Əlcəzair səfiri Naxçıvanın Bakıdakı daimi nümayəndəsi ilə görüşübBu gün Əlcəzairin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Səlimə Abdelhaq Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovla görüşüb.

Səfirlikdən Avrasiya.net-ə verilən məlumata görə, öncə B.Əsgərov Əlcəzair səfirinə Naxçıvan Muxtar Respublikası Ali məclisinin sədri Vasif Talıbovun salamlarını çatdırıb və Səlimə Abdelhaqın Azərbaycana səfir təyin edildikdən sonra Əlcəzair səfirliyinə ilk təbrik teleqramını göndərdiyini qeyd edib. Daha sonra B.Əsgərov Naxçıvanın tarixi, mədəniyyəti, coğrafi mövqeyi və turizm potensialı haqqında geniş məlumatlar verib.
Əlcəzair səfiri Naxçıvanın Bakıdakı daimi nümayəndəsi ilə görüşüb
B.Əsgərov Qarabağ məsələsinə də toxunub, ermənilərin Azərbaycan torpaqlarının 20 faizdən çox hissəsini işğal etdiyini bildirib.
Əlcəzair səfiri Naxçıvanın Bakıdakı daimi nümayəndəsi ilə görüşüb
Səfir xanım S.Abdelhaq Naxçıvan haqqında məlumatlı olduğunu qeyd edib, həmçinin gələcəkdə əlaqələrin genişləndirilməsi və müxtəlif istiqamətlərdə əməkdaşlıq münasibətlərinin qurulmasından söhbət açıb.
Lukaşenko: Hakimiyyətdən asanlıqla getməyəcəmBelarus Prezidenti Aleksandr Lukaşenko müxalifətin tələb etdiyi kimi rahatlıqla hakimiyyətdən getməyəcəyini bildirib.

Avrasiya.net xəbər verir ki, dövlət başçısı bunu rusiyalı jurnalistlərə verdiyi müsahibə zamanı deyib.

“25 ildir ki, Belarusun quruculuğu ilə məşğulam. Hakimiyyətdən asanlıqla getməyəcəm. Çünki mən getsəm, onlar bütün tərəfdarlarımı məhv edəcəklər”, - Aleksandr Lukaşenko bildirib.
Əfv Məsələləri Komissiyasının tərkibi dəyişdirildiPrezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 fevral tarixli 1792 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

Avrasiya.net sərəncamın mətnini təqdim edir:

1. “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 fevral tarixli 1792 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 312; 2018, № 6, maddə 1297; 2019, № 9, maddə 1487) 1-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:

“Komissiyanın sədri

Samir Nuriyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

Komissiyanın üzvləri

Fuad Ələsgərov - Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Gündüz Kərimov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi

Fikrət Məmmədov - Azərbaycan Respublikasının Ədliyyə naziri

Vilayət Eyvazov - Azərbaycan Respublikasının Daxili İşlər naziri

Əli Nağıyev - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Allahşükür Paşazadə - Şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri

Əhliman Əmiraslanov - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Səhiyyə komitəsinin sədri

Zahid Oruc - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İnsan hüquqları komitəsinin sədri

Fazil Mustafa - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Mədəniyyət komitəsi sədrinin müavini

Azay Quliyev - Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Sədaqət Vəliyeva - Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Aynur Sofiyeva - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini

Rəşad Məcidov - Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü

Əliməmməd Nuriyev - “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri

Bəyimxanım Verdiyeva - “Xan Şuşinski” Fondunun rəhbəri

Mehriban Vəliyeva - Akademik Zərifə Əliyeva adına liseyin direktoru

Komissiyanın katibi

Kəmalə İsmayılova - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun müdiri”.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
139 yeni yoluxma, 128 sağalma, 1 ölüm faktı Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 139 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
Deputatı saxlayan polisin işi araşdırılırDünən yol polisi ilə yaşanan arzuolunmaz məsələ barədə yazmışdım. Bu gün Dövlət Yol Polisi idarəsindən zəng oldu və xeyli müzakirə apardıq. Mövqeyimi bildirdim ki, söhbət məndən getmir, deputat da vətəndaş kimi bütün qanunlar qarşısında bərabərdir. Heç kim qanundan yox, qanun hər kəsdən üstündür. Məsələni ictimailəşdirməklə mövcud problemlərin həllinə diqqət çəkdik.

