Bakı Livana 1 milyon yardım edəcək Nazirlər Kabineti Livan Respublikasına maliyyə yardımının göstərilməsi barədə qərəar qəbul edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarda bildirilir ki, 2020-ci il 4 avqust tarixində Livan Respublikasının paytaxtı Beyrut şəhərində baş vermiş güclü partlayış çoxsaylı insan tələfatına və irimiqyaslı dağıntılara səbəb olmuşdur. Bu baxımdan baş vermiş faciənin nəticələrinin aradan qaldırılması üçün Livan Respublikasının humanitar yardıma ehtiyacını nəzərə alaraq, həmin ölkəyə maliyyə yardımının göstərilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Xarici İşlər Nazirliyinə 1 000 000 ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılıb.

Maliyyə Nazirliyinə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etmək tapşırılıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.
MN hərbi xidmət keçmək istəyənlərə müraciət etdiAzərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 35 yaşınadək hərbi vəzifəlilər avqustun 6-dan 31-dək müvafiq sənədlərlə birliklərin, qoşun növlərinin və hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.

Müdafiə Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə Müdafiə Nazirliyinin tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyalarının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilirlər.

Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə 3 (üç) il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.

Namizədlər qəbul komissiyalarına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidirlər:

- kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);

- şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə, çap variantı 2 nüsxədə;

- xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;

- təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti - 2 nüsxədə;

- doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surəti - 2 nüsxədə;

- şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti - 2 nüsxədə;

- nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda) - 2 nüsxədə;

- uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda) - 2 nüsxədə;

- evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış - 2 nüsxədə;

- 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm və 2 ədəd 4,5x6 sm ölçüdə);

- qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji və son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi barədə) arayış;

- hərbi biletin bütün vərəqlərinin surəti (notarial qaydada təsdiq olunmuş) - 2 nüsxədə;

Müraciət etmə yeri: Birliklərin, qoşun növlərinin və hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyaları.

Müraciət etmə vaxtı: 2020-ci il avqustun 6-dan 31-dək, hər gün (bazar günləri istisna olmaqla) saat 09.00-dan 18.00-dək.

Qeyd: Müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.
Nazirlikdən açıqlama: Onlara 109 mənzil verildi...Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 109 şəhid ailəsi və Qarabağ müharibəsi əlillərinə Hövsan Yaşayış Kompleksindən alınmış mənzilləri təqdim edib.

ƏƏSMN-dən Avrasiya.net-ə verilən məlumata görə, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli vurğulayıb ki, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların mənzillə və fərdi evlərlə təminatı işləri ildən-ilə genişlənir. O bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq yaxın bir neçə ildə şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan mənzil proqramı başa çatdırılacaq.

Nazir müavini bildirib ki, 2018-ci ildə Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil və fərdi ev təqdim edilibsə, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verilib. 2020-ci ildə isə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 539 mənzil verilib, digər mənzillər və fərdi evlər də ilin sonunadək veriləcək. İndiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8127 mənzil və fərdi ev verilib.

Onun sözlərinə görə, Nazirlik müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə isə 600 avtomobil verib. 2020-ci ildə də 400 avtomobilin verilməsi nəzərdə tutulub və onlardan artıq 150-si təqdim edilib. Ümumilikdə isə Nazirlik tərəfindən ötən dövrdə müharibə əlilləri və onlara bərabər tutulanların 6900 minik avtomobili ilə təminatı həyata keçirilib.

Yeni mənzillə təmin edilən şəhid ailələri və Qarabağ müharibəsi əlilləri onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, ümumən hərtərəfli təminatlarına göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
Bütün dünya payıza hazırlaşır - Ramin BayramlıÜST-ün və digər beynəlxalq səhiyyə qurumlarının ölkəmizə dəvət edilən ekspertləri payız aylarına hazırlıqla bağlı tövsiyələr verirlər.

