Salyanda ev yandı, sahibi öldüSalyan rayonunda ümumi sahəsi 136 m² olan, tikintisi başa çatmayan birmərtəbəli evin 1 otağının yanar konstruksiyaları 40 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1965-ci il təvəllüdlü Cəfərov Firudin Cəfərağa oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
AMEA Ramiz Mehdiyevin bugünkü açıqlamasını təkzib etdiSentyabrın 10-da “Təzadlar” qəzetində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin guya bu mətbu orqana müsahibə verdiyinə dair həqiqətə uyğun olmayan məlumat yayılıb.

Bu barədə AMEA-nın mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, sentyabrın 9-da həmin qəzetin bir əməkdaşı baş redaktorun adından akademik Ramiz Mehdiyevin iş telefonuna zəng vuraraq, ondan ölkədə cərəyan edən siyasi proseslərə dair şərh verməsini istəyib.

“Öz növbəsində AMEA prezidenti siyasi proseslərə dair hər hansı şərh vermək niyyətində olmadığını bildirib. Dövri mətbuatda böhtanlar səsləndirən şəxslərin, xüsusilə də deputat Fəzail Ağamalının və Maksim Musayevin fikirlərinə münasibət bildirmək xahişinə cavab olaraq isə akademik Ramiz Mehdiyev onların heç birini ciddi qəbul etmədiyini bir daha vurğulayıb. Eyni zamanda o, böhtan atan şəxsləri məhkəməyə verməyə hazırlaşdığını və müvafiq prosedurların aparılması üçün vəkil tutulduğunu da jurnalistin diqqətinə çatdırıb”, - deyə AMEA-nın məlumatında qeyd olunub.

AMEA bir daha bəyan edib ki, bu günlərdə akademik Ramiz Mehdiyev heç bir yerli və xarici KİV-ə müsahibə verməyib:

“AMEA-nın rəsmi saytında dərc edilmiş açıqlamalar istisna olmaqla, onun adından yayılan heç bir məlumat həqiqəti əks etdirmir”.
QMİ nümayəndəsi "Güc Birlikdədir” blokunun namizədini qonaq edibQafqaz Müsəlmanlar İdarəsinin Gürcüstan üzrə nümayəndəsi, Hacı Əli Əliyev “Güc Birlikdədir” blokunun Bolnisi, Dmanisi, Tetricğaro və Zalqa Bələdiyyələrindən majoritar namizədi, Kaxaber Okriaşvilini və ''Vahid Milli Hərəkat'' partiyasının liderlərindən olan Dimitri Şaşkini evində qonaq edib.

Avrasiya.net xəbər verir ki, bu barədə, Qafqaz Müsəlmanlar İdarəsinin Gürcüstan üzrə nümayəndəsi, Hacı Əli Əliyev 24News.ge xəbər portalına müsahibə verib. Hacı Əli Əliyevin sözlərinə görə, görüşün əsas məqsədi məsləhətləşmələr aparmaq olub: “Bildiyiniz kimi Kaxaber Okriaşvili Bolnisi, Dmanisi, Tetricğaro və Zalqa Bələdiyyələrində Güc Birlikdədir blokunun majoritar namizədidir. Onun buraya gəlməkdə məqsədi bizi ziyarət etmək və məsləhətlər almaq idi. Görüşümüz çox səmimi və xoş keçdi”, - deyə Hacı Əli Əliyev bildirib.
QMİ nümayəndəsi "Güc Birlikdədir” blokunun namizədini qonaq edib
Xatırladaq ki, Qafqaz Müsəlmanlar İdarəsinin Gürcüstan üzrə nümayəndəsi Hacı Əli Əliyev, “Güc Birlikdədir” blokunun qurucularından olan "Vahid Milli Hərakat" partiyasının milli və dini məsələlər üzrə baş məsləhətçisi seçilib.
Salyanda qara maskalı manyaklar peyda oldu - VideoSalyanın Xıdırlı kənd sakinlərinin yuxusu son bir həftədir ərşə çəkilib. Səbəb kənddə manyakların peyda olmasıdır. İddia olunur ki, 3 nəfərdən ibarət qara maskalı şəxslər əsasən gecə saatlarında qapı-pəncərəni döyür, evlərin, damların üstünə çıxaraq gəzir, ot tayalarını, yorğan-döşəyi dağıdırlar.

Avrasiya.net xəbər verir ki, ARB məsələ ilə bağlı geniş sujet hazırlayıb.
Məhkəmə XİN-nin keçmiş şöbə müdirini həbsdə saxladıBu gün Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Xarici İşlər Nazirliyində (XİN) keçirdiyi əməliyyat zamanı həbs edilən, nazirliyin Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə dəyişdirməsi ilə bağlı verdiyi vəsatətə baxılıb.

Avrasiya.net-in məlumatına görə, hakim İlkin Rüstəmlinin sədrliyi ilə keçirilən prosesdə vəsatət araşdırılıb və qərar elan olunub. Məhkəmənin qərarı ilə vəsatət təmin edilməyib.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyat zamanı nazirliyin İşlər idarəsinin müdiri, Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.

