Misir mətbuatı erməni diplomatın yalanlarını ifşa etdiMisirin “Əl-Əxbar” qəzetinə müsahibəsində Ermənistanın hərbi təxribatlarına bəraət qazandırmaq, hətta öz əməllərini başqasının üzərinə atmaq kimi “erməni brendi”nə əl atmaq istəyən, Azərbaycan və Türkiyənin ünvanına cəfəng iddialar səsləndirən işğalçı ölkənin Qahirədəki səfiri Karen Qriqoryanın yalanları elə həmin qəzetdə tutarlı faktlarla ifşa olunub. Azərbaycanın Misirdəki səfiri Tural Rzayevin erməni diplomatının “Türkiyə genişlənmə siyasətini tətbiq etmək və "yeni Osmanlıya" nail olmaq istəyir…” sərlövhəli müsahibəsinə cavabı beynəlxalq hüquqdan və diplomatiyadan nəsibini almamış Qriqoryana “azərbaycanlı şilləsi” effekti yaradıb.

Ermənistan-Misir münasibətləri, Ermənistanın Misirin Avrasiya İttifaqı ilə sərbəst ticarət sazişi imzalamaq səylərini dəstəkləməsinə toxunan, Bakı ilə İrəvan arasındakı son toqquşmalarda Türkiyəni Azərbaycanı hərbi cəhətdən dəstəkləməkdə ittiham edən, daha sonra Ankaranın bu dəstəyini “yeni Osmanlı” siyasətinin davamı olduğunu və Prezident Rəcəb Tayyib Ərdoğanın bölgədəki sabitliyi pozduğunu vurğulayan Qriqoryan "Dağlıq Qarabağ" xalqının (dünyada belə bir xalqın mövcudluğu yalnız ermənilərə məlumdur – AZƏRTAC) Azərbaycanın həmin ərazilərə sahib çıxmasına mane olmaq üçün müqavimət göstərdiyini bəyan edib. Heç bir arqumentə söykənməyən müsahibəsində regionda sülhə və təhlükəsizliyə ciddi təhlükə olan işğalçı Ermənistanın səfirinin məhz Türkiyəni Cənubi Qafqazda sabitliyi pozmaq cəhdlərində ittiham etməsi, “Ankaranın bütün imkanları ilə Azərbaycana dəstək verməyə hazır olduğunu və "bir millət və iki dövlət" prinsipinə uyğun olaraq, Ermənistana qarşı yaxın müttəfiqinə hər cür kömək göstərməyə davam edəcəyini” söyləməsi isə çarəsizlik və qorxu əlamətidir.

Axar.az Azərbaycan səfirinin “Əl-Əxbar” qəzetində dərc olunmuş cavabının mətninə istinadla bildirir ki, diplomatımız beynəlxalq hüququn norma və prinsiplərindən, həmçinin beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarlardan məlumatı olan hər kəsin beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini diqqətə çatdırıb. Eyni zamanda, onlar Azərbaycan torpaqlarının 20 faizinin - Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğuna dair məlumatlıdırlar. Sözügedən münaqişə ilə bağlı sülh danışıqlarının heç bir nəticə verməməsinin əsas səbəbi isə Ermənistanın BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini yerinə yetirməməsi, status-kvonu saxlamasıdır. Həmin qətnamələrdə işğalçı tərəf ilə işğala məruz qalmış tərəflərin adları açıq-aşkar çəkilir.

“Biz dünyanın ən böyük beynəlxalq təşkilatına inanaq, yoxsa torpaqlarımızı işğal edən və bir milyondan çox vətəndaşımızı qaçqın və köçkün vəziyyətinə salan Ermənistanın dediklərinə?!”, -deyə diplomatımız sual verir. Əlavə edir ki, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, öz torpaqlarını işğaldan azad etmək haqqına sahibdir.

İyulun 12-dən başlayaraq Ermənistanın Azərbaycan-Ermənistan sərhədində Tovuz rayonu istiqamətində törətdiyi təxribatlara toxunan səfir bunun əsas səbəbkarının rəsmi Yerevan olduğunu vurğulayır. Qeyd edir ki, çünki Tovuz istiqaməti Azərbaycanın beynəlxalq və regional iqtisadi layihələrinin - neft və qaz kəmərlərinin, İpək yolunun yaxınlığından keçdiyi strateji bölgədir. Azərbaycan bu boru kəmərləri vasitəsilə Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edir və ölkəmizin həmin ərazilərə yaxın Ermənistanla sərhəd yerlərdə hücuma keçməsinin heç bir məntiqi əsası yoxdur. Ona görə də Ermənistanın Azərbaycanı ittiham etməsi gülüncdür.

Azərbaycan səfiri diqqətə çatdırır ki, toqquşmalar baş verən zaman dərhal Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etməsi və bu cəhdin cavabsız qalması üzv olduğu təşkilat belə rəsmi Yerevanın dediklərinə inanmadığını göstərir. Azərbaycan Ordusu erməni hücumlarının qarşısını qətiyyətlə alıb və cavab atəşi ilə düşməni susdurub. Bu hücumlar zamanı Azərbaycan 12 şəhid verib, lakin Ermənistan tərəfi ölənlərin sayını hələ də gizli saxlayır.

Yazıda, həmçinin qeyd edilir ki, BMT, Qoşulmama Hərəkatı, İƏT kimi nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarların tələblərini yerinə yetirməyən, 1994-cü ildə iki ölkə arasında bağlanmış atəşkəs rejimini mütəmadi şəkildə pozan, 1992-ci ildə Xocalı soyqırımını törədən Ermənistan beynəlxalq hüquqdan danışmaq haqqına sahib deyil.

1994-cü ildən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə davam edən danışıqlarının heç bir nəticə verməməsinin səbəbi isə Ermənistanın qeyri-konstruktiv mövqeyidir.

Səfir T.Rzayev qondarma “Dağlıq Qarabağ Respublikası” məsələsi ilə əlaqədar erməni səfirə sual verərək deyir: “Bu, “müstəqil respublikadır?”. Beynəlxalq ictimaiyyət və ya hər hansı bir dövlət, yaxud da Ermənistan tərəfindən belə bir “müstəqil respublika” tanınıbmı?! Xeyr, bu, mümkün deyil və ola da bilməz! Ermənistan da daxil olmaqla heç bir dövlət qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımayıb və tanıya da bilməz”.

