Tələbə-gənclərdə milli, mənəvi və vətənpərvərlik hisslərinin aşılanmasıYusif Babanlı
Azərbaycan Dövlət Bədən Tərbiyəsi
və İdman Akademiyasının prorektoru,
professor

Hər bir demokratik dövlətinin qarşısında duran əsas məsələlərdən biri də gələcəyini etibar edəcəyi sağlam düşüncəli yeni nəslin yetişdirilməsidir. Məlum məsələdir ki, sağlam əqidəyə malik olmaq, sağlam düşncə ilə bağlıdır. Bütün bunların da kökündə fiziki və mənəvi cəhətdən sağlam tərbiyə olunan gənclərimiz durur. Vətənpərvərlik hisslərinin tərbiyə edilməsinin əsas mahiyyəti vətənə məhəbbət və öz şəxsi maraqlarını vətən yolunda fəda etmək, həmçinin milli-mədəni dəyərlərin qorunması, təbliği və s. əsaslanan emosional bağlılıqdır. Bu bağlılıq həm də özünün aid olduğun millətin etnik, mədəni, siyasi və tarixi xüsusiyyətlərinə arxalanan milli hissiyyat və ya milli qürür kimi də hallanır. Vətəninin milli-mədəni incilərini qorumaq və özünü bu keyfiyyətlərlə millətin başqa üzvləri ilə tanımaq, vətənin və öz xalqının marağını qorumaq da vətənpərvərlik keyfiyyətlərinə aiddir. Vətənpərvərliyin kökündə min illər boyu yaşamış, möhkəmlənmiş, öz ana torpağına, dilinə və adət ənənələrinə bağlanmış dövlətçilik durur. Millətin və dövlətçiliyin formalaşması şəraitində vətənpərvərlik onun inkişafının ümummilli anlarını əks etdirən ictimai düşüncənin tərkib hissəsinə çevrilir.

Dövlətimizin gənclər siyasətinin əsas məqsədi də məhz gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakını artırmaq, ölkənin gələcək inkişafında məsuliyyətini yüksəltməkdən ibarətdir. Cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasəti bu gün gənclərin ölkə həyatının bütün sahələrindəki fəallığını daha da artırıb. Aparılan uğurlu siyasətin nəticəsidir ki, artıq Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib. Ölkədə aparılan islahatlarda gənclərin önə çəkilməsi, idarəçilikdə onlara göstərilən etimad bir daha bunu sübut etdi ki, artıq Azərbaycanda yüksək intellekte malik, vətənpərvər, işini mükəmməl bilən gənclər ordusu formalaşıb. Bundan sonra da gənclərdə milli mənlik şüurunun daha da inkişaf etdirilməsi və onlarda vətənpərvərlik hisslərinin artırılması əsas prioritet məsələlərdən olmalıdır. Milli-mənəvi dəyərlərin qorunması üçün ən yaxşı vasitə təbliğat və təhsildir. Gənclər arasında milli-mənəvi dəyərlərin qorunması istiqamətndə işlər görülməli, onlarda vətənpərvərlik və vətəndaşlıq hissləri gücləndirilməlidir. Xüsusən bu istiqamətdə təhsil prosesinin keyfiyyətini artırmalı, elmi-nəzəri və metodiki tövsiyələr işləyib hazırlanmalı, normativ-hüquqi bazanın yaradılmasına nail olunmalıdır. Gənclərin yad təsirlərdən qorunması üçün həm ailə daxilində, həm də təhsil ocaqlarında tərbiyəvi işlər aparılmalıdır. Bütün bunlar aidiyyatı strukturların bilavasitə nəzarəti altında məqsədyönlü şəkildə aparılmalıdır.

