"Azay Quliyevin rəhbərlik etdiyi qurum minlərlə aztəminatlı ailəyə ərzaq yardım edir ""Sosial şəbəkələrdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının dəstəklədiyi layihə çərçivəsində 1 milyon şəxsə "COVİD-19 pandemiyasına qarşı mübarizə ilə bağlı maarıfləndirmə işinin təşkili" layihəsinin icrası davam edir. Artıq 2 aydan artıqdır ki, layihənin icrasını həyata keçirdirik. Layihənin növbəti mərhələsini həyata keçirdik. QHT Şurasının tövsiyyəsi ilə Azərbaycanda koranavirusla mübarizə çərçivəsində aztəminatlı ailələrə ərzaq yardımını yekunlaşdırdıq. Bu gün hörmətli millət vəkilimiz, QHT Şurasının sədri Azay Quliyevin rəhbərlik etdiyi dövlət qurumu tərəfindən 250 yaxın QHT-nin fəaliyyəti məhz koronavirusla mübarizəyə həsr edilib. Azay Quliyevin rəhbərlik etdiyi qurum minlərlə aztəminatlı ailələrə ərzaq yardım edir".
"Azay Quliyevin rəhbərlik etdiyi qurum minlərlə aztəminatlı ailəyə ərzaq yardım edir "
Bu açıqlamanı BAXCP sədrinin müavini, tanınmış QHT sədri, politoloq Niyaməddin Orduxanlı "Avrasiya.net" saytına deyib. Onun sözlərinə görə, bu QHT-lər demək olarkı Azərbaycanın əksər bölgələrində yaşayan aztəminatı ailələrə ərzaq və ya kupon yardım edirlər:" Söhbət birbaşa minlərlə aztəminatlı ailələrdən gedir.

Mən 15 ildən artıqdir ki, həm də QHT sədriyəm. Bizim təşkilat Abşeron rayonunda yaşayan birinci və ikinci qrup əlil ailələrinə yardım etdi. Biz bu ailələrin hər birinə 80 manatlıq "Araz Market" şəbəkəsinin kuponlarını Azərpoçt vasitəsi ilə çatdırdıq. Hər bir ailənin öz ixtiyarına verdik ki, Araz Marketin mağazalarından yaxınlaşıb 80 manatlıq istədiyi ərzaq mallarını ala bilərlər. Məncə, bu daha doğru yanaşmadır. Yaxşı olar ki, ailənin özü müəyyənləşdirdiyi ərzaqı alsın. Bütün bunları rəsmi şəkildə həyata keçirdik. Ancaq bir sıra QHT var ki, məhz Azerpoçt vasitəsi ilə ərzaq bağlamarını aztəminatlı ailələrə çatdırırlar. Hər iki halda QHT Şurası vasitəsi ilə vətəndaşlarımıza az da olsa dəstək olmaqdır."
"Azay Quliyevin rəhbərlik etdiyi qurum minlərlə aztəminatlı ailəyə ərzaq yardım edir "
QHT sədri Niyaməddin Orduxanlının sözlərinə görə, layihə uyun ayının 20-dən sosial şəbəkələrdə fəaliyyətə başlayıb:" Facebookda 30 minlik "Niyameddin Orduxanlı" facebook səhifəsi vasitəsi ilə 1 milyon vətəndaşımıza koronavirusla mübarizənin maarifləndirməsini məqsəd qoymuşuq. Təbii ki, söhbət həm də pullu reklam vasitəsi ilə vətəndaşlarımızın maarifləndirməsindən gedir. 2 ay müddətində 600 mindən çox vətəndaşa koronavirusla bağlı məlumat çatdırmışıq. Söhbət koronavirusla mübarizə həsr edilən 75 məlumatdan gedir. Biz bu məlumatları ödəniş əsasında 600 mindən çox şəxsə çatdırmışıq. Bilirsiniz ki, facebook reklam imkanları ödəniş etməklə facebook istifadəçilərinə istənilən məlumatı çatdırmaq olur. Buna ödənişli reklam deyirlər. Facebook istifadəçilərin hər biri "Niyaməddin Orduxanlı" səhifəsinə daxil olub, bu barədə geniş məlumat əldə edə bilər. Bzim layihəmiz oktaybrın 20-ə qədər davam edəcək. Böyük etimalla bir miylonda artıq vətəndaşımıza koronavirusla bağlı rəsmi və ya maarifləndirici məlumatları çatdıracağıq.
"Azay Quliyevin rəhbərlik etdiyi qurum minlərlə aztəminatlı ailəyə ərzaq yardım edir "
Politoloq bildirib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin virusla mübarizədə həyata keçirdiyi çevrik və doğru qərarları nəticəsində ölkəmizdə ölüm sayı və yoluxma sayı 213 ölkə arasında sonuncu yerlərdədir: "Bütün bunlar məhz cənab Prezident İlham Əliyevin vətəndaşa verdiyi dəyərin nəticəsidir. İlham Əliyev və Mehriban Əliyeva insan amilinə daha çox önəm verir və insanları qoruyur. Mart ayından bu günə qədər Azərbaycanda 37 000 şəxs virusa yoluxub və bunun 34 000 sağalaraq evə buraxilib. Çox təəssüf ki, ölüm sayı 530 olub. Bu da ümumu yolunaların 2% etmir. Ən inkişaf etmiş ölkələri Azərbaycanla müqayisə edəndə bizim ümumi vəziyyətimiz çox yaxşıdır.

