Bakıda IX sinif şagirdi 3-cü mərtəbədən yıxıldıBu gün Bakının Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 313 nömrəli tam orta məktəbin IX sinif şagirdi Solmaz Hacıyeva 3-cü mərtəbədən yıxılaraq xəsarət alıb. Xəsarət nəticəsində məktəbli müxtəlif bədən xəsarəti diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Təhsil Nazirliyindən verilən məlumata görə, nazirlik olaraq bu hadisədən məyus olduğumuzu bildirir və Solmazın tezliklə sağalaraq təhsilə qayıtmasını arzulayırıq.

Hadisə ilə bağlı Təhsil nazirinin müşaviri R.Ağayev uşağa xəstəxanada baş çəkib, məktəblinin valideynləri ilə görüşüb və müalicənin gedişi ilə maraqlanıb. Eyni zamanda, nazirliyin səlahiyyətli şəxsləri hadisənin baş verdiyi məktəbin ərazisinə gedib və məktəb rəhbərliyi, eləcə də hadisənin şahidləri ilə görüşüblər.

Baş verən hadisə aidiyyəti qurumlar tərəfindən araşdırılır.

Bir daha bildiririk ki, Təhsil Nazirliyi olaraq Solmazın və onun aiəsinin yanındayıq və hazırda ən vacib məsələ Solmazın sağlamlığıdır. Təhsil Nazirliyi hadisənin təfərrüatlarının araşdırılmasını diqqətdə saxlayır və ictimaiyyəti bu araşdırmanın nəticələri barədə məlumatlandıracaq.
“Əkinçi”dən “Traktor”a uzanan TORPAQ sevgisiNadir AZƏRİ
Əməkdar jurnalist


“Əkinçi”dən “Traktor”a uzanan TORPAQ sevgimiz bizi tezliklə Şuşaya, Dağlıq Qarabağa qovuşduracaq!

Türk dünyasının, Türk xalqlarının ulu ozanı Dədə Qorqud zamanında əbəs yerə “əgər torpağı qorumursansa, onu əkib becərməyə dəyməz, əgər əkib becərmirsənsə, onu qorumağa dəyməz” deməyib. Sadə bir cümlə olsa da, bunun arxasında böyük bir fəlsəfi məna yatır. O mənada ki, ulu Dədə Qorqudumuz bu cümlə ilə Türk xalqlarına, o cümlədən azərbaycanlılara torpağın hansı baxımdan əhəmiyyətli olduğunu çatdırıb - Qoruduğun torpağı mütləq əkib becərməlisən, yaxud da əkib becərdiyin torpağı mütləq qorumalısan. Çünki torpaq həm də Vətəndi, ana yurddu. Bizim doğulub, boya-başa çatdığımız, bizdən sonra gələnlərin də ayaq tutub yeriyəcəyi, həm əkib becərəcəyi, həm də lazım gəlsə öz qanı bahasına belə qoruyacağı bir yurddu.

Çünki təkcə torpaq deyil, həm də torpağı sevmək və qorumaq da ulularımızdan bizə miras qalıb. Ona görə də bizlər torpağa önəm veririk, torpağı sevirik, “torpaq müqəddəsdir”, “hər zaman onun uğrunda canımızı verməyə hazırıq” deyirik... Torpaqdan niyə söz açdım?! Bu sualın cavabı olaraq "Əkinçi" qəzeti və "Traktor" futbol komandasını xatırlatmaq istəyirəm. Sual oluna bilər ki, bunların bir-birinə nə aidiyyəti?! Bəli, ilk baxışdan heç bir aidiyyəti yoxdur. Biri 145 il əvvəl əsası qoyulmuş qəzet, digəri isə 50 il əvvəl əsası qoyulmuş futbol komandası. Amma bunları bir-birinə bağlayan bir sıra məqamlar var.
Birinci məqam hər ikisinin də azərbaycanlılar tərəfindən yaradılması, yəni milli olmasıdır. 1875-ci ildə Arazın bu tayında "Əkinçi" qəzetinin əsasını qoyan dahi ziyalımız Həsən bəy Zərdabi bununla milli və azad mətbuatımızın ilk toxumlarını torpağa atdı.

