Qatil Lotu Qulinin son videosunu bu şəxslərə göndərib - VİDEOTürkiyənin Antalya şəhərinin Serik rayonundakı beşulduzlu otel və spa mərkəzində Lotu Quli kimi tanınan kriminal avtoritet Nadir Səlifovu qətlə yetirən Xaqan Zeynalov (Xan Bakinski) onun cinayətdən az əvvəl çəkdiyi videosunu azı dörd nəfərə göndərib.

Türkiyə polisi Xaqan Zeynalovun mobil telefonunu müsadirə etdikdən sonra bu faktı üzə çıxarıb.

Xəbər verildiyi kimi, Xaqan Zeynalov Lotu Qulini qətlə yetirməzdən təxminən 30 dəqiqə əvvəl otelin dəhlizində onun arxasınca gedərkən videosunu çəkib. Bu kadrlar qətldən bir neçə saat sonra sosial şəbəkələrdə yayılıb. Kadrlara əsasən heç nədən şübhələnməyən Lotu Quli telefonla danışa-danışa dəhlizlə gedir, Xan Bakinski isə onu arxadan çəkir. Daha sonra özünü iri planda çəkir və sanki sifarişçiyə mesaj vermək istəyir ki, Lotu Qulinin arxasındadır və hədəfi haqlayıb.

“Azadlıq” radiosunun özbək xidməti bildirir ki, Xan Bakinskinin həmin kadrları göndərdiyi dörd şəxsin hamısı Türkiyə polisi tərəfindən dindirmə üçün saxlanılıb. Onların arasında Özbəkistandan olan “Zolotoy” ləqəbli kriminal avtoritet Ravşan Muhiddinov da var.

Ravşan Muhiddinov Beynəlxalq Boks Federasiyası AİBA-nın keçmiş prezidenti, Birləşmiş Ştatlar tərəfindən beynəlxalq narkotik ticarəti mafiyasının başçısı kimi axtarılan, "Qara Qafur" ləqəbli kriminal avtoritet Qafur Rəhimovun qohumudur.

Muhiddinovu İstanbuldakı evində avqustun 20-də gecə saat 3 radələrində saxlayıblar. Türkiyə polisi onu yeddi saat ərzində dindirib, lakin hər hansı ittiham irəli sürmədən sərbəst buraxıb.

Bu arada Rusiya KİV-ləri xəbər verib ki, qətldən sonra Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Sibirdə Lotu Qulinin adamlarından birini saxlayıb və dindirmədən sonra heç bir ittiham irəli sürmədən buraxıb.

Mərkəzi Asiya kriminal aləmindəki mənbələr isə “Azadlıq” radiosua deyiblər ki, hazırda Rusiyada həbsdə olan kriminal avtoritet, əvvəllər “1 nömrəli oğru” statusunu daşıyan “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşov özünün həbsxana kamerasında Lotu Quliyə ölüm hökmü çıxarmışdı. Mənbələr deyirlər ki, N.Səlifov rəqib kriminal qruplaşmalara “mübahisəli situasiyalarda” hücum etməklə qanuni oğruların şərəf kodeksini pozmuşdu... (Virtualaz.org)
Navalnın zəhərlənməsi rəsmən TƏSDİQLƏNDİAlmaniyada müalicə alan rusiyalı siyasətçi Aleksey Navalnı zəhərlənib.

Rusiya KİV xəvər verir ki, “Şarite” klinikasının həkimləri siyasətçinin komada olduğunu amma həyati təhlükəsinin sovuşduğunu bildiriblər.

“Navalnı “xolinesteraz” qrupuna aid kimyəvi maddə ilə zəhərlənib. Bu maddə əsəb reseptorlarını bloklayır və orqanizmdə ölümlə də səbəb olacaq problemlər yaradır” -deyə klinikadan bildirilib.

