Lotu Quli dəfn edildi - Foto/VideoÖtən gün Türkiyənin Antalya şəhərində otellərdən birində qətlə yetirilən Lotu Qulinin dəfn mərasimi keçirilib.

Axar.az xəbər verir ki, N.Səlifovun nəşi İstanbulun Böyükçəkməcə hissəsində yerləşən “Kuba” məscidinə gətirilib və onun üçün cənazə namazı qılınıb.

Bundan sonra onun nəşi Böyükçəkməcədə yerləşən qəbiristanlığa gətirilərək, torpağa tapşırılıb.
“Ramiz Mehdiyev dərhal istefa verməlidir” - DeputatMilli Məclisin deputatı Etibar Əliyev AMEA-nın prezidenti Ramiz Mehdiyevin dərhal vəzifəsindən istefa verməli olduğunu deyib.

Deputat AMEA-nın prezidentinin dövlətin qanunlarına hörmətsizlik etdiyini vurğulayıb.

"Ramiz Mehdiyev pandemiya dövründə ölkənin Karantin rejimi qaydalarını kobud surətdə pozduğuna görə AMEA-nin prezidenti vəzifəsindən dərhal istefa verməlidir. Bu hərəkət bütün AMEA əməkdaşları və digər vətəndaşlar üçün çox pis örnəkdir. Və Dövlətin qanunlarına birbaşa sayğısızlıqdır..." - deyə Etibar Əliyev bildirib.

Qeyd edək ki, Ramiz Mehdiyevin karantin qaydalarını pozaraq, nəvəsinə təmtəraqlı toy məclisi təşkil etməsi və məclisdən yayılan video görüntülər ölkədə rezonansa səbəb olub.
Bakı İrəvanın 900 obyektinə zərbə endirə bilər – Rus ekspertErmənistan-Azərbaycan sərhədindəki vəziyyət hazırda Türkiyənin Cənubi Qafqazdakı əsas başağrısıdır. Burada Nikol Paşinyan və ətrafındakıların Azərbaycanın enerji marşrutlarının yaxınlığında yeni bir təxribat təşkil edə biləcəyi təhlükəsi var. Bu durumda Transadriatik boru kəməri ilə Azərbaycan qazının əsas tədarükçüləri olan Avropa ölkələrində də narahatlıq müşahidə olunur.

Bu sözləri Axar.az-a Beynəlxalq Siyasi Təhlil və Proqnozlaşdırma Mərkəzinin rəhbəri Denis Korkodinov danışarkən deyib.

Onun sözlərinə görə, İrəvanın yenidən hərbi təxribata əl atmağa cəhd edəcəyi təqdirdə Azərbaycan Türkiyə ilə birlikdə Ermənistanın strateji hədəflərinə zərbə vurma variantını ciddi şəkildə nəzərdən keçirir:

“Ermənistanın təhlükəsizliyi üçün məsuliyyət hiss edən Moskvanın bu cür zərbənin əleyhinə olmasına baxmayaraq, regional miqyasda Ankara və Bakının rolu xeyli artıb. Bu səbəbdən əgər İrəvan bir daha sərhəddə təxribat törədərsə, Ermənistan ərazisinə zərbə endirilən zaman çox güman ki, artıq Rusiya rəhbərliyinin razılığını alınmayacaq. Beləliklə, Bakı və Ankara bir daha Tovuz bölgəsində münaqişənin kəskinləşməsindən narahatlıq keçirsələr, heç bir şey onlara zərbə endirməyə mane ola bilməz. Üstəlik, bu cür zərbələrin hədəfləri çoxdan müəyyənləşdirilib”.

D.Korkodinov qeyd edib ki, hazırda mövcud məlumatların təhlili əsasında Azərbaycan və Türkiyə Ermənistan ərazisində yerləşən 900-ə yaxın obyekti hədəfdə saxlayır:

