Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı azaldıAzərbaycanda son 24 saatda koronavirusla bağlı daha 6 872 nəfər test edilib.

TƏBİB-dən Avrasiya.net-ə verilən məlumata görə, indiyədək ölkədə 773 051 nəfər koronavirusa qarşı test edilib.

Ölkədə 129 yeni yoluxma, 4 ölüm qeydə alınıb.

Qeyd edək ki, indiyədək ölkəmizdə 33 376 nəfər virusa yoluxub, 483 nəfər ölüb, 29 696 nəfər isə sağalıb. Son sutka ərzində 421 nəfərin müalicəsi başa çatdığı üçün evə buraxılıb.

Hazırda müalicəsi davam edən xəstələrin sayı 3 197 nəfərdir.

Məlumata görə, hazırda reanimasiyada 261 nəfər müalicə alır, 50 nəfər isə süni tənəffüs cihazına qoşulub.






10 avqustdan bu qadağalar götürülür - RƏSMİCovid-19 infeksiyasına yoluxmanın dinamikasında müsbət tendensiyanın müşahidə olunması və iqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq Nazirlər Kabineti yanında Operativ Qərargah bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilməsi haqda qərar qəbul edib.

Avrasiya.net xəbər verir ki, Nazirlər Kabinetin müvafiq Qərarına əsasən Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində 2020-ci ilin avqusutun 10-u saat 00.00-dan etibarən fəaliyyətinə icazə verilən sahələrin siyahısına aşağıdakılar əlavə edilir:

- Açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi;

- Qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektələrinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla) fəaliyyəti;

- maşın və avadanlıqların istehsalı;

- elektrik avadanlıqlarının istehsalı;

- kompüter, elektron və optik məhsulların istehsalı;

- avtomobil, qoşqu və yarımqoşquların istehsalı;

- sair nəqliyyat vasitələrinin istehsalı;

- poliqrafiya məhsullarının istehsalı;

- zərgərlik məmulatlarının istehsalı;

- musiqi alətləri, idman mallarının istehsalı;

- geyim istehsalı;

- toxuculuq sənayesi;

- ayaqqabıların istehsalı;

- dəri və dəri məmulatlarının istehsalı;

- tütün məmulatlarının istehsalı;

- sair sənaye məhsullarının istehsalı.

Aşağıda qeyd olunan sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən 50 faizlik və həmin iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayının əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmaması ilə bağlı məhdudiyyətlər ləğv edilir:

- Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;
- Tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;
- Mühəndislik və layihələndirmə xidmətləri;
- Qablaşdırma məhsullarının istehsalı;
- Daş, metal və taxta məhsullarının istehsalı;
- Mebel istehsalı və təmiri;
- Zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;
- Tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;
- Onlayn satışlar;
- Kimyəvi təmizləmə;
- Mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;
- Avtomobillərin təmiri;
- Avtomobil yuyulma məntəqələri;
- Heyvan sığınacaqları;
- Tərcümə xidmətləri.

Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisinə aşağıdakı şəxslərin giriş-çıxış məsələsi aşağıdakı qaydada həyata keçirilir:

- Yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə alınan icazə əsasında;

- Təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar həkim tərəfindən verilən arayış əsasında;

- Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslər biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında.

Operativ Qərargah vətəndaşlara müraciət edərək bildirir ki, infeksiyanın yayılmasının qarşısının alınması tədbirləri ilə iqtisadi fəaliyyəti sinxronlaşdırmaq üçün sanitar-epidemioloji tələblərə ciddi əməl edilməlidir. Sanitar-epidemioloji tələblərə əməl edilməsi iqtisadi fəaliyyəti davam etdirməyin və daha da genişləndirməyin yeganə üsuludur.
Saxta arayış satan baş həkim tutulduXüsusi karantin qaydalarını pozaraq bölgələrdən Bakı şəhərinə vətəndaşların hərəkətinə şərait yaradan daha bir vəzifəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində Neftçala Rayon Mərkəzi Xəstəxanasının Xolqaraqaşlı kənd sahə xəstəxanasının baş həkimi Mahir Əhmədov tutulub.