Navalnı “Tomsk-Moskva” reysi ilə uçuş zamanı özünü pis hiss etmişdi.
DMX-nin  rəisi vətəndaşların növbəti videoqəbulunu keçirəcəkDövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov tərəfindən vətəndaşların videoqəbulu keçiriləcək.
Videoqəbul 28.08.2020-ci il tarixdə saat 15.00-da reallaşacaq. İştirak etmək istəyən vətəndaşlar Xidmətin rəsmi internet səhifəsi (https://migration.gov.az/contacts/appointment) vasitəsilə qəbula yazıla bilərlər. Bunun üçün saytın “Qəbula yazıl” bölməsindən müraciət edən şəxsin özü (şəxsiyyətini təsdiq edən sənədləri təqdim etməklə) və ya nümayəndəsi (bunu təsdiqləyən rəsmi sənədlər təqdim edilməklə) qeydiyyatdan keçməlidir. Müraciətin səbəbi aydın və ətraflı göstərilməlidir.
Gürcüstanda azərbaycanlılarla ermənilər arasında dava olub – saxlanılanlar varGürcüstanın Nonitsminda munsipalitetinin Toriya kəndində azərbaycanlılar və ermənilər arasında kütləvi dava olub.

Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, davaya səbəb mal-qaranın qonşu örüş saəhisnə girməsi, torpaq sahiblərinin isə heyvanları qovmasına görə başlayıb.

Faktla bağlı hər iki tərəfdən saxlanılanlar olsa da, bir neçə saatdan sonra azadlığa buraxılıblar. Gürcüstan polisi 2 maddə ilə cinayət işi açıb.
Əsir götürülən erməni komandirlə bağlı açıqlamaAzərbaycan Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyinin erməni zabitin guya yolu azaraq Azərbaycan tərəfinə keçməsi ilə bağlı açıqlamasına münasibət bildirib.

Müdafiə Nazirliyindən Avrasiya.net-ə daxil olan məlumatda deyilir:

"Ermənistan Müdafiə Nazirliyinin istənilən faktı inkar və təkzib etməsi artıq heç kəsdə şübhə doğurmur. Xüsusi tapşırıq yerinə yetirən diversiya-kəşfiyyat qrupunun komandiri, baş leytenant Qurgen Alaverdyanın əsir götürülməsi faktını Ermənistan Nüdafiə Nazirliyi zabitin guya dayaq məntəqəsini yoxlayarkən əlverişsiz hava şəraiti ucbatından "yolu azaraq itkin düşüb" deməklə təkzib etməyə çalışır. Tapşırıq icra edərkən əsir götürülən zabit hərbi geyim formasında olmasaydı, sözsüz ki, Ermənistan Müdafiə Nazirliyi onu bu dəfə də ya çoban, ya da ruhi xəstə kimi qələmə verəcəkdi.

Əgər bir zabit “itir” və 24 saatdan da artıq vaxt keçməsinə baxmayaraq, bu barədə ictimaiyyətə heç bir məlumat verilmirsə, bu, Ermənistan ordusunda özbaşınalığın, intizamsızlığın hökm sürdüyünü, artan cinayət hadisələrinin, qeyri-döyüş itkilərinin daim və məqsədyönlü şəkildə ictimaiyyətdən gizlədildiyini bir daha sübut edir.

Hər dəfə təxribat qrupuna bələdçilik edən Ermənistan vətəndaşı və ya qrupunun üzvü Azərbaycan Ordusunun bölmələri tərəfindən ələ keçirildikdən sonra qarşı tərəf eyni ssenariyə əsasən bu şəxsləri psixi problemləri olan kənd sakini, ruhi xəstə, çoban, cinayət törətmiş kriminal element və sərxoş halda yolunu azaraq itkin düşən kimi təqdim edir.

Qeyd edək ki, Ermənistanın bu təxribatının da qarşısı Azərbaycan Ordusunun ayıq-sayıqlığı və peşəkarlığı nəticəsində qətiyyətlə alınıb.

Qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan dövlət sərhədi istiqamətində vəziyyətin gərginləşməsinə görə məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür".
Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı - daha 1 nəfər öldüAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 152 yeni yoluxma faktı qeydə alınıb, 111 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

"Bir az mənə imkan verin, istirahət edim, nə olar”Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə yayılan bir videogörüntüdə Hadı Rəcəblinin karantin qaydaların pozaraq, nəvəsinə Emin Ağalarova aid "Sea breeze" restoranında toy etdiyi iddia olunub.