“Ermənistana hərbi zərbə endirmək vaxt məsələsi kimi görünür. Hər halda, Türkiyə bu layihənin bir hissəsi olacaq və şübhəsiz ki, türk xalqının parçası olan Azərbaycana dəstək verəcək. Mütəxəssislər bildirir ki, əməliyyatın aktiv fazası başlasa, Ermənistan dörd tərəfdən zərbələr alacaq və rəsmi İrəvanın belə bir zərbəyə dözüm göstərməsinə nə iqtisadi, nə də mənəvi imkanı olacaq”.
Azərbaycanda koronavirus:162 yoluxma, 171 sağalma, 2 ölümAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 34 921 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 682 nəfər müalicə olunaraq sağalıb, 512 nəfər vəfat edib, 1 727 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
“Bu gün  ölkəmizdə növbəti önəmli addım atılır” - İlham Əliyev“Bu gün ölkəmizin elektroenergetika sahəsində növbəti önəmli addım atılır. “Qobu” Elektrik Stansiyasının təməl daşını qoyduq. Əminəm ki, bu stansiyanın tikintisi uğurla gedəcək və nəzərdə tutulmuş vaxtda – 2022-ci ilin əvvəlində stansiya tam istifadəyə veriləcəkdir. Bu, bizim enerji potensialımızın gücləndirilməsi istiqamətində çox önəmli addımdır. Stansiyanın generasiya gücü 385 meqavatdır. Bu, ölkəmizdə tikilən böyük stansiyalar arasında öz yerini tapacaq”.

Avrasiya.net xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də 1000 meqavat yükötürmə gücü olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının tikintisi ilə tanışlıq, həmçinin 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının təməlini qoyarkən bildirib.

“Əlbəttə ki, yeni generasiya güclərinin yaradılması bizim ümumi inkişafımızın təzahürüdür. Çünki enerji sistemimizin müasirləşdirilməsi ölkəmizin ümumi inkişafı ilə uzlaşır və bütün işlər planlı şəkildə aparılır. Son iki il ərzində 1300 meqavata qədər itirilmiş generasiya gücləri mövcud stansiyalarda bərpa edilmişdir. Ən böyük işlər Mingəçevir İstilik Elektrik Stansiyasında görülmüşdür. Orada 600 meqavat generasiya gücü bərpa edildi və bu gün 2400 meqavat gücündə tam gücü ilə işləyən bu stansiya bizim əsas enerji mənbəyimizdir. Bu stansiyanın ömrü uzadıldı və bundan sonra onilliklər ərzində bizə xidmət göstərəcək”, - dövlət başçısı qeyd edib.
Ermənistan ordusunun Qarabağda 20-dən çox post itirdiyi açıqlandıErmənistanda eks-prezident Serj Sərkisyanın xüsusi mətbuat konfransı çağırıb 2016-cı ilin aprel müharibəsində erməni ordusunun “qalib gəldiyi” barədə danışmasından sonra ona hakim partiyadan ifşaedici cavab verilib.

Baş nazir Paşinyanın “Mənim addımım” partiyasından deputat, aprel müharibəsini araşdıran parlament komissiyasının üzvü Armen Xaçatryan bu “qələbə” nəticəsində erməni işğalçı qüvvələrinin Qarabağda 20-dən çox postu itirdiyini bildirib.

“Bu faktdır ki, 2016-cı ilin aprel müharibəsində erməni tərəfi 20-dən çox mövqeni itirib, bunu müdafiə sferasındakı keçmiş və indiki məmurlar parlament istintaq komissiyasına təsdiq ediblər”,-Armen Xaçatryan “Azadlıq” radiosunun erməni xidmətinə bildirib.

Serj Sərkisyan 3 saata yaxın çəkən mətbuat konfransında həmin istintaq komissiyasının rəhbəri Andranik Köçəryanın erməni qüvvələrinin aprel müharibəsində 20-dən çox mövqe itirdiyinə dair dediklərini inkar etmişdi. Amma neçə mövqe itirildiyini dəqiqləşdirməmişdi

“Parlament komissiyasının sədri Andranik Köçəryan 20-dən çox mövqenin itirilməsi barədə keçmiş və indiki hərbçilərin ifadələrinə əsasən danışıb. Yəni o, həmin rəqəmi elə-belə səsləndirməyib, bu haqda komissiyaya dəvət olunmuş adamlar danışıblar, komissiyanın işinin nəticəsində həmin rəqəm ortaya çıxıb. Bəli, mən də təsdiq edirəm ki, 20-dən çox mövqe düşmənin əlində qalıb, həmin mövqelər arasında elələri var ki, strateji əhəmiyyət daşıyır. Hərçənd mövqe mövqedir, lakin elə mövqe var ki, stratejidir və onlar düşmənin əlində qalıb, və onların sayı 20-dən çoxdur”,-Xaçatryan belə deyib.

