Ramiz Mehdiyevin nəvəsinin toyuna qatılan bu şəxslər də cərimələndiPrezident Adminisdtrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən bir çox tanınmışlarla yanaşı, digərləri də qanunvericiliyə uyğun olaraq cərimələniblər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, həmin toyda iştirak edən qonaqlardan daha 17 nəfər cərimələnib.

Onlar polis əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə cərimə olunublar.
Rus ordusu yeni raketləri arsenalına daxil etdiRusiya ordusunun arsenalına Ştil-1 və Tor-M2DT zenit-raket sistemləri əlavə edilib.

Axar.az xəbər verir ki, bu barədə "Almaz-Antey" konserninin idarə heyətinin sədri Mixail Fradkov məlumat yayıb.

Onun sözlərinə görə, Ştil-1 çoxməqsədli patrul freqatlarına, "Tor-M2DT" isə Quru Qoşunları və Dəniz Donanmanın Sahil Qüvvələrinə veriləcək.

Bundan əlavə, Fradkov Ştil-1 raketlərinin orta məsafədə gəmilərin hərtərəfli müdafiəsi üçün nəzərdə tutulduğunu və yerüstü hədəflərə də zərbələr endirə biləcəyini bildirib.

Tor-M2DT raketi isə "Tor" hava hücumundan müdafiə raket sisteminin Arktik versiyasıdır. Kompleks mənfi 50 dərəcəyə qədər soyuqda işləmə qabiliyyətinə malikdir.
Siyavuş Novruzovla Ombudsman xanımı da CƏRİMƏLƏNDİPrezident Adminisdtrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən daha üç tanınmış şəxs cərimələnib.

Avrasiya.net xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov, onun xanımı - Ombudsman Səbinə Əliyeva və Filarmoniyanın direktoru Murad Adıgözəlzadənin həyat yoldaşı – müğənni Aysel Adıgözəlzadə xüsusi karantin qaydalarını pozduqlarına görə hər biri 400 manat məbləğində cərimə olunublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumatı təsdiqləyiblər

Məhkəmə icra başçısı ilə bağlı qərar verdiBiləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin artırılması barədə istintaq orqanını təqdimatına baxılıb.

Avrasiya.net xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə baş tutan iclasda qərar elan olunub.

Qərara görə, istintaq orqanını təqdimatı təmin olunub.

Mahir Quliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 aya qədər artırılıb.

İttihama görə, Mahir Quliyev bu ilin aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin birinci müavini Xanlar Məmmədov vasitəsilə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar maddi yardıma ehtiyacı olan şəxslərə sosial yardım üçün ayrılan vəsaitin bir qismini hissə-hissə mənimsəməsi, habelə icra hakimiyyətinin sərəncamında olan digər vəsaitlərdən sosial yardım adı altında ayıraraq hissəsinin ona verilməsini tapşırmasına dair əsaslı şübhələr müəyyən olunub.

Bundan başqa, Mahir Quliyevin köməkçisi Pöhran Şahbazov və tabeçiliyində olan başqa vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında özünün pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.

Həmçinin dövlət qayğısı ilə əhatə olunan işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Mahir Quliyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.

Eyni zamanda, Mahir Quliyev tərəfindən təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənildiyinə, vətəndaşlardan müxtəlif təyinatlı tikintilərin aparılması üçün zəruri olan sənədləşmə işləri və digər əsaslarla ümumilikdə təkrarən rüşvət tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində, Mahir Quliyevin xidməti otağında növbəti dəfə rüşvət almasından sonra məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı həmin pul vəsaitləri, aparılan araşdırmalarla bağlı iş üzrə əhəmiyyət kəsb edən müxtəlif sənədlər və digər maddi sübutlar aşkar edilərək götürülüb.

İstintaq orqanı tərəfindən Mahir Quliyevin barəsində Cinayət Məcəlləsinin 179-cu (mənmisəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Xatırladaq ki, Mahir Quliyev Prezident İlham Əliyevin aprelin 30-da imzaladığı sərəncamla tutduğu vəzifədən azad edilib.

Mehdiyevin nəvəsinin toyuna gedən məşhurlar cəzalandıPrezident Adminisdtrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən tanınmışlar da cərimələnib.

Avrasiya.net xəbər verir ki, Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov, Filarmoniyanın direktoru Murad Adgözəlzadə xüsusi karantin qaydalarını pozduqlarına görə hər biri 400 manat məbləğində cəimə olunublar.

