Eldar Həsənovun şikayəti təmin edilmədiBakı Apellyasiya Məhkəməsində Azərbaycanın keçmiş baş prokuroru, sabiq səfir Eldar Həsənovun apellyasiya şikayətinə baxılıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Adil İsmayılov məlumat yayıb.

Onun sözlərinə görə, E.Həsənov Səbail rayon Məhkəməsinin həbs qətimkan tədbiri ilə bağlı qərarından şikayət verib.

Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Xatırladaq ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilib.

Davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilib, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib.

Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulub.

Eldar Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələrilə ittiham irəli sürülüb. Səbail rayon Məhkəməsinin qərarı ilə onun barəsində noyabrın 3-dək həbs-qətimkan tədbiri seçilib.
Lalə Şövkətin səhhəti PİSLƏŞDİAzərbaycan Liberal Partiyasının lideri, professor Lalə Şövkətin səhhətində ciddi problemlər yaranıb.

Avrasiya.net xəbər verir ki, bu barədə partiyanın sədri Əvəz Temirxan bildirib.

O deyib ki, Lalə Şövkət ciddi cərrahiyyə əməliyyatı ərəfəsindədir.

"Biz Liberal Partiyanın üzvləri Azərbaycan siyasətində dürüstlük və mərdlik simvoluna çevrilən Lalə Şövkət xanıma şəfa diləyirik. Biz hamımız bu günlərdə Allaha dua edirik ki, bu çətin sınaqdan uğurla keçsin. Biz, Liberal Partiyanın üzvləri Lalə Şövkət xanıma ancaq lider kimi yox, həm Ana kimi baxırıq, ona görə sevgimiz və bağlılığımız çox güclüdür. Allah onu bizə bağışlasın!".
Dini ayinlərin kütləvi icrası karantin rejiminin sərtləşdirilməsinə səbəb ola bilər“Azərbaycan dövlətinin hüquqi əsasları dünyəvi xarakter daşıyır. Lakin dövlətimiz tərəfindən din sahəsinə böyük diqqət və dəstək mövcuddur. Azərbaycanın hər bir vətəndaşının vicdan azadlığı və dini ayinləri sərbəst yerinə yetirməsi Konstitusiyada müəyyən edilib. Dövlət tərəfindən də hər zaman buna geniş imkan yaradılıb. Azərbaycanda yaşayan hər kəsin vicdan azadlığı, ictimai qaydanı pozmayan, yaxud ictimai əxlaqa zidd olmayan dini mərasimlərin yerinə yetirilməsi üçün imkanlar yaradılıb. Tolerantlıq nümunəsi hesab edilən ölkəmiz dini dözümlülük səviyyəsinə görə dünya ölkələrinin əksəriyyətini qabaqlayır. Ölkə əhalisinin 95 faizi müsəlmanlardan ibarət olsa da, Azərbaycan az ölkələrdəndir ki, burada müxtəlif dinlərə məxsus insanlar bir-birlərinə hörmətlə yanaşırlar”.

Bu fikirləri “İki sahil”ə açıqlamasında “QHT.az” saytının rəhbəri Cəsarət Hüseynzadə söyləyib.

Onun sözlərinə görə, təəssüf hissi ilə də olsa qəbul etməliyik ki, hazırki şəraitdə dini ayinlərin kütləvi halda keçirilməsi çox ciddi fəsadlara yol aça bilər: “Uzun müddət sərt karantin rejimi nəticəsində ölkədəki COVID 19-a yoluxanların sayı xeyli azalmışdır. Bu nəticələrin əldə olunması üçün ölkə iqtisadiyyatı milyonlarla vəsait itirib. Ən əsası isə ölkə vətəndaşları uzun müddətdir ki, ev şəraitində qalmaq məcburiyyətində idi. Etiraf edək ki, bu vəziyyət inşaların da psixoloji durumuna mənfi təsir göstərib. Dövlət tərəfindən vəziyyətin qismən yaxşılaşdırıldığına görə qaydalar xeyli yumşaldıldı ki, vətəndaşların həm iqtisadı fəallığı artsın, həm də müəyyən dərəcədə istirahəti təşkil olunsun. Yumşalma rəqəmlərdə qismən artıma səbəb olsa da, hələ ki, vəziyyət idarəolunan səviyyədədir. Unutmayaq ki, indiki şəraitdə dini ayinlərin kütləvi formada icrası yoluxmanı xeyli alovlandıra və bu addım vətəndaşların sağlamlığını çox ciddi formada riskə ata bilər”.

C. Hüseynzadə qeyd edib ki, bizim dini inanclarda və dini kitablarda da sağlamlıq və təmizlik xüsusi yer tutur: “İslamda insanın sağlamlığına bilə-bilə zərbə vurulması günah sayılır. Buna görə ayinlərin sağlamlığa risk yaradan formada keçirilməsi qəbuledilməzdir. Bu addım İslam dininin də dəyərlərinə zidd olardı. Eyni zamanda bütün ayinlərin fərdi şəkildə keçirilməsi üçün də heç bir maniə yoxdur. Hər bir şəxs fərdi qaydada öz dini inancına uyğun, dini ayinlərini icra edə bilər”.

