Çox xoşbəxtəm ki, məhz Sizin rəhbərliyiniz altında xalqımıza xidmət edirəm! - Sadiq QurbanovMöhtərəm, cənab Prezident!

Ulu öndər Heydər Əliyevin siyasi varisi və layiqli davamçısı kimi Siz Azərbaycanımızın bütün sahələrdə inkişafına hər zaman xüsusi diqqət və qayğı göstərirsiniz. Danılmaz həqiqətdir ki, dünyanın qibtə etdiyi əmin-amanlıq və sabitliyimizin mövcudluğu, xalqımızın Sizə olan sevgi və etimadına dayanaraq, qətiyyətlə həyata keçirdiyiniz uğurlu siyasətin nəticəsidir. Apardığınız uğurlu iqtisadi siyasət nəticəsində bu gün Azərbaycan təkcə regionda deyil, dünya miqyasında lider dövlətə, Avropanın mədəniyyət mərkəzinə çevrilmişdir.

Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov sosial səhifəsində yazıb.

Komitə sədri bildirib ki, xalqımızın yaxşı yadındadır, hələ ilk dəfə Prezident seçilərkən hər bir azərbaycanlının prezidenti olacağınızı bildirdiniz və bu inamlı prosesi real işlərlə, ardıcıl sosial yönümlü siyasət yürütməklə, ölkə vətəndaşlarının xoş güzəranı uğrunda yorulmaz fəaliyyətinizi hələ də davam etdirirsiniz. Həmçinin, pandemiya ilə əlaqədar Sizin önləyici tədbirləriniz və verdiyiniz göstərişlərin müsbət nəticələri göz qabağındadır:

"02.09.2020 -ci il tarixində Ağsu, Şamaxı, Şabran və Yevlax rayonlarının əhalisi 42678 nəfər olan 16 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə içməli suya tələbatının ödənilməsi üçün 17 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə 1,19 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılması ilə əlaqədar verdiyiniz sərəncam bütün yerli sakinlərin sevincinə səbəb oldu. Mən də bir millət vəkili olaraq öz adımdan təmsil etdiyim Şabran və Siyəzən rayonu sakinləri adından Sizə dərin minnətdarlığımı bildirirəm!

Və çox xoşbəxtəm ki, məhz Sizin rəhbərliyiniz altında xalqımıza xidmət edirəm!".
"Zahid Oruca dedim ki...""Bu gün Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, hörmətli millət vəkilimiz Zahid Oruc ölkənin ən tanınmış vətəndaş cəmiyyətinin rəhbərləri ilə "Azərbaycanda İnsan Hüquqlarının vəziyyəti: hüquqi-normativ aktların təkmilləşdirilməsi yönündə dövlət və vətəndaş cəmiyyətinin birgə səyləri" mövzusunda video konfrans keçirdi.

Görüşdə tək Azərbaycanda deyil dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, qurumlarında tanınan QHT sədrləri- Novella Cəfəroğlu, Əliməmməd Nuriyev, Sahib Məmmədov, Mirvari Qəhrəmanlı, Mehriban Zeynalova, Səadət Bənəniyarlı, Rauf Zeyni, Yeganə Hacıyeva, Əvəz Həsənov, Ələsgər Məmmədli, Rəfayil Becanov, İradə Yaqubova, Gulay Quliyeva, Şəmsəddin Əliyev, Davud Rəhimli, Ramil İsgəndərli və digərləri iştirak etdi".

Bu açıqlamanı BAXCP sədrinin müavini, tanınmış QHT sədri Niyaməddin Orduxanlı "Avrasiya.net" saytına açıqlamasında bildirib.