Azətminatlı ailələrə, işsizlərə birdəflik yardımın verilməsi, 200 mindən artıq vətəndaşa ərzaq və tibbi yardımların olunması, sahibkarla dəstək və 10 modul tipli xəstəxananın qısa müddətdə tikilməsi barədə sərəncamın olması, Koronavirusa qarşı mübarizə fondunun yardılması və 120 milyon manat vəsaitin toplanması, dövlət büdcəsindən 4 milyard manata yaxı vəsaitin ayrılması məhz İlham Əliyevin apardığı düzgün siyasətin nəticəsiydi. Və biz Avropda, ABŞ-də insanların necə kütləvi şəkildə dünyasını dəyişdiyinin şahidi olurduq. Bir gündə on minlərlə insan həyatını itirirdi. Həmin dövrlərdə bizdə həm yoluxanların, həm də ölənləri saytı həddindın artıq az idi. Bu gün QHT Şurasının da fəaliyyətini xüsusi qeyd etmək istərdim. Şura sədri hörmətli Azay Quliyev Azərbaycanda sərt karantin rejimininə keçiddən sonra yüzlərlə QHT nümayəndəsini virusa qarşı mübairzəyə səfərbər etdi.

Ölkənin ən tanınmış QHT sədrlərindən ibarət İctimai Qərargah yaratdı və özünün rəhbərliyi ilə vətəndaşların maarıfləndirilməsi istiqamətinə addımlar atıldı. Onlara video konfranslar keçirdi. Bu gün dövlətin də QHT münasibətinin müsbət mənada dəyişdiyinin şahidi oluruq. Bir necə gündür ki, cənab Prezidentin köməkçisi hörmətli Hikmət Hacıyev QHT sədrləri ilə online görüşlər keçirdir. Və ölkəmizin inkişafında vətəndaş cəmiyyətinin rolunun önəmindən bəhs edilir. Vətəndaşla dövlət arasında təmas yolunu seçən QHT dövlətimizin güclənməsində, qorunmasında, inkişafında yaxından dəstək verməlidir. Necə ki, gər zaman cənab Prezident İlham Əliyev xüsusu olaraq qeyd edir ki, vətəndaş nəzarətini gücləndirməliyik və BİZ BİRLİKDƏ GÜCLÜYÜK!"
Almaniya hökuməti: Navalnını "Noviçok"la zəhərləyiblərAlmaniya hökuməti Rusiya müxalifətinin liderlərindən olan Aleksey Navalnının zəhərləndiyini bəyan edib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert deyib.

Ş.Zaybertin sözlərinə görə, A. Navalnıdan götürülən nümunələr üzərində aparılan toksikoloji testlərdə "Noviçok" qrupuna aid olan sinir iflicedici maddənin izləri tapılıb.

O bildirib ki, Kansler Angela Merkel, Maliyyə naziri Olaf Şoltz, Xarici İşlər naziri Hayko Maas, Daxili İşlər naziri Horst Sofer, Ədliyyə naziri Kristine Lambreçt və Müdafiə naziri Anneqret Kramp-Karrenbauer bu məsələni müzakirə edərək müvafiq addımların atılması barədə razılığa gəliblər.

"Federal hökumət bu aktı qətiyyətlə qınayır. Rusiya hökumətindən hadisə ilə bağlı izah tələb edilir. Navalnının xanımına və həkimlərə müayinənin nəticələri barədə məlumat verilib. Xarici İşlər Nazirliyi isə Rusiya səfirinə istintaqın nəticələri barədə məlumat verəcək.

Federal hökumət Aİ və NATO-dakı müttəfiqlərini Federal Xarici İşlər Nazirliyi vasitəsi ilə istintaqın nəticələri barədə məlumatlandıracaq. Tərəfdaşlarla müvafiq ortaq reaksiya müzakirə ediləcək. Federal hökumət həmçinin Kimyəvi Silahların Qadağan olunması Təşkilatı ilə təmas quracaq. Hökumət Almaniya Bundestaqındakı parlament qruplarını da məlumatlandıracaq", - deyə Şteffen Zaybert açıqlamasında vurğulayıb.