Araşdırma zamanı müəyyən edilib ki, Mahir Əhmədov pul müqabilində karantin rejimi dövründə heç bir xəstəliyi olmadığı halda kənd sakini olan bir qadına Bakı şəhərində fəaliyyət göstərən Respublika Klinik Xəstəxanasında müayinədən keçməsinə dair saxta tibbi arayış verib. Bununla da saxlanılan şəxs həmin qadının karantin rejimi dövründə ölkə ərazisində sərbəst hərəkət etməsinə şərait yaradıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb. Mahir Əhmədovun karantin rejimi dövründə başqa şəxslərə bu tipli arayışlar satıb-satmadığı istintaq yolu ilə araşdırılır.

Türkiyə Fransa sürtüşməsi - Aralıq dənizində müharibə olacaqmı?Turab Rzayev
Siyasi analitik


Yaxın Şərqdə və Aralıq dənizində Türkiyə əleyhdarlığında bayrağı BƏƏ çəkirdi. Xarici işlər nazirinin Türkiyə əleyhinə danışmadığı həftə nadir olur. Deyilənə görə, Türkiyədə dövlət çevrilişini də dəstəkləmişdilər, 1.5-5 milyarda dollar arası vəsait ayırmışdırlar.

Suriya və Misirdə Türkiyəyə qarşı cəbhədə Səudiyyə Ərəbistanı və BƏƏ döyüşdülər. Qətərin blokadası ideyası, Yəmənə hücum ideyası, İsraillə dostluq ideyası hamısı BƏƏ-dən çıxıb, Səudiyyə və Misir dəstəkləyib. Somalidə, Cibutidə Türkiyə ilə hərbi baza qurmaq uğrunda qızğın müharibə aparır. Deyilənə görə Suriyada Əsəd hökumətinə 3 milyard $ yatirim ediblər.

Suriyada Fransa çox az görünürdü. Amma diqqətimi bir məqam çəkmişdi, İşidin tüğyan etdiyi, PKK-nın müdafiə olunduğu Dəməşqin nəzarətiitirdiyi vaxtda Fransa Suriyanın şimalında çox nəhəng Sement zavodu tikdi (Lafarge şirkəti). Və Fransanın Suriyada olan qalan əsgərləri də oranı qoruyurdu. Həqiqətən də maraqlıdır, dağılan, məhv olan ölkədə sement nəyə lazım idi, bu investisiya nə qədər ağıllı investisiya idi?! Kimə satacaqdılar.

Ərdoğan Amerikanı əsgərlərini vurmaqla təhdid edib, Suriyaya girdikdə bəlli oldu ki, Suriyanın şimalında boydan boya 10 metr dərinliyində, bir neçə metr qalınlıqda betonla örtülmüş tunellər qazılıb. Tunellərdə maşınlar və tanklar belə hərəkət edə bilrə, ağzına qədər silah-sursatla doludur. Maraqlıdır PYD Türkiyə sərhədi boyu bu möhtəşəm istehkamı, necə hansı mühəndis biliyi ilə, hansı texnika və çertyojla tikmişdi?! Kimə qarşı?! Türkiyəyə qarşı Vyetnam döyüşçülərinin yuxusunda görə bilməyəcəyi tunelləri kim niyə qazdırmışdı.

Liviyada Həftərə əsas maddi yardım və hərbi dəstək BƏƏ-dən gəlirdi. Rus "Vaqner" döyüşçülərinin pulunu onlar ödəyir, vurulan rus pançirlərini onlar alıb göndərmişdilər. Türklərin Liviyada vurduğu Pançirlərin operatoru ruslar, sahibi isə BƏƏ-dir. Həftəri havadan və lojistik dəstəklə, digər ləvazimatlarla isə Fransa müdafiə edirdi. Maraqlıdır ki, Fransa BMT-nin tanıdığı hökuməti deyil, NATO üzvü Türkiyənin sahədə, digər NATO üzvü İtaliyanın isə lojistik dəstəklədiyi mərkəzi hökuməti deyil, ərəblərin pulunu verdiyi, Rusiyanın tərəfində döyüşdüyü Həftərə dəstək verirdi.