Avrasiya.net xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, bütün dünya ölkələri bu hazırlığı görür:

"Çünki xəstəliyin gedişatını öncədən proqnozlaşdırmaq çox çətindir. Virusun gələcəkdə mutasiyaya uğrama ehtimalı, payız aylarında ehtimal olunan digər respirator virus infeksiyalarla birlikdə gedişatı və s. problemlərə səbəb ola bilər. Bununla səhiyyə müəssisələrinin üzərinə düşən yük arta bilər. Bu baxımdan bütün ölkələr ehtiyat tədbirini görür. Bu gün vəfat edənlərin sayını dünya statistikası ilə müqayisə etsəniz görərsiniz ki, ölkədə bu rəqəm 2 faizdən daha azdır. Orta yaş təxminən 65 yaş civarındadır. Bu da onu göstərir ki, tibb müəssisələrimizin hazırlanması, müalicə protokollarının düzgün tərtibi insanlarımızın sağlamlığını qorumağımıza imkan verib”.
Beyrut bu silahla vuruldu? – Şok videoLivanın paytaxtı Beyrutda partlayışdan əvvəl ortaya çıxan görüntü yeni iddalara səbəb olub.

Axar.az xəbər verir ki, bu barədə “Yeni Akıt” nəşri məlumat yayıb.

Videoda bir cismin uçaraq anbara doğru yaxınlaşdığı və ardından partlayışın baş verdiyi görünür.

Bəziləri bunun quş olduğunu deyib və hücum törədilmədiyini iddia edib.

Ancaq üzə çıxan bir fakt hücum ehtimalını gücləndirib. Belə ki, ABŞ istehsalı olan “Maveric” dronları kamuflyaj üçün quş formasında hazırlanıb. Partlayış zamanı da quşa bənzəyən bir cismin anbar istiqamətində hərəkət etməsi diqqət cəlb edib. Adı çəkilən dronun partlayışda istifadə edilə biləcəyi iddia olunur.
10 prokurorluq işçisi məsuliyyətə cəlb edilibBu ilin birinci yarısında xidməti fəaliyyətlərində qanun pozuntusu hallarına yol vermiş 10 prokurorluq işçisi barədə xidməti yoxlamalar aparılaraq, intizam məsuliyyətinə cəlb olunublar.

Avrasiya.net-in məlumatına görə, bu barədə prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində Baş prokuror Kamran Əliyev bildirib.

K.Əliyev qeyd edib ki, onlardan 3 nəfərə töhmət, 1 nəfərə şiddətli töhmət verilib:

“5 nəfər vəzifədən azad edilib, 1 nəfər isə prokurorluq orqanlarından xaric edilib”.
Səfir jurnalisti bağışladıÖtən gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova və onun oğlu Həbib Axundov haqqında həqiqətə uymayan məlumatlar yayan şəxslə bağlı qərar verilib.

Avrasiya.net xəbər verir ki, xanım səfirə qarşı kampaniya aparanlardan biri - 81 yaşlı Feyruz Haşimovun Bakının Binəqədi Rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayəti təmin edilməyib.

Elmira Axundovanın maraqlarını təmsil edən vəkil Afət Qazıyeva bildirib ki, məhkəmə E.Axundovanın haqlı olduğunu tam təsdiqləsə də, xanım səfir məhkəmənin qərarı ilə F.Həşimovun ona ödəməli olduğu və böhtan nəticəsində vurduğu mənəvi ziyanın kompensasiyası olan 10 min manatı bağışlayıb.

Vəkil E.Axundovanın F.Həşimovun yaşını və məhkəmə çəkişmələrini öz istəyi ilə yox, üçüncü şəxslərin israrı ilə davam etdirməsini nəzərə alaraq, onu bağışladığını bildirib.

Buna baxmayaraq, F.Həşimov məhkəmənin tələbi olan yalanını təkzib etməkdən imtina edir.

Vəkilin sözlərinə görə, bu, hər vəchlə məhkəmə çəkişmələrini uzatmaq və F.Həşimovdan istifadə edərək, Axundovlar ailəsini ləkələmək cəhdlərini davam etdirmək niyyətində olan digər qüvvələrin onun arxasında dayandığını bir daha göstərir.

