Baş nazirin sədrliyi ilə növbəti iclas keçirildi - FotoAzərbaycan Respublikasının Baş Naziri, Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.

Avrasiya.net xəbər verir ki, iclasda AİH-nin Müşahidə Şurasının və İdarə Heyətinin üzvləri iştirak ediblər.

İclasda Azərbaycan Respublikasının Prezidentinin 07 avqust 2020-ci il tarixli Fərmanından irəli gələn tapşırıqlar ətraflı müzakirə olunub.

Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təşkil olunması istiqamətində görülmüş işlər barədə hesabat dinlənilib.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 07 avqust tarixli 1120 nömrəli Fərmanının 5.2-ci bəndinə əsasən Holdinqin idarəetməsinə veriləcək dövlət müəssisələri ilə bağlı təkliflər müzakirə olunub.

AİH-nin fəaliyyət prinsipləri və dövlət üçün iqtisadi dəyərin yaradılması mövzusunda təqdimat dinlənilib və müzakirələr aparılıb.
Mübariz Mənsimov məhkəmədə ifadə verdiFETÖ terror təşkilatına üzv olmaqda ittiham olunan azərbaycanlı iş adamı Mübariz Mənsimovun bu gün məhkəməsi keçirilib.

Avrasiya.net xəbər verir ki, 15 ilə qədər həbsi istənilən Mənsimov məhkəmədə ifadə verib.

"Palmali"nin prezidenti İstanbul 27. Ağır Cəza Məhkəməsində ona qarşı olan ittihamları qəbul etməyib və bunu əsassız adlandırıb.

1993-cü ildən ailəsi ilə Türkiyədə yaşadığını bildirən Mənsimov qeyd edib ki, əleyhinə ifadə verənlər uzun müddət onun rəhbərliyi altında çalışıb:

"Bəziləri dələduzluq etdikləri üçün işdən çıxarılıb. Onların şirkətə ziyan vurması ilə bağlı məhkəməyə müraciət olunub".

Mənsimov FETÖ terror təşkilatına üzv olmaq iddiasına da münasibət bildirib:

"Atatürk və türk milləti sevdalısıyam. Mən heç vaxt xain təşkilatın içində olmamışam.

15 ildir yanımda çalışan insanların ağlına indi gəlib FETÖ-çü olduğum? Mənim ailəmdə də şəhidlər olduğun üçün polislərə, hüquq-mühafizə təşkilatlarına yardım edirəm. Məzhəbim Şiədir və məzhəbimdə təriqət yoxdur".

Mənsimov ifadəsində hazırda FETÖ fərarisi kimi axtarışda olan iş adamı İhsan Kalkavanla münasibətinə də aydınlıq gətirib. O bildirib ki, Kalkavanla ancaq ticarət işləri ilə əlaqədar görüşüb. Mənsimov Kalkavanın FETÖ-çü olmasından bixəbər olduğunu qeyd edib.

Mənsimov ifadəsində iki dəfə Fətullah Gülənlə görüşdüyünü də bildirib:

"İlk görüş məni iftar üçün Amerikaya çağırmaları ilə olub.

Mən də o gün içki içmişdim. Bu səbədən getmək istəməsəm də, israr etdilər. "Hoca" deyilən adam yanında oturmağımı istədi. Mən də "içkiliyəm, qalxa bilərəm?" dedim. O isə cavabında "Bu, səninlə Allah arasında olan bir şeydir" dedi. Bir din adamının bunu deməsi mənə çox gülməli gəldi. O, bizə evini gəzdirdi. Gəzərkən evdə üzərində Azərbaycan yazılan bir şüşə gördüm. Fətullah Gülənə "bu nədir?" dedim. Cavabında bildirdi ki, bunu iyləyib, iyləyib sakitləşirəm. Mən də "təyyarəyə minib gedin də, niyə şüşəni iyləyirsiz?" dedim. Bu məqamda biri qolumdan çəkib dedi ki, danışıqlarına fikir ver. O dəvətdəki siyasətçilər və iş adamları ilə mübahisə etdim, daha sonra oradan ayrıldım.

