Azərbaycanlılar Almaniyadan deportasiya edilirAzərbaycanlılar Almaniyadan kütləvi deportasiya ediləcək.

Avrasiya.net BakuPost-a istinadən xəbər verir ki, sentyabrın 3-ü Düsseldorf Hava Limanından çarter reysi baş tutacaq. Almaniyada qanunsuz yaşayan 50-yə yaxın azərbaycanlı ölkəyə qaytarılacaq.

Qeyd edək ki, deport olunanlar arasında hökumət əleyhinə radikal çıxış edən şəxslər də var.
Karantin qaydasını pozan məşhurlar CƏRİMƏLƏNDİ - FotoAvqustun 29-da Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsində vəfat etmiş meyxanaçı Vüqar Paşayevin (Vüqar Biləcəri) dəfn mərasimində ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarının və sanitar-epidemioloji şərtlərin kütləvi surətdə pozulması halı qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə sosial şəbəkələrdə və KİV-də həmin mərasimdən yayımlanan görüntülərdə daha 2 nəfər - Pərviz Məmmədov (Pərviz Bülbülə) və Rəşad Əmirov (Rəşad Dağlı) müəyyən ediliblər.

Rayon Polis İdarəsinə dəvət olunan həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib edilərək 200 manat məbləğində cərimə olunublar.
Minskdə prezident iqamətgahı ərazisinə texnika yeridildiMinskin mərkəzindəki İstiqlaliyyət prospektində mitinq iştirakçıları ilə təhlükəsizlik qüvvələri arasında toqquşma olub.

Axar.az xəbər verir ki, insident Milli Təhlükəsizlik Komitəsinin (KQB) binasının qarşısında baş verib. Mülki geyimdə olan şəxslər bir neçə etirazçını nömrəsiz avtobuslara dolduraraq naməlum istiqamətdə hərəkət ediblər.

Bununla yanaşı, OMON qüvvələri də İstiqlaliyyət prospektində etirazçıların qarşısını kəsib. Məlumata görə, nə mitinq iştirakçıları, nə də güc strukturlarının əməkdaşları irəli getmir.

Paytaxt Minskin mərkəzindəki 4 metrostansiya bağlanılıb.

***

Güc strukturları Belarus prezidentinin igamətgahına gedən yolu bağlayıblar. Məlumata görə, iqamətgahın yaxınlığına zirehli transportyorlar yeridilib.

Bu arada, paytaxt Minskdə internetin verilində yenidən problemlər yaranıb.

Belarusun A1 mobil rabitə şirkəti dövlət orqanlarının göstərişi ilə mobil internetin sürətini azaltdığını bildirib.

Hacıqabulda 17 yaşlı gənc bıçaqlandıHacıqabulda bıçaqlanma hadisəsi baş verib.

Rayon sakini, 2003-cü il təvəllüdlü Ataşov Cavad Mehdi oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və o, əməliyyata götürülüb.

Ona bədəninin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.
"Rusiya vasitəçilik missiyasını və götürdüyü öhdəlikləri pozub"Milli Məclisin deputatı Azay QULİYEVin Rusiyanın Ermənistana qalmaqallı silah satışı ilə bağlı məqaləsi Rusiyanın «Интерфакс» informasiya agentliyində dərc olunub.

Avrasiya.net xəbər verir ki, məqalədə Azay Quliyev Rusiyanın işğalçı ölkəyə böyük həcmdə verdiyi silahların ölkə ictimaiyyətində yaratdığı ciddi narazılıqdan bəhs edir və Azərbaycanın hansı səbəblərə görə Rusiyadan inandırıcı izahat tələb etməsinə aydınlıq gətirir.

Məqalənin əhəmiyyətinin nəzərə alaraq, onun qısa tərcüməsini təqdim edirik.

***

Rusiyanın işğalçı Ermənistana silah satması və ya ödənişsiz verməsi hadisəsi yeni deyil. Azərbaycan dəfələrə buna etiraz etsə də, Rusiya müxtəlif adlarla və bəhanələrlə öz forpostunu israrla silahlandırmağa davam edir.

