Aqil Məmmədov bir qrup rayon ağsaqqalları ilə görüşdüBu gün Milli Məclisin deputatı Aqil Məmmədov Gəncə şəhərində xüsusi karantin rejiminin tələbləri və sosial məsafə nəzərə alınmaqla bir qrup Kəlbəcər rayon ağsaqqalları ilə görüşüb.

Görüşdə Millət vəkili Aqil Məmmədov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasəti, çoxşaxəli köklü islahatlar və Azərbaycan vətəndaşının sosial rifahının yaxşılaşdırılmasına yönələn genişmiqyaslı işlər barədə ağsaqqallara ətraflı məlumat verib.

Səmimi şəraitdə keçən görüş zamanı deputat bu günun reallığı olan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, onun fəsadlarının aradan qaldırılması, xalqımızın sağlamlığının mühafizə olunması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətlərində dövlət başçısı tərəfindən bütün zəruri tədbirlərin görüldüyünü və bu istiqamətdə işlərin davam etdiyini qeyd edib.

Daha sonra İyulun 12-dən etibarən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı Azərbaycan Ordusunun göstərdiyi şücaətdən, hərbçilərimizin mətinliyindən, mübarizliyindən söz açan deputat xalqımızın öz ordusu ilə hər zaman fəxr etdiyini qeyd edərək bildirib ki, on minlərlə azərbaycanlı öz ordusuna, Ali Baş Komandanına dəstəyini nümayiş etdirmək məqsədi ilə meydana axışmış, milli birlik nümayiş etdirmişdir. Bu təkcə ölkəmizdə deyil, xaricdə yaşayan, ürəyi vətən eşqi ilə döyünən soydaşlarımız da yaşadıqları ölkələrdə ordumuza və dəstək aksiyası keçirərək ermənilərin iç üzünü dünyaya bəyan etmişlər. Döyüş zamanı düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olan hərbi qulluqçularımızın hər zaman hörmət və ehtiramla xatırlanacağını vurğulayan millət vəkili bildirmişdir ki, Ermənistandan fərqli olaraq Azərbaycan ordusunda ordu generalı arxada deyil, öz əsgərləri ilə səngərdə düşmənə qarşı çiyin-çiyinə mübarizə aparır. Silahlı qüvvələrimiz tərəfindən şəhidlərimizin qanının yerdə qalmayacağını, qisaslarının alınacağını qeyd edib. Millət vəkili vurğulayıb ki, hər birimiz ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək onun "İrəli” döyüş əmrini gözləyirik. Azərbaycan Ordusunun qələbə qazanacağı günün çox da uzaqda olmadığına əminik. Çünki son günlər ərzində baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyini nümayiş etdirib.

Hər bir kəlbəcərlinin sevincinə səbəb olan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığına əsasən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi ilə “Bakı Gəmiqayırma Zavodu” MMC-də inşa edilən neftdaşıyan tankerə “Kəlbəcər” adının verilməsi mühüm hadisədir. Xarici sularda istismarı nəzərdə tutulan, unikal dizaynı ilə seçilən və texniki göstəricilərinə görə geniş imkanlara malik “Kəlbəcər” gəmisi Bakı Gəmiqayırma Zavodunda inşa edilmiş sayca ikinci neftdaşıyan tankerdir. Millət vəkili bildirib ki, bu hadisə kəlbəcərli köçkünlər tərəfindən böyük rəğbət hissi ilə qarşılanıb. Dövlətimizin, cənab Prezidentimizin Kəlbəcər rayonuna göstərdiyi bu həssaslıq camaatımızda doğma yurda dönmək inamını bir qədər də gücləndirdi.

Mən bu inamın yaradıcısı olan Prezident İlham Əliyevə, eyni zamanda gəminin inşasını həyata keçirən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin rəhbərliyinə və kollektivinə minnətdarlığımı bildirirəm. “Kəlbəcər” tankerinin heyətinə açıq yol arzu edirəm. Bu ad ölkəmizə xeyirli-uğurlu, Kəlbəcərimizə qovuşmağımıza düşərli olsun.

