Məgər düşmənimiz istəyərmi ki,  Şeyxin Nobel Sülh Mükafatına namizədliyi qeydə alınsın? Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri


Gözlənilən idi. Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin Nobel Sülh Mükafatına namizədliyinin təsdiqlənməsindən sonra ermənilərin onunla bağlı antitəbliğat kampaniyasına başlamasına əsla təəccüblənmirəm.

Düşmən ölkənin jurnalistləri, siyasətçiləri, blogerləri Şeyximizin haqqında “erməni düşməni”, “millətçi”, “qanunsuz beynəlxalq ticari əməliyyatlarda adı keçən”, “narkobaron” və s. kimi çirkin ifadələrdən istifadə edirlər. Onlar Bütün Qafqazın Şeyxinə qarşı total şəkildə qaralama kampaniyasına başlayıblar. Çünki adları üstündə. Düşməndirlər. Məgər düşmənimiz istəyərmi ki, Azərbaycanın (və bütün Qafqazın) Şeyxinin Nobel Sülh Mükafatına namizədliyi qeydə alınsın və bu ödülü qazansın? Yox, əsla istəməz.

Hərçənd ki, hörmətli Şeyximiz indiyə qədər müsəlmanlarda ermənilərə qarşı nifrəti körükləyən bircə kəlmə də fikir səsləndirməyib. O, həmişə dinc qonşuluqdan yana olub, barşa səsləyib və Ermənistanın dini liderlərini – katolikoslarını da hər zaman sülhə çağırıb. Lakin ermənilərin təcavüzkar və xain xisləti onları bizim dini liderimizə qarşı tolerant yanaşmalarına mane olur. Allahdan uzaq düşən, İslam dininə hörmətlə yanaşmağı bacarmayan, məscidlərimizi mal-heyvan tapdağına çevirən, qəbirlərimizi, dini abidələrimizi dağıdan ermənilərin Şeyximizə sayğı ilə yanaşmaları və onun Nobel ödülünə namizədliyinə xoş baxmaları əsl möcüzə olardı.

Bu gün ermənilərin Şeyximizə göstərdikləri kin, nifrət bütövlükdə xalqımıza qarşı bəslədikləri sonsuz nifrətin bir təzahür formasıdır. Nifrətlə nəfəs alan, türkofobiya ilə yaşayan, kin qusan bir millətlə qonşu olmağımız nə yazıq ki, acı qismətimizdir. Allah millətimizə həm səbir versin, həm də Qələbə qismət eləsin!
Salyanda "manyak" peyda olub? - Nazirlikdən reaksiyaSalyanın Xıdırlı kəndində “manyak”ın peyda olması haqda yayılan xəbərlərin məntiqi olmasa belə, polis əməkdaşları neçə gündür ki, orada xidmət aparır, gecələr növbə çəkirlər. Bu kənd balaca bir kənddir və sakinlərin dediyi kimi bir hadisəyə rast gəlinməyib.

Avrasiya.net xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib. O qeyd edib ki, kəndlilər bu varlıqları harada gördükləri və yaxud bu hadisədə kimdən şübhələndikləri barədə polis əməkdaşlarına konkret heç bir məlumat verməyiblər:

“Məsələ ilə bağlı polisə müüraciət edildikdən sonra əməkaşlarımız kənddədir, gecə-gündüz xidmət aparırlar. Amma heç bir hadisə baş verməyib. Kənd camaatının vahiməsinə heç bir əsas yoxdur. Əgər bu yolla kimsə orada insanları qorxutmağa çalışırsa, gec-tez o şəxs saxlanılacaq. Hazırda belə bir narahatlıq doğuran şəxs görülməyib”.
Ədalət Vəliyevlə Qonaqov arasında müzakirəPrezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Rufiz Qonaqovla görüşüb.

