ATƏT-in Minsk Qrupu bəyanat yaydıSentyabrın 14-də Parisdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin intensiv müzakirələri keçirilib.

Avrasiya.net xəbər verir ki, bu barədə ATƏT-in rəsmi saytında məlumat verilib.

Müzakirələrdə ATƏT-in fəaliyyətdə olan həmsədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.
Gömrük rüsumu artdı, İrəvanda aksiya başladıErmənistanda gömrük rüsumunun artırılması paltarların 2-3 dəfə bahalaşmasına gətirib çıxara bilər.

Avrasiya.net xəbər verir ki, bununla əlaqədar ermənilər etiraz aksiyasını keçirib.

Etizarçıların fikrincə, gömrük rüsumları ilə qəbul edilən yeni qaydalar ölkənin bütün əhalisi üçün zərərli olacaq.

Nadir Qafarzadə ağladı: Kömək edin!Müğənni Nadir Qafarzadə onkoloji şiş diaqnozu qoyulmuş əməkdar artist Gülbahar Şükürovaya yardım istəyib.

Avrasiya.net Teleqraf.com-a istinadən xəbər verir ki, Nadir Qafarzadə İnstaqramda video paylaşaraq bu sözləri qeyd edib:

“Əməkdar artist Gülbahar Şükürova çox ağır vəziyyətdədir. Səhhəti get-gedə ağırlaşır. Bu xanıma kömək lazımdır. Buradan Mədəniyyət Nazirliyinə müraciət edirəm, o xanımla maraqlansınlar. Maddi kömək lazımdır. Biz sənət adamları çoxdandır ki, pul qazanmırıq, iş yoxdur. Bu xanımın da nəyi var idi xərclədi, qurtardı.

Gülbahar xanım gözəl xanımdır. Ona yardım etmək və müalicə lazımdır. Buradan aidiyyəti qurumlara səslənirəm, bu xanıma kömək olsunlar. Çünki pandemiya dövrü bir çox insanları xəstəliyə saldı, xüsusilə də sənət adamları ruhdan düşdülər. Əsəbiləşdilər və çərçivədə olmağı bacarmadılar. Hər zaman səhnədə olan yaradıcı insanlar bu vəziyyəti çətin keçirir. Bunlar hamısı üst-üstə gəldi və Gülbahar xanım yataq xəstəsinə çevrildi. Müalicəsini kimsə üzərinə götürməlidir.

Hər zaman onun yanındayam, amma məndən asılı olmayan şeylər var. Sözümü dedim və eşidən eşidir. Bu vaxta qədər özüm üçün heç nə istəməmişəm. Gülbahar xanım üçün dövlətimizdən xahiş edirəm, qoymayın daha bir sənət adamı bizi tərk eləsin. Yaşamaq istəyir. Deyəcəklər, Nadir yenə kövrəldi, amma çox çətindir”.

Qeyd edək ki, maddi durumu yaxşı olmayan sənətçi xəstəxanaya getməkdən və əməliyyatdan imtina edib.
"Qarabağda süni məskunlaşdırılma prosesinin qarşısı alınmalıdır"Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri

Ermənistan hökumətinin Livan ermənilərini Azərbaycanın işğal olunmuş torpaqlarında məskunlaşdırmaq cəhdi düşmən ölkənin yeni planlarından xəbər verir. Məsələ sadəcə işğal olunmuş ərazilərdə demoqrafik boşluğu aradan qaldırmaq məsələsi deyil. Bu planın arxasında eyni vaxtda bir neçə məqsədə nail olunması nəzərdə tutulur.

Paşinyan iqtidarı etnik tərkib baxımından Dağlıq Qarabağı büsbütün erməniləşdirməyi planlaşdırır. Belə ki, bölgənin əhalisinin yalnız ermənilərdən ibarət olması münaqişənin həlli üzrə danışıqlarda Azərbaycan üçün ciddi problemlər yarada bilər. Məqsəd Azərbaycanı fakt qarşısında qoymaqdır. Yəni ki, düşmənimiz əhalisi tamamilə ermənilərdən formalaşmış bir bölgənin Azərbaycanın tərkibində qalmaq istəməməsi faktından bəhanə kimi istifadə edə bilər.