Daha sonra çıxış edən rayon ağsaqqalları Kəlbəcər camaatının hər zaman dövlətimizin, ölkə Prezidentinin yanında olduğunu, ölkə rəhbərinin yürütdüyü daxili və xarici siyasəti dəstəklədiklərini bildirib. Bu amilin bundan sonra da belə olacağını bir daha əminliklə vurğulayıblar. Çıxış edən hər bir ağsaqqal, son günlər ölkəmizdə yaşanan xoşagəlməz hadisəni birmənalı şəkildə pisləyiblər. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun düşmən təxribatının qarşısını uğurla almasını qürur hissi ilə qarşıladıqlarını, mərdlik, igidlik nümayiş etdirən əsgərlərimizlə, hərbçilərimizlə, Vətənin azadlığı, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizlə fəxr etdiklərini dilə gətiriblər. Pandemiya ilə mübarizədə yorulmadan, xalqının rifahı və sağlamlığı uğrunda gecə-gündüz çalışan cənab İlham Əliyevin hər zaman yanında olduqlarını bildiriblər. “Kəlbəcər” tankerinin suya buraxılmasının və dünya sularında üzməsinin kəlbəcərlilər üçün qürurverici bir hal olduğunu, onlarda doğma yurd-yuvalarına qayıtmaq inamını daha da gücləndirdiyini söyləyiblər. Rayon ağsaqqalları xalqın çətin anında onların yanında olduğuna, dəstək göstərdiyinə, qayğıları ilə maraqlandığına görə kəlbəcərlilər adından ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
İlham Əliyev türk generalları qəbul etdi - VideoAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarı, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güleri, Türkiyə Respublikasının Quru Qoşunları komandanı, ordu generalı Ümit Dündarı, Türkiyə Respublikasının Hərbi Hava Qüvvələri komandanı, ordu generalı Hasan Küçükakyüzü, Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı, donanma admiralı Adnan Özbalı və hərbi nümayəndə heyətinin digər üzvlərini qəbul edib.

Avrasiya.net xəbər verir ki, görüşdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfiri Erkan Özoral da iştirak edib.

Qonaqları salamlayan Prezident İlham Əliyev dedi:

- Hörmətli cənab nazir, hörmətli qonaqlar.

Mən sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Bu gün Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin son günüdür. Hərbi təlimlərin birinci mərhələsi başa çatır. Bu, çox əlamətdar hadisədir, bizim birliyimizi, qardaşlığımızı bir daha göstərir. Bir neçə gün ərzində ölkəmizin müxtəlif şəhərlərində təlimlər keçirilir. Həm hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün təlimlərin çox böyük əhəmiyyəti və faydası var. Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlimlər keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür.

Bizim bütün sahələrdə olduğu kimi, hərbi və hərbi-texniki sahədə də işbirliyimiz, əməkdaşlığımız sürətlə inkişaf edir. Sirr deyil ki, Türkiyənin hazırda çox güclü hərbi sənaye potensialı vardır və biz də bu potensialdan faydalanırıq. Biz çox sevinirik ki, Türkiyə bu gün ən müasir silahlar, hərbi texnika istehsal edir. Biz əlbəttə ki, bu günə qədər olduğu kimi, bundan sonra da bu imkanlardan faydalanmaq istəyirik. Əminəm ki, yaxın zamanlarda Türkiyə bütün başqa sahələrdə olduğu kimi, hərbi-texniki əməkdaşlıq sahəsində də bizim üçün bir nömrəli tərəfdaş olacaqdır. Bildiyiniz kimi, həm siyasi, həm iqtisadi, həm də başqa sahələrdə bizim əlaqələrimiz bütün ölkələr üçün örnəkdir. Siz bilirsiniz, mən dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu, həqiqətdir. Bu, həm tarixi və etnik köklərə əsaslanan həqiqətdir, eyni zamanda, biz - iki qardaş ölkə öz siyasətimizlə bu birliyi daha da möhkəmləndirdik.

Bir ay bundan öncə Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi hücumu nəticəsində hərbçilərin və mülki şəxsin həlak olması bir daha göstərir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti davam edir. Bizi ilk və birmənalı şəkildə dəstəkləyən ölkə Türkiyə olmuşdur. Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan, hörmətli cənab nazir, siz, Xarici İşlər naziri, digər vəzifəli şəxslər bir neçə dəfə çox kəskin və ciddi açıqlamalar vermisiniz ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır və hər zaman Azərbaycanla bir yerdə olacaqdır. Bu, bizi daha da ruhlandırır və yenə də bizim bir-birimizə nə qədər yaxın olduğumuzu göstərir.

