Ermənilər Gürcüstanda iğtişaşlar törətdiGürcüstanda ermənilərin yığcam yaşadıqları Samtsxe Cavaxeti bölgəsinin Axalkalaki şəhərində iğtişaşlar törədilib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, buna səbəb Kulikam kəndindən olan gəncin odlu silahla qətlə yetirilməsi olub.

Qətl hadisəsindən sonra gənclər arasında qarşıdurma baş verib. Bir qrup aqressiv gənc Axalkalakidə yerləşən 4 ev və 1 mehmanxananı yandırıblar. Yandırılan binaların sahibinin gəncin qətli ilə bağlı olduğu bildirilir.

İğtişaşlar zamanı 1 nəfərin öldüyü, 1 nəfərin isə yaralandığı barədə məlumatlar yayılıb. Axalakaliyə əlavə polis qüvvələri cəlb olunub.

Samtsxe Cavaxetinin qubernatoru Besik Amiranaşvili Axalkalakidə olub. O, iğtişaşların kriminal insidentlə bağlı olduğunu deyib.

Axalkalaikdə hazırda vəziyyətin gərgin, lakin nəzarət altında olduğu bildirilir.
Tanınmış şair Cəlal Qurbanov: “Sənin önündə əyilirəm Xanlar əmim”Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış nəğməkar-şair Cəlal Qurbanov, bu gün dünyasını dəyişən əmisi SSRİ İdman ustası, Respublikanın Əməkdar Məşqçisi, Beynəlxalq dərəcəli hakim, Milli İdman Növləri Asosasiyasının prezidenti, Avropa Beynəlxalq Zorxana Konfederasiyasının I vitse-prezidenti, "Tərəqqi” medalının sahibi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, professor Xanlar Qurbanovdan yazıb:

“Zalım həyat! Qəddar tale! Heç açılmayacaq, acımasız sirr kimisən! Zalımsan, bilirsən niyə? Gerçək üzünü yalnız acımadan vurduğun zərbələrlə göstərirsən. Qəddarsan, bilirsən niyə? Ən sevdiklərimizi, ən doğmalarımızı zorla, haqsız və vaxtsız qoparırsan bizdən! Bu gün mənidəmi öz qarşında yenik etdin? Nəslimizin ən sevimlisi, başımızın tacı, gözümüzün nuru, təpərimiz, dayağımız, pilə qəlbli əmimizi aldın əlimizdən.

Xanlar əmim... Yoxsan artıq! Amma əmin ol, bu gün aşağı əyilən başımı ölümün yox, baş tacımın önündə əyirəm!. Sənin önündə əyilirəm Xanlar əmim. Sən qarşısında həqiqətən də baş əyiləsi, böyük adam, gözəl kişi idin! Utanmadan hönkürürəm, içim misqal-misqal didilir bu gün. Sağalacağın günə məndən öncə nəvən, oğlum Əli qurban demişdi. Özün qurban getdin haqsız, zamansız ölümə. İndi oğluma - baban artıq yoxdu sözlərini necə deyəcəyimi həqiqətən bilmirəm. Övladlarımın əziz babası... Hələ qardaşın, həm sima həm də ruh əkizi qardaşın – atam, Cavanşirin halını təsəvvür edə bilməzsən... Sanki ruhu səninlə birlikdədi, havadadı. Sanki sənin son nəfəsdə ehtiyacın olan havasızlıqdadı indi... Kimə nə deyim, kimə üsyan edim ??? Əlacım olsa ölümün özünü öldürərdim! Amma gücüm ancaq göz yaşlarıma çatır! Bunu da demədən keçə bilməyəcəm. Artıq neçə gündür ki, Yeni Klinikaya yerləşdirmişdik

Xanlar əmimi. Klinikada əmimin müalicəsilə məşğul olan Kəmalə Namazovaya hər zaman təşəkkür borclu olacam. Günlərdir özü xəstə olduğu halda əmimin yanından çəkilmədi. Onu normal vəziyyətə qaytarmaq üçün əlindən gələni etdi və buna da nail oldu. Kəmalə Namazovaya sonsuzadək minnətdar olacam. Peşəsinin öhdəsindən vicdanla gələn Kəmalə xanıma telefonda danışarkən “əllərinizdən öpəcəm ” dedim! Sizə minnətdaram və əllərinizdən öpürəm Kəmalə xanım! Tibb bacıları Sevinc xanıma, Aida xanıma, Lalə xanıma və digər tibb bacılarına əziyyətinizi əmimə halal edin deyirəm... O cümlədən başda ürək-damar cərrahı Rəşad Mahmudov başda olmaqla digər həkim heyətinə də çox sağ olun deyirəm.

