"Nəvə toyu"nda bu şəxslər də iştirak edib: yeni adlar - VideoPrezident Administrasiyasının eks-rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toyundan üçüncü video artıq paylaşılıb.

Axar.az xəbər verir ki, Meydan TV tərəfindən yayılan videoda yeni simalar görünür. Meydan TV-nin təmsilçisi Həbib Müntəzir sözügedən toyda iştirak edənlərin növbəti siyahısını paylaşıb. Onun paylaşdığı siyahıda aşağıdakı şəxslərin adı yer alıb:

1. Nəsimi rayon icra başçısı Asif Əsgərov

2. DİN Baş Kadrlar İdarəsi rəisi, general-mayor Rafiq Abbasov

3. SOCAR-da sektor müdiri Anar Orucov

H.Müntəzirin daha öncə paylaşdığı toy iştirakçıları siyahısında aşağıdakı adlar yer almışdı:

Mustafayev Fərid Rövşən oğlu (Bəyin qardaşı, polis baş leytenantı)

Əliyev Bəxtiyar Həmzə oğlu (Ağdamdan deputat)

Əliyeva Kamilə Ramiz qızı (Akademikin qızı, BDU Sosial və pedaqoji psixologiya kafedrasının müdiri)

Əliyeva Səbinə Yaşar qızı (Azərbaycanın ombudsmanı)

Teymurzadə Aysel Məhəmməd qızı (Avroviziya iştirakçısı)

Mehdiyeva Nigar İsmayıl qızı (Akademikin gəlini, Bank “BTB” ASC-nin müşahidə şurasının üzvü)

Əliyev Fikrət Səftər oğlu (İlham Əliyevin qardaşı - sabiq MTN polkovniki)

Fəridə Əliyeva (Fikrət Əliyevin həyat yoldaşı)

Əliyev Orxan Fikrət oğlu (İlham Əliyev qardaşı oğlu, Ailə TV-nin rəhbəri)

Əliyev Səftər Fikrət oğlu (Deputat İlham Əliyevin qardaşı oğlu, "AQUA SAFE" və "E and S" şirkətlərinin sahibi)

Aqiyə Həbib qızı Naxçıvanlı (Deputat)

Gülçöhrə Məmmədova (Memarlıq və İnşaat Universitetinin rektoru)

Bu siyahıda adı çəkilənlərdən deputat Bəxtiyar Əliyev və Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova orda iştirak etməsi barədə yazılan xəbərləri təkzib ediblər.
PKK-ya zərbə: Başına 1 milyon qoyulan terrorçu qaçdıBaşına 1 milyon lirə mükafat qoyulan terrorçu PKK-dan qaçıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Bir milyon lirə mükafatla axtarışda olan, PKK-nın Van şəhərinin Başqala rayonundan “məsul” şəxsi sayılan “Şevger Başqala” kod adlı terrorçu Vədat Dəmir təşkilatdan ayrılıb. Buna səbəb PKK-nın dağılma prosesinə girməsi, çox sayda itki verməsi, yaşadığı narahatlıq və ümidsizlik olub”, - məlumatda bildirilib.
Vüqar Biləcərinin dəfnində iştirak edənlər saxlanıldı - FotoAvqustun 29-da Binəqədi rayonu Biləcəri qəsəbəsində vəfat edən meyxanaçı Vüqar Paşayevin (Vüqar Biləcəri) dəfn mərasimində ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarının və sanitar-epidemioloji şərtlərin kütləvi surətdə pozulması halı qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə sosial şəbəkələrdə və KİV-lərdə həmin mərasimdən yayımlanmış görüntülərdə əks olunan 42 nəfər rayon Polis İdarəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub və onlar İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, məsuliyyətə cəlb olunublar.

Abşeron Rayon Polis İdarəsi əməkdaşları tərəfindən dəfn mərasimini idarə edən axund Ş.Pircanov və daha 20 nəfər saxlanılaraq rayon Polis İdarəsinə gətiriliblər. Onlar barəsində inzibati xəta haqında protokollar tərtib edilib, Ş.Pircanov 400 manat, digərləri isə 200 manat məbləğində cərimə olunublar.

Dəfn mərasimində yayılmış görüntülərdə əks olunan digər şəxslərin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.
Vüqar Biləcərinin dəfnində iştirak edənlər saxlanıldı - Foto
Ölkədə koronaya yoluxma sayı artdıAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 188 yeni yoluxma faktı qeydə alınıb, 118 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Avrasiya.net-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada koronavirusdan 2 nəfər vəfat edib.
Ombudsman 17 yaşlı qızın qaçırılmasını nəzarətə götürdüSon günlər sosial şəbəkələrdə Bərdə rayonunda yetkinlik yaşına çatmayan qızın qaçırılması ilə bağlı valideyninin müraciəti əsasında yayılmış məlumatlar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən nəzarətə götürülüb.

Bu barədə Avrasiya.net-ə Ombudsman Aparatından məlumat verilib.