Bu təlimlərin uğurla keçməsi, əlbəttə, hesab edirəm ki, çox önəmli hadisədir. Bu təlimlər gələcəkdə də davam edəcək. Hesab edirəm ki, bu təlimlərin intensivliyi bundan sonra daha da artacaq, təbii ki, buna ehtiyac var. Əminəm, bizim qardaşlarımız - Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti bu günlər ərzində Azərbaycanda olarkən özləri də gördülər ki, onlar burada öz Vətənindədirlər. Əminəm ki, onlar Türkiyəyə döndükdən sonra da o xatirələri öz qəlblərində saxlayacaqlar. Bir daha xoş gəlmisiniz.

***

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar dedi:

- Hörmətli cənab Prezidentim, sağ olun, çox təşəkkür edirəm.

Vaxt ayırıb bizi qəbul etdiyiniz üçün Sizə bir daha ehtiramımızı və təşəkkürümüzü bildirirəm. Eyni zamanda, cənab Prezidentimizin Zati-alinizə salamlarını və xoş arzularını çatdırmaq istəyirəm.

Bizim də, cənab Prezidentimizin də Sizi ailəlikcə tezliklə Türkiyədə gözlədiyimizi bildirmək istəyirəm. Həqiqətən biz bir millət, iki dövlətik və bunu ən kiçik fərdə qədər hər kəs bilir. Xüsusilə, Türkiyədə 83 milyonluq xalqımızın nəbzi Azərbaycan ilə döyünür.

Tovuzdakı son hücumu ilk gündən etibarən cənab Prezidentimiz başda olmaqla bütün 83 milyonluq xalqımız nifrətlə qınayır. Bu təxribatların böyük hücum və beynəlxalq hüquqa zidd olduğunu, Xocalı qətliamından, Dağlıq Qarabağın işğalından etibarən cinayətkar hərəkətlərin davamı olduğunu görürük. Buna qarşı bizim mövqeyimizi bilirsiniz. Azərbaycan bizim qardaşımızdır, bir ananın iki ayrı övladıyıq. Burada biz özümüzü həqiqətən Vətənimizdə hiss edirik.

Bütün bunlar sadəcə sözdə qalmamalı, əməldə də həyata keçirilməlidir. Türkiyə Silahlı Qüvvələri ilə Azərbaycan Silahlı Qüvvələri arasında əməkdaşlıq bu gün deyil, hər zaman mövcud olub. 1991-ci ildə Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə olaraq Türkiyə Cümhuriyyəti ilə münasibətlər inkişaf etdirilərkən ordularımız arasındakı əlaqələr də, məlum olduğu kimi, inkişaf etməyə başladı. Belə ki, bizim hərbi çərçivə müqavilələrimiz, hərbi təhsil sahəsində əməkdaşlığa dair razılaşmalarımız, müdafiə sənayesi sahəsində əməkdaşlığımız var. Bütövlükdə bunların məntiqi nəticəsi olaraq, 2010-cu ildə imzalanan strateji əməkdaşlıq sazişimiz var. Beləliklə, bu müqavilələr çərçivəsində bizim buraya gəlməyimiz, getməyimiz, birlikdə olmağımız, yeməyimiz-içməyimiz, təlimlərdə bərabər olmağımız son dərəcə təbii bir fəaliyyətdir. Biz ölkələrimizin suverenliyi, müstəqilliyi və təhlükəsizliyi üçün lazım olan nə varsa bu günə qədər etdik və bundan sonra da etməyə davam edəcəyik.

Təbii ki, bu təlimlər çox önəmlidir. Təlimlər nəzəriyyənin əmələ çevrildiyi laboratoriya kimidir. Bu gün də bunun nümunəsini gördük. Böyük bir sevgi, böyük bir şövq, yüksək əhval-ruhiyyə gördük. Hamının gözləri yanırdı, birliklə yanaşı, bir işi bacarmağın sevincini yaşayırdılar.

Beləliklə, biz əməkdaşlığımızın davamını, bu təlimlərin bu gün başa çatmasını deyil, sadəcə bir mərhələsini gördük. Hərbi təlimlər, hərbi təhsil davamlı prosesdir. Buna görə də bu istiqamətdə fəaliyyətlər davam edir.