Ərdoğan Suriyadan sonra ikinci həmləsini etdi. Həm Liviyada sonuncu ərazini-paytaxtı itirməkdə olan hökuməti xilas etdi, hökumətə Həftər üzərində qələbə qazandırdı, həm də Liviya ilə dəniz sərhədi müqaviləsi imzalayaraq, Aralıq dənizində Türkiyəni mühasirəyə almaq planlarını pozdu. Maraqlıdır ki, Türkiyənin təklifi ilə daha çox dəniz sahəsinə nəzarət edəcək olan Livan öz zərərinə Kipr ilə müqavilə imzaladı. Bunun arxasınca Misir yenə öz zərərinə olaraq Türkiyənin təklifini rədd etdi və Yunanıstan ilə müqavilə imzaladı. Bununla da Türkiyəni de yure dənizdə mühasirəyə aldılar.

Bu məqamda Fransa və 2017-ci ildə yunan Kipri ilə imzalanan hərbi əməkdaşlıq müqaviləsi dünən icra etməyə başlayıb.

Əslində Türkiyəyə qarşı yönəlmiş bu müqaviləyə görə Kipr dəniz sahəsi, enerji təhlükəsizliyi və hərbi əməkdaşlıq üzrə ikitərəfli əməkdaşlıq daxil edilib.

Yunan Kipri keçən il hərbi və psixoloji üstünlük əldə etmək məqsədi ilə Rusiyaya ərazisində hərbi baza təklif etdi. Rusiya ola bilsin, maddi imkanlarına görə, ola bilsin də artıq Aralıq dənizinin şərqində 2 hərbi bazası mövcud olduğuna görə bu bazanı açmaqda tələsmədi. Bəlkə Türkiyə qıcıqlandırmaq da istəməyiblər.

Fransa isə çoxdankı arzusuna qovuşmaq üzrədir. Artıq Aralıq dənizinin şərqində təkcə İngiltərənin, Rusiyanın və Amerikanın deyil, həm də Fransanın hərbi bazası olacaq.

Şərqi Aralıq dənizində Türkiyə NAVTEX elan edib, hərbi gəmiləri və qırıcıları növbə çəkir. Əgər Aralıq dənizinin bölüşdürülməsi ilə bağlı razılıq əldə olunmasa, onda Türkiyə deyəsən, ancaq Yunanıstan, Kipr, Misir, BƏƏ, Səudiyyə Ərəbistanı, Livan və İsrail ilə deyil,eyni zamanda Fransa ilə də müharibəyə hazır olmalıdır.

Digər tərəfdən Fransanın Livandakı hadisələrə münasibətində çox maraqlı detallar görünür. Ola bilsin Livanı da hazırlamağa başlayacaq. Bölgədə hamı hamıya qarşı döyüşür. Necə deyərlər, BELLUM OMNİUM CONTRA OMNES

Beyrutdakı partlama yeni Dünya Ticarət Mərkəzi hadisəsidir...
Beyrutdakı partlayışda ölənlərin sayı 154-ə çatdıBeyrutda baş verən partlayış nəticəsində ölənlərin sayı 154-ə çatdı.

Avrasiya.net xarici KİV-ə istinadən xəbər verir ki, bundan əvvəl 149 nəfərin öldüyü və 5000-dən çox insanın yaralandığı bildirilmişdi.