Onun sözlərinə görə 3 saata yaxın keçirilən konfransda ölkəmizin ən vacib proritet sahələrinə və mövcud problemlərinə toxunulub:" Çox müsbət tendensiyanın şahidi oluruq. Milli Məclisin rəhbərliyi də QHT rəhbərlərinin müzakirəsini təşkil edir və onları dinləyir. Mövcud problemləri hər kəsin öz dilindən eşidirlər. Bilirsiniz ki, həmçinin də Cənab Prezidenin köməkçisi hörmətli Hikmət Hacıyev də QHT sədrləri ilə görüşlər keçirdir. Zahid Oruc Milli Məclisin Komitə sədri olmaqla yanaşı, həm də Sosial Tədqiqatlar Mərkəzinin rəhbəridir. Cənab Prezident İlham Əliyevin etimadı ilə ən önəmli sahəyə rəhbərlik edir. Görüşə qatılan 30 nəfər QHT sədrinin hər biri ölkəmizdə həm insan hüquqlarının vəziyyətindən, mövcud problemlərdən və onların həlli isiqamətlərindən bəhs etdilər.
"Zahid Oruca dedim ki..."
Qeyd etdiyim kimi, vətəndaş cəmiyyətinin bu rəhbərlərinin elə müstəqil Azərbaycan dövlətinin yaşı qədər ictimai, siyasi fəaliyyəti var. Bu şəxslər 30 ilə yaxındır ki, ölkəmizdə vətəndaş institutunun inkişafında yaxından istirak ediblər, həm də dövlətimizin güclənməsində, milli maraqlarımızın qorunmasında fədakarlıq ediblər. Bu adamları dinləyib doğru qərarlar qəbul etmək, ən doğru addımdır. Təbii ki, bütün bunları birbaşa Prezident İlham Əliyevin apardığı köklü islahatların tərkib hissəsi kimi qiymətləndirirəm!"
QHT sədri Niyaməddin Orduxanlının dediyinə görə, konfransın əsas istiqamətləri insan hüquqlarının müdafiəsi ilə bağlı mövcud vəziyyə və qanunvericiliyin təkmilləşdirilməsi yönündə fəaliyyətin yeni mərhələsi olub: təkliflər, tövsiyyələr, mövqelər, insan hüquqlarının müdafiəsi ilə bağlı yerli və beynəlxalq təşkilatlarla əməkdaşlığın, birgə layihələrin əsas istiqamətləri təşkil edilirdi: " Bütün bunlarla yanaşı öz növbədə çıxışımda bu gün ən vacib bir necə problemə toxundum.

Komitə sədri Zahid Oruca dedim ki, Azərbaycanda təhsil haqlarının həddinən artıq yüksək olduğu səbəbindən, son 10 ildə təhsil haqlarını ödəyə bilməyən 30 000-dən artıq tələbə unversitetdən kənarlaşdırılıb. Bu da təhsildən uzaqlaşma deməklə yanaşı, həm də o gənclərin gələcəyi ümidinin itməsi deməkdir. Bu faktı hər kəsi narahat etməlidir. Çox düşündürücü fakordur. Rəsimilərimiz bununla bağlı ciddi fikirləşməlidir və ən doğru qərarlar qəbul etməlidir. Bır çox hallarda deyirlər ki, qız övladlarının təhsili çox vacibdir. Bəli, mən də razıyam. Ancaq oğlan övladlarımızın da təhsil alması son dərəcə önəmlidir. Nəzərə alsaq ki,həmin oğlanlar gələcəyin ailə başçıları olacaq. Ailə başçısının da ali təhsil alması çox yaxşı olar. Və gələcək cəmiyyətimizin inkişafında da əsas rol oynayar. Digər bir məsələ isə, qanunvericilik orqanı olan Mill Məclisin komitə iclaslarında qəbul edilmiş qərarların müzakirəsində QHT rəhbərlərinin dəvət olunmamasını dedim.