Diplomatımız vurğulayır ki, Azərbaycan Prezidenti İlham Əliyev bəyanatında “əgər Ermənistanın özü belə bir “respublikanı” tanımağa qalxsa, bunun cavabını görəcəkdir...” deyə bildirib. Çünki qondarma “respublika” adlandırılan Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Beynəlxalq ictimaiyyət də Dağlıq Qarabağı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, onun ayrılmaz bir hissəsi kimi tanıyır.
“Vətənpərvərlik Vətənə xidmətin ali zirvəsidir!” mövzusunda regional videokonfrans keçirilibAvqustun 6-da Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran və Xızı rayonlarından olan gənclərin iştirakı ilə “Vətənpərvərlik Vətənə xidmətin ali zirvəsidir!” adlı regional videokonfrans keçirilib. Zoom tətbiqi üzərindən təşkil olunan tədbir Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.10. yarımbəndinin (Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin aktual məsələləri üzrə müşavirələrin, konfransların, dəyirmi masaların, mədəni-kütləvi və digər tədbirlərin, telelayihələrin həyata keçirilməsi, vətənpərvərlik mövzusunda əyani vəsaitlərin hazırlanması) icrasının təmin edilməsi, gənclərdə vətənpərvərlik, xalqa, torpağa bağlılıq hisslərinin yüksəldilməsi məqsədi daşıyıb.

Onlayn tədbiri Siyəzən Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov giriş sözü ilə açaraq bildirib ki, dövlətçilik, vətəndaşlıq təkcə orta məktəb dərsliklərində və ya hansısa əyani vasitələrdə əks olunmalı deyil, bütün sahələrdə təbliğ edilməli, sevgi və ehtiram hədəfinə çevrilməlidir. Ali baş komandan, cənab prezidentin əsgər və zabitlərimizə göstərdiyi diqqət və qayğı, etdiyi çıxışlar gənclərdə vətənpərvərlik hisslərinin artmasına son dərəcə müsbət təsir göstərir. Videokonfransda daha sonra Quba Rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nuhbalayev, Qusar Rayon Gənclər və İdman İdarəsinin rəisi Emil Əmirmətov, Xızı Rayon Gənclər və İdman İdarəsinin rəisi Kamran Quliyev, Şabran Rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əliməmmədov, Xaçmaz Rayon Gənclər və İdman İdarəsinin rəisi Elman Məmmədov, regionun fəal gəncləri Şölə Yusifova, Ceyhun Əsədov, Kamal Laçınov, Həlimə Məmmədova, Kənan Bağırov və Xanım Hüseynova çıxış ediblər.
“Vətənpərvərlik Vətənə xidmətin ali zirvəsidir!” mövzusunda regional videokonfrans keçirilib
Çıxışlarda qeyd olunub ki, müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələri isə yalnız öz vətənini sevən, onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilər. Respublikanın əksər gəncləri vətən qarşısında öz vətəndaşlıq borclarını layiqincə başa düşür, onun qorunmasında və milli dövlətçilik quruculuğunda fəal iştirak edirlər. Xüsuilə Vətənin taleyinin təhlükə altında olduğu, onun bütövlüyü uğrunda ölüm-dirim mübarizəsinin getdiyi bir zamanda vətəni qorumağa qadir sadiq gənclərə böyük ehtiyacı var.

Sonda dövlətimizin getdikcə gücləndiyi və işğal altındakı ərazilərimizin geri qaytarılacağı yekdilliklə ifadə olunub.
“Vətənpərvərlik Vətənə xidmətin ali zirvəsidir!” mövzusunda regional videokonfrans keçirilib
“Vətənpərvərlik Vətənə xidmətin ali zirvəsidir!” mövzusunda regional videokonfrans keçirilib
#Bizbirlikdəgüclüyük #SiyəzənGİİ #GənclərvəİdmanNazirliyi #MysGovAz #MysAz #Gənclərsiyasəti
AZAL-ın dövlətə verdiyi gəlir nədir? – İlham ƏliyevDövlət Neft Şirkətinə pul verilir, təkcə qazlaşdırmaya yox, qazma işlərinə, onların xarici tərəfdaşlarla birgə çalışdıqları konsorsiumlarda payının maliyyələşməsinə, digər infrastruktur layihələrinin icrasına. Bu pul haradan gəlir? Dövlət büdcəsindən, özü də böyük vəsait. Xəzər Dəniz Gəmiçiliyi. Düzdür, digər dövlət şirkətləri ilə müqayisədə Xəzər Dəniz Gəmiçiliyində vəziyyət daha yaxşıdır. Ancaq burada da gəmilər, tankerlər hansı pulla alınır? Dövlət büdcəsi hesabına.

Avrasiya.net xəbər verir ki, bunu Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə bildirib.

“Biz indi Gəmiqayırma zavodunda bir neçə gəmi inşa edirik - yük gəmiləri, Ro-Ro tipli gəmilər. Bunu dövlət büdcəsi hesabına edirik, sonra da veririk Xəzər Dəniz Gəmiçiliyinə. Onlar da istismar edirlər və sonra o pulu qaytarırlar? Bu, böyük sualdır. “Azərenerji”yə nə qədər vəsait ayrılır? Düzdür, böyük işlər görülübdür, stansiyalar, yarımstansiyalar tikilir, Mingəçevir İstilik Elektrik Stansiyası demək olar ki, yenidən qurulub. Amma vəsait haradan gəlir, özünün qazandığı vəsaitdən xərcləyir? Yox, dövlət büdcəsindən. Bu gün dövlət büdcəsinin əsas mənbəyi neft-qaz sahəsidir. Digər şirkətlər – AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır. Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək? Dəmir yolu da, həmçinin. Yeni xətlər çəkilir, yeni vaqonlar, yeni lokomotivlər alınır, yüz milyonlarla manat vəsait ayrılır. Bəs, bunun səmərəsi haradadır? Axı, səmərə ilə işləməlidir”, - Prezident qeyd edib.
Karantin yenidən yumşaldılacaqOnu da məruzə etmək istəyirəm ki, vəziyyətin yaxşılaşma istiqamətində inkişaf etdiyini nəzərə alaraq, Operativ Qərargah yaxın zamanlarda bir sıra yumşalma proseslərinə də hazırlıq işləri görür.

Avrasiya.net xəbər verir ki, bunu Baş nazir Əli Əsədov avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə deyib.