Mənsimov bildirib ki, o dəvətdən sonra Fətullah Gülən camaatınn hədəf taxtasına çevrilib.

Məhkəmə sədrinin Gülənin ona təsbeh verməsi ilə bağlı sual ünvanlayıb. Mənsimovun cavabı isə belə olub:

"O təsbehi min dollara satdım. FETÖ-nün heç bir qurumuna yardım etməmişəm. Mən türk milliyətçisiyəm. Uşaqlarıma "Məni burada dəfn edin deyirəm. Türk ədalətinə inanım sonsuzdur. FETÖ-nün dostu yox, düşmənı olmuşam. Ailəm buradadır, qaçacaq yerim yoxdur. Bəraətimi və sərbəst buraxılmağımı istəyirəm.

Mənsimovun ifadəsindən sonra məhkəmə prosesi davam edib.
Nazirlikdən küçədə yatan yeniyetmə ilə bağlı açıqlamaƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi küçədə yatan 16 yaşlı yeniyetmə ilə bağlı açıqlama yayıb.

Agentlikdən Avrasiya.net-ə verilən məlumata görə, Agentliyin nümayəndələri yeniyetmə ilə görüşərək sığınacağa yerləşdirilməsini təklif ediblər.

"Lakin Cavidin (şərti addır) bundan imtina etməsindən sonra həyati önəm daşıyan tibbi problemlərinin, zəruri müalicə və reabilitasiyaya ciddi ehtiyacının olduğunu öyrəndik. Beləliklə, Bakı şəhər Baş Polis İdarəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə əməkdaşlarımız Cavidin (şərti addır) anası ilə də görüşərək razılığını almaqla lazımi müalicə müəssisəsinə yerləşdirdilər. Hazırda müalicə olunur. Əminik o, normal həyata sahib olacaq. Cavidin taleyinə biganə qalmayıb onun barədə məlumatı paylaşan duyarlı insanlara və onunla bağlı prosesdə iştirak edən qurumların əməkdaşlarına təşəkkür edirik!", - məlumatda qeyd edilib.
Trampdan vakisn PROQNOZU: “Yaxın həftələrdə hazır olacaq”ABŞ prezidenti Donald Tramp koronavirus vaksini tapdıqlarını elan edib.

O, bu barədə yaxın həftələrdə elan verəcəyini söyləyib.

“Bizdə vaksin yaxın həttələrdə olacaq. Bu 4 həftə sonra da, 8 həftə sonra da ola bilər”.

ABŞ koronavirusa yoluxanların sayına görə, dünyada ilk pillədədir. Ölkədə 6,7 milyon insan virusa yoluxub ki, onlardan da 4 milyondan çoxu sağalıb. 200 min nəfər isə vəfat edib.
"İran və Azərbaycan arasında münasibətlər tarix boyu bu qədər möhkəm olmayıb"İran İslam Respublikasının Azərbaycan Respublikasında yeni fəaliyyətə başlayan fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi bu gün ilk mətbuat konfransını keçirib.

Avrasiya.net xəbər verir ki, səfir əvvəlcə iki ölkə arasındakı münasibətlərdən söz açıb. Bildirib ki, heç bir digər ölkə ilə sizinlə olan qədər bağlar yoxdur: "Bu bağlar imkan verir ki, mən özümü Azərbaycanda qərib hiss etməyim. Mən bu bağların hamısını sadalamaq istəmirəm. Siz bunları yaxşı bilirsiniz" .

O bildirib ki, iki ölkənin başçıları arasında çox yaxşı münasibətlər mövcuddur:

"İran və Azərbaycan arasında münasibətlər tarix boyu bu qədər möhkəm və yaxın olmayıb. Mən belə bir şəraitdə ölkənizdə səfir olaraq fəaliyyətə başlamışam”.

Səfir Azərbaycan Prezidenti ilə çox yaxşı bir görüşünün olduğunu xatırladıb:

“Bu, çox səmərəli və səmimi görüş idi. Cənab İlham Əliyev həm ikitərəfli, həm regional, həm də beynəlxalq əməkdaşlığımızı bilir. Cənab İlham Əliyev iki ölkənin münasibətlərinin yaxşınlaşmasında çox böyük iradəyə malikdir”.