Avrasiya.net xəbər verir ki, görüşdə ölkədə aparılan islahatlar, yeni siyasi konfiqurasiyanın formalaşması, iqtidar-müxalifət siyasi dialoqunun uğurla həyata keçirilməsi və digər ictimai-siyasi proseslər ətrafında fikir mübadiləsi aparılıb. Son 5 ay ərzində 10 siyasi partiyanın Qurultaylarının keçirilməsi və təsis sənədlərində edilmiş dəyişikliklərin dövlət qeydiyyatına alınması, həmçinin 6 yeni siyasi partiyanın dövlət qeydiyyatına alınması və bu xüsusda Milli Məclisdə təmsil olunan siyasi partiyaların sayının 9-dan 11-ə yüksəlməsi, eyni zamanda, müstəqillik dövründə ilk dəfə Azərbaycan Respublikasının Milli Məclisi sədrinin vəzifəsində qadının, sədr müavini vəzifələrinin birinə isə müxalif partiyanın nümayəndəsinin seçilməsi, bundan əlavə bütün müxalif siyasi partiyaların Milli Məclis komitələrinin rəhbərliyində təmsil olunması faktları ölkənin siyasi həyatında xüsusi önəm kəsb etdiyi qeyd olunub.

Bununla yanaşı, son vaxtlar ölkədə rüşvətxorluğa və digər korrupsiya hallarına qarşı mübarizə istiqamətində görülən işlər və bu çərçivədə dövlət orqanlarında yüksək vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi faktları yüksək qiymətləndirilib.

Həmçinin “Siyasi partiyalar haqqında” Qanuna dəyişiklərin edilməsi zərurəti, qanunlara riayət edilməsinə nəzarət mexanizmlərinin gücləndirilməsi və siyasi partiyaların maliyyə hesabatlılığı məsələləri barədə müzakirə aparılıb.

Bundan əlavə, Azərbaycanda COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə bilavasitə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən qabaqlayıcı tədbirlər haqda da danışılıb.
Azərbaycanda 163 yeni yoluxma, 171 sağalma: 1 ölümAzərbaycanda koronavirus infeksiyasına 163 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Avrasiya.net-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 38037 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 35 440 nəfər müalicə olunaraq sağalıb, 557 nəfər vəfat edib, aktiv xəstə sayı 2040 nəfərdir.

Ölkədə son sutka ərzində 7108, hazırkı dövrədək isə 995376 test aparılıb.

Tehrandan Ərəb Birliyinə xəbərdarlıqƏrəb Dövlətləri Liqasının İrana qarşı əsassız iddialarını təkrarlamasını şiddətlə qınayırıq.

Axar.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Səid Xətibzadə deyib.

O bildirib ki, bu gün İranı təhdid kimi qələmə verənlərin İsraillə normallaşma müqavilələrini imzalamaları son dərəcə təhlükəli gedişatdır:

“Bəhreyn xalqının dinc nümayişlərinin yatırılması, İraq və Suriyada terror təşkilatı İŞİD-ə dəstək verilməsi, Yəməndə məzlum xalqa qarşı müharibələrin və qətllərin davam etməsi, eyni zamanda koalisiya daxilindəki parçalanmalar bölgə üçün ən böyük problem və təhdid yaradır. Ərəb Dövlətləri Liqasının İran torpaqları olan Əbu Musa və Tunb adaları üzərindəki yersiz iddiaları da qəbuledilməzdir”.

7 dövlət Türkiyəyə qarşı birləşdi – Ankaradan cavabMED-7 (Fransa, Malta, İtalya, İspaniya, Portuqaliya, Yunanıstan və Cənubi Kipr) zirvəsində qəbul edilən bəyanatda Şərqi Aralıq və Kipr məsələsi ilə bağlı ifadələrin hüquqi əsası yoxdur.

Axar.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib.

O, Yunanıstanı beynəlxalq hüquqa və dəniz yurisdiksiyasına qarşı iddialarından imtinaya dəvət edib:

“Gərginliyin azaldılması üçün yunanlar Türkiyənin “Oruc Rəis” gəmisinin ətrafından freqatları geri çəkməli, Meis daxil olmaqla, Egey dənizindəki adaları silahlandırmaqdan imtina etməli və Qərbi Trakyada türklərə qarşı artan təzyiqlərə son verməlidir. Türkiyə Aralıq dənizinin şərq hissəsində ən uzun sahili olan və Avropa Birliyi üzvlüyünə namizəd ölkədir. Yunanıstanın qeyri-şərtsiz Türkiyə ilə masaya oturması, Kiprin yunan və türk əhalisi karbohidrogen ehtiyatlarının axtarışı və istismarı üçün əməkdaşlıq etməsi vacibdir. Həmrəylik düzgünlüklə olur. Haqsızla həmrəylik olmaz”.