Qeyd edək ki, Fərman Məmmədov və digər bir qrup şəxsin də E.Axundovaya qarşı apardığı kampaniyaya hüquqi qiymət verilib. 31 avqust 2018-ci il tarixində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində hakim Kamran Əsədovun sədrliyi ilə Elmira Axundova və oğlu Həbib Axundovun iddiası üzrə məhkəmə başa çatıb.

Məhkəmənin çıxardığı qərara əsasən, Fərman Məmmədov və tərəfdaşları yalan məlumatlar yaydıqları kütləvi informasiya vasitələrində təkzib verməli idilər.

Bununla yanaşı, məhkəmə Elmira Axundovanın şərəf və ləyaqətini ləkələyən məlumatların yayılmasına, eləcə də ona dəymiş mənəvi ziyana görə hər birindən 10 min manat məbləğində təzminatın ödənməsi barədə qərar qəbul etmişdi. Eyni zamanda, məhkəmə Həbib Axundovun iddiasını qismən təmin edərək, təqsirləndirilən şəxsləri 50 000 manat cərimə etmişdi.

Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə bu hökmü qüvvədə saxlamışdı.
TƏBİB jurnalist Əmrah Fəqanoğlu ilə bağlı məsələni araşdırırMərhum jurnalist Əmrah Fəqanoğlunun mobil telefonu müalicə aldığı xəstəxanada itib. Modern.az-ın məlumatına görə, bunu onun oğlu Kənan Fəqanoğlu jurnaslitin sosial şəbəkə hesabında ictimailəşdirib.

“Hörmətli dostlar. Çox xahiş edirəm xəbərin ictimailəşməsinə və bu məsələnin həll olmasında mənə kömək olardınız.
17 iyul 2020 ci il tarixdən 28 iyul 2020 ci il tarixə qədər özünə təhvil verdiyim Əmrah Fəqanoğluna məxsus olan telefon müalicə aldığı "Yeni Klinika" tərəfindən ailəsi və yaxınlarına təhvil verilməyib və oğurlanıb,itib adı altında məlumat verilib. Bu cür məsuliyyətsizlik və mənəvi dəyəri olan şəxsi əşyanın qaytarılmaması yolverilməzdir”.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva Modern.az-a bildirib ki, məsələdən məlumatlıdırlar.

Əliyeva deyib ki, xəstəxanaya girişdə xəstələrin şəxsi əşyaları siyahıya alınır:
“Klinikadan verilən məlumata görə, həmin siyahıda mərhumun şəxsi əşyaları arasında telefon olmayıb. Daha sonradan pasiyentə ailəsi tərəfindən hər hansı şəxsi əşyaları gətirilmə ehtimalı var, hansı ki, hansısa personal tərəfindən içəri keçirilə bilərdi. Bununla bağlı da Klinika araşdırma aparır”.

TƏBİB rəsmisinin sözlərinə görə, bu barədə klinikanın rəhbərliyinə də məlumat verilib:

“Hazırda məsələ araşdırılır”.
Ermənistan növbəti inqilaba doğru sürüklənir - Əlisahib Hüseynov Ermənistanda hakimiyyətin opponentlərinə və vətəndaş cəmiyyəti fəallarına qarşı repressiyanı gücləndirməsi düşmən ölkənin daxilində baş verən dərin siyasi böhrandan və kataklizmlərdən irəli gəlir.

Bunu Avrasiya.net-ə Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov açıqlamasında bildirib.

Partiya sədri qeyd edib ki, hazırda Ermənistanda əhalinin hakimiyyətə etimadının ən aşağı həddə enməsi ilə əlaqədar dərin siyasi və iqtisadi böhran yaşanır. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətinin nüfuzdan düşməsini get-gedə daha da sürətləndirir. Ermənistan KİV-lərinə və müstəqil ekspertlərin açıqlamalarına ötəri göz gəzdirmək kifayət edər ki, düşmən ölkədə iqtisadi böhran və sosial problemlərin ən yüksək həddə çatmasının əyani şahidi olaq. Üstəgəl, COVID-19 virusuna yoluxma halları ilə bağlı aparılan mübarizənin effektivsizliyi də Paşinyan iqtidarının imicinə və reytinqinə ağır zərbə vurur. Bunun əksi olaraq müxalifət isə getdikcə daha çox tərəfdar toplayır.

