Həbs xəbəri yayılan Abbas Abbasovun oğlu danışdıBu gün bəzi xəbər saytlarında baş nazirin sabiq birinci müavini Abbas Abbasovla bağlı xəbərlər yayılıb. İddia olunur ki, Abbas Abbasov da Eldar Həsənovun işi üzrə saxlanılıb.

Abbasovun oğlu sabiq deputat Aydın Abbasov iddiaları təxribat adlandırıb: “Qeyri-ciddi söhbətlərdir. Belə təxribat xarakterli söhbətlərə inanmayın”. /Gününsəsi
Arutunyanın cəzasızlıq mühitindən irəli gələn sərsəmləməsiMVP rəsmisi: "Qondarma rejimin rəhbərliyinin bu sərsəm açıqlaması dünya birliyi, beynəlxalq təşkilatlar tərəfindən ciddiyə alınmalıdır"

"Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Araik Arutunyanın Azərbaycanın Gəncə şəhərini vurmaqla hədələməsi cəzasızlıq mühitindən irəli gələn bəyanatdır. Əks təqdirdə separatçı rejimin rəhbərliyi belə bir sərsəm fikirlər söyləməyə cürət etməzdi". Bu fikirləri Milli Vəhdət Partiyasının sədr müavini Süleyman İsmayılbəyli Aratunyanın məlum bəyanatına münasibət bildirərkən səsləndirib .

O, qeyd edib ki, separatçı rejimin rəhbərliyinin Azərbaycanı təhdid edən açıqlamalar verməsi dünya birliyinin, beynəlxalq təşkilatların işğalçı Ermənistanı cəzalandırmamasından irəli gəlir: "Əgər son illərə diqqət etsək aydın şəkildə görərik ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı rejimin heç bir qondarma lideri Arutunyan qədər irəli gedib Azərbaycanı təhdid etməyib. Bu da ondan irəli gəlir ki, separatçı rejimin rəhbərliyi də dünyada ədalətsizliyin hökm sürdüyünü aydın şəkildə görürü, işğalçını cəzalandırmaq əvəzinə, ona haqq qazandırmaq, hətta dəstək olmaq kimi mənfi tendensiyaların mövcud olduğunu müşahidə edir. Ən son Ermənistanın Tovuz istiqamətində dövlət sərhədini pozması fonunda bunu aydın şəkildə gördük. Baxmayaraq bu hadisə Ermənistanın Azərbaycana qarşı təcavüzkar, işğalçılıq siyasətinin növbəti mərhələsi idi və dövlət səviyyəsində Azərbaycana yeni bir mühribə elan edildiyini təsdiqləyirdi, buna rəğmən heç bir beynəlxalq təşkilat, hətta münaqişənin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk Qrupu belə Ermənistanı bu hərəkətinə görə tənqid etmədi, onun cəzalandırılması istiqamətində addım atmadı.

Hətta Minsk Qrupunun həmsədrlərindən biri olan Rusiya Federasiyası Ermənistan Azərbaycan ərazilərini işğal etməyə hazırlaşdığı bir ərəfədə işğalçı ölkəyə hərbi təyinatlı yüklər göndərdi. Digər beynəlxalq təşkilatlar və qurumlar isə yalnız tərəflər arasında atəşkəsin təmin olunması çağırışları etdi. Ona görə də, separatçı rejim rəhbərliyinin son açıqlaması başadüşüləndir və cəzasıqlıq mühiti Arutunyanın belə sərsəm bəyanatlar verməsinə yol açır. Bir sözlə bunu Arutunyanın cəzasızlıq mühitindən irəli gələn sərsəmləməsi saymaq olar". MVP rəsmisi onu da qeyd edib ki, işğalçı ölkənin hərbi obyektlərdən daha çox mülki obyektləri hədəf alması adət halına çevrilib və Gəncə şəhəri ilə bağlı verilən sərsəm bəyanat da bunun əyani sübutudur: "İstər 2016-cı ilin Aprel döyüşləri zamanı, istərsə də Tovuzda baş verən son olaylar ərəfəsində ermənilərin mülki obyektləri, yaşayış evləri, kəndləri hədəf alması bütün dünyaya məlumdur. Xarici KİV-lərdə də bununla bağlı müxtəlif səpkili materiallar əks olunub. Bir sözlə ermənilərin insan qatili olduğu heç kimə sir deyil. Yaxın keçmişimizdə Xocalıda törətdikləri soyqırım da bunu bird aha təsdiq edir".