Bu səbəbdən cənab Prezidentimiz başda olmaqla Türkiyə Cümhuriyyəti dövləti və bizim 83 milyonluq xalqımız buradakı fəaliyyətləri həqiqətən böyük sevgi və şövq ilə yaxından izləyir. Atatürkün də dediyi kimi, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Həqiqətən bu, bir millət olmağımızın təbii nəticəsidir.

Burada Baş Qərargah rəisimiz, Quru Qoşunları, Hərbi Hava Qüvvələri komandanlarımızla birlikdə həqiqətən bunu çox mühüm tapşırıq, mühüm iş olaraq görürük.

Buradakı dostlarımıza da dedik, Azərbaycan tək deyil. Bunu hər kəs bilsin. Biz bərabərik, birik, bir millətik. Biz sülhün, sabitliyin tərəfdarıyıq. Təkcə ölkələrimizin təhlükəsizliyi, əmin-amanlığı mənasında deyil, bütün Qafqazın, bütün bölgənin sülh və əmin-amanlıq içərisində olmasının tərəfdarıyıq. Digər tərəfdən, haqqımızın, hüququmuzun, mənafelərimizin də tapdalanmasına imkan verməyəcəyimizi, bunların qorunması üçün lazım olan nə varsa edəcəyimizi hamının bilməsini istəyirik.

Bizi qəbul etdiyiniz üçün bir daha təşəkkür edirik. Sağ olun, var olun.

Prezident İlham Əliyev: Çox sağ olun. Çox təşəkkür edirəm. Xahiş edirəm ki, mənim də səmimi salamlarımı əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğana çatdırasınız.

Diqqət! Bu banklar vətəndaşların əmanətini riskə atıb - VideoBir neçə gün əvvəl Konstitusiya Məhkəməsi blok olunmuş əmanətlərlə bağlı qərarını açıqladı. 4 bankla bağlı verilən qərar banklarda əmanətləri olan vətəndaşların xeyrinə qiymətləndirilsə də, bu qərarın izahına ciddi ehtiyac yarandı. Çünki iqtisadi və bank sektorunun dilinə uyğunlaşdırılmış bu qərar sadə və ya bank sektoru ilə əlaqəsi olmayan vətəndaşlarda bir sıra suallar yaratdı.

Məsələnin ciddiliyini, vətəndaşların başa düşəcəyi səviyyədə informasiya almaq hüququnu və ehtiyacını nəzərə alaraq, iqtisadçı-alim, millət vəkili Vüqar Bayramovla məsələnin mahiyyətini müzakirə etdik.



DTX səfir Eldar Həsənovu həbs etdi - ŞokMəlumat verildiyi kimi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilmişdir.

Avrasiya.net DTX-nin saytına istinadən xəbər verir ki, davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilmiş, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilmişdir.

Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilmişdir. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulmuşdur.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. Cinayət işi istintaqı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Qeyd edək ki, Eldar Həsənov Azərbaycanın həm də sabiq baş prokuroru olub.
“İşğalçı Ermənistana qarşı Azərbaycanın yanındayıq” - Hulusi Akar“Ermənistana qarşı Azərbaycanın yanındayıq”.

“Anadolu”nun verdiyi xəbərə görə, bunu Azərbaycanda səfərdə olan Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

“Xocalıda bütün dünyanın gözləri qarşısında soyqırımı törədən, Dağlıq Qarabağı işğal edən Ermənistana qarşı Azərbaycanın yanındayıq. Azərbaycan tək deyil”, - H. Akar vurğulayıb
Nazirin sabiq müavininin qardaşı oğlu tutuldu Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılan şəxslərdən biri Daxili İşlər nazirinin sabiq müavini Əsgər Ələkbərovun qohumudur.

Avrasiya.net Report-a istinadən xəbər verrir ki, Abşeron rayonu ərazisində keçirdilən əməliyyat zamanı Ramin Ələkbərov, Əbdül Umarov, Səfər Ələkbərli və Orxan Mehdiyev tutulublar. Ramin Ələkbərov sabiq nazir müavininin qardaşı oğludur.

