Ermənistanın rəhbərliyi "Soros"un təsiri altında olan adamlardan ibarətdirHeç kəs üçün sirr deyil ki, Ermənistanın bugünkü rəhbərliyi Soros fondunun təsiri altında olan adamlardan ibarətdir. Onların tərcümeyi-halına baxmaq kifayətdir. Bu gün Ermənistanda hökumətdə, parlamentdə, məhkəmə hakimiyyətində, digər önəmli vəzifələrdə çalışanların bir çoxu Soros fondunun və ona yaxın təşkilatların əməkdaşları olub.

Avrasiya.net xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında bildirib.

“Aydın məsələdir ki, Ermənistanda baş vermiş “inqilab” Sorosun və ona yaxın dairələrin növbəti təxribatı olub. Düzdür, erməni xalqı əvvəlki hakimiyyətə nifrət edirdi, bunu gizlətmirdi. Ermənistanın əvvəlki hakimiyyəti nifrətə layiqdir. Ancaq onun yerinə gələn qruplaşma əvvəlki hakimiyyətdən o qədər də fərqlənmir. Təsadüfi deyil ki, Soros fondu pandemiya ilə əlaqədar bu yaxınlarda Ermənistana 600 min dollar maliyyə yardımı göstərib. Başqa hansı ölkəyə göstərib? Postsovet məkanında heç bir ölkəyə göstərməyib. Azərbaycana göstərib? Yox. Azərbaycanda Soros fondunun izi-tozu da qalmayıb. Çünki onlar burada təxribatla məşğul idilər, gənclərin beyinlərini zəhərləyirdilər. Gəncləri öz dövlətinə qarşı qaldırmaq istəyirdilər. Ona görə onların ayağı kəsildi. Amma onlar Ermənistanda geniş qol-qanad açıblar və gizlətmirlər, bu, açıq bir ianədir. Biz bilirik ki, Ermənistanın indiki rəhbərliyi Soros fondundan altdan-altdan da pul alır, onların agentləridir, onların sifarişini icra edir. Ona görə bu gün Soros fondu açıq-aydın Ermənistan rəhbərliyinə 600 min dollar ianə verib. Bu, KTMT-yə üzv olan ölkələri düşündürməməlidir? Əlbəttə ki, düşündürməlidir. Bir də Ermənistan qorxa-qorxa gedib KTMT-nin ətəyindən yapışarkən yadına salsın ki, KTMT-ni necə diskreditasiya etmişdi, təşkilatın baş katibini həbs etmişdi. Sonra təzyiq nəticəsində onu buraxdı. Ancaq cinayət işi bağlanmadı. KTMT-yə bir il ərzində yeni baş katibin təyin olunmasına imkan vermirdi.

Bir də ki, Ermənistanın indiki baş nazirinin partiyasının adı nədir? Bunu KTMT-də yaxşı bilirlər. Onu əgər Azərbaycan dilinə tərcümə etsən, bunun adı “çıxış”dır. Çünki bu adamlar hakimiyyətə bu şüarla gəliblər. “Çıxış!”, haradan çıxış? İki təşkilatdan – KTMT-dən və Avrasiya İqtisadi Birliyindən. Budur onların məramı, budur onların əsl sifəti!”, - deyə dövlətimizin başçısı qeyd edib.
Azərbaycan əsgəri düşməni yerinə oturtdu - PrezidentBu gün mən çox sevinirəm ki, bizim gənclərimiz biliklidir, savadlıdır, vətənpərvərdir. Bu yaxınlarda Ermənistan-Azərbaycan sərhədində erməni silahlı təxribatının qarşısını alarkən Azərbaycan əsgərləri, zabitləri, - onların mütləq əksəriyyəti gənclərdir, - öz peşəkarlığını, cəsarətini göstərdilər, düşməni yerinə oturtdular. İmkan vermədilər ki, düşmən öz mövqelərini yaxşılaşdırsın. İmkan vermədilər ki, bizim torpaqlarımıza onların ayağı dəysin.

Avrasiya.net xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında çıxışı zamanı deyib.

