Damarlarını doğradı, polisə yalan danışdıAğstafa rayonunda 36 yaşlı kişi özünə xəsarət yetirməklə intihara cəhd edib.

Rayon sakini, 36 yaşlı Samir Cəlilov ülgüclə qoluna xəsarət yetirərək damarlarını kəsib.

O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb, müayinə və müalicə edildikdən sonra ambulator müalicəyə göndərilib.

S.Cəlilov bir neçə saatdan sonra xəstəxanya qayıdaraq onu avtomobil vurduğunu deyib. Yenidən müayinə edilən S.Cəlilovun bədənində özünə ülgüclə yetirdiyi xəsarətdən başqa heç bir zədə aşkar olunmayıb. Xəstəxananın növbətçi həkimi polisə məlumat verib. S.Cəlilov polisə yalan ifadə verərək naməlum avtomobil tərəfindən vurulduğunu və sürücünün hadisə yerindən qaçdığını bildirib.

Polis tərəfindən aprılan araşdırmalar nəticəsində həmin şəxsin avtomobilin onu vurması haqda dedikləri öz təsdiqini tapmayıb.

Hazırda onun hansı səbəbdən özünə xəsarət yetirməsi və məsələnin digər təfərrüatı araşdırılır.
Bakıda sərnişindən maska taxmağı tələb edən avtobus sürücüsü DÖYÜLDÜSərnişindən maskanı düzgün taxmasını tələb edən sürücü hücum edib.

Bakı Nəqliyyat Agentliyindən Avrasiya.net-ə verilən məlumata görə, 13 nömrəli marşrut xətti üzrə avtobusun sürücüsü sərnişinə qoruyucu tibbi maskadan düzgün istifadə etməyi tövsiyə edib. Sərnişin buna əməl etmədiyindən sürücü də avtobusu sürməyəcəyini bildirib. Sonda sərnişin sürücüyə qarşı güc tətbiq edərək onu vurub.

Sərnişinin şəxsiyyətinin müəyyən edilərək törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün müvafiq qurumlara müraciət olunub.

Bir daha bildiririk ki, avtobuslarda qoruyucu tibbi maskadan istifadə mütləqdir və buna əməl olunmaması inzibati məsuliyyət yaradır. Ümumi sağlamlığımızın qorunması və lüzumsuz cərimələnməmək üçün sərnişinlərimizdən bu qaydaya əməl etmələrini xahiş edirik.
İrəvan torpaqları qaytarmağa hazır olub: Babayanın etirafı...Sabiq prezident Serj Sarkisyanın 2 illik sükutdan sonra keçmiş deputatlardan birinin – yaxın ətrafına daxil olan, haqqında beynəlxalq axtarış elan edilmiş və hazırda Rusiyada yaşayan Ruben Ayrapetyanın restoranında mətbuat konfransı keçirməsi artıq bir neçə gündür ki, Ermənistan mediasının əsas müzakirə mövzusuna çevrilib. Amma gözlənildiyi kimi, Sarkisyan heç də ona ünvanlanan bütün ittihamlara aydınlıq gətirməyib. Əsasən 2016-cı ilin aprel döyüşlərindən və həmin dövrdə guya “ölkəsinin imzalamaq istəmədiyi yeni atəşkəs sazişi”ndən söz açıb.

Sabiq prezidentin mətbuat konfransı ilə bağlı diqqət çəkən məqamlardan biri, onun sükutu pozmasından öncə Ermənistan parlamentinin istintaq komissiyasının sədri Andranik Köçəryanın açıqlaması ilə bağlıdır.
Xatırladım ki, komissiya sədri açıqlamasında Sarkisyanın tarixi ifşasını gözlədiklərini bildirib və qeyd edib ki, “əgər mətbuat konfransında sabiq prezidentin komissiyadan nəyisə gizlətdiyi bəlli olarsa, o zaman onun söylədikləri hesabata əlavə olunacaq”. Çox güman ki, Nikol Paşinyanın parlamentin istintaq komissiyasının sədri vasitəsi ilə çatdırmaq istədiyi bu mesaj sabiq prezident-baş nazirin hakimiyyətdən getməsi və digər məsələlərlə bağlı suallardan yayınmasına zəmin yaradıb.

