Gəncə üzrə sosial şəbəkələrlə bağlı onlayn müzakirə keçirilib – FOTOLAR“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sosial şəbəkələrdə informasiya təhlükəsizliyinin təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun artırılması ilə bağlı tədqiqatların aparılması” layihəsinin icrası davam edir.

Təşkilatdan verilən məlumata görə, İcra Planının şərtlərinə uyğun olaraq layihənin üçüncü onlayn ictimai müzakirəsi keçirilib.Gəncə şəhər sakinlərinin, millət vəkillərinin, dövlət qurumlarının vəzifəli şəxslərinin, idarə təmsilçilərinin, təşkilat əməkdaşlarının, müəllim və tələbələrin iştirakı ilə keçirilən tədbirdə mövzunun aktuallığı və vacibliyi qeyd olunub.Diqqətə çatdırılıb ki, sözügedən məsələyə önəm verilməsi günümüzün tələbidir, belə görüşlər bu sahədə müəyyən irəliləyişlərə səbəb olacaq.

Tədbiri açıq elan edən “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini Telman Məmmədov qonaqları salamlayaraq nəzərə çatdırıb ki, vətəndaş cəmiyyətinin üzvləri, əsasən də gənc nəsildə internet mediaya marağın artırılması və sosial şəbəkələrdən düzgün istifadənin istiqmətlərini aşılamaq olduqca əhəmiyyətlidir.O, əlavə edib ki, əsas hədəf sosial şəbəkələrdəki təhlükəli və təhlükəsiz xəbərlərin sərhədlərinin konturlarını vətəndaşlarımıza düzgün çatdırmaqdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkürünü bildirən sədr müavini müzakirə iştirakçılarına qurumun fəaliyyəti və vətəndaş cəmiyyətinin formalaşmasında iştirakından, atdığı addımlardan, təşkilatlara dəstəyindən ətraflı məlumat verib.

Gəncədən olan millət vəkili Naqif Həmzəyev də layihənin önəminə toxunaraq mövzunun vacibliyini diqqətə çatdırıb.Onun sözlərinə görə, hazırda hər bir şəxs asanlıqla sosial şəbəkələrdəki məlumatları izləyə bilir, xəbərdar olurlar.Parlament üzvü bildirib ki, hazırda qərəzli məlumatlar yetərincədir, bu da öz növbəsində cəmiyyətdə çaşqınlığa, müəyyən problemlərə səbəb olur.

Media eksperti, QHTxeber.az saytının baş redaktoru Sənan Nəcəfov müzakirə olunan mövzu ilə bağlı ətraflı məlumat verərək, əsasən müharibə şəraitində informasiya savaşının vacibliyinə toxunub.O,qeyd edib ki, hazırda bu proses daha çox sosial şəbəkələr üzərindən aparılır.Belə olan təqdirdə vətəndaş cəmiyyətinin hər bir üzvünün sosial şəbəkələrdən yüksək səviyyədə istifadə etməsi məsələsi aktuallıq kəsib edir, yalan və şantaj, həmçinin təxribat xarakterli xəbərlərin qarşısının alınmasını şərtləndirir.

Gəncə rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdrinin müavini, dini qurumlarla işin təşkilatçısı Həsən Məmmədov təmsil etdiyi bölgədə dövlət qurumlarının, təhsil müəssisələrinin, gənclər təşkilatlarının və məsul orqanların bu yöndə həyata keçirdiyi işlərin mahiyyətindən danışıb.

Gəncədən olan digər millət vəkili Müşfiq Cəfərov isə sosial şəbəkələrdəki böhtan xarakterli məlumatların qarşısının alınması üçün internet televiziyaların yaradılmasının vacibliyini diqqətə çatdırıb.

Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin Gəncə Bölgəsi üzrə şöbə müdiri Asəf Əliyevin, “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqovanın da çıxışları və təklifləri maraqla qarşılanıb.
Gəncə üzrə sosial şəbəkələrlə bağlı onlayn müzakirə keçirilib – FOTOLAR
Çıxışlarda həmçinin pandemiya dövründə sosial şəbəkələrdən istifadənin daha da aktuallıq kəsb edildiyi, COVİD-19 virusu ilə bağlı həm psixoloji təsirlərdən, həm də düzgün analiz olunmamış xəbərlərin insanlara mənfi təsirlərindən danışılıb.Onlayn müzakirə iştirakçıları ekspertlərə suallar ünvanlayıb, vacib saydıqları məqamları gündəmə gətiriblər.

Layihə Sosial Tədqiqatlar Mərkəzi (STM) ilə birgə keçirildiyindən qurumun təklif və tövsiyələrinə yer verilir.

Qeyd edək ki, “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin COVİD19 pandemiyası ilə əlaqədar aztəminatlı ailələrə ərzaq və tibbi ləvazimatın paylanması çağırışını müsbət qarşılayıb və könüllü olaraq bu kateqoriyadan olan şəxslərə dəstək göstərəcək.

Xatırladaq ki, layihənin icra müddəti üç aydır və onlayn müzakirələrin sonunda xüsusi kitabçalar hazırlanacaq, mövzu ilə əlaqədar sorğular təşkil olunacaq, nəticələri isə geniş ictimaiyyətə çatdırılacaq.



3 milyonluq türk ordusu Qarabağa girəcək Ermənistanda “Böyük Turan” ordusu qorxusu yaranıb.

Publika.az xəbər verir ki, Ermənistan mediası 3 milyona yaxın canlı qüvvənin birləşəcəyi bu ordunun Avrasiyada bütün qüvvələri əzib keçəcəyindən və bunun İrəvan üçün gələcək təhlükəsindən bəhs edir.

“Ermənistanın səsi” saytı yazır ki, Turan ordusunun qurulması məsələsi yeni deyil: “Vaxtilə Türkiyənin nüfuzlu “Uluslararası Politika Akademisi” nəşri bu layihənin həyata keçirilməsi ilə bağlı Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustanın hüquq-mühafizə orqanlarının hərbi statusla birləşdirilməsindən yazırdı. Hərbi statuslu hüqiq-mühafizə orqanlarını birləşdirən belə bir ordu 2 milyon 800 min əsgərdən ibarət olacaqdı. Azərbaycan mediası bu ordunun Dağlıq Qarabağda anti-terror əməliyyatı keçirə biləcəyi haqda tez-tez yazır. İndi belə bir ordunun yaradılması layihəsində Mərkəzi Asiyanın hansı ölkəsinin yer alacağı bilinməsə də, ideyanın əməli işdə həyata keçirilməyə başlandığını deyə bilərik”.

Sayt Azərbaycan və Türkiyənin son dövrlər hərbi sferada daha da yaxınlaşmasını Turan ordusunun yaradılması istiqamətində ciddi addım olduğunu yazır.

Makron ŞOKDA: “Türk donanması hamınızı əzəcək..."Şərqi Aralıq dənizindəki gərginlikdə Türkiyəyə qarşı söz sahibi olmağa çalışan Fransa Prezidenti Emmanuel Makronun hərəkətləri ölkəsi başda olmaqla ABŞ və Avropa mediasında sərt tənqid edilib.

Publika.az xəbər verir ki, alman və fransız qəzetləri xəbərlərində “boş danışırsan, artıq sus” tipli Makronu ələ salan başlıqlardan istifadə edib.

“Blumberq” isə “Türk donanması hamınızı əzəcək...” başlıqlı xəbəri manşet edib.

ABŞ və Avropa mətbuatı Makronu və ölkəsindəki iqtisadi çətinliklərlə mübarizə aparan rəhbərliyi pandemiyaya qarşı mübarizədə uğursuz fəaliyyət aparmaqda günahlandırır.