Yəni 145 il əvvəl dahi Zərdabinin “Əkinçi”sinin torpağa atdığı toxumlar cücərdi-cücərdi zaman-zaman bar verdi, zaman-zaman şaxələndi, yayıldı və bu gün Arazın bu tayındakı Azərbaycanın müasir, mövcud mətbuatının ilk zərrəciyinə, ilk nöqtəsinə çevrildi. “Əkinçi” həm də torpaqla bağlı olan bir ad idi. Hesab edirəm ki, Həsən bəy Zərdabi bu qəzetin adını "Əkinçi" qoymaqla bir tərəfdən də ulularımızın torpağa bağlı olduğuna işarə etmiş və bizim də bu ənənəyə sadiq qaldığımızı göstərmişdi.
"Əkinçi"nin əsasının qoyulmasından 95 il sonra, 1970-ci ildə isə Arazın o tayında bir milli futbol komandasının əsası qoyuldu və nə qədər qəribə olsa da bu komandanın da adı bir mənada torpaqla, əkinlə bağlı idi - "Traktor". Bəli, "Traktor" deyəndə bizim hər birimizin yaddaşına ilk gələn torpaq, əkin olur.

Və mənə elə gəlir ki, bu klub sponsorunun məhz Təbrizin ən böyük zavodlarından biri olan Traktor zavodu olması, həmçinin futbol komandasının da “Traktor” adlandırılması heç də təsadüfi deyil. Bəlkə də ululardan gələn bir genetik siqnaldı ki, cənublu soyadşlarımız 1970-ci ildə Təbrizdə yaradılan bu futbol klubunun da adını "Traktor" qoyublar. Yəni bu da bir növ azərbaycanlıların -Arazın istər o tayında olsun istərsə də bu tayında - torpağa bağlı olduqlarına dair daha bir bir mesajdır məncə.
"Əkinçi" ilə "Traktor"un bağlılığına başqa bir aspektdən də toxunmaq istəyirəm.

Bu isə ondan ibarətdir ki, məhz "Əkinçi"nin yaradılmasının 145-ci ildönümündə "Traktor" İran çempionu olmaqla dünyaya səs saldı. Və başqa bir məqam da budur ki, "Traktor" öz yaradılışının 50-ci il dönümündə bu çempionluq titulunu qazandı. Yəni mənə elə gəlir ki bu rəqəmlər də təsadüfən deyil. Burda bir mistika, bir mesaj var, bəlkə də bir Tanrı mesajı da var.

Beləliklə, bir daha o fikrə qayıdıram ki, istər "Əkinçi", istər "Traktor" bizlərin ana qədər sevdiyimiz, Vətən dediyimiz torpağa bağlı olduğumuzun bir təsdiqidir. Eyni zamanda düşünürəm ki, bu rəqəmlərin mistikası fonunda 2020-ci il bizə torpaqla, Vətənlə bağlı daha bir sevinci yaşada bilər.

Düşünürəm ki, "Əkinçi"nin yaranışının 145-ci, "Traktor"un yaranışının 50-ci ildönümündə Arazın bu tayında daha bir uğur qazanılacaq, Azərbaycan Respublikasının şanlı Ordusu, qəhrəman əsgərlərimiz işğal altındakı torpaqlarımızı birdəfəlik düşməndən azad edərək bayrağımızı Şuşada, Xankəndidə, bütün azad olunacaq torpaqlarımızda dalğalandıracaqlar. Və o zaman ulu ozanın, ulu Dədə Qorqudun “əgər torpağı qorumursansa, onu əkib becərməyə dəyməz, əgər əkib becərmirsənsə, onu qorumağa dəyməz” kəlamını bir daha xatırlaya-xatırlaya həyatımıza davam edəcəyik.

Yəni, necə ki, 2016-cı ildə düşmən tapdağından azad olunan Cocuq Mərcanlıda tezliklə əkdik, becərdik və torpağımızı yenidən yurda çevirdik, bundan sonra da azad olunacaq torpaqlarımızı əkib becərəcəyik, yenidən yurda çevirəcəyik və o zaman deyəcəyik ki, bəli, biz torpağı sevirik, biz anamızı sevirik, biz Vətənimizi sevirik və bu torpağa da, bu Vətənə də sahib çıxmağı bacarırıq. Bir sözlə, “Əkinçi”dən “Traktor”a uzanan TORPAQ sevgimiz bizi tezliklə Şuşaya, Dağlıq Qarabağa qovuşduracaq!
 Hakimiyyətlə dialoq mütləqdir - ALDP sədriAzərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News-a müsahibə verib. Müsahibəni təqdim edirik.