Azərbaycan hər zaman çalışıb ki, Rusiya ilə əməkdaşlıq münasibətlərini elə formada qursun ki, həm milli maraqlarımız zərər görməsin, həm də hər iki tərəf bu əməkdaşlıqdan faydalansın, başqa sözlə desək, ikitərəfli əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlsin.

Azərbaycan bəzi mühüm geosiyasi qərarların qəbulunda da bu xətti qorumaq üçün maksimim səmimi və dürüst davranıb. Ancaq təəssüflər olsun ki, bütün bunların müqabilində, qarşı tərəfdən olan bir sıra gözləntilərimiz özünü doğrultmadı.

Ermənistanın Tovuz istiqamətində ölkəmizə qarşı etdiyi iyul təcavüzündən dərhal sonra Rusiyanın işğalçı ölkəyə böyük həcmdə silah göndərməsi isə, həqiqətən, dözülməz idi. Avqustun 12-də Azərbaycanın Prezidenti cənab İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə telefon açaraq, ölkəmizin narazılığını və etirazını açıq şəkildə ifadə etdi. Avqustun 25-də isə Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Bakıya səfəri zamanı Rusiyanın milli maraqlarımıza ziddi olaraq atdığı addımın müəyyən mənada kompensasiya edilməsi və ya ağlabatan izahatının verilməsi gözlənilsə də, bu da baş vermədi.

Rusiyalı nazir Ermənistana silah göndərilməsini ört-basdır etmək üçün inanılması mümkün olmayan izahat verərək dedi ki, guya, Rusiya Ermənistandakı bazasına bəzi ləvazimatlar və inşaat materialları göndəribmiş.

Avqustun 29-da Prezidentin köməkçisi Hikmət Hacıyev jurnalistin sualına cavabında bir daha ölkəmizin narazılığını ifadə etdi, Rusiyanın verdiyi izahatın ölkəmizi qane etməməsini açıq mətnlə bildirdi və Ermənistanın silahlandırılmasına aydınlıq gətirilməsini istədi.

Ermənistanın bir sıra digər ölkələrdən silah alması sirr deyil və niyə Rusiyanın bu addımı ölkə ictimaiyyətində və dövlət rəsmilərində bu qədər ciddi təpki və məyusluq yaratdı? Bunun səbəbi nədir?

1-ci səbəb

Yuxarıda da qeyd etdiyim kimi, Azərbaycan uzun müddətdir ki, səmimi qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə tam əməl edərək, Rusiyanın əleyhinə olan heç bir layihədə yer almır və qonşu ölkənin milli maraqlarına zidd hərəkətlərə yol vermir. Tam əksinə, bir çox ziddiyyətli məsələlərdə forpostu Ermənistanın tərəddüdlü mövqeyindən fərqli olaraq, Azərbaycan heç vaxt tərəfdaşlıq prinsiplərinin əleyhinə getməyib. Ancaq bütün bunlara baxmayaraq, Rusiya Tovuz hadisələrində Ermənistanın təqsirkar olduğunu bildiyi halda (Lavrov Ermənistanın Tovuza hücum etdiyini etiraf etmişdi), nəinki onu qınamadı, əksinə, işğalçıya dərhal silah-sursat göndərdi.

Rusiyanın ölkəmizə qarşı belə münasibəti strateji tərəfdaşlıq anlayışına tamamilə ziddir və bu, qəbul edilə bilməz. Ona görə Azərbaycan təkidlə bu məsələyə aydınlıq gətirilməsini tələb edir.

