"Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması həmişə hökumətin  diqqətində olub"Pandemiya dövründə əhalinin sosial müdafiəsinin təmin edilməsi istiqamətində bir sıra yeni sosial layihələr həyata keçirilib. Buna misal olaraq əhalinin aztəminatlı təbəqəsinə, pandemiyadan zərər çəkən insanlara sosial yardımların verilməsi, özəl sektorda çalışan insanların əməkhaqqının yarısının dövlət tərəfindən ödənilməsi kimi məsələləri çəkmək olar. Beş milyona yaxın insan geniş sosial paketlə əhatə olunub. Dövlət sektorunda, özəl sektorda işləyənlər, işsizlər, qeyri-formal işləyənlər, aztəminatlı təbəqə dövlət tərəfindən maddi dəstəklə təmin edilib.

Bunu Avrasiya.net-ə politoloq Mirsamir Məmmədov koronavirus dönəmində hökumətin əhalinin sosial iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra sosial layihələrin həyata keçirilməsində münasibətində açıqlayıb.

Politoloq qeyd edib ki, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması hökumətin həmişə diqqətində olub: “Cənab prezidentimizin sərəncam və qərarları, onun göstərişi ilə yerlərdə həyata keçirilən tədbirlər əhali tərəfindən rəğbətlə qarşılanıb. Bura 10 modul tipli xəstəxanın tikintisini də daxil edə bilərik. Ölkə rəhbərliyi bununla qabaqlayıcı tədbirlər görür. Digər tərəfdən pandemiya dövründə insanların maska və digər tibbi ləvazimatların daxili imkanlar hesabına təmin olunması məqsədi ilə qısa zaman kəsiyində bir sıra istehsal müəssisələri istifadəyə verilib”.

M.Məmmədov bildirib ki, Azərbaycan dövləti əhalinin rifah halının yüksəldilməsi və sosial infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması istiqamətində mühüm tədbirlər həyata keçirir. Bu məqsədlə ölkədə çoxsaylı dövlət proqramları qəbul olunub, bunların əsasında böyük layihələr icra edilib. Ölkədə işsizlik probleminin aradan qaldırılması istiqamətində həyata keçirilən işlərə toxunan politoloq bildirib ki, əhalinin məşğulluğunun təmin edilməsi əsas məqsədlərdən biridir: “Əhalinin həssas təbəqəsinin sosial problemlərinin həlli məqsədi ilə 90 min insan sosial işlərlə təmin olunması prosesi davam edir. Dövlət başçısı öz çıxışlarında dəfərlə bildirib ki, apardığı siyasətin başlıca istiqaməti xalqa xidmət etməkdir. Ölkə başçısı xalqın sosial rifahının yaxşılaşdırılması üçün bütün imkanlardan istifadə olunacağını bəyan edib".

Onun sözlərinə görə, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə pandemiya dövründə reallaşdırılan genişmiqyaslı sosial dəstək paketi 5 milyona yaxın insanı əhatə edir. Bu paket çərçivəsində dövlət və özəl sektorda muzdla çalışan 1 milyon 665 min (o cümlədən özəl sektorda 751,3 min) işçinin iş yerlərinin və əməkhaqqı gəlirlərinin qorunması, 2 milyon vətəndaşa sosial təminat növləri (pensiya, təqaüd, müavinət) üzrə ödənişlərin davamlılığı təmin edilib.
Aprel-may aylarında 600 minədək, daha sonra sərt karantin rejiminin tətbiq edildiyi 16 rayon və şəhər üzrə 283 min aztəminatlı işsiz şəxsi əhatə edən 190 manat birdəfəlik ödəmə proqramı icra olunub.
Ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırılıb və özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min ailənin kiçik təsərrüfatlarının qurulması işləri aparılır. Həmçinin 85 min ailənin 350 min üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin olunur.
Eyni zamanda, 100 minədək tənha yaşlı, əlilliyi olan şəxs, aztəminatlı ailə ərzaq yardımı ilə təminatı həyata keçirilib, 20 minədək şəxsin işsizlikdən sığorta ödənişi əhatə olunması işləri görülür.

