Vanqanın arxivində sirli vərəq tapıldı: BƏLALAR GƏTİRƏ BİLƏRXoşbəxt olmaq hamının arzusudur və hər bir kəsin haqqıdır. İnsan həyatının xoşbəxt anlarla zəngin olması üçün müdriklərin, təbiblərin, psixoloqların, dünyagörmüş insanların müxtəlif məsləhətləri, tövsiyələri var.

Publika.az 20-ci əsrin tanınmış görücülərindən biri, bolqar bilicisi Vanqanın insan xoşbəxtliyi ilə bağlı arxivində gizli saxladığı vərəqdə yer alan 20 tövsiyəsini təqdim edir:

1. Səhərinizi təbəssümlə açın. Təbəssümlə açılan səhər sizə gün ərzində uğur və sevinc gətirəcək.

2. Hər gün heç olmasa bir dəfə, hətta kiçik olsa da belə bir xeyirxah əməliniz olsun. Bunu etsəniz, qocaldıqda keçmişinizə nəzər salarkən yaşanmış illəriniz üçün peşmançılıq keçirməyəcəksiniz.

3. Elə düşünməyin ki, bütün həyatınız hələ qarşıdadır. Bu yanlış düşüncədir. Çünki cavanlıqla qocalıq arasındakı məsafə çox qısadır.

4. Bu günün işini sabaha saxlamaq kimi vərdişi özünüzdən uzaq edin.

5. Tənbəlliyin daşını atın. Təbiət öz hərəkətində dayanmaq və ləngimək bilmir, tənbəllik edib ləngiyənləri isə sərt cəzalandırır.

6. Kiçik yaşlarından uşaqları zəhmətə alışdırın. Əgər siz özünüz zəhmət çəkməyi sevmirsinizsə, bununla uşaqlarınıza pis nümunə göstərirsiniz.

7. Heç vaxt unutmayın, Allah kimə daha çox imkan və qabiliyyət verirsə, ondan da daha çox cavabdehlik tələb edir.

8. Bəziləri elə düşünür ki, pulla məhəbbəti almaq mümkündür. Bu yanlış fikirdir. Pulla məhəbbəti almaq olmaz.

9. Asudə olmaq istəyirsinizsə, hədər və boş yerə vaxt itirməyin.

10. Tələsin, amma həmişə ağılla tələsin.

11. Tez-tez ürəyinizin səsinə qulaq asın, görün o sizə nə deyir.

12. Nə isə deməzdən əvvəl yaxşı-yaxşı düşünün. Dediyiniz söz sizə xoşbəxtlik gətirməklə yanaşı, həyatınıza bədbəxtlik və bəlalar da gətirə bilər.

13. İnsanları mühakimə etməyə tələsməyin. Hər bir insanın özünəməxsus, heç də asan olmayan həyatı var.

14. Qarşınıza gücünüz çatmayan, həlli mümkün olmayan vəzifə qoymayın. Çünki o vəzifənin öhdəsindən gələ bilməyəndə özünüzdən gileylənməyə başlayacaqsınız.

15. Xətrinizə kimsə dəyəndə, sizi kimsə incidəndə cavab verməyin. Vaxtınıza və əsəblərinizə qənaət edin.

16. Heç vaxt aldatmayın. Kiçik yalanlar belə böyük bədbəxtliyə səbəb ola bilər.

17. Axmaq adamlarla mübarizə aparmayın, mübahisə etməyin, onları düzəltməyə, dəyişməyə calışmayın. Çünki onlar xəstə yox, sadəcə səfehdirlər.

18. Sevdiyiniz insanlara diqqət və hörmətlə yanaşın, onları dinləməyi bacarın.

19. Keçmişinizdə baş vermiş hadisələrə görə peşmançılıq hissi keçirməyin, baş vermiş dəyişikliklərdən şikayətlənməyin.

20. Həyatınızda baş verən kədərli hadisələri sakit ürəklə qarşılayın. Heç nə və heç kim əbədi deyil. Bu kədər də ötüb geçəcək. / SaqlamHeyat.az
Bu gün ÇL-nın qalibi müəyyənləşəcəkBu gün UEFA Çempionlar Liqasının (ÇL) final matçı keçiriləcək.

Avrasiya.net xəbər verir ki, Portuqaliyanın paytaxtı Lissabondakı görüşdə Fransanın PSJ komandası ilə Almaniya "Bavariya"sı üz-üzə gələcək. İtaliyalı Daniele Orsatonun idarəyə edəcəyi matç "Estadio da Luş" stadionunda Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu oyun komandaların avrokuboklarda 9-cu dueli olacaq. PSJ və "Bavariya" indiyədək Çempionlar Liqasının qrupunda 8 dəfə üz-üzə üz-üzə gəliblər. Bunların 5-də Paris təmsilçisi, 3-də isə münhenlilər qələbə qazanıb. PSJ-nin 12 qoluna, "Barvariya" 11 topla cavab verib.

