Prezidentin köməkçisi insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşübBu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev QHT-hökumət dialoqu çərçivəsində insan hüquqları, araşdırma və tədqiqat sahəsində fəaliyyət göstərən 68 QHT-nin rəhbəri ilə görüş keçirib.

Görüşü giriş sözü iləaçan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, insan hüquqlarının müdafiəsi QHT-lərin əsas fəaliyyət istiqamətlərindən biridir. Dövlətimiz üçün milli maraqlarımızın yerli və beynəlxalq səviyyədə qorunmasında vətəndaş cəmiyyəti institutlarının yaxından iştirakının təmin edilməsi, Ermənistanın 1 milyondan çox vətəndaşımızın fundamental hüquqlarını pozmasının dünya ictimaiyyətinə səmərəli şəkildə çatdırılması, mərkəzi və yerli icra qurumlarının fəaliyyətində şəffaflıq və aşkarlığın artırılması, ictimai nəzarətin gücləndirilməsi prioritet təşkil edir. Buna görə də Şura daima insan hüquqlarının qorunması, demokratik proseslərin dəstəklənməsi və araşdırma sahəsində fəaliyyət göstərən QHT-lərin təşəbbüs və layihələrini maliyyələşdirir.

Şura sədri Prezidentin köməkçisi Hikmət Hacıyevin qeyd olunan istiqamətdə ixtisaslaşmış QHT-lərlə bugünkü dialoqunun onların fəaliyyəti üçün əlavə stimul olacağına və müxtəlif formatlarda bu dialoqun bundan sonra da davam edəcəyinə inandığını bildirib.
Prezidentin köməkçisi insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşüb
Prezidentin köməkçisi Hikmət Hacıyev indiyədək QHT-lərlə keçirdiyi görüşlərdə 200-dən artıq təşkilatın iştirak etdiyini deyib. Hikmət Hacıyev QHT-hökumət dialoqunun ictimai sektorun fəaliyyətinin müasir dövrün çağırışlarına uyğun şəkildə qurulması üçün yeni yanaşmaların müəyyən edilməsi baxımından xüsusi önəm daşıdığını bildirib. H.Hacıyev bu dialoqun Prezident İlham Əliyevin vətəndaş cəmiyyətinin, ictimai nəzarətin daha da gücləndirilməsi, dövlət qurumlarının fəaliyyətində şəffaflıq və hesabatlığın artırılması, insan hüquq və azadlıqlarının etibarlı şəkildə qorunması ilə bağlı siyasi iradəsinin növbəti təzahürü olduğunu bildirib.

Hikmət Hacıyev insan hüquqlarının qorunmasının ümumbəşəri məsələ olmasına baxmayaraq bu sahədə çalışan bir sıra beynəlxalq qurumların Ermənistanın 30 ildən artıq müddətdə Azərbaycan vətəndaşlarının hüquqlarını kobud şəkildə pozması faktına ədalətli və qaneedici səviyyədə münasibət bildirmədiyini qeyd edib. Prezidentin köməkçisi insan hüquqları ilə bağlı selektiv deyil, obyektiv və qərəzsiz mövqe tutan yerli və beynəlxalq təşkilatlarla dialoqa hər zaman açıq olduğunu deyib.