Qeyd olunub ki, Azərbaycanda koronavirusla mübarizə sahəsində görülən işlər, ilk gündən həyata keçirilən tədbirlər ölkəmizdə koronavirus xəstəliyinin nəzarət altında saxlanmasına şərait yaratdı. Bununla bərabər Azərbaycan hökuməti Prezidentin tapşırığı ilə pandemiya dövründə heç bir sosial layihəni ixtisara salmadı. Əksinə, sosial tədbirləri daha da gücləndirmək istiqamətində addımlar atdı. Ölkəmizdə koronavirusla mübarizə sahəsində görülən və bu gün də davam edən işlərdən biri bu sahədə maarifləndirmədir. Pandemiyadan az itkilərlə çıxmaq üçün vacib olan üç şərtin - məsafə saxlamaq, şəxsi gigiyenaya riayət etmək və məsuliyyətli olmağın təbliğinə xüsusi diqqət yetirilir.
“Lotu Quli”nin qətlinin sifarişçisi açıqlandıAvqustun 19-da Türkiyənin Antalya şəhərindəki otellərdən birində qətlə yetirilən mşhur kriminal avtoritet Nadir Səlifovun (“Lotu Quli”) qardaşı, “Namiq Bakinski” kimi tanınan Namiq Səlifovun “vor” titulundan məhrum edilməsinə dair bu günlərdə KİV-lərə ötürülən “proqon” saxtadır.

Virtualaz.org xəbər verir ki, bu haqda “Prime Crime” agentliyi bildirir. İddia edilir ki, həmin “proqon”un altında imzası olan “vor”ların nə hamısı birlikdə, nə də ayrı-ayrılıqda N.Səlifovun tituldan məhrum edilməsinə dair həbsxanalara “proqon” göndərməyiblər.

Xatırladaq ki, həmin “proqon”un altında “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşov başda olmaqla bir sıra “qanuni oğruların” adları yer almışdı. Lakin virtualaz.org dəqiqləşdirmişdi ki, həmin “proqon” bir il əvvəl olub və daha sonra “qüvvəsini itirib”. Namiq Səlifovun “Lotu Quli”nin kriminal imperiyasının başına keçdiyi haqda xəbərlərdən sonra bu “sənəd” ortaya atılıb.

“Prime Crime” bildirir ki, Qulinin öldürülməsinin arxasında “Rövşən Lənkəranski”nin qardaşı, Azərbaycan gömrüyünün polkovnik rütbəli keçmiş əməkdaşı Namiqin və Moskvada fəaliyyət göstərən əmisi oğlu Zaurun (“Zayka”) dayandığı deyilir. Onlar istənilən yolla qardaşlarının qisasını alacaqlarına and içmişdilər.

Lakin Quli Rövşənin ölümünə görə heç vaxt günahı üzərinə götürməmişdi. Heç bir “qanuni oğru”, o cümlədən “Rövşən Lənkəranski”nin dostları onu bu qətlə görə birbaşa ittiham etməmişdilər. Ona görə də əgər Rövşənin öldürülməsi iki “qanuni oğru”nun toqquşmasının nəticəsidirsə indiki halda Qulinin qətli “Lənkəranski”nin qohumlarının qan qisasıdır.

O da bildirilir ki, həmin “proqon”da adları göstərilən “vor”ların hamısının Quli ilə bu və ya digər formada münaqişəsi olub, amma Quli onlarla açıq münaqişəyə getməyib. Bununla belə Qulinin qətlinin Quram, Badri və Şakro ilə bağlı olduğu haqda versiya dərhal ortaya atılıb.

Sayt daha sonra yazır ki, Qulinin qatili Xaqan Zeynalov (“Xan Əhmədlinski”) xüsusi olaraq onun ətrafına yerləşdirilməmişdi, amma Qulinin etibarlı adamına çevriləndən sonra ələ alınıb. Onu bu işə nə vadar edib, bilinmir. Qatil Qulini öldürməklə şan-şöhrətə, yoxsa sanballı qonorara ümid edirdi, bu məlum deyil, amma görünən odur ki, cinayətdən sonra ələ keçməklə onun planları pozulub.