-Son dövrlər hakimiyyət Siyasi partiyalar, QHT-lər, media nümayəndələri ilə görüşlər keçirilir. ALDP hər zaman dialoq tərəfdarı olub. Hazırkı dialoq səviyyəsini necə qiymətləndirirsiniz?

- Hakimiyyət daxilində yenilənmə prosesi davam edir. Paralel olaraq Dövlət başçısının köməkçiləri cəmiyyət nümayəndələrilə görüşlər keçirirlər. Artıq bir neçə görüş olub və demək olar ki, bəzi məsələlər müsbət həll olunub. Siyasi partiyaların qeydiyyat məsələsi, pandemiya dövründə on-line qurultayların keçirilməsi kimi məsələləri misal çəkmək olar.

- Bəzi müxalifət qüvvələri bu görüşləri normal qəbul etmir. Görüşdə iştrak edənləri hakimiyyətlə işbirliyində olmaqda suçlayırlar. Onların belə ittiham etməyə hansısa əsas varmı?

- Hesab edirəm ki, kimin nə dediyindən asılı olmayaraq, bu görüşlər cəmiyyət üçün çox vacibdir. Görüşlərdən imtina edənlərin mövgelərilə razılaşmasam da, onlara normal yanaşıram. ALDP olaraq hesab edirik ki, hakimiyyətlə dialoq mütləqdir. Çünki keçirilən görüşlərdə mən cəmiyyəti narahat edən problemləri, məmurların özbaşınalığı, vətəndaşların sosial və digər problemlər ətrafında fikir mübadiləsi aparıram. Əgər bu “işbirliyi” nəticəsində vətəndaşların problemləri həll olunursa, bunun nəyi pisdir. Hər halda bizim bu məsələdə yanlış və yaxud haqlı olduğumuza cəmiyyət qiymət verəcək. Rəhim Qaziyevin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması bu görüşlərin nəticəsi kimi qiymətləndirmək olar.

- Fuad müəllim, Rəhim Qaziyevi buraxırlar. Tofiq Yaqubluya isə 4 il 6 ay həbs qərarını verirlər...

- Bu yanlış qərardır. Bildiyim qədər Tofiq bəyin səhhətində problemlər var, müalicə alırdı. İndi də bu qərara etiraz olaraq aclıq elan edib. Hesab edirəm ki, dövlət başçısı ona ünvanlanan çoxsaylı xahişləri və onun səhətində problemlərin olduğunu nəzərə alaraq əfv edəcək. Tofiq Yaqublunun azadlığa buraxılması dialoq mühitinə də müsbət təsir edəcək.
Qurban Məmmədovun binasının söküntüsü dayandı - VideoBir müddətdir xaricə sığınan, Azərbaycan hökumətini sərt tənqid və şantaj edən Qurban Məmmədova Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və keçmiş şöbə müdiri Əli Həsənovun diktəsi ilə verilən Nərimanov rayonu ərazisindəki beşmərtəbəli evin söküntüsü dayandırılıb.

Axar.az-ın hadisə yerində olan əməkdaşına ərazidə yaşayan sakinlər bildiriblər ki, söküntü işləri sentyabrın 5-də başlanılıb.

Binada yaşayanlar qeyd edib ki, əvvəlcə Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları onlara binanı boşaltmaqla bağlı xəbərdarlıq ediblər. Daha sonra isə söküntüyə başlanılıb. Qısa bir müddət sonra isə söküntü dayandırılıb.

Qeyd edək ki, söküntünün dayanmasına səbəb kimi məhkəmə qərarının olmaması göstərilib.