Bu məqsədlə dünən Müvəkkil şəxsən yetkinlik yaşına çatmayanla telefon əlaqəsi saxlayıb, vəziyyəti ilə maraqlanıb, ona hüquqlarını bildirib, həmçinin hazırda yaşadığı ailədə olan insanlarla da danışıb.

Eyni zamanda Ombudsman tərəfindən valideynin müraciətində əks olunan halların tam araşdırılması üçün müvafiq qurumlara müraciət edilib.

İctimaiyyətə əlavə məlumat veriləcək.
İş adamı bəşəriyyəti kütləvi şəkildə çipləşdirmək istəyir – Məbləğ AÇIQLANDIDünyanın ən zəngin 4-cü iş adamı, 100 milyard dollardan artıq sərvətə malik İlon Mask maraqlı açıqlama verib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Tesla və SpaceX şirkətinin yaradıcısı insanları çipləşdirmək üçün lazım olan məbləği açıqlayıb.

O öz mühəndis dostları ilə 1 insanı çipləşdirmək üçün tələb olunan məbləği bir neçə min dollara qədər azalda bildiklərini söyləyib. Həmin məbləğə çpiin qiyməti ilə yanaşı, cərrahi müdaxilə də daxildir.

Mask “Neuralink” şirkərinin gələcəkdə çip yerləşdirmə əməliyyatı avtomatik icra edəcəyini və bu zaman cərrahi müdaxilənin izlərinin görünməyəcəyini əlavə edib.

“Neuralink” şirkərin bundan əvvəl donuzlar üəzrində təcrübə aparaq onlara çip yerləşdirmiş və sonra onu uğurla çıxara bilmişdilər.
Bu qoyun üçün 500 min dollar ödənildi - FOTODünyanın ən bahalı qoyunu Şotlandiyada keçirilən “Scottish National Texel Sale” auksionunda satılıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qoyun 367,5 min funt sterlinqə (490,6 min dollar) satılıb.

Teksel cinsindən olan qoyun “Double Diamond” (İkiqat brilliant) ləqəbi ilə tanınıb. Onun ilikin qiyməti 10,5 min funt sterlinq olub.

Teksle cinsli qoyunları Böyük Britaniyada ilk növbədə əla keyfiyyətli əti üçün yetişdirirlər.

Rayonlara gediş-gəliş üçün YENİ QAYDALAR30 sentyabr saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisinə giriş-çıxış qaydası məlum olub.

Avrasiya.net xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 19 iyun tarixli 208 nömrəli qərarına etdiyi dəyişiklikdə əksini tapıb.

Beləliklə, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş-çıxış aşağıdakı qaydada həyata keçiriləcək:

Aşağıdakı şəxslər xidməti vəsiqələri əsasında:

- Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin, Azərbaycan Respublikası Xüsusi Tibb Xidmətinin, Nazirlər Kabineti Aparatının və Nazirlər Kabinetinin İşlər İdarəsinin əməkdaşları ezamiyyə vərəqələri olduğu halda;

- Milli Məclis deputatları və ezamiyyə vərəqələri olduğu halda Milli Məclisin Aparatının əməkdaşları;

- mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və ezamiyyə vərəqələri olduğu halda onların müavinləri;

- dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və ezamiyyə vərəqələri olduğu halda onların müavinləri;

- hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları (ezamiyyə vərəqələri olduğu halda), vəkillər;

- Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti (Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında);

Aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edilən ezamiyyə vərəqələri əsasında:

- Yuxarıda qeyd olunanlar istisna olmaqla, digər dövlət orqanlarının (qurumlarının) əməkdaşları;

- “ASAN Könüllüləri” İctimai Birliyinin, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatının, “Regional İnkişaf” İctimai Birliyinin, “Bir” tələbə-könüllülərinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllüləri;

- Fəaliyyətinə icazə verilən sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin işçiləri və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və onların işçiləri;

- fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşları;

- kənd təsərrüfatı məhsullarının toplanılması, habelə növbəli suvarma, təxirəsalınmaz baytarlıq və bitki mühafizə xidməti sahələrində fəaliyyət göstərən hüquqi şəxslərin əməkdaşları barədə məlumatlar (o cümlədən ezamiyyə barədə məlumatlar) işəgötürən tərəfindən, həmin sahələrdə fəaliyyət göstərən fiziki şəxslər barəsində məlumatlar isə Kənd Təsərrüfatı Nazirliyi və ya olduğu yer üzrə yerli icra hakimiyyəti orqanlarının ərazi nümayəndəlikləri tərəfindən gücləndirilmiş elektron imzadan istifadə olunmaqla “icaze.e-gov.az” portalına daxil edilməklə;

- yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin “102” Xidməti – Zəng Mərkəzi vasitəsilə alınan icazə əsasında;

- təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar həkim tərəfindən verilən arayış əsasında;

- beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslər biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında.
QHT sədri əhəmiyyətli təkliflərlə çıxış edib - Prezidentin köməkçisinin QHT sədrləri ilə keçirdiyi görüşdəDünən Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyət göstərən 25 QHT-nin sədri ilə onlayn görüş keçirib.

