Reanimasiyada 272 nəfər varAzərbaycanda son 24 saatda koronavirusla bağlı daha 6 727 nəfər test edilib.

TƏBİB-dən Avrasiya.net-ə verilən məlumata görə, indiyədək ölkədə 738 963 nəfər koronavirusa qarşı test edilib.

Ölkədə 286 yeni yoluxma, 8 ölüm qeydə alınıb.

Qeyd edək ki, indiyədək ölkəmizdə 32 443 nəfər virusa yoluxub, 462 nəfər ölüb, 27 113 nəfər isə sağalıb. Son sutka ərzində 639 nəfərin müalicəsi başa çatdığı üçün evə buraxılıb. Hazırda müalicəsi davam edən xəstələrin sayı 4 868 nəfərdir.

Məlumata görə, hazırda reanimasiyada 272 nəfər müalicə alır, 62 nəfər isə süni tənəffüs cihazına qoşulub.
286 yoluxma, 639 sağalma, 8 ölüm Azərbaycanda koronavirus infeksiyasına 286 yeni yoluxma faktı qeydə alınıb, 639 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Avrasiya.net-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 32 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 27 113 nəfər müalicə olunaraq sağalıb, 462 nəfər vəfat edib, aktiv xəstə sayı 4 868-dir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 727 , ötən müddət ərzində isə ümumilikdə 738 963 test aparılıb.

MN-dən Polad Həşimovun ölümü ilə bağlı - Rəsmi açıqlamaGeneral-mayor Polad Həşimovun həlak olması ilə bağlı manipulyasiyalar şəhidlərimizin ruhuna hörmətsizlikdir.

Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyindən bildirilib.

"General-mayor Polad Həşimovun həlak olması ilə bağlı sosial mediada və bəzi saytlarda həqiqətə uyğun olmayan məlumatın və videomaterialın yayılması böyük təəssüf hissi doğurur.

Videomaterialda 2016-cı ilin aprel əməliyyatları ilə bağlı iddialara cavab olaraq bildiririk ki, nəinki Talış kəndi istiqamətində, o cümlədən azad edilmiş heç bir yüksəklikdən bir addım da geri çəkilmə olmayıb və həmin yüksəkliklərə sancılan Azərbaycan bayraqları bu gün də orada dalğalanır.

Videoda general-mayor P.Həşimovun şəhid olması ilə bağlı irəli sürülən fərziyələri qəti surətdə rədd edir və bunu şəhidlərimizin ruhuna hörmətsizlik kimi qiymətləndiririk. İddia edildiyi kimi, general “cəbhə xəttindən 31 kilometr geridə” deyil, tabeliyində olan əsgərlərlə bir yerdə döyüşdüyü səngərdə şəhid olub. Buna görə də həmin materiallarda irəli sürülən iddiaların heç bir əsası yoxdur, yalandır və düşmən maraqlarına xidmət edir.

Bir daha kütləvi informasiya vasitələrinin nümayəndələrinə müraciət edərək, təmsil olunduqları media orqanlarında qeyri-peşəkar açıqlamalara, təhrif olunmuş və yanlış fikirlərə yer ayırmamağı, ümumilikdə şəhidlərlə bağlı yayılan xəbərlərə xüsusi həssaslıqla yanaşmalarını və daha konstruktiv mövqe nümayiş etdirməklərini tövsiyə edirik.

Müdafiə Nazirliyi mediamızdan və sosial şəbəkə istifadəçilərindən şəhidlərə və onların ailələrinə hörmət, hərbi qulluqçularımızın vətənpərvərlik ruhunun və döyüş əzminin yüksəldilməsinə xidmət edən çıxışlar gözləyir", - deyə xəbərdə qeyd edilir.
Koronavirusun ağciyərlərə vurduğu zərəri belə bərpa etmək olar - Mütəxəssisdən VACİB TÖVSİYƏKoronavirusdan sağalan xəstələr tənəffüs gimnastikası ilə ağciyərləri bərpa edə bilərlər.

Publika.az xəbər verir ki, bunu Rusiya Milli Tibbi Tədqiqat Universitetinin professoru, pulmonoloq Aleksandr Karabinenko deyib.