A.Musəvi iki ölkə arasında iqtisadi əməkdaşlığa da toxunub

Bildirilib ki, bizim iqtisadi sahədə 30-a yaxın layihəmiz var. Onlardan 14-nü bu il həyata keçirmək istəyirik. Bunlar kənd təsərrüfatı, enerji, tibb və digər sahələrə aid layihələrdir.

O qeyd edib ki, yaxın vaxtlarda iki ölkənin prezidentlərinin və müvafiq nazirlərinin iştirakı ilə videokonfrans keçirilməsi planlaşdırılır: “Bu ilin martında Azərbaycan Prezidentinin İrana səfəri gözlənilirdi. Ancaq pandemiya səbəbindən bu səfər baş tutmadı. Bu videokonfrans da həmin səfərin əvəzi olaraq baş tutacaq. Biz gözləyirik ki, bu videokonfransdan sonra iki ölkənin münasibətlərində böyük sıçrayış baş verəcək”.

Səfir bildirib ki, bundan əlavə İran tərəfi üçtərəfli və dördtərəfli formatlarda da görüşlər keçirməyə çalışır: “İran, Azərbaycan və Rusiya prezidentlərinin iştirakı ilə üçtərəfli görüş də pandemiya səbəbindən baş tutmadı”.

Daha sonra səfir jurnalistlərin suallarını cavablandırıb. Xüsusən də Dağlıq Qarabağ münaqişəsi, İran-Ermənistan münasibətlərindən söz açılıb.

Musəvi bildirib ki, İran və Azərbayacan arasında münasibətlər nümunəvidir. Biz Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyirik və Azərbaycana xüsusi hörmət bəsləyirik.

Səfir qeyd edib ki, iki ölkə arasında iqtisadi əlaqələrin səviyyəsi siyasi əlaqələrin səviyyəsində deyil:

“Mən çalışacam ki, iqtisadi əlaqələrimizin səviyəsi də siyasi əlaqələr səviyyəsində olsun. Çünki bunun üçün böyük potensial mövcuddur”.

Səfir vurğulayıb ki, iki ölkə arasında yaxın münasibətlərin çoxlu düşməni var.

"İki ölkə arasında münasibət bir gecədə yaranmayıb ki, şayiələrə görə də zədələnsin.

Biz Ermənistanla da adi qonşuluq münasibətlərinə malikik. İran heç bir vəcdlə icazə verməz ki qonşu, dost, müsəlman Azərbaycan Respublikasının əleyhinə hansısa hərəkət yürüdülsün. Mən İranda olarkən bunu araşdırdım. İran ərazisindən Ermənistana hər hansı silah və texnikanın daşınmasın qətiyyətlə təkzib edirik”, - səfir əlavə edib.

İranın işğal olunmuş Azərbaycan torpaqlarında qurulan qondarma Dağlıq Qarabağ rejimi ilə əlaqələrinin olmasına, Dağlıq Qarabağa TIR-larla yük daşınmasına dair sualı cavablandıran səfir deyib:

"Bir məsələni açıq şəkildə sizə deyim: Bilirsiniz ki, İranın torpaqları bir müddət işğal altında qalıb. Heç bir qeyrətli xalq işğalı qəbul etmir. Mən özüm 14 yaşında idim. Qeyrətim yol vermədi və bizim ölkəmizi işğal edən ölkə ilə müharibəyə getdim. Buna görə də işğal və işğal olunmuş torpaqlar İran üçün qırmızı xəttidir. İran İslam Respublikasının hansısa şirkəti, hansasa yük maşını Ermənistana səfər edibsə də, onun Dağlıq Qarabağa səfər etməsinə heç bir haqqı yoxdur".

Səfir onu da deyib ki, sosial şəbəkədə yayılan videolarla əlaqədar onu deyim ki, mən də səfir təyin olnmazdan qabaq sizinlə həmkar idim. Siz buna etina etməyin və buna ehtiyatla yanaşın. İranlılar yaxşı bilirlər ki, heç bir halda Dağlıq Qarabağla əlaqələrə malik ola bilməzlər.