İstintaq komissiyasının digər üzvü, müxalif “Çiçəklənən Ermənistan” fraksiyasından deputat Rubik Stepanyan da təsdiq edir ki, erməni tərəfi aprel müharibəsində 20-dən çox mövqe itirib, amma Serj Sərkisyanın bunu niyə inkar etdiyini anlamır.

“Əslində biz həmin mövqeləri itirmişik, həmin mühüm mövqeni də itirmişik, amma o niyə bunu inkar edir, anlamıram”,-Stepanyan deyib. O, dəqiqləşdirib ki, itirilən mövqelərin sayının 20-dən çox olduğunu aprel komissiyası təsdiqləyib.

Rubik Stepanyan Serj Sərkisyanın aprel müharibəsinin Ermənistanın “qələbəsi” olduğu haqda Serj Sərkisyanın dediklərinə belə münasibət bildirib: “Bunu qələbə adlandırmaq olarmı ki, biz təkcə mövqelərdə onlarla adam itirmişik, üstəlik ərazi itirmişik və nəticədə Talış kəndi Azərbaycan ordusunun hədəfinə çevrilib?”

“Mənim addımım” fraksiyasından Armen Xaçatryan da bu deyilənlərlə razılaşır: “Burada birmənalı şəkildə demək ki, biz qalib gəlmişik...mən bununla heç də razı deyiləm. Düzgün mövqe budur ki, əgər biz daha bir neçə qələbə əldə eləsək Stepanakerti (Xankəndi,-red.) itirəcəyik. Əgər hər qələbəni biz ərazi itkiləri hesabına əldə eləsək deməli düzgün istiqamətdə deyilik”.

Armen Xaçatryan onu da deyib ki, həmin döyüşlərin dayandırılmasına dair Moskvada baş qərargah rəisi Yuri Xaçaturovun apardığı danışıqlara dair heç bir rəsmi protokol mövcud deyil. “Xaçaturov Moskvaya gedib və ölkənin təhlükəsizliyi ilə bağlı ciddi danışıqlar aparıb, amma biz hələ də həmin danışıqlara dair hansısa hesabat, arayış, protokol axtarırıq”,-deputat deyib.

virtualaz.org
Qulinin qətlini sifariş edən “Dayıoğlu Zaur” kimdir? - ŞokXəbər verdiyimiz kimi, avqustun 19-dan 20-nə keçən gecə Antalyada qətlə yetirilən qanuni oğru Lotu Qulinin ölüm fərmanını verən şəxsin Zaur Əliağa oğlu Əhmədov olduğu iddia edilir. Məlumata görə, o, bu qətlin icrası üçün Xan Bakinskiyə 4 milyon dollar ödəyib.

Axar.az xəbər verir ki, 40 yaşlı Zaur Əhmədovun mərhum qanuni oğru Rövşən Lənkəranskinin yaxın qohumu olduğu bildirilir. Bəzi mənbələr Z.Əhmədovun Lənkəranskinin kürəkəni və dayısı oğlu olduğunu yazır. O, kriminal aləmdə “Dayıoğlu Zaur” kimi tanınır. Moskvada bizneslə məşğul olan Zaur Əhmədov Lənkəranskinin ölümündən sonra onun “imperiya”sına başçılıq edib.

Bildirilir ki, Z.Əhmədov Lənkəranskinin ölümünü yaddan çıxarmırmış. “Praym Kraym”ın məlumatına görə, o, dəfələrlə bəyan edib ki, Rövşəndən qalan bütün mirası onun qisasına xərcləməyə hazırdır.

“Əhmədov Quliyə qarşı Lənkəranskinin siyasətini aparırdı. Bu səbəbdən Zaurun həyatı həmişə təhlükə altında idi”, - “Praym Kraym” portalının redaktoru Viktoriya Qefterin yazır.

Mənbələrdə qeyd edilir ki, Moskvada yerləşən “Fud Siti” adlanan böyük bazar Lənkəranskinin qohumlarının nəzarətində olub. Buranı Zaur Əhmədov və əslən Şəmkirdən olan Məhərrəm adlı şəxs idarə edib. Daha əvvəl mətbuatda yayılmış xəbərdə Z.Əhmədovun “Fud Siti”dəki ofisində məskunlaşdığı və Qulidən ehtiyat etdiyi üçün mühafizəçilərlə gəzdiyi bildirilib.