Hikmət Hacıyev beyin mərkəzlərinin müəyyən dövlətlərin, regionun və dünyanın müxtəlif problemlərini tədqiq və təhlil edərək müvafiq təşkilatlara tövsiyələr verən əhəmiyyətli intellektual institutlar olduğunu vurğulayıb. Prezidentin köməkçisi Azərbaycan QHT-lərinin də bu istiqamət üzrə ixtisaslaşmasının və xarici həmkarları ilə beynəlxalq əməkdaşlığı genişləndirməsinin vacib olduğunu deyib.
Prezidentin köməkçisi insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşüb
Görüşdə “Sosial Hüquqların Araşdırılması" İctimai Birliyinin sədri Mayis Əliyev, Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli, “Güzəran” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Qadir Ibrahimli, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanli, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platformasının koordinatoru Shahla Ismayil, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin sədri Təranə Paşayeva, "Tərəqqi və Demokratiya" İctimai Birliyinin sədri Əhməd Qəşəmoğlu, “ELS - Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri Irada Yagubova, "Jurnalist Ekspert Mərkəzi" İctimai Birliyinin sədri Ceyhun Musaoğlu, İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı, Elmi Tədqiqat "Qafqaz Tarixi Mərkəzi" İctimai Birliyinin sədri Rizvan Hüseynov, "Spektr" sosial-iqtisadi araşdırmalar və inkişaf İctimai Birliyinin sədri Ramil Abbasov, "Mediada İnnovativ Təşəbbüslərə Dəstək" İctimai Birliyinin sədri Müşviq Ələsgərli, "Bakı Natiqlik Məktəbi" İctimai Birliyinin sədri Elçin Mirzəbəyli, Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədr müavini Anar Turan Əliyev, “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupu İctimai Birliyinin sədri Vuqar Ziferoglu, Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin sədri Khalid Vahidoghlu Kazımov, "Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" İctimai Birliyinin sədri Kamil Səlimov, "Polisə Dəstək" İctimai Birliyinin sədri Şəmsəddin Əliyev, "Hüquqşünas Qadınlar Assosiasiyası" İctimai Birliyinin sədri Xanim Ahmedzade, İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rafail Becanov, "Müvəkkil Hüquq Mərkəzi" İctimai Birliyinin sədri Samad Vəkilov, Azyaşlıların hüquqi maariflənməsinə kömək İctimai Birliyinin sədri Nazlı Zeynalova, "Hüquqi Yardım" İctimai Birliyinin sədri İlqar Qasımov, "Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək" İctimai Birliyinin sədri Taleh Aliyev, Demokratiyanın İnkişafı Problemləri Mərkəzi İctimai Birliyinin sədri Mütəllim Rəhimli, "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov, "Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzinin sədri Rafiq İsmayılov, "Qloballaşan Azərbaycan" Sivil İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Anar Əsədli, "Demokratiyanı Öyrənmə" İctimai Birliyinin sədri Mireli Huseynov, “Elmi Araşdırmalar” İctimai Birliyinin sədri Telman Qasımov, Demokratik İslahatçı Gənclər İctimai Birliyinin sədri Vusala Huseynli, "Beynəlxalq İnformasiya və Regional Araşdırmalar" İctimai Birliyinin sədri Zaur Qəriboğlu, "Qızılbaş" Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Agil Alesger, Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyinin sədri Asaf Quliyev, "Vətəndaş Maarifləndirilməsi" İctimai Birliyinin icraçı direktoru Elshad Memmedli, "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sədri Ülkər Abdullayeva, "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri Cesaret Huseynzade, "Aktor" İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini Telman Isa, Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli, Avrasiya Hüquqşünaslar Assosiasiyası İctimai Birliyinin sədri Cavid Hüseynli, "Qadın Konsensus Mərkəzi" İctimai Birliyinin sədri Aynur Camal, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoglan Ahmadov, "Hüquqi və Demokratik İslahatlar Mərkəzi" İctimai Birliyinin sədri İlham Əliyev, "Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi" İctimai Birliyinin sədri Nadir İsmayılov, Azərbaycan Demokratik Jurnalistlər Liqası İctimai Birliyinin sədri Yadigar Mammadli, Tərəfsiz Jurnalistlər İctimai Birliyinin sədri Elshad Eyvazli, "Ortaq Dəyərlər" İctimai Birliyinin sədri Aqil Camal, “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Elmeddin Muradli, "Ruh" Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri Əvəz Rüstəmov, “Yeni Fikir” Jurnalist Həmrəyliyi İctimai Birliyinin sədri Elmira Mehdiyeva, “Əks-Səda” Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimai Birliyinin sədri Sevinc Kərimova, "İnnovativ Media" jurnalistlərin peşəkarlığının artırılmasına dəstək İctimai Birliyinin sədri Aynur Nesirova, "Dinc Dünya" Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Əlisafa Mehdiyev, "Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi" İctimai Birliyinin sədri Cavid Şahverdiyev, Azərbaycan Ormitoloji Mərkəzinin sədri Elçin Sultanov, Ahıl Ziyalılara Qayğı İctimai Birliyinin sədri Nəsrulla Nurullayev, İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri Irada Javadova Cavadova, Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva, Hüquqi Təşəbbüslər Mərkəzi İctimai Birliyinin sədri Ziya Quliyev, “İnternyus Azərbaycan” İctimai Birliyinin sədri İlham Səfərov, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin (DEVAMM) sədri İlqar İbrahimoğlu, "Müasir İnkişaf" İctimai Birliyinin sədri Mübariz Göyüşlü, Azərbaycan İnsan Hüquqlarının Müdafiəsi Mərkəzinin sədri Eldar Zeynalov, İctimai Yayım və Monitorinq Mərkəzi İctimai Birliyinin sədri Ələsgər Məmmədli və İnsan Haqları Klubu İctimai Birliyinin sədri Rasul Jafarov iştirak edib.