Həmsöhbətimiz onu da xatırladıb ki, koronavirus səbəbindən dünya müsəlmanlarının ən böyük və ən müqəddəs dini ayini olan Həcc ziyarəti ləğv edildi: “Bu, bütün dünya müsəlmanları tərəfindən anlayışla qarşılandı. Sağlamlığımızı qorumaqla koronavirusa birgə qalib gələrək növbəti illərdə dini ayinləri kütləvi tədbirlər formasında da qeyd edə bilərik”.
“Lotu Quli”nin yerinə iddialı 3 “qanuni oğru” – ADLARMəşhur "qanuni oğru" Nadir Səlifovun ("Lotu Quli") ötən gecə Türkiyənin Antalya şəhərində qətlə yetirilməsi postosovet məkanında kriminal vəziyyəti gərginləşdirib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, “qanuni oğru”nun qətli onun təsir dairəsinin güclü olduğu Ukrayna, Rusiyanın Sibir-Ural bölgəsi, Moskva və Sankt-Peteburqda vəziyyəti dəyişib.

Kriminal aləmdə "Lotu Quli”nin yerinə 3 əsas namizədin adını çəkirlər – Aslan Usoyanın (Ded Xasan) bacısı oğlu, 47 yaşlı Geori Akoyev ("Qiya Sverdlovski"), hazırda Ukraynada yaşayan 65 yaşlı Avtandil Kobeşavidze ("Avto") və 39 yaşlı çeçen Əhməd Dombayev ("Əhməd Şalinski").

Bu gün koronavirusdan ölən olmadı - daha 139 nəfər yoluxduSon sutka ərzində Azərbaycanda koronavirus infeksiyasına 139 yeni yoluxma faktı qeydə alınıb, 148 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Avrasiya.net-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

İndiyədək ölkədə ümumilikdə 34 759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 511 nəfər müalicə olunaraq sağalıb, 510 nəfər vəfat edib, aktiv xəstə sayı 1 738 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 174 ötən müddət ərzində isə ümumilikdə 855 802 test aparılıb.





Gənclər arasında şahmat üzrə “Könüllülər kuboku” turniri keçirilibSiyəzən Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 19-20 avqust tarixlərdə Gənclər Mərkəzində “Könüllülər ili”nə həsr olunmuş 16-29 yaşlı gənclər arasında şahmat üzrə “Könüllülər kuboku” turniri keçirilib.

Yarış gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsini gücləndirilməsi, gənclər arasında sağlam həyat tərzi və idman yarışları vastəsilə sosial fəaliyyətin artırılması, şahmat idman növünü gənclər arasında təbliği və onların asudə vaxtlarını səmərəli təşkili məqsədi daşıyıb. 2 gün davam edən turnirin yekun nəticəsinə əsasən Əhmədov Rüstəm I, Ələkbərov İlkin II, Fərhadov Mövlud isə III yeri tutub.

Qaliblərə idarənin fəxri fərmanları təqdim olunub.
Gənclər arasında şahmat üzrə “Könüllülər kuboku” turniri keçirilib
Gənclər arasında şahmat üzrə “Könüllülər kuboku” turniri keçirilib
Gənclər arasında şahmat üzrə “Könüllülər kuboku” turniri keçirilib
Gənclər arasında şahmat üzrə “Könüllülər kuboku” turniri keçirilib
Gənclər arasında şahmat üzrə “Könüllülər kuboku” turniri keçirilib
Gənclər arasında şahmat üzrə “Könüllülər kuboku” turniri keçirilib
#məsafəsaxla #maskadanistifadəet #sağlamqal #bizbirlikdəgüclüyük #idmankonulluleri #idmankonulluleriaz #könüllülərkuboku #həyatınıidmanlayaşa #azsportvolunteers #sportvolunteers #asv #şahmat #SiyəzənGİİ #GənclərvəİdmanNazirliyi #MysGovAz #MysAz
Payız aylarında koronavirusa yoluxanların sayı artacaq - ÜST-dən bədbin proqnozPayız aylarında COVİD-19 virusuna yoluxmaların artması proqnozlaşdırılır.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, bir çox ekspertlər bu fikirdədir. Ümumdünya Səhiyyə Təşkilatı yeni dönəmdə topladığı təcrübənin istifadəsini tövsiyə edir. Bundan sonra bütün ölkədə sərt karantinin tətbiqi deyil, bölgələrdə tədbirlərin gücləndirilməsini, qaydalara ciddi əməl edilməsini tövsiyə edirik. Bütün ölkələrin hansı bölgələrdə virusun daha çox yayılması ilə bağlı məlumatlar toplaması və vəziyyətin nəzarətdə saxlanılması vacibdir.
Prezident icra başçısını işdən çıxardıPrezident İlham Əliyev Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovu vəzifəsindən azad edib.

Avrasiya.net xəbər verir ki, bu barədə dövlət başçısı müvafiq sərəncam imzalayıb.

Sərəncamda deyilir: “Ceyhun Fərrux oğlu Cəfərov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin”.

Xatırladaq ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində baş vermiş qanun pozuntularına dair aparılmış araşdırma nəticəsində Ceyhun Cəfərovu dünən saxlanılıb. Məhkəmə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

C.Cəfərova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 311.3.3-cü (rüşvət alma külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi açılıb.