Врач рассказал о возможности восстановления легких после коронавируса

Onun sözlərinə görə, bu cür məşqlər ağciyər toxumasını və tənəffüs əzələlərini bərpa edə bilər. Bununla birlikdə, xəstələr bərpa prosesinin sürətli olmayacağına hazır olmalıdır: "Bütün bunlar xəstəliyin nə qədər ağır olduğundan, ağciyərə dəyən zərərin həcmindən asılıdır. İkitərəfli ağciyər pnevmoniyasının 50%-dən çox olduğu ağır bir COVID-19 xəstəliyindən sonra tənəffüs funksiyası uzun müddət normadan kənara çıxır. Vəziyyət pisləşir və bu, problemə çevrilir - pulmoner fibroz meydana gəlir. Bu, ağciyərlərdə tənəffüs funksiyasını uzatmayan və məhdudlaşdıran birləşdirici liflər ilə böyüməyə gətirib çıxaran prosesdir. Buna görə ağciyərdəki bu elementlərin mümkün qədər tez udulması və elastik toxuma ilə əvəz edilməsi təmin edilməlidir. Bu təxminən 1,5-2 il çəkə bilər".

Onun sözlərinə görə, bunu "donuz qripi" nin təsirlərinin öyrənilməsində əldə olunan məlumatlar sübut edir.

Pulmonoloqun sözlərinə görə, fiziki reabilitasiyanın bir neçə məqsədi var: "Əsas istiqamət tənəffüs funksiyasını bərpa etməkdir. Sinə hərəkətliliyini də bərpa etmək lazımdır. Bunun üçün nəfəs məşqləri kompleksləri var. Bu, bir həkim tərəfindən hazırlanmalıdır. Bu tədbirlərin effektivliyi iki-üç həftəlik reabilitasiya kursundan sonra tənəffüs funksiyası ilə izlənilir. Lakin heç bir ciddi xəsarət yoxdursa - yəni fibroz dəyişikliklərin 50 faizindən az hissəsi varsa, bir qayda olaraq, hər şey öz-özünə bərpa olunmalıdır.
Ermənilər Lavrova babalarının qəbrini göstərdi - VideoRusiya XİN rəhbəri Sergey Lavrovun erməni babalarının qəbirləri tapılıb.

Avrasiya.net Moderator.az-a istinadən xəbər verir ki, Ermənistanın Lori bölgəsinin Ardvi kəndindəki Hovhannes kilsəsinin həyətində Kalantaryan ailəsinin məzarlığı var.

Rusiya xarici işlər naziri, vaxtilə Tiflisdə məskunlaşan Kalantaryan ailəsinin qollarından birinin birbaşa nəslindəndir.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov 21 mart 1950-ci ildə Tiflisdə anadan olub. Bildirilir ki, Lavrovun atası Kalantaryan adlı bir Tiflis ermənisi idi. Daha sonra anası Valeria Borisovna Lavrovanın soyadını götürüb.

17 fevral 2005-ci ildə Ermənistana növbəti səfəri zamanı Lavrov İrəvanda Rusiya-Erməni (Slavyan) Universitetinin tələbələri ilə görüşüb. Tələbələrdən biri soruşub ki, erməni əsilli olmaq onu narahat edirmi?

Lavrov cavab verib: "Tiflis köklərim var, çünki atam oradandır, damarlarımda erməni qanı axır və başqa heç kimin qanı axmır. Bu qan mənə heç bir şeydə mane olmur."

Xatırladaq ki, Rusiyanın Baş naziri Mişustinin də bir tərəfi ermənidir və Qarabağ münaqişəsinin də həll edən əsas ölkə kimi Rusiya tərəfdən 16 ildir danışıqlara rəhbərlik edənlər də ermənilərdir.

İŞİD “kəşfiyyatçısı” öldürüldüƏfqanıstanın Nəngərhar vilayətində İŞİD-in Xorasan üzrə “kəşfiyyatçısı” Əsədullah Orukzey öldürülüb.

Avrasiya.net xəbər verir ki, bu barədə Əfqanıstan Milli Təhlükəsizlik Nazirliyi məlumat yayıb.