Nərimanov Rayon Məhkəməsindən isə saytımıza məhkəmə qərarının olduğu və icraya yönəldildiyi bildirilsə də, icra şöbəsi məsələyə aydınlıq gətirməkdən imtina etdi.
Hindistan səfirliyi Müəllimlər gününü qeyd edibHindistanın Bakıdakı Səfirliyi 7 sentyabrda onlayn tədbir vasitəsilə Müəllimlər Gününü qeyd edib.

Səfirlikdən Avrasiya.net-ə verilən məlumata görə, ilk dəfədir ki Hindistan Höküməti dünya ölkələrində tədrislə məşğul olan hindistanlı müəllimlərin və əslən Hindistandan olan müəllimlərin şərəffinə kampaniya başlatmışdır. Azərbaycanda, azərbaycanlı uşaqların və gənclərin parlaq gələcəyini formalaşdırmaqla bacarıqların yüksək inkişafı ilə məşğul olan 11 hindistanlı müəllim var. Hindistanlı müəllimlər ibtidai məktəblərdən orta məktəblərə qədər Azərbaycanın müxtəlif məktəblərində çalışmaqdadırlar.

Məlumdur ki, müəllimlər şagirdlərə xüsusi bağlarla bağlıdır, çünki onlar şagirdləri kitablar və öz həyat təcrübələri vasitəsilə öyrədir. Müəllimlər öz şagirdlərini yalnız peşəkar həyatda deyil, həm də şəxsi həyatda uğurlu olmağa hazırlayırlar. Bizim cəmiyyətlərimizdə müəllimlər hörmətlə qarşılanır və onların şərəfinə 5 sentyabr tarixi Hindistanda Müəllimlər Günü kimi qeyd olunur. Bu tarix, Hindistanın keçmiş ikinci Prezidenti və keçmiş birinci Vitse-Prezidenti olmuş məşhur akademik, filosof Bharat Ratjna mükafatçısı Dr. S. Radhakrishnanın anadan olma ildönümü günüdür. O, ixtisasca kübar müəllim idi, və nəticə olaraq 1962-ci ildə onun doğum ildönümünün Müəllimlər Günü olaraq qeyd edilməsi qərara alındı.

Tədbir ərzində 11 hindistanlı müəllimin hər biri Azərbaycandakı mükəmməl iş təcrübələrindən və bu ölkədə qazandıqları böyük dəyər və hörmətdən danışdılar.
Telefonu aldı, arvadımla yataqda olduğunu dedi - BAKIDA ŞOK HADİSƏBakıda iki nəfəri qətlə yetirməkdə ittiham olunan 1971-ci il təvəllüdlü Bərdə rayon sakini Vaqif Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Vaqif Hüseynov nikahdan kənar qeyri-rəsmi ər-arvad münasibətində olmuş və hadisədən bir neçə gün əvvəl münasibətlərinə son qoymuş Təranə İsmayılovanın ona xəyanət etməsini güman edib.

O, həmçinin Təranə İsmayılovanı himayə etməklə yanında böyütmüş bibisi Luiza İsmayılovanın onların bir yerdə yaşamasına mane olması və mübahisələr zamanı ona qarşı təhqiredici ifadələr işlətməsi ilə bağlı qeyd olunan şəxslərə nifrət hissinin təsiri altında hər iki qadını qisas məqsədi ilə öldürmək qərarına gəlib.

Vaqif Hüseynov 16 oktayabr 2019-cu il tarixdə əldə etdiyi 5 litrlik su qabına Binəqədi-Novxanı yolunun üstündə yerləşən “Binəqədi Petrol” yanacaq doldurma məntəqəsində yanacaq məhlulu alaraq doldurub, sonra Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində yerləşən “1001 Xırdavat” mağazasından məişət təyinatlı bıçaq alıb.

Daha sonra həmin gün saat 13 radələrində Təranə İsmayılova və Luiza İsmayılovanın birlikdə yaşadığı ünvana gəlib. O, ayaqlarında xəstəliyi ilə bağlı sərbəst yerimək imkanları məhdudlaşdığından əsa ilə hərəkət edən 1942-ci il təvəllüdlü Luiza İsmayılovanın üzərinə özü ilə gətirdiyi yanacaq məhlulunu töküb, sonra od vuraraq onu diri-diri yandırıb.