Süleyman İsmayılbəyli deyib ki, Xocalıda insanlıq əleyhinə cinayət törədib sakinləri xüsusi amansızlıqla qətlə yetirən ermənilərdən istənilən cinayəti gözləmək olar: "O məsələnin başqa tərəfidir ki, Azərbaycanın hərbi potensialı, hava hücumundan müdafiə sistemləri bizə imkan verir ki, havadan gələn istənilən təhlükəni zərərsizləşdirək. Ancaq ümumilikdə götürəndə qondarma rejimin rəhbərliyinin bu sərsəm açıqlaması dünya birliyi, beynəlxalq təşkilatlar tərəfindən ciddiyə alınmalıdır. Bu açıqlama konkret olaraq terror hücumu xarakteri daşıyır. Azərbaycanın ikinci böyük şəhərinin vurulması ilə bağlı səslənən hədə dolu bəyanat beynəlxalq təşkilatlar nəzarətə götürməlidirlər. Beynəlxalq birlik Ermənistan hakimiyyətindən bununla bağlı izahat tələb etməlidir".

Süleyman İsmayılbəyli deyib ki, erməni təxribatlarına cavab olaraq Azərbaycan Ordusu hərəkətə keçib işğalçı ölkəni cəzalandıran anda təşvişə düşərək hərəkətə keçən, erməni vandallarının ölməməsi üçün dərhal atəşkəs çağırışı edən ATƏT-in Minsk Qrupu Arutunyanın hədə dolu fikirlərini eşitməməzlikdən gələrək özünü karlığa vurur: "Əgər həmsədrlər ermənilərin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni vurmaq bəyanatına da səssiz qalır, heç bir reaksiya bildirmirlərsə, o zaman vasitəçilərdən birdəfəlik imtina etməkdən başqa bir əlac qalmır. Deməli, həmsədr ölkələr də bu məsələdə erməni cinayətkarlarla eyni fikirdə və mövqedədirlər".
“Paşinyan livan ermənilərindən canlı şit kimi istifadə edir” - Azay QuliyevLivanın paytaxtı Beyrut şəhərində 4 avqust 2020-ci ildə baş verən partlayışlar işğalçı Ermənistanın növbəti avantürası üçün bəhanə oldu. Belə ki, Ermənistan hakimiyyəti partlayış nəticəsində zərər çəkmiş livanlı erməniləri beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə Cenevrə konvensiyasına zidd olaraq Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz olaraq məskunlaşdırmağa başlayıb. Ötən illərdə də Ermənistan Suriyada baş verən hərbi əməliyyatlardan sui-istifadə edərək orada yaşayan ermənilərin bir hissəsini Azərbaycanın işğal olunmuş ərazilərinə köçürmüşdü.

Bəs Ermənistan rəhbərliyinin bu cür qanunsuz addımları atmaqda və yüz faiz riskli ərazilərə soydaşlarını yerləşdirməkdə (bəzən aldadaraq və aşırı şirnikləndirici təkliflər verərək) əsas məqsədi nədən ibarətdir? Burada iki mühüm məqama diqqəti cəlb etmək lazımdır.

1-ci Ermənistan bu yolla Dağlıq Qarabağda kəskin şəkildə azalmış ermənilərin sayını süni şəkildə artırmaq, digər tərəfdən isə hərbi xidmətə yararlı olanları səfərbərliyə cəlb etməklə orduda olan canlı qüvvə çatışmazlığını aradan qaldırmaq istəyir.

2-ci isə Ermənistan yaxşı bilir ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq və hansı yolla olur-olsun zəbt olunmuş ərazilərini - Dağlıq Qarabağ və onun ətrafında olan yeddi rayonunu işğalçılardan təmizləyəcək. Azərbaycan xalqının iradəsi və tələbi, ordumuzun artan gücü, Ali Baş Komandanın qətiyyətli mövqeyi, o cümlədən son günlər qardaş Türkiyə ilə uğurla həyata keçirdiyimiz birgə hərbi təlimlər və digər amillər bu fikri söyləməyə ciddi əsaslar yaradır. Belə olan halda nədən Ermənistan hakimiyyəti istənilən an təmizləmə əməliyyatlarının başlaya biləcəyi riskli ərazilərə yaxın şərqdən erməniləri köçürməyə davam edir? Məncə bu sualın cavabı ondan ibarətdir ki, Paşinyan hakimiyyəti Livanda çətin duruma düşən soydaşlarını işğal olunan 7 rayona yerləşdirməklə mümkün hərbi əməliyyatlar zamanı bu biçarələrdən canlı şit kimi istifadə etmək, Azərbaycanı mülki əhaliyə qarşı güc tətbiq etməkdə və onları öldürməkdə qınamaq üçün “təbii əsaslar” əldə etmək istəyir. Görünür bununla Ermənistan beynəlxalq rəyi Azərbaycanın əleyhinə yönəldəcəyinə və təmizləmə əməliyyatına müəyyən qədər maneçilik törədəcəyinə ümid edir. Bütün bunlar Ermənistanın hərbi-siyasi rəhbərliyinin nə qədər məkrli, riyakar və ikiüzlü olduğunu və ən əsası isə faşist mahiyyətini bir daha üzə çıxarmış olur.