Sayt mənbəyə istinadən bildirir ki, sifarişçiyə aparan izləri itirmək üçün “Xan”ı onun cinayət ortağı-sürücü Amir Həmidli aradan götürməliydi. Həmidlini “Xan”a “Rövşən Lənkəranski”nin qohumları calaşdırıb, amma Antalya-Denizli yolunda onları polis saxladığına görə sürücü “Xan”ı öldürə bilməyib. Habelə deyilənə görə, Xaqan Zeynalov qətlə görə vəd olunan qonorarı almayıb. Bəzi məlumatlara görə, o, şəxsi nifrət zəminində Qulini öldürməyə razılaşıb, lakin protokolsuz söhbətlərdə qətli muzdla törətdiyini inkar etmir. Üstəlik iddia olunur ki, “Xan” daha sonra sifarişçi kimi “Kvejoyeviç” ləqəbli gürcü “qanuni oğru” Quram Çxladzenin adını çəkməlidir. “Kvejoyeviç” ötən ilin avqustunda Antalyada Quli ilə söhbət zamanı onun adamı, “Arman Dikiy” ləqəbli qazaxıstanlı “fraer” (“vor” adı almağa can atan) Arman Cumqaldiyev tərəfindən döyülmüşdü. Quli isə onu cəzalandırmaqdan imtina etmişdi.

Namiqə gəldiksə isə onu nüfuzdan salmağa yönələn saxta “proqon” kriminal aləmin liderlərinin ona qarşı iddiasının olmadığını göstərmiş olub. İndiyədək Qulinin yüksək avtoritetini qəbul edərək Namiq onun kölgəsində qalmağa məhkum idi. O, hələ 16 yaşında Quliyə atəş açan şəxsə tapançanın darağını boşaltmaqla böyük qardaşının hörmətini qazanıb. Bildirilir ki, Qulinin azadlığa çıxmasında da qardaşının xidmətləri olmuşdu. Amma o, “vor” statusu alandan sonra bəzi məsələlərdə qardaşı ilə fərqli mövqe ortaya qoyub. Namiq qardaşına nisbətən kompromslərə meyllidir, amma publik şəxs deyil. İndi onun qardaşının işini davam etdirməkdən başqa yolu qalmır...

Virtualaz.org

"Xəzər" TV-də nə baş verir? - Murad Dadaşovdan AÇIQLAMASon günlər “Xəzər TV”nin əməkdaşlarının işdən azad olunması ilə bağlı məlumatlara tez-tez rast gəlirik. Bəzi aparıcılar öz istəkləri ilə işdən uzaqlaşdıqlarını desələr də, digərləri ilə bağlı qaranlıq məqamlar mövcuddur.

Məsələ ilə bağlı danışan "Xəzər TV"-nin rəhbəri Murad Dadaşov son hadisələrin yaranma səbəblərini və nədən qaynaqlandığını belə izah edib:

“Hazırda son məsələlərlə bağlı açıqlama vermək çətindir. Çünki bəzi məsələlər var ki, təsisçilərimizlə onları təsdiqləməliyik. Biz “Dalğa”nı inkişaf etdirmək istəyirik ki, gələcəkdə sevilən, seçilən bir kanal olsun. Bu baxımdan hətta bəzi verlişləri “Dalğa TV”-də yayımlamaq fikrindəyik. Hansı verilişlər gedəcək, hansılar qalacaq, bu, pandemiya və reklam bazarı ilə bağlı nüanslardır. Həmçinin, verilişlərin tərtibi məsələsində məlum səbəbdən tamaşaçıları dəvət edə bilmirik. Zaur Kamal və digər aparıcılar öz fəaliyyətlərini davam etdirirlər. Onlar işdən azad edilməyib və tamaşaçılar tərəfindən sevilən simalardır. Sadəcə olaraq həmin şəxslərlə bağlı “Xəzər” Televiziyasında yeni layihələr nəzərdə tutulub”. / "News24"


Nazirin bu polisi işdən qovması qanunidirmi? - EkspertBakı şəhər BPİ-nin Dövlət Yol Polisi İdarəsinin operatoru Kamran Abbasovun anası ilə mübahisə etməsi və ona qarşı kobud ifadələr işlətməsi videosunun yayılmasına görə işdən çıxarılması mübahisələr yaradıb.

Axar.az xəbər verir ki, bəziləri K.Abbasovun xidmət başında olmadığını əsas gətirərək, ailəsindəki münaqişəyə görə işdən çıxarılmasını qanunsuz hesab edir. İddia olunur ki, ailə daxilində bu insidentin yayılmasına görə DİN rəhbərliyi onunla daha adekvat davrana, tənbeh edə bilərdi. Əksinə, sərt cəza tədbiri ailə daxilində münaqişəni daha da alovlandıra bilər.