"Bununla əlaqədar, bildirmək istəyirəm ki, insanlarımız maska və sosial izolyasiya rejiminə, sanitar-epidemioloji qaydalara hələ uzun müddət riayət etməlidir. O cümlədən həkimlərin və sanitar-epidemioloji qurumların tövsiyəsinə əsasən, açılmaqda olan obyektlərin fəaliyyəti üzrə bizim tərəfimizdən lazım olan bütün təlimatlar hazırlanıb. Buna nəzarət üçün xüsusi qruplar və qurumlar ayrılıb. Əhali və sahibkarlar da bilməlidir ki, həmin qaydalara çox ciddi şəkildə riayət olunmalıdır və buna xüsusi nəzarət ediləcək", - Ə.Əsədov qeyd edib.

Daha 144 yoluxma, 435 sağalma, 3 ölümAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 144 yeni yoluxma faktı qeydə alınıb, 435 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33 247 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 29 275 nəfər müalicə olunaraq sağalıb, 479 nəfər vəfat edib, aktiv xəstə sayı 3 493 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 050, ötən müddət ərzində isə ümumilikdə 76 61 79 test aparılıb.



Komitə sədri əhəmiyyətli təkliflərlə çıxış edib Milli Məclisin deputatı, Təbii sərvətlər, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstər Dövlət Məşğulluq Mərkəzini tənqid edib.

Dəyərli Sahibə xanım, hörmətli deputatlar!

“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun müzakirəsindən irəli gələn bir neçə məsələyə toxunmaq, bəzi təkliflər vermək istərdim. İlk olaraq qeyd etmək istərdim ki, xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmə 190 manatın verilməsi ilə əlaqədar 2 milyon 300 mindən artıq vətəndaşın müraciəti özləri və şəhər ( rayon ) Məşğulluq Mərkəzlərinin əməkdaşları tərəfindən işaxtaran və işsiz kimi qeydiyyata alınsa da, ödəmə 600.000 şəxsə şamil olunduğundan digər müraciət edən şəxslərə kütləvi şəkildə imtinalar verilmişdir.

Təklif edirəm ki, mövcud müraciətlərin yenidən daha dolğun və dəqiq araşdırılması təmin edilsin, bu zaman saya görə əsassız imtinalar verilməsin, birdəfəlik ödəmə əkinə yararsız və ya sahəsi az olan pay torpaqları olan şəxslərə də şamil olunsun, 190 manatdan aşağı olan müavinətlər birdəfəlik ödəmə məbləğinə çatdırılsın. Nazirlik tərəfindən səsləndirilən 26 min iş yeri haqqı ödənilən ictimai işlərdir ki, hazırda bu iş yerləri haqqı olan 190 manat birdəfəlik ödəməni ala bilməyən vətəndaşların hər gün artmaqda olan narazılığının qarşısını ala bilmək üçün Nazirlik tərəfindən vətəndaşlara təklif olunur.

Bunlar küçə və parkların süpürülməsi, təmir və tikinti, dezinfeksiya işləridir, hansı ki heç bir peşə, ixtisas tələb etmir. Mövcud vəziyyətlə əlaqədar işsiz qalan ali təhsilli, kifayət qədər stajı olan vətəndaşlar əlbəttə, pandemiya dönəmində bu cür işlər görüb minimum əməkhaqqı almaqdansa, haqqı olan 190 manatı tələb edirlər. Təklif edirəm ki, rast gəlinən problemləri çözmək üçün, bu kateqoriyadan olan işaxtaranlarin maraqlarını təmin etmək üçün Nazirlər Kabinetinin təsdiq etdiyi“ Haqqı ödənilən ictimai işlərin təşkili qaydaları”na dəyişiklik edilməsi barəsində təşəbbüs göstərəsiniz. Haqqı ödənilən ictimai işlər isə yalnız Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanuna uyğun olaraq peşə hazırlığı olmayan şəxslərə təklif olunsun.

“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 1.5-ci bəndinə uyğun olaraq haqqı ödənilən ictimai işlər – işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə bu Qanuna uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. İkinci isə aktiv məşğulluq tədbirlərini ayrılıqda hər birini şərh etmək istəyirəm. Özünüməşğulluq istiqaməti üzrə proses, xüsusilə də aktivlərlə təmin olunma mərhələsi olduqca ləng gedir. Qanuna əsasən vətəndaş işaxtaran kimi qeydiyyata alındıqdan sonra 5 iş günü ərzində işlə təmin ola bilmədikdə işsiz statusu alır. İşsiz statusu aldıqdan sonra təlimlərə cəlb olunmaq və öz biznes planının qiymətləndirilməsi üçün vətəndaş hardasa 2-3 ay gözləməli olur.

Aktivlərlə təmin olunma isə bəzən 1 ilə qədər çəkir. Bütün bu proses ərzində əgər həmin şəxs işə düzələrsə, o, özünüməşğulluğa cəlb oluna bilmir. Göründüyü kimi, işsiz şəxsin özünüməşğulluğa cəlb olunması bugünün və sosial siyasətimizin tələblərinə cavab vermir. Təklif: vətəndaşın qiymətləndirildiyi ay ərzində aktivlərlə təmin olunmasıdır. Digər bir aktiv məşğulluq tədbiri olan işsiz və işaxtaran şəxslərin peşə hazırlığına cəlb olunması da keyfiyyət baxımından aşağı səviyyədədir. Vətəndaş peşə hazırlığı zamanı verilən minimum əməkhaqqı məbləğində (250 manat) təqaüdə daha çox maraq göstərir. Bu isə onunla əlaqəlidir ki, həmin müddətdə verilən təhsil qənaətbəxş olmadığından çox nadir hallarda həmin şəxs peşə hazırlığını bitirib işə düzələ bilir, əksər hallarda isə bu, mümkün olmur.

Sonda isə daha bir məsələyə aydınlıq gətirilməsini istərdim. Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidmətində aparılan struktur dəyişiklikləri nəticəsində 78 rayon üzrə məşğulluq mərkəzləri ləğv olunaraq 22 ərazi üzrə yeni qurum yaradılmışdır . Hesab edirəm ki, bu addımı günü-gündən artan əhalimizin maraqlarına və vətəndaş məmnunluğunun təmin olunmasına xidmət edən bir addım kimi qiymətləndirmək olmaz. Nəzərə alsaq ki, sosial siyasətimizin əsas qayəsini vətəndaşlara düzgün və operativ xidmət göstərilməsi təşkil edir, halbuki ərazi üzrə yaranan bu idarələrə vətəndaşlarımızın əlçatanlılığı belə mümkün deyildir. İslahat adı altında baş verən bu birləşmə vətəndaşlarda narazılığın artmasına, onların məşğulluq imkanları ilə yetərincə əhatə olunmamasına gətirib çıxaracaqdır.