İndi hamımızın, xüsusilə diplomatiyamızın, parlamentin və vətəndaş cəmiyyəti institutlarının qarşısında duran əsas vəzifələrdən biri Ermənistanın bu məkrli planının qarşısını almaq və beynəlxalq ictimaiyyəti bu barədə məlumatlandırmaq istiqamətində imkanlarımızı tam səfərbər etməkdən ibarət olmalıdır.

Azərbaycan xüsusilə son bir ildə həm diplomatik cəbhədə, həm də informasiya savaşında Ermənistanı xeyli üstələməsi özümüzə inamı daha da artırır. Bu üstünlüyü biz 31 martda Ermənistanın Dağlıq Qarabağda səhnələşdirdiyi qondarma seçkilərə və 12 iyulda Tovuzda həyata keçirdiyi hərbi təxribata beynəlxalq ictimaiyyətin, ayrı-ayrı ölkələrin verdiyi reaksiyada, Azərbaycana verilən diplomatik və siyasi dəstəkdə də hiss etdik. Bu baxımdan Ermənistanın qanunsuz məskunlaşdırma planının tam iflasa uğraması və nəticəsiz qalması üçün real imkanların olduğunu düşünürəm. Bunun üçün beynəlxalq təşkilatlarla, xüsusi ilə ATƏT-in Minsk qrupunun həmsədrlik institutu ilə daha yaxından işləməli və onların qarşısında konkret məsələ qoymalıyıq. İlk növbədə həmsədrlərdən Ermənistanın bu qanunsuz hərəkətinə münasibət bildirməyi və onun qarşısını almağı tələb etməliyik. Münaqişənin hərbi yolla həllinin yolverilməz olduğunu, atəşkəsə əməl olunmasının vacibliyini hər bəyanatında qətiyyətlə tələb edən ABŞ, Rusiya və Fransadan biz də bu dəfə tələb etməliyik ki, eyni istəklə Ermənistanın bütün beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi qanunsuz məskunlaşdırma planını kəskin şəkildə pisləsin, onun yolverilməz olduğunu bildirsin və onlara verilən mandatdan istifadə edərək bu özbaşınalığın qarşısını alsınlar. Onsuz da 2005-ci ildə ATƏT-in fakt araşdırıcı missiyası işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma faktını aşkarlamış və hesabatlarında bunları açıq şəkildə qeyd etmişlər. Yəni, həmsədrlər üçün Ermənistanın bu qanunsuz fəaliyyətinə münasibət bildirmək üçün kifayət qədər əsaslar var.

Narahatedici məqamlardan biri də budur ki, vasitəçilərin bu qanunsuzluğa etiraz etməməsi onların işğala və işğalçıya açıq dəstək vermələri anlamına gəlir. Zatən Rusiyanın son bir ayda sülhyaratma mandatına zidd olaraq işğalçı Ermənistana 400 tondan çox silah və sursat verməsi Azərbaycan ictimaiyyətinin ciddi narazılığına və kəskin etirazına səbəb olub (bu başqa biz yazının mövzusudur). Bütün bunlara rəğmən biz diplomatik kanallardan və beynəlxalq tribunalardan istifadə edərək Azərbaycanın kifayət qədər haqlı və əsaslandırılmış bu narahatçılığını daha sərt şəkildə hər üç ölkənin xarici işlər nazirliyinin diqqətinə çatdırmalı və onlardan məsələyə konkret münasibət bildirmələrini istəməliyik. Əlbəttə onların Azərbaycanın bu haqlı tələbinə obyektiv və ədalətli reaksiya verəcəyini heç kim gözləmir, çünki cəmiyyətdə ATƏT-in Minsk qrupunun həmsədrlərinə inam və etimad qalmayıb. Buna baxmayaraq həmsədrlərə təzyiqi maksimum dərəcədə artırmalı, onların ədalətliliyini və obyektivliyini davamlı olaraq sorğulamalıyıq.

Əgər ATƏT-in Minsk Qrupunun həmsədrləri bu qanunsuzluğa tam olaraq göz yumsa və ona bu və ya digər formada münasibət bildirməsə, o zaman onlar münaqişənin sülh yolu ilə həllinə vasitəçi olmaq hüququnu birdəfəlik itirəcəklər.