"Bizim üçün Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi çox önəmlidir. Biz bunu Azərbaycanın haqqı hesab edirik ki, sülh və beynəlxalq qanunlar yolu ilə öz torpaqlarını işğaldan azad etsin. İran bundan əvvəl də bəyan etdiyi kimi, bu münaqişənin həlli üçün köməklik göstərməyə hazırdır. Əgər hər iki tərəf istəsə, bizim bu münaqişənin həlli üçün çox yaxşı layihələrimiz var. Çünki regionun daha bu münaqişələri çəkməyə taqəti yoxdur. Amma bu elə olmalıdır ki, Azərbaycan öz haqqını əldə etsin”, - səfir qeyd edib.
Ölkəmizdə koronaya yoluxanların sayı açıqlandıAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 114 yeni yoluxma faktı qeydə alınıb, 138 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Avrasiya.net-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 38 517 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35 998 nəfər müalicə olunaraq sağalıb, 566 nəfər vəfat edib, aktiv xəstə sayı 1 953 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 921, bu günə qədər isə ümumilikdə 1 020 029 test icra olunub.

Görülən işlərə dair hesabat təqdim olunub - Parlamentin komitəsinin iclası keçirilib Sentyabrın 15-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2020-ci ilin payız sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Sadiq Qurbanov əvvəlcə yeni sessiyanın başlanması münasibətilə həmkarlarını təbrik edib, onlara payız sessiyasındakı fəaliyyətlərində uğurlar arzulayıb. Sonra 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlərə dair hesabat təqdim olunub.

Bildirilib ki, hesabat dövründə komitənin 5 iclası keçirilib. İclaslarda “İstehsalat və məişət tullantıları haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Bələdiyyələrin su təsərrüfatı haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ovçuluq haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi rejimin tətbiqi haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yerin təki haqqında”, “Baytarlıq haqqında” və “Yeyinti məhsulları haqqında” qanunlarda, həmçinin Torpaq Məcəlləsində, Mülki və İnzibati Xətalar məcəllələrində dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirədən keçirilərək Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Görülən işlərə dair hesabat təqdim olunub - Parlamentin komitəsinin iclası keçirilib
Bildirilib ki, ötən dövrdə komitədə ölkəmiz üçün çox vacib məsələyə - su ehtiyatlarının idarə olunmasına, bu sahədə mövcud problemlərin həllinə həsr edilmiş geniştərkibli parlament dinləmələri keçirilib. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirak etdikləri tədbirdə su sektorundakı mövcud problemlər, bu sahədə qanunvericiliyinin təkmilləşdirilməsi barədə məsələlərə ətraflı nəzər salınıb, “Su Məcəlləsi”nin yenidən işlənməsinin vacibliyi vurğulanıb.
Sadiq Qurbanov qeyd edib ki, yaz və növbədənkənar sessiyalar dövründə komitə üzvləri seçicilərlə çoxsaylı görüşlər keçirib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Komitə üzvləri hesabatı məqbul hesab ediblər.
Sonra komitənin 2020-ci ilin payız sessiyası üçün qanunvericilik işləri planı müzakirə olunub. Bildirilib ki, qarşıdakı sessiyada iş planına Azərbaycan Prezidentinin, Milli Məclisin deputatlarının, Respublika Ali Məhkəməsinin, Baş Prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, bir sıra qanunlara əlavə və dəyişikliklərin olunması barədə sənədlərin müzakirəsi daxil edilib. Komitəyə müvafiq orqanlardan və vətəndaşlardan daxil olan təkliflərin təhlili və ümumiləşdirilərək hazırlanması, komitənin əhatə etdiyi sahələrlə bağlı yerlərdə maarifləndirici tədbirlərin təşkili də görüləcək işlərin sırasına daxildir. Qanunvericilik işləri planı təsdiq edilib.
Görülən işlərə dair hesabat təqdim olunub - Parlamentin komitəsinin iclası keçirilib
Komitənin iclasında, həmçinin cari məsələlər barədə geniş fikir mübadiləsi aparılıb. Deputatlardan Asim Mollazadə, Afət Həsənova, İltimas Yusifov, Fatma Yıldırım, Nəsib Məhəməliyev, Məşhur Məmmədov, Naqif Həmzəyev, komitənin eksperti Şamil Hüseynov neft istehsalı və emalı zamanı yaranan qrunt sularına texnoloji proseslərə uyğun şəkildə nəzarət olunması, bölgələrdə ekoloji tarazlığın pozulmasına gətirib çıxaran məişət tullantılarının təkrar emalı prosesində sahibkarların və vətəndaşların məsuliyyətinin artırılması, məktəblilər arasında ətraf mühitə münasibətin daha da yaxşılaşdırılması üçün Təhsil Nazirliyi ilə birlikdə orta məktəblər üçün “Yaşıl bilik” adlı proqramın işlənib hazırlanması, su və təbii qaz təchizatı ilə bağlı mövcud problemlərlə bağlı fikirlərini bildirib, təkliflər səsləndiriblər.
“1 manatlıq” dönərxanlar bazardan çıxarılır - RəsmiÜmumiyyətlə Azərbaycandakı ictimai iaşə müəssiələrində, həmçinin dönərxanalarda istifadə edilən ətlər baytarlıq nəzarətindən keçirilir.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətinin rəhbəri Mansur Piriyev hazırda paytaxtda fəaliyyət göstərən “1 manatlıq” dönərxanlarla bağlı Modern.az-ın sualını cavablandırarkən bildirib.