Görüşdə çıxış edən QHT rəhbərləri hökumətin QHT-lərlə belə geniş formatda başladığı dialoqun vacib olduğunu vurğulayaraq belə təşəbbüsün irəli sürülməsini təqdir etdiklərini bildiriblər. QHT rəhbərləri ictimai sektorun və bilavasitə fəaliyyət göstərdikləri sahədə mövcud vəziyyət haqqında danışaraq üzləşdikləri çətinliklərin aradan qaldırılması ilə bağlı fikir və təkliflərini səsləndiriblər.
Yekunda çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyev bugünkü müzakirələrin faydalı olduğunu, QHT-lərin irəli sürdüyü rəy və təkliflərin araşıdırılacağını və əsaslandırılmış məsələlərin həlli istiqamətində müvafiq addımların atılacağını qeyd edib.

Məlumat üçün qeyd edək ki, Prezidentin köməkçisi Hikmət Hacıyevin QHT-lərlə görüşü davam edəcək.
Nazir müavini işdən çıxarıldıAzərbaycan Respublikası (AR) Prezidentinin Sərəncamı ilə Nadir Hüseynov Xarici İşlər nazirinin müavini vəzifəsindən azad edilib.

Avrasiya.net xəbər verir ki, bu barədə XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

N.Hüseynov Xarici İşlər nazirinin əmri ilə xüsusi tapşırıqlar üzrə səfir təyin edilib.

AR Prezidentinin digər Sərəncamı ilə Fariz Rzayev Xarici İşlər nazirinin müavini vəzifəsinə təyin edilib.

Əbubəkr Qorxmaz: "Azərbaycan əsl qardaşlıq mövqeyini göstərdi"Türkiyə qardaş Azərbaycanın dəstəyindən məmnundur.

Bu sözləri Türkiyə Dövlət İşçilərinin İnkişaf və Həmrəylik Cəmiyyətinin sədri Əbubəkr Qorxmaz bildirib.

"İki qardaş ölkənin bir-birinə dəstəyi göz qarşısındadır. Tovuz hadisələri zamanı Türkiyə birbaşa Azərbaycana öz dəstəyini göstərdi. Dünən isə Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstanın səfirinə dediyi sözlər, Türkiyədə böyük hörmət və sevgi ilə qarşılanmışdır. Sosial şəbəkələrdə böyük rezonans doğurub. Azərbaycan Prezidenti birmənalı Yunanıstan-Türkiyə arasında yaranan böhranda, Azərbaycanın Türkiyənin yanında olduğunu bəyan etdi. Bu əsl qardaşlıq və səmimi davranışdır. Bu dəstəyin beynəlxalq münasibətlərdə böyük rolu var".