Dünya mətbuatından bəzi nümunələr:

“Blumberq” (ABŞ): Dünən yayımlanan xəbərdə, “Makron Türkiyə əleyhinə ritorikanın sərhədlərinə çatdı" başlığından istifadə edilib və “Makron, Şərqi Aralıq dənizində Türkiyəyə qarşı boş təhdidlərdən əl çəkib sözü Merkelə verməlidir”, ifadələri yer alıb.

“The Guardian” (İngiltərə): "Aralıq dənizində böhran Makronun məsələyə daxil olmasından sonra dərinləşdir” .

“El Pais” (İspaniya): "İspaniya və İtaliya Makronun anti-Türkiyə münasibətinin qarsşını aldı”.

“The Times” (İngiltərə): Makronun tətildə çəkdirdiyi fotoya şərh bildirilərək, “Dünyanı “jet-ski” üzərində idarə etməyə çalışır”, qeyd edilib.

“Radio Fransa” (Fransa): “Liviyadakı xaosun başlanğıcında Fransa var”.

Sutka ərzində İranda koronadan 128 nəfər öldüBu günə olan məlumata görə, İranda 2089 nəfər koronavirusa yoluxub, 128 nəfər isə vəfat edib.

Avrasiya.net xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari gündəlik mətbuat konfransında deyib. Bununla da İranda yoluxanların ümumi sayı 402 min 29 nəfər, ölənlərin sayı isə 23 min 157 nəfərə çatıb.

Müalicəsi davam edən 3791 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 346 min 242 nəfər sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Tehran daxil olmaqla İranın 14 vilayəti hələ də qırmızı zonaya daxildirlər.

Belarusdakı aksiyalarda daha 114 nəfər saxlanıldıSentyabrın 12-də Belarusda icazəsiz keçirilən aksiyalar zamanı daha 114 nəfər saxlanılıb.

“TASS” bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat katibi Olqa Çemodanova məlumat verib.

“Respublikanın beş regionunda keçirilmiş 12 etiraz aksiyasının iştirakçılarının ümumi sayı 1 700 nəfəri keçməyib. Bununla yanaşı, paytaxtda icazəsiz tədbirlər bir neçə yerdə qeyd edilib. Kütləvi tədbirlər haqqında qanunvericiliyin pozulmasına görə ümumilikdə 114 vətəndaş saxlanılıb (onlardan 99-u Minskdə)”, - qurumun məlumatında deyilir.

Məlumatda, həmçinin bildirilir ki, “ölkənin üç regionunda sülh, təhlükəsizlik və əmin-amanlığa dəstək məqsədilə 50 mindən çox insanın iştirak etdiyi yeddi kütləvi tədbir keçirilib”.
MSK sədri vəzifəsindən gedəcək? - Deputat açıqladıMərkəzi Seçki Komissiyasının (MSK) tərkibinin parlamentin yaz sessiyasında formalaşdırılacağı proqnoz edilsə də, bu, gerçəkləşmədi.

Məlumat üçün bildirək ki, yeni parlament formalaşan kimi MSK-nın da tərkibi təsdiqlənməlidir. Bəzi mətbuat səhifələrində MSK sədri Məzahir Pənahovun yaxın vaxtlarda sədrlikdən gedəcəyi barədə informasiyalar yer almaqdadır.

O zaman parlamentin payız sessiyasının ilk vaxtlarında MSK-nın tərkibi dəyişəcəkmi?

Avrasiya.net xəbər verir ki, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Modern.az-a açıqlamasında bildirib ki, bu məsələ faktiki olaraq nəzərdə tutulub:

"Qanunvericilikdə bu addımların konkret hansı müddətə atılması göstərilməyib. Prosedur isə belədir ki, adətən yeni parlament formalaşandan sonra Mərkəzi Seçki Komissiyası da formalaşır. Hazırda açığı, MSK-nın yenidən formalaşacağı barədə heç bir məlumat yoxdur”.