Azay Quliyev
Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, ATƏT Parlament Assambleyasının vitse-prezidenti
Anlaşma var: Türkiyə Qafqaza girdi – Sensasion açıqlamaBu dəfə Türkiyə Prezidenti, XİN başçısı, müdafiə naziri, millət vəkilləri faktiki olaraq Azərbaycanı tək buraxmadılar, dedilər ki, biz Azərbaycanın yanındayıq, bundan sonra da həmişə yanında olacağıq.

Bu sözləri millət vəkili Vahid Əhmədov “Yeni Müsavat”a geniş müsahibəsində deyib.

Millət vəkili bildirib ki, burada bir neçə məsələ var:

“Birincisi, açığını deyim, Azərbaycan dövləti Türkiyəyə kifayət qədər sərmayə qoyub. İkincisi, Azərbaycanın bütün strateji kəmərləri, neft-qaz və s. Türkiyədən keçir. Türkiyə də kifayət qədər maraqlıdır ki, Azərbaycanın Qarabağ məsələsi müsbət həll olunsun. Üçüncüsü, son 5-6 ildə Türkiyə dövləti Suriya, Liviya, İraqda ortaya qəti iradə qoyub. Son olaraq Aralıq dənizində neft hasilatı ilə bağlı Yunanıstanla müəyyən problemlər yaşandı. O cümlədən Fransa məsələyə müdaxilə etmək istədi, alınmadı... Belə qətiyyət sahibi olan Türkiyə dövləti Tovuz təxribatında Azərbaycanı tək buraxa bilməzdi. Bununla bir daha həm qonşu dövlətlərə, həm beynəlxalq aləmə göstərmək istədi ki, Qafqazın yiyəsi var, Qafqazda, Azərbaycanda stabilliyin qorunub-saxlanılması üçün Türkiyə dövləti həmişə Azərbaycanın yanında olacaq. Fikir verdinizsə, bu məsələlərdə Rusiya da çox sərt mövqe bildirmədi.

Aldığım məlumata görə, burada anlaşma var, həm Qərblə, həm də Rusiya ilə. Açığını deyim, Türkiyə onsuz da buraya girəcəkdi. Öz mövqelərini möhkəmləndirmək, Azərbaycanı qorumaq üçün Türkiyə dövləti buna getməliydi, getdi də”.

V.Əhmədov xatırladıb ki, bizim xarici işlər naziri ilk olaraq Türkiyəyə səfər etdi:

“Həmişə XİN başçısı Rusiyaya gedirdi, sonra Türkiyəyə. Bu dəfə onunla bir yerdə müdafiə naziri də Türkiyəyə getdi. Ondan qabaq müdafiə nazirinin müavinləri Türkiyədə olmuşdular. Daha sonra Türkiyə ordusunun rəhbərliyi böyük heyətlə Bakıya gəldi və Azərbaycanın yanındadır. Artıq məsələlər necə həll olunacaq, hansı qərarlar veriləcək, görəcəyik.

Mənim gözləntim odur ki, Türkiyə və Azərbaycan dövlətləri ölkə başçılarının birgə razılığı ilə Qarabağ məsələsini həll edəcəklər. Aldığım məlumata görə, müəyyən variantlar var, ancaq həmin variantları açıqlamaq istəmirəm. Ancaq bizim əsas istəyimiz odur ki, torpaqlar azad olunsun və biz birdəfəlik bu məsələni bitirək. Qarabağ məsələsinin ədalətli həlli ümumilikdə Qafqazda stabilliyə gətirib çıxaracaq. Ondan sonra ola bilər ki, hətta Türkiyə ilə Ermənistan, hətta Azərbaycanla Ermənistan arasında müəyyən iqtisadi əlaqələr bərpa olunsun”.

Millət vəkili bildirib ki, burada bəzilərini narahat edən məqam var:

“Bəzi ekspertlər, hətta cənab Prezidentin tənqid etdiyi “5-ci kolon”un nümayəndələri fəallaşıblar. Mən çıxışları izləyirəm, Milli Məclisin deputatları arasında da belə insanlar var, vəzifədən çıxıb kənarda oturan, kifayət qədər vəsaiti olan şəxslər də var - hansı ki, Rusiyanı müdafiə edirlər, “Rusiya nə deyər” düşüncəsindədirlər. Birincisi, Rusiya nə deyə bilər? Rusiya özü Gürcüstana, Ukraynaya girəndə, Moldovada o vəziyyəti yaradanda ona nə dedilər? Azərbaycanda Qarabağ münaqişəsini mən yaratmamışam ki! Rusiya yaradıb da. Yəni hərbi əməliyyatlar aparılacaq, o torpaqlar azad ediləcək. Onsuz da Azərbaycan dövləti buna hazırlaşır, güclü ordu yaradıb, kifayət qədər texnika alıb və sair. Sonda da bu məsələ həllini tapacaq. Bu, Türkiyə dövləti ilə hansısa müqavilələrin imzalanacağından da asılıdır, hərbi müqavilələr, ya hərbi-strateji müqavilələr...