Mövzu ilə bağlı saytımıza açıqlama verən keçmiş polis rəisi, kriminalist Mahmud Hacıyev bildirib ki, Kamran Abbasov serjantdır, polis nəfəridir:

“Belə bir məsələ yaşanıbsa, anasını təhqir edibsə, ilk olaraq onunla bağlı xidməti təhqiqat aparılıb. Bu məsələ baş verərkən polisin vəzifə başında olub-olmamasının heç bir fərqi yoxdur. Bu insan hüquq-mühafizə orqanlarında çalışır. Onun özü bu cür halların qarşısını almalıdır ki, ailədə münaqişə olmasın”.

Ekspertin sözlərinə görə, hadisənin ailə-məişət zəminində baş verməsi heç nəyi dəyişmir:

“Polis əməkdaşı ailədə də məsuliyyətli olmalıdır. Belə hal baş verəndə isə daxili təlimata uyğun olaraq, DİN rəhbərliyi araşdırma apartdırır. Araşdırmaların nəticəsinə uyğun da qərar verir. Onun işdən çıxarılmasında hər hansı sensasiya, qanunazidd addım yoxdur. Əgər bir polis ailə daxilində anası, həyat yoldaşı, eləcə də iş yoldaşları ilə münaqişəyə girirsə, deməli, həmin şəxs mənəvi-psixoloji cəhətdən problemlidir və onun xidmət başında da analoji addım atmayacağına heç kim təminat verə bilməz. Belə bir şəxs polis orqanlarında necə çalışa bilər?!”

Keçmiş polis rəisi bildirib ki, polislər hərbi komissiyalardan keçirlər, psixologiyaları yoxlanılır və yuxarı komandalıq hüquq-mühafizə orqanı əməkdaşlarını kobudluqlara eyni cür cavab verməkdən qaçmaq tələbi qoyur:

“Rəhbərlik, eləcə də cənab nazir Vilayət Eyvazov polis əməkdaşlarına xəbərdarlıq edir ki, ictimai yerlərdə, vəzifə başında olarkən təhqirlə üzləşərlərsə, qarşı tərəfə kobud cavab verməməli, səbir, təmkin nümayiş etdirməlidirlər. Bu, DİN rəhbərinin polislərin nümunəvi olması ilə bağlı israrlı olmasından xəbər verir. Ona görə də cənab nazirin bu qərarını alqışlayır və bunu digər polis əməkdaşlarına da bir çağırış kimi qiymətləndirirəm”.

Qeyd edək ki, Azərbaycanda polis əməkdaşının vəzifə başında olmadığı halda, ailə mübahisəsi zəminində anasını təhqir etdiyinə dair görüntülər yayılıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, Bakı şəhər BPİ-nin Dövlət Yol Polisi İdarəsinin operatoru Kamran Abbasov ailə münaqişəsi zəminində valideynlərinə qarşı yol verdiyi kobud davranışa, işlətdiyi nalayiq ifadələrə, bununla da “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi” ilə müəyyən olunmuş qaydaların tələblərini pozduğuna görə daxili işlər orqanlarında xidmətdən xaric edilib.
Nicat Muradzadə: “İstehlak malları üçün elektron ticarət platforması yaradıla bilər”Nicat Muradzadə

Koronavirusa yoluxma tendensiyasının dünyadakı son artış trendi pandemiyanın yeni fazaya qədəm qoyduğunu deməyə əsas verir. Müxtəlif peyvənd vasitələrinin ixtirasına dair xəbərlər mətbuatda dövr etsə də, mötəbər təşkilatlar hələ bir müddət də virusun həyatımızın tərkib hissəsi olacağında dair çoxsaylı proqnozlarla çıxış edirlər. Bu hal isə “2-ci və 3-cü dalğa” adlanan yeni mərhələlərin fonunda məhdudlaşdırıcı tədbirlərin davam edəcəyindən xəbər verir. Bu baxımdan, biznes ekosistemini istənilən üsul və vasitə ilə robustlaşdırmaqla, yaxın gələcəkdəki itkiləri minimallaşdırmaq, habelə informasiya kommunikasiya texnologiyalarının prosesə inteqrasiyası ilə biznes subyetklərini dayanıqlılaşdıraraq, onların vəziyyətə reaksiya potensialını adekvatlaşdırmaq mümkündür.

