Mahir Emreli üzr istədi, millidən kənarlaşdırıldıBelə bir hal baş verdiyi üçün üzr istəyirəm. Komandaya və baş məşqçini pis vəziyyətdə qoyduğumu başa düşürəm.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan millisinin üzvü Mahir Emreli Millətlər Liqasını 1-ci turunda Lüksemburqla matçda (1:2) sonra oyunun 25-ci dəqiqəsində qırmızı vərəqə alması barədə Azerisport.az-a açıqlamasında deyib.

“Həmin epizodda sadəcə hisslərimi cilovlaya bilmədim. Bu, mənim üçün böyük dərs olacaq və daha təmkinli olmağa çalışacağam. Düzü, o epizodda komandanı aqressiv oyunla ruhlandırmaq istədim ki, rəqibə qarşı daha yaxşı çıxış etsinlər. Amma təəssüf ki, hər şey fərqli oldu. Komandaya kömək etmək istəyirdim, lakin daha da pis vəziyyətə saldım. Məğlubiyyətə görə bütün məsuliyyəti öz üzərimə götürməyə hazıram. Eyni zamanda tənqidləri də qəbul etməyə hazıram. Gələcəkdə bu durumu dəyişdirməyə çalışacağam”, - hücumçu bildirib.

***

Son məlumata görə, Lüksemburqla oyunda qırmızı vərəqə alan Mahir Emreli millinin heyətindən kənarlaşdırılıb.

23 yaşlı hücumçu sentyabrın 8-də Kiprlə keçiriləcək səfər oyununa yollanacaq heyətdə yer almayacaq.
Daha 140 nəfər virusdan sağaldı Azərbaycanda bu gün koronavirus infeksiyasına 137 yeni yoluxma faktı qeydə alınıb, 140 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 analizlərinin cavabı müsbət çıxmış 3 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 37 329 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 34 705 nəfər müalicə olunaraq sağalıb, 548 nəfər vəfat edib, aktiv xəstə sayı 2076 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6612, ötən müddət ərzində isə ümumilikdə 963 104 test aparılıb
Ramiz Mehdiyevin kürəkəni ağlayaraq prezidentdən bağışlanmasını istədi - VİDEORamiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev azadlığa çıxıb.

İlham Əliyev açıqlama verərkən göz yaşlarını saxlaya bilməyib.

O, qız övladına toy etdiyi üçün səhv addım atdığını deyib. Bildirib ki, bir ata kimi hissələrini cilovlaya bilməyib və belə bir addım atıb.

O, prezidentdən, vitse-prezidentdən və Azərbaycan xalqından üzr istədiyini deyib, ölkə rəhbərliyindən bağışlanmasını xahiş edib.

Qeyd edək ki, R.Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyev Novxanı qəsəbəsində qızı Fidan Əliyevaya toy mərasimi təşkil etmişdi.

Avqustun 18-də bağ evində keçirilən mərasimdən görüntülər mətbuatda və sosial şəbəkələrdə yayılıb. Ciddi müzakirələrə səbəb olan toy məclisindən sonra bir çox tanınmış şəxs və məmur cəzalandırılıblar.

Onlar arasında deputat Siyavuş Novruzov, ombudsman Səbinə Əliyeva, Abel Məhərrəmov və digərləri də var idi. (müsavat.com)
İlham Əliyev toy görüntülərinə görə Ayseli ittiham etdiXəbər verdiyimiz kimi, karantin rejimini pozaraq avqustun 18-də Novxanıda qızına toy edən və bu səbəbdən 15 sutka müddətinə inzibati qaydada həbs olunan sabiq deputat İlham Əliyev və onun qudası Rövşən Mustafayev bu gün azadlığa çıxıb.

Modern.az-ın məlumatına görə, azadlığa çıxan sabiq deputat məlum toyla bağlı açıqlama verib və qalmaqalın səbəbkarı kimi Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadənin xanımı Aysel Teymurzadəni ittiham edib:

"Filarmoniyanın direktoru Murad Adıgözəlovun yoldaşı Aysel Teymurzadə qərəzli videoları çəkərək müxalif sayta ötürüb. Sual yaranır ki, bunun səbəbi nədir. Mən bu barədə çox düşünmüşəm. Bu, sabotajdır. Bu Ramiz Mehdiyevə qarşı sabotajdır".
Mehdiyevin kürəkəni və qudası azadlığa çıxaraq qaçdıAbşeron Rayon Məhkəməsinin qərarı ilə 15 sutka həbs cəzası alan Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev bu gün azadlığa çıxıb.