İstəyirəm hər kəs bilsin ki, biz heç bir dövlətə qarşı deyilik. Amma bizim daxili işlərimizə də heç kim qarışmamalıdır. Biz müstəqil dövlətik. Dövlət başçısının da iradəsi bundan ibarətrdir ki, Azərbaycanın daxili işlərinə kimsə qarışa bilməz. Kimliyindən asılı olmayaraq, “5-ci kolon”un üzvləri anlamalıdırlar ki, Azərbaycan dövləti tamamilə başqa yöndə siyasət aparır. Demirik ki, burdan köçəcəyik, ya qonşularla əlaqəni kəsəcəyik. Biz İranla da, Rusiya və Türkiyə ilə də, bütün digər dövlətlərlə bərabər xarici siyasətimizi aparırıq. Amma bizim torpağımız işğal altındadır və onu azad etməliyik, gələcək nəsillərə Azərbaycanı bütöv təhvil verməliyik. Ona görə də həmin insanlara müraciət edirəm, başa düşsünlər ki, Azərbaycanda nəsə etmək istəyirlərsə, çox çətin problemlərlə üzləşəcəklər və qarşılarında Azərbaycanı sevən, millətini, dövlətini sevən, Azərbaycan-Türkiyə münasibətlərinə üstünlük verən insanları görəcəklər. Gec-tez özləri də bunun şahidi olacaqlar. Ona görə də tövsiyə edərdim ki, onlar Azərbaycanın dövlət başçısının apardığı siyasətə, yəni Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməsinlər”.

V.Əhmədov Qüdrət Həsənquliyevin “Nə qədər Rəcəb Tayyib Ərdoğan hakimiyyətdədir, Türkiyə ilə birgə Qarabağ məsələsinin həllinə nail olmaq lazımdır, çünki Türkiyə prezidenti lazım olan dəstəyi verəcək” sözləri ilə tam razı olduğunu açıqlayıb:

“Mən o fikirlə tamamilə razıyam. Çünki Ərdoğanın son vaxtlar ümumiyyətlə, dünya siyasətində rolu həddən artıq böyükdür. Apardığı siyasət, FETÖ-ya qarşı mübarizəsi, 2015-də dövlət çevrilişinin qarşısını alması onu dünya siyasətində önə çıxartdı. Onun həm Rusiya ilə münasibətlərində müsbət məqamlar çoxdur, həm ABŞ, həm də Avropa ilə. Biz çox məsələləri mətbuatdan oxuyuruq, amma siyasətin pərdə arxasında qalan hissələri var, onları görmürük. Ərdoğanın Suriya, Livan, İraqda, Aralıq dənizində apardığı siyasət, Qarabağla bağlı Azərbaycanın yanında olması və sair məsələlər onu göstərir ki, o, dünya siyasətində çox yetkin siyasi liderə çevrilib, xüsusilə də Turan dünyasında özünə möhkəm yer tutub. O fikirlə razıyam ki, Ərdoğanın dövründə Qarabağ məsələsi öz həllini tapacaq. Üstəlik, Azərbaycan və Türkiyə prezidentlərinin münasibətləri yüksək səviyyədədir, strateji münasibətlərdir, bizim bilmədiyimiz çox ciddi məsələlər müzakirə olunur. Ərdoğanın prezidentliyi dövründə Türkiyənin Azərbaycana dəstəyi çox böyükdür. Ona görə də biz qısa bir müddətdə Qarabağ məsələsini həll etməliyik. Nəzərə almaq lazımdır ki, Azərbaycanı müdafiə edən dövlətlər çox azdır. Türkiyədir, Pakistandır və bir də İsrail bizi çox yerlərdə müdafiə edir. Bizim hərbi sənayemizin inkişafına, hərbimizin təkmilləşməsinə Türkiyə kimi, İsrail də dəstək verir. Elə Türkiyəni də dəstəkləyən dövlətlərin sayı çox azdır. Son vaxtlar Ərdoğanın siyasətini qəbul etməyən dövlətlərin sayı çoxalıb. Çünki heç kim istəmir ki, kimsə ondan güclü olsun. Türkiyə güclənib, kifayət qədər təcrübəli dövlət başçısı var. Ona görə də biz Qarabağ məsələsini bu dövrdə həll etməliyik”.
Ermənistanın silahlandırılmasına Azərbaycan dövləti laqeyd qala bilməz - Komitə sədriSon günlər ən çox müzakirə olunan mövzulardan biri ermənilərin Tovuz istiqamətindəki hərbi təcavüz cəhdi zamanı istifadə etdikləri silahlar və bundan dərhal sonra Rusiyanın Ermənistana böyük miqdarda silah-sursat göndərməsidir.