Xatırladaq ki, Rusiya müxalifətinin liderlərindən biri, “Gələcəyin Rusiyası” partiyasının sədri Aleksey Navalnı avqustun 20-də təyyarə ilə Tomskdan Moskvaya uçarkən qəfildən halı pisləşib və təyyarə Omskda təcili eniş edib. O, zəhərlənmə şübhəsi ilə Omskda xəstəxanaya yerləşdirildikdən bir neçə gün sonra Berlinin "Charite" klinikasına aparılıb.
Bütün hallarda Türkiyəni dəstəkləyirik - İlham Əliyevdən yunan səfirəErmənistanın torpaqlarını işğal edən Azərbaycan deyil, Ermənistan Azərbaycanın ərazisini işğal edib. Bu da bütün beynəlxalq təşkilatların sənədlərində öz əksini tapıb.

Avrasiya.net xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən bildirib.

“Toxunmaq istədiyim sonuncu məsələ Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdir. Sizə deyə bilərəm və bu, sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı.

“Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənin göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”, - İ.Əliyev söyləyib.
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinə yeni müavin təyin edilibPrezident İlham Əliyev Diasporla İş üzrə Dövlət Komitəsi sədrinə yeni müavin təyin edilməsi haqqında sərəncam imzalayıb.

"Report"un əldə etdiyi məlumata əsasən xəbər veririk ki, sərəncama əsasən, Elşad Əliyev Dövlət Komitəsi sədrinin müavini təyin olunub.

O, bu təyinatadək Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru vəzifəsində çalışıb. Fond Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərir.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini olan Faiq Quliyev avqustun 17-də Azərbaycanın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
DTX Biləsuvarda əməliyyat keçirdi: vəzifəli şəxslər saxlanıldıDövlət Təhlükəsizlik Xidməti Biləsuvar rayonunda əməliyyat keçirir.

Avrasiya.net xəbər verir ki, Bakipost.az saytı rayonun bir neçə vəzifəli şəxsinin həbs olunduğunu yazıb.

Əlavə məlumat verəcəyik.

***

Biləsuvar rayon Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müdiri Əliyev Fərasim saxlanılıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, onunla bərabər bir neçə vəzifəli şəxsin də saxlanıldığı bildirilir.
"Ramiz Mehdiyevə “mürgülü xatirələri yada salmamağı” məsləhət görürəm"Ramiz Mehdiyevin onu tənqid edən millət vəkillərini hədəfə alması necə bir dövlət adamı olmasından xəbər verir. Bu adamda zərrə qədər dövlətçilik şüuru olsaydı, tənqidə dözümlü yanaşar, emosiyalara qapılmadan səhvini etiraf edər və istefa verib istirahətə gedərdi. O isə haqlı iradları süngü ilə qarşılayır.

Avrasiya.net xəbər verir ki, bu sözləri Milli Məclisin sədr müavini Adil Əliyev Ovqat.com-a verdiyi geniş müsahibəsində deyib.

O bildirib ki, heç kəsi təhqir etməyib:

“Demişəm ki, kimliyindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir. Karantin qaydalarını pozan yüksək rütbəli məmur hüquq-mühafizə orqanları qarşısında cavab verməlidir. Necə ki, Ümumdünya Səhiyyə Təşkilatının direktivlərinə uyğun olaraq ölmüş dədəsinə yas saxlaya bilməyən sadə vətəndaşlar bunu etməyə məcburdur. Özünü böyük dövlət xadimi sayan, mənəviyyatdan, əxlaqdan danışan, Qurandan, hədisdən sitat gətirib peyğəmbərlik eşqinə düşən Ramiz Mehdiyev mənim hansı fikrimlə razılaşmır? Ramiz Mehdiyev, görünür, özünü xüsusi imtiyazlı şəxs kimi görür və qanunu pozduğuna görə ona tutulan kiçik bir irada belə sərt reaksiya verir. İmtiyazını isə guya hakimiyyətə xidmətləri ilə əsaslandırır. Halbuki onun hakimiyyətə, mərhum Ulu öndər Heydər Əliyevə, Prezident İlham Əliyevə nə qədər sədaqətli olduğu mübahisəlidir. Heç kəs bu ölkədə çörəyi qulağına yemir. Kimin kim olduğu, bu hakimiyyət üçün nələr etdiyi hər kəsə bəllidir. Məşhur bir mahnının sözləri ilə desək, Ramiz Mehdiyevə “mürgülü xatirələri yada salmamağı” məsləhət görürəm.

