Balakəndə narkobaron helikopterin müşayiəti ilə tutuldu - FOTO“Xaş-xaş 2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq, məsuliyyətə cəlb edilmələri istiqamətində bir neçə uğurlu əməliyyat tədbirləri həyata keçirilib.

Belə ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən birgə keçirilən tədbirlərlə narkobaron saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avrasiya.net-ə verilən məlumata görə, rayonun Mahamalar kənd sakini Kamal Sultanovun yaşadığı evin həyətyanı sahəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olması barədə Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub. Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində helikopterlə həmin ərazi havadan müşayiət edilən zaman orada narkotik tərkibli bitkilərin becərilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Təxirəsalınmaz tədbirlərlə əməliyyat-istintaq qrupu K.Sultanovun yaşadığı ünvana cəlb edilib və həmin evin həyətyanı sahəsinə baxış keçirilən zaman bostan bitkilərinin arasında əkib-becərdiyi, ümumi çəkisi 34 kiloqrama yaxın olan 587, həmçinin dibçəklərdə kultivasiya yolu ilə yetişdirdiyi 7 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək maddi sübut kimi götürülüb. Araşdırma zamanı həmin şəxsin narkotik vasitəni bir müddət əvvəl becərdiyi, onlara xüsusi qulluq göstərdiyi və yetişdirib, qurutduqdan sonra isə satmaq məqsədində olduğu məlum olub.

Qeyd edək ki, Kamal Sultanov rayon ərazisində narkobaron kimi tanınır və bir neçə dəfə törətdiyi əməllərə görə, cinayət məsuliyyətindən yayınmağa cəhd edib.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, K.Sultanov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

Balakən Rayon Polis Şöbəsi, Daxili Qoşunlar, Dövlət Sərhəd Xidməti və Zaqatala Dövlət Təbiət qoruğunun əməkdaşları tərəfindən birgə keçirilən digər bir tədbir nəticəsində isə rayonun Gərəkli kəndi ərazisindəki meşə massivində kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilər aşkar edilib.

Həmin əraziyə baxış keçirilən zaman orada xüsusi qulluq göstərilərək yetişdirilən, ümumi çəkisi 101 kiloqramdan artıq olan 71 ədəd çətənə kolu və qurutmaq üçün bir neçə yerə sərdikləri, ümumi çəkisi 47 kq 570 qr narkotik vasitə qurudulmamış marixuana aşkarlanıb. Həmin narkotik vasitəni becərən şəxslərin aşkar edilərək, cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
İsveçdə Quran yandırıldı, iğtişaşlar başladıİsveçin Malmö şəhərində aktivistlərin Quranı yandırması ucbatından iğtişaşlar başlayıb.

Axar.az xəbər verir ki, bu məlumatı İsveçin SVT televiziyası yayıb. İğtişaşların dünən axşam saatlarında baş verdiyi bildirilib.

İnsident zamanı petardlar partladılıb, avtomobil şinləri yandırılıb, polisə hücum edilib. İğtişaşlar nəticəsində 20 nəfər saxlanılıb.

Qeyd edək ki, sağ ekstremist Sərt Kurs Partiyasının şəhərdə antiislam aksiyası keçirərək, Quranı yandırıb. Onların bu hərəkətlərini videoya çəkib yayması iğtişaşların başlanmasına səbəb olub.
Şabran məktəblilərinə idman geyimləri və futbol topları hədiyyə olunub“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbiri Şabran rayonu Dəvəçi kənd stadionunda keçirilib.

Avrasiya.net xəbər verir ki, Dəvəçi, Sincanboyad, Mollakamallı, Gəndov kəndlərindən və rayon mərkəzindən 12-14 yaş arası olan 50 nəfər məktəbli uşaq iştirak edib.

Tədbirdə iştirak edən uşaqlara futbola marağı artırmaq məqsədi ilə pulsuz idman geyimləri və futbol topları hədiyyə olunub. Həmçinin, tədbirdə Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, AFFA-nın vitse-prezidenti, deputat Rauf Əliyev, YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, Şabran Rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əliməmmədov iştirak etdilər.