Qeyd edək ki, Korsikada Fransa, Malta, İtalya, İspaniya, Portuqaliya, Yunanıstan və Cənubi Kiprin iştirakı ilə toplantı keçirilib. Toplantıda Türkiyə tərəfindən guya suverenliyi pozulan Yunanıstan və Cənubi Kiprə dəstək ifadə edilib, 24-25 sentyabrda keçiriləcək AB zirvə toplantısında Türkiyəyə qarşı sanksiyanın görülə biləcəyi xatırladılıb.
Kreml Bakıya təzyiq üçün Mehdiyevi aktivləşdirib - ABŞ KİVABŞ-ın məşhur "Vaşinqton Tayms" qəzetinin 7 sentyabr sayında "America and Western allies must push back against Russia's assault on its neighbors" ("Amerika və Qərb müttəfiqləri Rusiyanın qonşularına qarşı hücumlarına müqavimət göstərməlidir") adlı məqalə dərc olunub.

Müəllif Pol Miller məqalədə Azərbaycan üçün də önəmli olan məqamlara toxunub.

Avrasiya.net Musavat.com-a istinadən sözügedən yazını təqdim edir:

"Rusiyanın Belarus üzərindəki nüfuzunun genişlənməsi Moskvanın ABŞ-a siyasi müdaxilə cəhdlərinin və Amerikanın xaricdəki qüvvələrinə qarşı fəaliyyətlərinin davamıdır.

Bu hadisələr son 20 ildə Rusiyanın siyasətini müşahidə edən heç kəsi təəccübləndirmir, çünki Rusiya yaxın qonşuluğunda eyni hibrid üsullardan istifadə edir. Rusiya siyasi təxribat, birbaşa hərbi əməliyyat və enerji (əsasən təbii qaz) təchizatı sahələrində manipulyasiya edərək qonşularını zəiflətməyə və öz əhatə dairəsinə çəkməyə çalışır. Görünür ki, bu həm Moskvanın post-imperiya həsrətindən, həm də keçmiş Sovet respublikalarının Qərbə yaxınlaşması ilə bağlı Rusiyanın açıq-aydın paroniyasından qaynaqlanır. Moskva üçün qonşuların hər hansı bir müstəqillik əlaməti Qərbin mühasirəsinin sübutudur.

Bu yaxınlarda Rusiya qardaş ölkə olan inadkar Belarusu iflas ssenarisinə sürükləməyi bacardı. Kremlin müəyyən etdiyi normadan artıq Qərblə yaxınlaşan Belarusun eksentrik Prezidenti Aleksandr Lukaşenkoya dərs vermək əzmində olan Moskva müxalifəti sakitcə dəstəkləmiş, bununla da gözləndiyi kimi, Lukaşenkonun mübaliğəli və Qərbin eyni dərəcədə güman edilən reaksiyasına səbəb olmuşdu.

Lukaşenkonun Moskvaya tamamilə təslim olması ilə hakimiyyətdə qalmasından və ya müxalifətə növbəti seçkilərdə güzəştə getməsindən asılı olmayaraq, Rusiya Belarus üzərində tam nəzarəti effektiv şəkildə geri qaytarmaqla və SSRİ-2 layihəsini yenidən işə salaraq qalib gəlir. Hadisələrin bu dinamikası digər postsovet dövlətləri üçün xəbərdarlıq təşkil edir.

Moskva bütün üsullardan istifadə edərək dünyanın strateji regionlarından olan, Rusiyanın ən müstəqil qonşusu Azərbaycana təzyiq göstərməyi qərara alıb.

İyul ayında Moskvanın itaətkar müttəfiqi və regiondakı əlaltısı Ermənistan tərəfindən Azərbaycana qarşı sərhəd hücumu Avropa və Asiyanı birləşdirən enerji və nəqliyyat yollarının keçdiyi ərazidə baş verdi. Bu dəhlizlərin Rusiya və İrandan keçməyən yeganə xətlər olması Rusiyanın qonşularına müdaxiləsinə geosiyasi çalar qatır.