Avrasiya.net Musavat.com-a istinadla xəbər verir ki, DİN-in Binəqədi rayonunda yerləşən İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsindən çıxan Rövşən Mustafayev maşına minərək oradan uzaqlaşıb.

O, jurnalistlərdən qaçmağa çalışıb. Yaxınlıqda olan avtomobilə minərək sürətlə oradan ayrılıb.

Xatırladaq ki, İ.Əliyev və R.Mustafayev İnzibati Xətalar Məcəllənin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) təqsirləndirilirdilər.

Qeyd edək ki, R.Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyev Novxanı qəsəbəsində qızı Fidan Əliyevaya toy mərasimi təşkil etmişdi.
Amerikalı komandir PKK-ya kömək edə bilməyəcəyi üçün ağladı - FOTOİŞİD ilə Mübarizə üzrə Beynəlxalq Koalisiyanın spikeri, polkovnik Mayles Caqqins vəzifəsini sona çatdırdığı üçün göz yaşlarına hakim ola bilməyib.

Publika.az xəbər verir ki, PKK-ya hər şəkildə dəstək göstərən M.Caqqins səlahiyyət müddətinin uzadılmasını istəsə də, onun missiyasına xitam verilib.

Amerikalı komandir bu barədə PKK/YPG terror təşkilatının bir hissəsi olan SDQ-nin (Suriya Demokratik Qüvvələri) sözçüsü Musrafa Bali ilə birlikdə keçirdikləri mətbuat konfransındakı vida nitqində bildirib və ardınca ağlayıb.

Caqqinsə PKK terror təşkilatı mükafat verib.

Musrafa Bali isə SDQ olaraq dəyərli bir həmkarını itirdiklərini, ancaq səmimi və yaxşı bir dost qazandıqlarını söyləyib.

Qeyd edək ki, ABŞ komandiri daha əvvəl də PKK-dan "dostluq lövhəsi" mükafatı alıb.
Tramp olmasa, 11 Sentyabr təkrarlanacaq - Ben LadenƏl-Qaidə terror təşkilatının lideri Üsamə ben Ladenin yaxın qohumu Nur ben Laden ABŞ-da keçiriləcək prezident seçkilərində Donald Trampı dəstəklədiyini bildirib.

Axar.az xəbər verir ki, bu barədə Nur ben Laden "Nyu York Post"a müsahibəsində deyib. O bildirib ki, Trampın yerinə Co Bayden seçilərsə, ABŞ-da yenidən 11 sentyabr hadisələri baş verə bilər:

"2015-ci ildə namizəd olduğunu açıqladıqdan sonra Trampı dəstəkləyirəm. Onu uzaqdan izlədim və bu adamın qətiyyətli olmasını təqdir edirəm. Tramp yenidən seçilməlidir. Yalnız ABŞ-ın deyil, bütövlükdə Qərb mədəniyyətinin gələcəyi üçün bu, vacibdir”.
Sumqayıt sakini narkotik vasitənin təsirindən öldüSumqayıtda küçədə meyit tapılıb.

Avrasiya.net-in məlumatına görə, şəhərin 1-ci mikrorayon ərazisində küçədə kişi meyiti aşkarlanıb.

Aparılan araşdırma nəticəsində meyiti tapılan şəxsin 1-ci mikrorayon sakini 1980-ci il təvəllüdlü Cəfərov Asif Bünyad oğlu olduğu məlum olub.

Onun narkotik vasitənin təsirindən öldüyü bildirilir.

Meyit aidiyyatı üzrə təhvil verilib.
Serbiyada insident: ölən varSerbiyanın paytaxtı Belqradda baş vermiş silahlı insident zamanı bir nəfər ölüb, bir nəfər ağır yaralanıb.

Avrasiya.net xəbər verir ki, bu barədə ölkənin milli televiziyası “RTS”-də məlumat yayılıb.

Atışma Vojdovas rayonunda baş verib. Hücumu həyata keçirən şəxslər iki nəfəri ağır yaralayıb, həmin şəxslərdən biri ölüb, digəri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Polis insidentdə şübhəli bilinən üç nəfəri saxlayıb. Onların əməliyyat planı nəticəsində tutulduqları bildirilir.

“Tanyug” xəbər agentliyinin verdiyi məlumata görə, atışma “Srvena Zvezda” stadionu yaxınlığında baş verib. Yaralanan 21 yaşlı gənc bir neçə dəfə narkotika alveri, polisə müqavimət və oğurluq əməlləri üzrə mühakimə olunub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.