M.Piriyev qeyd edib ki, heyvan mənşəli ətlər xüsusi risk qrupuna daxil olduğundan məsələyə xüsusi diqqət yetirilir:

“Nümunəvi dönərxanalarla bağlı layihə çərçivəsində bütün bu məsələlərə diqqət yetiriləcək”.

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qeydiyyat və sahibkarlarla əməkdaşlıq şöbəsinin müdiri Orxan Mikayıl əlavə edib ki, nümunəvi dönərxanaların yaradılması zamanı sahibkarlara bütün texniki dəstək veriləcək:

“Bura dönər ətinin istehsalından tutumuş, dönərin hazırlanmasına qədər hər şey daxildir. Bizim məqsədimiz sağlam rəqabət mühiti yaratmaqdır. Ümid edirik ki, məhz sağlam rəqabət mühitində qeyd edilən “1 manatlıq” dönərxanların sıradan çıxmasıı amanla təmin olunacaq”.
Məhkəmə Əli Kərimlinin şikayətini təmin etmədiBakı Apelyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin şikayətinə baxılıb.

Avrasiya.net xəbər verir ki, hakim Şərafət Məmmədovanın sədrlik etdiyi iclasda qərar elan edilib.

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd edək ki, AXCP üzvlüyündən xaric edilmiş Əliyev Aydın Sədətqulu oğlu “ümumi yığıncağın qərarının ləğv edilməsi, AXCP üzvlüyünə və AXCP Nəzarət Təftiş Komissiyasının sədri vəzifəsinə bərpa olunması” iddiası ilə Nəsimi Rayon Məhkəməsində qaldırdığı iddia iyun ayında təmin edilib. Əli Kərimli həmin qərardan şikayət verib.

Xatırladaq ki, Aydın Əliyev Nəsimi Rayon Məhkəməsində verdiyi ifadəsində bildirib ki, 1995-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasında fəaliyyət göstərib, 27 sentyabr 2015-ci ildə AXCP-nin qurultayında Nəzarət Təftiş Komissiyasına üzv, sonra sədr seçilib. Onun sözlərinə görə, NTK sədri seçilməsi Əli Kərimlinin ürəyincə olmayıb və onun normal fəaliyyətinə imkan verməyib.