Pandemiya dövründəki müşahidələrə əsasən deyilə bilər ki, iqtisadi dövriyyənin minimallaşması nəticə etibarı ilə ən çox kiçik və orta sahibkarlıq subyektlərinə zərər verir. Bu subyektlərin sırasından, geyim ticarəti ilə məşğul olanlar üçün vəziyyət heç də ürəkaçan deyil. Şübhəsiz ki, 6 aydır davam edən karantin rejimi səbəbindən bütün sferalarda fəaliyyət göstərən müəssisələr bu və ya digər formada təsirlənirlər. Rəqəmlərlə ifadə etsək, koronavirusa görə Azərbaycan iqtisadiyyatı hər gün təqribən 120-150 milyon manat itirir. Lakin geyim sektorunun spesifikliyi, onun əsasən mövsümi məhsullar üzərində öz fəaliyyətini qurması, müəyyən istehlakçı seqmentinə xitab etməsi, əmtəə alğısında əvəzetmə prinsipinin mövcudluğu bu sahəyə əlahiddə diqqəti tələb edir. Son dövrlərdə olduqca geniş vüsət alan elektron ticarətin geyim sektoruna da sirayət etməsi perspektivdə yeni fürsətlər yaradır. Başqa sözlə, insanlar artıq heç bir fiziki mağazaya müraciət etmədən asanlıqla istədikləri məhsulu internet satış platformaları üzərindən satın alma imkanına malikdirlər. Bu nöqteyi-nəzərədən, onlayn ticarət vərdişi olan cəmiyyətlərdə, pandemiyanın biznes ekosisteminə, xüsusilə geyim ticarəti kateqoriyasına təsirlərini müəyyən mənada neytrallaşdırmaq daha asan oldu.

ABŞ-ın tanınmış biznes jurnalı “Fortune”un Türkiyə buraxılışının sentyabr seriyasında, elektron ticarət üzrə mütəxəssis N. Ahmadov, 2019-cu ildə azərbaycanlı istehlakçıların Türkiyə Respublikasında fəaliyyət göstərən elektron ticarət platformalarından satınalma həcminin təqribən 1 milyard Türk lirəsi, yəni 180 milyon ABŞ dolları səviyyəsində olduğunu bildirmişdir. Bu göstərici onu deməyə imkan verir ki, son dövlərdə Türkiyə Respublikasında yerləşən elektron ticarət platformalarından satınalma dövriyyəsində Azərbaycandan olan istehlakçıların payı nəzərəçarpacaq dərəcədə yüksəlib. Belə olan halda, artıq azərbaycanlı istehlakçılarda da qeyd etdiyim, onlayn alğı-satqı vərdişlərinin müəyyən mənada formalaşdığını demək üçün ciddi əsaslar yaranır. Nazirlər Kabinetinin qərarı ilə sözügedən qəbildən olan məhsullara müəyyən limitin tətbiqinə başlanılması isə ölkə daxilində bu sferada tamamilə yeni situasiyanı bərqərar etmişdir. Bu addım yerli platformaların meydana çıxması üçün kifayət qədər münbit zəminin şərtlənməsinə səbəb oldu. Lakin mövcud vəziyyətdə, real sektorun imkanları və baxış bucağı nəzərə alındıqda, dövlətin bura müdaxiləsinin zərurəti açıq-aşkar görünür.

İqtisadiyyat ziddiyətlər və fürsətlər toplusu, iqtisad elmi isə bu manelər arasından ümumi maraqlara xidmət edən ən optimal variant seçmə sənətidir. Azərbaycanın geyim sektorunun bu günkü vəziyyəti, pandemiyanın qeyri-müəyyənliyi və dayanıqlı elektron satış platformasının mövcud olmaması kimi faktorlar ziddiyət kimi görünsə də yuxarıda qeyd etdiyim dövlət müdaxiləsi tamamilə yeni fürsətlər yarada bilər. Burada müdaxilə dedikdə, maddi-texniki onlayn infrasturukturun və ödəniş sistemlərinin o cümlədən, loqistika şəbəkəsinin yaradılması və onun inzibatçılığı kimi proseslərin idarəedilməsi nəzərdə tutulur. Bu halda, Kiçik və Orta biznesin inkişafı Agentliyinin qəyyumluğunda, “Azərpoçt” MMC ilə əməkdaşlıq çərçivəsində yaradılacaq elektron satış platforması ilkin dövrdə əsasən geyim sektorunu əhatə etməklə, alıcılarla satıcılar arasında şərti bir bazar rolunu oynaya bilər. Nəzərə alsaq ki, son dövrdə “Azərpoçt” MMC-nin xidməti fəaliyyət istiqamətləri innovativ üsullarla tənzmilənir, o zaman loqistika və ödəniş məsələlərində müvəffəqiyyət nöqteyi-nəzərindən sözügedən qurumun potensialından istifadə üçün geniş imkanlar vardır.