Səbail rayon Məhkəməsinin qərarı ilə adıçəkilən şəxslər barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Əlcəzairin səfiri azad ticarət zonası ilə tanış olmaq istəyibSentyabr ayının 9-da Əlcəzair Xalq Demoktatik Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Səlimə Abdelhaq Ələt Azad İqtisadi Zonasının müvəqqəti idarəetmə qurumunun sədri Valeh Ələsgərovla virtual görüş keçirib.

Səfirlikdən Avrasiya.net-ə verilən məlumata görə, görüş zamanı səfir xanım Səlimə Abdelhaq azad ticarət zonası ilə ətraflı tanış olmaq istəyib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər üzrə müzakirələr aparılıb. Sonra digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.
Əlcəzairin səfiri azad ticarət zonası ilə tanış olmaq istəyib
Nazir özünü məktəb binasından atan şagirdə baş çəkdiSentyabrın 10-da Təhsil naziri Emin Əmrullayev üç gün əvvəl müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən Bakı şəhəri 313 nömrəli tam orta məktəbin şagirdi Solmaz Hacıyevaya baş çəkib.

Təhsil Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, məktəblinin müalicəsinin gedişi ilə maraqlanan Təhsil naziri şagirdin valideynləri və həkimlərlə görüşərək onlarla söhbət edib.

E.Əmrullayev şagirdin tez sağalması və normal həyata qayıtması üçün lazımi dəstək göstəriləcəyini bildirib, ona Allahdan şəfa diləyib.

Qeyd edək ki, sentyabrın 7-si 313 nömrəli məktəbin 9-cu sinif şagirdi özünü məktəbin üçüncü mərtəbəsindən ataraq intihara cəhd edib. Məktəbli hazırda xəstəxanada müalicə alır. Hadisə ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

V qrupda qabiliyyət imtahanları ləğv olundu  - ballar artırıldıBu il V ixtisas qrupunda bədən tərbiyəsi və idman ixtisasları üzrə qabiliyyət imtahanları ləğv edilib.

Avrasiya.net-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, bu dəyişiklik yalnız bu ilə aiddir: “Biz gözləyirik ki, bu il bədən tərbiyəsi və idman ixtisasları üzrə qabiliyyət imtahanı ləğv edildiyindən keçid balı 150-yə yaxın olsun”.
Abituriyentlərə şad xəbər - 2-ci qrupda bəzi ixtisasların balları aşağı salındıDövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ixtisas seçimi zamanı sıralama məsələsinə aydınlıq gətirib.

Avrasiya.net-in məlumatına görə, Məleykə Abbaszadə deyib ki, ixtisasların sıralanması zamanı abituriyentin birinci yazdığı yeri ondan daha yüksək bal toplayan seçirsə, bu zaman həmin abituriyent ikinci yerdə yazılan ixtisasın müsabiqəsində iştirak edir:

"Ancaq abituriyentin birinci yazdığı ixtisasda ondan yüksək bal toplayıb həmin ixtisası seçən olmayıbsa, bu zaman o, həmin ixtisasa qəbul ola bilər. Abituriyentin qəbul olduğu ixtisasdan sonra yazdığı ixtisasların isə artıq əhəmiyyəti yoxdur. Ona görə deyirəm ki, abituriyent hansı ali məktəbdə hansı ixtisası seçmək istədiyini əvvəlcədən bilməlidir. Bu zaman həmin ixtisasın abituriyentin topladığı bala uyğun olub-olmadığı “Abituriyent” jurnalı ilə yoxlanmalıdır. Bu il II ixtisas qrupunda ötən illə müqayisədə müsabiqə vəziyyəti bir az aşağı olacaq, gözləyirik ki, keçid balı da ötən illə müqayisədə bir az aşağı olsun. Ona görə də hər bir ixtisası seçəndə keçənilki balla müqayisə etmək lazımdır. Məsələn, keçən il 450 bal olan ixtisas varsa, abituriyent 400 bal toplayıbsa, o yeri yaza bilər”.
Ramiz Mehdiyev: Əlimdə olan faktları ortaya qoysam... - VideiPrezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın Prezidenti, akademik Ramiz Mehdiyev son günlər onun haqqında yazılanlarla bağlı "Təzadlar"a açıqlama verib.

Avrasiya.net Unikal.org-a istinadən xəbər verir ki, AMEA rəhbəri ona qarşı aparılan qarayaxmalardan danışıb:

"Nankorlar sabah başqalarına qarşı da eyni nankor yol tutacaqlar. Məni əsassız tənqidlər o dərəcədə narahat etmir, lakin məni ən çox narahat edən yaxşılıq göstərdiklərimin, həyatını xilas etdiklərimin, ayağa qaldırdıqlarımın, məni görəndə ikiqat baş əyənlərin… bu gün mənə düşmən kəsilməsi - nankorluğudur. Əgər həmin şəxslər barəsində əlimdə olan faktları ortaya qoysam, onlar gərək respublikadan baş götürüb qaçalar, aləm bir-birinə dəyər. Onlardan bəzilərini isə məhkəməyə verəcəyəm. Yazdıqları yalanlara, olmayan hadisələri uydurub söylədiklərinə görə yox, onların nankor olduqlarını cəmiyyətə sübut etmək üçün".