Məhkəmə Eldar Həsənovla bağlı QƏRAR VERDİSəbail Rayon Məhkəməsində Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov barsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Avrasiya.net xəbər verir ki, məhkəmənin qərarı ilə Eldar Həsənov barəsində 4 ay müddtətinə həbs-qətimkan tədbiri seçilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı məlumata görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilib.

Davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilib, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib.

Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 37-yə endi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 14-nə olan statistik göstəriciləri açıqlayıb.

Avrasiya.net xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 969 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 820 002 test aparılıb. İndiyədək 504 nəfər COVID-19-dan dünyasını dəyişib, 31 490 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 2 024 nəfərdir. Hazırda 197 nəfər reanimasiyada müalicə alır. 37 nəfər isə süni tənəffüs cihazına qoşulub.

Qeyd edək ki, bu gün Azərbaycanda 103 yoluxma, 221 sağalma faktı qeydə alınıb, 4 nəfər dünyasını dəyişib.
Yaralı yerimizə duzlu su qoymalıyıq, zəlilər bədənimizdən qopsun... Qalib Şəfahət

Azərbaycan 70 ildən sonra müstəqil dövlət oldu. Dünya gücləri Azərbaycanın müstəqilliyini tanıdı. İndi xalqımız özü öz müqəddəratını həll etməlidir. Bunun üçün kimdənsə nəsə gözləməməliyik. Bəlkə də kimsə bilir, yaxud bilmir Azərbaycan Demokratik Cümhuriyyəti bizim böyük mütəfəkkirlər tərəfindən quruldu, amma özünü dünya demokratiyasını beşi sayan çox dövlətlər bizim müstəqilliyimizi vaxtında tanımadılar. Məqam gözləyirdilər. Onlar gözləməkdə oldu, Rusiya Azərbaycanın müstəqilliyini işğal etdi. Bəs demokratik ölkələr nə fikirləşdi? Heç nə! Sanki belə də olmalı idi. Azərbaycanın müstəqilliyi tanınmamışdı.

Onda Türkiyənin başını özünə qatmışdılar. Ruslara da elə bu lazım idi. Fürsəti əldən buraxmadılar. Azərbaycanın təbii sərvətləri, ən əsası, nefti Rusiya üçün çox gərəkli idi.
Artıq dünyanın düzəni dəyişib. Ən əsası, mədəniyyətlərin bir-birinə intiqrasiyası gərəkdir. Bizim mədəniyyətimiz də, siyasətimiz də, iqtisadiyatımız da Türkiyə ilə sıx bağlıdır. Biz birlikdə öz mədəniyyətimizlə, siyasətimizlə, diplomatiyamızla dünyaya inteqrasiya edə bilərik.

Tovuz hadisələri Azərbaycandan çox Türkiyəyə təhdid idi. Bunu dünya düzənlərində özlərini göstərməyə çalışanlar yaxşı bilirdi. Türkiyə ilk cavabını diblomatiya dilində, sonra hərbi dili ilə, ondan sonra siyasət dili ilə başa salıb mesajını verə bildi. Bunlar şərt idi, ardıcıllıqla cavab vermək.

Daha sonra nə oldu? Şanlı türk ordusu qədəmlərini Azərbaycan torpaqlarına basdı. Bu belə də olmalı idi. Türkiyəni hərbi gücü göz qabağındadır. Lazım gəlməli idi, gəldi də. Azərbaycanın ərazi bütövlüyü uğrunda, Türk ordusu Azərbaycandan icazəsiz də Azərbaycan ərazisində işğalçılara qarşı qol gücünü göstərə bilər və göstərməlidir. Biz iki dövlət, bir millətik. Qardaş-qardaşın çətin günündə yanında olmaq üçün icazə almamalıdır.

Qaldı ki, bizim Rusiyadan qopmağımıza. Hə, biz qopmalıyıq!

Müəyyən siyasətçilər Xarici İşlər Naziri Ceyhun Bayramovu qınayır. Ceyhun Bayramovun deyimində heç bir qəbahət yoxdu. O deyib: “Biz sülh yolu ilə torpaqlarımızı azad etmək fikrindəyik”. Düz deyir, özü də çox düz deyir, bu diplomatik gedişdir. Diplomat belə deməlidir.

Bir şey xatırladım, Rusiyadan qopmaq üçün, zəli məsələsini yada salaq. Zəlini müalicə üçün insanın bədəninə qoyanda şirin su ilə həmin nahiyyəni silib zəlini oraya qoyurlar, zəli şirəli olan yerə tez yapışır. Zəlini götürmək üçün duzlu su qoyurlar ki, zəlini o nahiyyədən qopara bilsinlər.