Paşinyan isə gözlədiyi nəticəni, qismən də olsa əldə edə bilib. Yəni sosial problemlərin ən yüksək həddə çatdığı, Tovuz təxribatının qarşılığında aldığı hərbi, siyasi və diplomatik zərbələrdən özünə gələ bilməyən Ermənistanın ac və səfil cəmiyyətinin gündəmini, bu ölkənin bütün siyasi hakimiyyətlərinin klassik yayındırıcı vasitəsi olan Qarabağ problemi ilə qısa müddətə də olsa dəyişdirməyi bacarıb. Əslində Tovuz təxribatından sonra aprel döyüşləri ilə bağlı məsələnin Ermənistanın siyasi hakimiyyətinin intensiv şəkildə gündəmə gətirməsinin səbəbi, təkcə pandemiyaya qarşı uğursuz mübarizə, ölkə daxilindəki sosial-iqtisadi böhranın daha da dərinləşməsi ilə bağlı deyil. Tovuz təxribatı ilə başlayan uğursuzluq zolağının davam etməsi, Azərbaycanın ərazi bütövlüyünə münasibətdə ayrı-ayrı dövlətlərin kifayət qədər açıq və sərt mövqe nümayiş etdirmələri, erməni diaosporunun kifayət qədər güclü olduğu ölkələrdə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktının qanunvericilik aktları, qətnamə və bəyanatlarla təsbit olunması, xarici ölkələrdə yaşayan həmvətənlərimizin fəallığı nəticəsində ermənilərin vəhşi, qaniçən mahiyyətinin göz önünə sərgilənməsi Paşinyan rejimini ciddi narahat edir. Aprel döyüşlərindəki məğlubiyyətin qabardılmasında isə əsas məqsəd, çox güman ki, bütün uğursuzluqların məsuliyyətinin Ermənistanın keçmiş iqtidarının üzərinə yüklənməsi ilə bağlıdır.

Sarkisyana gəldikdə isə, restoranda keçirdiyi mətbuat konfransını tamamilə özünümüdafiəyə, daha dəqiq desək, aprel döyüşlərindəki məğlubiyyətlə bağlı ona ünvanlanmış ittihamlardan yayınmağa həsr edib. Hətta xarakterinə xas olan klassik yalanlarını təkrarlamaqdan, daha mübaliğəli şəkildə ifadə etməkdən belə çəkinməyib. Məsələn, bildirib ki, guya Ermənistan Azərbaycanla 2016-cı ilin aprelində 1994-cü ilin Bişkek protokolunu əvəz edəcək sazişi imzalamaqdan imtina edib. Qeyd edim ki, Serj Sarkisyan sözügedən mətbuat konfransında “mən sazişi imzalamaqdan imtina etmişəm” deməyib, ünvan kimi Ermənistanı göstərib. Sanki həmin dövrdə Ermənistanın prezidenti Serk Sarkisyan yox, başqa birisiymiş... Sarkisyan sözügedən konfransda Azərbaycan torpaqlarının mərhələli yolla azad edilməsini nəzərdə tutan sənədin müzakirəsi ilə bağlı faktları da təhrif etməyə çalışıb. Serjin “Ermənistanın 2016-cı ilin aprelində 1994-cü il Bişkek Protokolunu əvəz edəcək Azərbaycanla yeni atəşkəs sazişi imzalamaqdan imtina etməsi” ilə bağlı iddialarını isə təkcə Azərbaycan tərəfi deyil, onun sabiq dostu, separatçı-terrorçu həmkarı, qondarma rejimin “təhlükəsizlik şurası”nın katibi Samvel Babayan da təkzib edib.

Babayan Ermənistan mətbuatına açıqlamasında deyib ki, Serj Sarkisyanın nə deməsindən asılı olmayaraq, Ermənistanın sabiq prezidenti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məxfi sənədi imzalamağa hazır olub və onun əlində bunu təsdiq edən sənədlər var.

Sitat: "Sənədlərdə çox aydın və dəqiq şəkildə deyilir ki, biz 5 rayonu, sonra iki rayonu, daha sonra bir dəhlizi qaytarırıq, amma Qarabağ münaqişəsinin həlli görünmür”.