Tələblərin vətənpərvərlik tərbiyəsindən danışarkən Ulu Öndərimiz Heydər Əliyev deyərdi: “Hər bir gənc vətənprvər olmalıdır. Vətənpərvərlik gərək insanın qəlbində olsun. Borc o demək deyildir ki, vətənpərvərlik tələb edirsən, o da vətənpərvər olur. Vətənpərvərlik hissinin hər bir gəncin qəlbində olması üçün lazımi tədbirlər görülməlidir”. Bizdə öz növbəmizdə Ulu Öndərin sözlərini rəhbər tutaraq gənclərimizin milli mənəvi ruhunun yüksək olması və vətənpərvəlik hissinin inkişafı üçün bütün imkanlarımızdan istifadə edərək təbliğat və təhsil məsələrinə daha ciddi yanaşmalıyıq.
"Skalpel" əhaliyə dəstək olurAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasınnın və Səhiyyə Nazirliyinin birgə qrant müsabiqəsində qalib olan “Skalpel” xəstələrə yardım ictimai birliyinin “Saatlı, İsmayıllı, Göyçay, Şəmkir, Qazax regionlarında COVİD-19 koronavirusu pandemiyası ilə mübarizədə əhaliyə sosial-tibbi dəstəyin təşkili” layihəsinə start verilib.

Layihənin məqsədi COVİD -19 koronavirus pandemiyası ilə mübarizədə əhalinin həssas aztəminatlı ailələrinə ərzaq yardımı və tibbi-gigiyenik ləvazimatların çatdırılması ilə sosial-tibbi dəstək verməkdir. Layihə çərçivəsində 20 iyul - 20 noyabr 2020-ci il dövrü ərzində Saatlı, İsmayıllı, Göyçay, Şəmkir, Qazax rayonlarının hər birində 10 olmaqla 50 ehtiyaclı ailə nümayəndəsinə ərzaq məhsullarını və tibbi-gigiyenik ləvazimatları paylamaq nəzərdə tutulmuşdur.
Qurbanov qələbədən danışdıÇox vacib qələbə qazandıq. Uzun müddətdən sonra qalib gəlmək xoşdur. Təəssüf ki, bu gün azarkeşlərimiz meydanda yox idilər. Azarkeş amilinin futbolda nə demək olduğunu tam hiss etdik. Qarşıda çempionat oyunu var. Bu oyunlara maksimum dərəcədə hazırlaşmağa çalışacağıq.

Avrasiya.net-in Report-a istinadən məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” komandasına 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib. 48 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...

- Maksim Medvedevin durumu necədir?

- Həkimlər sabah dəqiq deyəcəklər. Çox ciddi olduğunu düşünmürəm. Topuq nahiyəsi burxuldu. Ağrısı güclü olduğu üçün əvəzlədik.

- İlk hissədə bir qədər narazı idiniz. Konkret nə sizi qane etmirdi?

- Bu gün futbolçulardan ideal oyun gözləyə bilmərik. Amma lazımi anlarda tempi artırırdıq. Surətdən daha çox topla daha səliqəli oynamalı idilər. Onlardan bunu tələb etmişdim, edəcəyəm də. Amma bu qədər fasilədən sonra futbolçuların ən yaxşı oyununu göstərməsi mümkün deyil. Bu gün çox əziyyət çəkdilər. Hazırlaşdığımız hücumlar pis alınmadı, standart vəziyyətdən də pis oynamadıq.

- Növbəti mərhələdə hansı komandaya rəqib olmaq istərdiniz?

- Fərqi yoxdur. Hansı olsa, bizim üçün rəqibdir. Bugünkü səhvləri təkrarlamamalıyıq. Çünki növbəti mərhələyə adlayacaq komanda daha yaxşı formada olacaq.

- Bugünkü rəqibin gücü komandanın səhvlərini görməyə imkan verdi?

- Səhvlər var. Səhv elə bir elementdir ki, rəqibin güclü və ya zəif olmasının fərqi yoxdur. Futbolçu formadan, komanda ritmdən uzaq olanda səhvlər olur. Oyundan-oyuna bunları aradan qaldırmağa çalışacağıq. Elə səhvlərdir ki, çox az təkrarlayırıq və tezliklə aradan qaldıracağıq.

- Yeni transferlər gözləməyə dəyərmi?

- Pandemiyadan sonra transfer etmək daha da çətinləşib. İstənilən halda axtarışlarımız davam edir. Mütləq bir neçə transfer etmək istəyirik.

- Qapıçı seçimində həlledici məqam nə oldu?

- Şahruddin uzun müddətdir komandadadır. Emil bir ilə yaxın oynamadı. Bu gün belə qərar verdim. Amma onları ayırmıram. Qarşıdakı oyunlarda Emili də meydanda görə bilərik.