Üstəlik, uzun illər boyu hakimiyyətin ən yüksək pillələrində təmsil olunmaq insana əlavə imtiyaz vermədiyi kimi, əksinə onun qanunlara tabeçilikdə mənəvi məsuliyyət yükünü artırır. Sən əgər siyasi liderə, qanunlara sadiqsənsə, onun tələblərinə hər kəsdən daha çox əməl etməli, yaxşı nümunə ortaya qoymalısan. Ramiz Mehdiyevin ortaya qoyduğu nümunə isə itaətsizlikdir. Bunu yalnız o adam edər ki, insanları qanuni hakimiyyətə qarşı üsyana çağırır, ölkədə hərc-mərclik salmaq istəyir. Təsadüfi deyil ki, hakimiyyət nümayəndələrinin xoş niyyətlə tutduğu iradı süngüylə qarşılayan akademik onları müxalifətlə müqayisə edir və üstünlüyü hakim zümrənin qanını içməyə hazır olanlara verir. Müxalifəti mənəviyyat əhli, öz komanda yoldaşlarını isə ikiüzlü, məkrli zümrə kimi tanıdır. Məncə, bu fikirləri səsləndirməzdən əvvəl o öz siyasi mövqeyini müəyyənləşdirməli, açıq-aşkar müxalifətə keçməli idi. Hakimiyyət pramidasının ən yüksək mərtəbəsində oturub müxalifətdən daha müxalif mövqe tutanlar, xalq üçün itaətsizlik nümunəsi yaradanlar, Ramiz müəllim qüsura baxmasın, daha çox ikiüzlülük təsiri bağışlayır”.

A.Əliyev sözlərinə görə, nə onun, nə də yaxınlarının yüksəlişində Ramiz Mehdiyevin heç bir rolu olmayıb:

“Əksinə o, bütün milli qüvvələr kimi bizim də ayağımızın altını qazıb. Ümumiyyətlə, bu adamın işi-peşəsi mütərəqqi, dövlətə bağlı qüvvələri sıradan çıxarmaq idi. Onun bu məkrli siyasətindən ən çox əziyyət çəkənlərdən biri də mən və yaxın çevrəmdir. Bunu bizi yaxşı tanıyanlar gözəl bilirlər. Ramiz Mehdiyevin mənim yüksəlişimdə heç bir iddiası ola bilməz. Mən dövlətimə sadiq adamam və hər nə qazanmışamsa, Prezident İlham Əliyevin sayəsində qazanmışam. Ramiz Mehdiyevin ətrafına topladığı qüvvələr hər kəsə bəllidir. Onların hansı prinsiplə işləməsi də, akademikin hansı kriteriyalara görə öz kadrlarını yüksəltdiyi də heç kimə sirr deyil. Təəssüf ki, mənim ictimai statusum çox şeyləri deməyə imkan vermir. Çünki qanunverici hakimiyyətin sədarətində təmsil olunuram. Məhkəmə hakimiyyətinə aid olan məsələlərə qarışmağım düz çıxmaz. Hesab edirəm ki, hüquq-mühafizə orqanları Ramiz Mehdiyevin əməlləri və çevrəsi barədə kifayət qədər informasiyaya malikdirlər. Zamanı gələndə onlar öz sözlərini deyəcəklər və təkzibolunmaz faktları bir-bir ortaya qoyacaqlar”.

Vitse-spiker qardaşı Məhərrəm Əliyevin Bakı şəhər BPİ-nin rəisi vəzifəsindən uzaqlaşdırılması ssenarisinin Ramiz Mehdiyevin kabinetində cızıldığını da qeyd edib.

Hüquq-mühafizə orqanlarının Ramiz Mehdiyevin əməllərinə hüquqi qiymət verməyə tələsmədiyini bildirən A.Əliyev deyib:

“İndiki kritik məqamda həmin məsələlərin açılıb-ağardılması ciddi qalmaqallara yol aça bilər. Görünür, məhz bu səbəbdən də hüquq-məhkəmə sistemi ehtiyatla davranmağa üstünlük verir. Çünki Ramiz Mehdiyevin barəsində irəli sürülən ittihamların məhkəmə predmeti olması, özünün də dediyi kimi, qonşu dövlətlərlə münasibətlərin korlanmasına yol aça bilər. Məhz bu səbəbdən, belə məhkəmə prosesləri adətən tam məxfi aparılır. Görünən budur ki, akademik də bunun fərqindədir və AMEA-nın rəsmi saytını özünün şəxsi bloq səhifəsinə çevirməsi də, başqa dövlətlərin adını çəkib öz müdafiəsinə qoşmağa çalışması da bu arxayınçılığından irəli gəlir. Açığı, Azərbaycan dövləti bu amilləri nəzərə alıb, onu hörmətlə yola salmaq istəyirdi. Prezident İlham Əliyev akademikə dövlət mükafatı təqdim edərkən də əslində bu mesajı vermək istəyirdi. O isə keçmiş missiyasını əldən verməmək üçün iki ayağını bir başmağa dirədi. İddialara inansaq, Akademiyada otura-otura yenə özünə bağlı kadrları ölkənin əsas idarəçisi kimi qəbul edir, iclaslar keçirirdi. Dövlət də məcbur olub onunla danışıq tərzini qismən sərtləşdirdi. Bu adam hələ də ona verilən mesajı anlamaq fikrində deyil. Bir çox inzibati tədbirlər də onun bu inadkarlığı səbəbindən baş verdi”.

