Gürcüstanda mikroavtobus uçuruma yuvarlandı: 12 ölüGürcüstanın Şatili kəndi ərazisində mikroavtobus, təxminən, 80 metr yüksəklikdən uçuruma aşıb.

"RİA Novosti" xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qəza nəticəsində 12 nəfər ölüb, 3 nəfər yaralanıb.

Hadisə yerinə polis, xilasedicilər və təcili tibbi yardım briqadası cəlb edilib.

Qalan sərnişinlərin axtarışı davam edir.

Faktla bağlı araşdırma başlanılıb.
Ermənistan diversiya-kəşfiyyat qrupunun komandiri əsir götürüldü - FotoAvqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgin Alberyan, əsir götürülüb.

Bir daha bildiririk ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Ermənistan diversiya-kəşfiyyat qrupunun komandiri əsir götürüldü - Foto
"Ramiz Mehdiyev bizi Prezidentin adından aldadıb toya dəvət edibmiş..." - Siyavuş NovruzovÖlkəmizdə əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox məhdudiyyətləri nəzərdə tutan xüsusi karantin rejimi tətbiq olunmaqdadır. Nazirlər Kabineti yanında Operativ Qərargah yoluxma və sağalma hallarında müsbət dinamikanı nəzərə alaraq yumşaldıcı tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul etsə də, kütləvi tədbirlərin, o cümlədən toy və yas mərasimlərinin keçirilməsinə qadağa qüvvədə saxlanılmaqdadır. Belə olan halda, hər bir vətəndaşın borcu məsuliyyətli davranaraq müəyyən olunmuş qaydalara ciddi riayət etməkdir.

Bu barədə Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. S.Novruzov baş verənləri belə izah edib:

"Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin övladının toyunda ailəlikcə iştirak edərək karantin qaydalarının pozulmasına yol vermişik. Bu səbəbdən təmsil olunduğum Yeni Azərbaycan Partiyası tərəfindən mənə töhmət elan edilmişdir və İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə dörd yüz manat məbləğdə cərimə olunmuşuq.

Mən Ramiz Mehdiyevin dəvət zəngi zamanı möhtərəm Prezident İlham Əliyevin adını çəkdiyinə görə toyda iştirak təklifini tərəddüdsüz qəbul etmişəm və sözügedən mərasimdə ailəlikcə iştirak etmişik. Çünki mən hər zaman ümummilli liderimizin layiqli davamçısı olan cənab Prezidentimizə sədaqətlə xidmət etmişəm və onun yolunda hər cür mübarizəyə, hətta ölümə də getməyə hazıram.
Yalnız bir gün sonra məlum olmuşdur ki, bizi ailəlikcə toya dəvət edərkən “Cənab Prezidentdən icazəsini almışam” deyən Ramiz Mehdiyev səhv məlumat vermişdir. Hətta məclis zamanı onun “Cənab Prezident bu gün səhər zəng edərək təbriklərini və xoş arzularını çatdırıb” deməyi də həqiqəti əks etdirmir. Yəni, cənab Prezident İlham Əliyevin bu toy məclisindən xəbəri olmamışdır və bizi aldatmışlar.
Onu da qeyd etmək istəyirəm ki, Ramiz Mehdiyevin uzun illər ərzində fəaliyyəti zamanı onunla münasibətlərimiz kifayət qədər soyuq olmuşdur. Mənim bütün fəaliyyətim boyu karyera inkişafım sırf ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı olan möhtərəm cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır. Ramiz Mehdiyevin isə mənim siyasi fəaliyyətimdə və karyeramda hər hansı bir rolu olmamışdır, hətta o, bəzi məsələlərdə qarşımı kəsmişdir".
İradə Polad: “Dövlətin qoyduğu qanunu pozan hər kəs mütləq cəzalandırılmalıdır”"İlham Əliyev subut etdi ki, məmurlar sadə vətəndaşlar kimi qanun qarşısında bərabərdir".

Bu fikirləri ​ "Mərhəmət” Kimsəsizlərə Yardım ictimai Birliyinin​ sədri İradə Polad​ səsləndirib.