Göründüyü kimi, vaxtilə Serj Sarkisyanın Ermənistanın müdafiə naziri postuna gətirilməsində müstəsna rolu olan hərbi-cinayətkar yoldaşı Samvel Babayan da onun iddialarının yalan olduğunu bildirir və qeyd edir ki, ortalıqda işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı konkret sənəd olub.

Diplomatik mənbələrdən əldə etdiyim məlumatda da qondarma rejimin “milli təhlükəsizlik katibi” Samvel Babayanın dediklərində həqiqət olduğu bildirilir. Yəni vaxtilə Köçəryan, daha sonra isə Sarkisyan işğal etdikləri əraziləri qaytarmağa razılıq veriblər. Müzakirələr yenilənmiş Madrid prinsipləri – “Lavrov planı” adlanan konkret sənəd ətrafında aparılıb. Həmin sənədin fəlsəfəsi, ana ideyası isə öncə 5 rayonun (Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl), sonra 5 il müddətində Kəlbəcər və Laçın rayonlarının qaytarılmasından və məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasından ibarət olub.
Sarkisyan isə gözünün içinı kimi yalan danışır, çünki Ermənistan tərəfindən danışıqları şəxsən onun özü aparıb.

Amma azərbaycanlılara qarşı qanlı cinayətlərin həyata keçirilməsinə rəhbərlik edən Samvel Babayan, Serj Sarkisyanla aralarında 2000-ci ildə yaranmış ixtilafa görə ona opponentlik etsə də, aprel döyüşləri ilə bağlı həqiqətləri olduğu kimi dilə gətirmir. Ermənistanın 2016-cı ildə düşdüyü aciz durumdan, Moskvaya onları xilas etmək üçün necə yalvardıqlarından diqqəti yayındırmaq üçün iddia edir ki, guya aprel döyüşləri zamanı Azərbaycan Prezidenti İlham Əliyev Moskvaya zəng edərək işğaldan azad edilmiş mövqeləri geri qaytarmayacağını söyləyib, lakin hərbi əməliyyatları dayandırmağa hazır olduğunu bildirib.

Bu məsələ ilə bağlıdiplomatik mənbələrdən əldə etdiyimiz məlumatda isə qeyd olunur ki, Samvel Babayanın 2016-cı ilin aprel döyüşləri zamanı Prezident İlham Əliyevin Moskvaya zəng etməsi ilə bağlı iddialarının heç bir əsası yoxdur. Həmin dövrdə Azərbaycan Prezidenti heç kimə zəng etməyib. Əksinə, Prezident İlham Əliyevə Rusiyanın paytaxtından zəng olub, ondan hərbi əməliyyatların dayandırılması, işğaldan azad edilmiş Azərbaycan torpaqlarının geri qaytarılması istənilib. Lakin İlham Əliyev qətiyyətlə yox cavabı verib və bunun, ümumiyyətlə müzakirə mövzusu olmadığını bildirib.

Əslində Prezident İlham Əiliyevin Azərbaycanın ərazi bütövlüyü, milli maraqları ilə bağlı məsələlərdəki israrlı mövqeyi, öz xalqının, dövlətinin mənafeyini qorumaq üçün nümayiş etdirdiyi qətiyyətli davranışları ilə bağlı Qarabağ məsələsində Paşinyandan kifayət qədər təcrübəli olan Samvel Babayan daha məumatlı olmalıydı. Yaxud, hazırda əlalıtısı olduğu Nikol Paşinyanın Valday və Münhen konfranslarında, beynəlxalq müstəvidə aldığı dərslərdən nəticə çıxarmalıydı... Amma görünür erməni xisləti buna imkan verməyib.

Azərbaycan Prezidenti isə hər zaman olduğu kimi, 2016-cı ilin aprel döyüşlərində də öz prinsipiallığını, qətiyyətini, xarakterini nümayiş etdirib və göstərib ki, heç bir qüvvənin təzyiqi onu öz mövqeyini dəyişməyə məcbur edə bilməz, Azərbaycanın milli maraqları müqəddəs və toxunulmazdır.

Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətindəki hərbi təxribatı zamanı və işğalçıya ötürülən silah-sursatla bağlı gizlinlərin gün işığına çıxması prosesində də biz Azərbaycan Prezidentinin qətiyyətli mövqeyinin şahidi olduq.