A.Əliyev akademikin əleyhdarlarına verdiyi yazılı açıqlamalarında dini motivlərə istinad etməsinin ona qəribə gəldiyini də vurğulayıb:

“Bu adamın elmi araşdırmaları ateist nəzəriyyələrlə bağlı olub. Uzun illər Azərbaycan Dövlət Universitetində elmi kommunizmdən “moizələr” oxuyub. 82 yaşında isə birdən-birə dindarlaşıb. Quran, yaşından asılı olmayaraq, hər kəsə tövbə etmək haqqı verir. Ramiz Mehdiyevin də, təbii ki, bu haqqı var. Amma tövbə edən şəxs gərək bu günə qədər etdiyi bəd əməllərinin nəticələrini aradan qaldıra. Bunu etmədən insanın tövbəsi qəbul olunmaz. Ramiz Mehdiyev niyə tövbə edir, bilirsiniz? Çünki 25 ildir əyləşdiyi kreslosunu əldən buraxmaq istəmir. Bir növ Allahın kəlamlarının arxasında gizlənib cəmiyyəti uçuruma sürükləmək siyasətini davam etdirməyə çalışır. Sitat gətirdiyi ayə isə “Rəd” surəsinin 11-ci ayəsidir. Orda bir qövmün özünü dəyişdirməsə, halının dəyişilməyəcəyindən söhbət gedir. Bu ayənin ruhu Ramiz Mehdiyevin arzu və istəkləriylə ziddiyyət təşkil edir. Çünki Ramiz Mehdiyev Azərbaycanı keçmiş sovet sistemində olduğu kimi idarə etmək arzusundadır. Yəni cəmiyyəti ən azı 30 il geriyə sürükləmək, yerində saydırmaq istəyir, amma “Öz”ün, mahiyyətin dəyişilməsindən danışır. Bilirsinizmi, bu nəyə bənzəyir? Vaxtilə Həzrət Əliyə qarşı döyüşən Müaviyə ordusu məğlub olduğunu görəndə nizələrinə Quran taxıb imamın əsgərlərinin qarşısına çıxmışdı. Bununla da qarşı tərəfin dini duyğularını istismar edərək canlarını qurtarmışdılar. 82 yaşına qədər elmi-ateizmin ən öndə gedən təbliğatçısının indi Qurandan ayə gətirməsi adama bu səhnəni xatırladır. Halbuki, o, Marksdan, Engelsdən də sitat gətirə bilər və daha səmimi görünərdi. Yeri gələndə Marks da, Engels də bəşəriyyətin yetişdirdiyi böyük dahilərdəndir və dünyanın bir çox yerlərində, hətta kapitalizm sistemində onların fikirləri ciddi mənbə kimi qəbul olunur. Ramiz Mehdiyev isə nədənsə bu dahi şəxsiyyətlərə deyil, dini motivlərə istinad edərək özünü qorumağa üstünlük verir. Bununla həm də tövbəli olduğunu göstərmək istəyir. Mən də Ramiz müəllimə elə Qurandan bir hekayəni xatırlatmaq istəyirəm. Müqəddəs kitabımızda deyilir ki, firon dənizdə boğularkən tövbə edir. Amma Allah onun tövbəsini qəbul etmir. Çünki son nəfəsdə edilən tövbələr qəbul olunmaz. Sən əgər bu günə qədərki səhvlərini və onların nəticələrini düzəltmək imkanına sahib deyilsənsə, etdiyin tövbənin nə mənası var? Ramiz Mehdiyev son 25 ildə Azərbaycan xalqına vurduğu zərərləri necə kompensasiya etmək istəyir - siyasi hakimiyyətə itaətsizliyi iləmi? Yoxsa Elmlər Akademiyasının elmi məcmuəsi kimi tanınan bir saytı özünün siyasi mülahizələrinin tirajlandığı şəxsi bloq səhifəsinə çevirməkləmi? Yeri gəlmişkən, AMEA-nın rəsmi saytında siyasi açıqlamalar verməyin özü də bir cinayətdir, qanun-qayda tanımamaq deməkdir. Ramiz Mehdiyev qanunlara itaətsizliyini bu sahədə də davam etdirir”.
Sosial şəbəkələrdə informasiya təhlükəsizliyi mövzusunda növbəti müzakirə keçirilib – FOTO“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sosial şəbəkələrdə informasiya təhlükəsizliyinin təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun artırılması ilə bağlı tədqiqatların aparılması” layihəsinin icrası davam edir.