- Əcnəbi qapıçı transferi gündəmdədir?- Bəli, gündəmdədir. Danışıqlar davam edir. Hətta iki qapıçı ilə danışıq uğurlu alınmadı.

- Növbəti oyun da evdə olacaq. Ot örtüyünün durumunu nəzərə alsaq, II mərhələ matçını ehtiyat arenada keçirə bilərsiniz?

- Açığı, oyundan əvvəl UEFA-ya bildirildi ki, bununla bağlı problem ola bilər. UEFA bildirdi ki, ilk oyunu burada oynamalısınız. Əgər icazə versələr, növbəti görüşü “Azersun Arena”da keçirə bilərik. Bəlkə 10-15 gündən sonra meydança düzəldi. Amma yenə də müraciətimizi etmişik.

- Yay fasiləsində komandadan gedənlər oldu. Bu gün ən çox kimin yoxluğunu hiss etdiniz?

- Mənim üçün futbolçulardan ayrılmaq asan deyil. Xüsusən də, 3-5 il burada oynayanlarla. Məcburuq yeni oyunçular gətirək. Çalışırıq özlərini sərbəst göstərsinlər. Kim gedirsə, hər birini burada görmək istərdim. Amma futbolda dəyişikliklər mütləq olmalıdır, kimsə getməlidir. Bir neçə oyunçu var ki, onlarla hər bir məşqçi işləmək istərdi.
Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 27-yə endi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 18-nə olan statistik göstəriciləri açıqlayıb.

Avrasiya.net xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 361 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 843 269 test aparılıb. İndiyədək 509 nəfər COVID-19-dan dünyasını dəyişib, 32 201 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 1 764 nəfərdir. Hazırda 195 nəfər reanimasiyada müalicə alır. 27 nəfər isə süni tənəffüs cihazına qoşulub.

Qeyd edək ki, bu gün Azərbaycanda 131 yoluxma, 159 sağalma faktı qeydə alınıb, 1 nəfər dünyasını dəyişib.
“Qarabağ”dan möhtəşəm QƏLƏBƏ“Qarabağ” “Sileks” oyununun 80-ci dəqiqəsində “Qarabağ” hesab arasındakı fərqi 4 topa çatdırıb.

Avrasiya.net xəbər verir ki, oyun elə bu hesabla da bitib. Bu dəfə "Qarabağ"ın heyətində Mahir Emreli fərqlənib.

Oyun “Qarabağ”ın 4-0 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan çempionunun növbəti təsnifat mərhələsində rəqibi “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) oyununun qalibi olacaq.

21:11

“Qarabağ” “Sileks” oyununun 51-ci dəqiqəsində “Qarabağ” hesab arasındakı fərqi üç topa çatdırıb.

Avrasiya.net xəbər verir ki, Donald Gerye oyunda dublun rəsimləşdirib: 3-0

20:41

“Qarabağ” “Sileks” oyununda daha bir qol vurulub.

Avrasiya.net xəbər verir ki, Azərbaycan çempionu oyunun 40-cı dəqiqəsində rəqibi ikinci dəfə mərkəzə dəvət edib: 2-0

“Qarabağ”ın heyətində Xayme Romero fərqlənib.

20:11

“Qarabağ” “Sileks” oyununda hesab açılıb.

Modern.az xəbər verir ki, Azərbaycan çempionu oyunun 11-ci dəqiqəsində hesabı açıb: 1-0

“Qarabağ”ın heyətində bu dəfə Donald Gerye fərqlənib.

20:00

“Qarabağ” “Sileks” oyunu başlayıb.

Avrasiya.net xəbər verir ki, Azərbaycan çempionu Çempionlar Liqasında ilk oyuna çıxıb.

19:19

Bu gün son Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasında mübarizəyə başlayır.

Avrasiya.net xəbər verir ki, Ağdam təmsilçisi ÇL-in I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.

Qeyd edək ki, UEFA-nın qərarına əsasən təsnifat mərhələləri bir oyundan ibarətdir.

Çempionlar Liqasının I təsnifat mərhələsi

18 avqust

20:00. “Qarabağ” (Azərbaycan) – “Sileks” (Şimali Makedoniya)

Hakimlər: Yaroslav Kozık, Viktor Nijnik, Vladimir Korotin, Anatoli Abdula (hamısı Ukrayna)
Hakim-inspektor: Atilla Abraham (Macarıstan)
UEFA nümayəndəsi: Vitali Danilçenko (Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 8. Uroş Matiç, 9. Xayme Romero, 11. Mahir Emreli, 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 77. Donald Gerye, 81. Kevin Medina.