Təklifim ondan ibarətdir ki, əhalinin say artımı nəzərə alınmaqla iş keyfiyyətinin yüksəldilməsi məqsədilə bu məsələyə yenidən baxılsın. Diqqətinizə görə sağ olun!
Diaspor Komitəsi tənqidi çıxışlarına görə Patriot TV-yə yardım etmədiRusiyada fəaliyyət göstərən Patriot tv-nin Azərbaycan Diasporuna Dəstək Fonduna maliyyə yardımı ilə müracətinə mənfi cavab verilib.

Hörmətli Ceyhun Əliyev,

​ Sizin Azərbaycan Diasporuna Dəstək Fonduna​ “Patriot TV kanalının inkişafı”​ adlı təqdim etdiyiniz layihəyə Fondun Müşahidə Şurasının 30 iyul 2020-ci il tarixli iclasında baxılmış, ətraflı müzakirələr aparılmış və maliyyə vəsaitinin ayrılmasından​ imtina​ qərarı qəbul edilmişdir.​

​ ​ Sizə fəaliyyətinizdə uğurlar arzu edir və hər zaman birgə əməkdaşlıqdan məmnunluğumuzu bildiririk. Qarşıdakı zaman ərzində yeni layihə müraciətləri ünvanlayacağınıza ümid edirik.

​ ​ Fəaliyyətimiz haqqında ətraflı məlumat və yenilikləri əldə etmək üçün mütəmadi olaraq Fondun rəsmi internet və sosial şəbəkələrdəki səhifələrini izləməyi tövsiyə edirik.​ ​ ​ ​

​ ​ Hörmətlə,
​ Azərbaycan Diasporuna Dəstək Fondu
"Qiymətlər əhalinin cibinə uyğun olmalıdır"Vasif Əfəndi
Politoloq

Pandemiyadan sonra açılacaq şadlıq evlərində qiymətlərin əhalinin cibinə uyğunlaşdırılması nəzərdə tutulmalıdır. Yəni ortabab vətəndaş üçün 1 masanın qiyməti 15 manatı aşmamalıdır. Müğənlilər də hadisədən ibrət götürməlidirlər.

Şadlıq evlərində toy qiymətlərinin baha olmasının bir çox subyektiv səbəbləri var. İlk sırada xalqın menatliteti olsa da bir sıra neqativ amillər şadlıq evlərində qiymətlərin süni şəkildə şişirdilməsinə səbəb olub. Xatırlayırsınızsa müasir evlər yeni tikilən zaman kvadrat metri 150-250 manat arasında dəyişdirdi. Sonra şimaldan əsən küləyin təsiri ilə qiymətlər astronomik şəkildə artmağa başlafı. Əslində bu günümzdə belə "sair" xərclər olmasa orta səviyyəli binada 3 otaqlı mənzilin tikikntisinin maya dəyəri 10-15 manatı aşmaz. Nə yazıq ki, durum ortadadır. Hazırda mənzillər dəyərindən 100-500 dəfə baha qiymətə satılır. İnsanlar isə bir mənzil almaq üçün həyatı boyu qazanclarından imtina etməli olurlar.

Eyni vəziyyət toy biznesinə aiddir. Şadlıq evlərinin fəaliyyətində tam şəffaflıq olarsa, kənar müdaxilələr sıfıra endirilərsə o zaman qiymətlərin aşağı salınması qaçılmaz olacaq. Həm də xidmət sahələrində çalışanlar mövcud vəziyyətdən ibrət götürməlidirlər. Anlamalıdırlar ki, onların qaznaclarının böyük hissəsi sıravi vətəndaaşların hesabınadır. Xalqın ödəməyə pulu olmadıqda və ya fövqaladə vəziyyətdə hansı günə düşə biləcəklərini gözə aldınlar. Artıq şadlıq evlərinin sahibləri və musiqiçilər dilə gəliblər.
Prezident: “Təmiz işləyin ki, həm vicdanınız rahat olsun, həm də halal pul qazanın”Avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib.

Baş Nazir Əli Əsədov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarov müşavirədə çıxış ediblər.

Dövlət başçısı müşavirədə yekun nitqi söyləyib.

Avrasiya.net ölkə başçısının çıxışının mətnini təqdim edir:

- İndi bir daha demək istəyirəm ki, pandemiya ilə əlaqədar görülmüş işlərə bütövlükdə yüksək qiymət vermək olar. Ancaq əldə edilmiş nəticələr, eyni zamanda, xəstəliyin nəzarət altında saxlanması bizi sakitləşdirməməlidir. Mən bir daha qeyd etmək istəyirəm, üç həftə ərzində müsbət dinamika onu göstərir ki, bütün addımlar düzgün istiqamətdə atılmışdır. Karantin rejiminin əsas məqsədi ondan ibarətdir ki, biz insanlarımızı bu xəstəlikdən qoruyaq, onların həyatını qoruyaq, sağlamlığını qoruyaq və beləliklə, bu vəziyyətdən az itkilərlə çıxaq. Bu günə qədər biz buna nail ola bilmişik. Hesab edirəm ki, xəstəliyin geniş vüsət almamasının əsas səbəbi məhz çox düzgün atılmış addımlardır.