Diplomatiyanın, siyasətin dili ilə danışıb, yaralı yerimizə duzlu su qoymalıyıq, zəlilər bədənimizdən qopsun.

Qaldı ki, Qarabağın azadlığına, o yaxın vaxtlarda öz həllini tapacaq. İnkişaf yolumuz ona doğru gedir. Qarabağın azadlığı, cənublu, şimallı Azərbaycanın birliyindən keçir. Necə ki, bir vaxtlar bizi ayırıb paramparça etdilər, birləşəcəyik, heç kəs mane ola bilməyəcək. Azərbaycan bütöv olacaq. İnşallah, yaxın günlərdə bu bizə nəsib olacaq.
Azay Quliyev seçicilərlə videogörüş keçiribBu gün deputat Azay Quliyev 8 saylı Binəqədi birinci seçki dairəsinin seçiciləri ilə növbəti videogörüşünü keçirib.

Videogörüşdə iştirak edən seçicilər işsiz və koronavirusla mübarizə tədbirləri nəticəsində işini itirmiş şəxslər üçün nəzərdə tutulan 190 manat məbləğində dövlət yardımının alınması, məhəllələrarası yolların təmiri, pensiya təminatı, binaların həyətlərinin abadlaşdırılması, kommunal, əlillik statusunun verilməsi və məşğulluq məsələsi ilə müraciətlərini deputatın diqqətinə çatdırıblar.

Qaldırılan problemlərin bir qismi yerində həll edilib. Digər qismi ilə bağlı müvafiq izahat verilib. Mərkəzi və yerli icra hakimiyyətlərinin səlahiyyətlərinə aid olan məsələlər isə aidiyyəti qurumların videogörüşdə iştirak edən nümayəndələri tərəfindən qeydə alınıb və onların araşdırılıb həll ediləcəyi bildirilib. Azay Quliyev görüşdə qaldırılan məsələlərin həlli məsələsini nəzarətdə saxlayacağını deyib.

Görüşdə Binəqədi rayon İcra Hakimiyyəti başçısı aparatının Sakinlərin Müraciət Xidmətinin rəisi Anar Səfərov və Binəqədi bələdiyyəsinin sədri Mürsəl Əliyev də iştirak edib.
Azay Quliyev seçicilərlə videogörüş keçirib

Eldar Həsənov məhkəməyə gətirildiAzərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə gətirlib.

Avrasiya.net xəbər verir ki, həbs qətimkan tədbiri ilə bağlı istintaq orqanının təqdimatına Səbail Rayon Məhkəməsində baxılır.

Qeyd edək ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilib.

Davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilib, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib.

Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Ölkəmizdə koronaya yoluxanların sayı artdı - Son rəqəmAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 103 yeni yoluxma faktı qeydə alınıb, 221 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 34 018 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 490 nəfər müalicə olunaraq sağalıb, 504 nəfər vəfat edib, 2 024 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 969, bu günə qədər isə ümumilikdə 820 002 test icra olunub.
Trampa Nobelə namizəd olmaq təklif edildiABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert Obrayen İsraillə BƏƏ arasındakı münasibətlərdə diplomatik irəliləyişə nail olunduğuna görə Trampı Nobel Sülh Mükafatına namizəd olmağa çağırıb.

Axar.az bildirir ki, bu barədə “Hill” nəşri məlumat yayıb.

“Prezidentin sülhün bərqərar olması ilə bağlı nə etdiyinə baxanda düşünürəm ki, bu, həqiqətən çox gözəldir. Prezidentin sonda Nobel mükafatına namizəd olacağı məni təəccübləndirməz. Bugünkü iş onun niyə Nobel Sülh Mükafatına əsas namizəd olmağının bir nümunəsidir ", - Obrayen deyib.
13 erməni öldü, 300-dən çoxu yaralandı - RƏSMİErmənistanın Diaspor İşləri üzrə komissarı Zare Sinanyan Beyrutdakı partlayışın nəticələrindən danışıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, partlayış zamanı 13 erməninin həlak olduğunu, 300-dən çoxu isə yaralandığını söyləyib.

“Bəzi şəxslərin üz-gözü cızılıb, bəziləri isə ağır vəziyyətdədir. Yaralıların bir qismi sağalsa da, bəziləri yeriə bilmir”.

Sinyan Beyrutdan Yerevana həftədə 2 dəfə reysin təşkil olunduğunu xatıtladıb.