Bu hadisələr Xəzər dənizi qazını Avropaya çatdırmaq və əsas regional enerji bazarı olan Türkiyəyə qaz tədarükçüsü kimi Rusiyanı əvəz etmək iqtidarında olan Cənub Qaz Dəhlizi layihəsinin Azərbaycan tərəfindən tamamlanması ilə üst-üstə düşdü. Qeyd olunmalıdır ki, bu, həmçinin İranın Türkiyəyə qaz təchizatının kəskin dərəcədə azalmasına təsadüf etdi.

Azərbaycan mediasında iyul ayında hərbi əməliyyatlar zamanı və sonrakı həftələrdə Ermənistana Rusiya silahlarının daşınmasını əks etdirən xəbərlər yayımlandı.

Məlumatlarda hərbi yüklərin uçuş vaxtları, rəqəmlər və xəritələr əks olunaraq, marşrutun Azərbaycan və Gürcüstan hava məkanından yan keçməsi, İran üzərindən həyata keçirildiyi göstərilib. Ermənistana bütün uçuşlar İran üzərindən həyata keçirilərək, mövcud Ermənistan-Rusiya-İran regional ittifaqını möhkəmləndirməkdədir.

Bununla yanaşı, bir daha İran üzərindən olmaqla uçuşların bir çoxu Ermənistandan Suriyaya həyata keçirilib. Bu, Bəşər Əsədin dəstəklənməsi üçün Ermənistanın ruslarla birgə Suriyaya qüvvələr göndərməsi ilə uzlaşır. Ermənistanın Müdafiə naziri David Tonoyanın 23 avqust tarixində Moskvada verdiyi şərhlərdə “Ermənistan və Rusiyanın eyni düşmənləri var” ifadəsi də bu xüsusda təəccüb doğurmur.

Azərbaycan rəsmiləri isə Rusiyadan narazılığı açıq şəkildə ifadə edir.

Avqust ayında Prezident İlham Əliyev Rusiya dövlət başçısı Vladimir Putin ilə geniş şəkildə ictimailəşdirilmiş telefon danışığı zamanı Ermənistana silah təchizatı ilə bağlı izahat tələb etdi və Prezidentin köməkçisi Hikmət Hacıyev Rusiyanın Müdafiə naziri Sergey Şoyqu tərəfindən məsələ ilə bağlı verilmiş məlumatın qənaətbəxş olmadığını bəyan etdi.

Görünür ki, qeyd edilən birbaşa hərbi təzyiqdən əlavə, Rusiya siyasi müdaxilədən istifadə edir və keçmiş idarəçilərin Qərb təhsilli texnokratlar ilə əvəz olunması istiqamətində cənab Əliyevin səylərinə maneə törətməyə cəhd edir.

Buna cavab olaraq, Kremlin Bakıdakı ən aşkar adamı, hazırda Bakını Rusiyaya münasibətdə ehtiyatlı olmağa səsləyən və hökumətə qarşı meydan oxuyan 83 yaşlı keçmiş kommunist ideoloq və uzun müddət Administrasiya rəhbəri olan Ramiz Mehdiyevi aktivləşdirdiyi görünür. Cənab Əliyevə qarşı cənab Mehdiyevin ən radikal müxalifət qüvvələri ilə uzun müddət əməkdaşlıq etdiyi aşkardır.

Moskvanın bütün vasitələrini Qərb müttəfiqlərinə və mənafelərinə qarşı bu qədər asanlıqla istifadə etməsi şəraitində ABŞ daha fəal, proaktiv və praqmatik olmalı, dostlarını gücləndirməklə düşmənlərinə qarşı tədbirlər görməlidir".

Yazının orijinalı ilə buradan tanış ola bilərsiniz.

Hüseynqulu Bağırovun dövlətə vurduğu ziyanı tam ödədiBakı Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mənimsəmədə təqsirləndirilən keçmiş əməkdaşları - Nazirliyin Hidrometeorologiya Departamentinin direktoru olmuş Əkbər Həsənov, həmin departamentin baş mühasibi İlqar Hacıyev və departamentin digər əməkdaşları - Orxan Qasımov, Tural Hacızadə və Təbriz Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Avrasiya.net-in məlumatına görə, keçirilən prosesdə zərərçəkmiş şəxs qismində 5 nəfər dindirilib.

Həmin şəxslər özlərini zərərçəkmiş şəxs kimi qəbul etməklərini, onlara heç bir zərər dəymədiyini bildiriliblər.