Bu mövqe özünü istər Serbiyaya, istərsə də Rusiyaya münasibətdə büruzə verdi.

Nəticədə Serbiya Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi, Daxili İşlər naziri Neboyşa Stefanoviç Ermənistana silah-sursat satılması ilə bağlı məsələyə aydınlıq gətirmək üçün ölkəmizə səfər etdi.

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edərək, Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra, iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırdı.

Təbii ki, bütün bunlar yalnız ən yaxın tarixdə baş verən, isti izləri hələ silinməmiş faktlardır. Prezident İlham Əliyevin prezident kimi fəaliyyətdə olduğu zaman kəsiyi isə belə faktlarla zəngindir və tariximizdə, xalqımızın yaddaşında silinməz izlər buraxıb.

Prezident İlham Əliyev üçün hər şeydən öndə xalqın maraqları, dövlətin mənafeyi dayanır.

Azərbaycan vətəndaşlarının yüksək etimadına, Azərbaycan Prezidentinin möhkəm siyasi iradəsinə, qətiyyətli xarakterinə söykənən bu yanaşma isə bizi BÖYÜK QƏLƏBƏYƏ aparan yolun əsasını təşkil edir!

Müəllif: Elçin Mirzəbəyli
Bill Qeytsdən ŞOK SÖZLƏR - Virusa yoluxmayan insanlar da öləcəkMəşhur ABŞ-lı iş adamı, “Microsoft”un qurucusu Bill Qeytsə görə, milyonlarla insan pandemiya bitməzdən əvvəl öləcək.

Publika.az xəbər verir ki, iş adamı bu ölümlərin çoxunun xəstəlik səbəbindən deyil, pandemiyanın səhiyyə sistemlərinə və iqtisadiyyata vurduğu zərərlə olacağını deyib.

Qeytsin sözlərinə görə bu, malyariya və HİV ilə ən çox mübarizə aparan az inkişaf etmiş ölkələrə təsir edəcək.

Pandemiyaya qarşı mübarizənin siyasi ölçüsünə toxunan B.Qeyts, Co Baydenin ABŞ prezidenti seçilməsinin hər şeyi dəyişdirməyəcəyini söyləyib.

Bill Qeyts və həyat yoldaşı tərəfindən təsis edilən Bill və Melinda Qeyts Fondu, vaksinlər vasitəsilə malyariya və poliomielit kimi xəstəlikləri yüngülləşdirməyə çalışan qlobal ittifaqın mərkəzindədir. Fond bu yaxınlarda Hindistan Serum İnstitutu ilə əməkdaşlıq etdiyini və COVID-19 peyvəndini yoxsul ölkələrə təxminən üç dollara verəcəyini elan edib.

Evi zəbt edilən paytaxt sakini intihara əl atdı - FotoBiləcəri sakini Ramiz Oqtayeviç Kərimova məxsus Əhməd Qasımov küçəsi, 22-də yerləşən birotaqlı tikili qardaşının keçmiş həyat yoldaşı Aytəkin Kərimova tərəfindən zəbt olunub.

Məsələ ilə bağlı Axar.az-a müraciət edən Ramiz Kərimovun ailə üzvləri bildiriblər ki, iş məhkəmədə olsa da, Aytəkin Kərimova məhkəmənin qərarını gözləmədən onu satmaq niyyətinə düşüb:

“Sözügedən tikili ilə bağlı problemə baxılması üçün iş Binəqədi Rayon Məhkəməsindədir. Nigar xanımın hakimliyi ilə baxılan məhkəmə işi hazırda pandemiya ilə əlaqədar sentyabrın 24-nə təxirə salınıb. Amma buna baxmayaraq, Aytəkin Kərimova məhkəmənin cavabını gözləmədən evin damını söküb, onu satmaq istəyir. Aidiyyəti qurumlara müraciət etsək də, bir nəticəsi olmayıb. Çıxılmaz vəziyyətdə qalan Ramiz Kərimov Aytəkin Kərimovanın əməllərinə etiraz olaraq intihara cəhd edib”.