Məlumata görə, Ə.Orukzey Əfqanıstanda törədilən qanlı terror aksiyalarının təşkilatçısı olub.
Ronaldo dünyanın ən bahalı avtomobilini aldı - FotoPortuqaliya millisinin və “Yuventus”un oyunçusu Kriştiano Ronaldo İtaliya A seriyasının çempionu adını qazandıqdan sonra özünü 9,5 milyon avroluq dünyanın ən bahalı avtomobili ilə mükafatlandırıb.

İnstaqram səhifəsində yeni avtomobilinin fotosunu paylaşan futbolçu “Mənzərəni siz seçin” yazıb. 35 yaşlı Ronaldonun maşın kolleksiyasına daxil etdiyi yeni avtomobili dünyada cəmi 10 ədəd istehsal olunan “Bugatti La Voiture Noire”dir. 1600 at gücündə olan bu model saatda 380 kilometr sürətlə hərəkət edə bilir.

Qeyd edək ki, Ronaldonun avtomobil kolleksiyasının ümumi dəyərinin 30 milyon avro olduğu təxmin edilir.

Azərbaycan və Türkiyə QHT-lərindən Ermənistana tələbAzərbaycanda fəaliyyət göstərən Müasir İnkişaf Birliyinin təşəbbüsü ilə Türkiyədəki 30 qeyri-hökumət təşkilatı birgə Bəyanat qəbul edib. Bəyanatda işğalçı Ermənistanın təcavüzü, onun Azərbaycanla cəbhə bölgəsindəki təxribatları, Türkiyəyə qarşı ərazi iddiaları, saxta soyqırım tələbləri qətiyyətlə pislənilir, bunlara son qoyulmasına çağırılır.

Bəyanatın tam mətnini təqdim edirik:

Bir neçə həftədir ki, Azərbaycan-Ermənistan sərhəddinin Tovuz rayonu istiqamətində, o cümlədən işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda hərbi gərginlik yaşanır. Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbiçiləri şəhid olur, yaralanır, mülki əhalinin yaşadığı məntəqələrə ziyan dəyir, dağıntı və təlafatlar baş verir. Belə bir mürəkkəb vaxtda Azərbaycana ilk dəstək Türkiyə dövlətindən, türk xalqından gəldi. Təqdirəlayiq haldır ki, “Bir millət, iki dövlət” prinsipindən çıxış edən Türkiyənin ali siyasi rəhbərliyi və xalqı Azərbaycanın haqq işində onun yanında olduğunu qətiyyətlə bəyan etdi.

İşğalçı Ermənistan, onun riyakar siyasi rəhbərliyi və xaricdən bu prosesləri qızışdıran erməni diasporu və lobbisi təkcə Azərbaycana deyil, həm də Türkiyəyə problemlər yaradır. Tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətini quran, sonradan Qarabağ və ətraf əraziləri işğal edən ermənilərin Türkiyəyə, Gürcüstana qarşı saxta soyqırım və ərazi iddiaları bu dövlətin, onu yönəldənlərin nə qədər məkrli siyasət yürütdüklərinin göstərir. Artıq iki əsrə yaxındır ki, bölgədəki bütün millətlərə (türk, kürd, yəhudi, talış, tat, ləzgi və s.), dinlərin nümayəndələrinə (müsəlman, xristian və s.) nifrət bəsləyən, onlara fəlakətlər gətirən və soyqırımlar törədən ermənilərin hümanizm və insan haqlarından danışması riyakarlıqdır. Ermənistanın təcavüzünə qarşı dünyanın aparıcı demokratik dövlətlərində soydaşlarımızın təşkil etdikləri dinc etiraz aksiyalarına terrorçu erməni təşkilatlarının bilavsitə iştirakı ilə edilən hücum və zorakılıqlar qarşı tərəfin münaqişənin dinc yolla həllində maraqlı olmadığını bir daha göstərdi.

Bütün bunları nəzərə alaraq biz – aşağıda imza atan Azərbaycan və Türkiyə qeyri-hökumət təşkilatlarının rəhbərləri Ermənistandan beynəlxalq hüquqa və insan haqlarına hörmətlə yanaşmağı, işğalçı qoşunlarını Qarabağ və ətraf rayonlardan çıxarmağı, Azərbaycana qarşı təcavüzü dayandırmağı, saxta soyqırım tələblərindən, Türkiyəyə və qonşu dövlətlərə ərazi iddialarından əl çəkməyi, xarici ölkələrdə yaşayan türk və müsəlmanlara qarşı illərdir davam edən terror və zorakılıqları dərhal dayandırmağı tələb edirik!

