Qulinin 48 yaşı tamam oldu: yaxınları qisas andı içdi - VideoBu gün azərbaycanlı qanuni oğru avqustun 19-da Antalyada qətlə yetirilən Quli Bakinski ləqəbli Nadir Səlifovun 48 yaşı tamam olub.

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, ölümündən bəri hər gün onun məzarını ziyarət edən ailə üzvləri və yaxınları bu gün də onu məzarı başına toplaşıblar. Bildirilir ki, Qulinin ən yaxın adamları onun qanını yerdə qoymayacaqları barədə and içiblər ki, bu da gözlənilən idi.

Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulmuşdu. N.Səlifov sovet vətəndaşı pasportu ilə 1995-ci ildə həbsxanaya düşüb, 22 il sonra – 2017-ci ilin oktyabrında azadlığa buraxılmışdı.

2017-ci ilin avqustunda Quli uzun illərdən sonra azadlıqda-İstanbulda böyük mərasim təşkil olunmuşdu.

Qulinin sonuncu ad günü də xeyli səs-küylü ərəfəyə təsadüf etmişdi. Çünki 2019-cu ilin avqustunun sonunda baş vermiş bir hadisə də indi Qulinin qətlinin versiyasısı sırasındadır. Məsələ ondadır ki, Quli ilə yaxınlaşan qanuni oğru Quram Çixladzenin Lənkəranskinin adamları ilə yaxınlığı üzə çıxmışdı. Quli isə iddialara görə, Quramın Lənkəranski klanı ilə internetdə üzə çıxan şəklini gördükdən sonra şillədib, ondan uzaq durmasını istəyib.

Bu işi isə “Vəhşi Arman” ləqəbi ilə tanınan qazaxıstanlı frayer Arman Cumagəldiyev edib. Qanuni oğrunun vurulması, həm də bu hadisənin Quli kimi nüfuzlu qanuni oğrunun iştirakı ilə gerçəkləşməsi kriminal aləmdə böyük rezonans doğurmuşdu. Quli ilə insidentdən sonra Şakro Molodoy və daha bir nüfuzlu qanuni oğru Badri Koquaşvili Quramın müdafiəsinə qalxmışdı. Şakro hətta bəyan etmişdi ki, Qurama vurulan zərbəni özünə vurulmuş hesab edir.

Bu söz-söhbətin fonunda isə Quli sentyabrın 5-də özünə sonuncu dəfə ad günü etdi. 47 yaşlı azərbaycanlı qanuni oğrunun ad gününə isə kriminal aləmin cəzalandırılacağını gözlədiyi “Vəhşi Arman”ın məclis üçün hazırlatdığı tort damğasını vurdu. Tortda Orta Asiya və Cənubi Qafqaz ölkələrinin bayraqları olub. Bu isə həmin ölkələrin qanuni oğrularının Quliyə dəstəyi kimi izah edilirdi.

Məlumata görə, Quli qazaxəsilli avtoritet vasitəsilə Qazaxıstanın yeraltı dünyasına nəzarət etməsinə çalışırdı. Bildirilirdi ki, Qazaxıstanda kriminal aləm bir mərkəzdən idarə olunmur. Quli isə bu boşluğu Arman Cumagəldiyevlə doldurmaq istəyirdi. Buradan isə Mərkəzi Asiyanın digər ölkələrinə nüfuz etməyi planlaşdırırdı.

İddia olunurdu ki, Qulinin rəqibləri də Qazaxıstanı ələ keçirmək istəyirdilər və Arman Cumagəldiyevlə yaxınlığı bu səbəbdən istəmirdirdilər.

Armanın əvvəllər tez-tez Türkiyədə olduğu bildirilirdi. Qulindən sonra isə onun həyatı da ciddi təhlükə altında olduğu deyilir.
Daha 142 yoluxma, 97 sağalma: 3 ölümAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb, 97 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 35 986 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 461 nəfər müalicə olunaraq sağalıb, 527 nəfər vəfat edib, aktiv xəstə sayı 1 998 nəfərdir.

Ombudsmanın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilə bilər? - AÇIQLAMABəzi kütləvi informasiya vasitələrində Ombudsman Səbinə Əliyevanın fəaliyyətinin dondurulması ilə bağlı məlumatlar yayılıb. Ancaq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Modern.az-a açıqlamasında bu məlumatları təkzib edib

“Ombudsman Aparatı işini davam etdirir. Necə ola bilər ki, Ombudsman fəaliyyətini dondursun?!”.

Maraqlıdır bəs hansı hallarda Ombudsmanın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilir?

Hüquqşünas Alim Hüseynli Avrasiya.net-ə bildirib ki, Azərbaycanda İnsan hüquqları üzrə Müvəkkilin fəaliyyəti qanunla tənzimlənir. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanuna əsasən, Müvəkkil 7 il müddətinə seçilir. Eyni şəxs Müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Müvəkkilin səlahiyyət müddəti bitdiyi gün yeni Müvəkkil seçilmədikdə, o, səlahiyyətlərinin icrasını davam etdirir. Bu halda onun səlahiyyət müddəti yeni Müvəkkilin seçildiyi gündən bitmiş hesab olunur.