Qeyd edək ki, bu layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2019-cu il tarixində Azərbaycan Milli Olimpiya Mərkəzində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.
Şabran məktəblilərinə idman geyimləri və futbol topları hədiyyə olunub
Şabran məktəblilərinə idman geyimləri və futbol topları hədiyyə olunub
Şabran məktəblilərinə idman geyimləri və futbol topları hədiyyə olunub
15 sentyabra kimi başqa qərarlar olacaq - HacıyevÖlkəmizdə yumşaldılma tədbirləri mərhələli şəkildə həyata keçirilir. Burada epidemioloji vəziyyət nəzərə alınır.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:

"İctimai nəqliyyatda baş verən sıxlığın azaldılması üçün xəttə əlavə avtobuslar buraxılacaq. Eyni zaman dərslərin açılmasını da nəzərə alınaraq, burada işlər aparılır.

Metronun fəaliyyəti ilə bağlı ölkənin ekspertləri və mütəxəssislərin fikirləri var ki, burada virusun yayılmasına şərait yaranır. Sentyabrın 15-nə qədər vaxt çərçivəsində ictimai nəqliyyatla bağlı başqa qərarların qəbulu istisna deyildir"
Seçim valideynindir: Övladını məktəbə göndərməyə bilərÖvladını məktəbə göndərmək istəməyən valideynlər onlayn dərsləri seçə bilərlər.

Avrasiya.net xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev AzTV-də yayımlanan “Hədəf” verilişində deyib.

“Əgər məktəbin yerləşdiyi ərazi epidemioloji qurumlar tərəfindən təhlükəli, yaxud nisbətən təhlükəli hesab edilirsə, biz həmin ərazidə şagirdlərin həftədə 2 dəfə, uzun müddətdir yoluxma qeydə alınmayan bölgələrdə isə 3 dəfə dərsə getmələrini planlaşdırırıq. Hər iki tədris planı qüvvədə olacaq.

Bundan əlavə, valideynlər əgər düşünürlərsə ki, verilmiş şəraitdə övladlarını məktəbə göndərmək onlar üçün risklidir, paralel olaraq, sentyabrın 1-dən başlayaraq həm də Dövlət Televiziyasının "Mədəniyyət" kanalı ilə yayımlanan teledərslərə və onlayn məktəbə qoşula bilərlər. Valideynin seçiminə imkan verilir. Yəni, valideyn vəziyyəti riskli hesab edirsə, övladını yalnız onlayn tədrislə təmin edə, yaxud istəyirsə, müvafiq tədris planına uyğun olaraq məktəbə göndərə bilər", - nazir vurğulayıb.

E.Əmrullayev onu da qeyd edib ki, teledərslər layihəsi çərçivəsində 2100-dən artıq ümumtəhsil sahəsinə dair videolar çəkilib və Təhsil Nazirliyinin müvafiq video portalında yerləşdirilib:

“Bu proqramların ən azı mart ayına qədər davam etdirilməsinin tərəfdarıyıq. O mənada ki, artıq bütün bir ilin bizdə video-dərsləri, teledərsləri olacaq. Post-pandemiya dövründə də bu, şagirdlərimiz üçün əvəzsiz tədris materialına çevriləcək. Üstəlik, proses bitdikdən sonra həmin teledərslərin elektron dərsliklərə də inteqrasiya edilməsini düşünürük”.
Azərbaycanda xüsusi karantin rejimi daha 1 ay uzadıldı - QƏRARBununla bərabər, əldə olunmuş uğurların möhkəmləndirilməsi, insanların həyat və sağlamlığının səmərəli qorunması məqsədilə, eləcə də dünyada COVİD-19 pandemiyası ilə əlaqədar vəziyyətin hələ də qeyri-qənaətbəxş olduğu nəzərə alınaraq, Azərbaycan Respublikasının ərazisində tətbiq olunan xüsusi karantin rejiminin 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılması qərara alınmışdır.

Avrasiya.net xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb:

Həmçinin, virusa yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları 2020-ci il 31 avqust tarixdən etibarən sərt karantin rejimi zonasından çıxarılır

Yoluxma hallarının yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bəzi əlavə məhdudiyyətlər hələ davam edəcəkdir.