Avrasiya.net xəbər verir ki, bu fikirləri deputat Razi Nurullayev bildirib.

Deputat qeyd edib ki, qaldırdığı məsələlərlə bağlı problemlərin araşdıralacağını deyiblər:

“Məlum polis nəfəri ilə bağlı da müvafiq tədbirlərin görüləcəyini vurğuladılar. Araşdırma gedir.

Anlaşıqlı söhbət, bir-birimizi başa düşmək, məsələlərin həlli yolunda addımlamaq cəhdləri də xoşuma gələn məqamlar oldu. Mən heç bir məmurun, heç bir dövlət idarəsinin, vəzifəli şəxslərin düşməni deyiləm, onlara qarşı da qərəzim yoxdur və ola da bilməz. Xalqa, sürücülərə hörmət edin və hörmət görün.

Danışığımızdan hasil olan nəticə budur ki, müəyyən müsbət addımlar atılacaq ki, sürücülər incidilməsin və ya narazı qalmasın. Davranış etikası da mühümdür, bunu da müzakirə etdik.

Açığı hər dəfə problem, umu-küsü ilə gündəmə gəlmək də xoşuma gəlmir. Belə çıxmasın ki, ancaq narazıyam və ancaq tənqid etməyi sevirəm. Bilmirəm niyə belə alınır? Bəlkə də laqeyd qala bilmirəm, bəlkə mənə də sərt kaantin rejimi təsir edib və emosiyalarımı idarə etməyə mane olur.

Sonra da ddüşünürəm ki, təsiri ola bilər, amma ən böyük səbəb daşıdığım siyasi məsuliyyətdir. Azərbaycanda insanlarımızın dövlətindən narazı qalmasını istəmirəm”.
Tanınmış musiqiçini oğlu ehtiyatsızlıqdan öldürüb - ProkurorluqSentyabrın 8-də, saat 12 radələrində Nofəl Süleymanlının paytaxtın Nizami rayonu ərazisində yaşadığı evdə odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətlər nəticəsində ölməsi barədə məlumat daxil olub.

Nizami rayon prokurorluğundan Avrasiya.net-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-ballistik, kriminalistik və tibbi ekspertlərin iştirakları ilə baxış keçirilmiş, hadisə yerindən müvafiq qan, giliz, silah və iş üzrə əhəmiyyət kəsb edən digər əşya və predmetlərin götürülməsi təmin edilib:

“Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş, o cümlədən digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, həmin gün saat 12 radələrində 2003-cü il təvəllüdlü Şövqü Süleymanlı paytaxtın Nizami rayonu ərazisində yerləşən yaşadıqları evin mətbəxində atası Nofəl Süleymanlının adına olan «Escot» markalı 12 kalibrli ov tüfəngində olan patronları boşaldarkən ehtiyyatsızlıqdan tüfəngdən açılmış atəş nəticəsində qırmalar həmin vaxt mətbəxin eyvanında olan atası Nofəl Süleymanlının kürək nahiyyəsinə dəymiş, sonuncu aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir”.
Rusiya koronavirusa qarşı vaksinin ilk görüntüsünü yaydı - FOTORusiyanın “Vektor” virusologiya və biotexnologiya mərkəzi koronavirusa qarşı “EpiVakKorona” vaksininin ilk fotosunu yayımlayıb.

TASS xəbər verir ki, bu barədə məlumatı Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti verib.

Rusiyada indiyədək 1 milyondan çox insana COVID-19 diaqnozu qoyulub. Onlardan 17 993 nəfəri ölüb, 850 049 nəfər isə sağalıb.


Əli Həsənov Antalyaya, oğlu Misirə getdi – Sensasion iddiaÖtən ayın 19-da Prezidentin keçmiş köməkçisi Əli Həsənovun səhhətində ciddi problemlər yarandığı və təcili olaraq Türkiyəyə yola salındığı bildirilir.

Avrasiya.net xəbər verir ki, Yeniavaz.com səhhətində ciddi problemlər yarandığı üçün Türkiyəyə yola düşdüyü iddia edilən Əli Həsənovun orada xəstəxanaya deyil, otelə yerləşdiyini yazıb.