Üstəgəl, Ermənistan hökuməti məskunlaşdırma "çətir"i altında əraziyə təkcə mülki erməniləri deyil, həm də potensial terroristləri, muzdlu qatilləri toplayır. Bu isə düşmənə Qarabağda real hərbi əməliyyatların başlayacağı təqdirdə əlavə döyüş qüvvəsi kimi, insan resursu kimi lazımdır. Müxtəlif konflikt zonalarında, eləcə də Livan, Fələstin, Suriya terror-təlim düşərgələrində təcrübə toplamış bu muzdlular İkinci Qarabağ Müharibəsində ordumuza ciddi problemlər yarada bilər.

Odur ki, Ermənistanın işğal altındakı Dağlıq Qarabağda həyata keçirdiyi qanunsuz məskunlaşdırma siyasətinin qarşısını almaq üçün rəsmi Bakı tərəfindən bəyanatların verilməsi ilə bərabər, BMT və ATƏT kimi mötəbər beynəlxalq təşkilatlar da məsələyə təcili münasibət bildirməli, İrəvanı və Dağlıq Qarabağdakı xunta rejimini bu cür təxribatçı hərəkətlərə dərhal son qoymağa məcbur etməlidir. Əks təqdirdə, ermənilər bəyanatla geri çəkiləsi deyillər.

Ermənistanın hazırki Baş naziri olduqca fürsətcil siyasətçidir. O, hazırda beynəlxalq siyasətdəki boşluqdan və hərcmərclikdən istifadə edib Suriya və Livan ermənilərini Azərbaycanın işğal olunmuş ərazilərinə köçürür. Şuşa, Laçın, Qubadlı, Zəngilan və işğal olunmuş digər ərazilərimiz ermənilər tərəfindən tam məskunlaşdırıldıqdan sonra isə onları torpaqlarımızdan qovub çıxarmaq həddindən artıq müşkül məsələyə çevriləcək. Biz onların bu cür məkrli planı həyata keçirmələrinə yol verməməliyik. Ərazilərimizin ermənilər tərəfindən qeyri-qanuni məskunlaşdırılması prosesinin qarşısı bütün vasitələrlə alınmalıdır.

Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Livan ermənilərinin Şuşaya köçürülməsinə münasibət bildirməsini və bunu cinayət adlandırılmasını düzgün addım kimi qiymətləndirirəm. Bəli, cinayətkarı öz adı ilə çağırmağın və onu dayandırmağın vaxtı yetişib.
Bakıda 18 məktəb direktoru vəzifədən azad olundu - SİYAHIYeni dərs ili ərəfəsində Bakı Şəhər Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinə 8 nəfər direktor vəzifəsinə işə qəbul edilib. Eləcə də 20 məktəbin direktoru yerdəyişmə ilə digər ümumi təhsil məktəblərinə təyinat alıb.

18 məktəb direktoru (19, 318, 10, 226, 271, 27, 20, 298, 48, 44, 52, 223, 113, 122, 130, 256, 262, 322 nömrəli tam orta məktəblər) ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. (14 nəfər çalışmanın yaş həddinə çatması ilə əlaqədar, 4 nəfər isə müddətli əmək müqaviləsi müddətinin başa çatması ilə əlaqədar).

Bakı Şəhər Təhsil İdarəsindən Avrasiya.net-ə bildirilib ki, Təhsil Nazirliyi tərəfindən son 7 ildə yüksək şəffaflıq və obyektivlik şəraitində həyata keçirilən müəllimlərin işə qəbulu, diaqnostik qiymətləndirilməsi, pedaqoji işçilərin yerdəyişməsi müsabiqəsi, eləcə də digər müvafiq tədbirlər nəticəsində müəllim peşəsinə maraq xeyli dərəcədə artıb. Məktəblər müvafiq tələblərə cavab verən yüksək hazırlıqlı müəllimlərlə təmin olunur.

Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 2020-2021-ci dərs ili üçün 958 vakansiya təqdim olunub. Müsabiqə üzrə prosedur tam yekunlaşmadığı üçün ümumilikdə, işə qəbul olunanların sayı barədə yaxın günlərdə dəqiq məlumat bəlli olacaq.
Azərbaycan və İran arasında dəniz nəqliyyatı üzrə əməkdaşlıq müzakirə olunubAzərbaycan və İran arasında dəniz nəqliyyatı üzrə əməkdaşlığın son vəziyyəti araşdırılıb.