Müsbət dinamika, əlbəttə ki, indi karantin rejiminin yumşalmasına gətirib çıxarır. Ancaq burada da çox ciddi nəzarət mexanizmi olmalıdır. İndi açılan obyektlərdə bütün sanitar-epidemioloji normalar tam təmin edilməlidir. Sosial məsafə təmin olunmalıdır. Obyektlərdə göstərilən xidmət yeni qaydalar əsasında təşkil edilməlidir. Ən əsas məsələ odur ki, buna nəzarət funksiyaları kimin üzərinə düşür? Siz gərək bu məsələ ilə bağlı ciddi təkliflər verəsiniz. Çünki gərək hansısa qurum, yaxud da ki, qurumlar və ya qurumların bir neçəsi bu məsələyə nəzarət etsin. Hesab edirəm ki, elektron vasitələrdən də istifadə olunmalıdır. İndi bir çox obyektlərdə kameralar var. Bu kameralar gərək bizim ümumi nəzarət sistemimizə qoşulsun və onlayn rejimdə videomüşahidə aparılsın. Çünki əgər hansısa insan müfəttiş kimi hansısa obyektə gedib nəyəsə nəzarət edəcəksə, bunun səmərəsi də ola bilər və eyni zamanda, biz bilirik ki, bəzən bu nəzarət çox xoşagəlməz hallara gətirib çıxarır. Hansısa sövdələşmə, hansısa təmənna ola bilər. Ona görə indiki şəraitdə biz, ümumiyyətlə, rəqəmsallaşmaya daha böyük fikir verməliyik. Həm dövlət, həm də özəl sektor tərəfindən göstərilən xidmətləri də bu ümumi sistemə inteqrasiya etməliyik. Hesab edirəm ki, bu məsələ də gərək çox ciddi nəzərə alınsın və onlayn videomüşahidə sistemləri təmin edilməlidir. Müvafiq dövlət qurumlarının imkanı olmalıdır ki, onlar bu videomüşahidəni aparsınlar. Əgər görsələr ki, sahibkarlar bu qaydaları pozur, onda onlar gərək cəzalandırılsın. Bu, birmənalıdır.

Çünki yumşalma bir çox ölkələrdə xəstəliyin yenidən geniş vüsət almasına gətirib çıxarır. Artıq bu haqda mətbuatda kifayət qədər məlumat var. Demək olar ki, bütün ölkələrdə - harada ki, yumşalma olub, obyektlər, turizm obyektləri, ictimai iaşə obyektləri, xidmət sektoruna aid obyektlər açılıb, orada xəstəlik yenidən geniş vüsət alır və buna ikinci dalğa deyirlər. Amma həkimlərin böyük əksəriyyəti bunu, sadəcə olaraq, sanitar normaların gözlənilməməsi ucbatından baş vermiş hadisə kimi dəyərləndirir. Mən də bu yanaşma ilə razıyam. Çünki bu xəstəlik yoxa çıxmayıb. Ona görə xəstəliyə qarşı mübarizə aparılır. Ancaq heç kim deyə bilməz ki, hansısa ölkə bu xəstəliyə qalib gəlib. İkinci dalğa o halda ola bilər ki, xəstəlik yoxa çıxsın və ondan sonra hansısa yeni bir yoluxma mənbəyi üzə çıxsın. Ona görə bu məsələyə çox ciddi nəzarət olmalıdır və bunu siz təşkil etməlisiniz.

Sosial dəstək bundan sonra da davam etdiriləcək. Bir daha demək istəyirəm ki, bizim bu xəstəliklə bağlı əsas məqsədimiz insanların sağlamlığıdır. Bununla eyni əhəmiyyət daşıyan insanların sosial vəziyyətidir və biz bunu təmin edirik. Ondan sonra əhəmiyyət baxımından bizim iqtisadi vəziyyətimiz, iqtisadi inkişafımız, iqtisadiyyatın dayanıqlılığı və biznes dairələrinə göstərilən dəstək, postpandemiya dövrünə hazırlıq gəlir. Halbuki heç kim deyə bilməz ki, postpandemiya dövrü nə vaxt başlayacaq. Ümumiyyətlə, hesab edirəm ki, indi proqnoz verməyə heç kim cəsarət etməz. Ancaq hər halda, biz buna da hazır olmalıyıq. Yeni fəaliyyətə başlayan biznes sahələri dövlətin dəstəyini nəzərə alaraq gərək artıq öz gələcək planlarını elə qursunlar ki, ölkənin ümumi iqtisadiyyatında canlanma daha da tez baş versin.

Mən yenə də qeyd etmək istəyirəm ki, bizim bu sahədə itkilərimiz var. Ancaq bu itkilər daha genişmiqyaslı ola bilərdi. Bizim iqtisadiyyatımız altı ayda cəmi 2,7 faiz aşağı düşüb. Burada, eyni zamanda, neftin qiymətinin aşağı düşməsi də rol oynayıb. Eyni zamanda, OPEC+ çərçivəsində götürdüyümüz öhdəliklər də öz rolunu oynadı. Çünki biz hasilatı ixtisar etdik. İndi bəzi inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzül 10 faiz, 14 faiz, 20 faiz, ondan da çoxdur. Əlbəttə ki, bu ölkələrə baxdıqda bizdə vəziyyət daha yaxşıdır. Ancaq yenə də iqtisadi inkişafımız təmin edilməlidir. Hesab edirəm ki, bu ilin sonuna qədər görüləcək işlər, xüsusilə, sahibkarlıqla bağlı olan işlər, eyni zamanda, dövlət şirkətlərinin idarə edilməsi istiqamətində atılacaq addımlar bu iqtisadi canlanmanı təmin etməlidir, itkiləri azaltmalıdır. Dövlət şirkətlərində itkilər kifayət qədər böyükdür. İndi, baxın, bizim qaz itkiləri, düzdür, son vaxtlar azalıb, ancaq yenə də dözülməz həddədir. Bizim su itkiləri. Su məsələlərinin həlli ilə bağlı xüsusi müşavirə keçirmişdim, Tədbirlər Planı qəbul edilib və artıq icra olunur. Amma itkilər 40-50 faiz səviyyəsindədir. Elektrik xətlərindəki itkilər də, əlbəttə ki, bizi narahat edir. Baxmayaraq ki, son vaxtlar bu sahəyə böyük vəsait qoyulub, müasir infrastruktur yaradılıb, lakin yenə də itkilər var. Amma özəl sektorda əgər itki varsa, bu özəl sektorun subyekti müflisləşir, biznesini bağlayır və heç kim bunun köməyinə gəlmir. Amma dövlət şirkətləri öyrəşiblər ki, onların bütün qüsurları, bütün itkiləri dövlət tərəfindən bağlanacaq. Hətta ölkəmizdə qazlaşdırma dövlət büdcəsi hesabına aparılır. Halbuki bu, Dövlət Neft Şirkətinin bilavasitə vəzifəsidir. Biz bu il dövlət büdcəsində kəndlərin qazlaşdırılması üçün 100 milyon manat vəsait nəzərdə tuturuq. Yaxşı, əgər dövlət bunu edirsə, onda Dövlət Neft Şirkəti nə ilə məşğuldur. Axı, bu, bilavasitə onun işidir, onun vəzifəsidir.