Görüşü giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə dolğun və səmərəli şəkildə çatdırılması, milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin təbliği, Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq platformalarda ifşa olunması müvafiq dövlət qurumları ilə yanaşı QHT sektoru üçün də prioritet məsələdir. Buna görə də Şura daima QHT-lərin bu istiqamətdə olan təşəbbüs və layihələrini dəstəkləyir. İnanıram ki, Prezidentin köməkçisi - Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bugünkü görüşü beynəlxalq əməkdaşlıq sahəsində çalışan QHT-lərin fəaliyyətini daha da stimullaşdıracaq.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qətiyyətli və milli maraqlarımızı əsas tutan siyasət apardığını bildirib. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət nəticəsində ölkəmiz beynəlxalq aləmdə ciddi nüfuza malik olan ölkəyə çevrilib. Hazırda dünyanın 120 ölkəsinin üzv olduğu Qoşulmama Hərəkatına Prezident İlham Əliyevin sədrlik etməsi beynəlxalq aləmin ölkəmizə göstərdiyi yüksək etimadın növbəti təzahürüdür.

Hikmət Hacıyev cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanın hücum diplomatiyası siyasəti yürütdüyünü və bütün önəmli beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini müdafiə etdiyini deyib.

Prezidentin köməkçisi görüşün əhəmiyyətinə toxunaraq QHT rəhbərlərini dinləmək, onların beynəlxalq əməkdaşlıq istiqamətində fikir və ideyaları, həmçinin, layihə təklifləri ilə yaxından tanış olmaq istədiyini bildirib.

Görüşdə iştirak edən Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə Avrasiya.net-ə açıqlamasında bildirib ki, demokratiyanın özülünü təşkil edən birgə fəaliyyət vətəndaş cəmiyyətinin inkişafına xidmət edir. Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra milli maraqlara əsaslanan demokratik quruculuğa nail oldu. Vətəndaş cəmiyyəti quruculuğu prosesi də məhz bu dəyərlər üzərində bərqərar oldu və bu proses dinamik baş verdi.

QHT sədrinin fikrincə, artıq bu gün vətəndaşların dövlətin işinə ictimai nəzarət həyata keçirməsi üçün imkanlar yaradılır. Prezident İlham Əliyev son çıxışlarında bir neçə dəfə bu məsələyə toxunaraq ictimai nəzarətin gücləndirilməsi, vətəndaş cəmiyyətinin fəallığını önə çəkib. Əlbəttə ki, məqsəd vətəndaş cəmiyyətini dövlətin idarə olunmasında iştiraka cəlb etməkdir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin QHT sədrləri ilə onlayn görüşlərinin keçirilməsi də bu istiqamətdə işin səmərəliliyini artırmaq məqsədi daşıyır. Bu, həm də dövlətin vətəndaş cəmiyyəti institutları üçün verdiyi bir imkandır: "Müxtəlif istiqamətlərdə fəaliyyət göstərən QHT-lərlə artıq üç belə görüş keçirilib. Sonuncu görüş beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyət göstərən QHT-lərlə oldu və mən də DFJD sədri olaraq bu görüşdə iştirak etdim. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin moderatorluğu ilə keçirilən görüşdə hər bir QHT beynəlxalq əməkdaşlıq, xaricdə Azərbaycanla bağlı həqiqətlərin yayılması və s. istiqamətlərdə fikir və təkliflərini bildirdilər. Mən də qeyd etdim ki, beynəlxalq aləmdə KİV vasitəsilə mübarizə aparmaq və media dayaqlarımızı gücləndirmək üçün xarici ölkə mediası ilə əlaqələr qurmaq, sıxlaşdırmaq lazımdır".

F.Hüseynzadə görüşdə bir neçə əhəmiyyətli təkliflərlə çıxış etdiyini də bildirib: "Təklif etdim ki, xarici dövlətlərdə və xarici ölkələrin domenləri altında media portalları və televiziya kanalları yaradılmalı və yaxud sayt alınmalıdır. Həmçinin təklif etdim ki, xarici ölkələrdəki nüfuzlu bloggerlərlə Azərbaycanın təbliği üçün layihələr keçirmək olar. Daha bir təklifim bu oldu ki, Azərbaycanı sevən əcnəbiləri tapıb, onların potensialından xaricdə ölkəmizin müsbət imicinin formalaşdırılmasında yararlanmaq mümkündür. Xatırladım ki, bizim təşkilat tərəfindən bu istiqamətdə təkliflər paketi hazırlanıb. Biz artıq bu təkliflərimizi AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına və digər aidiyyəti qurumlara göndərdik".

QHT sədri belə faydalı görüşlərin keçirilməsinin QHT-lərin fəaliyyəti üçün həm də stimul olduğunu vurğulayıb. Qeyd edib ki, bu, eyni zamanda QHT-lərin məsuliyyətini artırır. Bütün bunları həyata keçirməklə Azərbaycan demokratikləşmə prosesində, eləcə də dövlət-vətəndaş münasibətlərində növbəti mərhələyə qədəm qoyur. Çünki dövlət, idarəçilikdə vətəndaşları üçün nə qədər açıq olduğunu göstərir.