Elnur Eltürk
Ombudsman 82 min manata maşın aldıİnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) “İdeal Motors” MMC ilə maliyyə dəyəri 82 000 AZN olan müqavilə imzalayıb.

Ombudsman bu məbləğə şirkətdən nəqliyyat vasitəsi alıb.

“İdeal Motors” MMC “Performance Center” şirkətinin rəsmi dileridir. Bu şirkət əsasən “Chevrolet”, “Baic” və “Jak” avtomobillərinin satışını həyata keçirir.

Ombudsmanın şirkətdən bir, yoxsa bir neçə avtomobil aldığı bəlli deyil.

Azərbaycanda İnsan hüquqları üzrə Müvəkkil Səbinə Əliyevadır. O, deputat Siyavuş Novruzovun həyat yoldaşıdır. Bir müddət əvvəl Səbinə Əliyeva və Siyavuş Novruzov xüsusi karantin rejimi dövründə təşkil edilən akademik Ramiz Mehdiyevin nəvəsinin toy mərasimində iştirak etdiklərinə görə gündəmə gəlmişdilər. Sonradan Siyavuş Novruzov bəyanat yayaraq Ramiz Mehdiyevin onları aldatdığını bildirib.(Yenisabah.az)
Azərbaycanda keçmiş futbolçunun meyiti tapıldı - FotoBakının "Neftçi" və Gəncənin "Kəpəz" klubunun veteran futbolçusu Arzu Mirzəyev dünyasını dəyişib.

Avrasiya.net xəbər verir ki, bu barədə "Kəpəz"in Mətbuat xidmətinin rəhbəri Azad Mustafayev məlumat verib.

Mustafayevin sözlərinə görə, sabiq yarımmüdafiəçi 58 yaşında vəfat edib. Onun səhər saatlarında yaşadığı evdə meyiti aşkarlanıb.

Qeyd edək ki, Arzu Mirzəyev 1979 - 1983-cü illərdə "Kəpəz"də, 1984 - 1991-ci illərdə "Neftçi”də forma geyinib. O, flaqmanın heyətində 181 oyun keçirib, 5 qol vurub. Mirzəyev futbolçu karyerasını bitirdikdən sonra "Kəpəz" və Gədəbəyin "Narzan komandalarının baş məşqçisi də olub. O, son illərdə Gəncədəki "Təhsil" İdman Mərkəzində məşqçi işləyib.

Azərbaycanda keçmiş futbolçunun meyiti tapıldı - Foto
Hikmət Babayevin verdiyi açıqlama onun şəxsi fikridir - BNABakı Nəqliyyat Agentliyinin (BNA) hazırladığı taksi fəaliyyətinin tənzimlənməsinə dair layihə təklif xarakterli olub və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi məqsədini güdür.

Avrasiya.net xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

"Layihənin həyata keçirilməsi nəticəsində, sərnişin təhlükəsizliyinin, sağlamlığının və rahatlığının daha yüksək səviyyədə təmin edilməsi, eyni zamanda, taksi sürücülərinin əmək şəraitlərinin yaxşılaşdırılması, sosial rifahının və gəlirlərinin artması, taksi fəaliyyətinə peşə kimi münasibətin formalaşdırılması, dempinqin üzərində qurulmuş rəqabətin keyfiyyət üzərində qurulmuş rəqabət ilə əvəzlənməsi, şəffaflığın təmin edilməsi, dövlət nəzarətinin gücləndirilməsi kimi məsələlərin həlli nəzərdə tutulur. Bununla da Nazirlər Kabinetinin 73 saylı qərarla müəyyən edilən tələblərin icrası təmin ediləcək.