Bütün digər dövlət şirkətlərində vəziyyət ya buna oxşardır, ya bundan pisdir, ya da ki, bir qədər yaxşıdır. Amma fakt odur ki, əgər dövlət şirkətləri normal korporativ idarəetmə əsasında işləməyəcəklərsə, onda biz bu problemlərlə daim üzləşəcəyik. Bundan sonra buna dözmək olmaz. Hesab edirəm ki, dövlət şirkətlərinə ayrılan vəsait o şirkətlərin səmərəliliyi ilə üst-üstə düşmür. Bu qədər vəsait ayrılıb, daha da böyük nəticə əldə olunmalı idi. Ancaq bu, yoxdur. Çünki birinci növbədə onlar tam əmindirlər ki, dövlət həmişə bunların bütün problemlərini öz üzərinə götürəcək, onların götürdükləri və verə bilmədikləri kreditləri öz üzərinə götürəcək, onlara subsidiya verəcək və beləliklə, bunlarda arxayınlıq yaranıbdır.

Eyni zamanda, israfçılığa yol verilir, bəzi hallarda lazım olmayan layihələr icra edilir, yaxud da bu layihələrin icrasına start verilir. Təbii ki, bu layihələr gərək başa çatdırılsın. Bu layihələr başa çatandan sonra aydın olur ki, bunun səmərəsi yoxdur. Burada, əlbəttə ki, həm idarəetmədə mövcud olan pozuntular, eyni zamanda, bəzi hallarda şəxsi maraqlar rol oynayır. Mən demişəm, bir daha demək istəyirəm ki, dövlət büdcəsinin formalaşması ərəfəsində, müzakirə zamanı bütün dövlət şirkətlərindən sifarişlər gəlir - buraya bu qədər, oraya bu qədər vəsait verin. Biz əlbəttə ki, sosial infrastruktur layihələrinə bundan sonra da dövlət vəsaiti ayıracağıq. Halbuki baxmaq lazımdır, burada da dövlət-özəl sektor tərəfdaşlığı mümkündür, inkişaf etmiş ölkələrdə bu, var. Amma, necə deyərlər, əsas layihələr üçün tələblər dövlət şirkətlərindən büdcə müzakirə olunan zaman gəlir ki, bu qədər vəsait verin bu işi görək. Lakin bu işin səmərəliliyinə heç kim baxmır - bu iş görülməlidir, yaxud görülməməlidir? Bu iş bu ilmi görülməlidir, yoxsa 2 il gözləyə bilər? Buna da heç kim baxmır. Nəzarət aşağı səviyyədədir. Ona görə bu məsələyə mütləq diqqət yetirilməlidir.

Mən bir daha demək istəyirəm ki, əsas məsələ insanların sağlamlığı, onların sosial vəziyyəti və bizim iqtisadi dayanıqlılığımızdır. Çünki əgər bu, olmasa, bu birinci iki vəzifəni biz icra edə bilməyəcəyik. Bizim güclü iqtisadi imkanlarımız olmasa, bütün niyyətlərimiz kağızda qalacaq. Ancaq biz istəyirik bu işləri elə görək ki, ölkə inkişaf etsin, ölkənin gələcəyi qeyri-neft sektorunun inkişafı hesabına təmin edilsin. Əlbəttə, makroiqtisadi vəziyyətin sabit qalması sevindirici amildir, inflyasiya təqribən 3 faiz ətrafındadır və artıq məlumat verildi ki, bizdə xarici borc artmayıb. Ümumi daxili məhsula nisbətdə ola bilsin ki, artıb, çünki ümumi daxili məhsul bizdə azalır və azalacaq. Ancaq bizdə mütləq rəqəmlərdə xarici borc artmayıb və hesab edirəm ki, ilin sonuna qədər azalmalıdır.

Sahibkarlara dəstək bundan sonra daha da şəffaf və mütəşəkkil qaydada göstəriləcəkdir. Sahibkarlar tərəfindən də təqdim edilən layihələr gərək real bazarı nəzərə alsın, həm daxili bazarı, həm xarici bazarı. Çünki burada da boşluqlar var. Baxmayaraq ki, dövlət tərəfindən sahibkarlara güzəştli kreditlər, eyni zamanda, metodiki tövsiyələr verilir, bəzi hallarda təqdim edilən layihələr tam təhlil edilmir. Ona görə bu məsələyə də mütləq baxmaq lazımdır.

Əfsuslar olsun ki, bu il turizm sektoru tam tənəzzülə uğrayıb və əlbəttə, bizi məyus edir. Çünki çox böyük perspektivlər var idi. Ancaq indi yumşalma rejimi çərçivəsində daxili turizmin inkişafı, təşviq edilməsi ilə əlaqədar tədbirlər planı hazırlanmalıdır. Hesab edirəm ki, kifayət qədər imkanlar var.

Onu da bildirməliyəm ki, bizim vergilərimizin 75 faizi özəl sektorda formalaşır. Əgər vergi sistemində ciddi islahatlar aparılmasaydı, biz bu vergiləri də yığa bilməyəcəkdik, onları görə bilməyəcəkdik. Məhz bu sahədə aparılan islahatlar nəticəsində biz 6 ay ərzində proqnozdan əlavə vəsait yığa bildik. Ancaq, əlbəttə ki, ilin sonuna qədər bu, belə davam edə bilməz. Çünki xarici ticarət böyük dərəcədə tənəzzülə uğrayıb, bir çox ticarət obyektləri bağlıdır. Ancaq bu rəqəm həm sevindiricidir, həm də narahatedicidir. Sevindiricidir ona görə ki, bizim özəl sektorumuz artıq vergi verməyə öyrəşir. Onlara edilən güzəştlər, öz mühasibatlığını kölgə iqtisadiyyatından ağ iqtisadiyyata keçirmək üçün verilən müddət artıq öz səmərəsini verdi. Biz əlbəttə ki, bəri başdan cəza tədbirləri tətbiq edə bilərdik və bunun nəticəsində bir çox şirkətlər çətin vəziyyətə düşə bilərdi. Ancaq onlara vaxt, izahat və tövsiyələr verildi - bundan sonra şəffaf işləməlisiniz, gəlirləri gizlətməməlisiniz, kölgə mühasibatlığı yaratmamalısınız. Təmiz işləyin ki, həm vicdanınız rahat olsun, həm də halal pul qazanın. Azərbaycanda halal pul qazanmaq üçün kifayət qədər imkanlar var. Ona görə bu, sevindiricidir. Ancaq narahat edən nədir? Məhz dövlət şirkətlərinin payı. Bəs, dövlət şirkətləri tərəfindən ödənilən vergilər hansı səviyyədədir? Əgər onların vergilərini, dövlət tərəfindən onlara verilən subsidiyaları və birbaşa vəsaitin qoyuluşunu götürsək, görərik ki, nə qədər böyük fərq var. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, dövlət şirkətləri bizim ölkəmizi, bizim iqtisadiyyatımızı aşağı aparır. Bunun başqa izahı ola bilməz.