Ə.Hüseynovun fikrincə, yaranmış vəziyyət Ermənistandakı sosial-siyasi zəmində kataklizmlərin getdikcə daha da dərinləşəcəyini proqnozlaşdırmağımıza imkan verir. Bu isə Paşinyanı və komandasını müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq üçün repressiyaları gücləndirməyə sövq edir. Paşinyan öz siyasi rəqiblərini həbs etdirir, söz və mətbuat azadlığını məhdudlaşdırır. Bütün bunları aqressiv şəkildə həyata keçirərkən isə demokratiya pərdəsi arxasında gizlənir, korrupsiyaya qarşı mübarizə apardığını iddia edir. Vətəndaş cəmiyyəti institutlarının fəalları, repressiyaya qarşı küçəyə çıxan sadə vətəndaşlar polis tərəfindən kütləvi şəkildə həbs edilir:

“Hazırki Ermənistan hakimiyyətinin qatı rəqiblərinin sırasında ilk növbədə Artur Vanetsyan və Qagik Sarukyan ən başda gəlir. Paşinyan hər iki şəxsə qarşı amansız mübarizə üsullarına, təzyiq və qarayaxma kampaniyalarına əl atır. Milli Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyan bir müddət öncə qəfildən istefa verib, Paşinyana qarşı çıxdığını və “Hayrenik” (Vətən) partiyasını elan edib müxalifətdə olduğunu bildirəndən sonra, necə deyərlər, onun qara günləri başlayıb. Ermənistan hakimiyyətinin siyasi opponentlərə qarşı təqibləri, təzyiqləri davam etdirməsi çərçivəsində Milli Təhlükəsizlik Xidmətinin (MTX) Silah şöbəsinin rəisi Artak Torosyan saxlanılıb. Paşinyan silah şöbəsinin rəisindən keçmiş “baş çekist”ə qarşı istifadə etmək niyyətindədir. Ondan Artur Vanetsyana qarşı saxta şahidlik etməsi tələb olunub. Qeyd edək ki, A.Vanetsyan qanunsuz silah saxlamaqda ittiham olunur. Amma bu kifayət qədər absurd iddiadır. Təhlükəsizlik strukturuna rəhbərlik etmiş bir şəxs heç vaxt belə bir səhlənkarlığa və ciddi qanun pozuntusuna yol verə bilməzdi. Məhz bu baxımdan A.Vanetsyan da bildirib ki, son səkkiz ay ərzində barışmaz siyasi fəaliyyətini dayandırmaq üçün hakimiyyət ona qarşı hər vasitə ilə təzyiq və təqiblər həyata keçirir”.

Partiya sədri onu da vurğulayıb ki, Paşinyan “Çiçəklənən Ermənistan” Partiyasının sədri, Ermənistan parlamentindəki “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyana qarşı da eyni üsullarla mübarizə aparır. Paşinyanın Sarukyanı özünə ciddi siyasi rəqib hesab etməsi və Sarukyanın da öz növbəsində Paşinyan hakimiyyətini sərt tənqid etməsi hələ iyun ayından etibarən bu müxalifət liderinə qarşı çox ciddi təzyiq və təqiblər seriyasına start verilməsinə rəvac verdi. Nəticədə Sarukyanın deputat toxunulmazlığı parlament tərəfindən ləğv edildi. O, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa çağırıldı. Hakimiyyət yönlü media Sarukyana qarşı “səlib yürüşü”nə çıxdı:

“Ümumiyyətlə, Ermənistanın baş naziri Nikol Paşinyanın ölkədə yaratdığı sərt repressiya və diktatura nəticəsində bu ölkənin hüquq-mühafizə sistemi də müxalifətə, vətəndaş cəmiyyətinə qarşı cəza institutuna çevrilib. Bu gün Ermənistanın hüquq-mühafizə orqanlarının əsas funksiyası müxalif siyasi qüvvələrin nümayəndələrini sifariş əsasında təqib etməkdir. İctimai fəallardan biri, Ermənistanda tez-tez aksiyalar təşkil edən Manvel Manukyanın da yazdığı kimi indi “demokrat”ların idarə etdiyi “demokratik” Ermənistanda demokratiya, azadlıq, söz azadlığı, sərbəst toplaşma azadlığı, insanların şikayət etmək hüququ yoxdur. Bax, buna deyirlər əsl nonsens.