İranın Azərbaycandakı səfirliyindən Avrasiya.net-ə verilən məlumata görə, İranın Limanlar və Dənizçilik Təşkilatının tranzit, lojistika və müqavilələr üzrə baş idarəsinin direktoru Xosrov Sarai və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Dəniz Təhlükəsizliyi şöbəsinin müdiri Vamiq Rəhimov arasında video-konfrans formatında iclas keçirilib. İclasda İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi də iştirak edib.

İclasda tərəflər iki ölkənin limanları arasında yükdaşımaların artırılmasını vurğulayıblar.

İclasda həmçinin limanlar üzrə iki tərəfi maraqlandıran məsələlər, dəniz əməkdaşlığının artırılması üzrə bəzi sənədlərin ilkin mətni haqda fikir mübadiləsi aparılıb.

İclasda çıxış edən səfir S.A.Musəvi bildirib ki, Xəzər dənizi sülh, dostluq və əməkdaşlıq dənizidir. İran İslam Respublikası və Azərbaycan Respublikası çoxlu dini, mədəni və tarixi ortaqlıqlara sahib iki Xəzəryanı ölkədir.

A.Musəvinin sözlərinə görə, Xəzər dənizi iki ölkə arasında əməkdaşlığı artırmaq üçün saysız imkan və potensiallar yaradıb6

“İki ölkənin enerji, iqtisadi, dənizçilik, balıqçılıq, turizm, dəniz elmləri və sairə sahələrində əməkdaşlığın səviyyəsini bir neçə dəfə artırmaq olar”.

S.A.Musəvi əlavə edib ki, iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi üzrə istiqamətlərdən biri limanlar və dəniz nəqliyyatı sahəsidir.
Tanınmış gitaraçını oğlu qəsdən öldürüb? – SENSASİON İDDİASentyabrın 8-də, saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində yaşadığı evdə oğlu tərəfindən odlu silahdan açılmış atəş nəticəsində dünyasını dəyişən Nofəl Süleymanlının övladı tərəfindən qəsdən öldürülməsi ilə bağlı məlumat yayılıb.

Publika.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan iddiaya görə, tanınmış gitara ifaçısı oğlu Şövqü Süleymanlı tərəfindən qəsdən öldürüb.

Bildirilir ki, mərhum gitara ifaçısının Azərbaycan şou-biznesində tanınan müğənnilərdən biri ilə şəxsi münasibətləri olub. Bundan xəbər tutan Nofel Süleymanlının həyat yoldaşının isə əri ilə münaqişələri başlayıb.

İddia edilir ki, bundan hiddətlənən 17 yaşlı oğlu şəxsi münaqişə zəminində atasından intiqam almaq istəyib və onu güllələyib.

Yayılan iddialarla bağlı Baş Prokurorluqdan bildirilib ki, onlarda bununla bağlı hər hansı informasiya yoxdur: “Hazırda istintaq davam edir. Bu cinayət işi ilə bağlı rəsmi məlumat verilib”.

Qeyd edək ki, Prokurorluq tanınmış gitara ifaçısı Nofəl Süleymanovun öldürülməsi ilə bağlı yayılmış xəbərlərə bir neçə gün əvvəl aydınlıq gətirib. Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İlkin araşdırmalarla müəyyən edilib ki, həmin gün saat 12 radələrində 2003-cü il təvəllüdlü Şövqü Süleymanlı paytaxtın Nizami rayonu ərazisində yerləşən yaşadıqları evin mətbəxində atası Nofəl Süleymanlının adına olan "Escot" markalı 12 kalibrli ov tüfəngində olan patronları boşaldarkən ehtiyatsızlıqdan tüfəngdən açılmış atəş nəticəsində qırmalar həmin vaxt mətbəxin eyvanında olan atası Nofəl Süleymanlının kürəyinə dəyib, sonuncu aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.
Prezident Əmircanda məktəb açılışındaAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində Milli Qəhrəman Albert Aqarunovun adını daşıyan 154 nömrəli məktəbin yeni binasının açılışında iştirak edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.