1. Müasir İnkişaf İctimai Birliyi
2. Anka Der
3. Dünya Azərbaycanlıları Yazarlar və Media Dərnəyi
4. Osmanlı Diriliş Halk Harekatı
5. Türkiye Muhabirler Derneği
6. İç Anadolu Derneği
7. Voicepress Uluslararasi Haber ve Araştırma Merkezi
8. Türkçe Konuşan Gazeteciler Birliği
9. Türkiye Bürokratlar Birliği
10. Şahlanış Hareketi
11. İğdır Azerbaycan Dil, Tarih ve Kültür Birliğini Yaşatma ve Destekkeme Derneği
12. İğdır Azerbaycan Evi derneği
13. Türk Dünyası Platformu
14. Türk Dünyası Kültür ve İnsan Hakları Derneği
15. Türk Macar Dostluk Platformu
16. Kazak Ukrayna Partisi
17. Kıbrıs Türk Barış Harekatı
18. Bulgaristan Türk Kadınlar Birliği
19. Suriye Türkmen Harekatı
20. Türk Dünyası Başbuğ Sekretaryası
21. Kırıma Özgürlük Platformu
22. Ülkücü Alperen Bozkurtlar Harekatı Hanım Komisyonları Genel Başkanlığı
23. 7 Hilal Örgütü Genel Başkanlığı
24. Türkiye Hanım Elleri Derneği
25. MAMAK Havadis Gazetesi
26. IĞDIR il Derneği
27. Güngören Iğdırlılar Derneği
28. MAMAK Muhtarlar Derneği
29. Ağrı İli Tanıtım Dernegi
30. İstanbul Türkiye Azerbaycan Derneği (İSTAD)
31. Alper Tunga Turan Ocakları
32. Uluslararasi Barış Federasyonu
TƏBİB-dən açıqlama: Yumşalma olacaqArtıq bir aydan çoxdur ki, karantin rejimi yoluxma sayının artması səbəbindən yenidən sərtləşdirilib. Özünüz də müşahidə etdiniz ki, bu karantin rejiminin sərləşdirilməsi ilk 15-20 gündə yoluxma sayına əhəmiyyətli təsir göstərmədi və bu, onu göstərirdi ki, infeksiya ocaqları çoxdur. Ona görə də karantin rejimi bir qədər vəziyyəti sabitləşdirdi, yoluxanların sayı sabitləşdi. Amma sonradan gördünüz ki, son 10-15 gündə artıq yoluxanların sayında azalma müşahidə olunur, hətta bəzən kəskin azalma müşahidə olunur və sanki yoluxmaların sayı azalma istiqamətində gedir. Bu, gözlənilən hal idi. Görülmüş tədbirlərin nəticəsidir.

Avrasiya.net xəbər verir ki, bu sözləri TƏBİB-in Elmi Komitəsinin sədri, professor Akif Qurbanov “Real intervyu”da qonaq olarkən deyib.

Onun sözlərinə görə, yoluxmanın azalması pandemiyanın geri çəkilməsi deyil:

“Epidemik prosesin belə bir qanunauyğunluğu var. Epidemiya başlayanda yoluxanların sayı sürətlə artır və o, özünün ən yüksək nöqtəsinə çatır. Ona pik vəziyyəti deyirlər. O, pik vəziyyətində müyyən qədər qala bilər. Bu halda yoluxanların sayı sağalanların sayından həmişə çox olacaq.

Pik vəziyyətini aşdıqdan sonra artıq epidemik prosesin sönməsinə doğru gedəcək. Yəni yoluxanların sayı azalır, keçmişdə yoluxan insanlar isə müalicə olunub sağaldığı üçün sağalanların sayı çoxalır. Əksinə proses baş verir. Yoluxanların sayı azalır, sağalanların sayı çoxalır.

Beləliklə, biz də Azərbaycandakı indiki durumu epidemik prosesin sönməsi kimi qiymətləndiririk. Yəni pik vəziyyətindən artıq çıxıb, azalmağa doğru gedir. Sözsüz ki, müəyyən müddət sonra – bu, Operativ Qərargahın qərarından asılı olacaq – növbəti yumşalma olacaq”.