Son günlər bazar iştirakçıları və vətəndaşlar tərəfindən layihə ilə bağlı çoxsaylı müraciətlər daxil olub və təkliflər irəli sürülüb. Agentlik daxil olan rəy və təklifləri də nəzərə almaqla layihənin üzərində yenidən iş aparılmasını qərara alıb. BNA-nın şöbə müdiri Hikmət Babayevin verdiyi açıqlamanın onun şəxsi fikri olduğunu, qurumun mövqeyini əks etdirmədiyini bildirir və onunla bağlı müvafiq inzibati tədbirlərin həyata keçirildiyini bəyan edirik", - deyə Agentlik bəyan edib.


DTX bu şəxsləri axtarır - FotoAzərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəsmi saytının dizaynı dəyişdirilib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, yeni dizaynlı saytda “Axtarışda olanlar” bölməsi də yaradılıb.

Bu bölmədə DTX tərəfindən axtarışa verilən şəxslərin fotoları, habelə onlarla bağlı digər məlumatlar yer alıb.

Həmin şəxslərin arasında Azərbaycan vətəndaşları ilə yanaşı xarici vətəndaşlar da var.
Qarabağda 100 minlik ordu? Müharibəyə hazırlaşaq – ŞərhQarabağdakı qondarma rejimin “lider”i Araik Arutyunyan Nikol Paşinyanla birlikdə 100 minlik “xalq ordusu” yaradır. Görünür, Ermənistan ikinci dəfə öz müqəddəratını həll etmək istəyir. Düşmənin müharibə romantikası ilə alışıb-yanan çağırışlarına layiqli cavab verməliyik.

Bu sözləri Axar.az-a politoloq Turab Rzayev Dağlıq Qarabağ separatçılarının lideri Araik Arutyunyanın sülh danışıqlarına qarşı çıxması haqda danışarkən deyib.

Politoloqun sözlərinə görə, Arutyunyanın sülh danışıqları ilə bağlı səsləndirdiyi son fikirlər bir daha onu göstərir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli mümkün deyil:

“Arutyunyanın sözlərinə görə, danışıqları müzakirə etmək yox, müharibəyə hazırlaşmaq lazımdır, danışıqlar olmayacaq.

Bundan öncəki illərə fikir versək, görə bilərik ki, tərəflər arasında vaxtaşırı görüşlər keçirilir, təkliflər irəli sürülür, həmsədrlər tez-tez təmas xəttində monitorinqlər keçirir. Yəni danışıqlar prosesinin konkret bir predmeti var idi. Bu gün isə vəziyyət tam tərsinə cərəyan edir.

Hazırda danışıqlar prosesi kağız üzərində gedir. Keçmiş Xarici İşlər naziri Elmar Məmmədyarovun son səfərləri, eyni zamanda Ceyhun Bayramovun Moskvaya son səfəri bir daha onu göstərdi ki, danışıqlar prosesi deyilən bir anlayış artıq qalmayıb. Həmsədrlər faktiki olaraq gözdən pərdə asmaqdan başqa bir işə yaramır”.

Politoloqun sözlərinə görə, Arutyunyanın son bəyanatı, əslində, 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Nikol Paşinyanın yürütdüyü siyasətin məntiqi davamı və nəticəsidir:

“Ermənistan tərəfi hazırda nəinki münaqişəni danışıqlar yolu ilə həll etmək, ümumiyyətlə, bizimlə bu məsələ ətrafında danışmaq belə istəmir. Halbuki Nikol Paşinyan hakimiyyətə gələrkən verdiyi ilk vəd Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini qısa müddətdə həll edəcəyi idi. Düzdür, Azərbaycan torpaqlarının işğalında şəxsən iştirak etmiş “Qarabağ klanı”nın hakimiyyətdən getməsindən sonra bir çoxlarında belə təsəvvür var idi ki, münaqişənin nizamlanması üçün əlverişli şərait yaranacaq. Lakin vəziyyət elə bir hal alıb ki, Ermənistan formal sülh çağırışları belə etmir. Paşinyan faktiki olaraq indiyədək aparılan danışıqlarda masa üzərində olan sənədlərdən imtina edib. Bu, uzun illər ATƏT-in MQ həmsədrlərinin iştirakı ilə aparılan danışıqlar prosesinin pozulması deməkdir. Amma beynəlxalq vasitəçilər bu qeyri-konstruktivliyə görə Ermənistan rəhbərliyinə sərt etiraz bildirməyi lazım bilməyib.