Təranə İsmayılova bibisi Luiza İsmayılovaya yaxınlaşdıqda, alovun əynində olan paltarlara keçməsi səbəbindən aldığı alovdan yanaraq ölüb.

İstintaq orqanı Vaqif Hüseynov barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə),120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham elan edib.

Dedi ki, bibisi və qardaşı barışmalarını istəmir”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vaqif Hüseynov bildirib ki, 2017-ci ilin avqust ayında Binəqədi rayonu, Binəqədi şossesi ünvanında Luiza İsmayılovanın bacısı Zərifənin yaşadığı evi təmir edib:

“Zərifənin evində təmir işləri qurtardıqdan sonra yaxınlıqda yaşayan bacısı Luizanın da evini təmir etdirmək istədiyini bildirdi. Zərifə ilə danışdıqdan sonra Luizanın evində təmir işi görən zaman onun qardaşı qızı Təranə ilə ünsiyyətim yarandı və ailə həyatı qurdum.

Sonralar Təranə ilə ayrı evdə kirayə yaşadıq. Münasibətimiz pozulduğu üçün o, bibisi Luizanın yanında getdi. Sonralar barışmaq istəsəm də, Təranə dedi ki, bibisi Luiza və qardaşı Ramil barışmasına icazə vermirlər”.

“Təranənin mənə xəyanət etdiyini başa düşdüm”

Vaqif Hüseynov qeyd edib ki, sonralar Təranənin ona xəyanət etməsindən şübhələnib: “Hadisədən bir gün əvvəl mobil telefon nömrəmdən Təranənin ev telefonuna zəng etdim. Həmin zaman Təranə telefonu açdı və danışa bilmədiyini dedi. Danışıq zamanı səslərdən Təranənin başqa adamla cinsi əlaqədə olduğunu və mənə xəyanət etdiyini başa düşdüm.

Sonra başqa bir kişi telefonu aldı, arvadımla cinsi əlaqədə olduğunu dedi. Həmin şəxsi təhqir etdim, telefonu Təranəyə verməsini istədim. Təranə telefonu götürərək, mənimlə ünsiyyətinin qurtardığını, özünün isə nə istəsə, onu da edəcəyini bildirdi”.

“Məni söyüb təhqir etdi”

Vaqif Hüseynovun sözlərinə görə, ertəsi gün, oktyabrın 16-da saat 11 radələrində Luizanın evinə gedib: “Həmin vaxt Yol polisi idarəsinin yanına gəldim. Təmir-tikinti işlərində istifadə etmək üçün benzin, Rəsulzadə qəsəbəsində yerləşən bazardan bıçaq aldım. Luizanı əvvəlcədən öldürmək fikrim olmayıb. Lakin Təranəni mənə xəyanət etdiyi üçün onu öldürmək istəmişəm.

Luizaya məxsus evin həyətinə getdim. Luiza qabağıma çıxdı, məni söyüb təhqir etdi. Onu itələmək istəyəndə əlimdəki benzin Luizanın üstünə töküldü, Luiza ağzımda olan siqareti əsa ilə vurduğu və siqaret xalçaya düşdüyü üçün yanğın baş verdi. Luiza məni itələyəndə bıçağı ona tərəf yellədim. Həmin vaxt bıçaq ona dəydi. Təranə bibisinə yaxınlaşıb qucaqladıqda alov ona da keçdi”.

Vaqif Hüseynov qeyd edib ki, Təranənin ona xəyanət etməsini deyərək bıçaqla onu vurub, sonra hadisə yerindən uzaqlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vaqif Hüseynov ömürlük azadlıqdan məhrum edilib.
Ermənistan Türkiyə ordusu ilə döyüşə girir - TəfərrüatErmənistan Suriyada Türkiyə ordusuna və onun dəstəklədiyi “Azad Suriya Ordusu”una qarşı döyüşmək üçün azı 450 hərbçi göndərib.

Avrasiya.net Virtualaz.org-a istinadla xəbər verir ki, bu sensasion məlumatı NZİV.net adlı (//nziv.net/52084/) İsrail xəbər portalı yayıb. Söhbətin Ermənistanın nizami ordu mənsublarından, yoxsa qeyri-nizami hərbi dəstələrdən getdiyi məlum deyil.