Dövlət Neft Şirkətinə pul verilir, təkcə qazlaşdırmaya yox, qazma işlərinə, onların xarici tərəfdaşlarla birgə çalışdıqları konsorsiumlarda payının maliyyələşməsinə, digər infrastruktur layihələrinin icrasına. Bu pul haradan gəlir? Dövlət büdcəsindən, özü də böyük vəsait. Xəzər Dəniz Gəmiçiliyi. Düzdür, digər dövlət şirkətləri ilə müqayisədə Xəzər Dəniz Gəmiçiliyində vəziyyət daha yaxşıdır. Ancaq burada da gəmilər, tankerlər hansı pulla alınır? Dövlət büdcəsi hesabına. Biz indi Gəmiqayırma zavodunda bir neçə gəmi inşa edirik - yük gəmiləri, Ro-Ro tipli gəmilər. Bunu dövlət büdcəsi hesabına edirik, sonra da veririk Xəzər Dəniz Gəmiçiliyinə. Onlar da istismar edirlər və sonra o pulu qaytarırlar? Bu, böyük sualdır. “Azərenerji”yə nə qədər vəsait ayrılır? Düzdür, böyük işlər görülübdür, stansiyalar, yarımstansiyalar tikilir, Mingəçevir İstilik Elektrik Stansiyası demək olar ki, yenidən qurulub. Amma vəsait haradan gəlir, özünün qazandığı vəsaitdən xərcləyir? Yox, dövlət büdcəsindən. Bu gün dövlət büdcəsinin əsas mənbəyi neft-qaz sahəsidir. Digər şirkətlər – AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır. Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək? Dəmir yolu da, həmçinin. Yeni xətlər çəkilir, yeni vaqonlar, yeni lokomotivlər alınır, yüz milyonlarla manat vəsait ayrılır. Bəs, bunun səmərəsi haradadır? Axı, səmərə
ilə işləməlidir.

Biz demirik ki, inkişaf etmiş ölkələrdə bu işlər lazımi səviyyədə tənzimlənir? Orada zərərlə kim işləyər? Ola bilər hansısa strateji sahələrə dövlət tərəfindən dəstək, dotasiya verilir. Lakin bir çox hallarda orada bütün iqtisadi münasibətlər bazar iqtisadiyyatı prinsipi əsasında qurulub. Amma belə çıxır ki, bizdə özəl sektor bazar iqtisadiyyatı prinsipləri əsasında fəaliyyət göstərir, - halbuki dövlət oraya da dəstək verir, - amma dövlət şirkətləri elə bil ki, sosializm iqtisadi modelində işləyir. Bu, dözülməzdir. Ona görə bu istiqamətdə çox ciddi addımlar atılmalıdır. Sizə tapşırıram, dövlət şirkətlərinin işi ciddi təftiş edilməlidir və yeni idarəetmə sistemi qurulmalıdır. Belə davam edə bilməz. Bu nəzarətsizlik bundan sonra davam edə bilməz.

Artıq müvafiq qurumlar lazımi təkliflər paketi hazırlayıblar. Mənə də ilkin təqdimat edilibdir. Mən bunu dəstəkləmişəm. Hökumətə tapşırıq verirəm ki, yaxın günlərdə dövlət şirkətlərinin yeni idarəetmə sistemi ilə əlaqədar lazımi sənədlər təqdim edilsin və mən onları imzalayacağam.

Digər məsələ bütövlükdə iqtisadiyyatın liberallaşdırılması ilə bağlıdır. Biz buna da getməliyik. Son vaxtlar bu sahədə aparılan müzakirələr deməyə əsas verir ki, artıq ciddi addımların atılması labüddür. Özəlləşdirmə sahəsində daha geniş islahatlar aparılmalıdır. Həm özəl, həm də xarici şirkətləri biz maraqlandırmalıyıq. Çünki bəzi hallarda şirkətlər müraciət edir və onların müraciətlərinə baxılmır, bəzi hallarda uzadılır. Layihələrin bəziləri icra edilir, bəziləri isə yox. Biz özümüz maraqlı olmalıyıq. Biz xarici və yerli investorlara biznesplan verməliyik - bu sahə var, bu müəssisə var, gəl bunu özəlləşdir. Əgər strateji investor oraya böyük vəsait qoyacaqsa, bunu simvolik qiymətə özəlləşdirmək olar. Əgər, o, zəmanət verirsə ki, buraya böyük vəsait qoyacaq. Ancaq bu yolla biz bu müəssisələri işə sala bilərik. Çünki bizim Bakı şəhərində sovet vaxtından qalan nə qədər dağılmış müəssisələr var. Onların böyük əraziləri var. O ərazilərdə həm yeni sənaye müəssisələri yaradıla bilər, - əlbəttə ki, ekoloji standartları tam gözləmək şərti ilə, - eyni zamanda, şəhərsalma ilə əlaqədar burada böyük layihələr icra oluna bilər. Çünki pandemiya dövründə tənəzzülə uğrayan tikinti sektoru özündə böyük potensial cəmləşdirib. Həm iş yerlərinin açılmasına, həm tikinti materialları sənayesinə, həm də bir neçə sahəyə bunun müsbət təsiri olar. İndi şəhərin içində bizim o qədər yarıdağılmış, çürümüş sənaye müəssisələrimiz var. O investorları cəlb etmək lazımdır. Qoy, gedib öz puluna ərazini abadlaşdırsın, ictimai zonalar yaratsın və binalar tikilsin. Çünki buna ehtiyac var və bu, biznesi canlandıracaq.