Ehtiyat oyunçular: 12. Emil Balayev, 21. Rauf Hüseynli, 27. Ovusu Kvabena, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 71. Toral Bayramov, 99. Ruslan Hacıyev.
Baş məşqçi: Qurban Qurbanov.

Sileks: 1. Daniel Bojinovski, 5. Srdan Draşkoviç, 6. Hristiyan Qrozdanoski, 7. İvan İvanovski, 14. Pepi Georgiyev, 16. Viktor Serafimovski, 17. Burhan Mustafov, 20. Denis Ristov, 22. Angelçe Timovski, 26. Daniel Karçeski, 27. Deyan Tanturovski.
Ehtiyat oyunçular: 25. Qoran Traykovski, 8. Boyan Şpirkoski, 9. Stefan Duriç, 10. Miloş Jeraviça, 11. Kristiyan Kostovski, 23. Filip Kostovski, 28. Andrey Kirovski.
Məşqçi: Draqan İvanov.
Məqsədimiz eynidir: Dövlətimizə, millətimizə xidmət etmək...Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsinin qalibləri ilə onlayn görüş keçirilib.

Avrasiya.net xəbər verir ki, Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın SƏLİS - Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sisteminin məsafədən asılı olmayaraq səmərəli elektron idarəetmə və layihələrə çoxtərəfli nəzarət imkanı verdiyini bildirib. İcraçı direktor Şuranın Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsinə öncədən nəzərdə tutulduğundan daha artıq vəsait ayırmasının QHT-lərin bu sahədəki fəaliyyətinə xüsusi önəm verməsinin göstəricisi olduğunu deyib.

Şura sədri, deputat Azay Quliyev Şuranın 2020-ci il ikinci qrant müsabiqəsinin tərəfdaş qurumlarından birinin də Diasporla İş üzrə Dövlət Komitəsi olduğunu deyərək bu əməkdaşlıqda əsas məqsədin QHT-lərlə hökumət qurumları arasında münasibətləri yeni keyfiyyət mərhələsinə çatdırmaq, ictimai nəzarəti gücləndirmək və dövlət vəsaitinin daha şəffaf və səmərəli istifadə olunması məqsədi daşıdığını vurğulayıb.

Azay Quliyev bildirib ki, birgə qrant müsabiqəsində vəsaiti Şura ayırsa da QHT layihələrinin icrasının effektivliyini artırmaq üçün mərkəzi icra qurumları və digər əlaqəli tərəfdaşların da potensialından yararlanmaq vacibdir. Azay Quliyev son illərdə Azərbaycan diasporunun fəaliyyətinin yenidən və köklü şəkildə qurulduğunu deyib:

“Xüsusi ilə Ermənistanın 12 iyuldan başlayaraq Tovuza etdiyi son hərbi təcavüzü zamanı Azərbaycan diaspora təşkilatları dünyanın müxtəlif şəhərlərində mütəşəkkil aksiyalar keçirdilər, ermənilərlə üz-üzə gəldilər və onları üstələdilər. İndiyədək mövcud olan dövlət-vətəndaş birliyinə həm də diaspora birliyi qoşuldu. Bu gün dünyada cənab prezidentin rəhbərliyi ilə güclü, beynəlxalq nüfuzu artan, güclü Azərbaycan dövləti var. Bu cəhətdən QHT-lərin də, diaspor qurumlarının da fəaliyyəti dövlətin milli maraqlarımızın qorunması istiqamətindəki siyasətinə adekvat olmalıdır. Hesab edirəm ki, həm Şuranın, həm də Diasporla İş üzrə Dövlət Komitəsinin məqsədi eynidir: Dövlətimizə, millətimizə xidmət etmək, qarşımızdakı dövlət vəzifələrini uğurla icra etmək, cənab prezidentin etimadını doğrultmaq”.