Qeyd edək ki, avqustun 4-də Livan paytaxtında baş verən güclü partlayış Beyrut dəniz limanı bölgəsini silkələyib. Partlayış nəticəsində onlarla bina və avtomobili dağılıb və zədələnib, 300 mindən çox insan evsiz qalıb. Yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, partlayış altı il əvvəl gömrük xidmətləri tərəfindən müsadirə olunan 2700 tondan çox ammonium nitratın anbarda partlaması nəticəsində baş verib.
Koronavirusla mübarizə sahəsində görülən tədbirlər öz bəhrəsini verməkdədir "Avqustun 6-da Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin videoformatda ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətə dair keçirilən müşavirədə bir çox məqamlara toxunub və ən vacib məsələlərdən biri də ondan ibarət olub ki, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, qorunması istiqamətində dövlətimiz mühüm tədbirlər həyata keçirib. Beləki, Azərbaycanda təxminən 5 milyona yaxın insan geniş sosial paketlə əhatə olunub, eyni zamanda cənab Prezident bildirib ki, dövlət sektorunda çalışan 9 yüz min insanın böyük əksəriyyəti faktiki olaraq işləmir, lakin buna baxmayaraq dövlət tərəfində məvaciblər ödənilir. 760 min insana lazımı maliyyə dəstəyi göstərilib və onların iş yerləri qorunub. Əks təqdirdə 760 min insanın işsizlik təhlükəsi olduğunu bildirən cənab Prezident həmçinin nəzərə çatdırıb ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşının sağlamlığını əsas götürərək həm onların sosial iqtisadi şəraitinin yaxşılaşdırılması, eyni zamanda qorunması və eləcə də insanların ilk növbədə sağlam qalması və xəstələnməməsi üçün zəruri bütün tədbirlər görüb".

Bunu SİA-ya açıqlamasında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri, politoloq Rufiz Qonaqov deyib.

Onun sözlərinə görə, dövlət Başçımız qeyd edib ki, həmin insanların çalışdıqları sektorlar pandemiya nəticəsində ən böyük zərər görmüş sektorlardır: "Sahibkarlar və işə götürənlər hazırda gəlir götürmürlər ki, belə olan halda 100 minlərlə vətəndaş işsiz qala bilərdi. Yenə də dövlətimizin həyata keçirdiyi operativ tədbirlər nəticəsində dərhal bu məsələlərə müdaxilə edilib və əlbəttə ki, bu məqsədlər üçün böyük maliyyə resursları xərclənib. Cənab Prezident 600 min insana avqust ayında da 190 manat yardımın ödənilməsi barədə göstəriş verib. Prezident İlham Əliyev qeyd edib ki, onlara artıq bir neçə ay ərzində 190 manat müavinət verilib. Azərbaycanın 13 rayon və şəhərində sərt karantin rejimi tətbiq edildiyini bildirən cənab Prezident bildirib ki, həmin rayonların da bu koteqoriyaya aid insanları bu dəstəklə bundan sonra da əhatə olunmalıdır ki, bununla bağlı da müvafiq göstərişlər verilib".

R.Qonaqov vurğulayıb ki, ölkəmizdə pandemiyanın ilk vaxtlarından etibarən koronavirusla mübarizə sahəsində görülən tədbirlər öz bəhrəsini verməkdədir: "Belə ki, son həftələr ərzində həyata keçirilən sərt karantin tədbirləri nəticəsində artıq virusa yoluxanların sayı azalmaqdadır. Əgər xəstəliyin azalma tempi davam edərsə və insanlarımız xəstəliklə mübarizədə bütün qoruyucu vasitələrdən istifadə edərsə, təbii ki, bu hal pandemiyanın ölkəmizdə sıfıra enməsinə gətirib çıxara bilər. Bu çox sevindirici haldır və bununla əlaqədar ölkə Prezidentinin atdığı addımlar, verdiyi tapşırıqlar icra olunur. Ona görə də, düşünürəm ki, avqust ayında karantin rejimində yumşalmalar müşahidə edəcəyik. Biz həm əhalinin sosial-iqtisadi vəziyyətinin qorunması, həm pandemiyanın aradan qaldırılması və həm də insanlarımızın sağlamlığının qorunması istiqamətində görülən tədbirlərin bəhrəsini görürük".
Qaz sayğacları niyə dəyişdirilir? – AçıqlamaAzəriqaz İB ev sahibinə xəbərdarlıq etmədən smart tipli sayğacı mexaniki sayğacla əvəz edib.