Qonşu ölkələr e-ticarət platformlarının fəaliyyətindən olduqca ciddi gəlir əldə edirlər. Məsələn, 2019-cu il üçün e-ticarətin həcmi Rusiya Federasiyasında 19,56 milyard, Türkiyə Respublikasında isə 24,28 milyard ABŞ dolları olmuşdur. Türkiyə Respublikasının e-ticarət həcminin 2,46 milyard dollarlıq qismi geyim, ayaqqabı və aksesuar satışının hesabına formalaşmışdır. Buna əlavə olaraq, qardaş ölkənin təcrübəsinə əsasən deyilə bilər ki, bu qəbildən olan platformaların fəaliyyətinin qısa zaman kəsiyində geniş vüsət alması üçün təklif artıqlığının mövcudluğu müstəsna əhəmiyyət kəsb edir. Karantin rejiminin fonunda geyim satışının minimallaşdığını və əksər mağazaların anbarlarının dolu olduğunu nəzərə alsaq, ölkəmizdə də qardaş ölkədə olduğu kimi e-ticarət tendesiyasının yayğınlaşması üçün endemik mühitin formalaşdığını demək mümkündür.

Respublikamızda platformanın bütün təşkilati, loqistika və ödəmə məsələləri KOBİA tərəfindən digər müvafiq qurumlarla əməkdaşlıq çərçivəsində həll edilərsə və bu platformanın biznes əməliyyatları bütövlükdə, “Ümumi Keyfiyyət İdarəetməsi” prinsipləri əsasında formalaşdırılarsa, orta dövrdə həm azərbaycanlı sahibkarların böhrandan qazanclı çıxması təmin edilə, həm də Azərbaycanda rəqəmsallaşmanın inkişafına çox ciddi töhfə verilə bilər. Növbəti mərhələdə isə bu platformanın əhatə dairəsi elektronikadan gündəlik tələbat məhsullarına qədər genişləndirilə bilər. Qonşu Rusiya Federasiyasında və Türkiyə Respublikasında bunun bir çox uğurlu nümunəsi mövcuddur. İstənilən halda, koronavirusun hələ uzun müddət özünün neqativ təsirləri ilə həyatımızın tərkib hissəsi olacağı aşkardır. Onun yaradacağı böhran və kataklizmlər isə müasir dövrdə bəşər övladının ən vacib sınaqlarından hesab edilə bilər. Albert Eynşteyn “Hər böhranın ortasında böyük bir fürsət var” dedikdə, zənnimcə bu tip situasiyaları nəzərdə tutmuşdur. Bu baxımdan, ölkəmizin geyim sektorunda yaranmış böhranı fürsətə çevirmək üçün elektron satış platformasının yaradılması proseslərin müsbət istiqamətdə inkişafına rəvac verə bilər.

Əlil qadına təcavüz etdiyi deyilən sədr danışdıRəna Hacıyeva adlı şəxsin mənim haqqımda səsləndirdiyi iddialar əsassızdır. O paranoya xəstəliyindən əziyyət çəkir.