Hüquqşünasın sözlərinə görə, Müvəkkilin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi də qanunvericilikdə əksini tapıb:

“Müvəkkilin səlahiyyətlərinə Azərbaycan Respublikası Milli Məclisinin təşəbbüsü ilə və ya Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin 83 səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:

Müvəkkilə aid tələblər pozulduqda;
Müvəkkil öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə;
Azərbaycan Respublikası Milli Məclisinin iclasında aşağıdakı hallar elan edildikdə, Azərbaycan Respublikası Milli Məclisinin sədri öz sərəncamı ilə Müvəkkilin səlahiyyətlərinə vaxtından əvvəl xitam verir:
Müvəkkil vəfat etdikdə;
Müvəkkil barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü olduqda;
Müvəkkil vəzifəsindən könüllü yazılı istefa verdikdə.

Müvəkkilin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə, Azərbaycan Respublikasının Prezidenti 30 gün müddətində Azərbaycan Respublikası Milli Məclisinə yeni Müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Azərbaycan Respublikasının Milli Məclisi 15 gün müddətində Müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir”.
Keçmiş icra başçısı nazirlikdəki vəzifəsindən də çıxarıldıMədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti rəisinin birinci müavini vəzifəsindən azad olunub .

Avrasiya.net mediapost-a istinadən xəbər verir ki, Mədəniyyət Nazirin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə, Zöhrab Pirimov vəzifəsindən azad edilib.

Qeyd edək ki, Zöhrab Ziyəddin oğlu Pirımov 2004-2007-ci illərdə Qusar rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Xatırladaq ki, Zöhrab Pirimov Dövlət Təhlükəsizliyi Xidmətinin mayın 8-də Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılaraq həbs edilən MİQİBDX-nin sabiq rəisi Zakir Sultanov ən yaxın adamı sayılırdı.
Loti Qulinin yas mərasiminə polis basqını - VideoTürkiyənin Antalya şəhərindəki otellərdən birində öldürülən məşhur azərbaycanlı qanuni oğru, Lotu Quli ləqəbli Nadir Səlifova Moskvada təşkil olunan yas mərasiminə polis basqını olub.

Avrasiya.net Virtualaz.org-a istinadən xəbər verir ki, KraymTaym (CrimeTime) Yutub kanalında yerləşdirilmiş görüntülərə əsasən yas mərasiminin keçirildiyi və 200-ə yaxın adamın toplaşdığı zala daxil olan xüsusi təyinatlı polislər mərasim iştirakçılarını döşməyə uzadıb. Və onların kimliyini dəqiqləşdirir.

Mərasimə qatılanlardan biri özünü Məmmədov Əjdər Batıxan oğlu kimi təqdim edir, Moskvada bizneslə məşğul olduğunu bildirir. Əvvəlcə deyir ki, ora qardaşı, ötən ilin sentyabrında öldürülmüş Elşənin hüzr məclisinə gəlib. Daha sonra Nadir Səlifovun yasına gəldiyini təsdiqləyir, onun qohumu olduğunu deyir.
“Kəndlərdə idmanı inkişaf etdirək”28 avqust 2020-ci il tarixdə AFFA-nın və Siyəzən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Siyəzən rayonunda “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib. Layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Mərkəzində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.

Avrasiya.net xəbər verir ki, tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, 54 saylı Şabran-Siyəzən seçki dairəsindən Milli Məclisə seçilmiş deputat Sadiq Qurbanov, Siyəzən Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov iştirak ediblər.

Layihə çərçivəsində rayonun Zarat kəndində və rayon mərkəzində 50 məktəbli uşağa futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları hədiyyə olunub.

Sonda gənc futbolçular müxtəlif hərəkətlərlə çıxış edərək bu idman növü üzrə öz bacarıqlarını qonaqlara nümayiş etdiriblər.
“Kəndlərdə idmanı inkişaf etdirək”
“Kəndlərdə idmanı inkişaf etdirək”
“Kəndlərdə idmanı inkişaf etdirək”
“Kəndlərdə idmanı inkişaf etdirək”
“Kəndlərdə idmanı inkişaf etdirək”
Məhkəmədən Rəhim Qazıyevlə bağlı - QərarBu gün Bakı Apelyasiya Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan keçmiş Müdafiə naziri Rəhim Qazıyevin ev dustaqlığına buraxılması ilə bağlı verdiyi apelyasiya şikayətinə baxılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Report-a onun vəkili Elçin Sadıqov bildirib.

Onun sözlərinə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçiirlən prosesdə qərar elan olunub. Qərara əsasən, R.Qazıyevin apellasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, R.Qazıyevin vəkili E.Sadıqov onun ev dustaqlığına buraxılması üçün Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə müraciəti təmin etməyib. Daha sonra vəkil apellyasiya şikayəti verib.