“AzPolitika.info” bu mövzuyla bağlı Milli Məclisin komitə sədri, YAP-çı deputat Sadiq Qurbanovun fikirlərini öyrənib:

- Sadiq müəllim, Ermənistanın Tovuz istiqamətində Azərbaycan ərazilərinə növbəti təcavüz cəhdinin qarşısı alındıqdan sonra ortaya çıxan məlumatlar düşmən ölkənin son aylarda külli miqdarda silah aldığını göstərir. Bunu nə ilə izah etmək olar – Ermənitanın təhlükəsizliyi probleminin olması, yoxsa təcavüzkar siyasəti davam etdirmək niyyətilə?

- Bilirsiniz ki, Ermənistan 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra təhlükəsizlik siyasətini Rusiya ilə hərbi-siyasi əməkdaşlıq üzərində qurub. 15 may 1992-ci ildə Rusiyanın təşəbbüskarı olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olub. Buna adekvat olaraq da Ermənistan bu günə qədər təhlükəsizlik sahəsində əməkdaşlığı əsasən Rusiya və KTMT-yə üzv olan Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan ilə inkişaf etdirməyə çalışıb.

Düzdür, Ermənistanın KTMT çərçivəsində digər dövlətlərlə əməkdaşlıq perspektivi yüksək olmayıb. Bunda təbii ki, Azərbaycan dövlətinin apardığı siyasətin də rolu böyük olub. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin KTMT-yə üzv dövlətlərlə geniş ikitərəfli əlaqələr qurması, eləcə də bu ölkələrin də təmsil olunduğu bir sıra beynəlxalq təşkilatlarda – İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında apardığı aktiv fəaliyyət nəticəsində Ermənistan Rusiyadan başqa, KTMT-yə üzv digər ölkələrin hər hansı dəstəyindən məhrum olub. Elə Ermənistanın Tovuz istiqamətində Azərbaycan ərazilərinə növbəti təcavüz cəhdi zamanı da KTMT-nin 6 üzvündən 4-ü müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəkələyən mövqe nümayiş etdirdi.

Ona görə də Ermənistan əsasən Rusiya ilə hərbi-siyasi əməkdaşlığı inkişaf etdirir. Eyni zamanda, bu ölkənin ərazisində Rusiyanın 102-ci hərbi bazası fəaliyyət göstərir. Yəni, Ermənistan faktiki olaraq müstəqil ölkə olmadığından, onun özünün təhlükəsizliyini təmin etmək problemi də yoxdur. Odur ki, son aylardakı silahlanmanı Ermənistanın təhlükəsizlik probleminin olması ilə bağlamaq doğru olmazdı.

İkincisi, Almaniyada fəaliyyət göstərən “Bonn International Center for Conversion” (BICC) təşkilatının hazırladığı “Global Militarisation Index'” məruzəsinə görə Ermənistan Avropada ən çox silahlanmış dövlətdir. Məruzə hazırlanarkən, əhalinin hər min nəfərinə düşən hərbçi sayı, Ümumi Daxili Məhsulda (ÜDM) silahlanmaya ayrılan xərclər, hərbi xərclər, səhiyyə xərcləri, ordunun say tərkibi və ağır silahların sayı nəzərə alınıb. Bu fakt da düşmən ölkənin son aylarda külli miqdarda silah almasının onun təhlükəsizlik problemi ilə bağlı olmadığını təsdiqləyir. Deməli bu silahlanma birbaşa Ermənistan hakimiyyətinin təcavüzkar siyasəti davam etdirmək niyyətilə, bir növ onun faşist mahiyyəti ilə bağlıdır. Beynəlxalq ictimaiyyət də artıq bunu görməli, Ermənistanın təcavüzkar siyasətinə son verməsi üçün əməli addımlar atmalıdır.

- Ancaq Ermənistanın silahlanmasında yalnız Rusiya deyil, Azərbaycana dost hesab olunan bəzi ölkələrin də iştirak etdiyi ortaya çıxdı. Ermənistanın Serbiyadan silah alması faktı buna əyani misaldır. Sərhəddə münaqişənin getdiyi bir zamanda Serbiyadan İrəvana silah göndərilməsi təcavüzə dəstək deyilmi?

- Bu faktın ortaya çıxması, əslində Ermənistan rəhbərliyinin Azərbaycanla sərhəddə hərbi təxribatı əvvəlcədən hazırladığını göstərdi. Məlum oldu ki, döyüş başlamadan bir neçə gün əvvəl və toqquşmaların gücləndiyi dövrdə Ermənistana Serbiyadan çoxlu sayda silah-sursat, o cümlədən minaatan və müxtəlif kalibrli döyüş sursatı göndərilib. Yəni, Ermənistan rəhbərliyi xeyli əvvəldən bu təcavüz cəhdinə hazırlıq görüb.