Bunu Axar.az-a Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev Rəna Hacıyevanın ona qarşı səsləndirdiyi təcavüz iddiasına cavab olaraq deyib. O bildirib ki, Rəna Hacıyeva kimlərinsə köməkliyi ilə ona qarşı qarayaxma kampaniyasına başlayıb:

“O xanımın bizim təşkilata heç bir aidiyyəti yoxdur. Nə Qarabağ əlilidir, nə də şəhid ailəsi. Mənə çatan məlumata görə, bu xanımın və onunla əlbir olan şəxslərin arxasında bəzi şəxslər var ki, onlar mənim təşkilatın sədri vəzifəsindən getməyimə çalışırlar. Bu səbəbdən mənə qarşı şər-böhtan atılır. Rəna Hacıyevanı mənə və ailəmə qarşı atdığı şər-böhtana görə məhkəməyə verdim. Onun iddiası ilə bağlı şübhələr yarandığı üçün məhkəmənin qərarı ilə R.Hacıyeva məcburi şəkildə səhhəti ilə bağlı müayinəyə göndərildi və müayinənin nəticəsinə əsasən ona “paranoyya” diaqnozu qoyuldu. Onun xəstəliyindən xəbər tutduqdan sonra həbs edilməklə cəzalandırılmaması üçün ərizə yazdım. Lakin əməllərinə görə məhkəmənin qərarı ilə əmək haqqının 20 faizi məcburi kəsilərək, dövlətə köçürüldü. Rəna Hacıyeva da bu qərardan razı olmadı və apellyasiya şikayəti verdi. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etmədi. İndi də Rəna Hacıyeva barəmdə Ali Məhkəməyə şikayət məktubu göndərib.

Mən də yenidən onu şərəf və ləyaqətimi alçatdığı üçün məhkəməyə verəcəyəm. Amma bu dəfə xəstəliyinə görə güzəştə getməyəcəyəm”.

Mehdi Mehdiyev Rəna Hacıyevanın iddiasına qarşı məhkəmə üçün yalançı şahid tutması və medalları pulla satması barədə səsləndirdiyi fikirlərin həqiqəti əks etdirmədiyini bildirib:

“Onun məhkəməyə yalançı şahidlər aparmağım barədə dedikləri də yalandır. O qadın ofisə gəlib qalmaqal salır, evimə gedib, qonşularımın yanında qışqıraraq, biabırçı hərəkətlər edir. Onun hərəkətlərini sübut edəcək görüntüləri məhkəməyə təqdim etmişəm.

Birliyimiz isə medalları satmır, onlar ictimai medaldır. Bir adam çıxıb deyə bilməz ki, Mehdi Mehdiyev mənə medal satıb. Bu, mümkün deyil. Hətta bu cür əmələ görə zamanında iki sədri vəzifəsindən azad etmişəm. Çünki şikayət olmuşdu və öz təsdiqini tapmışdı”.

Mehdi Mehdiyev atasının qardaşı İlyas Mehdiyev tərəfindən öldürülməsi ilə bağlı məlumata da münasibət bildirib:

“Atamla anam hələ mən uşaq olanda rəsmi şəkildə ayrılıb, atam başqa bir xanımla ailə qurub və qətl hadisəsi də o ailədə baş verib, mənə heç bir aidiyyəti yoxdur. Biz 6 uşaq olmuşuq və anamla yaşamışıq. Bir qardaşım şəhid olub və mən də Qarabağ əliliyəm. Mən yalnız bu ailədə baş verənlərə görə məsuliyyət daşıyıram”.

Qeyd edək ki, 2-ci qrup əlil Rəna Hacıyevaya saytımıza müraciət edərək, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi İmdad oğlu Mehdiyevin 2015-ci ildə ona təcavüz etdiyini və təzyiqlərinə məruz qaldığını iddia edib.
143 yeni yoluxma, 130 sağalma, 2 ölüm faktıAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 143 yeni yoluxma faktı qeydə alınıb, 130 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 36 578 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 977 nəfər müalicə olunaraq sağalıb, 536 nəfər vəfat edib, 2 065 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 597, bu günə qədər isə ümumilikdə 928 666 test icra olunub.
ReAL və MCP qeydiyyata alındıAzərbaycanda daha iki partiya dövlət qeydiyyatına alınıb.

Avrasiya.net xəbər verir ki, bu barədə deputat Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev məlumat verib.

O bildirib ki, MCP-nin qeydiyyata alınması haqqında sertifikat Ədliyyə nazirinin müavini Toğrul Musayev və nazirliyin qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədovla keçirilən görüşdə təqdim edilib:

"Hər iki dövlət məmuru ilə çox əhəmiyyətli söhbətimiz alındı. Həqiqətən müxalifətə, qəbula və ölkədə yeni yaranan siyasi vəziyyətə münasibət müsbətə doğru xeyli dəyişib".