AXCP Ali Məclisinin Rəyasət Heyətinin ümumi yığıncağının 10 iyun 2019-cu il tarixli qərarı ilə A.Əliyev partiya sıralarından kənarlaşdırılıb.
"Milli və dövlətçilik maraqların qorunması istiqamətində QHT-lərin rolu danılmazdır""Son vaxtlar QHT-lərlə hakimiyyət arasında silsilə görüşlərin keçirilməsi xarici maraqlı dairələrdən qidalanan sapı özümüzdən olan baltaları ciddi narahat edir. Bu baxımdandan da ayrı-ayrı QHT təmsilçiləri, hakimiyyət nümayəndələri xaricdəki “söyüş müxalifət” fəalları tərəfindən təhqir olunur, ittihamlara məruz qalırlar".

Bunu Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin sədri Cavid Şahverdiyev “Səs” qəzetinə açıqlamasında deyib.

İctimai Birliyin sədri bildirib ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin QHT rəhbərləri ilə görüşlər keçirməsi ictimai sektorun fəaliyyətinin müasir dövrün çağırışlarına uyğun şəkildə qurulması üçün yeni yanaşmaların müəyyən edilməsi baxımından xüsusi önəm daşıyır: “Həmin görüşlərin birində H.Hacıyev bu dialoqun Prezident İlham Əliyevin vətəndaş cəmiyyətinin, ictimai nəzarətin daha da gücləndirilməsi, dövlət qurumlarının fəaliyyətində şəffaflıq və hesabatlığın artırılması, insan hüquq və azadlıqlarının etibarlı şəkildə qorunması ilə bağlı siyasi iradəsinin növbəti təzahürü olduğunu bildirib”.

C.Şahverdiyev bildirib ki, bu kimi görüşlər QHT-hökumət münasibətlərində yeni keyfiyyət mərhələsinin başlanğıcı olacaq və QHT sektoru üçün prioritet olan məsələlərin həllinə təkan verəcək: “Hikmət Hacıyevin QHT-hökumət dialoqu çərçivəsində insan hüquqları, araşdırma və tədqiqat sahəsində fəaliyyət göstərən 68 QHT-nin rəhbəri ilə keçirdiyi görüşdə mən də iştirak etdim. Bir daha əmin oldum ki, hakimiyyət QHT sektorunun fəaliyyətinə böyük önəm verir. Həmin görüşlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev QHT sədrlərinə geniş imkan və vaxt verdi ki, öz təklif və fikirlərini bildirsinlər. Toplantıda iştirak edən hər bir QHT rəhbəri öz təkliflərini vaxt azlığını nəzərə alaraq yazılı və birbaşa səsləndirdi və A.Quliyev bütün təklif və tövsiyələrə baxılıacağını bildirdi. Bu Azərbaycanda vətəndaş cəmiyyətlərinin fəaliyyətinə ədalətli, demokratik yanaşmanın bariz nümunəsidir. Onu da qeyd edim ki, vətəndaş cəmiyyəti institutlarının inkişafında, formalaşmasında, əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsində dövlətin rolu mühümdür. Dövlətimiz bu istiqamətdə bütün imkanlardan istifadə edib. Elə bundan irəli gəlib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin yaratdığı geniş imkanlar və dəstəyi ilə çərçivəsində ölkəmizdə QHT-lər demokratik quruluşun dəstəklənməsi və dünyəvi dövlətin qurulması, хalqın iradəsinin ifadəsi kimi qanunların aliliyinin, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi istiqamətində fəallıqlarını artırıblar”.

Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin sədri onu da bildirib ki, bu gün hakimiyyət müxtəlif sahələrdə uğurlu formada islahatlar aparır, ölkədə yeni siyasi konfiqurasiya formalaşır: “Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən son vaxtlar xüsusi olaraq ictimai nəzarətin artırılması və dövlət qurumlarının QHT-lərlə əməkdaşlığı genişləndirməsi ilə bağlı tövsiyə və çağırışları var. Artıq bu gün vətəndaşların dövlətin işinə ictimai nəzarət həyata keçirməsi üçün imkanlar yaradılır. Dövlətimiz vətəndaş cəmiyyəti institutlarının inkişafında, formalaşmasında, əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsində mühüm addımlar atıb. Vətəndaş cəmiyyəti institutlarının normal fəaliyyətini təmin etməyə yardım etmək, dövlətlə QHT-ın əməkdaşlığını genişləndirmək, ictimai nəzarətdə QHT-lərin rolunu artırmaq dövlətimizin əsas prioritet istiqamətlərindəndir. Belə görüşlər QHT-lərin fəaliyyətini artırmaqla yanaşı, qarşımızda bir məsuliyyət qoyub.