Təbii ki, Serbiyanın hərəkətləri Azərbaycan cəmiyyətində birmənalı sərt reaksiyalara səbəb oldu. Başqa cür ola bilməzdi. Həqiqətən də, çətin günlərdə Serbiya həmişə Azərbaycanın dəstəyini hiss edib. Bir neçə ay əvvəl rəsmi Bakı koronavirusla mübarizə üçün Belqrada humanitar yardım göndərdi. Bundan əlavə, Azərbaycan Kosovonun müstəqilliyini tanımır və dəfələrlə Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə birmənalı dəstəyini bəyan edib. Ona görə də Serbiyadan İrəvana silah göndərilməsi ölkə ictimaiyyəti tərəfindən qəzəblə qarşılandı.

Bu faktla əlaqədar Azərbaycan hökumətinin də reaksiyası özünü çox gözlətmədi. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Serbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Danitsa Veinoviç Belqradın Ermənistana böyük miqdarda silah-sursat verməsinə dair məlumatla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırıldı.

Xarici İşlər Nazirliyi tərəfindən Serbiyanın Ermənistanın işğalçı siyasətinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf doğurduğu bildirildi.

Serbiyadan İrəvana silah göndərilməsi faktının ortaya çıxması bu ölkənin özündə də ciddi narazılıqlar yaratdı. Serbiyanın Ticarət və Telekommunikasiya naziri Rasim Ljajic bildiridi ki, Bakının beynəlxalq təşkilatlardakı səsi Serbiya üçün olduqca vacibdir. Avqustun 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək, iyul ayında Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirib, vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd edib.

Bu çərçivədə Serbiyanın Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviç Azərbaycana ziyarətə gəldi. O, jurnalistlərə dedi ki, bu səfər və görüşlər vasitəsilə bizim daha yüksək səviyyəli əməkdaşlığa nail olacağımıza inanır.

Bütün bunlar Azərbaycan dövlətinin gücündən, beynəlxalq imicindən xəbər verir. Azərbaycan dövlətinin mövqeyi ilə hesablaşılır, onun dostluğunu itirmək istəmirlər.

- Ortaya çıxan faktlardan biri də bu oldu ki, sərhəddə münaqişənin getdiyi bir dövrdə Ermənistana Rusiyadan xeyli müasir silahlar göndərilib. Rusiyanın işğalçı dövləti silahlandırması Moskvanın Azərbaycana dost olmayan münasibətindən xəbər vermirmi?...

- Bəli, qeyd etdiyiniz kimi, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində iyulun 12-də Ermənistanın atəşkəsi pozmasından bir neçə gün sonra - iyul ayının 17-dən avqust ayının 4-nə qədər Rusiyadan Ermənistana təyyarə ilə 7 reys silah daşınıb. Gürcüstan silahların özünün hava sərhədindən daşınmasına icazə vermədiyi üçün təyyarə reysləri Rostov-Minvod-Aktay-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-İrəvan olmaqla, 3 xarici ölkə üzərindən keçməklə göndərilib.

Bu ölkələrdən Qazaxıstan və Türkmənistanın Azərbaycanla yaxın siyasi və iqtisadi münasibətləri olmasına baxmayaraq, Azərbaycana düşmən olan Ermənistana göndərilən silahların özlərinin hava məkanı üzərindən daşınmasına razılıq vermələri faktı təəccüb və təəsüf doğurur. Ola bilsin, daşınan yükün təyinatından xəbərsiz olublar. Ümid edirəm ki, buna aydınlıq gətiriləcək.

Rusiyanın işğalçı dövləti silahlandırması isə, əlbəttə, haqlı olaraq Azərbaycan ictimaiyyətində narazılıq yaradır. Bilirik ki, Rusiya daim Ermənistanı silahlandırıb. Elə son günlərdə Rusiya Ermənistana xeyli silah verib. Bu silahlara radio elektron mübarizə vasitələrindən “Krasuxa”, “Avtobaza”, “Nebo-M” daxildir. Bu texnika ilə hədəf ölkənin radio danışıqlarını “söndürmək”, dinləmək və pilotsuz döyüş aparatlarına qarşı istifadə etmək mümkündür.

Digər tərəfdən, Rusiya Ermənistana satdığı silahları dünya silah bazarı qiymətinə deyil, daxili bazar qiymətinə satır ki, bu da Ermənistana olduqca ucuz başa gəlir. Hətta məlumatlara görə, Rusiya bəzi silahları Ermənistana hədiyyə kimi verir. Ancaq nəyə görə, buna aydınlıq gətirilmir.