Qeyd edək ki, rəsmi məlumata görə, 2020-ci il iyulun 12 və 13-də sabiq müdafiə naziri R.Qazıyevin Azərbaycan-Ermənistan sərhədində düşmənin təxrtibatları ilə bağlı döyüş əməliyyatlarının aparıldığı və bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə müntəzəm rəsmi məlumatlar verildiyi bir vaxtda, məqsədyönlü şəkildə sosial şəbəkələr vasitəsi ilə hadisələrin mahiyyəti barədə aşkar surətdə həqiqətə uyğun olmayan xəbərlər yayıb Azərbaycan Respublikasının müdafiə qabiliyyətini zəiflətməyə yönələn hərəkətlər edərək, insanları iğtişaşlara, dövlət hakimiyyətini zorla ələ keçirməyə açıq çağırışlar etməklə təxribat törətməsinə əsaslı şübhələr müəyyən olunub.

R.Qazıyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (Təxribat) maddələri ilə başlanılmış cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb.
Ombudsman Səbinə Əliyeva fəaliyyətini dondurduAvqustun 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin övladının toyunda iştirak etdiyi üçün cərimələnən Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva fəaliyyətini dondurub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, avqustun 20-də İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə dörd yüz manat məbləğində cərimə edilən Ombudsmanın fəaliyyətindən artıq 8 gündür heç bir məlumat yoxdur.

Belə ki, Ombudsmanın rəsmi internet resursu olan http://www.ombudsman.gov.az/az saytına nəzər yetirdikdə sonuncu informasiyanın avqustun 20-də yerləşdirildiyi məlum olub. Beləliklə, bir həftədən çoxdur ki, Müvəkkilin fəaliyyəti ilə bağlı ictimaiyyətə heç bir məlumat verilməyib. Baxmayaraq ki, R.Mehdiyevin nəvəsinin toyunda iştirak etməsi ilə bağlı məlumatların yayıldığı günədək, demək olar ki, S.Əliyevanın keçirdiyi görüşlər, tədbirlər, qəbullar və bütövlükdə təşkilatın fəaliyyəti ilə bağlı məlumatlar ictimaiyyətin diqqətinə çatdırılıb.

Həmçinin, avqustun 20-dək Ombudsmanın Regional mərkəzləri də, demək olar ki, hər gün müxtəlif mövzuda onlayn görüşlər keçirib. Amma görünən odur ki, hazırda Ombudsmanın və onun regional nümayəndələri fəaliyyətini dondurub. Böyük ehtimalla hazırda Ombudsmanın şəxsən özünün və Milli Preventiv Qrupunun üzvləri tərəfindən həyata keçirilən başçəkmələr dayandırılıb, yaxud baş çəkmələr həyata keçirilsə də bu barədə ictimaiyyətə məlumat verilmir.

Mətbuat nümayəndələri dəfələrlə S.Əliyeva ilə əlaqə saxlamağa çalışsalar da, onun telefon zənglərinə cavab vermədiyi və yaxud da həmin nömrələri “blok” siyahısına əlavə etdiyi müşahidə olunub.

Bununla da, karantin qaydalarını kobud şəkildə pozan Müvəkkil özünü ictimaiyyətdən tam təcrid edib.
“Neftçi” və “Qarabağ” UEFA-nın reytinqində irəlilədiFutbol klublarının yeni UEFA reytinqi açıqlanıb.

Avrasiya.net xəbər verir ki, Azərbaycan klublarının mövqelərində dəyişiklik olub. Ağdamın “Qarabağ” klubu 20,500 xalla 62-ci pilləyə yüksəlib

“Styaua” (Rumıniya), “Milan” (İtaliya) və “Standard” (Belçika) da eyni xalla 62-65-ci pillələri bölüşürlər.

Bu il avrokuboklarda iştirak etməyən “Qəbələ” 4 pillə geriləyərək 182-193-cü pillədə qərarlaşıb. Təmsilçimizin hesabında 5,500 xalı var.

Avropa Liqasında “Şkupi”ni (Şimali Makedoniya) 2:1 hesabı ilə üstələyən “Neftçi” (5,000 xal) 11 pillə irəliləyərək 212-215-ci yerləri bölüşür.

Qeyd edək ki, klubların siyahısına “Bavariya” (Almaniya) başçılıq edir.
Azərbaycan 600 kilometr məsafədə hədəfi müəyyən edən SİLAH ALIBUkrayna Azərbaycan Ordusunun arsenalındakı “Kolçuqa” komplekslərini təmir və modernləşdirib.

Avrasiya.net xəbər verir ki, “Kolçuqa” avtomatlaşdırılmış radiotexniki kəşfiyyat sistemidir.

Passiv radiolokasiya stansiyası 600 kilometr məsafəyə qədər yerüstü hədəfləri müəyyən etməyə və izləməyə imkan verir. “Kolçuqa” sistemləri həmçinin, 10 kilometr hündürlükdəki hədəfləri də müəyyən etmək qabiliyyətinə malikdir.

Akitv şüalanması olmadığı üçün “Kolçuqa” sistemlərinin düşmənin radioelektron mübarizə vasitələri tərəfindən aşkar olunması ehtimalı çox aşağıdır.