Təşkilatdan verilən məlumata görə, İcra Planının şərtlərinə uyğun olaraq layihənin ikinci onlayn ictimai müzakirəsi keçirilib.Onlarla şəxsin iştirakı ilə keçirilən tədbirdə mövzunun aktuallığı və vacibliyi qeyd olunub, diqqətə çatdırılıb ki, sözügedən məsələyə önəm verilməsi günümüzün tələbidir, belə görüşlər bu sahədə müəyyən irəliləyişlərə səbəb olacaq.

Tədbiri açıq elan edən “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini Telman Məmmədov qonaqları salamlayaraq nəzərə çatdırıb ki, vətəndaş cəmiyyətinin üzvləri, əsasən də gənc nəsildə internet mediaya marağın artırılması və sosial şəbəkələrdən düzgün istifadənin istiqmətlərini aşılamaq olduqca əhəmiyyətlidir.O, əlavə edib ki, əsas hədəf sosial şəbəkələrdəki təhlükəli və təhlükəsiz xəbərlərin sərhədlərinin konturlarını vətəndaşlarımıza düzgün çatdırmaqdır.

Sonra söz ekspertlərə verilib.Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin üzvü İlham Məmmədov çıxışında “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin icra etdiyi layihənin mövzusunun günümüzün ən aktual, vacib məsələlərindən olduğunu xatırladıb və əlavə edib ki, bu məqamlar gələcəkdə də diqqətdə saxlanılmalıdır.Onun sözlərinə görə, vətəndaş cəmiyyəti üzvlərinin informasiya təhlükəsizliyində rolunu məhz belə layihələrlə artırmaq mümkündür.Millət vəkili sonra pandemiya dövründə dövlətin həyata keçirdiyi mühüm tədbirlərdən danışıb.

Məlumdur ki, layihə çərçivəsində hər ictimai müzakirəyə xüsusi qonaqlar dəvət olunur.Bu dəfə fikir mübadiləsinə qatılan Gürcüstanın Suxumi Dövlət Universitetinin professoru Quram Marxuliya mövzunun əhəmiyyətinə toxunub, xatırladıb ki, ölkələrimiz işğala məruz qalıb və milli maraqlarımızın, ərazilərimizə olan təhdidlərin qarşısının alınması üçün vətəndaşlarımızın səfərbər olması zəruridir, onların bu yöndə fəaliyyəti üçün ən münasib platformalardan biri isə sosial şəbəkələrdir.Gürcü professor Azərbaycan dövləti tərəfindən yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası institutunu unikal ideya adlandırıb, ölkəsində də belə bir strukturun yaradılmasının vacibliyini vurğulayıb.

Ardıcıllıqla çıxış edən “Bələdiyyələrin İnkişafına yardım” İctimai Birliyinin sədri, “Niyaməddin Orduxanlı” adlı səhifənin sahibi “Niyaməddin Orduxanlı, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov,”İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri, QHT TV və QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə,Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının mətbuat katibi Teymur Bayramov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Ülkər Həsənova mövzu ilə bağlı fikirlərini bildiriblər.Beynəlxalq təcrübədən, sosial şəbəkələrdə yayılan xəbərlərin hüquqi tənzimlənməsindən, şəxsi həyatın toxunulmazlığından, təhqirlə tənqidin fərqindən, fərdi məlumatların yayılmasından bəhs ediblər.

Çıxışlarda həmçininpandemiya dövründə sosial şəbəkələrdən istifadənin daha da aktuallıq kəsb edildiyi,COVİD-19 virusu ilə bağlı həm psixoloji təsirlərdən, həm də düzgün analiz olunmamış xəbərlərin insanlara mənfi təsirlərindən danışılıb.

Onlayn müzakirədə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri, gənclər sahəsində fəaliyyət göstərən ictimai birliklərin üzvləri və digər şəxslər iştirak ediblər.

Lyihəyə Sosial Tədqiqatlar Mərkəzi (STM) ilə birgə keçirildiyindən qurumun təklif və tövsiyələrinə yer verilir.

Qeyd edək ki, “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin COVİD19 pandemiyası ilə əlaqədar aztəminatlı ailələrə ərzaq və tibbi ləvazimatın paylanması çağırışını müsbət qarşılayıb və könüllü olaraq bu kateqoriyadan olan şəxslərə dəstək göstərəcək.