Hər halda Rusiyanın Ermənistana hansı əsaslarla silah satdığı məlum deyil. Belə ki, silah satışı haqqında müqavilənin nə vaxt imzalandığı haqqında hər iki ölkənin KİV-də heç bir məlumata rast gəlinmir.

Təbii ki, təcavüzkar və faşist siyasət yürüdən Ermənistanın silahlandırılmasına Azərbaycan dövləti laqeyd qala bilməz. Məlum olduğu kimi, avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. Prezident İlham Əliyev Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verib. Həmçinin dövlətimizin başçısı Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsin həlak olduğunu vurğulayıb. Ölkə başçısı Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu qeyd edib.

Prezident Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra - iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb. Eyni zamanda, ölkə başçısı Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb. Yəqin ki, bu məsələ ciddi şəkildə araşdırılacaq.

Düşünürəm ki, Azərbaycan Prezidentinin bu cür prinsipial mövqe ortaya qoyması Moskvanın öz siyasətində müəyyən korrektələr etməsinə gətirib çıxaracaq.
Abbas Abbasov saxlanıldıAzərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənovun DTX tərəfindən həbsindən az sonra daha bir həbs baş tutub.

Azərbaycan Respublikası Baş nazirinin sabiq birinci müavini Abbas Abbasov həbs edilib.

Abbas Abbasov 1949-cu il avqustun 4-də Gəncə şəhərində anadan olub.

1973-cü ildən Abşeron rayonunun quşçuluq sənayesi sahəsində baytar həkim, sex rəisi, 1979-1982-ci illərdə Bakı Broyler Fabrikinin direktoru, 1982-ci ildən Özbəkistan Respublikasının quşçuluq təsərrüfatlarında direktor müavini, 1983-1989-cu illərdə Özbəkistan SSR Dövlət Quşçuluq Sənayesi Komitəsi sədrinin müavini, 1989-cu ildən Abşeron Quşçuluq Aqrar-İstehsalat firmasının baş direktoru, 1990-1991-ci illərdə Abşeron Rayon Partiya Komitəsinin birinci katibi, rayon XDS İcraiyyə Komitəsinin sədri, Azərbaycanın Dövlət müşaviri, vəzifələrində işləyib.

1992-ci ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsində çalışıb. Bu dövr ərzində bir neçə dövlət komissiyasının sədri olub. 2006-cı ildə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilib.

Hazırda "AST Şirkətlər Qrupu" nun vitse-prezidenti və Müstəqil Dövlətlər Biriliyi (MDB) Dinlərarası Şurasının Qəyyumlar Komitəsinin həmsədridir. 1990-1995-ci ildən Azərbaycan Respublikasının xalq deputatı olub./Pravda.az
Yağış yağacaq, dolu düşəcəkAvqustun 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz zəif şimal-şərq küləyi ilə əvəz olunacaq.

Milli Hidrometeorologiya Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 20-22, gündüz 27-29, Bakıda gecə 20-22, gündüz 27-29 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 759 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək, gündüz zəif şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.

16 avqustda Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 28-32, dağlarda gecə 9-13, gündüz 14-18 dərəcə isti olacaq.
Video yayıldı, nazir dərhal nəzarətə götürdüSumqayıt şəhərində bir qrup şəxsin bir nəfərə qarşı zor tətbiq etməsi və bunu lentə alması barədə sosial şəbəkələrdə yayılan videogörüntülər dərhal Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, videogörüntülərdə zorakılığa məruz qalanın şəxsiyyəti qısa zamanda müəyyən edilib və onun izahatı alınıb.

Abşeron rayon sakini olan həmin şəxs hadisənin Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verdiyini bildirib.

Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən xuliqanlıq hərəkətlərini törətmiş Sumqayıt şəhər sakinləri Elməddin Babayev, Sərvər Quliyev, Tural Ağayev, Mirzə Mirzəyev, Xalid Abuzərov, Ağsu rayon sakini Vasif Osmanov və Qubadlı rayon sakini Sərvər İmanov saxlanılaraq istintaqa cəlb olunublar.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Hadisədə iştirak etmiş digər şəxslərin də müəyyən edilərək tutulmaları üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Abşeronda dəhşət: ər arvadını öldürdüAvqustun 14-də saat 12 radələrində Abşeron rayonu ərazisində 1975-ci il təvəllüdlü Səyyarə Vəliyevanın yaşadığı mənzildə çoxsaylı bıçaq xəsarətləri yetirilməklə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron Rayon Prokurorluğundan Avrasiya.net-ə verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin əri 1967-ci il təvəllüdlü İlqar Vəliyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

İlqar Vəliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.