PSJ tarixində ilk dəfə qitənin bir nömrəli klub turnirinin baş mükafatına yiyələnmək niyyətindədir. Paytaxt klubu Fransa çempionatının son 8 mövsümündə 7 dəfə qalib olsa da, ilk dəfə ÇL-də finala yüksəlib. Fransa komandası turnirin qalibi olacağı təqdirdə, kuboku qazanan 23-cü komanda kimi tarixə düşəcək.

5 dəfə Çempionlar Liqasının qalibi olmuş "Bavariya" isə son olaraq 2013-cü ildə bu titulu əldə edib. Münhen təmsilçisi 6-cı dəfə də istəyini gerçəkləşdirsə, İngiltərə "Liverpul"u ilə birlikdə ÇL-i ən çox qazanan üçüncü komanda olacaq.

Bu oyun həmçinin Çempionlar Liqasının finalları tarixində ikinci alman-fransız dueli olacaq. İlk dəfə "Bavariya" 1975/1976 mövsümündə "Sent-Etyen"i 1:0 hesabı ilə üstələyib.

23 avqust

Çempionlar Liqası, final

23:00 PSJ (Fransa) - "Bavariya" (Almaniya)

Baş hakim: Daniele Orsato (İtaliya)

"Estadio da Luş" stadionu.
"Siyavuş Novruzov başdan-başa ermənilərin əhatəsində idi"Siyavuş Novruzov millət vəkili olaraq karantin rejimi qaydalarını pozmalı, toya dəvət olunsa da, getməli deyildi. Orada xanımı Ombudsman Səbinə Əliyevanın iştirakı da birbaşa olaraq Siyavuş Novruzovun günahıdır. Siyavuş Novruzov Yeni Azərbaycan Partiyası tərəfindən cəzalandırılıb.

Avrasiya.net xəbər verir ki, bu sözləri millət vəkili Fəzail Ağamalı Ramiz Mehdiyevin nəvəsinə toy mərasimi keçirməsi qalmaqalı haqda danışarkən deyib.

O bildirib ki, Siyavuş Novruzovun orada iştirak etməsindən çox təəccüblənib:

“O, hər zaman danışıqlarında ermənilərə qarşı nifrətini ortaya qoyur. Ancaq o toy mərasimində Siyavuş Novruzov başdan-başa ermənilərin əhatəsində idi. Ramiz Mehdiyevin erməni həyat yoldaşı olan Kalinanın, Kalinanın qardaşı, Ramiz Mehdiyevin kürəkəni olan Levonun və onun erməni övladlarının əhatəsində Siyavuş Novruzov toy şənliyində iştirak edirdi, özünü də çox rahat hiss edirdi. Bu baxımdan düşünürəm ki, Siyavuş Novruzov burada çox böyük günah işlətdi və dediklərinin əksinə davranışlarını ortaya qoydu”.
Hizbullah İsrail PUA-sını vurduLivan İsrail Hərbi Hava Qüvvələrinə məxsus PUA-nı vurub.

Avrasiya.net xəbər verir ki, bu barədə “Əl-Məyadin” telekanalına Hizbullah komandanlığından məlumat yayılıb.

“Hizbullah qüvvələri tərəfindən Ayt əl-Şaab kəndi yaxınlığında Livan hava məkanını pozan İsrail PUA-sı vurulub”, - məlumatda bildirilib.
“Space” TV-nin rəhbəri kino adı ilə işçisinə toy etdi Son vaxtlar karantin qaydalarını pozaraq toy edənlərin sayı artıb.

Onlardan biri “Space TV”nin rəhbəri Vaqif Mustafayevdir.

Məlumata görə, o, kanalın Proqram departamentinin rəhbərin Tamara Məmmədovanın bacısına toy etməsinə dəstək olub. Belə ki, o, Novxanıda bağ evində kino çəkilişi adı ilə toy mərasimi edib.

Bağ evinə gələn polis əməkdaşlarına da film çəkilişi aparıldığı deyilib.

Toyda şou aləminin bir sıra tanınmış simaları da iştirak edib. Lakin onlar hələlik açıqlama vermək istəməyiblər. (Baku.tv)
Azərbaycan cəmiyyətində toxunulmaz şəxs yoxdur  Məzahir Əfəndiyev
Milli Məclisin deputatı


Koronavirus pandemiyası ilə əlaqədar kütləvi tədbirlərin, o cümlədən toyların qadağan edildiyi bir vaxtda sosial şəbəkələrdə yayılan toy görüntüləri ictimai rəydə kəskin etiraz doğurmuşdur. Bu da təbiidir, çünki indiyə kimi bu cür tədbirlər keçirən sadə vətəndaşlarımız barədə inzibati tədbirlər görülüb və onlarin cəzalandırılması ictimaiyyətin gözu qarşısında baş verib.

Dövlətin insanları karantin rejiminin tələblərinə riayət etməyə çağırdığı, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin gərginləşdiyi bir vaxtda cəmiyyətdə tanınan insanların bu hərəkətlərinə heç bir halda haqq qazandırmaq olmaz. Bu cür vəzifə daşıyıcıları sadə insanlara nümunə olmaq əvəzinə özləri qanunları kobud şəkildə pozur və buna bəzi hallarda hətta haqq qazandırmağa çalışırlar.
Toy sahiblərinin, eyni zamanda iştirak edənlərin qanunlari pozaraq Prezidentin çağırışlarına məhəl qoymamaları, həmçinin “Biz birlikdə güclüyük “ şüarına saymazyana yanaşmaları ictimai rəydə hökumətin bu istiqamətdə hansısa sərt tədbirlər görəcəyinə şübhələri artırırdı. Lakin baş verən hadisələr bunun əksini göstərdi.