O, qeyd edib ki, respublikamızda əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox məhdudiyyətləri nəzərdə tutan xüsusi karantin rejimi tətbiq olundu. Nazirlər Kabineti yanında Operativ Qərərgah son günlər ölkəmizdə virusa yoluxma hallarının və həyatını itirənlərin sayının azalmasını qeyd etdilər:

"Sağalanların sayı müsbət nəticə verdi. Avqust ayının 10-dan yumşaldıcı tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edildi. Ancaq (COVİD-19) koronavirusla mübarizəyə ciddi təhdid yaratdığına görə, kütləvi tədbirlərin keçirilməsi, o cümlədən yas mərasimi və toy şənliklərinin​ keçirilməsinə qoyulan qadağalar qüvvədə saxlanıldı. Buna baxmayaraq, çox təəssüflər olsun ki, koronavirusun ilk effektiv peyvəndi tapılmayana qədər, qoyulmuş qadağalara əməl etməli olduğumuz halda, özündən razı olan​ yüksək vəzifəli məmurlar​ karantin qaydalarını pozaraq istədikləri kimi toy mərasimləri keçirdilər. Demək olar ki, bu da cəmiyyətdə birmənalı qarşılanmadı, insanlar öz fikirlərini bildirərək, haqlı olduqlarını bəyan etdilər".

İradə Polad bildirib ki, bu gün ölkə başçısı İlham Əliyev vətəndaşlarının sağlamlığını qorumaq məqsədilə müvafiq tədbirlər həyata keçirir və aidiyyatı qurumlara göstəriş verir:

"Bununla yanaşı, Cənab Prezident​ məsələni daim diqqətində saxlayır və həssaslıq göstərir. Lakin bəzi məmurlar, öz səlahiyyətlərindən sui-istifadə edib, qanunları pozur. Onların bu əməlləri ölkə başısının fəaliyyətinə kölgə salmaq məqsədi daşıyır. Bu gün həmin şəxslərin , qanun qarşısına çıxarılması, cəzalandırılması onu sübut etdi ki, ölkəmizdə heç kim qanundan qaça bilməz, qanun qarşısında hər bir vətəndaş kimi milət vəkili, alim, professor, akademik, məmur,​ qanun qarşısında​ cavab verməli, etdiklərinə görə cəzalandırılmalıdır. Hər kəs öz vəzifəsinin məsuliyyətini bilməli, dövlətinə sədaqətlə xidmət etməli, verilən tapşırıqlara əməl etməlidir.

Bu gün bu şəxslərin cəzalandırılması ​ göstərdi ki, İlham Əliyev ölkədə qanunların icrasının əsas təminatçisi, vətəndaş hüquqlarının müdafiəçisidir. Bir sözlə İlham Əliyev subut etdi ki, məmurlar sadə vətəndaşlar kimi qanun qarşısında bərabərdir. Dövlətin qoyduğu qanunu pozan hər kəs mütləq cəzalandırılmalıdır!. Biz vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq, ölkə başçısının yanındayıq və hər zaman onun yolunda olacağıq".
 "Qanuna əməl etmək hər kəsin ən ali vəzifəsidir" Ölkəmizdə qanun Şahdır. Qanunun aliliyi Dövlətimiz tərəfindən ən yüksək səviyyədə qorunur. Kimliyindən və statusundan asılı olmayaraq kimsənin qanunu pozmağa haqqı və ixtiyarı yoxdur. Hər kəs qanun qarşısında eynidir və bərabərdir. Kimliyindən‚ statusundan və vəzifəsindən asılı olmayaraq‚ qanunu pozan hər kəs ən ağır şəkildə cəzalandırılacaqdır.

Bunu mətbuata açıqlamasında‚ karantin qaydalarını pozaraq sabiq millət vəkili İlham Əliyevin övladına toy şənliyi keçirtməsindən danışarkən‚ siyasi ekspert‚ politoloq Mirsamir Məmmədov bildirib..