Bütün bu situasiya bir daha onu göstərir ki, Azərbaycan işğal edilmiş torpaqlarını yalnız və yalnız müharibə yolu ilə geri qaytarmalıdır. Çünki Ermənistan ordusu bu gün müdafiəyə yox, hücuma hazırlaşır. Bu da azmış kimi Gəncə və Mingəçevirə zərbələrin vurula biləcəyi haqda hədə-qorxu gəlir”.
Əli Həsənovun layihələri DAYANDIPrezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun maliyyə vəziyyətinin pisləşdiyi barədə xəbərlər yayılıb.

Avrasiya.net xəbər verir ki, bunu Əli Həsənova məxsus Beynəlxalq Mətbuat Mərkəzindəki (BMM) işindən ayrılan tərçüməçi Nadir Qocabəyli bildirib.

"Yenə işsizlik başladı. BMM-dəki redaktor işindən ayrılmalı oldum. Hörmətli Əli Həsənov məni müəyyən yazı, redaktə işlərində ona köməklik üçün dəvət etmişdi. Mən üzərimə düşən işi layiqincə və keyfiyyətlə yerinə yetirməyə çalışırdım. Ancaq koronovirus və Əli müəllimin səhhətində son vaxtlar yaranan problemlər işlərmizdə müəyyən fasilə yaratdı.

Əlbəttə, işləmədən məvacib almaq mənim üçün də xoş bir şey deyil və bir neçə aydır ki, iş axtarırdım. Son aylar Əli müəllimin mənə heç bir tapşırıq verməməsindən narahat idim, açığı. Bunu özünə də yazmışdım və cavab vermişdi ki, karantin qurtarsın, görüşüb ətraflı müzakirə edərik.

Dünən mənə maliyyə durumunun çox ağırlaşdığı səbəbindən bir çox layihələrin dayandırıldığı haqda məlumat verildi. Sağ olsunlar, iş tapana qədər mənə müəyyən yardım ediləcəyini də vəd etdilər. Əslində iş yerimdən də tam ayrılmamışam. Yəni iş otağım, kompüterim, açarlarım özümdədir və istədiyim vaxt gedib-gələ bilərəm. Ancaq iş olmayandan sonra bunun mənası yoxdur”.

Əli Həsənov hazırda Türkiyədə müalicədədir, o, sosial mediada verdiyi açılamasında on-on beş günə Azərbaycana qayıdacağanı bildirib.
Ermənistan yenidən etiraz aksiyasına qalxdı: Rusiya ilə bağlı TƏLƏBPandemiya səbəbi ilə Rusiyaya gedə bilməyən Ermənistan vətəndaşları sərhədlərin açılması məsələsinə aydınlıq gətirilməsini tələb edirlər.

Publika.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, onlarla Ermənistan vətəndaşı bu gün səhər hökumət binasının qarşısında etiraz aksiyasına toplaşıb və sərhədlərin açılması üçün müəyyən bir tarixin verilməsi tələbini səsləndirib.

Hadisə yerindən jurnalistlərin verdiyi məlumata görə, ölkənin müxtəlif bölgələrindən iki mindən çox insanın oxşar vəziyyətdədir. Lakin siyahıya yalnız 150 nəfər daxil edilib.

Jurnalistlər sərhədlərin açılması ilə bağlı məsələni hökumətin iclasından sonra binadan çıxan Diaspor Komissarı Zara Sinanyana ünvanlayıblar. Sinanyan qeyd edib ki, bu məsələlər onun səlahiyyətinə aid deyil. O, Xarici İşlər Nazirliyi və komendantlıqla əlaqə saxlamağı məsləhət görüb.

Analoji aksiya bundan əvvəl də hökumət binasının qarşısında olmuşdu.