Kəmalə xanımın nəzarəti altında onların hamısı bütün güclərini səfərbər etmişdilər əmimi sağlamlığına qovuşdurmuq üçün. Onlar yaxşı bilirdilər ki, xəstələri sadə bir azərbaycanlı olmaqla bahəm həm də bu xalq üçün dəyərli xidmətləri olan bir ziyalıdı. SSRİ İdman ustası, Respublikanın Əməkdar Məşqçisi, Beynəlxalq dərəcəli hakim, Milli İdman Növləri Asosasiyasının prezidenti, Avropa Beynəlxalq Zorxana Konfederasiyasının I vitse-prezidenti, "Tərəqqi” medalının sahibi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, professor Xanlar Qurbanov... Bütün titulları adına yaraşan insan idi Xanlar əmim. Xəstə olduğu müddətdə əmim Xanlar Qurbanovun hər zaman yaxın çevrəsində olan bütün dostlarına – sadə insanlara, o cümlədən Nazir və Millət vəkillərinə bu neçə gündə Əmimlə bağlı çəkdikləri əziyyəti halal etmələrini istəyirəm. Tanrı hər birinizin əzizlərini qorusun!

Əslində hər birimiz inanırdıq ki, əmim sağalacaq.
Ancaq nə təəssüf ki, bu gün səhərə yaxın xırda bir narahatlıq ucbatından növbətçi həkimin təcrübəsizliyi səbəbindən, bizə- doğmalarına, yaxınlarına xəbərdarlıq etmədən onu intubasiya etməklə sizin də əməyinizi yerə vurdu! Bir nəfərin qeyri-peşəkar yanaşması hamımızı peşiman və məyus etdi... Bu da taleyin son acı zərbəsi... Ruhun şad olsun, görüşənədək əziz əmim...”.
Beyrutda Hizbullahın raketləri partlayıb? – NəsrullahHizbullah Beyrut limanında silah saxlamayıb.

Axar.az xəbər verir ki, bunu Hizbullah lideri Həsən Nəsrullah deyib.

O, Beyrut limanında baş verən hadisənin birlik üçün önəmli olduğunu deyib.

Hizbullah lideri partlayışdan sonra bütün dünyadan gələn yardımları yüksək dəyərləndirdiyini bildirib. O, bunun dərin maliyyə böhranında olan Livana imkan yaratdığını söyləyib.

Məhərrəm Əliyevin nəvəsi Rusiyada qəza törədib?Bəzi kütləvi informasiya vasitələrində Prezidenti Hərbi məsələlər üzrə köməkçisi Məhərrəm Əliyevin nəvəsinin Rusiya Federasiyasının Moskva şəhərində yol-nəqliyyat hadisəsi törətməsi barədə məlumatlar yayılıb.

Axar.az xəbər verir ki, Prezidentin köməkçisinin nəvəsi hadisədə sərnişin qismində olub və həmin nəqliyyat vasitəsini idarə edən şəxsin hər hansı təqsiri olmayıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edilib ki, hadisənin təqsirkarı Rusiya Federasiyasının vətəndaşı olub. Hüquq-mühafizə orqanları da hadisəni törədən şəxsin məhz həmin şəxs olduğunu müəyyənləşdirib. Məlum olub ki, Rusiya vətəndaşı idarə etdiyi maşınla M.Əliyevin nəvəsinin də olduğu maşını arxa sol tərəfdən vurub.

Belarus rus jurnalistləri ölkədən çıxartdıBelarusda “Nastoyaşeye vremya” televiziyası, “Azadlıq” və “Amerikanın səsi” radiolarının jurnalistləri saxlanılıb.

Avrasiya.net xəbər verir ki, saxlanılan jurnalistlərin bir qismi Rusiya vətəndaşıdır. Onların Ukraynaya deportasiya edildiyi vurğulanıb.

