MSK ilkin nəticələri açıqladı: Batya liderdirBelarusun hazırki Prezidenti Aleksandr Lukaşenko 9 avqustda baş tutan prezident seçkilərinin ilkin nəticələrinə görə, 82 faiz səslə rəqiblərini üstələyir.

Bu barədə Belarus Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

MSK bildirib ki, hazırda 5 regionda səslər sayılıb.

Qeyd edək ki, ekzit-polların nəticələrinə görə, Lukaşenko 79,7 faiz səslə seçkidə qalib gəlib.
İcra başçısının müavinini avtomobil vurduSabirabadda vəzifəli şəxsin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avrasiya.net-in Report-a istinadən məlumatına görə, hadisə saat 22 radələrində Sabirabad şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

Avtomobil Sabirabad rayon İcra Hakmiyyəti başçısının müavini Vahid Həsənovu vurub. Yaralı Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
ABŞ-da 165 mindən çox insan koronadan öldüABŞ-da gün ərzində daha 116 nəfər koronavirusdan dünyasını dəyişib.

Avrasiya.net xəbər verir ki, bu barədə “Vörldometers” portalı məlumat yayıb.

Bununla da ölkədə COVİD-19 virusundan ölənlərin ümumi sayı 165 min 186-ya çatıb.

ABŞ-da indiyədək 5 milyon 159 mindən çox insan koronaya yoluxub.
Bill Qeyts dünyada koronavirusun bitəcəyi TARİXİ AÇIQLADI“Microsoft” şirkətinin təsisçisi Bill Qeyts dünyanın koronavirus pandemiyasından tezliklə xilas olacağı ilə bağlı açıqlama verib.

Publika.az xəbər verir ki, Qeyts qeyd edib ki, dünyanın zəngin ölkələrdə koronavirus peyvəndi ilə bağlı problem gələn ilin sonuna qədər həll olunacaq. Digər ölkələrdə isə pandemiya 2022-ci ilin sonunda başa çatacaq.

O həmçinin qeyd edib ki, peyvəndlərin etibarlılığını araşdırmadan insanlara tətbiq edilməsinə icazə veriləcək: " Bu peyvəndlərin əks-təsirlərinə nəzarət etmək üçün 3-4 aya ehtiyac var".
400 minlik toyuyla məşhurlaşan bloger ərindən ayrıldı400 min manatlıq toy etməsi ilə gündəmə gələn tanınmış bloger Aysel Şükürova ikinci dəfə boşanır.

A.Şükürova əri Oqtay Əhmədovdan ayrılıb və artıq rəsmi boşanma üçün məhkəməyə müraciət edib.

O, “Instagram”dakı 1,1 milyonlluq profilindən əri ilə birgə olan bütün fotolarını silib.

Qeyd edək ki, A. Şükürova Bakı Lifttəmir İstehsalat Birliyinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızıdır. Q. Şükürov haqda 2018-ci ildə külli miqdarda pul mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi başlanılıb.

Xatırladaq ki, blogerin birinci həyat yoldaşı Elşən Əsgərli ilə Nərimanov məhkəməsində çəkişmələri olmuşdu. İttihama görə, Elşən Əsgərli Oqtayı döymüşdü. (qafqazinfo)
87 yoluxma, 308 sağalma, 2 ölüm Azərbaycanda 87 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 308 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Avrasiya.net-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Bu günə qədər ölkədə ümumilikdə 33 568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 30 364 nəfər müalicə olunaraq sağalıb, 490 nəfər vəfat edib, aktiv xəstə sayı 2 714-dür.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 618, ötən müddət ərzində isə ümumilikdə 785 126 test aparılıb.
Toysuz qalan meyxanaçı dəllallığa girişdiTanınmış meyxanaçı Vüqar Əbdülov ev alqı-satıqısına başlayıb.

Kult.az xəbər ki, bu barədə meyxanaçının özü İnstaqram səhifəsində məlumat yayıb.

Meyxanaçı ev alğı-satıqısı ilə bağlı ofisin qarşısından fotosunu bu sözlərlə paylaşıb: "Keçdik bu işlərə. Allah alana da, satana da xeyir versin".

Qeyd edək ki, Vüqar Əbdülov bir müddət bundan əvvəl Musavat.com-a açıqlamasında toylarsız qalan digər həmkarları kimi maddi vəziyyətinin çox ağır olduğunu bildirmişdi. Meyxanaçı sənətdən başqa bir iş bacarmadığını, gələcəkdə veriliş və filmlərdə, televiziya və yaxud mətbuatda işçi kimi çalışmağı düşündüyünü demişdi.
Azər Süleymanov liderdir - Sorğuda24News.ge xəbər portalının rəsmi facebook səhifəsi vasitəsi ilə seçicilər arasında apardığı sorğu yekunlaşıb.

Xəbər portalımız, rəsmi facebook səhifəsində “Avropalı Gürcüstan” partiyasının Marneuli-Qardabani majoritar seçki dairəsinə majoritar namizədi Əhməd İmamquliyevi və “Vahid Milli Hərəkat” partiyasının Marneuli-Qardabani majoritar seçki dairəsinə majoritar namizədi millət vəkili Azər Süleymanovu səsverməyə qoymuşdur.

Portalımızın apardığı sorğuda sual isə belə idi: - Marneuli və Qardabani majoritar seçki dairəsi üzrə "Vahid Milli Hərəkat" partiyasından Azər Süleymanovun, "Avropalı Gürcüstan" partiyasından isə Əhməd İmamquliyevin namizədliyi artıq irəli sürülüb.

Bəs siz seçkilər zamanı hansı namizədə səs verəcəksiniz?

Sorğuda ümumilikdə 1002 respodent iştirak edib, respodentlərin 70%-i (704-nəfər) Azər Süleymanova, 30%-i (298-nəfər) isə Əhməd İmamquliyevə səs verib.

Qeyd edək ki, xəbər portalımız bu cür sorğuları aparmaqda davam edəcək.



Sumqayıtda Xalq artistinin qardaşı döyüldüSumqayıtda Xalq artistinin qardaşını parkda döyüblər.

Hadisə şəhərin Sülh prospektində parklardan birində baş verib.

1966-cı il təvəllüdlü İxtiyar Allahverdiyev və Vəlixan Səmədov naməlum şəxslər tərəfindən döyülüb. Hər iki şəxsə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsində tibbi yardım göstərilib. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, döyülənlərdən biri 54 yaşlı Vəlixan Səmədov Xalq artisti Əlixan Səmədovun qardaşıdır. (APA)
Sabiq müdafiə nazirinin müavini vəfat etdi Azərbaycan Müdafiə nazirinin sabiq müavini, ehtiyatda olan general-leytenant Çingiz Məmmədov dünyasını dəyişib.

Avrasiya.net-in məlumatına görə, bu barədə hərbi jurnalist Rəşad Süleymanov bildirib.

Çingiz Məmmədov sabiq müdafiə naziri Səfər Əbiyevin dövründə uzun müddət müdafiə nazirinin müavini vəzifəsində çalışıb. O, 2015-ci ildə ölkə başçısının sərəncamı ilə vəzifəsindən uzaqlaşdırılıb.

Allah rəhmət eləsin!