DİN-in yaydığı rəsmi məlumata görə, Ramin Ələkbərovun üzərində şəxsi axtarış aparılan zaman 5 qrama yaxın, onun idarə etdiyi avtomobildən isə 10 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Onun avtomobilində sərnişin kimi olan adları sadalanan digər şəxslərdən də narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Ramin Ələkbərovun Bakıxanov qəsəbəsində yerləşən evindən əlavə 495 qram psixotrop maddə metamfetamin və 501 qram heroin aşkar edilib. Baş İdarə əməkdaşları tərəfindən Xətai rayonunda keçirilən sonuncu tədbir zamanı isə paytaxt sakini Telman Əliyev saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 4 kiloqram 210 qram heroin, 2 kiloqram 20 qram tiryək və 11 qramdan artıq metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, polis general-leytenantı Əsgər Ələkbərov 1995-2014-cü illərdə Daxili İşlər nazirinin müavini vəzifəsində çalışıb.
Ukraynada azərbaycanlı avtoritet öldürüldüUkrayna paytaxtı Kiyevin Desnyanskiy rayonunda kriminal aləmdə "Maqa" ləqəbi ilə tanınan, Azərbaycan vətəndaşı, 1994-cü il təvəllüdlü, əslən Bakıdan olan Hüseynov Məhərrəm İzzət oğlu öldürülüb.

Hadisə rayon ərazisindəki bazarların biri ilə bağlı mübahisə zəminində baş verib.

Avqustun 10-da baş vermiş insident zamanı M.Hüseynov ürək nahiyəsindən aldığı bıçaq zərbəsindən yerindəcə ölüb.

Artıq Desnyanskiy rayon polisi hadisəni törətməkdə şübhəli bilinən 4 nəfəri saxlayıb və rayon məhkəməsi onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Saxlanılanlar arasında Azərbaycan vətəndaşı, 1991-ci il təvəllüdlü, əslən Astara rayonundan olan Ağayev Cavid adlı azərbaycanlı da var. (report)
İraq Türkiyə ilə sərhədə qoşun yerləşdirdiİraq Sərhəd Mühafizə Qüvvələri Türkiyə ilə sərhədə çoxlu sayda əsgər yerləşdirib.

Axar.az xəbər verir ki, bu barədə “Yeni Akit” məlumat yayıb.

Məlumata görə, Ərbil vilayətinə bağlı Sidekan rayonunun bələdiyyə sədri Ehsan Çələbi son 2 gündə İraqın Türkiyə ilə sərhədə qoşun yerləşdirdiyini təsdiqləyib:

“Qoşunlar bölgədə 6 təhlükəsizlik nöqtəsi yaratmaq üçün göndərilib. Ancaq PKK hərbi bazaların yaradılmasına qarşı çıxır. Məlumata görə, Türkiyə ilə sərhədə 500 hərbçi yerləşdirilib”.

Qeyd edək ki, türk PUA-larının sərhədə yaxın ərazidə İraq ordusunun 2 generalı və PKK terrorçularını vurması ilə bağlı məlumat yayılıb.
Ürəkdən barmaqlara süzülən musiqinin ecazkar sehrindəBugünki qonağımız xarici və daxili gözəlliyi özündə birləşdirən, tanınmış bəstəkar, ən başlıcası geniş qəlbə və alovlu ürəyə malik olan Sevinc Tofiqqızıdır.

Sevinc Tofiqqızı 1969-cu ildə Bakı şəhərində anadan olub, 82 saylı orta məktəbdə ibtidai təhsil alıb. Moskva Dövlət Universitetinin musiqişünaslıq fakültəsini, Bakıda musiqi üzrə fortepiano şöbəsini bitirib.

Bir sıra müğənnilərə (Aslan Hüseynov, Flora Kərimova, Manana Caparidze, Vüqar Muradov,Gülyanaq Məmmədov və s.) mahnılar bəstələyib. Bir çox kompozisiyaları ilə ümumdünya musiqi aləmində özünə layiqli yer qazanmış bəstəkarın "Ulu Öndərim”- xatirələr kompazisiya və klipi Heydər Əliyevin əziz xatirəsinə həsr olunub.

"İlhamlı Azərbaycanım" kompazisiyası Prezident İlham Əliyevin ad gününə həsr olunub, "Gözlərə nur verən mələk" kompazisiyası isə Zərifə Əliyevaya həsr olunub.