Azay Quliyev Tovuza son hücumu zamanı Azərbaycan əlehinə olan bütün qüvvələrin vahid şəbəkə halında fəaliyyət göstərdiyini bildirib. Şuranın Qarabağla bağlı maliyyələşdirdiyi layihələrin 5-ci kalonun xüsusi hədəfində olduğunu qeyd edən Azay Quliyev belə xəyanətkarları geniş ictimaiyyətin, o cümlədən QHT və diaspor fəallarının ifşa etdiyini deyib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Şuranın hər zaman birgə və səmərəli əməkdaşlığın təşəbbüskarı olduğunu bildirib. Komitə sədri Şuranın yaratdığı şəffaf idarəçilik sisteminin layihələrin qiymətləndirilməsi zamanı hər hansı subyektivliyi istisna etdiyini deyib. Şuranın indiyədək göstərdiyi fəaliyyətlə dövlətin QHT-lərə effektiv və nümunəvi dəstək mexanizmi modeli yaratdığını bildirən Fuad Muradov ictimai təşkilatların cəmiyyətin həyatında, milli maraqların qorunmasında mühüm rol oynadığını vurğulayıb.

Komitənin 2019-2024-cü illər üzrə yol xəritəsinin qəbul olunduğunu deyən Fuad Muradov prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diaspor fəaliyyətinin gücləndirilməsini xüsusi diqqətdə saxladığını bildirib: “Bu gün Azərbaycan diasporunun 25 ölkəni əhatə edən 12 koordinasiya şurası fəaliyyət göstərir. Ermənistanın Tovuza son hücumundan sonra diaspor təşkilatlarımız dünyanın 39 ölkəsində 72 böyük aksiya keçiriblər. Bu tədbirlərdə 20 min şəxs iştirak edib. Birmənalı şəkildə bildirmək istəyirəm ki, Ermənistan diasporu fəaliyyətini əsasən təhdid, güc və terror yolu ilə qurur. Buna baxmayaraq Diaspor Komitəsi üzərinə düşən mühüm vəzifənin üzərindən əzmlə gəlməkdədir. Sevindiricidir ki, Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında, anti-Azərbaycan dairələrin ifşa olunmasında diaspor təşkilatlarımız böyük fəallıq nümayiş etdirirlər”.

Komitə sədri QHT-lərə ölkə daxilində və xaricdə təşkilati-texniki dəstək verəcəklərini və onlarla əməkdaşlıqda maraqlı olduqlarını deyib.

QHT rəhbəri Ramil İsgəndərli, Tailət Əliyev, Tahir Əmiraslanov, Xoşbəxt Səidova, Aqil Camal, Yusif Bəkirov, Toğrul Allahverdi, Nüşabə Məmmədova, Tofiq Əlizadə, Nadir İsmayılov, Xanlar Məmmədov, Samir Adıgözəlli və Vüsal Məmmədov çıxış edərək layihələri barədə məlumat veriblər. QHT rəhbərləri müqavilə öhdəliklərinə məsuliyyətlə əməl edəcəklərini və layihələri icrasını səmərəli şəkildə həyata keçirəcəklərini bildiriblər.
Məqsədimiz eynidir: Dövlətimizə, millətimizə xidmət etmək...
Rusiyalı general partlayışda öldüRusiyalı general-mayor Suriyada partlayış nəticəsində həlak olub.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Daha 2 rusiyalı hərbçi olayda yaralanıb.

Belə ki, insident hərbi kolonun Deyr əz-Zorda keçirilən humanitar aksiyadan qayıtması zamanı baş verib. Kustar üsulla hazırlanmış partlayıcı qurğu işə düşüb.
Daha 131 yoluxma, 159 sağalma – 1 ölümAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 131 yeni yoluxma faktı qeydə alınıb, 159 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 34 474 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 201 nəfər müalicə olunaraq sağalıb, 509 nəfər vəfat edib, aktiv xəstə sayı 1 764 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 361 ötən müddət ərzində isə ümumilikdə 843 269 test aparılıb.
Kəramət Böyükçöl polisə APARILDIBir qədər öncə gənc yazıçı Kəramət Böyükçöl polis tərəfidən saxlanılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə onun özü Facebook-da bildirib.

Yazıçı canlı yayımda olarkən yaşadığı mənzilə gələn polis əməkdaşları qonşuların ondan şikayət etdiyini bildiriblər.

K.Böyükçöl saxlanılaraq polisə aparılıb.