Hakimiyyət-QHT dialoqu QHT sektorunun inkişafında ikinci addımdır. İlk addım Azərbaycan Respublikasının Prezidenti tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması olub. Şura QHT-lərin əməkdaşlığı üçün yeni imkanlar yaradıb. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi naminə QHT-lərin inkişafına dövlət dəstəyini nəzərdə tutan çox mühüm bir addım oldu. Hakimiyyətin QHT rəhbərləri ilə dialoqa girməsini isə yeni dövrün başlanğıcı kimi qiymətləndirmək olar”.

C.Şahverdiyev Azərbaycanda vətəndaş cəmiyyəti instutlarının sərbəst və fəal fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını bildirib. Qeyd edib ki, müasir dövrdə qeyri-hökumət təşkilatları artıq vətəndaş cəmiyyəti quruculuğu və ölkənin demokratikləşməsi prosesinin vacib institutlarından birinə çevrilib: “Milli və dövlətçilik maraqların qorunması istiqamətində QHT-lərin rolu danılmazdır. Bu isə xaricdəki söyüş müxalifətinin əndişələnməsinə səbəb olub. Açığını deyim ki, QHT sektoru böyük gücə malikdir. Ölkədə 4 mindən çox QHT var. Avropadakı söyüş müxalifətini narahat edən məqamlardan biri də, bu gücün Azərbaycan hakimiyyətinə çevrilmədiyi, dövlətçilik maraqlarını hər şeydən üstün tutmasıdır. Ona görə də radikallar QHT sektorunu da gözdən salmağa cəhdlər edirlər. Səbəb onların ifşa edilməsidir. Avropada sığınacaq tapıb Azərbaycan hakimiyyətinə, xalqa və millətə “dərs” keçmək istəyənlər QHT sektoru tərəfindən həmişə faktlarla, dəlillərlə cavab alıblar. Avropadakı söyüş müxalifəti tətəfindən QHT sektorunun hədəfə alınmasının ikinci səbəbi isə millətinə, dövlətinə, xalqına xidmət edən sektorun Avropa donorlarının əlinə baxmamasıdır.
Avropadakı söyüş müxalifətinin gözü Avropadakı erməni və ermənipərəst donor təşkilatlarının cibindədir. Onlar Avropadan asılıdırlar, onların sifarişini yerinə yetirirlər. O sifariş ki, Azərbaycanın dövlət və dövlətçiliyinə bir təhdid, təhlükədir. Bununla fəxr edib, hakimiyyətlə dialoqa gedən QHT-ləri təhdid edirlər. Bu sifarişdir, pullu sifariş. Bəli, biz də qrant alırıq, lakin dövlətimiz tərəfindən. Aldığımız qrantlar çərçivəsində bütün sahələrdə ölkədə maarifləndirici layihələr həyata keçiririk. Bizim bir amalımız var – dövlətə, xalqa, millətə xidmət etmək. Söyüş müxalifətinin amalı isə Avropadakı ayrı-ayrı şəxslərə xidmət edib, Azərbaycanda demokratikləşməyə, inkişafa kölgə salmaqdır. Amma bu istəyə heç vaxt çata bilməyəcəklər.

Ona görə ki, qarşılarında güclü Azərbaycan və onu qoruyan, sevən bir cəmiyyət, xalq var. Bu cəmiyyətin içində də böyük gücə malik QHT sektoru yer alıb. Bu gün QHT sektorunun fəaliyyəti dövlətə xidmət etmək, bütün sahələrdə aparılan islahatlara dəstək olmaqla yanaşı, anti-Azərbaycan qüvvələrlə mübarizədir. Ölkəsini, xalqının, millətinin gələcəyini, təhlükəsizliyini düşünən hər bir vətənpərvərin istəyi, fəaliyyəti məhz bu yönə istiqamətlənməlidir”.