M. Məmmədov qeyd edib ki‚ Qanuna əməl etməyə və qanunun tələblərinə hörmətlə yanaşmağa hər kəs borcludur. Ən yüksək rütbəli məmur da‚ sadə vətəndaş da. Hakim də‚ fəhlə də‚ sürücü də‚ sərnişin də. Qanun hər kəs üçündür. Qanuna əməl etmək və qanunçuluğu qorumaq hər kəsin və hər birimizin borcudur. Qanuna əməl edilməyəcəkdisə bəs bu qanun niyə yazılıb və niyə tərtib edilib?? Dövlətçiliyimizi güclü edən ən önəmli faktor və prioritet hal Qanunçuluğun güclü qorunması və qanunlara əməl edilməsi halıdır.

Bütün dünyanı öz ağuşuna almış qorxunc bir virusa qarşı ölkə başçısı möhtərəm cənab İlham Əliyevin rəhbərliyi Dövlətimizin həyata keçirilən qorunma və izolyasiya tədbirləri çərçivəsində məhz xalqımızın və insanlarımızın sağlamlığını və həyatlarını qorumaq üçün qəbul edilən qanunlara məhəl qoymayaraq virus əleyhinə sanitar və epidemoloji vəziyyətdə qaydaları pozmaq birbaşa Dövlətçiliyimizə qarşı meydan oxumaqdır. Kimliyindən və statusundan asılı olmayaraq Dövlətin və xalqın mənafeyinə zərbə vurnaq istəyən hər kəs cəzalanacaqdır. Qanunları pozduğu halda heçbir yüksək rütbəli məmur belə bu cəzadan yaxa qurtara bilməz. Möhtərəm cənab Prezident hər zaman qeyd edir ki‚ hər kəs qanun qarşısında eynidir və bərabərdir və Azərbaycanda toxunulmayacaq kimsə yoxdur. Kimsə özünü toxunulmaz hesab edib‚ qanunları pozmasın. Qanun hamı üçündür və qanuna əməl etməksə hər kəsin ali vəzifəsidir.

Əziz xalqımız. Bütün dünyanı cənginə almış qorxunc Koronavirus pandemiyasından az itgilərlə yaxa qurtara bilməyimiz üçün və bu virusun dəhşətli nəticələrini sıfıra endirə bilmək üçün Dövlətimizin beynəlxalq tibbi təcrübəyə əsaslanaraq qəbul etdiyi qanunlara və tövsiyyələrə əməl etməliyik. Qanunlara və Dövlətimizin çağırış və tövsiyyələrinə əməl etdikcə özümüzü və həyatlarımızı sığortalamış olacağıq. Bu kəskin və ağır virusla mübarizə aparmaq üçün Dövlətimizin yanında olmalı‚ Dövlətimizə bu virusla mübarizədə dəstək olmalı‚ verilən qərarlara‚ qəbul edilən qanunlara və edilən tövsiyyələrə əməl edilməlidir. Çünki‚ bu bizim həyatlarımızın sığortası və özümüzü qorumağımızdır‚ virusun yarada biləcəyi ağır fəsadlardan‚ törədəcəyi kütləvi ölümlərdən xilasımız deməkdir.

Bu səbəbdən hər kəs öz məsuliyyətini anlamalı və bilməlidir. Bunun üçün hər birimiz məsuliyyətli olmalıyıq. Qaydalara və edilən tövsiyyələrə riayət etməliyik. Hər birimizin üzərində məsuliyyət vardır. Qanunlara əməl etmək borcumuzdur‚ deyə M. Məmmədov bildirib.
Hüseyn Altınalan: “Füzuli və Cəbrayılın işğalı 27 ildir sağalmayan yaramızdır”“ATƏT-in Minsk Qrupu başda olmaqla beynəlxalq güclər Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi üçün lazımi addımlar atmalıdır”

Avrasiya.net-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan bildirib.