Avrasiya.net xəbər verir ki, məsələ ilə bağlı News24.az-a açıqlama verən Milli Məclisin sabiq deputatı Hadi Rəcəbli bu fikirləri səsləndirib: “Uşaqlar DOST xidmətindən qeydiyyatdan keçərək, 10 nəfər "Sea Breeze" restoranında açıq havada yemək yeyiblər. Min nəfər adam orada çörək yeyir. Burada pis nə var axı? Nə mən özüm, nə də ailəm iştirak etməyib. Zəng et, həmin restorandan soruş. Yaxud da dostlarım Hüseynbala Mirələmov və Eldar İbrahimovdan öyrən. Gör, kim olub orada? Bu qədər allahsızlıq olmaz. Mənim adımı heç yerdə çəkməyin. 150 nəfərlik toy olmayıb. Mən bugünkü jurnalistləri bilirəm. Siz bir az allahdan qorxun. Allah cəzalandırır, etməyin. Səhv edib, telefonu götürdüm”.

Daha sonra o, sözlərinə belə davam edib: “İki il bundan qabaq Elgizlə şəhid ailəsinin toyunda iştirak etdiyim fotonu yayıblar. Hazırda istirahətdəyəm, heç bir siyasətə qarışmıram. Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı heç yerdə çıxış etməmişəm. DİN öz qərarını verib, bu barədə artıq nəsə demək istəmirəm. Bir az mənə imkan verin, istirahət edim, nə olar”.
Standard Insurance” Sığorta Şirkəti müflis elan edilibAzərbaycan Mərkəzi Bankının (AMB) bu il mayın 19-da lisenziyasını ləğv etdiyi “Standard Insurance” Sığorta Şirkəti müflis elan edilib.

Avrasiya.net xəbər verir ki, bununla bağlı iyulun 29-da Bakı Kommersiya Məhkəməsi qətnamə qəbul edib.

Hazırda sığorta şirkətində Ləğvetmə Komissiya yaradılır. Komissiyaya İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Rəşad Əhmədov rəhbərlik edəcək.

Qanunvericiliyin tələblərinə uyğun olaraq “Standard Insurance”lə bağlanmış icbari sığorta müqavilələri üzrə öhdəlikləri İSB-yə ötürüləcək, könüllü sığorta müqavilələri isə ləğv olunaraq sığorta haqları müştərilərə geri qaytarılacaq.
Elnur Allahverdiyev: “Gömrüklə bağlı qəbul edilən dəyişiklik çox ciddi yanlışlıqdır”Deputat Elnur Allahverdiyev Nazirlər Kabinetinin gömrük sahəsilə bağlı qəbul etdiyi son qərarın dövlətin iqtisadi siyasət fəlsəfəsinə ziddiyyət təşkil etdiyini bildirib.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi islahatların ana xəttini liberallaşma təşkil edir. Cənab Prezident dəfələrlə öz çıxışlarında qeyd edib ki, Azərbaycan dövlətinin siyasətinin episentrində Azərbaycan vətəndaşı, onun marağı dayanır. Mart ayından başlayaraq pandemiya fonunda iqtisadi fəaliyyətin daralması və karantin rejiminin sərtləşdirilməsi nəticəsində qapanma barədə qərar veriləndə Cənab Prezident açıq şəkildə ifadə etdi ki, biz əhalinin sağlamlığının qorunmasını əsas məqsəd kimi qəbul edirik və buna görə də, ölkə iqtisadiyyatının azalacağına hazırıq. Yəni ölkə başçısı əhalinin sağlamlığını, sosial müdafiəsini iqtisadi maraqlardan üstün tutduğunu nümayiş etdirdi. Pandemiyanın törətdiyi iqtisadi reallıq da bizə nümayiş etdirdi ki, iqtisadiyyatımız, özəl sektor, ən əsası isə özəl sahənin dövlətlə münasibətləri daha çevik olmalıdır. Vergi sahəsindəki şəffaflaşdırma tədbirlərinin əhəmiyyəti hər kəsə məlumdur. Dövlətin zərər çəkmiş sahibkarlara maddi dəstək etməsi üçün şəffaf və qanuni müstəvidə fəaliyyət, işçilərlə əmək müqaviləsinin vacibliyinin başlıca səbəb kimi irəli sürülməsi çox uğurlu addımdır və nəticələrini görürük. Ancaq təəssüflə qeyd etməliyəm ki, hələ də elə sahələr var, dövlətin iqtisadi siyasətində izlənən novator tendensiyalardan geri qalır, prosesə özünün mühafizəkar yanaşması, “statistik nailiyyətlər” əldə etmək istəkləri ilə həm özəl sferanın, həm də vətəndaşların narazılığına səbəb olur”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev deyib.