Mən artıq qeyd etdim ki, dövlət-özəl sektor tərəfdaşlığı gərək daha konkret layihələr əsasında özünü göstərsin. Deyə bilərəm ki, bu, hələ bir çox hallarda niyyət olaraq qalır. Bizdə bir neçə layihədə dövlət və özəl şirkətlər fəaliyyət göstərirlər, sərmayə qoyublar. Amma bu layihələrin sayı çox azdır. Ona görə burada mütləq yeni yanaşma olmalıdır. Bəlkə də hansısa yeni sahələrdə, hətta infrastruktur layihələrində özəl sektor fəaliyyət göstərə bilər. Bu da mümkündür. Təkcə sənaye müəssisələrinin yaradılmasında yox, infrastruktur layihələrində. Onları, sadəcə olaraq, stimullaşdırmaq lazımdır. Eyni zamanda, biz xarici tərəfdaşları da bu işlərə cəlb etməliyik.

Əlbəttə, xərclərə dövlət nəzarəti mexanizmi daha da təkmil olmalıdır. Burada, əlbəttə ki, dövlət qurumları konkret əlavə təkliflər verməlidirlər və ictimai nəzarət olmalıdır. Bizim üçün böyük əhəmiyyət kəsb edən bütün layihələrin icrasında ictimaiyyət nümayəndələri iştirak etməlidirlər. Mən su ilə bağlı müşavirədə qeyd etdim. Alimlər, qeyri-hökumət təşkilatları, mütəxəssislər, media nümayəndələri - onlar da bu işlərdə iştirak etsinlər. Onlar öz təkliflərini versinlər. Yəni, geniş ictimaiyyət gərək bu işlərə cəlb olunsun. Onda bizim işimiz daha rahat gedəcək və xərclərə nəzarət mexanizmi bir neçə təbəqədən ibarət olacaq.

Biz bütün bu işləri onsuz da görməli idik və görürük. Bizim niyyətimiz və siyasətimiz artıq birmənalı şəkildə vətəndaşlara təqdim edilib. Şəffaflıq, dürüstlük, kölgə iqtisadiyyatının əhatə dairəsinin daralması, biznes mühitinin yaxşılaşdırılması və bu istiqamətdə bundan sonra atılacaq addımlar əminəm ki, həm pandemiya dövründə, həm də postpandemiya dövründə bizə yeni imkanlar qazandıracaq.

O ki qaldı, koronavirusla bağlı mübarizəyə, biz bundan sonra da addımlarımızı vəziyyətə uyğun şəkildə atacağıq. Biz hamımız yaxşı başa düşürük ki, insanlar yorulub, karantin rejimi hamımızı yorur. Bütün rəhbərlik fasiləsiz, demək olar ki, 24 saat ərzində iş başındadır. Çünki bu, elə bir bəladır, elə bir xəstəlikdir ki, hələ çarəsi yoxdur. Ona görə yeganə yolumuz insanları qorumaq, yoluxmaların sayını azaltmaq, xəstəliyin geniş vüsət almasına yol verməmək və beləliklə, vətəndaşlarımızı, dövlətimizi bu vəziyyətdən xilas etməkdir. Odur ki, buna uyğun şəkildə addımlar atılacaq. Karantin rejimi nə vaxt mümkünsə yumşaldılacaq, necə ki, artıq ayın 5-dən yumşalma olubdur. Ancaq vətəndaşlar da gərək başa düşsünlər ki, əgər bu yumşalmadan sonra biz yenə də xəstəliyin kəskin artdığını görsək, başqa çarəmiz olmayacaq, gərək yenə də sərtləşdirək. Biz bunu etmək istəmirik. Mən istəyirəm ki, bu yumşalma prosesi tədricən davam etsin və sonrakı yumşalma addımını şərtləndirsin. Amma əgər vətəndaşlar görsələr ki, artıq hər şey açılıbdır, yenə də bütün bu məsafəyə, qoruyucu vasitələrə əhəmiyyət verməyəcəklərsə, onda xəstəlik yenidən alovlanacaq. Biz gərək yenə də sərtləşdirilmiş tədbirlər görək, yenə də iqtisadiyyata zərbə vurulacaq, yenə də insanlar xəstələnəcəklər. Ona görə bütün Azərbaycan vətəndaşlarına bir daha müraciət edirəm ki, məsuliyyətli olun. Bu, çox ağır xəstəlikdir. Bu xəstəlik yaş tanımır, cavan insanlar, gənc insanlar, fiziki cəhətdən sağlam insanlar, idmançılar xəstələnir və rəhmətə gedir. Bu, dünya üçün çox ciddi problemdir, bu gün dünyanın bir nömrəli bəlasıdır. Ona görə hamımız məsuliyyətli olmalıyıq. Əgər belə olsa, dediyim bütün tapşırıqlar yerinə yetirilsə, biz qısa müddət ərzində bu karantin rejimini daha da yumşaldıb normal həyata daha tez qayıda bilərik.

Hesab edirəm ki, bugünkü müzakirə çox faydalı oldu və verilən bütün tapşırıqlar lazımi səviyyədə yerinə yetirilməlidir.
Hafiz Hacıyevin sürücülük hüququ məhdudlaşdırıldıMüasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev sürücülük hüququndan məhrum edilib. Avrasiya.net Avtosfer.az-a istinadən xəbər verir ki, buna səbəb partiya sədrinin çoxsaylı ödənməmiş cərimələrinin olmasıdır. Eyni zamanda o, çoxsaylı qayda pozuntusuna yol verdiyi üçün cərimə ballarının sayı da sürücülük hüququnun məhdudlaşdırılmasına səbəb olub.

Saytın yazdığına görə, bu gün polis əməkdaşları Hafiz Hacıyevin Azadlıq prospektində qayda pozuntusunun şahidi olublar. Belə ki, yol polisi əməkdaşları ona "saxla" işarəsi versə də, Hafiz Hacıyev tabesizlik göstərərək ərazidən uzaqlaşıb və maşını ofisinin qarşısında saxlayaraq gedib. Polis əməkdaşları ərazidə onun axtarışına başlasalar da, tapa bilməyiblər.

Məlum olub ki, partiya sədrinin sürücülük hüququ iyul ayının 27-də məhdudlaşdırılmasına baxmayaraq, hələ də avtomobil idarə edir.