Xatırladaq ki, layihənin icra müddəti üç aydır və bu dövr ərzində Bakı, Sumqayıt və Gəncə sakinləri ilə onlayn müzakirələr keçiriləcək, xüsusi kitabçalar hazırlanacaq, mövzu ilə əlaqədar sorğular təşkil olunacaq, nəticələri isə geniş ictimaiyyətə çatdırılacaq.
"Məqsəd ilk növbədə, vətəndaşların təhlükəsizliyi, sağlamlığı və onların rifahıdır"Azərbaycan 2020-ci ilə yaxşı templə başlayıb. Belə ki, hələ bu ilin əvvəlində sosial-iqtisadi sahələrdə nəzərə çarpan müsbət göstəricilər Azərbaycanda islahatların davam etdirilməsinin yaxşı nəticələrə gətirib çıxaracağını deməyə əsas verirdi. Lakin COVID-19 pandemiyası dünya iqtisadiyyatı ilə yanaşı Azərbaycan iqtisadiyyatı üçün də böyük problemə çevrildi.

Bunu Avrasiya.net-ə Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov bildirib.

Xatırlayırsınızsa, Prezident İlham Əliyev bu ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə nitqində pandemiyanın iqtisadiyyata mənfi təsirinin qaçılmaz olduğunu diqqətə çatdırmışdı. Lakin təqdirəlayiq haldır ki, Azərbaycan Prezidenti yaranmış vəziyyətlə əlaqədar büdcədə zəruri olmayan layihələrin dayandırılması və ixtisara salınması barədə göstəriş versə də, sosial sahədə heç bir proqramın ixtisar edilməyəcəyini bildirmişdi. Elə də oldu, social proqramlar ertələnmədi, təxirə salınmadı. Bu bir daha onu göstərir ki, ölkəmizdə aparılan siyasətin ana xəttini Azərbaycan Respublikasının vətəndaşlarının rifahı tutur və görülən hər bir iş məhz vətəndaşların social rifahının yaxşılaşdırılmasına yönəlib. Hazırda ünvanlı sosial yardım alan insanların sayı 70 mindən çoxdur. Pandemiyaya görə 190 manat məbləğində yardım alanların sayı isə qat-qat çoxdur:

"Onu da qeyd edim ki, bu gün bütün dünyanın gözəgörünməz düşmənə qarşı (COVID-19) mübarizə apardığı bir şəraitdə cənab Prezident məcburi köçkün və şəhid ailələrini də unutmadı, minimum 7 min köçkün ailəsinin və minimum 1500 şəhid ailəsinin yeni mənzillərlə təmin ediləcəyini bildirdi. Bu Azərbaycan dövləti tərəfindən bütün sahələrə göstərilən diqqətin, qayğının nəticəsidir.
Bundan əvvəl isə Prezident İlham Əliyev 2019-cu ildə dövlət qulluqçularının, hərbi qulluqçuların, hüquq-mühafizə orqanı əməkdaşlarının və digər xüsusi rütbəli şəxslərin, müəllimlərin, habelə dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilərin əmək haqlarının, eləcə də minimum əməkhaqqının artırılması barədə sərəncamlar vermişdi".

MHP sədri onu da bildirib ki, ölkə başçısı tərəfindən aparılan sosial-iqtisadi siyasət Azərbaycan vətəndaşının, onun sosial təminatının və rifahının dayandığını özündə növbəti dəfə bariz şəkildə ehtiva edən bu qərarlar ümumilikdə iki milyondan çox insanı əhatə etməklə, həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan şəxslərin maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına hesablanıb:

"Prezidentin ilin əvvəlindən həyata keçirdiyi sosial paketin əhatə dairəsi 3 milyard manatdan artıqdır. Bu paketlər nəticəsində keçən il minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata çatdırılması, dövlət qulluqçularının aylıq vəzifə maaşlarının 50 faiz artırılması, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əmək haqlarının 40 faiz artırılması, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz artırılması, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının orta hesabla 40 faiz artırılması mümkün oldu".


Bilirsiniz, Prezident İlham Əliyev tərəfindən qəbul edilən qərarlar qlobal iqtisadiyyatda baş verən neqativ meyllərin, eləcə də pandemiyanın ölkə əhalisinin sosial təminatına mənfi təsirini minimallaşdırmağaimkan verir. Sosial-iqtisadi paketlər əhalinin zərərlərinin minimum endirilməsinə, iqtisadi aktivliyin artmasına öz töhfəsini verəcək. Əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır. Odur ki, əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün yeni sosial paket hazırlanır. Hazırlanan dövlət dəstəyi proqramı barədə bu ilin mart ayının sonunda dövlət başçısına məlumat verən Iqtisadiyyat naziri Mikayıl Cabbarov pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 44 min sahibkarlıq subyektində çalışan 304 min muzdlu işçinin əməkhaqlarının ödənilməsi üçün birbaşa maliyyə dəstəyi proqramını Prezidentə təqdim etdi. Bəlli oldu ki, 9 istiqamət üzrə proqram hazırlanıb:

"Birinci və ikinci proqramlar pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 292 min fərdi mikrobiznes subyektinə və fərdi sahibkarlara maliyyə dəstəyi proqramlarıdır. Üçüncü proqram pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri, imtiyazları və tətilləri proqramıdır. Bu, əhatəli proqramdır. Burada əhatə dairəsi, ilk növbədə, mənfi təsir altında olan sektorlara ünvanlansa da, onların bəziləri daha da genişdir. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə yeni verilən bank kreditləri üzrə kredit zəmanəti dəstəyi proqramı(dördüncü proqram) da çox əhəmiyyətlidir. Bu proqramın həcmi 500 milyon manat təşkil edir. Beşinci proqram pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit zəmanət dəstəyi proqramıdır. Bu, daha da böyük həcmdə olan - 1 milyard manatlıq bir proqramdır. Burada həm qismən dövlət büdcəsinin, həm də ki, Sahibkarlığın İnkişafı Fondunun vəsaitlərinin cəlb edilməsi nəzərdə tutulur. Altıncı istiqamət olaraq əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paket dövlət başçısına ayrıca təqdim ediləcək. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı da gündəlikdədir".

Ə.Hüseynovun fikrincə, həmçinin ipoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi proqramı səkkizinci istiqamət kimi müəyyənləşdirilib. Doqquzuncu proqramın istiqaməti əhalinin kommunal ödənişlərə, ilk növbədə, elektrik enerjisinə mövsümü nəzərə alaraq dəstək proqramıdır. Qeyd edilir ki, insanlar evdə daha çox vaxt keçirdiyinə görə elektrik enerjisi sərfiyyatı artır. Ona görə də burada limitlərin genişləndirilməsi təklif olunur:

"Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu proqramlar, paketlər genişmiqyaslı iqtisadi və sosial paket həm iqtisadi sahədə artan dinamikaya müsbət təsir göstərəcək, eyni zamanda, həssas təbəqəyə aid olan vətəndaşları bu böhrandan qoruyacaq. Məqsəd ilk növbədə, vətəndaşların təhlükəsizliyi, sağlamlığı və onların rifahıdır. Təqdim edilən təkliflər genişmiqyaslıdır və bu gün pandemiyadan zərər çəkmiş sahələrdə işləyən vətəndaşların maraqlarını nəzərə alır, onlara əməkhaqlarının əhəmiyyətli hissəsi müvəqqəti olaraq dövlət tərəfindən ödəniləcək. Məlum məsələdir ki, bu proqramlar postpandemiya dövründə inkişafa hesablanıb. Yəni hökumət sağlam, dayanıqlı və rəqabətqabiliyyətli yeni iqtisadiyyatın formalaşmasına çalışır. Ümid edirik ki, bu proses tezliklə öz müsbət nəticələrini verəcək".

Sürücü işləyən direktora cinayət işi açıldıAvtobus sürücüsü işlədiyi ilə bağlı sosial şəbəkələrdə foto paylaşan Saatlı rayonunun Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayev barəsində cinayət işi başlanılıb.

Avrasiya.net Report-a istinadla xəbər verir ki, 23 yanvar 2019-cu il tarixdə Saatlı rayon Prokurorluğunun təqdimatı əsasında maliyyə müfəttişlərinin məktəbdə apardığı təftiş yoxlaması nəticəsində toplanmış materiallar əsasında Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

Prokurorluğun təqdimatı ilə Təhsil Nazirliyi E.Rzayevi məktəb direktoru vəzifəsindən azad edib və müəllimlik fəaliyyətinə xitam verib. Onun cinayət işinə Saatlı Rayon Məhkəməsində baxılıb və 5 000 manat cərimə olunub. 8 aydan sonra Nərimanov Rayon Məhkəməsi E.Rzayevin barəsində işə bərpa barədə qərar çıxarıb.

Qərardan narazı qalan dövlət ittihamçısı apelyasiya protesti verib. Apelyasiya protesti Şirvan Apelyasiya Məhkəməsinin hakimi Rafiq Cəfərovun icraatına verilib və sentyabrın 7-də məhkəmə iclası keçiriləcək.

Qeyd edək ki, E.Rzayev məzuniyyət vaxtı “BakuBus” MMC-yə məxsus avtobusun sükanı arxasında foto çəkdirib sosial şəbəkədə paylaşaraq sürücü işləməsi təəssüratı yaradıb. Bu da sosial şəbəkələrdə "məktəb direktoru sürücü işləyir" xəbərinin yayılmasına səbəb olub. Bakı Nəqliyyat Agentliyi isə məlumat yayaraq həmin şəxsin “BakuBus” MMC-də işləmədiyini və bunu paylaşım xatirinə etdiyini bildirmişdi.

Təhsil Nazirliyinin yaydığı məlumata əsasən, "Müəllimlərin etik davranış Qaydaları"nı pozduğuna görə Saatlı rayonunun Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru E.Rzayevə Təhsil nazirinin müvafiq əmri ilə töhmət verilib.