Başqa bir məlumatda isə Lotu Qulinin “Fud Siti” sahibkarları üzərində nəzarəti tamamilə ələ keçirdiyi yazılıb. Qeyd edilib ki, əvvəllər bu ticarət bazasını Rövşən Canıyevin yaxın qohumu Zaur Əhmədov “himayə” edib. Lakin buraya nəzarət uğrunda gedən amansız mübarizə Lotu Qulinin qələbəsi ilə başa çatıb.

Bu proseslər zamanı Lotu Qulinin adamlarına sui-qəsd təşkil edildiyi və bunun sifarişçisinin Zaur Əhmədov olduğu da vurğulanıb.

Qeyd edək ki, Qulinin qətlini Xan Bakinskiyə Rövşən Lənkəranskinin qohumu Zaur Əhmədovun sifariş verdiyi deyilir. İddiaya görə, qətl Rövşən Lənkəranskinin öldürüldüyü gün icra edilməli imiş. Belə ki, Lənkəranski 18 avqust 2016-cı ildə İstanbulda qətlə yetirilmişdi. Onun avtomobili gülləbaran edilmişdi. Onun qətlinin sifarişçiləri sırasında Lotu Qulinin də adı çəkilirdi.

Qatil isə Qulini 18 avqustda öldürə bilməyib və sifarişi avqustun 19-dan 20-nə keçən gecə (20 avqust saat 02:00 radələrində) yerinə yetirib.

Lotu Quli arxadan, boyun nahiyəsindən 4 güllə yarası alıb və xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.
Lotu Quli İstanbulda dəfn ediləcəkBir gün əvvəl Türkiyədə öldürülən azərbaycanlı əfsanəvi "qanuni oğru" Nadir Səlifovun (Lotu Quli) dəfn mərasimi İstanbulda baş tutacaq.

Virtualaz.org bildirir ki, Lotu Quli İstanbulun mərkəzi qəbiristanlıqlarından birində dəfn ediləcək.

Onun dəfni günorta namazından sonra başlayacaq.

Xatırladaq ki, Nadir Səlifov bir gün əvvəl Antalyada yerləşən otellərdən birində başından 4 güllə ilə vurulmuşdu. N.Səlifovun qatili Xan ləqəbi ilə tanınan kriminal avtoritetdir. Qatil hadisə yerindən qaçsa da, lakin Antalya - Dənizli avtomobil yolunda polis əməkdaşları tərəfindən saxlanılıb.

Aİ ABŞ-ın qərarına QARŞI ÇIXDI: “İmkan verməyəcəyik”Avropa İttifaqı ABŞ-ın İrana tətbiq olunan embarqolar üçün hərəkətə keçməsinə qarşı çıxıb.

Publika.az xəbər verir ki, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borel ABŞ-ın İrana qarşı sanksiyaları geri qaytara biləcək bir ölkə olaraq görülməyəcəyini açıqlayıb.

ABŞ-ın 2018-ci ildə nüvə razılaşmasından çıxdığını bildirən Borel, bu ölkənin sanksiya qərarına tabe olmayacaqlarını və Hərtərəfli Ortaq Fəaliyyət Planının qorunması üçün əllərindən gələni edəcəklərini bildirib.

Donald Tramp, Hərtərəfli Ortaq Fəaliyyət Planının eks ABŞ prezidenti Barak Obama administrasiyasının ən böyük uğursuzluğu olduğunu, buna görə də 2018-ci ildə razılaşmadan çıxdıqlarını qeyd edib.

P5 + 1 müqaviləsi Çin, Fransa, Rusiya, İngiltərə, ABŞ və Almaniyanın, habelə Aİ və İran tərəfindən 2015-ci ildə Tehranın nüvə fəaliyyətini tənzimləyən bir mexanizm idi. Trampın P5 + 1-dən çıxmasından sonra İran rəhbərliyi müqaviləni dayandırdığını elan edb.

Qeyd edək ki, ABŞ rəhbərliyi İrana embarqoların yenidən tətbiq olunması üçün BMT Təhlükəsizlik Şurasına rəsmi müraciət edib.