Niyə bu kadrların fikirlərini, rəylərinə dinləməsinlər? Nə ziyanı ola bilər bunun?! Sonda dövlət və milli maraqlarımız naminə və Azərbaycan dövlətinin beynəlxalq imicinin korlanmasını istəyən qüvvələrin olduğunu nəzərə alaraq Tofiq Yaqublunun əfv edilməsi məsələsindən də danışdım. Konfrans iştirakçilərinin diqqətinə çatdırdım ki, BAXCP sədri, millət vəkili hörməli Qüdrət Həsənquliyev Tofiq Yaqublunun əfv olunması üçün cənab Prezident İlham Əliyevə müraciət edib. Konfransın yekununda Zahid Oruc hər bir QHT sədrinin təklifinin qeyd olunduğunu və ən vacib problemlərin həll olunması istiqamətində ölkə başcısı İlham Əliyevə məlumat çatdıracağını bildirdi."
Əli Əsədov mehmanxanalarla bağlı bu tələbləri ləğv etdiNazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nda dəyişiklik edib.

Avrasiya.net-in məlumatına əsasən, qüvvədə olan Qaydalara əsasən, mehmanxananın bütün işçi heyəti yeddi gündə bir dəfə mehmanxana daxilində və mehmanxana hesabına COVID-19 testindən keçirilməli idi.

Eyni zamanda COVID-19 olan, habelə son 48 saat ərzində COVID-19 testinin nəticəsinin neqativ olması barədə müvafiq arayışı olmayan, xəstəlikdən sağalmış (sonuncu COVID-19 testinin nəticəsinin neqativ çıxdığı tarixdən minimum 14 gün keçməlidir), lakin son testin nəticəsinin neqativ çıxması tarixindən 14 gün keçməyən, habelə testin nəticəsi pozitiv çıxmış şəxslərlə təmasda olması səbəbindən özünütəcrid rejimində olan qonaqlar mehmanxanaya qəbul edilmirdilər.

Hər iki tələb sentybarın 8-dən ləğv edilib.
 Yeganə çıxış yolu 'Milli Hərəkat'ın qələbəsidir - Azər Süleymanov "31 oktyabr tarixində biz Marneulidə, Qardabanidə və Gürcüstanın hər yerində qalib gələcəyik. Bu qələbənin sadəcə bir nəticəsi var o da hər hansı bir şəxsin deyil bütün Gürcüstan naminə ölkənin inkişaf etdirilməsidir".

Bu sözləri Aktual.ge xəbər portalına Qardabanidə seçki təbliğat-təşviqat kampaniyasının necə davam etdiyi sualını cavablandıran Marneuli-Qardabani seçki dairəsi üzrə müxalif "Vahid Milli Hərəkat" partiyasının majoritar namizədi Azər Süleymanov deyib.

'Qardabanidəki görüşləriniz necə keçir, Qardabani sakinləri Marneulidə keçirdiyiniz görüşlərdən dahamı çox kütlə yığılır yoxsa necə?' sualını Azər Süleymanov belə cavablayıb:

"Qardabanidə, həm də Marneulidə vətəndaşların yüksək marağı və aktivliyi ilə qarşılaşırıq. İnsanlarla çox gözəl və səmimi görüşlərimiz keçir. Yeganə çıxış yolu 'Milli Hərəkat'ın qələbəsidir. Ümidvarıq ki, 31 oktyabr tarixində biz Marneulidə, Qardabanidə və Gürcüstanın hər yerində qalib gələcəyik. Bu qələbənin sadəcə bir nəticəsi var o da hər hansı bir şəxsin deyil bütün Gürcüstan naminə ölkənin inkişaf etdirilməsidir. Hər bir Gürcüstan əhalisi bilir ki, 2003-cü ildən 2012-ci ilə qədər yalnız 'Milli Hərəkat' partiyası və onun lideri Mixeil Saakaşvili ilə bir yerdə Gürcüstanın uğurla inkişaf edib. Bu gün hər kəs 'Milli Hərəkat'ın yenidən qalib gələcəyinə və Gürcüstanın yenidən inkişafına davam edəcəyinə inanır. Əgər “Oçneba” növbəti dörd il də qalsa, Gürcüstanı demək olar ki, qaranlıq bir dünya gözlüyür".