İlk işıq üzü görən I albomu kompazisyalardan ibarət olub və bu albom "Bir mələyin ürək səsi" adlanır. Xocalı soyqırımına həsr olunan "Xocalı fəryadı", 20 Yanvar şəhidlərinə həsr olunan "Ümid körpüləri"- kompazisiyası, "Həsrətindəyəm", “Kalbim Türkiyəm", "Mənim mələklərim", " Ərdoğanlı Türkiyəm" – kompazisiyası və onlara çəkilən kliplər yerli kanallarla yanaşı qardaş Türkiyənin əksər kanallarında yayımlanmışdir.

Bu yaxınlarda isə yorulmaq bilmədən çalışan bəstəkarımız Sevinc xanım, Heydər Əliyev Fondunun -Vitse Prezifenti Leyla xanım Əliyevanın sözlərinə bəstələdiyi , Mahaçkala şəhərində yaşayan ,gözəl səsə malik tanınmış istedadlı müğənni Kamil Kulibekovun ifasında səslənmiş yeni mahnı ilə gündəmi zəbt etmişdir.

AMİA.AZ xəbər verir ki, Sevinc Tofiqqızı açıqlamasında bunu belə izah etdi:

-“Leyla xanım Əliyevanın bir çox şerlərinə musiqilər yazmışam və hər zaman olduğu kimi bu dəfə də çalışmışam ki, istedadlı şəxslərin yaradıcılığını daha da səviyyəli şəkildə sizlərə təqdim edəm.

İnşallah ki, xalqının sevimli qızı Leyla xanımla və Maxackalada yasayan istedadlı müğənni Kamil Kulibekovla iş birliyimiz davamlı olacaq və növbəti böyük layihələrə birgə imza atacağıq”

Leyla xanım Əliyevanın sözlərinə bəstələnmiş Kamil Kulibekovun ifasında həmin mahnını oxucularımıza təqdim edirik.
Biz də öz növbəmizdə sevimli bəstəkarımıza daha böyük sənət uğurları arzu edirik.
Türkiyənin “Bayık əməliyyatı”: 2 general da məhv edildiTürk PUA-larının PKK lideri Cəmil Bayıka qarşı keçirdiyi əməliyyatın təfərrüatı bəlli olub.

Bu barədə “Sabah” nəşri məlumat yayıb.

Nəşr yazır ki, bazar günü İraq ordusu ilə PKK arasında silahlı qarşıdurma yaşanıb:

“Atışma zamanı arada qalan bir çoban PKK tərəfindən vurulub. Qarşıdurmadan sonra problemin həlli məqsədilə İraq ordusunun 2 generalı PKK üzvləri ilə görüşmək üçün Ərbilin Sidekan rayonu yaxınlığındakı Bradost bölgəsinə gəliblər. Türk kəşfiyyatı görüşə C.Bayıkın köməkçisi olan İran əsilli Əli Novruzinin gələcəyini dəqiqləşdirib. Bölgəyə göndərilən 2 türk PUA-sı içərisində çoxlu sayda şəxsin olduğu iki avtomobil aşkarlayıb. PUA-lardan biri 29 dəqiqə 17 saniyə ərzində izlədiyi və içində Cəmil Bayıkın olduğu iddia edilən avtomobili saat 14:55-də dəqiq atışla vurub. Vurulan avtomobildəki yaralı terrorçular qaçmağa çalışarkən 3 dəqiqə sonra daha bir zərbə ilə avtomobil tamamilə məhv edilib”.

Məlumata görə, qaçmağa çalışan 2-ci avtomobil isə digər PUA tərəfindən 32 dəqiqə 4 saniyə ərzində izləndikdən sonra dəqiq atəşlə vurulub:

“Həmin avtomobildə 2 general və 7 terrorçunun olduğu müəyyənləşib. Öldürülənlər arasında İraq Sərhəd Təhlükəsizliyi Qüvvələrinin 3-cü briqada komandiri Zübeyr Hali və 2-ci briqada komandiri Məhəmməd Rəşid, eyni zamanda Əli Novruzi olub. Əməliyyatda C.Bayıkın öldüyü iddia edilsə də, təsdiqlənmiş bir məlumat yoxdur”.

Qeyd edək ki, ötən gün C.Bayıkın öldürülməsi iddiası ilə bağlı sualı cavablandıran Türkiyə Daxili İşlər naziri Süleyman Soylu “Bütün dünyaya tövsiyəmiz budur ki, Türkiyəni izləməyə davam etsinlər”, - deyə cavab verib.