“Füzuli və Cəbrayılın işğalı 27 ildir sağalmayan yaramızdır. Qızıl Ordunun dəstəyi ilə bu bölgələr erməni silahlı qüvvələri tərəfindən işğal edilib. Erməni silahlılarının qətliamından qorxaraq torpaqlarını tərk edən on minlərlə azərbaycanlı qardaşlarımızın evlərinə dönməsi və Dağlıq Qarabağın işğalına son verilməsi üçün ATƏT-in Minsk Qrupu başda olmaqla beynəlxalq güclər lazımi addımlar atmalıdır” deyə o, qeyd edib.

“Lotu Quli”nin öldürüldüyü oteldə nələr tapılıb...Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları Antalyanın Serik rayonunda məşhur azərbaycanlı “qanuni oğru”, “Lotu Quli” kimi tanınan Nadir Səlifovun öldürüldüyü oteldə axtarış apararkən xeyli silah-sursat aşkar edib.

Virtualaz.org Türkiyə mediasına istinadən xəbər verir ki, silah-sursatlar otelin restoranında və dəhlizində, “Lotu Quli”nin öldürülməsinin ardınca aparılan axtarışda tapılıb.

Xatırladaq ki, “Lotu Quli” Antalyada qərargah kimi istifadə etdiyi və dincəldiyi “Alva Donna Exclusive Hotel Spa” beşulduzlu otelinin restoranında kart oynayarkən yaxın ətrafına daxil olan “Xan Bakinski” ləqəbli Xaqan Zeynalov tərəfindən güllələnib.

Antalya polisindəki mənbələrin dediyinə görə, “Xan Bakinski” Nadir Səlifova arxadan, boynunun arxasından dörd dəfə atəş açdıqdan sonra otel dəhlizi ilə qaçaraq uzaqlaşıb. Bu zaman “Lotu Quli”nin Gürcüstan vətəndaşı olan cangüdəni, İ.D. onu əlində iki tapança ilə qovub və dalbadal atəş açıb. “Xan Bakinski” qıçından və budundan yaralansa da onu aşağıda gözləyən Əmir H. Ilə birlikdə qaça bilib. Lakin “Xan Bakinski”nin və cinayət ortağının Denizli istiqamətində getdiyini təsbit edən polis Denizli polis müdirliyi ilə təmasa keçib, cinayətkarların içərisində olduğu avtomobil Antalya-Denizli avtomobil yolunda saxlanılıb.

Hadisə yerində aparılan axtarışda 2 tapança darağı, 1 fişək, boş gilizlər, 1 ədəd tapança, oteldə aparılan araşdırmada isə Səlifovun otağının girişində 1 tapança, 15 fişək, otağındakı çantasında 15 fişək, 1 bıçaq və başqa yerdə saxlanılan daha 1 tapança tapılıb.

“Xan Bakinski”nin hadisə yerindən qaçdığı avtomobildə isə 1 tapança, 11 fişək, 1 bıçaq ələ keçirilib.

“Alva Donna Exclusive Hotel Spa” oteli əvvəllər Habil Nadiroğlu adlı azərbaycanlı iş adamına məxsus olan “Alva Donna Qrup” 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Vertex İnvestment Limited” şirkətinə satılıb. Yerli mediada məlumat yayılıb ki, adıçəkilən şirkət daha sonra Alva Donna Group şirkətlərinin idarə heyətinin sədri olaraq Sərxan Babayev adlı şəxsə səlahiyyət verib.
Ağsaqqal niyə cəzalandırılmır? - AçıqlamaXəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən bir sıra vəzifəli şəxslər cərimələnib. Amma Ramiz Mehdiyevlə bağlı hər hansı bir cəza tədbiri yoxdur.

Bu barədə Unikal.org-a açıqlama verən hüquqşünas Aslan İsmayılov bildirib ki, bu ayrı-seçkilikdir. Onun sözlərinə görə qanun qarşısında hər kəs bərabərdir.

“Əslində Ramiz Mehdiyevin də cəzalandırılmaması ona qarşı sərgilənən ayrı seçkilikdir. Hesab edirəm ki, hər şeydən öncə Ramiz Mehdiyev cəzalandırılmalıdır. Çünki, həmin tədbirin təşkilatçısı və ağsaqqalı odur”.