Xəbərdə bildirilir ki, Ermənistandan hərbçilərin Suriyaya daşınmasını Rusiya həyata keçirib. Erməni muzdluları qərargahı Livanda yerləşən, Suriyada və Livanda fəaliyyət göstərən hakimiyyətyönümlü (söhbət Əsəd rejimindən gedir,-red.) “Çenak” partiyası tərəfindən ələ alınıb. Batalyonu Rusiyanın Suriyadakı Hmeymim aviabazası ilə razılaşdırılmış şəkildə Suriya hərbi kəşfiyyatından briqada generalı Muhsan Nafnuf müşaiyət edir.

Nəşr bildirir ki, erməni muzdlularının Suriyada Bəşər Əsədin tərəfində Türkiyə ordusuna qarşı döyüşmək üçün ələ alınması Rusiyanın son aylar Ermənistana açıq hərbi dəstək verməyə başlamasından sonra mümkün olub. Rusiya bununla Azərbaycana hərbi dəstək verən və onun ordusuna təlim keçən Türkiyəyə cavab mesajı verir.

Xatırladaq ki, bir neçə gün əvvəl radarlar Suriyadakı Hmeymim aviabazasından qalxan İl-76 hərbi-nəqliyyat təyyarəsinin Yerevanda endiyini qeydə almışdı. İndi belə görünür ki, Rusiya hərbi-nəqliyyat təyyarəsi erməni muzdlularını Suriyaya daşımaq üçün göndərilmişdi. Məhz həmin günlərdə “Nezavisimaya qazeta” Türkiyənin Ermənistanla döyüşmək üçün Suriyanın şimalından Azərbaycana 500 muzdlu göndərdiyi haqda dezinformasiyanı ortaya atdı. Bu dezinformasiya Azərbaycanın müdafiə və xarici işlər nazirlikləri tərəfindən rədd edilib.
Nazir İranın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bu gün Xarici İşlər naziri Ceyhun Bayramov İran islam Respublikasının ölkəmizə təyin edilmiş yeni səfiri Seyid Abbas Musəvini qəbul edib

İran səfiri etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Nazir Ceyhun Bayramov Seyid Abbas Musəvini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər iki ölkə arasında dərin tarixi köklərə əsaslanan dostluq, qardaşlıq və əməkdaşlıq münasibətlərinin qarşılıqlı hörmət və dəstək formasında inkişafından bəhs edib, əməkdaşlıq gündəliyində duran məsələlərin səmərəli şəkildə həyata keçirilməsi yolları üzrə fikir mübadiləsi aparıblar. Çoxtərəfli platformalarda uğurla əməkdaşlığın davam etdirilməsi məsələləri müzakirə edilib.

Səfir Seyid Abbas Musəvi Azərbaycanda diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib. Səfir İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin ən səmimi arzularını və təbriklərini nazir Ceyhun Bayramovun diqqətinə çatdırıb. İran səfiri ikitərəfli münasibətlərin dərinləşməsində böyük potensialın olduğunu vurğulayıb.

Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünü qeyd edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı İranın hər zaman Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ədalətli mövqeyini dəstəklədiyinə görə minnətdarlığını ifadə etdi.

Öz növbəsində Səfir Seyid Abbas Musəvi münaqişə məsələsində və Azərbaycanın işğal olunmuş ərazilərinə münasibətdə İranın Azərbaycanın mövqeyini dəstəklədiyini və ölkəsinin münaqişənin həlli üzrə kömək etməyə hər zaman hazır olduğunu vurğuladı.

Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr apardılar.




Qurban Məmmədovla bağlı araşdırma başladıBaş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində bir müddətdir xaricə sığınan, Azərbaycan hökumətini sərt tənqid və şantaj edən Qurban Məmmədov barəsində araşdırmaya başlanılıb.

Avrasiya.net Unikal.org-a istinadən xəbər verir ki, idarədə Q.Məmmədova aid olan torpaq sahələri, yaşayış evləri və mənzilləri hansı yolla əldə etdiyi araşdırılır.

Qeyd edək ki, Qurban Məmmədova Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və şöbə müdiri Əli Həsənovun diktəsiylə mənzillərin verildiyi iddia olunur.