İ. Hacıyevin vəkili Ramil Məmmədzadə həmin 5 nəfər zərərçəkmiş şəxslərin siyahısından çıxarılmasını ilə bağlı vəsatət verib.

Hakim vəsatəti təmin etməyib.

Daha sonra vəkil R. Məmmədzadə bildirib ki, iş üzrə dövlətə dəyən ziyan tam olaraq ödənilib: “İş üzrə istintaq orqanı tərəfindən müvəkkilim dövlətə 151 min manat ziyan vurduğu bildirilib. Artıq həmin ziyan da tam ödənilib. Onun da digər təqsirləndirilən şəxslər kimi ev dustaqlığına buraxılmasını tələb edirik”.

Bu səbəbdən vəkil vəsatət verərək İlqar Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi istəyib.

Vəkilin vəsatəti təmin edilməyib.

Məhkəmə prosesi sentyabrın 18-də davam etdiriləcək.

Xatırladaq ki, İlqar Hacıyev sabiq nazir Hüseynqulu Bağırovu günahlandırıb. O bildirib ki, sabiq nazir onlardan aldığı 451 min manatı qaytarmadığı üçün bu vəziyyətə düşüb: “O zaman Hüseynqulu Bağırov nazir idi və istədiyini edə bilirdi. Nazirin bir çox qeyri-rəsmi göstərişini yerinə yetirmişəm. Bu günə qədər susdum. Amma gördüm ki, artıq hamı öz canına yanır. Ortada qalan isə bir mən olmuşam. Bu işə görə məsuliyyətə cəlb edilənlərdən digər üç nəfərin nə günahı var? Onlar niyə cəzalandırılmalıdır? Daha susmaq yoxdur. Ya mən və digər təqsirləndirilən şəxslər bəraət alacağıq, ya da Əkbər Həsənov və Hüseynqulu Bağırov da həbs ediləcək”.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və daha bir neçə maddəsi ilə ittihamlar irəli sürülüb.

İttihama görə, 2012-ci ildən Milli Hidrometeorologiya Departamentində rəhbər vəzifələrdə - direktor və direktor müavini işləyən Ə.Həsənovun rəhbərliyi ilə təqsirləndirilən şəxslər Nazirlikdə şəbəkə quraraq külli miqdarda vəsaiti mənimsəyiblər. Belə ki, onlar əmək müqaviləsi bağlamayan işçilərin əməkhaqlarını ayrı-ayrı kartlara köçürərək ələ keçiriblər.

İş üzrə ümumilikdə 450 min manatdan çox zərər olub. İstintaq dövründə 300 min manat zərər ödənilib.

Təqsirləndirilən şəxslərdən yalnız İlqar Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib.

Zərərçəkən 27 nəfər də əmək müqaviləsi imzalanmayan, maaşları karta köçürülərək mənimsənilən şəxslərdir.
"FCRA tərəfindən Qızıl məbədin qeydiyyata alınması yenilikçi təşəbbüsdür"İttifaqın Daxili İşlər Naziri Amit Şah bildirdi ki, cümə axşamı Amritsarda yerləşən Qızıl məbədin xarici sərmayə almasına hökumət tərəfindən icazə verilməsi qərarı yenillikçi bir təşəbbüsdür və bununla Siqh cəmiyyətinin mükəmməl xidmət ruhu bir daha nümayiş olunacaq.

Çərşənbə günü, Daxili İşlər Nazirliyi tərəfindən Xarici Dəstək Tənzimləmə Aktı 2010 çərçivəsində Şri Harmandir Sahib məbədinin qeydiyyatdan keçməsi təsdiqləndi.

Amritsarda yerləşən Qızıl məbədi həmçinin Şri Harmandir Sahib məbədi olaraq tanınır.

"Şri Harmandir Sahib məbədi ilə bağlı Xarici Dəstək Tənzimləmə Aktı qərarı, Siqh bacı və qardaşlarımızın üstün xidmət ruhunu bir daha nümayiş etdirəcək yenilikçi bir təşəbbüsdür" Şah paylaşdığı twitində bildirdi.

O qeyd etdi ki, Baş nazir Narendra Modi öz vəzifəsini yerinə yetirmək üçün quru tərəfindən xeyir-dua alıb.