Bu barədə sosial şəbəkədə qeyd edilib. Bildirilib ki, İB əməkdaşları sayğacı dəyişdirdikdən sonra qazı bağlayıb və ev sahibinə istifadə qaydası ilə bağlı məlumat, eləcə də sayğac nömrəsi verməyib.

Məsələ ilə bağlı axar.az-a açıqlama verən Azəriqaz İB-nin mətbuat katibi Ceyhun Səfərov bildirib ki, sayğaclar dövlət yoxlanışı çərçivəsində dəyişdirilir:

“5 ildən bir dövlət yoxlanışı zamanı müddəti başa çatan sayğacların dəyişdirilməsini həyata keçiririk. Bu, sayğacın istismar müddəti deyil, çünki sayğacların istismar müddət 20-25 il təşkil edə bilər. Dövlət yoxlanışı zamanı sayğaca əvvəlcə vizual baxış həyata keçirilir, daha sonra sayğac tərəfimizdən götürülərək daxili qüsurları öyrənilir. Qeyri-əhali qrupunda isə bu proses 3 ildir. Smart sayğacları dəyişdirilən zaman onun üzərində qalan məbləğ isə abonentin balansına köçürülür. Bu proses minimum 10, maksimum 1 ay müddətində ola bilər”.

C.Səfərov smart sayğacların mexaniki sayğacla əvəz edilməsinin həm abonent, həm də “Azəriqaz” üçün sərfəli olduğunu bildirib:

“Dünya enerji bazarında baş verən dəyişikliklər və s. məsələlərlə əlaqədar artıq smart tipli sayğaclardan istifadəni minimuma endirmişik. Smart sayğaclardansa, mexaniki sayğacların alınmasına üstünlük veririk. Çünki mexaniki sayğacların qiyməti onlardan 3 dəfə aşağıdır. Bundan başqa, mexaniki sayğacın komplektinin qiyməti 70-90 manat arasında dəyişir. Smart kart tipli sayğaclarda isə bu, 220-240 manat arasındadır. Mənzillərdə də smart kart tipli sayğaclar mexaniki sayğaclarla əvəz olunanda işlənmiş və ya köhnə sayğaclar təqdim edilmir.

Qeyd edim ki, hər iki sayğacın funksiyası eynidir və eyni işi görür. Hətta mexaniki sayğacların üstünlüyü də var ki, onlayn ödəniş mümkündür və daim qaz axını var. Smart tipli sayğaclarda kartda olan vəsait bitdikdə qazın verilməsi dayandırılırsa, mexaniki sayğaclarda bildirişi aldıqdan 30 gün ərzində abonentin möhlət hüququ olur”.

Qurum rəsmisi ailəyə sayğacın dəyişdirilməsi barədə xəbərdarlıq edilməməsinə də münasibət bildirib:

“Sayğacın dəyişdirilməsi ilə bağlı bildirişin vətəndaşa təqdim edilib-edilməməsi araşdırılır. Hesab etmirəm ki, bu proses ev sahibinə xəbərdarlıq edilmədən həyata keçirilib. Ola bilər ki, bildiriş təqdim edilən zaman ev sahibi evdə olmayıb və bildiriş mənzilin qarşısına qoyulub və daha sonra harasa düşüb. İstənilən halda bu araşdırılacaq”.
Türkiyə İdlibə tank və artilleriya yerləşdirdiTürkiyə Silahlı Qüvvələrinə aid hərbi konvoy İdlibin cənubundakı Cəbəl əz-Zaviyə bölgəsinə daxil olub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Hərbi konvoyda müntəzəm daşımalarla yanaşı, tank və artilleriya sistemləri də olub.

Qeyd edək ki, Rusiya və İran tərəfindən dəstəklənən qüvvələrin uzun müddətdir Cəbəl əz-Zaviyə bölgəsi ilə Hələbin qərbindəki təmas xətti boyunca hərbi texnika yerləşdirdiyi barədə məlumatlar yayılır.
Neftçalada 16 yaşlı oğlan Kür çayında boğulduBu gün günorta saatlarında Kür çayının Neftçala rayonunun Aşağı Surra kəndindən keçən hissəsində bədbəxt hadisə baş verib.