2-ci səbəb

Rusiya ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsindən biridir. Həmsədr ölkələr isə Ermənistan-Azərbaycan münaqişəsinin sülh və danışıqlar yolu ilə beynəlxalq hüquq normalarına, xüsusilə Helsinki yekun aktının prinsiplərinə uyğun həllini təmin etmək üçün tərəfsiz və obyektiv vasitəçi olmaq öhdəliyini üzərlərinə götürüblər. Necə ola bilər ki, obyektiv və tərəfsiz vasitəçi roluna iddia edən Rusiya, bir tərəfdən, münaqişənin sülh yolu ilə həllinə alternativin olmadığını, güc tətbiq etmənin yolverilməz olduğunu deyir, digər tərəfdən, bunun tam əksini edərək Azərbaycanın ərazisinin 20 faizini işğal edən, Tovuz istiqamətində yeni ərazilər zəbt etməyə cəhd edən işğalçı Ermənistana intensiv şəkildə 5 marşrut dəyişərək təyyarələrlə silah göndərir?! Həm də Tovuz döyüşlərinin ən qızğın vaxtında.

Bu isə münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində tərəfsiz vasitəçilik funksiyasını yerinə yetirməli olan Rusiyanın Azərbaycan ərazilərini işğalda saxlamaq üçün Ermənistana verdiyi dəstəkdir, işğalı stimullaşdırmaqdır.

Bütün bu haqsızlığa və ədalətsizliyə Azərbaycan ictimaiyyəti necə səssiz qala bilər? Və ya Rusiyanın obyektiv və tərəfsiz vasitəçilik missiyasına bundan sonra kim inana bilər? Rusiya bu haqda ciddi düşünməlidir.

3-cü səbəb

Rusiya Ermənistanı silahlandırmaqla, təkcə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi, vasitəçilik mandatı çərçivəsindəki öhdəliyini pozmayıb. Rusiya həm də işğalçı ölkəyə bu həcmdə silah verməklə (bizim bildiyimiz 500 tondur, yəqin ki, bu rəqəm daha yüksəkdir) 9 noyabr 1992-ci ildə qüvvəyə minmiş “Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə”nin müvafiq bəndlərinin Ermənistan tərəfindən kobud şəkildə pozulmasında fəal iştirak edib. Bu isə Rusiyanın ATƏT-in hərbi-siyasi ölçüdə götürdüyü öhdəliklərinə də tam ziddir.

Ümid edirəm ki, bizim diplomatlarımız bu məsələni ATƏT-in aidiyyəti institutlarında qaldırmaqla, beynəlxalq öhdəliyin pozulmasına görə də izahat tələb edəcəklər.

Ən azı, yuxarıda qeyd olunan bu üç səbəbə görə, Azərbaycanın tam haqqı var ki, Ermənistana göndərdiyi silahların səbəbini və qənaətbəxş izahını Rusiyadan tələb etsin. İndi Azərbaycan ictimaiyyəti Rusiyanın işğala və işğalçıya verdiyi dəstəyi nə ilə izah edəcəyini səbirsizliklə və maraqla gözləyir.

Yazının orijinalına buradan baxa bilərsiniz: http://interfax.az/view/811955
135 yoluxma, 127 sağalma, 2 ölüm faktı Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 135 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 36309 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33703 nəfər müalicə olunaraq sağalıb, 531 nəfər vəfat edib, aktiv xəstə sayı 2075 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6137, ötən müddət ərzində isə ümumilikdə 917027 test aparılıb.
İmam Hüseyn məktəbiSəməd Vəkilov

Bu gün riyakar Kufəlilərin İmam Hüseyni aldatdığı gündür. Küfəlilər İmama on min məktub göndərək Yezidlə mübarizəyə səslədilər, amma yarı yolda qoyub qaçdılar.

Həzrəti Əli (ə) Küfəlilərə nahaq yerə Tfu sizin üzünüzə kufəlilər! deməmişdi. Amma Peyğəmbər tərbiyəsi görmüş İmam Huseyin şəhid olacağını bilsədə zülmə istibdada boyun əymədi.