Məzahir Pənahovun yaxın vaxtlarda sədrlikdən getməsinə gəlincə, deputat bunu etik hesab etməyib:

"Həm MSK-nın yaradılması qaydası və fəaliyyəti kimi məsələlərin tənzimlənməsi Seçki Komissiyası ilə müzakirə olunur. Konkret olaraq ayrı-ayrı orqanların burada vəzifələri müəyyənləşir. Həmçinin bu vəziyyət bir adamdan asılı deyil ki, konkret istiqamət, yaxud da konkret proqnoz verək. Ona görə də öncədən Məzahir Pənahovun dəyişəcəyi, yaxud da dəyiçşməyəcəyi barədə proqnoz vermək çətindir. Açığı, düşünürəm ki, bu cür proqnozlar etik də deyil".
Afaq Bəşirqızının oğlu direktor xanımından ayrılır Afaq Bəşirqızının oğlu məktəb direktoru olan gəlinini boşayır.

Xalq artistinin oğlu Təhməzov Səmral Əhməd oğlu nikahın pozulması ilə bağlı Yasamal Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə prosesinin hazırlıq iclası sentyabr ayının 16-da hakim Orxan Məmmədlinin sədrliyi ilə keçiriləcək. Cavabdeh qismində Təhməzova Könül Arif qızı tanınıb.

Xatırladaq ki, ötən ayın 14-də Bakıda 7 nömrəli tam orta məktəbdə direktor vəzifəsinə yaranmış vakansiya ilə bağlı məktəbin direktor vəzifəsi üzrə əmək funksiyalarının müvəqqəti icrası Təlimə Dəstək Mərkəzinin Tədrisin idarəolunması bölməsinin müdiri Təhməzova Könül Arif qızına həvalə edilib. (unikal.org)
Lənkəranda keçmiş məhkum arvadını qətlə yetirdiLənkəranda qətl hadisəsi törədilib.

Avrasiya.net-in “Report”a istinadən verdiyi xəbərə görə, hadisə gecə saatlarında baş verib.

Belə ki, 1981-ci il təvəllüdlü Günay Gəzray qızı Abıyeva yaşadığı evdə həyat yoldaşı 1983-cü il təvəllüdlü Mais Məhəmməd oğlu Abıyev tərəfindən qətlə yetirilib.

İlkin məlumata görə, qətl odlu silahdan açılan atəşlə törədilib.
Kürdəmirdə 22 yaşlı qadın özünü avtomobildən atdıKürdəmirdə 22 yaşlı qadın özünü avtomobildən atıb.

Avrasiya.net-in məlumatına görə, rayonun Şıxımlı kənd sakini, 1998-ci il təvəllüdlü Şükürova Ayşən Aqil qızı 1993-cü il təvəllüdlü Xırdapay kənd sakini İbadov Əsəd Füzuli oğlu ilə avtomobildə aralarında yaranan mübahisə zamanı özünü nəqliyyat vasitəsindən atıb.

Ağır xəsarətlər alan qadın Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.
Bu siqaretlə xərçəngin əlaqəsi aşkarlandıAmerika universitetlərinin alimlər qrupu elektron siqaretlərin, o cümlədən veypinqin sinədə və bədənin başqa hissələrində şişlərin inkişafına imkan yaratdığını aşkarlayıblar.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, Yelsk, Con Hopkins və Prinston universitetlərinin tədqiqatçıları dişi siçanların üzərində testlər aparıblar. Onlardan bəziləri təmiz havada olub, digərləri isə elektron siqaretlərin buxarlarının təsirinə məruz qalıblar.

İki həftə sonra alimlər döş xərçəngi hüceyrələrinə iynələr vurublar. Məlum olub ki, şiş altı həftə ərzində tüstünün təsirinə məruz qalmış siçanlarda demək olar, iki dəfə sürətli böyüyüb.

Bundan başqa, heyvanlarda metastazların inkişafının yüksək riski əmələ gəlib.