Qeyd edək ki, hər üç KİV ABŞ tərəfindən maliyyələşdirilir.
105 yoluxma, 360 sağalma, 5 ölemAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 105 yeni yoluxma faktı qeydə alınıb, 360 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33 481 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 30 056 nəfər müalicə olunaraq sağalıb, 488 nəfər vəfat edib, xüsusi rejimli xəstəxanakarda aktiv xəstə sayı 2937 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6457, ötən müddət ərzində isə ümumilikdə 779 508 test aparılıb.

ABŞ-ın bombardman təyyarəsi Rusiya sərhədlərində - Qırıcılar havaya qalxdıABŞ Hərbi Hava Qüvvələrinə aid B-1B strateji bombardman təyyarəsi Oxot dənizinin hava məkanında Rusiya sərhədlərinə yaxınlaşıb.

Publika.az xəbər verir ki, Rusiyanın Şərq Hərbi Dairəsinin hava hücumundan müdafiə qüvvələrinə aid 3 ədəd Su-35S döyüş təyyarəsi dərhal bombardman təyyarəsini müşayiət etməyə başlayıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ABŞ təyyarəsini yerli vaxtla 12:00 radələrində hava nəzarət cihazları təsbit edib.

Hamilə arvadını dənizdə boğaraq öldürdü – Dəhşətli CİNAYƏTAvqustun 7-də gecə saat 23 radələrində Sumqayıt şəhər sakini 1987-ci il təvəllüdlü Şəhanə Əhmədovanın dənizdə boğularaq ölməsi ilə bağlı məlumat daxil olub.

Sumqayıt şəhər prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

Araşdırmalarla 1986-cı il təvəllüdlü Anar Əhmədovun Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən istirahət mərkəzindən dənizə birlikdə daxil olduğu hamilə arvadı Şəhanə Əhmədovanı aralarında yaranmış mübahisə nəticəsində boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Anar Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.




Tramp İran siyasətini açıqladı: Prezident seçilsəm…Yenidən prezident seçilsəm, İran və Şimali Koreya ilə sürətli şəkildə razılaşma əldə edəcəyəm.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Əgər biz qalib gəlsək, İranla razılaşmanı çox sürətlə bağlayacağıq. Şimali Koreya ilə də hər şey sürətli olacaq. Əgər mən 2016-cı ildə prezident seçilməsəydim, artıq Şimali Koreya ilə savaşırdıq”, – deyə o bildirib.

Tramp Tehranın ABŞ-la razılaşma imzalamaqda maraqlı olduğunu söyləyib.

Qeyd edək ki, bu il 3 noyabrda ABŞ-da prezident seçkiləridir.
250 manat kimlərə veriləcək? - Nazir müaviniPandemiya ilə bağlı yardım yalnız vergi ödəyicilərinə veriləcək.

Avrasiya.net xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Operativ Qərargahın bu gün keçirilən brifinqindı deyib.

"Burada ən əsas prioritet işçi sayında ixtisara yol verməyənlərdir. Eyni zamanda 250 manat yardım mikrosahibkarlara veriləcək. Bəzən vergi ödəyicilərinin qeydiyyat kodu, qeydiyyat sahəsində problemlərlə rastlaşırıq. Bu səbəbdən onlardan xahiş edirik ki, müraciət edib, bu problemləri həll etsinlər. Yalnız bu halda yardımdan faydalana bilərlər", - o bildirib.

Nazir müavini qeyd edib ki, pandemiya və postpandemiya dövründə dövlətin məqsədi iqtisadiyyatı dəstəkləyib, xarici investorların Azərbaycana sərmayə yatırması üçün ünvanlı tədbirlər görməkdir:

"Hazırda investisiyaların dəqiq rəqəmi ilə bağlı proqnoz vermək mümkün deyil. Pandemiya dövründə bir sıra xarici investorla müzakirələr aparılır. Bir çox xarici investisiya şirkəti Azərbaycana investisiya qoymaq marağındadır. İlkin danışıqlar aparılır. Cənab Prezidentin fərmanı ilə də Dövlət İnvestisiya Fondu yaradıldı, məqsəd investisiyaların artırılmasıdır".