Nikol Paşinyan artıq tamamilə reallıq hissini itirməkdədir. Onun repressiv və antidemokratik addımları Ermənistan ictimaiyyətinin təsəvvürlərində Paşinyanın diktator obrazının formalaşmasına səbəb olub. İndi istər sıravi ermənilər, istərsə də siyasi rəqibləri Paşinyanı inqilabçı diktator kimi qəbul edirlər. Pandemiyanın və siyasi repressiyaların yaratdığı böhran Paşinyansayağı diktaturanın get-gedə daha da sərtləşməsinə səbəb olur. Paşinyanın isə hazırda yeganə məqsədi ölkədə şiddətli siyasi repressiyalar həyata keçirməklə öz diktaturasının ömrünü uzatmaqdır. Bu isə Ermənistanı növbəti inqilaba doğru sürükləyir”.


Nazirlik yeni dərs ili ilə bağlı məlumat yaydıÖlkəmizdə koronavirus (COVİD-19) pandemiyasına qarşı görülən tədbirlər nəticəsində virusun geniş yayılmasının qarşısını almaq mümkün olmuş və son günlər yoluxmaların sayında azalma müşahidə edilməkdədir.

Təhsil Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, bu dinamikanın qorunub saxlanılması məqsədilə 31 avqust 2020-ci il tarixədək ölkə ərazisində xüsusi, o cümlədən bir sıra şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsində müəyyən məhdudiyyətlər qalmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və YUNESKO dünyadakı mövcud pandemiya şəraitində qeyd etmişlər ki, təhsil sistemləri epidemioloji vəziyyətə uyğun çevik yanaşmalar tətbiq etməli və yeni prosedurların hazırlanmasına ciddi önəm verməli, lakin COVID-19 pandemiyası ilə bağlı tətbiq olunan məhdudiyyətlərin ləğvi məsələsinə həddən artıq ehtiyatla yanaşılmalıdır.

Hazırda Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 2020-2021-ci tədris ilinə hazırlıq məqsədilə sistemli tədbirlər həyata keçirilir. Ümumi təhsil müəssisələrinin I siniflərinə şagirdlərin qəbulu prosesi aparılır, müəllimlərin işə qəbulu imtahanının növbəti həftədən başlanması nəzərdə tutulur, təhsil müəssisələrinin tikintisi və təmiri, tədris resurslarının hazırlanması və digər sahələr üzrə işlər isə davam etdirilir. Eyni zamanda, Təhsil Nazirliyi tərəfindən pandemiya şəraitində tədris prosesinin təşkili ilə bağlı digər ölkələrin təcrübəsi və beynəlxalq təşkilatların tövsiyələri öyrənilir, ölkəmizin aidiyyatı dövlət qurumları ilə bu istiqamətdə müzakirələr aparılır.

Ölkədəki sanitar-epidemioloji şəraitdən asılı olmayaraq, 2020-2021-ci tədris ilində bütün təhsilalanların təhsil hüququnun təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülməkdədir. Bunun üçün ənənəvi təhsil forması ilə yanaşı müxtəlif təhsil pillələri üçün bir sıra modellər artıq formalaşdırılıb. Bu istiqamətdə mövcud resurslardan istifadə ilə yanaşı beynəlxalq təşkilatlarla da əməkdaşlıq həyata keçirilməkdədir.

Tədris prosesinin təşkili ilə bağlı təkliflərin hazırlanması zamanı təhsilalanların yaş qrupları və öyrənmə ehtiyacları, təhsil pillələrinin xüsusiyyətləri, təhsil infrastrukturunun imkanları, ölkənin müxtəlif bölgələrində epidemioloji vəziyyət və ölkədə karantin rejimi ilə bağlı tətbiq edilən məhdudiyyətlər nəzərə alınır. Bununla bağlı mütəmadi olaraq ictimaiyyətə məlumat veriləcək.