Məsələ ilə bağlı saytımıza açıqlama verən hüquqşünas Səməd Vəkilov bildirib ki, sözügedən tikiliyə məhkəmə tərəfindən həbs qoyularsa, onun satılması və ya hansısa işin icrası mümkün ola bilməz:

“Məhkəmə prosesində mülki məsələlərə baxılan zaman həmin mülkiyyətə həbs qoyulur. Əgər həbs qoyulubsa, həmin tikilini kimsə sökə, sata bilməz. Həbs qoyulmayıbsa, ailə həmin tikiliyə həbs qoyulması ilə bağlı iddia qaldıra bilər. Bu, məhkəmə prosesindən əvvəl təqdim olunur. Məhkəmə prosesi davam edirsə, həmin mülkiyyətə toxunulmaması üçün həbs qoyulması məqsədilə iddia qaldırılması lazımdır”.

Məhkəmə-Hüquq Şurasından isə saytımıza deyilib ki, məhkəmənin qərarı olmadan Aytəkin Kərimova tikili ilə bağlı hansısa qanunsuz əməl törədərsə, qarşı tərəf yenidən bununla bağlı məhkəməyə müraciət etməlidir.
Siyəzəndə "Uğurlu karyera könüllülükdən başlayır" mövzusunda onlayn təlim keçirilibAvqustun 25-də Siyəzən Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Uğurlu karyera könüllülükdən başlayır" mövzusunda onlayn təlim keçirilib. “Könüllülər ili” çərçivəsində təşkil olunan onlayn tədbirdə YAP Siyəzən rayon Təşkilatı Gənclər Birliyinin fəalları, İdman könüllüləri və fəal gənclər iştirak ediblər.

Tədbirin açılışında Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Siyəzən və Şabran rayonları üzrə nümayəndəsi Rahil Qurbanov çıxış edərək təlim haqqında məlumat veriblər. Daha sonra təlimçi Günel Atakişiyeva mövzu ilə bağlı çıxış edərək könüllü fəaliyyətinin istiqamətləri, iştirakçıları, könüllülərin özlərinin hüquq və vəzifələri, ölkədə gənclərin könüllü fəaliyyətə cəlb olunması sahəsində görülən işlər barədə ətraflı danışıb.
Siyəzəndə "Uğurlu karyera könüllülükdən başlayır" mövzusunda onlayn təlim keçirilib
Qeyd olunub ki, könüllük hər bir gəncin uğurlu fəaliyyətinin başlanğıcı, həyatında dönüş nöqtəsidir. Belə ki, hər bir gənc könüllü fəaliyyətin nəticəsi olaraq işini və karyerasını seçə, uyğun bildiyi sahə üzrə özünü sınaya bilər. Tədbirdə həmçinin gənclərin mövzu ilə bağlı sualları cavablandırılıb. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.7.5. yarımbəndinin (Gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi) icrası məqsədilə keçirilən təlimin iştirakçıları onlayn qaydada sertifikatlarla təltif olunublar.
Siyəzəndə "Uğurlu karyera könüllülükdən başlayır" mövzusunda onlayn təlim keçirilib
#məsafəsaxla #maskadanistifadəet #sağlamqal #bizbirlikdəgüclüyük #2020Könüllülərİli #SiyəzənGİİ #azsportsvolunteers #sportsvolunteers #idmankonulluleri #GənclərvəİdmanNazirliyi #MysGovAz #MysAz #Gənclərsiyasəti #GəncLİNK
"Düşmən susdurularaq geri çəkilmək məcburiyyətində qalıb" ATƏT-in Minsk qrupu avqustun 23-də cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun təxribat törətməyə cəhdinə rəsmi reaksiya bildirməlidir.

Bunu Avrasiya.net-ə Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

Xatırladaq ki, avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib. Cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı erməni diversiya qrupunun komandiri, baş leytenant Qurgin Alberyan əsir götürülüb.

Partiya sədri qeyd edib ki, bu ermənilərin ilk təxribat cəhdi deyil. Hər zaman belə təxribatlar olub və Ordumuz tərəfindən düşmən susdurularaq geri çəkilmək məcburiyyətində qalıb: “Ordumuz düşmənin hər bir təxribatının, hücumun qarşısını almağa qadirdir. Bunu işğalçı Ermənistan və onun havadarları unutmasınlar. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə həll olunması üçün bütün imkanlarını işə salıb. Ermənistan isə hərzaman təxribat törətməklə Azərbaycanın səhrəd zonasında yaşayan mülki vətəndaşlarını belə gətlə yetirir. Təəssüflər olsun ki, münaqişənin həllində vasitəçilik missiyasını üzərinə götürən Minsk qrupu hələ də bu təxribatlara göz yumur. İşğalçı ölkəyə təsir mexanizmlərindən istifadə etmir”.