“Bildiyiniz kimi, Azərbaycanın düşmənə layiqli cavab verməsi və beynəlxalq ekspertlərin ümumi rəyinə görə qələbənin qazanılması cəmiyyətdə ruh yüksəkliyini daha da artırdı. Yenə də ön sıralarda gənclər olub. Mən bu ayın ortasında Nazirlər Kabinetinin toplantısında bu məsələ ilə bağlı fikirlərimi deyəndən sonra bir həftə keçməmiş 50 mindən çox Azərbaycan gənci Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə üz tutdu və özlərini könüllü olaraq Vətəni qorumaq istəyən insanlar kimi orada qeydiyyata aldırdılar. Bir həftə ərzində 50 mindən çox insan.

Mən demişəm ki, Azərbaycan Ordusu tam komplektləşdirilib və bu gün əlavə canlı qüvvəyə ehtiyac yoxdur. Ancaq əgər ehtiyac olarsa, bir həftə ərzində qeydiyyata alınmış 50 mindən çox insan Vətən uğrunda, torpaq uğrunda vuruşmağa hazırdır”, - deyə dövlət başçısı bildirib.
Milli Mətbuatımızın 145 illiyi İndoneziya mətbuatındaTanınmış jurnalist, "Xalq Cəbhəsi" qəzetinin əməkdaşı Cavid Şahverdiyevin Milli Mətbuatımızın 145 illi ilə bağlı geniş yazısı ingilis dilində İndoneziyanın məşhur saytlarının birində dərc edilib.

Yazıda Milli mətbuatımızın tarixinə qısa ekskurs edilib, Azərbaycanda söz və mətbuat azadlığının qorunmasında hökumətin atdığı addımlar, ümummili lider Heydər Əliyevin mətbuata diqqət və qayğısından, Azərbaycan prezidenti İlham Əliyevin azd mətbuatın inkişafında göstərdiyi xidmətlərdən bəhs edilib. Müəllif qeyd edib ki, zəngin tarixi və mütərəqqi ənənələri olan Azərbaycan mətbuatı ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda demokratiya və siyasi plüralizmin mühüm vasitəsi kimi çıxış edir. Cəmiyyətdə aşkarlığın və şəffaflığın təmin edilməsində, aktual ictimai problemlərin ümumxalq müzakirəsinə çıxarılmasında, sosial ədalət prinsiplərinin müdafiəsində Azərbaycan mətbuatının xüsusi rolu var.
Milli Mətbuatımızın 145 illiyi İndoneziya mətbuatında
https://www.kataindonesia.com/freedom-of-speech-and-press-is-an-indicator-of-democratic-development-in-azerbaijan/
“Vətənin müdafiəsinə hər an hazıram!” mövzusunda onlayn görüş keçirilib - Siyəzəndəİyulun 30-da Siyəzən Rayon Gənclər və İdman İdarəsi, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi və Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə gənclərin vətənpərvərlik tərbiyəsinə həsr olunmuş “Vətənin müdafiəsinə hər an hazıram” mövzusunda videokonfrans keçirilib.

Zoom tətbiqi üzərindən təşkil olunan onlayn tədbirdə Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov, Təhsil şöbəsinin müdiri Pərvin Ağasıyev, Heydər Əliyev Mərkəzinin direktoru İxtiyar İsayev, Mədəniyyət Mərkəzinin direktoru Ziyada Dadaşova, Böyük Həmyə kənd tam orta məktəbin müəllimi Zamiq Güləliyev, Gənclər və İdman İdarəsinin rəis müavini Vüsal Alışov və fəal gənc Aqşin Hüseynov gənclərin vətənpərvərlik tərbiyəsinin əhəmiyyəti və cəbhədəki son hadisələrlə bağlı ətraflı çıxış ediblər. Çıxışlarda bildirilib ki, 12 iyuldan etibarən Ermənistan tərəfindən dövlət sərhədinin Tovuz istiqamətində törədilən növbəti təxribat ölkə ictimaiyyəti arasında dərin qəzəb və hiddət hissi doğurmuşdur.
“Vətənin müdafiəsinə hər an hazıram!” mövzusunda onlayn görüş keçirilib - Siyəzəndə
Düşmən ölkənin təxribatları ilə başlayan İyul döyüşləri eyni zamanda Silahlı Qüvvələrimizin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı üçün təhdid olan istənilən hadisəyə, təxribata, təcavüzə hazırlıqlı olduğunu, Azərbaycan əsgərinin səngərdə, ön cəbhədəki ayıq-sayıqlığını, Azərbaycan xalqının mərdliyini, bütün dünya azərbaycanlılarının milli həmrəyliyini, Azərbaycanın işğalla heç vaxt barışmayacağını və Azərbaycan xalqının öz ərazi bütövlüyünün qorunması və bərpası uğrunda hər zaman gözlənilən müharibəyə hazır olduğunu növbəti dəfə sübut etdi. Bundan sonra da hər birimiz intiqam ruhuna köklənməli, torpaqlarımızı geri almağa, şəhid olmağa hazır olmalıyıq.