Ölkə üzrə muzeylərin və sərgi zallarının fəaliyyəti ilə bağlı məhdudiyyətlər aradan qaldırılır.

Xüsusi karantin rejiminin qaydalarına riayət etməklə və 10 nəfərədək qruplarda fərdi tədris və repetitor xidmətlərinə icazə verilir.

Sanitar-epidemioloji vəziyyət təhlil edilərək rayonlararası gediş-gəlişin tam açılması məsələsinə təkrar baxılacaqdır.

Sərt karantin rejimi mövcud olan şəhər və rayonlarda həftəsonları aşağıdakı tarixlərdə ictimai nəqliyyat fəaliyyət göstərməyəcək:

5 sentyabr saat 00:00-dan 7 sentyabr saat 06:00-dək;

12 sentyabr saat 00:00-dan 14 sentyabr saat 06:00-dək;

19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək;

26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək.

Virusa yeni yoluxma hallarına yol verməmək üçün bir daha bütün vətəndaşlarımızı tətbiq olunmuş karantin rejiminin tələblərinə və tibbi-profilaktik qaydalara riayət etməyə, sosial məsafə saxlamağa, tibbi maskalardan istifadə etməyə çağırırıq.

"İslahatlar kursu hakim partiyadan da yan keçməyə bilər"Yeni Azərbaycan Partiyası son günlər ən çox müzakirə edilən siyasi qurumlardan biridir. Hakim partiyanın növbədənkənar qurultaya gedə biləcəyi barədə xəbərlər artır. Bildirilir ki, YAP-ın İdarə Heyəti və Siyasi Şurası gənclərin hesabına yenilənə bilər.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Milli Məclisin YAP-dan olan deputatı Elman Nəsirov qeyd edib ki, hakim partiya ətrafında yaranan bu söz-söhbətləri yeni hesab etmək olmaz:

“Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə genişmiqyaslı və hərtərəfli islahatlar həyata keçirilir. Eyni zamanda ciddi kadr islahatları aparılmaqdadır. Savadlı, bilikli, vətənpərvər, milli ruhda tərbiyə almış gənclər yüksək vəzifələrə təyin olunurlar. Cənab Prezident onların qarşısında çox ciddi, mühüm vəzifələr qoyur. Bu nöqteyi-nəzərdən hakim Yeni Azərbaycan Partiyasında dəyişikliklər və islahatlar kursunun həyata keçirilməsi zamanın tələbidir. Cənab Prezidentin özü də Yeni Azərbaycan Partiyası ilə bağlı müəyyən təkmilləşdirmələrin həyata keçirilməsi ilə əlaqədar fikirlər səsləndirib. YAP öz mahiyyəti etibarilə islahatçı partiyadır. Onun tərkibində xeyli gənc vəzifələrə təyin olunub. Amma eyni zamanda müəyyən xoşagəlməz proseslər də diqqətdən yayınmayıb”.

E.Nəsirov qeyd edib ki, hakim partiyanı təmsil edən müəyyən şəxslərin həbsi ilə bağlı məsələlər, o cümlədən partiyada təmsil olunub, lakin vəzifədə olmadığı zamanlarda özünü qeyri-adekvat aparan şəxslər bu gün də var:

“Bu baxımdan hesab edirəm ki, islahatlar kursu hakim partiyadan da yan keçməyə bilər. Əsas odur ki, hakim partiya hər zaman belə islahatlara açıqdır”.
ABŞ yerini bu ölkəyə verir: Türkiyə etiraz edəcəkABŞ Dövlət katibi Mayk Pompeonun Yaxın Şərq turnesi öz bəhrəsini verməkdədir. Səudiyyə Ərəbistanının hərbçilərini İraqdan Suriyanın Hasekə vilayətində yerləşən ABŞ ordusunun tərkibinə dislokasiya etməsi bunun bariz nümunəsidir. ABŞ Suriyadan hərbçilərini çıxarsa da, əvəzində müttəfiqlərini yerləşdirir.

Bu sözləri Axar.az-a politoloq İlqar Vəlizadə Səudiyyə Ərəbistanının hərbçilərini İraqdan Suriyanın Hasekə vilayətində yerləşən ABŞ ordusunun tərkibinə dislokasiya etməsini şərh edərkən deyib.