Azərbaycan ictimaiyyətinin haqlı tələbinə uyğun xalq qarşısında məsuliyyət daşıyan bu vəzifə sahiblərinin hakimiyyət tərəfindən cəzalandırılması ictimai təpki ilə yanaşı, dövlətin iradəsinin, gücünün bir daha ortada olduğunu əyani sübut etdi. Aydın oldu ki, artıq Azərbaycan cəmiyyətində toxunulmaz şəxs yoxdur, qanunu pozanlar kimliyindən asılı olmayaraq qanun qarşısında cavab verəcəklər.

Bu gün Azərbaycan üçün çətin, həssas bir zamanda hamımız birmənalı şəkildə Prezidentin yanında olmalıyıq və qanunu pozanlar bilməlidir ki, güclü dövlətimiz onlara layiq olduqları yerin bundan sonra da çox böyük həvəslə göstərilməsində yardımçı olacaq.

İki rayonumuzun işğal gününü anırıq23 avqust Azərbaycanın iki rayonunun işğal tarixidir.

Avrasiya.net xəbər verir ki, Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 27 il ötür. Bu iki rayonun işğalı Azərbaycan iqtisadiyyatına 9 milyard dollara yaxın ziyan vurub. İşğal nəticəsində insanlar öz ata-baba yurdlarından didərgin düşüblər, onların şəxsi əmlakı talan olunub, ərazidəki tarixi memarlıq abidələri məhv edilib.

Cəbrayıl rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən 23 avqust 1993-cü ildə işğal olunub. İşğal zamanı Cəbrayıl rayonundan 400 nəfərə yaxın şəhid və 177 müharibə əlili olub, 91 nəfər isə əsir və itkin düşüb. Cəbrayıllılar içərisində 180 nəfərə yaxın Qarabağ müharibəsi əlili statusu alıb, 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. 79,9 min nəfərlik Cəbrayıl əhalisinin əksər hissəsi hələ ki Azərbaycanın müxtəlif güşələrində məcburi köçkün olaraq məskunlaşıblar.

Ərazisi 1050 kvadrat kilometr olan Cəbrayıl zəngin yeraltı sərvətlərə malik olub. Cəbrayıl rayonunda mişar daşı istehsalına yararlı və istismara cəlb edilmiş ehtiyatları 2937 min kubmetr olan Tulus tuf, ümumi ehtiyatları 5434 min kubmetr olan Çaxmaqçay, Soltanlı tikinti qumu, ehtiyatları 296 min kubmetr olan kərpic istehsalına yararlı Qaracallı gil ehtiyatı olub. Həmçinin, ehtiyatları 6644 min ton olan sement istehsalına yararlı Göyərçin-Veysəlli vulkan külü, ehtiyatları 1325 min ton olan Minbaşlı gəc, ehtiyatları 5226 min ton olan əhəng istehsalına yararlı Ağtəpə əhəngdaşı, ehtiyatları 4130 min kubmetr olan Cəfərabad qum-çınqıl qarışığı, ehtiyatları 504 ton olan Sahverdi yəşəm və ehtiyatları 1348 ton olan Çaxmaqqaya xalsedon yataqları var.

Füzuli rayonu da 23 avqust 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal edilib. Ümumi sahəsi 139393 hektar olan Füzuli rayonunun 50 kənd və rayon mərkəzi işğal altındadır. 125368 hektar ərazi hələ də erməni işğalı altındadır. Rayonun işğaldan azad olunan ərazisində 13 qəsəbə və 20 kənd var.

Füzuli sakinlərindən 657 nəfər şəhid, 400 nəfər müharibə əlili olub, 181 nəfər isə əsir və itkin düşüb.

Hal-hazırda Füzuli rayonunun 130,9 minlik əhalisinin 70 minə yaxın nəfəri rayonun azad olunmuş ərazilərində yaşayır, yerdə qalan hissəsi isə Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində məskunlaşıb.

Artıq 27 ildir Füzuli rayonunun təbii sərvətlərini talan edir. Belə ki, rayonda ümumi ehtiyatları 58858 min kvadrat metr olan və mişar daşı istehsalına yararlı istismar olunan 2 (Dövlətyarlı, Dilağar) əhəngdaşı, kərpic-kirəmit istehsalına yararlı 11211 min kvadrat metr ehtiyatlara malik Kürdmahmudlu gil, ehtiyatları 13053 min kvadrat metr olan Quruçay qum-çınqıl qarışığı yataqları var idi. Rayon ərazisində yaşı 200 ildən 1400 ilə qədər olan 11 ədəd Şərq çinarı təbiət abidəsi kimi pasportlaşdırılıb və işğala qədər mühafizə olunub.