Deputat bildirib ki, bu sözləri ilə konkret olaraq Dövlət Gömrük Komitəsinin fəaliyyətini nəzərdə tutur. Belə ki, həm qurumun işi, həm də Nazirlər Kabinetinin gömrük sahəsilə bağlı qəbul etdiyi son qərar nə mövcud iqtisadi çağırışlara, nə də dövlətin iqtisadi siyasət fəlsəfəsinə nəinki uyğun gəlmir, hətta ziddiyyət təşkil edir.

“Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları” var.

Bugünlərdə həmin qaydalara dəyişiklik edilib. Biz son iki ildə, xüsusilə pandemiya ilə əlaqədar son yarım ildə adət etmişik ki, dövlətin iqtisadiyyatla bağlı islahatları liberal xarakter daşıyır.

Yəni XXI əsrdə, internet yüzilliyində, sərhədlərin açıq və şəffaf olduğu bir dövrdə dövlətin əsas məqsədi bu şəraitdən istifadə edən sahibkarlar və vətəndaşlara maksimum iqtisadi azadlıqlar verməkdən ibarətdir. Yetər ki, fəaliyyətin qanuni olsun və vergini ödəyəsən. Son dəyişikliklərdə isə biz bunun tam əksini görürük” – deyən E.Allahverdiyevin sözlərinə görə, əgər indiyədək bu qaydalara əsasən ölkənin gömrük ərazisinə ayda bir dəfə gətirilən, ümumi gömrük dəyəri 1500 ABŞ dollarından artıq olmayan mallar gömrük rüsumundan azad idisə, indi bu rəqəm 800 dollara salınıb.

“Təsəvvür edirsiniz, cəmi 800 dollar. Yəni bu 1500 ABŞ dolları nə böyük rəqəmdir ki, onu da endirib 800 dollara salmışıq? Aydın məsələdir ki, bu qərar güzəranını xırda biznesə bağlamış vətəndaşların dolanışığına ciddi zərbə vuracaq. Gəlin ticarəti qoyaq kənara, tutaq ki, sıravi vətəndaş xaricdən qiyməti cəmi 1000 dollar olan əşya və yaxud ailəsinə geyim alıb. Bundan gömrük rüsumu tutmaq absurd deyilmi? Gömrüklə bağlı qəbul edilən bu dəyişiklik çox ciddi yanlışlıqdır” - deyə millət vəkili təəccüblənir.

“Görəsən, Dövlət Gömrük Komitəsi bu cür təkliflər irəli sürəndə hansı “mötəbər” informasiyaya, iqtisadi təhlillərə əsaslanır, dövlət büdcəsinə nə qədər əhəmiyyətli əlavə rüsum toplamaqla töhfə verəcəyini düşünür?” - deyə sual verən deputat hesab edir ki, “iqtisadiyyatın faktiki dayandığı bir dövrdə, dövlətin işləməyən vətəndaşların və zərər görmüş sahibkarların yükünü öz üzərinə götürüb dövlət büdcəsindən vəsait xərclədiyi zamanda, öz gəlirlərinin azaldığı reallıqda ümidini bir parça çörəyə bağlamış vətəndaş üçün yaradılan, onsuz da yersiz olan məhdudiyyət heç bir məntiqə sığmır”.

Dəyişikliklərə əsasən, bundan sonra beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 300 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallara görə gömrük rüsumu tutulmayacaq. Halbuki indiyə qədər bu məbləğ 1000 ABŞ dolları idi.

“Güzəşt birdən-birə 3 dəfə azaldılıb. Bunun bir izahı var görəsən? Açığı, mən bu dəyişiklikləri düşünənləri başa düşməkdə çətinlik çəkirəm. Görəsən, onların alış-veriş nöqtələrindən xəbərləri varmı? Ölkədə iri ticarət mərkəzləri bağlıdır. Fərdi qaydada işləyən mağazalara girsəniz, tutaq ki, geyim biznesi ilə məşğul olanlara, - görəcəksiniz ki, mövsümə aid bir dənə olsun yeni nümunə yoxdur.