O əlavə edib ki, görüşdə həm də Real Alternativ (ReAl) Partiyasının rəhbərliyinə (partiya sədri İlqar Məmmədova - red.) qeydiyyat sertifikatı təqdim olunub
 Əli Həsənov dövlət mülkiyyətini zəbt edib... - AçıqlamaO vaxt Azərbaycan Nəşriyyatının ərazisindən Əli Həsənova yer verilib. Əli Həsənov həmin ərazidə Mətbuat Evi tikdirib.

Avrasiya.net xəbər verir ki, bu sözləri Azərbaycan Nəşriyyatının baş direktoru Ağabəy Əsgərov Prezidentin sabiq köməkçisi Əli Həsənovun 2006-2007-cı illərdə Nəşriyyatın ərazisini zəbt edərək özünə bina tikdirməsi haqda Demokrat.az-a danışarkən deyib. O, Əli Həsənovun Azərbaycan Nəşriyyatının ərazisinin bir hissəsini zəbt etdiyini təsdiqləyib:

“Onu Əli Həsənova mən verməmişəm, dövlət tərəfindən verilib. Axı mən kiməm ki, Əli Həsənova ərazi verim? Ora mənim dədəmin, babamın yeri deyil. Bu məsələnin mənə heç bir bağlılığı yoxdur”.

Qeyd edək ki, mətbuatda Əli Həsənovun Prezident Administrasiyasının şöbə müdiri vəzifəsində çalışan zaman Azərbaycan Nəşriyyatının baş direktoru Ağabəy Əsgərovdan ərazi alması və sözügedən ərazidə bir neçə bina inşa etdirməsi haqda məlumat yayılıb. Onlardan biri isə indiki Beynəlxalq Mətbuat Mərkəzi adlanan binadır.
Rafael Cəbrayılov barəsində cinayət işi açıldıBaş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində keçmiş deputat Rafael Cəbrayılov barəsində cinayət işi başlanıb.

Avrasiya.net Yenisabah.az-a istinadən xəbər verir ki, keçmiş deputat 178.2.3 (dələduzluq əməli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur. Bildirilir ki, cinayət işi Rafael Cəbrayılovun borclu olduğu şəxslərin Baş prokuror Kamran Əliyevə müraciətindən sonra başlanıb.

Məlumat üçün deyək ki, Rafael Cəbrayılov bir qurp vətəndaşdan külli miqdarda borc pul alıb. Borcu vaxtında qaytaracağına zəmanət olaraq III və IV çağırış deputat vəsiqəsini girov qoyub. Vədinə əməl etmədiyinə görə borclu olduğu şəxslər məsələni ictimailəşdirib. Bu məsələ ictimai rezonansa səbəb olub və Rafael Cəbrayılov deputat mandatından imtina etmək məcburiyyətində qalıb.

Keçmiş deputatın borclu olduğu şəxslər Zakir Qaralovun Baş prokuror olduğu dönəmdə dəfələrlə ona müraciət etsələr də nəticəsi olmayıb. Kamran Əliyev Baş prokuror təyin edildikdən sonra zəzərçəkənlər ona da müraciət ediblər. Elə ilk müraciətdən sonra məsələ nəzarətə götürülüb. Az sonra isə Rafael Cəbrayılov barəsində cinayət işi başlanıb.

Rafael Cəbrayılov toplam olaraq 1 550 000(1 milyon 550 min) dollar borcu var ki, bu da milli valyuta ilə 2 635 000(2 milyon 635 min) manat eləyir. Keçmiş deputatın borclu olduğu şəxslər aşağıdakılardır:

Məlahət Qurbanova - 580 000 dollar

Təranə Fətəliyeva - 300 000 dollar

Xatirə Nəcəfova - 200 000 dollar

Yusif Orucov - 200 000 dollar

Aynur Kazımova -100 000 dollar

Şəfa Məmmədova - 80 000 dollar

Bəşir Məmmədov - 60 000 dollar

Allahverdi Səfərəliyev - 30 000 dollar

Əldə etdiyimiz məlumatda bildirilir ki, zərərçəkənlər istintaqın gedişindən razıdırlar. Onlar ümid edir ki, yaxın vaxtlarda problemləri həllini tapacaq.