Partiya sədri qeyd edib ki, erməni diversiya qrupunun komandiri, baş leytenant Qurgin Alberyanın əsir götürülməsinə rəsmi İrəvanın reaksiyası gülüş hədəfinə çevrilib. İrəvan iddia edir ki, guya o, hava şəraiti ilə bağlı yolunu azıb: “Ermənistan həmişə təxribatlarını ört-basdır etmək istəyib. Hətta əsgər ölümlərini belə valideynlərindən gizlətməyə çalışıb. Lakin hər dəfə də ifşa olunub. Bundan başqa diversiya-kəşfiyyat qrupunun komandirinin üzərində bir sıra hərbi ləvazimatlar və şəxsi əşyaların aşkarlanıb və ictimaiyyətə təqdim edilməsi, eyni zamanda Ermənistanın sosial şəbəkələrində saxlanılmış Qurgin Alberyanın dəyişdirilməsi ilə bağlı təkliflərin irəli sürülməsi bir daha saxlanılan hərbçinin onlar üçün kifayət qədər əhəmiyyətli şəxs olduğunu aydın göstərir”.

F.Əliyevin fikrincə, avqustun 23-dəki təxribat Tovuz hadisələrindən sonra Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti uğursuz təxribat cəhdidir. Mahiyyət etibarilə sabotaj, diversiya və terror məqsədi daşıyan bu aksiyanın əsas hədəfi Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrinin kazarmaları və hərbçilərimiz olub: “Lakin Azərbaycan hərbçilərinin ayıq-sayıqlığı, peşəkarlığı nəticəsində düşmənin bu aksiyasının qarşısı alınıb, Ermənistan hərbçiləri itki verərək qorxaqcasına geri qaçmağa məcbur olublar. Ermənistan tərəfindən yaralanan və ölənlərin olduğu bildirilir. Ermənistan hakimiyyəti digər hərbi əməliyyatlar - 2016-cı ilin aprel döyüşləri, 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu sitiqamətində hərbi əməliyyatlar zamanı olduğu kimi, yenə də ölən və yaralananlar barədə məlumatı gizlətməyə çalışıb”.

Partiya sədri bildirib ki, bundan sonra da Azərbaycan əlini yanına salıb gözləməyəcək və Ermənistanın təxribatlarına, atəşkəs rejiminin pozulmasına adekvat reaksiya verəcək.
133 yoluxma, 83 sağalma, 2 ölümAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 133 yeni yoluxma faktı qeydə alınıb, 86 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Avrasiya.net-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada koronavirusdan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 35 559 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 190 nəfər müalicə olunaraq sağalıb, 521 nəfər vəfat edib, 1 848 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 612, bu günə qədər isə ümumilikdə 885 279 test icra olunub.
Tanınmış jurnalist vəfat etdi - FOTOJurnalist, yazıçı-publisist, şair Qələndər Xaçınçaylı vəfat edib.

Avrasiya.net xəbər verir ki, bir müddət əvvəl xəstəxanaya yerləşdirilən jurnalistin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edk ki, Ağdamda doğulan Q.Xaçınçaylı peşə fəaliyyətinə Neft Daşlarında başlayıb. Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü idi. O, 1981-ci ildən mətbuatda müntəzəm olaraq şeir və məqalələrlə çıxış edib. Şeirləri “Ədəbiyyat və incəsənət”, “Kommunist”, “Bakı”, “Savalan”, “Azərbaycan pioneri”, “Fəryad”, “Meydan”, “Səs”, “Gələcək gün”, “Ədalət”, “Təzadlar” qəzetlərində, “Azərbaycan”, “Ulduz”, “Müxbir”, “Kənd həyatı”, “Göyərçin”, “Pioner” jurnallarında ardıcıl olaraq çap edilib. Həmçinin, “Gənclik” nəşriyyatının “almanax”larında əsərləri oxuculara təqdim olunub.

Son illərdə uzun müddət "Həftə içi" qəzeti ilə əməkdaşlıq edib.

Allah rəhmət eləsin"