Avrasiya.net-in məlumatına görə, 2004-ci ildə anadan olmuş kənd sakini Xəyal Zakir oğlu Salayev Kür çayında çimərkən batıb.

Hazırda Fövqaladə Hallar Nazirliyinin Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən suda batmış yeniyetmənin axtarışları aparılır.

"Pandemiyadan irəli gələn çağırışlar dövlət büdcəsi xərclərinin artırılmasını zəruri edib" Bunu Avrasiya.net-ə Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

Onun sözlərinə görə, heç bir dövlətin hazır olmadığı COVİD-19 virusunun yaratdığı pandemiya şəraiti Azərbaycanda da mart ayından vurduğu hərtərəfli ziyanla özünü göstərməkdədir. Ölkə başçısının daimi nəzarətində olan mübarizə tədbirləri, səhiyyə sahəsində atılmış ciddi addımlar, insan sağlamlığının qorunması, həmçinin onların həyat şəraitinə daha çox dəyə biləcək ziyanların qarşısının alınması, ümumilikdə dövlətimizin bu problemdən daha az zərərlə çıxmasına yönəlik fəaliyyət davamlı olaraq aparılmaqdadır:

"Şübhəsiz ki, bu mübarizənin aparılmasında əsas məsələ dövlətin imkanlarının bir daha götür-qoy olunmasını, habelə mövcud dövlət büdcəsinin dayanıqlılığının optimallaşmasını diktə edirdi".

Deputat qeyd edib ki, hökumət tərəfindən həyata keçirilən tədbirlərlə yanaşı, pandemiya şəraitinə uyğun zəruri qanunların qəbul ounması istiqamətində qanunverici orqan olan Milli Məclis də paralel fəaliyyət göstərmişdir. Cari ilin dövlət büdcəsinin dürüstləşdirilməsinə dair, habelə iqtisadiyyatın həssas dönəmində dövlət büdcəsinə yenidən baxılmasını və ilin sonunadək əlavə tədbirlərin həyata keçirilməsi üçün “2020-ci il dövlət büdcəsi üzrə qanun layihəsi”nin qəbul olunmasını zəruri etmişdir.
Qanun layihəsində əsasən pandemiyadan irəli gələn çağırışlar rəhbər tutulmuş və dövlət büdcəsinin xərcləri artırılmışdır. Belə ki, dövlət təhlükəsizliyi, səhiyyə islahatları, iqtisadi fəaliyyət subyektləri, həmçinin rəqəmsallaşma istiqamətində dürüstləşdirilmiş büdcədə əlavə xərclər müəyyən olunmuşdur:

"Eyni zamanda Milli Məclisin avqust ayının 5 – 7-də keçirilmiş növbədənkənar iclasında altı məsələyə baxılmışdır. Qəbul olunmuş qanun layihələri Azərbaycan vətəndaşlarının sağlamlığının, sosial rifahının yaxşılaşdırılmasına, habelə ölkəmizin müstəqilliyinin xarici təhdidlərdən qorunmasının təmin olunmasına xidmət edən qanunlardır".

M.Əfəndiyevin fikrincə, bu gün artıq ölkə rəhbərliyinin COVİD-19 pandemiyası ilə apardığı mübarizədəki rəhbər tutduğu idarəçilik rəsmi rəqəmlərdə özünü nəinki doğruldur, hətta bu yanaşmanın yeni, nümunəvi idarəçilik modeli olması beynəlxalq təşkilatlar tərəfindən səsləndirilir. Hökumətin 24 saat çalışması bahasına əldə olunmuş müsbət nəticələr xalqımız tərəfindən dəyərləndirilir və bu tendensiyanın qorunub saxlanılması bütün Azərbaycan xalqının hamılıqla gündəlik həyat tərzinə çevrilməlidir:
"Əminəm ki, qədirbilən xalqımız bu mübarizədən üzü ağ və az zərərlə həmrəylik, dözüm, səbr nümayiş etdirərək çıxacaq, Cənab Prezidentin “Biz Birlikdə Güclüyük” devizinə əməli töhfə verəcəkdir".