Azərbaycan Respublikasının prezidenti, ali baş komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməli, mübarizə əzmimizi itirməməliyik. Tədbirdə həmçinin vətən uğrunda şəhid olmuş hərbçilərimizin əziz xatirəsi yad edilib.
“Vətənin müdafiəsinə hər an hazıram!” mövzusunda onlayn görüş keçirilib - Siyəzəndə
“Vətənin müdafiəsinə hər an hazıram!” mövzusunda onlayn görüş keçirilib - Siyəzəndə
“Vətənin müdafiəsinə hər an hazıram!” mövzusunda onlayn görüş keçirilib - Siyəzəndə
“Vətənin müdafiəsinə hər an hazıram!” mövzusunda onlayn görüş keçirilib - Siyəzəndə
#Karabakh #StopArmenianAgression #KarabakhisAzerbaijan #Bizbirlikdəgüclüyük #VətəninMüdafiəsinəHərAnHazıram #SiyəzənGİİ #GənclərvəİdmanNazirliyi #MysGovAz #MysAz
Sumqayıtda iki nəfər dənizdə batıbFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində, dənizdə (nəzarətsiz ərazidə) 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

FHN-dən Avrasiya.net-ə verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.


Azərbaycanda qadın azyaşlı övladı ilə itkin düşübAğdaş rayonu Aşağı Ağcayazı kənd sakini, 1987-ci il təvəllüdlü Ülkər Abdullayeva iyun ayının 17-də iki yaşlı oğlu ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

DİN-dən Avrasiya.net-ə verilən məlumata görə, Ü.Abdullayevanın əlamətləri belədir: boyu 165 sm, dolu bədən quruluşlu, qara qısa saçlı, gözlərinin rəngi qaradır.

Evdən çıxarkən əynində ağ köynək, qara şalvar və qəhvəyi rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzi Xidmətinə, həmçinin Ağdaş Rayon Polis Şöbəsinin 020-235-51-81 şəhər və 050-233-06-10 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Gənc tədqiqatçının xarici elmi portalda məqaləsi çap olunubAzərbaycanlı gənc Nizami Piriyevin İngiltərənin academia.edu portalında Azərbaycanın faşizmə qarşı mübarizədə oynadığı rolla bağlı elmi məqaləsi çap olunub.

Məqalədə geniş tarixi, analitik fikirlər yer alıb.

Məqlədə ikinci dünya savaşı zamanı Azərbaycanın faşizmə qarşı mübarizədə oynadığı rolla bağlı geniş tarixi, analitik fikirlər yer alıb. Yazıda o dövrdə SSRİ-nin tərkibində olan Azərbaycanın cəbhəyə verdiyi töhfələr, Azərbaycanın neft sənayesi, eyni zamanda ordu sıralarında döyüşən hərbçilərimiz haqqında maraqlı məlumatlar var.
Məqalə ilə aşağıdakı linkdə tanış olmaq olar:

https://www.academia.edu/43383622/How_significant_was_Azerbaijans_contribution_to_the_Second_World_War?fbclid=IwAR1732T8AMLhIfZXryZVlnGlt3oKkdGkSwfyFHzl4vW-NHPV_WNgseOtmlA
Daha 339 nəfər koronaya yoluxdu, 673 nəfər sağaldıAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 339 yeni yoluxma faktı qeydə alınıb, 673 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 31 560 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 25 168 nəfər müalicə olunaraq sağalıb, 441 nəfər vəfat edib, 5 951 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 532, ötən müddət ərzində isə ümumilikdə 717 164 test aparılıb.
ABŞ özünə umac ova bilmir, özgəsinə əriştə kəsirƏlisahib Hüseynov
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