Türkiyə hökumətinə yaxın mənbədən daxil olan məlumatda bildirilir ki, İstanbulda onlarla qohumu və dostu olduğu halda Əli Həsənov qalacağı yeri onlardan gizli saxlamaq üçün oteli “booking.com” vasitəsilə sifariş edib.

Onun bir neçə il əvvəl Əli Həsənovun qudası, millət vəkili Səttar Möhbalıyevin həyat yoldaşının vasitəçiliyi ilə İstanbulun ən bahalı yaşayış məkanlarından hesab olunan “Bal Mumcu” ərazisində 75 milyon lirəyə villa aldığı bildirilir. Lakin maraqlıdır ki, İstanbulda bahalı villasının olmasına baxmayaraq, Əli Həsənov öz villasında qalmaq istəməyərək İstanbulun “Moda” adlanan ərazisindəki “Double Tree” otelində qalmağa üstünlük verib.

Mənbənin verdiyi məlumatda qeyd olunur ki, adına onlarla bank kartı olmasa da, Əli Həsənov oteldə kredit kartı olmadığını bildirərək, bütün ödəmələrin nağd şəkildə həyata keçiriləcəyini deyib.

Bildirilir ki, səhhətində ciddi problemlər yarandığı deyilən və bu səbəbdən Türkiyəyə gedən Əli Həsənov Türkiyənin heç bir həkiminə güvənməyərək, orada dostu olan azərbaycanlı həkimin müayinəsinə gedir.

İstanbula səfərinin müalicə xarakterli olduğu bildirən Əli Həsənov orada “Mərmərə Qrupu"nun üzvləri ilə hər gün görüş keçirir. Qeyd edək ki, “Mərmərə Qrupu”nun rəhbəri Akkan Suvər 1987-1995-ci illərdə Türkiyədə Milliyyətçi Hərəkat Partiyasının (MHP) mətbuat katibi, sonralar isə partiya katibinin müavini olub.

4 sentyabr tarixində Feysbuk sosial şəbəkəsindəki hesabında səhhətinin ağır olduğundan yazan Əli Həsənov elə mesajı yazdığı vaxt İstanbuldan Antalyaya səfər edib və maraqlıdır ki, İstanbuldan Antalyaya təyyarə ilə yox, avtomobilə gedib.

Əli Həsənovun Türkiyə səfərilə bağlı diqqət çəkən məqamlardan biri də odur ki, Əli Həsənovun oğlu Şamxal Həsənov atası ilə eyni təyyarədə İstanbula getməyib. Yalnız atasının İstanbula getməsindən 2 gün sonra Şamxal Həsənov da İstanbula gəlib. Əli Həsənov Antalyaya yola düşən zaman oğlu Şamxal Həsənov da Misir Hava Yollarına bilet alaraq Ərdoğan höküməti ilə ziddiyyətdə olan Qahirəyə gözlənilməz səfər edib.
Tanınmış musiqiçi faciəli şəkildə vəfat etdi
Tanınmış musiqiçi Nofəl Süleymanovun ölüm səbəbi dəqiqləşib.

Avrasiya.net xəbər verir ki, N.Süleymanovun sənət dostları onun güllə yarasından vəfat etdiyini bildiriblər. Belə ki, ötən gecə oğlunun əlində silahdan ehtiyatsızlıq səbəbindən atəş açılıb. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, ilkin olaraq ailəsindən N.Süleymanovun yol qəzası səbəbindən vəfat etdiyi bildirilmişdi.

Faktla bağlı araşdırma aparılır.

*****

13:47

Tanınmış musiqiçi Nofəl Süleymanov vəfat edib.

Avrasiya.net xəbər verir ki, ötən gecə idarə etdiyi avtomobillə ağır yol qəzasına düşən N.Süleymanovun həyatını xilas etmək mümkün olmayıb. Bəzi yaxınları isə musiqiçinin evdə övladının əlində ehtiyatsızlıqdan atəş açılması nəticəsində öldüyünü qeyd ediblər.

Qeyd edək ki, musiqi sahəsində tanınmış gitaraçılardan olan N.Süleymanov bir çox məşhur müğənniləri müşayiət edib, həmçinin solo ifaları ilə tanınıb.

Allah rəhmət eləsin!

Muxtar