nəinki zərərsizləşdirilməyib, hətta Avropada artıq ikinci dalğası start götürüb.

Ekstrasensin digər bir proqnozu isə həbsdə olan azərbaycanlı iş adamı Mübariz Mənsimovla bağlıdır. Zirəddin Rzayev martın sonlarında Mənsimovla bağlı proqnoz verərək, onun yaxın 4 ay ərazində həbsdən buraxılmayacağını, prosesin daha bir neçə ay davam edəcəyini demişdi. Həqiqətən də Mənsimovun ötən gün baş tutan məhkəməsində onun azadlığa buraxılacağı gözlənilsə də, məhkəmə dekabrın 9-na qədər uzadıldı və o, həbsdə qaldı.