DİN mətbuat xidmətindən məlumat təsdiqlənib.
Əhməd Obalı İranda soydaşlarımızın hüquqlarının tapdanılmasından danışıb Beynəlxalq İnsan Hüquqları Monitorinqi Təşkilatı Güney Azərbaycan Televiziyasının təsisçisi Əhməd Obalıdan güney azərbaycanlılar və onların pozulmuş hüquqları ilə bağlı müsahibə götürüb.

Əhməd Obalı əvvəlcə İranda Pəhləvilərə qarşı baş qaldırmış "inqilab"dan və bu inqilabların xalqın gözlədiyinin olmamasından, özünün cavanlıq illərində yeni qurulmuş İslam Republikası rejimi tərəfindən heç bir ittiham olmadan, qanunsuz həbs edilməsindən danışıb.

O, daha sonra 1980-cı illərdə fəaliyyətlərinə görə özünə və ailə üzvlərinə qarşı İran rejiminin göstərdiyi təzyiqlər barədə ətraflı məlumat verib.

Əhməd Obalı, həmçinin 1990-cı illərdə Sovet İttifaqının dağılması, bunun nəticəsində isə Azərbaycan Respublikasının müstəqil olmasının ona və güney azərbaycanlılara azadlıq uğrunda mübarizələrində yeni ruh verməsi, 1995-ci ildə Azərbaycan Mədəniyyət Assosiasiyasının, 1997-ci ildə Azərbaycanlıların Konqresinin yaradılması, habelə Güney Azərbaycan Televiziyasını öz maliyyə mənbəyi vasitəsilə təsis etməsi, bu istiqamətdə üzləşdiyi çətinliklər və kanala maliyyə dəstəyi göstərilməsilə bağlı müraciətlərindən danışıb.

GünAz TV-nin təsisçisi kanalda yalnız azərbaycanlılara deyil, eləcə də türkmənlər, ərəblər və bəluçlar kimi İranda yaşayan digər etnik azlıq nümayəndələrinə də zorakılıq təbliğ etmədən, insan haqlarına fokuslanaraq, ödənişsiz efir vaxtı verildiyi barədə təşkilata məlumat verib.

O, GünAz TV-yə qarşı yönəlmiş bəzi ittihamlara da qısa cavab verərək, televiziyanın heç bir ölkə və ya onun təşkilatına bağlı olmadığını, insan haqları sahəsində fəaliyyət göstərən müstəqil media qurumu olduğunu bir daha diqqətə çatdırıb.

GünAz TV-nin təsisindən sonra İran rejimi tərəfindən ona qarşı bəzi ittihamların səsləndirilməsi, özünə və ailə üzvlərinə qarşı təhdidlərin edilməsindən də danışan Əhməd bəy heç bir təhdidin onu yolundan döndərə bilmədiyini deyib.

Müsahibə əsasında jurnalist Əhməd Obalıdan insan haqları təşkilatlarının İran cəmiyyətinin təxminən 60%-ni təşkil edən əsas xalq- azərbaycanlıları rejimin mədəni soyqrıma məruz qoyması barədə niyə hesabat və ya məlumat yaymamaqları barədə sual soruşub.

Əhməd bəy İran qrupları da daxil olmaqla, insan haqları təşkilatlarının güney azərbaycanlıların istədiklərini səsləndirməkdə və seçdikləri sivil hərəkat yolunu işıqlandırmaqda maraqlı olmadıqlarını, başqa istiqamətdə fəaliyyətlərə daha çox fokuslandıqlarını deyib.

O, həmçinin çıxışı zamanı ağır həbs cəzaları almış bir sıra güney azərbaycanlı fəallarla yanaşı, 8 il həbsə məhkum edilmiş Abbas Lisaninin həbs müddətinin Apellyasiya Məhkəməsi tərəfindən 16 ilə qədər yüksəldilməsi məsələsini də təşkilatın diqqətinə çatdırıb. GünAz TV-nin rəhbəri güney azərbaycanlıların İran Konstitusiyasında ana dilində təhsillə bağlı nəzərdə tutulmuş müddəaların icrasını, öz pozulmuş hüquqlarını tələb etdiklərini qeyd edib.

Əhməd Obalı sonda koronavirus və onun yaratdığı mövcud şəraitdə Evin həbsxanasında saxlanılan 3 güney azərbaycanlı fəalın vəziyyəti, rejimin keçmişdə və hazırda GünAz TV-nin tamaşaçalarına qarşı təzyiqləri və onları həbs etməsi, kiber təhdidlər, kanalın gələcək fəaliyyətləri və güney azərbaycanlıları təşkilatlandırmaq kimi bır sıra mühüm məsələlər barədə aparıcıya məlumat verib.
Qubaya bir qar yağdı ki... - FOTOBu gecədən başlayaraq Axərbaycanın şimalına-Quba və Qusar rayonlarının dağlıq ərazilərinə ilk qar yağıb.