İki gün öncə (iyulun 28-də) ABŞ-ın dünyaca nüfuzlu “Nyu York Times” qəzetində dərc olunan və Nyu-York şəhərində nümayişdə iştirak edən insanların polis qüvvələri tərəfindən naməlum maşınlara güc tətbiq etməklə oturdularaq qeyri-müəyyən istiqamətlərə aparılmasına dair tənqidi məqaləni yəqin ki, bizim hörmətli müxalifətçilərimiz də oxuyublar. Çünki amerikan “demokratiya”sını hər fürsətdə əldə bayraq edib car çəkənlər, təbliğ edənlər, gözə soxanlar onlardır. Amma sözügedən məqalə və Nyu York şəhərindəki həmin mitinqdən yayılan foto-videogörüntülər isə bunun tam əksini deyir. Yaxşı olardı ki, radikal müxalifətçilərimiz “Nyu York Times”ın məlum yazısını oxuyub Amerika reallıqlarını “çəhrayı eynək”də görmək və göstərmək vərdişindən əl çəksinlər. Əgər məqaləni oxumayıblarsa, biz o məqalədəki bəzi məqamları müxtəsər formada müxalifətin AXCP-“Milli Şura” qanadının başbilənlərinin və funksionerlərinin diqqətinə çatdırarıq.

Məqalədə qeyd olunur ki, Nyu-York şəhərində təşkil olunan mitinqə əksəriyyəti mülki geyimdə olan polis dəstələri sərt şəkildə müdaxilə edib, mitinq iştirakçılarını fiziki zorakılıqlara məruq qoyub və onları nömrəsiz mikroavtobuslara mindirərək naməlum istiqamətə aparıb. Məqalədə həmin insidentin video-görüntüləri də yer alıb. Lakin Nyu York polisi saxlanılan şəxslərin polis kameralarına zərər verdiyi üçün maşına mindirildiyini söyləsə də, bununla bağlı hər hansı bir tutarlı dəlillər təqdim etməyib.

Polisin nümayişçilərə qarşı bu cür aqressiv davranışı və qanunsuz hərəkətləri heç şübhəsiz ki, ABŞ cəmiyyətində böyük səs-küyə səbəb olub. Maraqlıdır ki, bundan əvvəl Minneapolisdə qaradərili Corc Floydun polis tərəfindən qətlə yetirilməsindən sonra ABŞ cəmiyyətində baş qaldıran narazılıq və kütləvi etirazlar da amerikan polisinə dərs olmadı. Polis dərəbəyliyi yenə də əvvəlki qaydada davam edir. Lakin cəmiyyətin də geri çəkilmək fikri yoxdur. Corc Floydun qətli ilə bağlı baş qaldıran narazılıqların davam etdiyi bir məqamda, indi də Nyu Yorkda mitinq iştirakçılarına qarşı zor tətbiq edilməsi Amerikada yenidən polis zorakılığı və ədliyyə sistemində rasizm hallarına qarşı kütləvi nümayişlərin genişlənməsinə səbəb olub.

Əslində polis zorakılıqları ABŞ-da demək olar hər gün baş verir. Əvvəllər Hollivud trillerlərində təsvir olunan polis özbaşınalıqları indi Amerikanın gündəlik həyatında normaya çevrilmiş, adiləşmiş bir ənənədir. Lakin burada iki nüans xüsusi maraq doğurur. Birinci nüans ABŞ rəsmilərinin öz gözlərində tiri görməyib, başqalarının gözündə tük axtarmasıdır. Məsələ burasındadır ki, Ağ Ev təmsilçiləri, ABŞ Dövlət Departamentinin rəsmiləri və konqressmenlər öz ölkələrində əsl demokratiyanı bərqərar edə bilmədikləri, insan hüquqlarını təmin edə bilmədikləri və vətəndaşların təhlükəsizliyinə təminat verə bilmədikləri halda, başqalarına demokratiya, insan hüquqları, hüquqi dövləti haqqında dərs keçməyə, yol göstərməyə çalışırlar.