'Sizin müşahidələrinizə əsasən Qardabani rayonunda hakim partiyanın namizədinin reytinqi necədi?' sualını müxlaif namizəd belə cavablandırıb:

"Əslində mən namizədlərlə deyil, hakimiyyətlə mübarizə aparıram. Buna görə də heçbir namizəd barədə heç yerdə söz açmırıq. Bizim əsas məsələmiz uğursuz 'Gürcü Arzusu' partiyası və onun hakimiyyətidir. Mən deyə bilərəm ki, əhalinin 80 % -i 'Gürcü Arzusu'na səs verməyəcək. Burada şəxsiyyətlərdən deyil partiyadan söhbət gedir. bu partiyaya səs vermək istəmir".
81 yaşlı kişi 44 yaşlı arvadını qısqanclıqdan öldürdüSabirabadda 81 yaşlı kişi 44 yaşlı arvadını qətlə yetirib.

Avrasiya.net xəbər verir ki, qətl hadisəsi Sabirabad rayonunun Qəzli kəndində baş verib. Həmin kəndin sakini, 1939-cu il təvəllüdlü Eyyubov Yaqub Abas oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1976-cı il təvəllüdlü Eyyubova Mətanət Əlihüseyn qızını bıçaqlayaraq qətlə yetirib. Ürək nahiyəsindən 2 bıçaq zərbəsi alan qadın xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı Sabirabad rayon prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
 Kafe və restoranlarla bağlı mühüm qərar verildiKafe və restoranların daxilində xidmət göstərilməsinə icazə verilib.

Avrasiya.net xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qərara əsasən, müvafiq karantin qaydalarına riayət olunmaqla və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli qərarına uyğun olaraq saat 00:00-a qədər ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə verilib.

Qərar sentyabrın 8-i saat 00:00-dan qüvvəyə minəcək.
Rayonlara gediş-gəlişlə bağlı qərar verildiBakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb (şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla).

Avrasiya.net xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah yeni qərar qəbul edib.

Qərar sentyabrın 8-i saat 00:00-dan qüvvəyə minəcək.

122 yoluxma, 155 sağalma, 2 ölüm faktı Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 132 yeni yoluxma faktı qeydə alınıb, 155 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 37 031 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 419 nəfər müalicə olunaraq sağalıb, 543 nəfər vəfat edib, aktiv xəstə sayı 2 069 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 048, bu günə qədər isə ümumilikdə 949 313 test icra olunub.
Kran yaşayış binasının üzərinə aşdı: ölən var - VideoBir qədər əvvəl paytaxtın Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsinə yaxın ərazidə kran aşıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev qeyd edib. O həmin istiqamətdə hərəkət edən sürücülərdən alternativ küçələrdən istifadə etməyi xahiş edib.

Məlumata görə, kran doqquzmərtəbəli yaşayış binasının və avtomobillərin üzərinə aşıb.

Kran sürücüsünün xəsarət aldığı bildirilir.

***

Bakıda kranın yaşayış binasının üstünə aşması nəticəsində bir nəfər ölüb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Mövsüm Sənani 29 ünvanında kranın aşması barədə məlumat təcili yardıma saat 14:04 də daxil olub.

Mövsüm Sənani 29 ünvanında kranın aşması barədə məlumat təcili yardıma saat 14.04 də daxil olub. Bədbəxt hadisə nəticəsində 1 nəfər ölüb.
Bakı Nəqliyyat Agentliyinin qalmaqallı şöbə müdiri işdən çıxarıldıBakı Nəqliyyat Agentliyinin (BNA) taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı qalmaqallı açıqlama vermiş şöbə müdiri Hikmət Babayev işdən çıxarılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə “Report”a BNA-dakı mənbə bildirib.

Xatırladaq ki, ötən gün BNA açıqlama yayaraq H.Babayevin dediklərinin onun şəxsi fikri olduğunu, qurumun mövqeyini əks etdirmədiyini, şöbə müdiri ilə bağlı müvafiq inzibati tədbirlərin həyata keçirildiyini bəyan etmiş, lakin bu tədbirlərin nədən ibarət olduğunu açıqlamamışdı.