Avrasiya.net xəbər verir ki, ən çox qar Qusar ərazisində yerləşən -dəniz səviyyəsindən 4000-ə yaxın hündürlükdə yerləşən məşhur Şahdağ və Şah düzü ərazilərinə düşüb.

Qubanın Xınalıq və digər kəndlərin kənd sakinləri hazırda həmin ərazidə yerləşən yaylaqda qoyun növbəsindədirlər.Xınalıq sakini Nazir Sultanov Şah düzündə çəkdiyi video və şəkilləri qohumu Səxavət Sultanov vasitəsilə bizə çatdırıb.Hər ikisinə təşəkkür edirəm.

Şahdağda və Şah düzündə qarın hündürlüyünün 5-10 sm olduğu deyilir.
ABŞ və Rusiya Türkiyədən pay istəyə bilər?Qaz yatağının kəşf edildiyi yer Türkiyənin dəniz sərhədi daxilindədir və digər ölkələrin ordan pay istəməsi mümkün deyil.

Axar.az xəbər verir ki, bu sözləri türkiyəli ekspertlər yunan mütəxəssis İlias Tsaqasın "Türkiyənin kəşf etdiyi qaz yatağından ABŞ və Rusiya pay istəyə bilər" iddiasına cavab olaraq deyiblər.

Ekspertlər bildirib ki, yunan mütəxəssis sadəcə sərsəmləyir.

Qeyd edək ki, Türkiyənin Qara dənizdə qaz yatağı tapmasını şərh edən Tsaqas Rumıniya, Macarıstan və Rusiya kimi sahil dövlətlərinin bu yataqda söz sahibi olmaq istəyəcəyini, əraziyə ABŞ-ın “Ekson” qrupunun nəzarət etdiyini iddia edib.
Çin İran məsələsində ABŞ-a güzəştə getməyəcəkABŞ-ın Pekin və Moskvaya qarşı sanksiyalar tətbiq edəcəyi təhdidlərinə baxmayaraq, Çin İran məsələsində Vaşinqtona güzəştə getməyəcyini bəyan edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda ÇXR-nın Xarici İşlər naziri Van İ bildirib.

Onun sözlərinə görə, ABŞ-ın İranla bağlı mövqeyi əsassızdır, Tehrana qarşı sanksiyalara riayət etməkdən boyun qaçıran ölkələrə qarşı sanksiyaların tətbiq ediləcəyi təhdidləri isə təxribatdır.

Van İ Vaşinqtonun Birgə Hərtərəfli Fəaliyyət Planından (JCPOA) çıxdığını xatırladaraq, bununla da ABŞ-ın “məhdudiyyətlərin sürətli bərpası” mexanizmini işə salmaq kimi hüququnu itirdiyini qeyd edib. Çinli diplomat, həmçinin ABŞ-ın öz hərəkətləri ilə dünya ictimaiyyətində narazılıq yaratdığını və ona olan etimadı itirdiyini deyib. Van İ Pekinin İranla “nüvə sazişinin” saxlanılması tərəfdarı olduğunu və mövqeyini dəyişməyəcəyini bildirib.

Avqustun 20-də ABŞ-ın Dövlət katibi Mayk Pompeo BMT-nin Təhlükəsizlik Şurasını Vaşinqotonun İrana qarşı sanksiyaları yenidən bərpa edəcəyi ilə bağlı xəbərdarlıq edib. Amerika tərəfi İrana qarşı silah embarqosu və uranın zənginləşdirilməsi qadağasını tətbiq etmək istəyir. Pompeo TŞ-nın dəstəyinə və beynəlxalq məhdudiyyətlərin 30 gündən sonra bərpasına ümid etdiyini dilə gətirib.

Artıq Rusiya, Almaniya, Fransa və Böyük Britaniya İrana qarşı sanksiyaların əleyhinə olduqlarını bəyan ediblər. İranın təşkilatdakı daimi nümayəndəsi Məcid Taxt-Rəvançi isə heç bir sanksiyanın tətbiq edilməyəcəyinə inandığını deyib.
ABŞ-da polis daha bir qara dərilini öldürdüABŞ-da polis həbs edilərkən daha bir afroamerikalı öldü, hüquq-mühafizə orqanlarının əməkdaşları Luiziana ştatında bir nəfəri vuraraq öldürdülər.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, atışma Lafayette şəhərində baş verib.

Amerika Vətəndaş Azadlıqları Birliyi hadisəni "qara dəriliyə qarşı polis zorakılığının dəhşətli bir hadisəsi" adlandırdı.