“Şri Darbar Sahibin ilahiyyəti bizə güc verir. On illərdir bütün dünyada mövcud olan Sangat orada xidmət edə bilmirdi. Modi Hökuməti tərəfindən Şri Harmandir Sahib məbədinə Xarici Dəstək Tənzimləmə Aktına icazə verilməsi ilə bağlı qərarı ‘Seva’ təşəbbüsünün bütün dünyada Sangat ilə Şri Darbar Sahib arasında olan əlaqəni dərinləşdirir. O dedi: “Mübarək bir an! ”

Xarici Dəstək Tənzimləmə Aktı qeydiyyatı, 1925-ci ildə qurulmuş bir qurum olan 'Saçxand Şri Harmandir Saheb Şri Darbar Saheb Pəncab Assosasiyası' adına verilmişdir.

İttifaqın Qida Emalı Naziri və Akali Dal lideri Harsimrat Kaur Badal Qızıl məbədə Xarici Dəstək Tənzimləmə Aktı qeydiyyatı verdiyinə görə Şaha təşəkkürünü bildirdi.

“Daxili İşlər Nazirliyinin Xarici Dəstək Tənzimləmə Aktı çərçivəsində Şri Harmandir Sahib məbədini təsdiq etdiyini bildirməkdən məmmunam. Bu, ziyarətgahın dünyanın hər yerindən ‘xidmət almasına və Gurusahabın ‘hər kəsə xeyir-dua’ fəlsəfəsini təbliğ etmək üçün uzun bir yol qət etməsinə imkan verəcəkdir. Buna imkan yaratdığı üçün @AmitShaha təşəkkürümü bildirirəm "deyə çərşənbə günü tvit atdı.

Mənbələrin verdiyi məlumata əsasən Xarici Dəstək Tənzimləmə Aktı qeydiyyatı beş il müddətində qüvvədə olacaq.
Əli Həsənov yeni açıqlama yaydı: İndi də Klivlend xəstəxanasına gedirPrezident Administrasiyasının sabiq şöbə müdir Əli Həsənov özünün Facebook sosial şəbəkəsindəki səhifəsində növbəti açıqlama ilə çıxış edib.

Avrasiya.net-in məlumatına görə, Əli Həsənov son zamanlar mətbuatın onun haqqında çox yazmasından ciddi narahat olduğunu vuğulayıb. O, bəzi jurnalistləri saxta gündəm yaratmağa çalışmaqda ittiham edib.

Bildirib ki, hazırda sağlamlığındakı problemlərin həllilə məşğuldur:

“2013-cü ildə keçirdiyim geniş infarktdan sonra Almaniyada iki açıq ürək əməliyyatına məruz qaldığımı hər kəs bilir. O dövrdən başlayaraq mən hər il iki dəfə ya Berlində, ya da İstanbulda yoxlamadan keçirəm. İstanbulda mənim həkimlərim Siyami Ersek ürək-damar xəstəlikləri dövlət xəstəxanasının kardiologiya şöbəsinin dosenti Yalçın Velibeydir. Davamlı olaraq 7 ildir ki, mən onun yanına gəlirəm, əgər o tövsiyyə edirsə başqa klinikalardakı digər mütəxəssislərə də baş çəkirəm. Bu dəfə də mən vəziyyətimlə bağlı bu klinikaya gəlmişəm, bir həftə boyu hər gün kardioloji yoxlamada olmuşam, axşamlar klinikanın mövcud vəziyyətini də nəzəra alaraq, yaxınındakı hoteldə gecələmişəm. Sonrakı müalicəm və daha hansı klinikada ürək klapanı üzrə mütəxəssis professorla görüşməyim və s. haqqında danışmağı artıq hesab edirəm.

Hazırda Abu-Dabidəki Klivlend xəstəxanasına getmək üçün bəlli zamanı gözləyirəm. Bütün bunlar haqqında mən mütəmadi olaraq müvafiq kanallarla ölkə başçısına da məlumat vermişəm.

Beləliklə, qoy məni tanıyan və haqqımda müfəssəl məlumat almaq istəyən vətəndaşlarımız Azərbaycandakı bu yalan makinalarına inanmasınlar”.

Əli Həsənov 20-26 avqust tarixində İstanbulda Siyami Ersek xüsusi ürək-damar cərrahiyyəsi xəstəxanasımda keçdiyi müayinələrin və müalicənin bəzi sənədlərini də Facebook da təqdim edib.