İkinci nüans isə bizim öz müxalifətimizlə bağlıdır. Özünü müxalifət adlandıran bəzi antimilli qüvvələrin hər dəfə Bakıda icazəsiz aksiya keçirərək təxribat törətmək cəhdlərinə qarşı yerli hüquq-mühafizə orqanlarımızın öz vəzifə borclarına uyğun hərəkət etməsi nədənsə, ABŞ-ın və bütövlükdə Qərbin anti-Azərbaycan dairələri tərəfindən qərəzli şəkildə təqdim edilir. Eyni zamanda onların nəzarətində olan KİV-lər, sosial şəbəkə qrupları da fürsətdən istifadə edib dərhal Azərbaycan hakimiyyətini tənqid etməyə başlayır, həqiqəti əks etdirməyən “fakt”larla çıxış edirlər. Halbuki, ABŞ-ın özündə, Fransada vəziyyət heç də ürəkaçan deyil. Bu gün inkişaf etmiş Qərb “demokratiya”larında polis zorakılığı tamamilə adi hal alıb. Biz bunu Fransada uzun müddət davam edən “sarıjiletlilərin qiyamı”nda da, Almaniyadakı nümayişlərdə də müşahidə etdik. Sözügedən etiraz aksiyalarında polis zorakılığının ifrat həddə çatması nəticəsində istər aksiya iştirakçılarının sıralarında, istərsə də sıravi dinc vətəndaşlar arasında baş verən ölüm halları da hər kəsə məlumdur. Lakin Qərb ölkələri və sözdə hüquq-müdafiə təşkilatları Avropada, ABŞ-da baş verən bu cür kütləvi pozuntuları, insan hüquq və azadlıqlarının məhdudlaşdırılması hallarını görməzdən gəlir, postsovet ölkələrində, o cümlədən Azərbaycanda keçirilən icazəsiz küçə yürüşlərinə, mitinqlərə polislərin qanuni müdaxiləsini isə az qala demokratiyaya qarşı savaş kimi təqdim edirlər.

Bu “ikili standartlar” siyasətidir. Qərb hər zaman bu mövqedən çıxış edir. “Nyu York Times”ın məlum məqaləsi də bunu bir daha təsdiqləyir. Biz Qərbin bu cür haqsız yanaşma və yöntəmlərini çox görmüşük. Odur ki, “ikili standartlar” siyasəti bu gün bizdə ikrah hissi doğurur. Radikal müxalifətimizin də Qərbin Azərbaycana qarşı hər zaman “ikili standartlar”dan çıxış etdiyini görməsi və bilməsi lazımdır. Onlar başa düşməlidir ki, öz demokratiyalarına elə özləri də kölgə salan və zərbə vuran Qərb ölkələri artıq bu gün bizim üçün etalon ola bilməz.
Bayram günlərində rayona getmək istəyənlərə XƏBƏRDARLIQQurban bayramı ilə əlaqədar qeyri-iş günlərini rayonlarda keçirmək istəyən Bakı, Sumqayıt və Abşeron sakinlərinə xəbərdarlıq edilib.

Avrasiya.net xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev azvision.az-a açıqlamasında bildirib ki, rayon qeydiyyatı olan vətəndaşlar bölgələrə gedərlərsə, onlar yenidən Bakıya buraxılmayacaq.

“İnsanların sağlamlığı təhlükə altında ola bilər. Kimsə olduğu yerdədirsə, həmin şəxs bilməlidir ki, işi bağlanırsa, uzun müddət işləməyəcəksə və rayona gedərsə, artıq bayramdan sonra geri qayıda bilməyəcək. Söhbət rayon qeydiyyatında olanlardan gedir. Bakı qeydiyyatında olanlar ümumiyyətlə rayonlara gedə bilməz. Onlar postlardan geri qaytarılacaq”, - deyə K.Əliyev xəbərdarlıq edib.