Payız qapıdadır, satılan isə yay mallarıdır. İnsanlar bu səbəbdən üz tutublar onlayn sifarişə. Həm istədikləri tərzdə, həm də mövsümə görə sifarişlərini edirlər. İndi təqribən 500 manatdan yuxarı məbləğdə sifarişlərinə rüsum ödəməlidirlər. Məncə, bu qərar çox ciddi yanlışlıqdır” – deyə deputat bildirib. Onun sözlərinə görə, vətəndaş heç “dünyanın düz vaxtında” gömrük qaydalarından razı deyildi, indi isə narazılıq artacaq: “Bir seçicimiz müraciət edib ki, xaricdən onlayn vasitəsilə məbləği təqribən 600 manat olan bijuteriya məhsulu sifariş verib. Nə qızıldır, nə də gümüş. Adi bəzək əşyasıdır. Sifarişi gömrükdə saxlayıblar ki, bu ticarət məqsədilədir. Götürmək istəyirsinizsə, təqribən 400 manata yaxın vergisidir, özü də fiziki şəxs kimi götürə bilməzsiniz, gedin VÖEN-li bir nəfər tapıb gətirin, onun adına götürün. Nəticə etibarilə, həmin sifariş gömrükdən 2 günə, əzab-əziyyətlə çıxıb. 600 manatlıq bijuteriyaya 400 manat rüsum. Gülüncdür”.

E.Allahverdiyev hesab edir ki, bu dəyişikliyin müəllifləri gedib daşıyıcı şirkətlərin ofislərinin önündə durub, gecə saat 1-dək növbədə dayanan vətəndaşları müşahidə etsələr, gerçək vəziyyət barədə daha çox məlumat toplaya bilərlər:

“Mən bu absurd dəyişikliyi Milli Məclisdə mütləq qaldıracam. Bu dəyişiklik belə bir çətin dövrdə dövlətimizin iqtisadi siyasətinə, cənab Prezidentin müəllifi olduğu çoxşaxəli islahatların ruhuna ziddir. Məncə bu məsələyə yenidən və ədalətlə baxılmalıdır. Artıq sosial şəbəkələrdə bu yeni qərarla bağlı ciddi müzakirələr gedir və vətəndaşlar tərəfindən haqlı narazılıqlar səslənir”.

Millət vəkili sözügedən dəyişiklikləri bir vaxtlar meşələrdən meyvə, giləmeyvə, göbələk və sair yığımlarına görə vətəndaşların haqq ödəməsi kimi qəbul olunan və sonradan ləğv edilən absurd qərarla müqayisə edərək ümid edir ki, gömrüklə bağlı yeni qərar qüvvəyə minmədən ləğv ediləcək.

Prezident xəbərdarlıq etdi: “Bütün dövlət məmurları xalqın xidmətçiləridir”“Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla bütün dövlət məmurları xalqın xidmətçiləridir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar göstərib və mən bütün təyin etdiyim kadrlardan bunu tələb edirəm”.

Avrasiya.net xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, rəhbərin təvazökarlığı rəhbərin yaraşığıdır:

“Rəhbərin mənəvi haqqı olmalıdır ki, öz tabeliyindəki insanlardan nəyisə tələb etsin. Əgər bu mənəvi haqq yoxdursa, nə istəyirsiniz deyin, nə istəyirsiniz edin, sizə nə hörmət, nə də ki, rəğbət olacaq”.

“Kadr siyasətində gərək düzgün addımlar atılsın. Bəzi hallarda rəhbərlər özlərinə yaxın olan, özlərinə sadiq sayılan kadrları önə çəkirlər və o kadrların digər xüsusiyyətləri nəzərə alınmır. İlk növbədə, hansısa məmura yox, dövlətə sədaqətli insanlar, Vətənə sədaqətli insanlar önə çəkilməlidir. Müstəqilliyi, müstəqil həyatımızı hər şeydən üstün tutan insanlar önə çəkilməlidir, vətənpərvər, milli ruhda, milli dəyərlər əsasında tərbiyə alan insanlar önə çəkilməlidir və əlbəttə ki, bu insanların peşəkarlığı da yüksək səviyyədə olmalıdır. Ona görə kadr siyasəti bu prinsiplər əsasında qurulmalıdır”,-Prezident vurğulayıb.