O bildirib ki, Səudiyyə Ərəbistanı ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərindəndir:

“Bu müttəfiqlik müxtəlif vaxtlarda özünü göstərir. Son zamanlar biz bu iki ölkənin regionda hərbi müstəvidə fəallığının şahidi oluruq. Pompeonun Yaxın Şərq turnesinin digər məqsədi də rəsmi Vaşinqtonun regiondakı müttəfiqləri ilə hərbi əlaqələrini gücləndirməsi idi. Pompeonun bu səfəri zamanı region ölkələrinin Suriyada davam edən vətəndaş müharibəsinin nizama salınmasında ABŞ-a dəstəyini artırması barədə danışıqlar aparacağı gözlənilirdi. Çünki hazırda ABŞ-ın Suriyada hərbi kontingenti azalıb. Bununla belə, rəsmi Vaşinqtonun Suriyadakı mövqelərini qorumaq üçün regiondakı müttəfiqlərindən dəstək alacağı gözlənilir”.

Politoloq deyib ki, Səudiyyə Ərəbistanının öz hərbçilərini İraqdan Suriyaya dislokasiya etməsi Türkiyə və Rusiyanın narazılığına səbəb ola bilər:

“Bir müddət öncə Suriyada ABŞ və Rusiya hərbçiləri arasında yaşanan gərginlik mətbuatda fərqli təqdim edilsə də, faktiki olaraq lokal qarşıdurma idi. Rəsmi Vaşinqton Suriyadakı mövqelərini itirmək istəmir. Lakin mövcud hərbi kontingenti mövqelərini qorumağa imkan vermir. Buna görə də Səudiyyə Ərəbistanının İraqda yerləşən hərbçiləri Suriyaya dislokasiya edildi. Lakin bu, Rusiyadan əlavə, Türkiyənin də narazılığına səbəb olacaq. Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında bir çox mövzularda fikir ayrılığı var. Mövcud vəziyyətdə Səudiyyənin öz hərbçilərini Türkiyə sərhədinə yaxın bir əraziyə gətirməsinə rəsmi Ankara razı ola bilməz”.
Brayzanın Qarabağ təklifi: Türkiyə həmsədr olarsa...Nəzəri baxımdan Metyu Brayzanın fikirləri Qarabağ münaqişəsinin həllində əsaslı dönüş yarada bilər, lakin diplomatik müstəvidə mümkün görünmür.

Bu sözləri Axar.az-a politoloq Tofiq Abbasov ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Politoloq bildirib ki, Metyu Brayzanın Ankara və Moskvanın diplomatik vakuumu doldura biləcəyi və bunun sayəsində iki tərəfi danışıqlar masasına oturdacağı fikri mübahisəlidir:

“Bu, əslində, Türkiyənin münaqişənin həllində vasitəçi qismində iştirakının nə dərəcədə vacib olduğunu göstərir. Çünki faktiki olaraq nə ABŞ, nə Fransa, nə də Rusiya tərəfsiz mövqedən çıxış edir. Xüsusilə Fransa və Rusiya Ermənistandan yana mövqe sərgiləyir. Türkiyənin həmsədr dövlət olması isə şübhəsiz, münaqişənin həllində müsbət bir nəticə əldə edilməsinə gətirib çıxaracaq”.

Politoloq qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində mövcud beynəlxalq vasitəçilik mexanizmini dəyişdirmək məsələsi uzun müddətdir gündəmdədir:

“Çünki münaqişənin həlli istiqamətində həmsədrlərin fəaliyyəti yarıtmazdır. Azərbaycan bununla heç cür barışa bilməz. Rəsmi İrəvan bir qayda olaraq münaqişəni gərginləşdirməyə çalışır. Lakin həmsədrlər Ermənistanın bu və digər təxribatlarına qarşı effektiv addım atmırlar. Həmsədrlərin münaqişəyə yanaşması heç bir siyasi məntiqə sığmır. Əgər biz bu gün vasitəçilikdən söhbət ediriksə, bu, son dərəcə taraz və balanslaşdırılmış olmalıdır. Hazırkı mexanizm bizi qane etmir”.