Bu gün xeyirlə-şərin mübarizəsi, xeyirin şər üzərində qələbəsi günüdür. Bu gün haqsızlığa zülmə boyun əymədən şəhid olmağın təntənəsi günüdür. Haqq nazilər amma üzülməz deyib atalar. İmam Hüseyin öz hərəkətləri ilə göstərdi ki, haqqı yaşatmaq insana həyatı bahasına da başa gələ bilər, amma bunu bacarmaq mümkündür. İmam Hüseyn uca şəxsiyyəti ilə haqq naminə şəhidliyin örnəyini yaratdı. İmam Hüseynə sevgi insanların haqq sevgisindən irəli gəlir. Bu günə Azərbaycanın demək olar ki, hər yerində ehtiram olunur. Məhərrəm ayı başlayandan ölkədə şadlıq evləri fəaliyyətini dayandırır.

Bu məsələdə Azərbaycanlılar məhzəb təəsübkeşliyi göstərmədən birmənalı olaraq bu məsələdə həmrəylik nümayiş etdirirlər. İnsanlar İmam Hüseyni sevir, adını yaşadır, övladlarına Hüseyin adı qoyur. Amma Yezid adını heç kim uşağına qoymur.Yezid yalnız tarixdə hakimiyyət hərisliyindən Peyğəmbər ailəsini qətlə yetirən qatil kimi qalıb.

İmam Hüseyin şəhiddir. “Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz.” (Bəqərə surəsi, 154-cü ayə)
Lənkərandan gizli yolla Qubaya "Aşura"ya gələn dindarlar saxlanıldıKarantin rejiminin tələblərini pozaraq Qubaya gizli yollarla “Aşura” mərasiminə dəstək məqsədi ilə Masallı və Lənkəran rayonlarından gələn dindarlar polis tərəfindən saxlanıldılar.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Avrasiya.net-ə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman karantin qaydalarını pozaraq Quba rayonunda yerləşən Zərdabi və Hacı Cəfər məscidlərində “Aşura” məclisi keçirmək üçün dəstək olmağa gələn iki şəxsi saxlayıblar.

Araşdırmalarla onların Masallı rayon sakini Samir Hüseynli və Lənkəran rayon sakini Arif Hüseynov olduqları məlum olub.

Qaydalarını pozan A.Hüseynov və S.Hüseynli barəsində qanunauyğun tədbirlər görülüb və onlar 10 sutka inzibati həbs ediliblər.
Alimimizin hazırladığı vaksin Türkiyədə sınaqdan keçiriləcəkTürkiyənin Biotexnologiya İnstitutunun Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Tərlan Məmmədovun rəhbərliyi ilə COVID-19-a qarşı yaşıl bitkilər üzərində hazırlanan iki peyvənd tədqiqatı heyvanlar üzərində uğurlu nəticələr verib və o, insanlar üzərində sınaqdan keçirilməyə hazırdır.

Avrasiya.net xəbər verir ki, alim Aztibb.az-a açıqlamasında laboratoriyada xüsusi olaraq istehsal etdikləri tütün bitkisi ailəsinə aid olan "Nicotiana Benthamiana" üzərində yeni nəsil peyvəndləmə işləri apardıqlarını bildirib.

Qeyd edib ki, istehsal etdikləri peyvəndin bir dozası COVİD-19-a qarşı xüsusi immunitet yaradır.

Bu istiqamətdə iki peyvənd inkişaf etdirdiklərini deyən T.Məmmədov qazandıqları nəticələrin son dərəcə uğurlu olduğunu bildirib:

"İstehsal etdiyimiz vaksin namizədlərinin bütün mutasiyalara qarşı təhlükəsiz və effektiv olacağına inanırıq. Artıq COVİD-19 peyvənd namizədlərini insanlar üzərində sınaqdan keçirə bilərik. İstehsal və saflaşdırma effektivliyi anticisimlərin ticarəti üçün kifayət qədər yüksəkdir".

T.Məmmədov araşdırmanı Türkiyə Peyvənd Elmi Komitəsinə hesabat şəklində təqdim etdiklərini və yaxın zamanda Səhiyyə Nazirliyinə göndərəcəklərini əlavə edib.

Qeyd edək ki, Tərlan Məmmədov bir neçə ay əvvəl 20 nəfərlik qrupu ilə COVİD-19-a qarşı peyvənd işlərinə başlamışdı.